Azərbaycan–BƏƏ münasibətləri

Azərbaycan–BƏƏ münasibətləriAzərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan-BƏƏ münasibətləri
Azərbaycan və BƏƏ
 Azərbaycan  BƏƏ
Azərbaycandaki BƏƏ-nin səfirliyi
Səfir Məhəmməd Əl Bluşi[1]
Ünvan Bakı, Nəsib bəy Yusifbəyli küçəsi, 144/108A
BƏƏ-daki Azərbaycanin səfirliyi
Səfir Elçin Bağırov[2]
Ünvan Əbu-Dabi, Əl Quvali küçəsi Villa 4 Müşrif
Digər
Quruluş tarixi 1 sentyabr 1992
Dövriyyə 0,103 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanımışdır.[3]

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur.[4]

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatıİslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.

Fövqəladə və səlahiyyətli səfirlər

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.

Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilmişdir[5] ki, həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir[3]. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilmişdir.[6] Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov, BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Ahmed Alqubaisidir.

Parlamentlərarası əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[7]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Nizami Ələkbərov olmuşdur[8]. 4 mart 2016-cı il tarixindən Cavanşir Paşazadə işçi qrupunun rəhbəridir[7].

BƏƏ-yə gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün viza tələb edilir[9]. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir[9].

Mədəni əlaqələr

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Əbu-Dabidə Azərbaycan mədəniyyəti sərgisi, 2005-ci ildə isə turizm sərgisi təşkil edilmişdi.[10]

BƏƏ-nin televiziya qrupu Azərbaycana gəlmiş, ölkə barədə film çəkmiş və həmin filmi İran körfəzinin bütün ölkələrində bir neçə dəfə nümayiş etdirmişdir.[10]

Qarabağ mövzusu

[redaktə | mənbəni redaktə et]

BƏƏ-nin prezident sarayında və Qırmızı Aypara Cəmiyyətində Qarabağda baş verən hadisələri, qaçqınların vəziyyətini, erməni terrorçularının törətdikləri cinayətləri əks etdirən foto sərgilər təşkil edilmişdir.[10]

Azərbaycanda baş verən hadisələri düzgün və olduğu kimi dünya ölkələrinə çatdırmaq məqsədilə Azərbaycana BƏƏ müxbirləri tez-tez gəlmişlər. BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda erməni faşistlərinin törətdikləri cinayətlərdən əziyyət çəkən uşaqlara, qaçqınlara və döyüş meydanlarında yaralanan əsgərlərə ərzaq, geyim və zəruri dava-dərmanlar göndərmişlər. BƏƏ-də Azərbaycan Respublikasına humanitar yardımın uzunmüddətli proqramı hazırlanmışdır.[10]

İqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Azərbaycan Respublikasının Asiya ölkələri ilə ticarət əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.[10]

Əmtəə dövriyyəsi (min doll.)

[redaktə | mənbəni redaktə et]
İl İxrac İdxal Ümumi dövriyyəsi
2020[11] 10 706,27 29 507,51 40 213,78
2021[12] 14 042,29 36 381,59 50 423,88
2022[13] 71 684,51 31 307,09 102 991,6

Rəsmi sənədlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında 23 sənəd imzalanmışdır.[3]

İdman sahəsində əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları

[redaktə | mənbəni redaktə et]
  1. "İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
  2. "E.T.Bağırovun Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
  3. 1 2 3 Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri münasibətləri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. mfa.gov.az, 18.09.2014  (az.)
  4. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  5. Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyinin təsis edilməsi haqqında Arxivləşdirilib 2020-06-05 at the Wayback Machine Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli, 261-IQ nömrəli Qanunu. e-qanun.az  (az.)
  6. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli, 2091 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  7. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  8. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az  (az.)
  9. 1 2 "Passport and visa requirements" Arxivləşdirilib 2017-03-11 at the Wayback Machine. olympicair.com
  10. 1 2 3 4 5 Soltanova H.B., Məmmədov C.A.«Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası»[ölü keçid] (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, səh. 55  (az.)
  11. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-15.
  12. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-15.
  13. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]