Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
AUKUS
AUKUS — 15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı.Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, Ağ Evdəki anonim mənbələr bunun Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün hazırlandığını iddia edir. Ancaq İngiltərənin baş naziri Boris Conson daha sonra parlamentdə çıxış edərək, bu addımın Çinə qarşı məqsədli olmadığını söylədi.17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni "arxadan bıçaqlanma" adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə Fransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbiylə daxili təhlükəsizlik problemləri ilə daha geniş izah etmək olar.
Buxus
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi.Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.
Fukus
Fukus (lat. Fucus) — chromista aləminin gyrista tipinin phaeophyceae sinfinin fucales dəstəsinin fucaceae fəsiləsinə aid xromist cinsi.
Nukus
Nukus və ya Nüküs (özb. Нукус, Nukus (Nüküs), qaraq. Нөкис, No‘kis (Nökis)) — Özbəkistanın şimal-qərbindəki Qaraqalpaqıstan Respublikasının paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi olan şəhər. Təxminən 305.000 əhaliyə malikdir. Oktyabr qiyamından əvvəl Nukus şəhəri iki binadan ibarət əsgəri bir qala ikən, 1932-ci ildən etibarən inkişaf etmiş. Buna görə qaraqalpaqlar 1939-cu ildə paytaxtı Dördgöl şəhərindən bura köçürmüşlər. Nukus şəhəri Qaraqalpaqıstanın az qala mərkəzində qurulmuş bir şəhərdir.
Bikus (Piranşəhr)
Bikus (fars. بيكوس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 534 nəfər yaşayır (80 ailə).
Buxus angustifolia
Buxus arborescens
Buxus argentea
Buxus aurea
Buxus caucasica
Buxus colchica
Kolxida şümşadı (lat. Buxus colchica) — şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qlobal IUCN Statusu: NT == Təbii yayılması == Kolxida şümşadı Gürcüstan, Rusiya, Azərbaycan və Türkiyə üçün endemikdir. Azərbaycanda Böyük Qafqazın qərb (Zaqatala rayonunun Tala kəndi) və şərq hissələrində (Qəbələ rayonunun Vəndam kəndi) yayılmışdır. == Botaniki təsviri == Həmişəyaşıl koldur, bəzən isə 10–12 m (180 m-ə qədər) boya malik ağacdır. Zoğları yaşıl və dördkünclüdür. Yarpaqları adətən ellipsivari olub, 10–30 mm uzunluğunda, 5–18 mm enində, dərivari, estdən tend yaşıl, parlaq, saplağı qısa və tükcüklüdür, qaidəsi pazvari və ya dairəvi, ucu oyuqludur. Çiçək qrupu oturandır. Meyvəsi dərili, yumurtavari-kürəvi qutucuqdur.
Buxus crispa
Buxus cucullata
Buxus elegantissima
Buxus fruticosa
Buxus handsworthii
Buxus hyrcana
Hirkan həmişəyaşıl şümşadı (lat. Buxus sempervirens subsp. hyrcana) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinin həmişəyaşıl şümşad növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə sıx budaqlı bir kol bitkisidir. Bəzən 6-10 m-ədək hündürlüyə çatan ağac şəklini alır. Gövdəsinin qabığı nazik, açıq bozumtul-sarı, hamar olub, qoca ağaclarda xırda çatlıdır. Çoxbudaqlı, sıxçətirli olub, cavan zoğlar dördüzlüdür. Bitkinin cavan zoğları yaşıl rəngdə olub, 4 guşəli, azca tüklüdür.
Buxus macrophylla
Buxus marginata
Buxus mucronata
Buxus myrtifolia
Buxus rosmarinifolia
Buxus salicifolia
Buxus suffruticosa
Buxus tenuifolia
Gümüş
Gümüş (Ag) – kimyəvi element, D. İ. Меndeleyevin kimyəvi elementlərin dövrü sisteminin beşinci periodunun əlavə yarımqrupunun kimyəvi elementi. Atom nömrəsi 47-dir. Ag (lat. Argentum) simvolu ilə göstərilir. Gümüş nəcib metal olaraq plastikdir, gümüşü-ağ rəngdədir. Ərimə temperaturu – 961.9 °C, qaynama temperaturu 1950 °C, bərkliyi — 10,5 g/см³. Əksər birləşmələrdə +1 oksidləşmə dərəcəsindədir. Gümüş çoxdan qiymətli bir metal kimi qiymətləndirilmişdir. Gümüş bəzən qızılla yanaşı bir çox külçə sikkədə istifadə olunur. Miqdarca qızıldan daha çox mövcud olsa da, təbii metal kimi çox azdır.
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Çükəş
Çükəş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çükəş Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Talış dilindəki cu (ağac, taxta) və kəş (qoşqu ləvazimatı) sözlərindən düzəlib. Görünür, qoşqu ləvazimatının taxtadan olan hissəsi bu kənddə düzəldiyi üçün kənd belə adlandırılmışdır. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Əzizov (1995-2014).
Gülüş
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Büke
Büke - türk və altay mifologiyalarında əjdaha deməkdir. Bükü və ya Buka olaraq da deyilir. Əfsanəvi varlıq. İlana bənzər nəhəng bir sürünəndir. Çox vaxt qanadlı olaraq təsvir edilər. Uça bilər. Ağızından atəş saçar, dişlərindən turşu axıdar. Dərisi zireh kimi pullarla örtülüdür. Bütün Dünya mifologiylarında ortaq fiqurlardan biridir. Dinozavrlar çağından qalma bəzi varlıqların primitiv topluluklardaki xəyali izahatı olaraq düşünülə bilər.
Kükü
Yaşayış məntəqələriKükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi.YeməklərKükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Arbanus (Bükan)
Arbanus (fars. اربنوس‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (37 ailə).
Azad Şükür
Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam) — Azərbaycan aktyoru və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti (2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. == Həyatı == Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alıb (1977–1981). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb (1981–1984). Daha sonra Tədris Teatrında (1984–1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990–1992) çalışıb. 1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 6 il həmin kafedranın müdiri olub, indi də dosentdir. Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, qiraət ustasıdır.
Ağutman (Bükan)
Ağutman (fars. اغوتمان‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 432 nəfər yaşayır (63 ailə).
Ağıcvan (Bükan)
Kani ŞəqaqanAğıcvan' (fars. ‎‎اغجيوان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 661 nəfər yaşayır (124 ailə).
Aşigülan (Bükan)
Aşigülan (fars. اشي گلان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 135 nəfər yaşayır (19 ailə).
Aşkutan (Bükan)
Aşkutan (fars. اشكوتان‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 170 nəfər yaşayır (37 ailə).
Bekeş (medye)
Bekeş (mac. Békés) — Macarıstanın medyesi, Rumıniya ilə sərhəddə Cənubi Alföldə yerləşir . İnzibati mərkəzi — Bekeşçaba. Həmçinin Yas-Nadkun-Solnok, Çonqrad və Xaydu-Bixar medyeləri ilə sərhəddir. == Demoqrafiya == 2001-ci ilin əhalinin siyahıya alınması nəticəsində 392 nəfər təşkil edirdi. Əhalinin 60 % çoxu şəhər şəraitində yaşayır. Dominant millət - macarlar. Onlardan əlavə slovaklar (təx. 7000), qaraçılar (5000), rumınlar (4000), almanlar (1500) və serblər (400) yaşayırlar. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi.
Bikeş (Baymak)
Bikeş (başq. Бәхтегәрәй, rus. Бахтигареево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bikeş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 25 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 70 km.Şuqur çayının sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (68%), başqırdlar (27%) üstünlük təşkil edir.
Böyük çöküş
Böyük Çöküş (ing. Big Crunch) — nəzəriyyəsi Big Bangdən (Böyük Partlayış) sonra genişləyən kainatı getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Alimlər büzülən kainatın sonunda “Big Crunch” (Böyük Çöküş) deyilən çox yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə bildiyimiz bütün canlıların yox olması mənasını verir. Stanford Universitetində fizika professoru olan Renata Kallosh və Andrei Lindenin bu mövzu ilə bağlı şərhləri belədir: “Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlardakı görə bilmədiyimiz hər şey protondan belə kiçik nöqtə şəklində kiçiləcək. Sanki Qara dəlik içindəsiniz… Bu enerjinin ən yaxşı tərifinin belə olduğunu tapdıq: mərhələ-mərhələ mənfi hala gələn bu quru enerji, kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək… Fiziklər Qara enerjinin mənfi enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər… Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulasiyasının ortasında ola bilərik”. Big Crunch kimi ifadə edilən bu elmi fərziyyəyə Quranda belə işarə edilir: O gün göyü yazılı səhifələrin büküldüyü kimi yenə əvvəlki halına qaytaracağıq.
Bürküt Ana
Bürküt Ata
Bərdərəşan (Bükan)
Bərdərəşan (fars. برده رشان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Cambuğa (Bükan)
Cambuğa (fars. جمبوغه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 514 nəfər yaşayır (71 ailə).
Canbulaq (Bükan)
Canbulaq (fars. جانبلاغ‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 174 nəfər yaşayır (37 ailə).
Daşağıl (Bükan)
Daşağıl (fars. داشاغل‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (48 ailə).
Dərbisər (Bükan)
Dərbisər (fars. داربسر‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (43 ailə).
Dəvəşəhri (Bükan)
Dəvəşəhri (fars. دوه شهري‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (25 ailə).
Gamışan (Bükan)
Gamışan (fars. ‎‎‎گاوميشان‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (14 ailə).
Göytəpə (Bükan)
Göytəpə (fars. گوگ تپه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 113 nəfər yaşayır (21 ailə).