AD
ADAK
OBASTAN VİKİ
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Daşlı ada
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. "İqnat" latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Devon (ada)
Devon — (ing. Devon Island) — Kanada Arktik arxipelaqına daxil olan iri adalardan biridir. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktaanuk regionuna daxildir. Devon adası Kraliça Yelezaveta adalarının tərkibinə daxildir. Dünyada ən iri yaşayışı olmayan adadır. Sahəsi 55 247 km², sahil xətdinin uzunluğu 3 589 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 27-ci, Kanadada isə 6-cı yeri tutur. Quruluşuna görə Latın "L" hərifinə bənzəyir. Şərqdən qərbə 503 km, şimaldan cənuba 289 km təşkil edir. Ada Lankaster boğazından şimalda yerləşir.
Elsmir (ada)
Elsmir (ing. Ellesmere Island, fr. Île d'Ellesmere) — Kanadanın ucqar şimalda yerləşən, Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelizaveta adaları qrupuna daxildir. Nunavut vilayətinin Kikitani ərazisində yerləşir. Adadan şərqdə Kanada ilə Qrenlandiyanın dövlət sərhədi keçir. Ada ərazisində nəsli kəsilmiş heyvan qalıqlarına rast gəlinir. Adanın sahəsi 196 236 km² təşkil edir. Kanadanın sahəsinə görə üçüncü, dünyada isə onuncu yerdə gedir. Ən hündür nöqtəsi Barbo zirvəsidir (2616 м), üstəlik bu zirvə Nunavut vilayətinin ən hündür zirvəsidir.
Emerald (ada)
Emerald (ing. Emerald Isle) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxil olan ada. Hal-hazırda adada yaşayış yoxdur (2012). Ada Kraliça Yelizaveta adalarının qərbində, Melvill adasından 26 km, Şahzadə-Patrik adasından isə 27 şərqdə yerləşir. Adadan 24 km şimalda Fiçuilyam-Oven və Eyt-Bears adaları yerləşir. Adanın sahəsi 549 km², sahil xəttinin uzunluğu — 117 km təşkil edir. Onun uzunluğu (şərqdən qərbə) 36 km, maksimal eni 22 km-dir.
Farsi (ada)
Farsi adası (fars. جزیره فارسی‎) — Fars körfəzində İrana məxsus adalardan biridir.
Flores (ada)
Flores (ind. Flores, portuqalca güllər) — İndoneziyaya məxsus olan Kiçik Zond adaları daxil olan ada. Onun ümumi sahəsi 13 540 km² təşkil edir. 8 vilsyətə bölünən adada 1,8 milyon insan (2010) yaşayır. Flores inzibati cəhətdən Şərqi Kiçik Zond adaları əyalətinə daxildir. Ən iri adası — Maumere. Flores adası uzunsov formaya malik olub, qərbdən şərqə doğru uzanır. Onun uzunluğu 425 km təşkil edir. Ən enli yerdə (şimaldan cənuba) məsafə 70 kilomertrdir. Flores adasının qərbində yerləşən ən iri qonşu ada Sumbavadır.
Freyzer (ada)
Freyzer adası (ing. Fraser Island və ya ing. Great Sandy Island) — Avstraliyanın şərq sahillərində yerləşən qumlu ada. Adanın sahil boyunca uzunluğu təxminən 120 kilometr, eni isə 7–23 kilometrdir. Adanın sahəsi təxminən 1840 km²-dir. Freyzer adası dünyada ən böyük qumlu adadır. Dyunların yaşı təxminən 400 min il və daha əvvələ aiddir və bu qum təpələrinin hündürlüyü 240 metrə çatır. Adada 40-dan çox şirinsulu göl var və bunlardan ən böyüyü sahəsi 200 hektar olan Bominqen gölüdür. Adanın qərb sahilind manqrov meşələri və bataqlıqlar, şərq sahillərində isə okean boyunca təxminən 100 km uzanan ağ qumlardan ibarət çimərlik yerləşir. Adanın şimal hissəsində keçilməz rütubətli ekvatorial meşələr mövcuddur.
Haiti (ada)
Haiti (isp. La Española, fr. Hispaniola, h.kreol Ispayola) — Karib dənizində ada. Vest-Hinddəki Böyük Antil adaları qrupunda böyüklüyünə görə ikincidir. Ada ərazisində iki dövlət — Haiti və Dominikan respublikaları yerləşir.Tropik qurşaqda yerləşir.
Halmahera (ada)
Halmahera adası (ind. Pulau Halmahera) — Malay arxipelaqına aid (Molukk adalarının ən iri adalarından biri) İndoneziyaya məxsus ada. Sahəsi 17 780 km². Ərazi dağlıqdır (ən hündür yeri Hamkоnоrа vulkanıdır (1560). Adada fəaliyyət göstərən Dukono və İbu vulkanları vardır. Ekvatorial iqlimi hakimdir. Bütün il boyu temperatur 25–28°S, illik yağıntı isə 2000–3000 mm təşkil edir. Ərazi bütünlüklə həmişə yaşıl meşələrlə örtülüdür. Halmahera adası əvvəllər Ternate və Tidore adalarında asılı olmuşdur. Sonradan isə ada güçlü kralıqın ərazisini təşkil edirdi.
Hokkaydo (ada)
Hokkaydo (yap. 北海道), əvvəllər Eco — Yaponiyanın sahəsinə görə ikinci ən böyük adasıdır. 1859-cu ilə qədər ada həmcinin Masuma feodal soyadına mənsub olmuşdur. Hokkaydo adası Yaponiyanın şimalında yerləşir. Onun yerləşdiyi enlik üzrə Avropa və Amerikada kifayət qəfər iri şəhərlər olmasına baxmayaraq burada demık olar ki, iri şəhərlər yoxdur. Adanı şimaldan soyuq Yapon dənizinin suları yuyur. Adanın ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Belə ku, tən ortasından dağ silsiləsi keçir. Bu silsilə adanı demək olar, ki coğrafi baxımından iki yerə bölür. Ən hündür zirvəsi Asahi dağıdır.
Kabus-ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. İtmiş şəhərlər Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. İtmiş şəhərlər Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kapri (ada)
Kapri (it. Capri) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. Roma Respublikası dövründən tanınan dəniz kurortu. Kaprinin gözəl mənzərəsi haqqında hədsiz mübaliğələr mövcuddur. "Şairlər Kaprini yatmış sfinks və ya antiq sarkofaqla müqayisə edirlər". "Necə ola bilər ki, o, burada yaşasın və belə qəddar olsun. Necə ola bilər ki, onun canı belə bir parlaq səmalı torpaqda belə miskin olsun. Necə ola bilər ki, buranı tərk edib başqa, daha günahsız, ömrünün son üç ilini yaşamış olduğu, hələ də onun adını daşıyan, şərq qayalıqdakı iqamətgaha çəkiləsən?" Adada müxtəlif dövrlərdə bir çox tanınmış şəxsiyyətlər yaşamışlar. Tiberi Aksel Munte Hər yaz fəslini Kapridə tikdirmiş olduğu "Sehirli San Mikele qəsrdə" keçirərmiş.
Karvansaray (ada)
Karvansaray adası — Bakı buxtasında yerləşən ada. Sahəsinə görə çox kiçik adadır. Bakının Bayıl burnunun yaxınlığında yerləşir. Sahildən yaxın mövqedə yerləşir. Uzunluğu 180 m ,eni 35 m təşkil edir. Adanın üzərində tarixi Səbayıl qalası inşa edilmişdir.Bu qala adanın sahil xətlərinə uyğun gəlir. Alimlərin fikirincə Bayıl qalası 1232–1235 illərdə inşa edilmişdir. 1306-cı ildə zəlzələ nəticəsində suya batmışdır. Şirvan-Abşeron memarlıq məktəbinə xas tikilidir. Qala səbəbindən adaya Bayıl daşları, Səbayıl qalası, Gömrükxana, Karvansaray kimi adlar verilmşdir.
Kipr (ada)
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Koburq (ada)
Koburq — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında yerləşir. 300 metr uzunluğa malikdir. Xüsusi ilə seçilən hündürlüyü yoxdur. Yayda buzdandan azad olur.
Komsomoles (ada)
Komsomoles — Şimal Torpağına daxil adaların ən şimalda yerləşənidir. Kara dənizi və Laptevlər dənizi arasında yerləşir. Oktyabr İnqilabı adasından Qırmızı Ordu boğazı, Pioner adasından isə Yunıy boğazı vastəsi ilə ayrılır. Sahəsinə görə arxipelaqda 3-cü, dünyada isə 82-ci yeri turur. Adanın ən ucqar şimal nöqtəsi Arktik burnudur. Bu ərazidən bir çox arktik ekspedisiyalar başlanğıcını götürmüşdür. Adanın sahəsi — 9600 km², maksimal hündürlük — 781 m təşkil edir. Adanın 65 % Buzlaqlarla örtülüdür. Qslan hissə isə qum və gil ilə örtülüdür. Adanın böyük hissəsini arxipelaqda yerləşən Akademik Nauk buzlağı tutur.
Komsomolets (ada)
Komsomoles — Şimal Torpağına daxil adaların ən şimalda yerləşənidir. Kara dənizi və Laptevlər dənizi arasında yerləşir. Oktyabr İnqilabı adasından Qırmızı Ordu boğazı, Pioner adasından isə Yunıy boğazı vastəsi ilə ayrılır. Sahəsinə görə arxipelaqda 3-cü, dünyada isə 82-ci yeri turur. Adanın ən ucqar şimal nöqtəsi Arktik burnudur. Bu ərazidən bir çox arktik ekspedisiyalar başlanğıcını götürmüşdür. Adanın sahəsi — 9600 km², maksimal hündürlük — 781 m təşkil edir. Adanın 65 % Buzlaqlarla örtülüdür. Qslan hissə isə qum və gil ilə örtülüdür. Adanın böyük hissəsini arxipelaqda yerləşən Akademik Nauk buzlağı tutur.
Kotelnı (ada)
Kotelnı (saxa Олгуйдаах арыы) — Yeni Sibir adalarıının Anju qrupuna daxil olan ən iri adadır. Onun sahəsi 23,200 km² təşkil edir. Bunqe Torpağı və Faddeyevski yarımadası istisna olarsa sahəsi 11700 km² -dir. Adanın ən hündür nöqtəsi — Malakatın-Tas dağıdır (361 м) 074°52′18″ şm. e. 138°45′26″ ş. u.(339 m). Ada 1773-cü ildə rus taciri İvan Lyaxovski tərəfindən kəşf edilir. Ada Ust-Lensk dövlət təbiət qoruğunun ərazisinə daxildir. Bunqe Torpağı və Faddeyevski yarımadası bəzi xəritələrdə ayrı göstərilir.
Kyuşu (ada)
Kyuşu (yap. 九州) — sahəsinə görə Yaponiyanın üçüncü ən böyük adasıdır. Sahəsi 40,6 min km² təşkil edir. Adada 12,0 milyon insan yaşayır. Bir çox alimlərin fikirincə yaponiya sivilizasiyasının yaranma məkanı hesab edilir. Kyuşu adası ilə Honşu adası arasında Simonose boğazı (Kammon boğazı) yerləşir. Boğazın alt hissəsindən dəmiryolu və avtomobil tunelləri inşa edilmişdir. Üstəlik adaları Kammon körpüsü birləşdirir. Kyuşu adasını şərqdən Sakit okean, şimal-şərqdən Daxili Yapon dənizi və qərbdən isə Şərqi Çin dənizinin suları yuyur. Qərbi istisna olmaqla sahilləri parçalıdır.
Madaqaskar (ada)
Madaqaskar adası (malaq. Madagasikara) — Hind okeanında yerləşən, Afrikanın ən böyük adası. Ada Afrika materikindən Mozambik boğazı ilə ayrılır. Dünyanın sahəsimnə görə dördüncü ən böyük adasıdır. İqlimi tropikdir. Cənub hissəsində az bir sahədə subtropik iqlim hakimdir. Adanın uzunluğu 1600 km, eni isə 600 km-dən çoxdur. Sahəsi 587 040 km²-dir. Ada bütünlüklə eyni adlı bir dövlətə aiddir. Madaqaskarın paytaxtı Antananarivu şəhəridir.
Marqarita (ada)
Marqarita adası (ispan dilində: Isla Margarita) — Karib dənizinin cənubunda yerləşən ən böyük Venesuela adası. Arxipelaqa daxil olan Koçe və Kubaqya adaları ilə birlikdə venesuelanın Hueva-Esparto (Yeni Sparta) adlanan vahid ada əyalətinin tərkibinə daxildir. Adanın ümumi sahəsi 1071 km².-dir. Əhalisi 490 min nəfərdir (2011). Marqarita adası — Venesuela Respublikasına daxil olan ən böyük adadır, bir-birindən 18 km uzunliğunda uzunsov qumluq sahə ilə ayrılan iki dağ massivindən ibarətdir. Ada materikdən 22 km. enində boğazla ayrılır. Adanın uzunluğu 69,2 km, maksimum eni 34,6 km.-dir. Adanın iqlimi — 24 və 37°S dərəcə arasında dəyişən quru tropik iqlimdir. Ada 1498-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilmiş və Avstriya şahzadəsi Marqaritanın şərəfinə adlandırılmış və İspaniya müstəmləkələrinin tərkibinə daxil edilmişdir.
Marqit (ada)
Marqit adası (Marqitsiqet; mac. Margit-sziget — Marqarita adası) — Budapeşt şəhərində yerləşən Dunay çayında ada. Ada, Macarıstanın paytaxtı Buda və Pestin iki hissəsi arasında şəhər mərkəzində yerləşir və cənubda Marqarita Körpüsü və şimalda Arpad körpüsü ilə birləşir. Adanın uzunluğu — 2,5 km, sahəsi — 0,965 km² təşkil edir. Adada tamamilə park salınmışdır , turistlər və şəhər sakinləri üçün bayramların keçiriləcəyi bir yer kimi tanınır. Adada termal su qaynaqlı bir neçə hotel var. Nəqliyyat vasitələrinin , taksi və avtobusların istifadəsi istisna olmaqla, daşınması qadağandır. Macarıstanın kralı IV Bela , qızı Marqaretin monqol istilasından xilas olması vəziyyətində adanın əksər hissəsini işğal edən Dominikan monastırına bir fərman vermək üçün vəd vermişdi . İşğaldan qurtulduqdan sonra, sözünü yerinə yetirdi. Qızı 28 yaşında öldü.
Melvill (ada)
Melvill (ing. Melville Island) — Kanadanın şimalında yerləşən ada. Ada Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna aidir. İnzibati cəhət Nunavut və Şimal-Qərb ərazilərinə daxildir. Sahəsi 42,149 km² olaraq Adaların dünyada sahəsinə görə sıralamasında 33-cü yerdədir. Parri arxipelaqının ən iri adasıdır. Sahil xətdinin uzunluğu 3107 kilometrdir.. Vaykaunt-Melvill boğazı (eni 122 km) adanı Viktoriya (ada) və Stefansson adasından ayırır. Mak-Klur boğazı isə onu Banks adasından ayırır. Ada parçalanmış formaya malikdir.
Cucumis melo subsp. adana
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cucumis melo var. adana
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cəmiyyət adaları
Cəmiyyət adaları (fr. Îles de la Société), Yoldaşlıq adaları — Sakit okeanın cənubunda, Polineziyada arxipelaq. Fransanın mülkü. Sahəsi 1,6 min km2 . Əhalisi 235,3 min (2012). İnzibati mərkəzi Papeete şəhəridir. İki qrup: Küləktutan və Küləktutmayan adalardan ibarətdir. Ən böyük adası Taitidir (sahəsi 1042 km2 ). Adaların çoxu vulkan mənşəlidir, mərcan rifləri ilə əhatələnmişdir. Maksimum hündürlüyü 2241 m (Taiti adasında).
Cənub adası (Pyotr adaları)
Cənub adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Adanın ən hündür nöqtəsi 13 metr hündürlüyə malik təpə onun cənubunda yerləşir. Ada 1736-cı ildə Vasili Vasileviç Pronçişev ekspedisiyası tərəfindən kəşf edilmişdir. Taymır yarımadasının şərqində yerləşir. Şimal adasından Mod boğazı ilə ayrılır. Üçbucaqlı formaya malikdir. Cənub-qərbində (Ojıdaniya burnu) və cənub-şərqində Yujnı burnu) yarımadalar yerləşir ki, onların arasında isə Nord buxtası vardır. Üzəri bataqlıqla örtülmüşdür. Yaxınlığında Qolaya Kosa adası yerləşir. Bu ada isə uzun qumlu dilə bənzəyir.
Cənub adası (Vstreçnıye adaları)
Cənub adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Vstreçnıye adaları qrupuna daxil olan ada qrupun cənubunda yerləşir. Yerləşdiyi mövqeyi ilə əlaqədar adlandırılmışdır Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında 1,5 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Cənub adasının şimalında yerləşən bir necə ada vardır: Lişniy adası (2,2 km), Şimal adası (300 m) və adsız ada (450 metr). Cənub adasından 700 metr aralıda Ostrıy, 500 metr aralıda isə Nizkiy adası yerləşir. Qrupun ən iri adasıdır. Cənubdan şimala doğru uzanır.
Cənub adası (Vxodnıe adaları)
Cənub — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır rayonu ərazisinə daxildir. Kara dənizinin cənubunda Vilkiç boğazında yerləşir. Bolşevik adasından 3 km cənubda yerləşir. Vxodnıe adalarının tərkibinə daxildir. Şimal adasında cənub-şərqdə yerləşir.
Cənub adası (Yeni Torpaq)
Cənub adası — Yeni Torpaq arxipelaqına daxil olan ada, Şimal adası ilə Matoçkin Şar boğazı vastəsi ilə ayrılır. Vayqaç adasından Kara darvazası (boğaz) vastəsi ilə ayrılır. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın sahəsi 33,275 km² təşkil edir. Ada Saxalin və Şimal adası kimi adalardan sonra Rusiyada sahəsinə görə üçüncüdür. Adanın qərbində Qusinnaya Zemlya yarımadası yerləşir. Ən hündür nöqtəsi — Pervousmotrennaya dağıdır (1291 m). Qədimdə adada məlum olmayan qəbilə yaşamışdır. Belə düşünülür ki Ust-Poluyu mədəniyyətinə aid qəbilələrdir. Alman mifologiyasında Sirtya adı ilə tanınır.
Cənub adası (Yeni Zelandiya)
Cənub adası (ing. South Island, mao. Te Wai-pounamu — Te-Vai-Pounamu,1840-cı illərdə həmcinin Yeni Manster) — Yeni Zelandiyanın sahəsinə görə birinci adasıdır. Adanın sahəsi — 150 437 km² təşkil edir, bu isə Adaların dünyada sahəsinə görə sıralamasında 12-ci yerdə gedir. Kuk boğazı Şimaladadı ilə Cənub adasını bir-birindən ayırır. — Adanın qərb sahillərinə yaxın Cənubi Alp dağları uzanır. Burada Yeni Zelandiyanın ən hündür zirvəsi olan Kuk dağı (3754 m) yerləşir. Cəbubi Alp dağlarında olan 18 zirənin hündürlüyü 3000 metri keçir. Dağlarda 360 buzlaq vardır. Onlardan ən böyükləri: Tasman buzlağı, Frans-İosif buzlağı və Foks buzlağı.
Cənubi Antil adaları
Cənubi Antil adaları (nid. Benedenwindse Eilanden, isp. Islas de Sotavento, ing. Leeward Islands), Kiçik Antil adalarının cənub hissəsində, Venesuela sahillərinə yaxın ərazidə yerləşən və əsasən vulkanik adalardan ibarət olan adalar qrupu. Adaların ümumi sahəsi 2000 km², hündürlüyü 372 metr təşkil edir. Tərkibinə daxil olan adalar: İri adalar ısasən vulkanik məşhəlli olub metamorfik və kristalik suxurlardan ibarətdir. Kiçik adalar isə mərcan və qumlu dayazlıqkardan ibarət olur. İqlimi tropikdir il ərzində 500–600 mm yağıntı düşür. Burada həmişəyaşıl kol və meşəliklər vardır. 2009-cu il məlumatına görə adalarda 0,7 mln insan yaşayır.
Cənubi Egey adaları
Cənubi Egey adaları (yun. Περιφέρεια Νοτίου Αιγαίου) — Yunanıstanın 13 periferiyasından biri. Periferiyanın inzibati mərkəzi — Siros adasında yerləşən Ermupolis şəhəridir. Sahəsi 5.286 nəf./ km² və ölkənin 4 %-ni əhatə edir. 1987-ci ildə yerli idarəetmə haqqında Qanuna 1622/86 əsasən yaradılmışdır. 2011-ci ildə, Kallikratis proqramına əsasən mərkəzi Pirey ilə Egey adaları desentralizasiya idarəsinə daxil edildi.
Cənubi Georgiya və Cənubi Sandviç adaları
Cənubi Georgiya və Cənubi Sendviç adaları — cənubi Atlantikada adalar qrupu. Cənubi Georgiya 1775-ci ildən, Cənubi Sendviç adaları isə 1908-ci ildən Böyük Britaniyaya aiddir və Böyük Britaniyanın dəniz əraziləri statusuna malikdir. Aidiyyat məsələsi Argentina tərəfindən müvafiq sürətdə 1927 və 1938-ci illərdə mübahisə edilmişdir. .gs domenindən istifadə edilir. Ərazisi ümumən 4 410 kv.km-dir, daimi sakinlərinin sayı 20 nəfərdir. Əraziyə ətraf adacıqlarla birlikdə Cənubi Georgiya adası, Cənubi Sendviç adaları arxipelaqı, Şaq qayaları və ayrıca yerləşən Qara qaya (Blek-Rok) daxildir. Cənubi Georgiya — Atlantik okeanda yerləşən arxipelaq. Bir iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Arxipelaqın sahəsi 3756 km²-dir. Paytaxtı Qryotviken.
Cənubi Molukk Adaları Respublikası
Cənubi Molukk Adaları Respublikası və ya Maluku-Selatan Respublikası (ind. Republik Maluku Selatan) — Ambon adasında 1950-ci ildə separatçılar tərəfindən özünü müstəqil elan edən tanınmamış dövlət dövlət. Hal-hazırda Niderlandda mühacir hökuməti fəaliyyət göstərir. 27 dekabr 1949 ildə Niderland hökuməti Niderland Ost-Hindinin ərazilərində yaranan İndoneziyanın müstəqilliyini tanıyır. Bircə Niderland Yeni Qvineyası istisna olmuşdur. O zaman Cənubi Molukk adaları Şərqi İndoneziya dövlətinin daxilində İndoneziyanın tərkibində idi. Dövlət başçısı olan Əhmət Sukarno ölkəni unitar dövlət etmək niyyətində idi. Halbuki ölkə istər etnik istərsə dini baxımından fərqliliklər mövcud olmuşdur. Ölkə başçısının bu cur fərqlilikləri nəzərə almadığından Cənub Molukk adaları Müsəlman İndoneziyasından ayrılmaq qərarına gəlir. 25 aprel 1950-ci ildə Ambonda müstəqil Cənubi Molukk Adaları Respublikası elan edilir.
Cənubi Orkney adaları
Cənubi Orkney adaları (ing. South Orkney Islands) — Atlantik okeanın cənubunda (Cənub okeanı) yerləşən arxipelaq. Adalar 60°30' və 60°83' c. e., 44°25' və 46°25' q. u. yerləşir. Arxipelaq dörd əsas iri adadn ibarətdir. Koroneyşen ən iri adasıdır. Adanın ən hündür zirvəsi Niveya (Mount Nivea) dağı 1266 metrdir. Ən ucqar şərqdə yerləşən ada Loridir (Laurie Island).
Cənubi Sandviç adaları
Cənubi Sendviç adaları (ing. South Sandwich Islands) — Subantarktika qurşağında, Atlantik okeanın cənubunda yerləşən arxipelaq. Cənubi Georgiya adasından 570 km cənub-şərqdə yerləşir. Arxipelaq 11 vulkan məşəlli kiçik ada, çoxlu sayda adacıqlar və qayalıqlardan ibarətdir. Arxipelaq rayonunu bəzən Cənub okeanına aid edirlər. Skotia dənizinin şərq sərhəddi hesab edilir. İnzibati cəhətdən Britaniya dəniz ərazilərinin Cənubi Georgiya və Cənubi Sendviç adaları ərazisinə daxil edilir. Folklend adaları və Cənubi Georgiya ilə birlikdə Argentina tərəfdən ərazi iddiası qaldırılmışdır. Argentina bölgəni öz ərazisi hesab edir. Arxipelaq 310 km² sahəyə malikdir.
Cənubi Sentinel adası
Cənubi Sentinel adası (ing. South Sentinel Island) — Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Ada 1600 m uzunluğa, 160 ha əraziyə sahibdir. Ada Kiçik Andamanan 26,5 km şimal-qərbdə, Şimali Sentinel adasından isə 59,6 km cənubda yerləşir. Bir mərcan adası olması ehtimal edilir. XIX əsrə aid olan məlumatda, polkovnik Alkok yazır: Adada yaşayış yoxdur. Mayak istisna olmaqla tikili yoxdur. Siyasi cəhətdən Cənubi Sentinel Adası Kiçik Andaman Talukun bir hissəsidir. 2018-ci ildə Hindistan hökuməti turizmi inkişaf etdirmək məqsədilə 29 adanı, o cümlədən Cənubi Sentineli 31 dekabr 2022-ci ilə qədər Məhdud Ərazi İcazəsi (REP) rejimindən çıxardı.
Cənubi Sporad adaları
Cənubi Sporad adaları (Dodekanes) – Egey dənizində, Kiçik Asiya yarımadasının cənub-qərb sahili yaxınlığında adalar qrupu. Cənubi Sporad adaları Yunanıstan ərazisinə daxildir. Sahəsi 3541 kv. km.-dir. Əhalisi 200 min nəfərdir (2005). Əsas adaları Rodos, Samos, İkariya, Kos, Karpatos adalarıdır. Relyefi dağlıqdır. Maksimum hündürlüyü 1434 metrdir (Samos adasında Kerketefs dağı). Cənubi Sporad adalarında kolluqlar, bəzi yerlərində həmişəyaşıl palıd, şam və sərv meşələri geniş yayılmışdır. Əhalisinin əsas məşğuliyyəti subtropik əkinçilik, (üzümçülük), bağçılıq, heyvandarlıq, (davar) və balıqçılıqdır.
Cənubi Şetland adaları
Cənubi Şetlend adaları (ing. South Shetland Islands) — Atlantik okeanda Antarktik yarımadasıının şimalında yerləşir. Arxipelaq cənub-qərbdən şimal-şərqə doğru uzanır. Antarktik yarımadasından Bransfild boğazı ilə ayrılır. Cənubi Amerikadan Dreyk boğazı ilə ayrılır. Arxipelaqda çoxlu sayda xırda adalar vardır. Ümumi sahəsi 3687 km² təşkil edir. Cənubi Şetland adaları 19 fevral 1819 ildə britaniyalı dənizçi Vilyam Smit (ing. William Smith) tərəfindən «Williams» gəmisində aşkarlanır. O, Montevideodan Valparaisoya gedərkən aşkarlayır.
Cənubi Şetlend adaları
Cənubi Şetlend adaları (ing. South Shetland Islands) — Atlantik okeanda Antarktik yarımadasıının şimalında yerləşir. Arxipelaq cənub-qərbdən şimal-şərqə doğru uzanır. Antarktik yarımadasından Bransfild boğazı ilə ayrılır. Cənubi Amerikadan Dreyk boğazı ilə ayrılır. Arxipelaqda çoxlu sayda xırda adalar vardır. Ümumi sahəsi 3687 km² təşkil edir. Cənubi Şetland adaları 19 fevral 1819 ildə britaniyalı dənizçi Vilyam Smit (ing. William Smith) tərəfindən «Williams» gəmisində aşkarlanır. O, Montevideodan Valparaisoya gedərkən aşkarlayır.
Dall adası
Dall adası (ing. Dall Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adasının qərbində yerləşir. Təxminən 73 km uzunluğa və 14 km enə malikdir. Adanın sahəsi 657,9 km²-dir və bu göstərici ilə ABŞ-də 28-ci ən böyük adadır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 745 m yüksəklikdədir. Adanın ən cənub nöqtəsi Muson burnudur. Burun Alyaska ilə Kanadanın Britaniya Kolumbiyası əyaləti arasında dəniz sərhədi olan A-B xəttinin qərb ucu hesab olunur. 2000-ci il siyahıyaalınmasına əsasən ada əhalisinin sayı 20 nəfər olmuşdur. Ada əvvəlcə İspan dəniz zabiti Xuan Fransisko-de-la-Bodeqa-i-Kuadranın şərəfinə Kuadra adlandırılır.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Dalnı adası
Dalnı adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Sakit okean suları ilə əhatələnmişdir. Ada Şikotan adası sahilində yerləşən Dimitrov buxtasında yerləşir. Şikotan adasından 100 metr aralıda yerləşir. Bu buxtanın şimal-qərbində digər kiçik ada olan Srednı yerləşir. Adanın adı buxtada yerləşən mövqeyi ilə əlaqədardır.
Damansk adası
Damanski adası (çin. Çjenbao dao. draqosennıy adası) — sahəsi 0,74 km² olan kiçik ada, Ussuri çayında yerləşən adadır. Xabarovskdan 230 km cənubda, Luçeqorsk şəhərindən isə 35 km qərbdə yerləşir. Çay yatağında yerləşən adadır. 1888-ci ildə Transsibir magistral dəmir yolu inşa edilərkən mühəndis Stanislav Damanski fırtına zamanı Ussuri çayında boğularaq həlak olur. Sonradan onun cənazəsi adsız bir adada tapılır. Onun şərəfinə adsız adaya onun adı verilir. 1969-cu ildə bu ada SSRİ və Çin arasında konfliktə səbəb olmuşdur. Sərhəd konflikti SSRİ və Çin arasında Damansk asına görə baş vermişdir.
Damar adası
Damar (ind. Pulau Damer) — Banda dənizində yerələn İndoneziyaya məxsus olan ada. Adanın sahəsi 197,7 km²-dir. Damar adaları qrupunun ən iri adasıdır. Ən iri şəhər-limanı Bulurdur ki, burada 1497 nəfər yaşayır. Moluk adalarının cənubunda yeganə yerdir ki, burada saqo istehsal edilir. Əhali banan, kakos, pomidor və s. bitkiləri satmaqla dolanırlar.
Demyan Bednıy adaları
Demyan Bednıy adaları — Şimal Torpağının qərb hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə 8 ada və ən azı beş adacıq daxildir. Onlar cənub-şərqdən şimal qərbə doğru 10 km məsafədə uzanır. Qrupun şərq nöqtəsini təşkil edən ada Komsomoles adasından Posadoçnaya çayının mənsəbindən 5 km şimalda yerləşir. Tərkibi (qərbdən şərqə): Kolobok — oval formaya malik və şimalında kiçik körfəzi olan ada. Ada 650 m uzunluğa malikdir. Şimal — elədə böyük olmayan qayadan ibatət olan ada. 800 metr uzunluğa malikdir.
Derevyannıy adası
Derevyannıy adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 45 metrdir. Şimal-şərqdən cənub-qərbə uzanır. İri Vilçek Torpağının yaxınlığında yerləşir. 200 m qərbdə isə isə Daues adası qəralaşır.

Digər lüğətlərdə