Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Bəxş
Bəxş (və ya Baxş) (fars. بخش‎) — İran şəhristanlarında inzibati ərazi vahidi. Hər bəxşa bir neçə dehistan daxil olur. Bəxşə rəhbərlik edən şəxsə bəxşdar deyilir.
BƏƏ
Birləşmiş Ərəb Əmirlikləri (Ərəbcə: الإمارات العربية المتحدة - Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.
Bəxt gölü
Bəxt gölü (özb. Baxt, Бахт — «baxt») — Özbəkistanın Daşkənd şəhəri Bəyteymur tümənliyi ərazisinə daxil olan süni göl. Göl Çirçik çayının suları ilə doldurulmuşdur. Göl istirahət zonası rolunu oynayır. Bura park-göl statusu verilmişdir. == Təsviri == Bəxt gölü təqribi olaraq 27 ha ərazini əhatə edir. Göl sanki üçbucaqlı formaya malikdir. Ancaq kənarları düz xətt üzərində yerləşmir. Göl cənub-qərbdən, şimal-şərqə istiqamətlənmiş formaya malikdir. Gölün uzunluğu 900 metr, eni isə 300 metr təşkil edir.
Nəxə (qəbilə)
Nəxə (ərəb. النُخَع‎) — Yəmən mənşəli ərəb qəbiləsi. Bu, daha böyük Məzhəc qəbiləsinin bir qoludur. Muaz ibn Cəbəl tərəfindən islamı qəbul etmişdilər. VII əsrdə islam fəthlərində iştirak etmişdilər. Qəbilənin Malik ibn Həris, Əlqəmə ibn Qeys və İbrahim Nəxai kimi görkəmli tarixi şəxsiyyətləri var. Əl-Həmdani "Ərəb yarımadasının təsviri" kitabında Nəxə qəbiləsindən bəhs etmişdir.
Bəxt üzüyü
Bəxt üzüyü tammetrajlı bədii filmi rejissor Ramiz Əzizbəyli tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. "Qara Qayafilm" studiyasında istehsal edilmişdir. Film Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə və Rəfael Dadaşov ifa edirlər. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilmişdir. == Məzmun == Bu qrotesk film qəhrəmanlardan biri-Saranın (Gülşad Baxşıyeva) bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulmuşdur. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu (Valeh Kərimov) kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, "xoşbəxtliyə" qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar. İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız.
BƏƏ coğrafiyası
== Sahəsi və sərhədləri == Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının şərq hissəsində, İran və Oman körfəzləri sahillərində yerləşir. Ölkə qərbdən və cənubdan Səudiyyə Ərəbistanı Məlikliyi və Oman Sultanlığı ilə həmsərhəddir. Lakin bu sərhəd Rubəl-Xali səhrası boyunca keçdiyindən dəqiq müəyyənləşdirilməyib. Əmirliklərin quru sərhədlərinin uzunluğu 867, dəniz sərhədlərinin uzunluğu isə 1318 km-dir. Sahil xəttindən materikin daxilinə doğru ölkənin ərazisi 100–150 km məsafədə uzanır. Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə 7 əmirlik: Abu-Dabi, Dubay, Şərca, Əcman, Rəs-əl-Heymə, Umm-əl-Qayveyn və Füceyrə daxildir. İran körfəzindəki onlarca böyük və kiçik ada BƏƏ-nin ərazisinə daxildir. Ölkənin ümumi ərazisi 83,6 min kv. km-dir. Ərazicə ən böyük əmirlik Abu-Dabi (federasiya ərazisinin 87 faizi), ən kiçik isə Əcmandır (ərazinin 0,3 faizi).
BƏƏ dirhəmi
BƏƏ dirhəmi (Ərəbcə: درهم; ISO 4217: AED) - Birləşmiş Ərəb Əmirliklərində istifadə edilən rəsmi pul vahididir. 1 BƏƏ dirhəmi təqribən 100 filsə bərabərdir. BƏƏ dirhəmi Birləşmiş Ərəb Əmirlikləri Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 BƏƏ dirhəmi = 0.272246 ABŞ dolları.
BƏƏ iqtisadiyyatı
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatında neft yataqlarının kəşfinə qədər Dubay və ondan bir qədər geridə qalan Şərca, başlıca yer tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı illərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur. Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət məhsulları bu əmirliyin ərazisindən gizli olaraq Cənub və Cənub-Şərqi Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daşqaş və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq Abu-Dabi əmirliyi isə neft yataqları kəşfinə qədər kasıbçılıq içərisində yaşayırdı. == Tarixi == İkinci Dünya müharibəsindən sonra Küveyt və Səudiyyə Ərəbistanı neft sənayesi ilə əlaqədar yüksək iqtisadi inkişaf səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay və Şərca əmirlikləri cəmi 8–10 ilə keçmişdir. Ölkənin belə "sıçrayışında" yerli hakimlərin ağıllı və məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək lazımdır. Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı sürətdə dəyişdirə bilmişlər.
BƏƏ tarixi
== Qədim dövr == Müasir BƏƏ-nin ərazisi çox qədimdən məskunlaşmışdır. Qazıntılar zamanı tapılan insan və heyvan heykəlləri, həm də başqa tikililərin qalıqları, vahələrin əkinçiliklə məşğul olan əhalisinin yüksək mədəniyyətə malik olduqlarını sübut edir. Şarja şəhərinin yaxınlığındakı Cəbəl Fəya düşərgəsi bu məmləkətin ulu tarixini bir daha sübut edir. Maraqlıdır ki, Cəbəl Fəyadan insan sümükləri tapılmayıb. == Orta əsrlər tarixi == XVI əsrin başlanğıcında İran körfəzi sahilində yerləşən ölkələrin tarixində əsaslı dönüş baş vermişdir. Bu dövrdən körfəzin sahillərində ilk Avropa müstəmləkəçiləri görünməyə başlamışdır. 1507-ci ildə Hörmüz boğazına daxil olan Portuqaliya hərbi donanması bu yerləri zəbt edərək İran körfəzinin Ərəbistan sahillərində Portuqaliya ağalığını bərqərar etdi. Lakin Osmanlı imperiyası bu regionda öz mövqeyini əldən verməmək üçün, XVI əsrin axırlarına qədər Portuqaliya ilə mübarizə aparmışdır. Sonradan İran körfəzi regionuna sahib olmaq üçün yeni iddiaçılar: İngiltərə və Niderland meydana çıxır. İran ilə Portuqaliya arasındakı ziddiyyətlərdən bacarıqla istifadə edən İngiltərə portuqaliyalıları bu regiondan sıxışdırmış və 1623-cü ildə sonradan özlərinin İran körfəzində başlıca dayaq məntəqəsi olan Hörmüzü tuta bilmişdir.
BƏƏ şəhərləri
BƏƏ şəhərləri:
Balakən (gəmi-bərə)
"Balakən" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Balakən" gəmi-bərəsi "Bərdə" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmiş və onunla yaxından tanış olaraq, istismara verilməsini bildirən düyməni basmışdır. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Köhnə Bərə (1984)
== Məzmun == Film Azərbaycan kəndlərindən birinin əkinə yararsız torpaqlarının üzümlüyə çevrilməsi, bununla əlaqədar kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verməsi, eyni zamanda mənəvi və psixoloji problemlərin meydana çıxması haqqında söhbət açır. Burada eyni zamanda respublikamızda üzümçülərin qarşısında duran sosial-iqtisadi problemlərdən danışılır. == Film haqqında == Film Sabir Azərinin "Duman çəkilir" pyesi əsasında ekranlaşdırılmışdır. Filmə ümumittifaq ekranlarında 6 milyon tamaşaçı baxmışdır.
Bəxt üzüyü 2
== Film haqqında == Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı "Bəxt üzüyü 2" filmi çəkilib. Filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbəyli Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk "Bəxt üzüyü"ndə oynamış aktyorların iştirakına çalışılıb. Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb. Nüşabə xanım deyib ki, "möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək". "Bəxt üzüyü 2" filminin çəkilişlərini "Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəst-xət üzrə davam edir.
Azərbaycan–BƏƏ münasibətləri
Azərbaycan–BƏƏ münasibətləri — Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilmişdir ki, həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilmişdir. Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov, BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Ahmed Alqubaisidir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Nizami Ələkbərov olmuşdur.
BƏƏ-də təhsil
BƏƏ-də təhsil — Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == BƏƏ tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. BƏƏ-nin müasir təhsil sistemi əsasən XX əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu. BƏƏ-də neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilmişdir. Ölkədə təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir. Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Bu ölkədə əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.
BƏƏ şəhərlərinin siyahısı
BƏƏ şəhərləri:
BƏƏ–Ermənistan münasibətləri
BƏƏ—Ermənistan münasibətləri — BƏƏ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanın səfirliyi Əbu-Dabidə, Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi isə İrəvanda yerləşir. == Tarix == === Qarabağ münaqişəsi və əlaqələrin qurulması === Ermənistan 1991-ci ildə müstəqillik qazandıqda, Dağlıq Qarabağdakı qanlı müharibəyə qatılır. Bu səbəbdən o dövrdə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın mövqeyini dəstəkləyərək, iki ölkə arasında rəsmi münasibətlər qurmur. Bunu 2018-ci ildə Azərbaycan hökuməti ilə danışıqlar ramanı BƏƏ-nin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan etməsi təsdiqləyir. Buna baxmayaraq Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan hələ də rəsmi diplomatik münasibətlər qurulur. === Türkiyəyə qarşı ittifaq === Son illərdə Rəcəb Tayyib Ərdoğanın başlatdığı Türkiyə nüfuzunun yüksəlməsi meyilləri səbəbindən BƏƏ və Ermənistan arasındakı münasibətlər xeyli yaxşılaşır. Birləşmiş Ərəb Əmirlikləri Türkiyə ambisiyalarına düşməndir. İki ölkə Suriya, Sudan və Liviya üzərindəki nüfuz uğrunda mübarizə aparırlar. Qondarma Erməni Soyqırımı məsləsi səbəbindən isə Ermənistanın Türkiyə ilə münasibətləri yaxşı deyil.
BƏƏ–Qazaxıstan münasibətləri
Qazaxıstan–BƏƏ münasibətləri — Qazaxıstan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1 oktyabr 1992 -ci ildə qurulmuşdur. Qazaxıstan Respublikasının BƏƏ-dəki səfirliyi 2006 -cı ilin sentyabrında açılmışdır. Qazaxıstan Respublikasının Dubaydakı Baş Konsulluğu 1997 -ci ildən fəaliyyət göstərir. 2013-cü ilin oktyabr ayından M. Menilbekov Qazaxıstan Respublikasının BƏƏ-də fövqəladə və səlahiyyətli səfiridir. BƏƏ-nin Astanadakı səfirliyi 2005-ci ilin oktyabr ayından fəaliyyət göstərir. 27 dekabr 2016-cı ildən BƏƏ-nin Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Sultan İsa əl-Cabirdir. == Tarixi == Qazaxıstan ilə BƏƏ arasındakı münasibətlər qarşılıqlı anlaşma və etimad mühitində inkişaf edir. Bu, ən yüksək və yüksək səviyyədə təmasların müsbət dinamikası ilə dəstəklənir. Qazaxıstan Respublikasının Prezidenti NA Nazarbayevin BƏƏ -yə rəsmi və işgüzar səfərləri (1998, 2000, 2004, 2005, 2006, 2008, 2009, 2010, 2011, 2012,) nəticəsində ikitərəfli əlaqələrin möhkəm təməli qoyulmuşdur. 2013, 2014, 2016, 2017).).), Həmçinin BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın 2008 -ci ildə Qazaxıstana cavab rəsmi səfəri və 2004, 2006, 2007, 2009, 2010 -cu illərdə şəxsi səfərləri.
BƏƏ–Qətər münasibətləri
BƏƏ–Qətər münasibətləri — Birləşmiş Ərəb Əmirlikləri ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 2017 Qətər diplomatik böhranı zamanı Səudiyyə Ərəbistanını dəstəkləyən BƏƏ də Qətər ilə diplomatik əlaqələri kəsmişdir.
BƏƏ–Suriya münasibətləri
BƏƏ—Suriya münasibətləri — BƏƏ və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. BƏƏ-nin Dəməşqdə, Suriyanın Əbu-Dabidə səfirliyi və Dubayda baş konsulluğu vardır. == Tarix == 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayır. 25 sentyabr 2013-cü il tarixində BƏƏ Xarici İşlər Naziri Abdullah bin Zayed əl-Nahyan ölkəsinin suriyalılara və onların dövlətlərinə təhlükəsizlik və sabitliyi bərpa etmək üçün qanuni istəklərinə dəstək verməyə davam edəcəyini bildirir. Lakin BƏƏ Bəşər Əsəd hökumətini dəstəkləməkdə fəal olmur. 13 yanvar 2014-cü il tarixində Dubay əmiri, Baş nazir və BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum ölkənin başında Əsədlə müharibəni bitirmək üçün uzunmüddətli bir həll ola bilməyəcəyinə dair mövqeyini dilə gətirir və Suriya prezidentinin nəticədə hakimiyyəti itirəcəyini bildirir. BƏƏ-nin Suriya münaqişəsi ilə bağlı mövqeyi Səudiyyə Ərəbistanı və ya Qətərdən fərqli olaraq "daha az aqressiv", lakin Misirdən fərqli "Əsəd üçün əlverişsiz" olaraq xarakterizə edilir. . Buna baxmayaraq BƏƏ Suriyada Səudiyyə Ərəbistanı, Qətər və Türkiyədən gələn üsyançı qrupların dəstəyini tənqid edərkən, sülh nizamlanmasının bir hissəsi olaraq, hakimiyyətdə qalan Əsədə açıq olduğunu göstərir. 2019-cu ilin yanvar ayının əvvəlində Suriyada səfirliyin açılışından sonra Emirates, FlyDubai və Etihad yenidən Suriyaya uçuş planlarını elan edir, lakin uçuşların nə vaxt bərpa ediləcəyi ilə bağlı heç bir açıqlama verilir. Suriya hökuməti ilə əlaqələri bərpa etmək məqsədilə BƏƏ 2019-cu ilin yanvarında Suriyanın ticarət nümayəndə heyətini qəbul edir.
BƏƏ–Türkiyə münasibətləri
BƏƏ–Türkiyə münasibətləri — BƏƏ və Türkiyə arasındakı ikitərəfli diplomatik münasibətlər. == Tarixi == Ölkələr geniş mədəni, hərbi və iqtisadi əlaqələrə malikdirlər. Lakin son illərdə münasibətlər xeyli pisləşmişdir. 2017-ci ilin may ayında BƏƏ-nin Amerika Birləşmiş Ştatlarındakı səfiri Yusif əl-Otayba, Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanı BƏƏ və ABŞ üçün uzun müddətli təhlükə adlandırdı. 2017-ci ilin dekabr ayında BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed əl-Nahayyan Twitter səhifəsində Osmanlı generalının Mədinəni Osmanlı imperiyası dövründə qarət etdiyini yazdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab olaraq Abdullah bin Zayed əl-Nahayyanı təhrikçi biri olaraq, neft gəliri ilə şıltağ olaraq yetişən insan adlandırdı. BƏƏ-nin ali çinli diplomatı Ənvər Qarqaş məzhəbçi və fanatik düşüncənin Tehran və ya Ankara rəhbərliyini qəbul etməyən ərəb dünyası üçün məqbul alternativ olmadığına dair bir bəyanat verdi. 2018-ci ilin mart ayında Ənvər Qarqaş ölkələr arasında əlaqələrin yaxşı vəziyyətdə olmadığını söylədi və Türkiyəni ərəblərin suverenliyinə hörmət etməyə, qonşuları ilə müdriklik və rasionallıqla ünsiyyətə çağırdı. 2018-ci ilin may ayında Ənvər Qarqaş ərəb ölkələrini Orta Şərqdə Türkiyə və İran nüfuzunun artması təhlükəsi qarşısında birləşməyə çağırdı. == Misir böhranı == İki ölkə arasındakı diplomatik münasibətlər Misir böhranı və onun nəticələrinə dair fərqli fikirlərə görə pisləşdi: Türkiyə Müsəlman qardaşlarını dəstəkləyirdi.
BƏƏ–Türkmənistan münasibətləri
Türkmənistan–BƏƏ münasibətləri — Türkmənistan və BƏƏ arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında dövlətlərarası əməkdaşlıq üçün hüquqi baza 28 sənədə əsaslanır. Hər iki ölkə BMT və İƏT-nin tam hüquqlu üzvləridir. Hazırda Türkmənistanın BƏƏ-dəki səfiri Orazmurat Qurbannazarovdur. BƏƏ-nin Türkmənistandakı səfiri Hassan Abdullah Əl-Adab Əl Zarounidir. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Tarix == Türkmənistan 10 oktyabr 1995-ci ildə BƏƏ ilə diplomatik əlaqələr qurmuşdur. Türkmənistanın BƏƏ-dəki səfirliyi 16 yanvar 2001-ci ildə Əbu-Dabi şəhərində açılmışdır. BƏƏ-nin Türkmənistandakı səfirliyi 20 avqust 2002-ci ildə Aşqabad şəhərində açılmışdır.
BƏƏ İctimai Kitabxanası
Birləşmiş Ərəb Əmirliklərinin İctimai Kitabxanası (ərəb. دار الكتب الوطنية لدولة الإمارات‎) — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində mədəniyyət mərkəzi. == Tarixi == BƏƏ İctimai Kitabxanasının fondlarında 1.000.000 nüsxə kitab saxlanılır. Onun yerləşdiyi binada konsert zalı və "Qasr Al Hosn" sərgi mərkəzi (eyni adlı qala ilə qarışdırılmamalıdır) yerləşir. Kitabxananın ərazisinə fəvvarə, ictimai və uşaq tamaşaları üçün amfiteatr və parkinq daxildir. Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin tabeliyinə daxil deyil (digər kitabxanalar kimi). Milli Kitabxananın binasının memarı 1976-cı ildə Beynəlxalq Dizayn Müsabiqəsində qalib olmuş Hişam N.Aşkuridir. Kitabxana binasının tikintisi 1981-ci ildə başa çatdırılmışdır. Ümumi tikinti dəyəri 56,1 milyon dollar təşkil edib. Bina BƏƏ mədəniyyətinə həsr olunmuş muzey və sərgi mərkəzi kimi xidmət edən Əl Hosn Qəsri adlı başqa binalar kompleksini yaratmaq üçün sökülüb.
Belə (şəhər)
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Jexe yaylası
Jexe yaylası və ya Lyoss yaylası — Çində yayla. == Ümumi məlumat == Lyoss yaylası lyoss təpələrdən ibarətdir, şərqdə Şimali Çin düzənliyi ilə, qərbdə isə səhralarla əhatə olunur. Yaylanın çox hissəsi qalınlığı 150 futla 600 fut arasında olan qalın lyoss qatı ilə örtülmüşdür. Lyoss, təbəqələşməmiş, bircinsli xırda dənəvər olmaqla, əhəng daşı qalıqları çöküntüsündən ibarət olan açıq-sarı rəngli dağ süxurudur. Şaquli yamacları saxlamağa qadirdir və rütubət qəbul etdikdə çöküntü verir. Su qovşaqlarındakı vadilərdə və yamaclarda torpaq təbəqəsi bir neçə metrdən 100–200 metrə çatır. Ona görə də lyossda münbit torpaq əmələ gəlir. Çində lyoss küləyin Asiya səhralarından gətirdiyi və dağlara, təpələrə yayılan qum qatıdır. Lyoss torpaqlar xüsusən daha çox su eroziyasına məruz qalır. Ölkənin bütün ərazisinin 1/6-i eroziyadan əziyyət çəkir, lakin əsas torpağı lyoss olan Huan Ho çayının orta axınındakı rayonlarda bu proses daha güclüdür.
Bee Gees
Bee Gees — 1960-cı illərdə rok, 1970-ci illərdə disko musiqi ilə məşğul olmuş, dünyanın ən tanınmış qruplarından biri. == Haqqında == "Bee Gees" qrupu İngiltərədə doğulmuş, Avstraliyada böyümüş, ABŞ-də şöhrət qazanmış Berri, Robin və Moris adlı 3 qardaşdan ibarət olmuşdur. Qrup 1977-ci ildə World Music Awards Əfsanə mükafatına layiq görülüb. Qrup üzvü Moris Qibb 12 yanvar 2003-cü ildə, Robin Qibb isə 20 may 2012-ci ildə vəfat etmişdir. "Bee Gees" 7 dəfə Qremmi mükafatı qazanmış, albom və sinql satışları 225 milyonu keçmişdir.
Cmd.exe
Command Prompt (cmd və ya cmd.exe) — OS/2 , eComStation, ArcaOS, Microsoft Windows (Windows NT ailəsi və Windows CE ailəsi) və ReactOS əməliyyat sistemləri üçün standart əmr xətti (mətni) tərcüməçisi və interpretatorudur. Windows CE .NET 4.2, Windows CE 5.0 və Windows Embedded CE 6.0-da o, Komanda Prosessoru Örtüyü (Command Processor Shell) kimi istinad edilir. Onun tətbiqləri əməliyyat sistemləri arasında fərqlənir, lakin davranış və əsas əmrlər dəsti ardıcıldır. cmd.exe DOS və Windows 9x sistemlərində COMMAND.COM-un analoqudur və Unix-ə bənzər sistemlərdə istifadə olunan Unix qabıqlarının analoqudur. Windows NT üçün cmd.exe-nin ilkin versiyası Therese Stowell tərəfindən hazırlanmışdır. Windows CE 2.11 konsolu və cmd.exe-nin Windows CE versiyasını dəstəkləyən ilk quraşdırılmış Windows buraxılışı idi. cmd.exe-nin ReactOS tətbiqi FreeDOS komanda xətti tərcüməçisi olan FreeCOM-dan əldə edilmişdir. == Əməliyyat == cmd.exe istifadəçi ilə komanda xətti interfeysi vasitəsilə qarşılıqlı əlaqə qurur. Windows-da bu interfeys Win32 konsolu vasitəsilə həyata keçirilir. cmd.exe öz platformasının yerli proqramları üçün mövcud olan funksiyalardan istifadə edə bilər.
Belə Buyurdu Zərdüşt
Zərdüşt belə deyirdi: Hamı və heç kim üçün kitab (alm. Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen‎) — alman filosof Fridrix Nitsşe tərəfindən qələmə alınmış kitab (1882-1885). Kitabı müəyyən bir kateqoriyaya aid etmek çətindir. Nitsşenin düşüncələrinin ən yüksək səviyyəyə çatdığı yetkinlik dövrü bu kitab ilə başlayır. O, bu kitabı "yazılmış ən dərin əsər" olaraq təqdim etmişdir. Əsərdə bir çox fərqli mövzuya toxunulmuşdur. Bu kitab bir çox tənqidlərə məruz qalmışdır. == Məzmun və quruluşu == Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Hamı belə edir
Hamı belə edir və ya aşiqlər məktəbi (KV 527, it. Così fan tutte, ossia La scuola degli amanti)) — Mosartın, Antonio de Samoranın pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu iki pərdəli opera. Operanın ilk premyerası 26 yanvar 1790-cı ildə Vyanada Burqteatrda oynanılmışdır. == Personajlar == == I Pərdə == Gənc zabitlər Quqlielmo və Ferrando öz sevgililərinin: bacılar Dorabella (Ferrandonun sevgilisi) və Fiordilicinin (Quqlielmonun sevgilisi) sədaqətliliyindən danışaraq fəxr edirlər. Qoca filosof don Alfonso buna inanmır və onlara mərc gəlməyi təklif edir. Qalib gələcəklərinə əmin olan zabitlər buna tez razı olurlar. Don Alfons bacılara sevgililərinin müharibəyə çağrıldıqlarını xəbər verir. Onlar göz yaşları içində vidalaşırlar. Don Alfons qulluqçu Despinanın köməyi ilə evə iki alban gəncini gətizdirir. Bunlar libaslarını dəyişmiş zabitlərdir.
Zərdüşt belə deyirdi
Zərdüşt belə deyirdi: Hamı və heç kim üçün kitab (alm. Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen‎) — alman filosof Fridrix Nitsşe tərəfindən qələmə alınmış kitab (1882-1885). Kitabı müəyyən bir kateqoriyaya aid etmek çətindir. Nitsşenin düşüncələrinin ən yüksək səviyyəyə çatdığı yetkinlik dövrü bu kitab ilə başlayır. O, bu kitabı "yazılmış ən dərin əsər" olaraq təqdim etmişdir. Əsərdə bir çox fərqli mövzuya toxunulmuşdur. Bu kitab bir çox tənqidlərə məruz qalmışdır. Əsər 4 əsas bölməyə ayrılır. 83 bölümdən ibarətdir və hər bölümün başlıq mövzusu insan davranışları və faktlardır. İlk iki hissəsini 1883-cü ildə, üçüncü hissəni 1884-cü ildə, dördüncü və son hissəni 1885-ci ildə yazmışdır.
Yoxdu belə söhbət
Yoxdubeləsöhbət — Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film. Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı haştaqla — #yoxdubeləsöhbət — yazılmışdı. Uran — "Yenə də fırlanır" Barfly — "Kağız" DədəBaba — "Dağların başı" DiHaj — "Eşqini Aşağı Sal" İsrail Məmmədov — "Şəlaləm" Kim Seoq — "Anadır arzulara hər zaman Qarabağ" Yaşar Baxışın rəhbərliyi altında "Bizimkilər" layihəsi — "Jingle Bells" Ya Tosiba — "Maşın" Selda Bağcan — "Yaz, gazeteci, yaz" Xpert ft.
Mahnı belə yaranır
== Məzmun == Kinopovest Dağıstanın xalq aşığı Süleyman Stalskinin (Konstantin Slanov) həyatı, yaradıcılığı və ictimai fəaliyyətindən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Roman Fatuyev Quruluşçu rejissor: Rza Təhmasib, Mikayıl Mikayılov Quruluşçu operator: Teyyub Axundov, Cavanşir Məmmədov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Niyazi Səs operatoru: Əziz Şeyxov Geyim rəssamı: Əlisəttar Atakişiyev Çalır: Üzeyir Hacıbəyov Adına Dövlət Simfonik Orkestri Dirijor: Niyazi Filmin direktoru: Daniil Yevdayev Mahnı ifa edir: Şövkət Ələkbərova Rejissor assistenti: Əlisəttar Məlikov === Rollarda === Konstantin Slanov — Süleyman Stalski Vladimir Txapsayev — Qara Maqoma Afanasi Koçetkov — Maksim Qorki Məmmədəli Vəlixanlı — Bədirxan Z.Abihəsənova — Məriyat Abbas Rzayev — Xanapi Ş.Montaşev — Harun Z.Qalazova — Ayna A.Qurumov — Hizri Ələkbər Hüseynzadə — Mola Hacımed Əli Qurbanov — kor aşıq A.Sarukayev — gənc aşıq Fateh Fətullayev — Bədirxanın adamı Sergey Yakuşev A.Slanov Süleyman Tağızadə M.Rəşidxanov S.Cetere S.Lazarev Vera Şirye Mikayıl Mikayılov — Biçeraxov İ.Markov T.Sidorova S.Tokar Sadıq Hüseynov — sərnişin == Mənbə == Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С.И.Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Marına Bex-Romançuk
Marına Bex-Romançuk (ukr. Марина Олександрівна Бех-Романчук; 18 iyul 1995, Xmelnitskiy) — Ukrayna atleti. == Bioqrafiya == Marına Bex-Romançuk 18 iyul 1995-ci ildə anadan olub.
Badə
Badə — haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunan rəmzi məcazi içki. İnanışa görə, üzərində ilahi aləmin nəzəri olan gənc bir adam (yetim bir oğlan, çoban, tacir oğlu, əkinçi və s.) yatıb yuxuya gedir və röyada ağ libaslı dərviş, Xızır və ya Həzrət Əli ona mey dolu badə təklif edir. Gənc adam əvvəlcə badədən imtina edib onun haram buyrulduğunu bildirir. Badə verən onu inandırır ki, bu, haram badələrdən deyildir. Gənc badəni içdikdən sonra badə verən müqəddəs ona haqq aşiqliyi verildiyini söyləyib qeyb olur. Gənc oğlan yuxudan ayılıb özünün başqa bir adama çevrildiyini görür. O, bədahətən söz demək, saz çalmaq, qayibdən xəbər söyləmək istedadı qazanır. Beləcə, haqq aşığına çevrilir və ona verilmiş butanın arxasınca yollanır.
Banə
Banə- İranın Kürdüstan ostanının şəhərlərindən və Banə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,635 nəfər və 15,857 ailədən ibarət idi.
Baxş
Bəxş (və ya Baxş) (fars. بخش‎) — İran şəhristanlarında inzibati ərazi vahidi. Hər bəxşa bir neçə dehistan daxil olur. Bəxşə rəhbərlik edən şəxsə bəxşdar deyilir.
Binə
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. == Coğrafiyası və iqlimi == İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Bəcəh
Bəcəh (ərəb. بجح‎; q.misir znmwt) — tarixi Nubiya ərazisində, Nil çayı boyunca və Misirin cənubundakı Əsvan mühafəzəsi daxilində ada və arxeoloji sahə. 1902-ci ildə bəndin tikintisi başa çatdıqdan sonra ada Əsvan SES-in su anbarında yerləşir. == Qədim Misir == Ada əvvəllər Nil çayının birinci axarında yerləşirdi və onun istehkamı qədim Yuxarı Misir və Nubiyaya çıxışa nəzarəti təmin edirdi. File və Agilkiya adalarına, eləcə də onların su anbarındakı qədim arxeoloji sahələrinə yaxın yerdə yerləşən ada Ümumdünya İrsi siyahısına əlavə edilmişdir. Bəcəh adası qədim misirlilər üçün müqəddəs sayılırdı. Onlar inanırdılar ki, Osiris bu adada dəfn edilib və onun üzərində dayanan məbəd Abaton (yunanca "ayaqsız yer") kimi tanınırdı, çünki oraya yalnız kahinlərin ayaq basmasına icazə verilirdi. Məbəd həm Seneka, həm də Lukan tərəfindən qeyd edilmişdir. B.e. III əsrin ortalarında və ya axırlarında Kuş çarı Talaxidamaninin səfirliyi hədiyyələrlə Abatonu ziyarət etmişdir.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
Bədrə
Bədrə — İranın İlam ostanının Dərəşəhr şəhristanının Bədrə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,775 nəfər və 868 ailədən ibarət idi.
Bədən
İnsan bədəni — insanın fiziki quruluşu, insan orqanizmi. İnsan bədəni, adətən orqanlar meydana gətirən, aralarındakı boşluğu dolduran və ya kənarı örtən toxumalarda təşkil olunan müxtəlif növ hüceyrələr tərəfindən meydana gəlir. Otuz trilyon hüceyrə bir yetkin insan bədənini meydana gətirir. İnsan bədənində baş, boyun, gövdə, yuxarı və aşağı ətraflardan ibarətdir. == Anatomiya == İnsan orqanlarının sistemi — məkanca birləşmiş, ümumi quruluş planına, ümumi mənşəli və ümumi funksiyaları yerinə yetirən insan orqanlarının məcmusudur. İnsan orqanizmində sümük, əzələ, sinir, ürək-damar, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin, immun və inteqrativ sistemlər ifraz olunur.
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti. Təxəllüs Ümmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu. Yaşayış məntəqələri Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Digər Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Arxe
Arxe (q.yun. ἀρχή — "başlanğıc, təməl, mənşə; birinci səbəb, prinsip") — Sokrataqədərki qədim yunan fəlsəfəsində dünyanın əsasını təşkil edən birinci prinsip, ilkin substansiya, ilkin element. Aristotel bu termindən ilk filosofların təlimlərini xarakterizə etmək üçün istifadə etmişdir. Fales üçün su arxe rolunda çıxış edir (ən "formasız" maddə, element kimi). Anaksimandrda arxe — apeyrondur (q.yun. ἄπειρον — hüdudsuz və ya qeyri-müəyyən) — hər hansı konkret bir şey olmayan, özlüyündə "heç nə" olan, lakin dörd elementi və müəyyən şeylərin bütöv bir dünyasını doğuran birinci element. Anaksimendə arxe "qeyri-müəyyən hava"dır (q.yun. ἀήρ ἄπειρος — aer (və ya airos) apeiros). Onun fikrincə, hava həm qeyri-müəyyən, həm də müəyyəndir. Konsepsiya ziddiyyəti izah etmək cəhdi kimi ortaya çıxmışdır: əsas prinsip müəyyən bir şey olmamalıdır ki, hər şey ondan qaynaqlana bilsin (axı, müxtəlif şeylər müxtəlif müəyyənliklərə malikdir, çox vaxt bir-birinə ziddir, məsələn, soyuq və isti), lakin müəyyən bir şeydən nəyinsə yarana bilməsi üçün bu bir şeyin artıq bir növ əminliyi olmalıdır.