Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ABDA
ABDA — İkinci dünya müharibəsinin gedişində Cənub-Şərqi Asiyada əməliyyatların razılaşdırılması üçün 15 yanvar 1942-ci ildə yaradılmış ABŞ, Britaniya, Hollandiya və Avstraliya silahlı qüvvələrindən ibarət (ing. American-British-Dutch-Australian (ABDA) adlarının baş hərflərindən götürülmüşdür) müttəfiqlər qoşunlarının komandanlığı. == Haqqında == ABDA müttəfiq komandanlığı həm dənizdə, həm də quruda hərbi əməliyyatlara rəhbərlik etməli idi. Ali baş komandan vəzifəsinə Britaniya generalı Arçibald Ueyvell, ABDA-nin hərbi donanmasının komandanı vəzifəsinə Amerika admiralı Tomas Xart təyin olunmuşlar. Quru qoşunlarına Hollandiya general leytenantı Xeyn ter Porten, aviasiyaya Britaniyanın aviasiya marşalı Riçard Pirs başçılıq edirdilər. Komandanlıq Niderland Ost-Hindinin paytaxtı Bataviyada yerləşirdi. ABDA komandanlığı 21 fevral 1942-ci yapon qoşunları tərəfindən Yava adasının işğalı üçün təhlükə yaranması ilə əlaqədar ləğv olunmuşdur. General Ueyvell Hindistanda və Birmada yerləşən Britaniya qoşunlarının komandanı təyin edilmişdir. == Mənbə == Морисон С. Э. Американский ВМФ во Второй мировой войне: Восходящее солнце над Тихим океаном, декабрь 1941 — апрель 1942. — М.: ACT; СПб.: Terra Fantastica, 2002.
ADDA
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi.Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. == Haqqında == Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir.Akademiya Rusiyanın admiral S.O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub. Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir.2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib. == Tarixi == === Çar Rusiyasi və AXC dövrü === Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində Bakı şəhər başçısının Qafqaz baş idarə rəisinə Bakıda 21 noyabr 1881-ci ildə Dənizçilik siniflərinin açılması barədə məlumatı vardır. Həmin illər Bakı dənizçilik siniflərində oxuyanların əksəriyyəti dənizdə işləyənlər idi. 1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açıldı.
AXDG
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) — Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən Azərbaycan şirkəti. == Haqqında == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir. Gəmiçilik sahəsində 160 ildən çox təcrübəyə malik ASCO-nun fəaliyyət coğrafiyası Xəzər dənizi və Xəzərdənkənar yükdaşıma bazarlarını əhatə edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış ofşor donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazaya malik Azərbaycan Dövlət Dəniz Akademiyasına, eləcə də modern trenajor və simulyatorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzinə sahibdir.Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasını tranzit yükdaşımaların həyata keçirilməsində xüsusi əhəmiyyətli edir. Eyni zamanda, Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin geniş profilli ixtisaslaşmış ofşor donanması böyük əhəmiyyət kəsb edir. == Tarixi == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir. Əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb. Hazırda da, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Xəzərdə və Xəzərdənkənar hövzələrdə fəaliyyət göstərir.
Aida
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida HüseynovaAida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas)Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor.DigərAida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Anda
Anda — Tiflis quberniyasının Axalsix qəzasında (indi Axalsix rayonunda) kənd adı . == Toponimkası == Anda Tiflis quberniyasının Axalsix qəzasında (indi Axalsix rayonunda) kənd adı. Şimali Qafqazda Anttübə (Anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andi "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana (qaroul - monqol sözüdür) nəzərdə tutulur. Qaraul keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır.
Axta
Axta rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon olmuşdur. Aşağı Axta — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində yerləşən şəhər. Yuxarı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Axta (Razdan) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda qəsəbə və rayonun inzibati mərkəzi. Axta (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Axa
AIDA (marketinq)
AIDA (ing. attention, ing. interest, ing. Desire, ing. action sözlərinin ilk hərflərindən yaranıb) – hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır. 1896-cı ildə E. Levis tərəfindən yaradılıb. Attention-diqqət,İnterest-maraq,Desire-arzu və Action-fəaliyyət ingilis sözlərinin baş hərflərindən ibarət abviaturadır. == Attention-diqqət == İlk mərhələdə alıcının diqqətini cəlb etmək lazımdır. Bu zaman etibar üçün zəmin yaradılır. Maksimum səmərəlilik üçün qabaqcadan istehlakçı haqqında məlumat olmalıdır, onun dəyərləri, motivləri, stimulları öyrənilməlidir.
Adda çayı
Adda — İtaliyada çay. == Tarixi == İkinci koalisiyanın (İngiltərə, Rusiya, Avstriya və s.) Fransa ilə müharibəsində Aleksandr Suvorovun komandanlıq etdiyi Rusiya–Avstriya qoşunları 27–28 aprel 1799-cu il tarixlərində Adda çayı sahillərində general Jan Viktor Moronun komandanlıq etdiyi fransız ordusuna qalib gəlmişdir. == Xüsusiyyətlər == Po çayının sol qolu olan Addanın uzunluğu 313 kilometr, hövzəsinin sahəsi təqribən 8 min kilometr2-dir. == İqtisadiyyat == Adda çayı üzərində çox sayda SES var. Bəzi yerlərdə gəmiçiliyə yararlıdır. Addadan Milana uzunluğu 56 kilometr olan kanal çəkilmişdir.
Adilə Ayda
Adilə Ayda (Rusca: Гадиле Садреевна Максудова / Gadile Sadreyevna Maksudova, Tatarca: Гадилә Садри кызы Максудова / Ğädilä Sadri qızı Maqsudova, d. 1912 – ö. 1992), Türkiyənin ilk qadın diplomatıdır. Ancaq müasir dövrdə daha çox Etrusklar mövzusunda kitabları və mülahizələri ilə tanınır. Kontenjan senatorluğuna seçilmişdir. == Həyatı == 1912-ci ildə dönemin Duma üzvü Sadretdin Nizametdinoviç Maksudov (sonraki Sadri Maksudi Arsal) ilə Orenburqlu qızıl mədəni sahibi Rami ailəsinden Kamilə Rami (Arsal)nin qızı olaraq Sankt-Peterburqda doğuldu. Ayda Türkiyə Cümhuriyəti Roma səfirliyində elçi-müsteşar vəzifəsində çalışdığı illərdə Etrusklar mövzusunda araşdırma aparmış və fransızca və türkcə olaraq yazdığı əsərlərdə Etruskların proto-türk olduğu görüşünü işləmişdir. Xarici İşlər Nazirliyindən təqaüdə çıxdıqdan sonra prezident Fəxri Korutürk tərəfindən kontenjan senatoru seçilmişdir. Ayda iki dəfə ailə qurmuşdu. Doktor olan ilk ərinden uşağı olmamışdır.
Aida (opera)
Aida (it. Aida) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Gislançoni Antonionun farnsız misirünası, Mariet Ogüstün bir senarisi üzrə librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 24 dekabr 1871-ci ildə Qahirədə səhnəyə qoyulmuşdur. Hadisə Qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini saray mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir. == Tarixi == XIX əsrin altmışıncı illərində Misir Osmanlı mülki olsa da ölkə vassal hökmdar “Xədivə” tərəfindən idarə olunurdu. İngilislərin gəlməsindən sonra 20 il sonra de fakto hakim Məhəmməd Əli tərəfindən müsəqillik əldə etmiş olur. Məhəmməd Əlinin xələfi Xədivə İsmayıl avropa təhsilli, fransız mədəniyyəti və ədəb ərkanı tərbiyəsi almış bir şəxs idi. Ölkəsində mədəni islahatların əsasını qoymuş Xədivə İsmayıl Qahirədə bir 850 tamaşaçı yerli taxta materialından opera binası inşa etdirir. Dövlət himninin musiqisini bəstələmək Verdidən xahiş olunsa da o, vaxtının olmaması bəhanəsi ilə bundan imtina edir.
Aida Abdullayeva
Abdullayeva Aida Həmdulla qızı (13 aprel 1922, Bakı – 11 aprel 2009, Bakı) – musiqiçi, Azərbaycan SSR əməkdar artisti (1972), Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı. == Həyatı == Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olmuşdur. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilmişdir. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdır və Opera və Balet Teatrının orkestrində işə qəbul olunur. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edildi. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunur və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilir. 1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirir. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayır. Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlamışdır. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılmışdır.
Aida Balayeva
Aida Ğalım qızı Balayeva (qaz. Аида Ғалымқызы Балаева; 4 iyul 1974, Almatı vilayəti) — Qazaxıstan dövlət xadimi. Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri (4 may 2020-ci il tarixindən). == Bioqrafiyası == 2000-ci ildə Abay adına Almatı Dövlət Universitetini rus dili və ədəbiyyatı müəllimi ixtisası ilə, 2007-ci ildə Qazaxıstan Milli Aqrar Universitetini hüquqşünaslıq ixtisası ilə bitirib.2010-cu ildə sosioloji elmlər namizədi akademik adını müdafiə etdi, tezis mövzusu: "Qazaxıstan gəncliyinin etnik-dini identifikasiyası: sosioloji aspekt".1994-2004-cü illərdə Qazaxıstan Respublikası İnformasiya və İctimai Saziş Nazirliyinin Almatı regional informasiya və ictimai razılıq şöbəsinin ictimai və siyasi proseslərin təhlili və əlaqələndirilməsi şöbəsinin aparıcı mütəxəssisi, Almatı şəhəri üçün məlumat şöbəsi.2004-2006-cı illərdə — Almatı şəhərinin Daxili Siyasət Departamenti Direktorunun birinci müavini.2006-2008-ci illərdə — Almatı şəhərinin Daxili Siyasət Departamentinin direktoru.2008-2010-cu illərdə — Astana şəhərinin daxili siyasət departamentinin direktoru, daxili siyasət şöbəsinin müdiri.2010-cu ilin fevralından 2014-cü ilin dekabrına qədər — Astana şəhəri müavini.30 dekabr 2014-cü ildən 2019-cu ilin iyul ayına qədər — Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Daxili siyasət şöbəsinin müdiri.22 iyul 2019 - 4 may 2020 - Qazaxıstan Respublikası Prezidentinin köməkçisi - Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının müraciətlərinə baxılmasına nəzarət şöbəsinin müdiri.4 may 2020-ci ildən — Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri.30 iyun 2020-ci ildə Facebook-da de-fakto senzuranın tətbiq olunmasını təklif etdi - “O telekanalı da daxil olmaqla Qazaxıstandakı bütün televiziya kanallarının rəhbərliyi üçün oxşar məzmunlu televiziya proqramlarının yayımlanmasının qarşısını almağı vacib hesab edirəm. Qazaxıstan Respublikasının beynəlxalq məsələlərdə mövqelərinin yanlış yozulmasının qarşısını almaq üçün ”.2008-2010-cu illərdə Astana şəhərinin Daxili Siyasət Departamentinin direktoru vəzifəsində çalışıb. Balayeva 2010-cu ilin fevralından 2014-cü ilin dekabrına qədər Astana bələdiyyə sədrinin müavinidir. 30 dekabr 2014-cü ildən 2019-cu ilin iyul ayına qədər Qazaxıstan Prezidenti Administrasiyasının Daxili siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb. Balayeva 22 iyul 2019-cu il tarixində Qazaxıstan Prezidentinin köməkçisi Müraciətlərə baxılmasına nəzarət ofisinin rəhbəri təyin edildi. 4 may 2020-ci ildən Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri vəzifəsində çalışır.
Aida Bağırova
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. == Həyatı == Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-cı illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Aida Hacıaliç
Aida Hacıaliç (bosn. Aida Hadžialić; d. 21 yanvar 1987) — İsveç Sosial-demokratlarının təmsilçisi olan siyasətçisi. 3 oktyabr 2014-cü ildən İsveçin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziri == Həyatı == Aida Hacıaliç 21 yanvar 1987-ci ildə Bosniya və Herseqovinanın Foça şəhərində anadan olmuşdur. 5 yaşında ikən ailəsi sığınacaq alaraq İsveçə köçüblər.O, Lund Universitetində hüquq təhsili almışdır. Peşəsi vəkillikdir.2010-cu ildə Halmstad bələdiyyə başçısının müavini seçilmişdir.3 oktyabr 2014-cü ildən Stefan Löfvenin kabinetinin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziridir. İsveç, ingilis, bosniya, xorvat və serb dillərini bilir. == Maraqlı fakt == İsveçdə ilk müsəlman nazirdir.
Aida Halzialik
Aida Hacıaliç (bosn. Aida Hadžialić; d. 21 yanvar 1987) — İsveç Sosial-demokratlarının təmsilçisi olan siyasətçisi. 3 oktyabr 2014-cü ildən İsveçin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziri == Həyatı == Aida Hacıaliç 21 yanvar 1987-ci ildə Bosniya və Herseqovinanın Foça şəhərində anadan olmuşdur. 5 yaşında ikən ailəsi sığınacaq alaraq İsveçə köçüblər.O, Lund Universitetində hüquq təhsili almışdır. Peşəsi vəkillikdir.2010-cu ildə Halmstad bələdiyyə başçısının müavini seçilmişdir.3 oktyabr 2014-cü ildən Stefan Löfvenin kabinetinin orta məktəb, yuxarı təhsil və təhsil standartları naziridir. İsveç, ingilis, bosniya, xorvat və serb dillərini bilir. == Maraqlı fakt == İsveçdə ilk müsəlman nazirdir.
Aida Hüseynova
Aida Hüseynova (aktrisa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). Aida Hüseynova (musiqişünas) — musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru (1992), Bakı Musiqi Akademiyasının professoru (2005), İndiana Universitetinin müəllimi (2007).
Aida Mahmudova
Aida Mahmudova (10 yanvar 1982, Bakı) — Azərbaycan rəssamı, YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin təsisçisidir. == Həyatı və təhsili == Aida Mahmudova 10 yanvar 1982-ci ildə Bakıda anadan olub. Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin Rəngkarlıq fakültəsini (2006) bitirib. == Fəaliyyəti == 2011-ci ildə Aida Mahmudova tərəfindən YARAT Müasir İncəsənət Məkanı adlı qeyri-kommersiya təşkilatı təsis edilmişdir. YARAT fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur. Növbəti il yaradıcı şəxslərə dəstək məqsədi ilə YAY Gallery ictimai müəssisəsini yaratmışdır — hal-hazırda ARTIM Layihə Məkanı kimi fəaliyyət göstərir.Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib. Fəaliyyətinin ilk illərində A. Mahmudova peyzaj və yarım-abstrakt tablolarında işıq, rəng və materiya üzərində aparılan eksperimentlərə daha çox maraq göstərmişdir. Rəsm əsərlərinin mövzusu getdikcə daha da şaxələndikcə, rəssam həmin yanaşmanı heykəltəraşlığa da tətbiq etmək, emosional və gərgin mühit yaratmaqla, öz təcrübəsini üçölçülü olaraq genişləndirmişdir. Rəssam kağız, gil, boya, sement, daş, son zamanlar isə epoksi qatran və işlənməmiş mərmər kimi müxtəlif materialları qatlar şəklində qarışdıraraq istifadə edir. Aida Mahmudovanın əsərləri 2013-cü ildə 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" qrup sərgisində, həmçinin 2015-ci ildə 56-cı Venesiya Biennalesində "Artwise"-nin kuratorluğu ilə "VITA VITALE" sərgisinin bir hissəsi kimi nümayiş etdirilib.
Aida Predele
Aida Predele (latış. Aida Prēdele‎; d. 29 noyabr 1950; Smiltene, Latviya - ö. 19 iyul 2015; Riqa, Latviya) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1993—1995), VI (1995—1998) və VII (1998—2002) çağırış üzvü. == Həyatı == Aida Predele 1950-ci il noyabrın 29-da Smiltene şəhərində anadan olub. O, 1974-cü ildə Latviya Universitetini jurnalist ixtisası üzrə bitirib. Aida Predele 1982-ci ildən 1987-ci ilə qədər Kommunist Partiyasının, 1993-cü ildən 1997-ci ilə qədər Latviyanın Kəndçi Birliyinin, 1998-ci ildən 2011-ci ilə qədər isə «Vətənə və azadlığa» Partiyasının üzvü olub. Aida Predele 2015-ci il iyulun 19-da Riqa şəhərində 64 yaşında vəfat edib. == Fəaliyyəti == 1993-cü ildə Latviyanın Kəndçi Birliyinin üzvü olan Aida Predele, V çağırış Latviya Seyminə üzv seçildi. 1995-ci ildə «Vətənə və azadlıqa» Partiyasının üzvü olan Aida Predele, VI çağırış Latviya Seyminə, 1998-ci ildə isə VII çağırış Latviya Seyminə üzv seçildi.
Aida Qarifullina
Aida Qarifullina (tam adı: Aida Qarifullina, rus. Аида Эмилевна Гарифуллина; 30 sentyabr 1987, Kazan) — Tatar əsilli rus opera sopranosu. 2013 Operaliya müsabiqəsinin qalibidir. Mariinsk Teatrı və Vyana Dövlət Operasında dəfələrlə səhnə almışdır. Decca Records ilə səsyazma müqaviləsi var. == Həyatı == Aida Qarifullina 1987-ci ildə Tatarıstan Respublikasının paytaxtı Kazanda tatar ailəsində anadan olmuşdur. Atası Emil Qarifullin, anası isə hazırda Sofiya Qobəydullina adına Müasir Musiqi Mərkəzinin direktoru, dirijor Leyla İldarovna Qarifullinadır. Uşaqlığının ilk illərindən anası onun musiqi duyumunun inkişafına təsir etmiş və musiqi karyerasının inkişafında həlledici rol oynamışdır. Aida 18 yaşında musiqi təhsili almaq üçün Nürnberqə getmişdir. == Musiqi karyerası == === İlk illəri === 2007-ci ildə Vyana Musiqi və Səhnə Sənəti Universitetində Klaudiya Viskanın sinfinə daxil olmuşdur.
Aida Qasımova
Aida Şahlar qızı Qasımova — Azərbaycan filoloqu. O, Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professoru Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiri, filologiya elmləri doktorudur. == Həyatı == Aida Qasımova 2 iyun 1957-ci ildə Azərbaycan SSR-nin Ağdam şəhərində Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Abbasovanın ailəsində anadan olmuşdur. O, 1975–1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində təhsil almışdır və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Qasımova 1980–1983-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində baş laborant, 1983–1986-cı illərdə həmin fakültənin aspiranturasında təhsil almışdır. O, 1986–1987-ci illərdə ADU-nun Elmi Kitabxanasında kitabxanaçı, 1987-–2003-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində müəllim, baş müəllim, 1995–2005-ci illərdə dosent, 2005-ci ildən Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professorudur. Qasımova həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiridir. O, Azərbaycan, ərəb, ingilis və rus dillərini bilir. == Elmi fəaliyyəti == Aida Qasımova 1989-cu ildə Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Ərəb ədəbiyyatında məqamə janrının yaranması" mövzusunda namizədlik (PhD), 2001-ci ildə AMEA-nın Ədəbiyyat İnstitutunda "Quran qissələri XIV–XVI əsrlər Azərbaycan ədəbiyyatının ideya bədii qaynaqlarından biri kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Pedaqoji fəaliyyəti == Professor Aida Qasımova elmlə yanaşı, təhsilin inkişafında da böyük xidmətləri var.
Aida Qəmbər
Aida Bağırova (Qəmbər) (d. 22 oktyabr 1955, Kirovabad) — Azərbaycanın tanınmış şərqşünas alimi, Yaxın Şərq üzrə ekspert. == Həyatı == Aida Bağırova Kirovabad (indiki Gəncə) şəhərində həkim ailəsində doğulub. 1962-1972-ci illərdə Bakı şəhərində 15 sayli orta məktəbdə oxuyub. 1972-1977-ci illərdə Bakı (Azərbaycan) Dövlət Universitetinin Ərəb tərcüməçiləri, Ərəb filologiyası ixtisası üzrə təhsil alıb və həmin Univertsiteti fərqlənmə diplomu ilə bitirib. 1977-1980-cı illərə İraq Respublikasında ezamiyyətdə olub. 1980-1993-cü illərdə EA Şərqşünaslıq İnsitutunda – kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. İnstitutun Gənc Alimlər Şurasının sədri və Elmi Şuranın üzvü olub. 1980-1984-cü illərdə Moskva şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda məqsədli aspiranturada (doktorantura) oxuyub və "İraq BƏƏS partiyası: ideologiya və siyasəti" adlı namizədlik dissertasıyasını müdafiə edərək tarix eımləri namizədi alimlik dərəcəsi alib. 1993-cü ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasının baş müəllimi, 1996-cı ildən isə dosenti vəzifələrində çalışır.
Aida Tağızadə
Tağızadə Aida Zeynal qızı (5 fevral 1934, Şuşa, DQMV) — Azərbaycan musiqişünası, Azərbaycanın əməkdar incəsənət xadimi (1987), sənətşünaslıq namizədi (1969), professor (1986). == Həyatı == Aida Zeynal qızı 1934-cü il fevralın 5-də Şuşa şəhərində anadan olmuşdur. Aida xanım ziyalı ailəsində dünyaya gəlib boya-başa çatdığı üçün çox gözəl təlim-tərbiyə və təhsil almış, sonralar sənətşünaslıq elmlər namizədi, professor və əməkdar incəsənət xadimi səviyyəsinə qədər yüksəlmişdir. Onun atası Zeynal Tağızadə dilşünas, filologiya elmləri doktoru olmuş, anası Hacıyeva Sayalı xanım isə pedaqoji və tibb institutlarını bitirmişdir. Aida xanımın sənətin bütün növlərinə olan məhəbbətinin təməli məhz ailədə qoyulmuşdur, lakin o, musiqişünaslığı özünə peşə seçmişdir. O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirərək Ü. Hacıbəyli adına Konservatoriyada əvvəlcə fortepiano üzrə ifaçılıq şöbəsində oxumuş, iki ildən sonra isə musiqişünaslığa üstünlük verərək bu şöbədə də təhsilini başa vurmuşdur. Aida xanım 1958-ci ildən Bakı Musiqİ Akademiyasında (BMA-da) fəaliyyət göstərir. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında böyük səy göstərən, hərtərəfli inkişaf etmiş böyük nəzəriyyəçi, dövrümüzün görkəmli bəstəçisi Cövdət Hacıyevə həsr olunmuş monoqrafiyasında ("İşıq", 1979) müəllif Cövdət Hacıyevin Azərbaycan simfonik musiqisinin ümumi inkişafı fonunda özünəməxsus üslubunu araşdırmaq məqsədini izləyir. Kitabda onun beş simfoniyası, "Sülh uğrunda" simfonik poeması, kamera-instrumental musiqisi və fortepiano üçün "Musiqi lövhələri" yüksək peşəkar səviyyədə təhlil olunur. Aida xanımın 1985-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuş növbəti kitabı bəstəkar Soltan Hacıbəyovun yaradıcılığına həsr edilmişdir.
Aşağı Axta
Razdan və ya Aşağı Axta — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Razdan rayonunun mərkəzi. Razdan şəhəri Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 30.06.1959-cu il tarixindən adı dəyişdirilərək Hrazdan adlandırılıb. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Toponim fərqləndirmə mə'nasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30.VI.1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan qoyulmuşdur.