Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bacı
Bacı sözünün bir neçə mənası ola bilər : Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların birbirinə və ya qardaşlarına olan qohumluq münasibəti; Tanış olmayan qadına, qıza ehtiramla müraciət. Tibb bacısı mənasında müraciət.
Qardaşlıq (dərgi)
"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi. == Məlumat == 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib.
Qardaşlıq ayəsi
Qardaşlıq ayəsi (ər:آیه اخوت) Uxuvvət ayəsi — Hucurat surəsinin onuncu ayəsidir ki onda islamın ən təməl və önəmli qaydalar və inanclarından biri yəni müsəlmanlar arasında qardaşlığa baxış salıb, önəmsəyib və ona əmr edibdir. habelə İslam peyğəmbəri və əmisi oğlu Əli bin Əbu Talib arasında qardaşlığı bəyan edir. == Yazı və tərcüməsi == {{{1}}} إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ az: Doğrusunda möminlər bir-birlərilə qardaşdılar, onda qardaşlarınızın arasında bağış sağlayın və Allahdan qorxun ümid ki Allahın rəhmətinə gələsiz. en:The believers are but brethren, therefore make peace between your brethren and be careful of (your duty to) Allah that mercy may be had on you. == Təfsiri == === Sünni mənbələrində === "İbni Ərəbi", "Əltəhrilül Tənvir" və "Təfsirül Quranül Əzim" kimi sünnü təfsirlərində bu ayəyə belə açıqlama gətiriblər ki, müsəlmanlar bir-birləri ilə birdilər və onların qəbilə, qohum, el və soyları onlara üstünlük gətirməz və üstünlüyü yalnız təqva bəlli edər, qardaşlar arasında barış yaratmağın önəmliyi və möminlərin qardaş olması bu təfsirlərdə keçibdir. === Şiə mənbələrində === "Məcməül-Bəyan" və "Təfsiri Burhan"da bu ayə belə təfsir edilib: Ayə nazil olduqdan sonra Məhəmməd müsəlmanlar arasında qardaşlıq yaratdı, Əbu Bəkr, Ömər, Osman və Əbdürrəhman aralarında və başqaları arasında hər kəsin öz yeri və məqamına baxaraq qardaş etdikdən sonra Əli bin Əbu Talib-ə dedi: Sən də mənim qardaşım və mən də sənin qardaşınam.
Azadlıq, bərabərlik, qardaşlıq
Azadlıq, bərabərlik, qardaşlıq (fr. Liberté, égalité, fraternité) — Fransanın və Haiti Respublikasının milli devizidir və üçşaxəli devizlərə örnəkdir. Tarixi Böyük Fransa inqilabına qədər uzanmağına baxmayaraq, o bir neçə devizdən sadəcə biri idi və 19-cü əsrin sonuna, Üçüncü Respublika qurulana qədər rəsmiləşmədi. Üç ifadənin uyğunluğu və sırası İnqilabla eyni dönəmdə müzakirə olunurdu. Bu həmçinin Grand Orient de France və Grande Loge de France kimi təşkilətların da devizidir. == Böyük Fransız İnqilabı dönəmindəki mənşəyi == Devizi ilk olaraq 1790-cı ilin 5 Dekabrında Maksimillian Robespyer özünün "Milli Qaravulun təşkili haqqında" (Fransızca: Discours sur l'organisation des gardes nationales) nitqinin XVI maddəsində səsləndirmişdir və deviz milli cəmiyyətlər tərəfindən tezliklə bütün Fransaya yayılmışdır.fr. Discours sur l'organisation des gardes nationales == 19-cu əsr == Fərdi azadlıq və hüquqi bərabərliyi nəticələrin bərabərliyi və qardaşlığı bir araya gətirməyin mümkünlüyünə heç kim inanmadığı üçün Napalyonun əmri ilə üçlük ləğv olundu. İnsan fərdi azadlıq fikrini və təbii hüquqları bəşəriyyət kollektiv şəkildə birləşmədən də əvvəl əldə etdiyi üçün onlar şəffaf və qardaş cəmiyyətin təşkili ilə təzad təşkil edirdi. Liberallar azadlıq və bərabərliyi (hüquqların bərbarliyi olaraq) qəbul etsə də qardaşlığı qəbul etmədilər. === 1848 İnqilabı === === Paris Kommunası və Üçüncü Respublika === Paris Kommunasının meri Paş kommunanın divarları üzərində "Liberté, Égalité, Fraternité, ou la mort" formulasını çəkmişdi.
Qardaşlıq Köməyi (1944)
== Məzmun == Kinooçerk faşist işğalçılarından azad edilmiş Stavropol diyarı rayonlarının əhalisinə Azərbaycan xalqının göstərdiyi köməyindən bəhs edir. Film dağıdılmış Mineralnıye Vodının panoramı ilə başlanır. Küçələrdə, uçub dağıdılmış evlərin qarşısında mitinqlər keçirilir, adamlar faşistlərin vəhşiliklərindən danışırlar. Onlar zərər çəkmişlərə kömək məqsədilə sovet xalqına müraciət edirlər. Azərbaycan bu müraciətə birinci qoşulanlardan biri oldu. Ekran vasitəsilə biz Stavropol diyarına mal-qara, taxıl dolu vaqonlar göndərildiyinin, məktəblilərin öz dostları üçün dəftər və dərs kitabları yığmalarının, toxuculuq və ayaqqabı fabriklərinin, şüşə və konserv zavodlarının sexlərində Stavropol rayonlarına göndərmək üçün əməkçilərin məhsul hazırlamalarının, bir sözlə-hər bir kəsin bu xeyirxah təşəbbüsdə iştirak etdiyinin şahidi oluruq. Ekranda Azərbaycandan gedən Bakı-Sevastopol, Bakı-Mozdok, Bakı-Pyatiqorsk qatarları şütüyür. Onlar Azərbaycan xalqının hədiyyələrini aparırlar. Filmin sonunda tamaşaçılar Bakıda gənc suvorovçular məktəbində oxuyan Stavropol uşaqları ilə tanış olurlar. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Ağaəli Dadaşov Ssenari müəllifi: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Leonid Koretski Bəstəkar: Tofiq Quliyev Musiqi tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski == Mənbə == M. Əmrahov.
Əbədi Qardaşlıq (1975)
== Məzmun == Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur. Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır.
Sosialist qardaşlıq öpüşü
Sosialist qardaşlıq öpüşü və ya sosialist qardaşlıq qucaqlaşması — sosialist ölkələrinin dövlət xadimləri arasında xüsusi salamlaşma forması idi. Bu hərəkat sosialist dövlətləri arasında xüsusi bir əlaqənin mövcudluğunu ifadə edirdi. Sosialist qardaş öpüşü yanaqlarda üç öpüşdən ibarət idi. Xüsusi günlərdə bir-birini daha yaxından görən iki lider bu yaxınlığı dodaq-dodağa öpərək nümayiş etdirirdilər. Sosialist liderlərin dodaq-dodağa öpüşməsi Qədim Roma və İranda əl öpmə iyerarxiyasından fərqli olaraq bərabərliyi ifadə edirdi. İosif Stalin Sovet lideri olduqdan sonra 1936-cı ildə hərbi pilot Valeri Çkalov onun dodaqlarından öpməyə cəhd edəndə əvvəlcə tərəddüd etmişdir, lakin o, tanış olmadığı bu ənənəyə öyrəşmiş və 1937-ci ildə hərbi pilot Vasil Molokovu özü öpüşmüşdür. Sosialist liderlər arasında Leonid Brejnev ən çox dodaqdan öpüşmə ilə məşhurdur. 1974-cü ildə Sovet İttifaqına səfər edən Kuba lideri Fidel Kastro Brejnevin öpüşməməsindən yayınmaq üçün puro çəkərək təyyarədən düşdüyü deyilir. Ən məşhur sosialist qardaşlıq öpüşü 1979-cu ildə Sovet lideri Leonid Brejnev və Şərqi Almaniya lideri Erix Honekker arasında Şərqi Almaniyanın yaranmasının 30-cu ildönümünü qeyd edən öpüşdür. Məşhur rəssam Dmitri Vrubel bu öpüşü 1990-cı ildə Berlin divarına qraffiti kimi çəkmişdir.
Zeynəb bacı
Zeynəb Paşa (az.-əbcəd زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar. Sonra isə onlar həmin buğdanı qışda kasıb insanlara baha qiymətə satırdılar.
Üç bacı
3 bacı (film, 2012-2014) — teleserial. Üç bacı adından göründüyü kimi üç bacıdan bəhs edir. Üç bacı (pyes) — rus yazıçı Anton Çexovun pyesi. Üç bacı – Azərbaycanın milli mətbəxinə aid olan Badımcan dolmasının ikinci adı.
Toppuş bacı
Tünzalə Məcid qızı Əliyeva (15 fevral 1973, Kirovabad – 22 yanvar 2023) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Toppuş bacı kimi tanınırdı. == Həyatı == Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olmuşdur. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışmışdır. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Oradan çıxıb Bakıya gəlmiş və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləmişdir. İrəvan Teatrının səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Almaz (M. Haqverdiyev, "Məhəbbət əzabları"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə"), Səkinə (Hidayət, "Bu dünyanın adamları"), Səməni (İ. Məlikzadə, "Subaylarınızdan görəsiniz"), Mələk (Ağarəhim Rəhimovun, "Əsgər anası"), Alverçi qadın (T. Vəliyeva, "Analar neyləsin"), Mədinə (Anar, "Təhminə və Zaur"), Xatuba (Ramiz Abdullayev, "Biznesmen"), Xəzangül (Ə. Hacızadə, "Məhəbbət ölmür"), Əsir qadın (S. Şaxtaxtı, "Ölüm həsrəti"), Səkinə (Elçin, "Akvariuma xüsusi sifariş") rollarını uğurla ifa etmişdir. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olmuşdur. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır.
Qardaşlıq köməyi (film, 1944)
== Məzmun == Kinooçerk faşist işğalçılarından azad edilmiş Stavropol diyarı rayonlarının əhalisinə Azərbaycan xalqının göstərdiyi köməyindən bəhs edir. Film dağıdılmış Mineralnıye Vodının panoramı ilə başlanır. Küçələrdə, uçub dağıdılmış evlərin qarşısında mitinqlər keçirilir, adamlar faşistlərin vəhşiliklərindən danışırlar. Onlar zərər çəkmişlərə kömək məqsədilə sovet xalqına müraciət edirlər. Azərbaycan bu müraciətə birinci qoşulanlardan biri oldu. Ekran vasitəsilə biz Stavropol diyarına mal-qara, taxıl dolu vaqonlar göndərildiyinin, məktəblilərin öz dostları üçün dəftər və dərs kitabları yığmalarının, toxuculuq və ayaqqabı fabriklərinin, şüşə və konserv zavodlarının sexlərində Stavropol rayonlarına göndərmək üçün əməkçilərin məhsul hazırlamalarının, bir sözlə-hər bir kəsin bu xeyirxah təşəbbüsdə iştirak etdiyinin şahidi oluruq. Ekranda Azərbaycandan gedən Bakı-Sevastopol, Bakı-Mozdok, Bakı-Pyatiqorsk qatarları şütüyür. Onlar Azərbaycan xalqının hədiyyələrini aparırlar. Filmin sonunda tamaşaçılar Bakıda gənc suvorovçular məktəbində oxuyan Stavropol uşaqları ilə tanış olurlar. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Ağaəli Dadaşov Ssenari müəllifi: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Leonid Koretski Bəstəkar: Tofiq Quliyev Musiqi tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski == Mənbə == M. Əmrahov.
Əbədi qardaşlıq (film, 1975)
== Məzmun == Film Azərbaycanda Sovet ədəbiyyatı günlərinə həsr olunmuşdur. Qonaqpərvər Azərbaycan torpağı Rusiyanın şairlərini, yazıçılarını, ədəbiyyat xadimlərini dost kimi qarşıladı. Həmin günlərdə respublikanın bir çox şəhərlərində, kolxoz tarlalarında, sənaye obyektlərində, tələbə auditoriyalarında görüşlər, oxucu konfransları, disputlar keçirilirdi. Bütün bu tədbirlər filmdə öz əksini tapmışdır.
Yeddi bacı şəlaləsi
Yeddi bacı şəlaləsi (norv. De Syv Søstrene və ya Dei Sju Systrene, Knivsflåfossen adı ilə də tanınır) Norveçin hündürlüyünə görə 39-cu şəlaləsi. Şəlalə yeddi müstəqil axımdan ibarətdir. Məhs buna görə də «yeddi bacı» adlandırılmışdır. Norveçin Sunnimyor bölgəsində yerləşən, UNESCO-nun Ümumdünya irsi olan Geiranger fiordunun bir hissəsi hesab olunur. == Yerləşməsi == Geiranger fiordu Norveçin Mere-oq-Romsdal qraflığına aiddir. Şəlalə yaxınlığında tarixi Knivsflå ferması yerləşir. Daha köhnə ferma olan Skageflå isə nisbətən uzaqda yerləşir. Yeddi bacı şəlaləsi Qeyranqer kəndindən 6,5 km qərbdə yerləşir. Coğrafi kordinatları 62.10864 və 7.092106 olan şəlalə dəniz səviyyəsindən 400-500 metr yüksəklikdə yerləşir.
Üç bacı (pyes)
Üç bacı (rus. Три сeстры) — rus yazıçı Anton Çexovun pyesi. Anton Çexovun 1899–1901-ci illərdə yazdığı 4 pərdəli "Üç bacı" dramında müəllif müxtəlif sinif və təbəqələrdən olan ziyalıların ailə münasibətləri, əxlaqı, dünyagörüşü haqqında müşahidələrinə, düşüncə və mühakimələrinə yenidən qayıtmışdır. Aydın görünür ki, ədib bu pyesində əvvəlki əsərlərində onu düşündürən müasir həyat məsələlərinə, məişətə və şüurlara daha ətraflı və dərindən nüfuz etməyə çalışmış, "insan üçün əsl səadət nədir?" sualına özünün realist və materialist anlayışına görə cavab verməyə səy etmişdir. Üç bacıda iştirak edənlərin əksəriyyəti universiet, institut və ya gimnaziya qurtarmış dvoryan nəslindən olan ziyalılardır. Əsərdəki əhvalat əyalət şəhərlərindən birində baş verir. Mərhum general Prozorovun Moskvada doğulmuş və orada oxuyub təhsil almış oğlu Andrey, qızları Mariya (Maşa), Olqa və İrina Moskvadan köçüb əyalət şəhərində ata mülkündə yaşayırlar. Şəhərdə müvəqqəti yerləşən hərbi hissə zabitləri — vaxtilə Moskvada, mərhum generalın sağlığında bu ailə ilə tanış olan hərbi həkim Çebutkin, podpolkovnik Verşinin, ştabs-kapitan Salyonı, poruçik Fedotik və podporuçik Rode bu ailə ilə yenidən dostluq münasibətlərini bərpa edirlər. Dramın süjeti əvvəldən axıra qədər yaşları, həyat təcrübələri, taleləri, dərdləri və arzuları müxtəlif olan bu adamların münasibətləri, həyat haqqında mülahizə və mühakimələri əsasında qurulmuşdur. Dostların hamısı ağıllı, fərasətli və istedadlı adamlardır, lakin onların heç biri öz həyatından, taleyindən razı deyil.
Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi
Türkiyə-Ukrayna Dostluq və Qardaşlıq müqaviləsi — Ukrayna Sovet Sosialist Respublikası ilə Türkiyə arasında imzalanan 1922-ci il tarixli müqavilədir. == Arxa plan == Çarlıq dövründə hələ I Dünya müharibəsi başlamadan Ukraynada Rusiyaya qarşı artan müstəqillik istəyi ilə Ukrayna Qurtuluş Birliyi qurulmuşdu. 1914-cü ildən etibarən qurduğu şöbələrdən birini də İstanbulda qurmasıyla Ukrayna ilə təkrar birbaşa əlaqə quruldu.1917-ci ildə bolşevik inqilabı ilə başlayan Brest-Litovsk danışıqları dövründə Osmanlı dövləti və Ukrayna arasında 9 fevral 1918-ci ildə sülh müqaviləsi imzalandı. Bu müqaviləylə Ukraynanın müstəqilliyi də tanınmışdır. Bu dövrdən sonra ikili əlaqələr dostanə münasibətlər sərgilənmişdir. İki dövlət arasında müharibə dövrü boyunca əsir edilən hərbçi və mülkilərin geri gerilməsi üçün 12 fevral 1918-də və daha sonra 17 sentyabr 1921-ci ildə müqavilələr imzalanmışdır. Bundan sonra diplomatik münasibətlər sıxlaşmış və qarşılıql olaraq Türk-Ukrayna səfirlik heyətləri göndərilmişdir. Edilən ticari müqavilələrlə hər iki tərəf ticari haqlar qazanmış və ortaq ticari fəaliyyətdə olmuşdur. Digər tərəfdən 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsi ilə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi hökuməti arasında sülh, hətta yardımlaşmaya çatan dostluq dövrü başladı. Ardıyca 1921 oktyabr tarixində imzalanan Qars müqaviləsi ilə Türkiyənin şərq bölgəsindəki günümüzdəki sərhədlər çəkildi.
3 bacı (teleserial, 2012)
3 bacı bədii serialı rejissor Səyavuş Hüseynli tərəfindən 2012–2014-cü illərdə çəkilmişdir. Film "Soy prodakşn"da istehsal edilmişdir. Üç bacı situasiyalı komediya serialı adından göründüyü kimi üç bacıdan bəhs edir. Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. Serialda əsas rolları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva, Cəfər Namiq Kamal, Almaz Mustafayeva, Zemfira Əbdülsəmədova, Əsəd İsmayılov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə və Rövşən Kərimduxt ifa edirlər. Filmin adı 71-ci seriyadan dəyişdirilərək "3 bacı+1" oldu. == Məzmun == Situasiyalı komediya serialında müxtəlif maraq, arzu və istəkləri olan, bir-birindən tamamilə fərqli üç bacı-Sevinc (Ülviyyə Əliyeva), Xoşbəxt (Tünzalə Əliyeva) və Səadət (Dilarə Əliyeva) kənddən şəhərə köçüblər. Onların hər birinin həyatdan öz gözləntiləri var. Sevinc təcrübə həvəskarıdır, Xoşbəxt şirniyyat dükanı işlədir, Səadət isə aktrisa olmaq niyyətindədir. Üç bacının ətrafında baş verən komik hadisələr serialın əsasını təşkil edir.
Yeddi bacı (neft şirkətləri)
Yeddi bacı 1940-cı illərin ortalarından 1970-ci illərin ortalarına qədər dünya neft sənayesində hakim olan Anqlo-Fars Neft Şirkətinin (Anglo-Persian Oil Company) oliqapoliya və ya kartelinə verilən ümumi addır.Adın biznes mühitində istifadəsi 1950-ci illərdə İtalyan dövlət neft şirkəti Eninin rəhbəri olan iş adamı Enriko Mattei tərəfindən populyarlaşdı. Sənaye qrupu aşağıdakılardan ibarət idi: Anqlo-Fars Neft Şirkəti (hazirki BP) Royal Dutch Shell Standard Oil Company of California (hazirki Şevron) Gulf Oil Texaco Standard Oil Company of New Jersey (sonralar Exxon indi ExxonMobilin tərkibindədir) Standard Oil Company of New York (sonralar Mobil indi ExxonMobilin tərkibindədir)1973-cü il Neft Böhranından əvvəl Yeddi bacı dünyanın neft ehtiyatlarının 85 faizinə nəzarət edirdi. O vaxtdan bəri, sənayenin üstünlüyü inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında OPEC kartelinə və dövlətlərə məxsus neft və qaz şirkətlərinə keçdi.Bunlara Saudi Aramco, Qazprom (Rusiya), China National Petroleum Corporation, National Iranian Oil Company, PDVSA (Venesuela), Petrobras (Braziliya) və Petronas (Malaziya) daxil idi. Financial Times onları yeni Yeddi bacı adlandırmışdı.
Üç bacı (Türkiyə teleserialı)
Üç Bacı— Rejissoru Eda Teksöz, ssenari müəllifi Nilüfer Özçelik və Sevgi Yılmaz olan, ilk bölümü 22 fevral 2022-ci ildə yayımlanan dram və romantik Türk serialıdır. Serial İclal Aydının eyniadlı romanından götürülüb. == Mövzu == 3 bacının adı Türkan, Dönüş və Deryadır. 3 bacı, onları gözləyən gözəl illərin xəyalını qururlar. == Çəkimlər == Serialın çəkilişləri Ayvalıkda baş tutur.
Üç bacı (teleserial, Türkiyə)
Üç Bacı— Rejissoru Eda Teksöz, ssenari müəllifi Nilüfer Özçelik və Sevgi Yılmaz olan, ilk bölümü 22 fevral 2022-ci ildə yayımlanan dram və romantik Türk serialıdır. Serial İclal Aydının eyniadlı romanından götürülüb. == Mövzu == 3 bacının adı Türkan, Dönüş və Deryadır. 3 bacı, onları gözləyən gözəl illərin xəyalını qururlar. == Çəkimlər == Serialın çəkilişləri Ayvalıkda baş tutur.
3 bacı (film, 2012-2014)
3 bacı bədii serialı rejissor Səyavuş Hüseynli tərəfindən 2012–2014-cü illərdə çəkilmişdir. Film "Soy prodakşn"da istehsal edilmişdir. Üç bacı situasiyalı komediya serialı adından göründüyü kimi üç bacıdan bəhs edir. Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. Serialda əsas rolları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva, Cəfər Namiq Kamal, Almaz Mustafayeva, Zemfira Əbdülsəmədova, Əsəd İsmayılov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə və Rövşən Kərimduxt ifa edirlər. Filmin adı 71-ci seriyadan dəyişdirilərək "3 bacı+1" oldu. == Məzmun == Situasiyalı komediya serialında müxtəlif maraq, arzu və istəkləri olan, bir-birindən tamamilə fərqli üç bacı-Sevinc (Ülviyyə Əliyeva), Xoşbəxt (Tünzalə Əliyeva) və Səadət (Dilarə Əliyeva) kənddən şəhərə köçüblər. Onların hər birinin həyatdan öz gözləntiləri var. Sevinc təcrübə həvəskarıdır, Xoşbəxt şirniyyat dükanı işlədir, Səadət isə aktrisa olmaq niyyətindədir. Üç bacının ətrafında baş verən komik hadisələr serialın əsasını təşkil edir.
Bacı - bizim günlərdə (film, 2016)
"Qız — bizim günlərimizdə" filmi — Əzhar Əlinin 2016-cı ildə çəkdiyi Pakistan televiziya filmi. == Məzmun == Uşaqları üçün fərqli hədəfləri olan üç ana... Onlardan biri oğullarından birini evləndirmək istəyir, biri onsuz da, evləndirib, üçüncüsü isə ögey anadır və ögey oğlu ilə ögeylik üzündən mübahisələri var. Üçüncü ana olan İrəc Fahada aşiq olur. Fahadın anası oğlunu yanından ayırmaq istəmir. Ona yaxşı gəlin axtarmaq istəyir. Nişan və toy hazırlığı zamanı çoxlu fikir ayrılığı baş verir. Ailənin təzyiqlərinə görə Fahadla İrəc yollarını ayırırlar.
3 bacı. Film haqqında film (film, 2014)
3 bacı. Film haqqında film tammetrajlı sənədli filmi rejissor Səyavuş Hüseynli tərəfindən 2014-cü ildə çəkilmişdir. Film "Soy prodakşn"nda istehsal edilmişdir. Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. == Məzmun == Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. Filmdə serialın baş rol ifaçıları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva və Əkbər Əlizadə tamaşaçıları çəkiliş yerləri ilə tanış edirlər, çəkiliş məkanlarında baş verən maraqlı məqamlar ilə bağlı öz xatirələrini bölüşürlər. Həmçinin, serialın digər aktyor heyəti, serialın üzərində iki ildir ki, çalışan heyət üzvləri öz fikir və xatirələrini dilə gətirirlər. Dilarə Əliyeva çəkiliş üçün qurulmuş qızların evini, Maarifin evini, Ülviyyə Əliyeva restoran və kafeni, blokdakı lifti, Tünzalə Əliyeva şirniyyat dükanını, Əkbər Əlizadə isə binanın həyətini tamaşaçılara göstərirlər.
Xan bağı (Bakı)
Xan bağı - İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. == Tarixi == Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. == Tarixi == Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir.Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. == Xüsusiyyətlər == Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.
Əbədi qardaşıq (film, 1965)
== Məzmun == Film Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyinə həsr olunmuşdur. Filmdə Azərbaycanın tarixi keçmişi və bu günü haqqında söhbət gedir. Kinolentdə arxiv materiallarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Diktor mətninin müəllifi: N.Şpikovski Mahnıların mətninin müəllifi: Zeynal Cabbarzadə Operator: Əlibala Ələkbərov, Vladimir Zbudski, Vladimir Konyagin Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Şamil Kərimov Mahnıları ifa edən: Rəşid Behbudov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Hacı Sultanəli məscidi (Bakı)
Hacı Sultanəli məscidi və ya Axundov məscidi — Bakı şəhəri Yasamal rayonunun Salatın Əsgərova 75 küçəsində yerləşən yerli əhəmiyyətli məscid. == Haqqında == Hacı Sultanəli məscidi 20-ci əsrin əvvəllərində inşa edilmişdir. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. Məscid 1904-1910-cu illərdə milyonçu Hacı Sultanəlinin təşəbbüsü ilə inşa edilmişdir. Bakı şəhərində, Nizami metrostansiyasının yaxınlığında yerləşir. Məscidin ərazisində türk əsgərinin məzarı aşkar edilmişdir.Məscid iki mərtəbəlidir. Üst mərtəbə qadınlar, alt mərtəbə kişilər üçündür. Məscidin planı kvadrat formasındadır. Məscidin günbəzi və minarəsi var. Əvvəlcə minarəsiz tikilmişdir.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Müsəlman Qardaşlığı
Müsəlman Qardaşlar və ya Müsəlman Qardaşlığı (ərəb. الإخوان المسلمون‎, Əl-İxvan əl-Müslimun) — Əsası Misirdə Həsən Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir. == Yaranması == Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır. == İnkişafı == 1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb. Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib == Təklif == 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. == Heykəl haqqında == Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Baça bazı
Baça bazı ya da Beçəbazlıq (fars. بچه بازی‎, Beçə bazi - "oğlanlarla oynamaq";بچه beçə, "bala, uşaq" və بازی bāzī, "oyun") — Əfqanıstanda uşağbazlıq üçün istifadə edilən söz. Cavan oğlanların qız obrazında erotik rəqslər və başqa cinsi fəaliyyətlərdən ibarət olan cinsi quldarlığın və uşaq fahişəliyin növü. Əfqanıstanda və Pakistanda mövcuddur.Taliban Dövründə (1994-2001) beçə bazı üçün edam cəzası tətbiq olunurdu. İddia edilir ki, ABŞ hərbi qüvvələri Əfqanıstanda beçə bazı fəaliyyətini etina edirdilər. ABŞ hərbi qüvvələri bu iddiaları inkar edirlər və məsələnin çözülməsi böyük nisbətdə Əfqanıstan hökumətin məsuliyyəti olduğunu qeyd etdilər. beçə bazı indiki Əfqanıstan qanunlara da şəriətə də, mülki məcəlləsinə də qarşı olduğuna görə ziddir.Bu biznes günümüzdə Əfqanıstanda artır, bəzi kişilər beçə bazıları sərvətin və yüksək vəziyyətin göstəricisi kimi saxlayırlar. == Tarix == Beçə bazı Mərkəzi Asiyada IX və ya X əsrdə ortaya çıxdı. Birinci Dünya Müharibəsindən sonra o, böyük şəhərlərdə azalıb. Tarixçi Entoni Şeyin fikirinə görə bunun səbəbi qərbi kolonial dəyərləri idi.Mərkəzi Asiyana səfər edən bir sıra xarici səyyahlar beçə bazı haqqında yazırdılar.
Babı
Babı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIII əsr mənbələrində Babı kəndinin adı çəkilir. Bu kəndin Beyləqan vilayətinə bağlı olduğu göstərilir. Babı kəndi Şeyx Babi Yəqubun olacağı idi. Şeyx Babi Yəqub bin İsmayıl Qur Xərdir. Şeyx Babi Yəqub XIII yüzildə yaşayıb. Hazırkı Babı kəndinin ərazisində yerləşən İmamzadə məqbərəsi yaxınlığında zaviyəsi varmış. Dövrünün böyük alimlərindən, təriqət mürşidlərindən sayılıb. Elxanlı sultanları ona hörmət edirmişlər. Onun müridlərini də əzizləyirmişlər.
Bakı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Bağı
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.Fövqəlbəşər gücləri istifadə ilə təbii prosesə müdaxilə edilməsi, təbiət qanunlarına zidd nəticələr əldə etmək üçün bəzi gizli və sirrli əməliyyatlar edilməsidir.
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. == Daha ətraflı == Həcc– İslam dinin sütunlarından biri.
Qaradaşlı
Qaradaşlı — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. 1991-ci ildə adı dəyişdirilərək İtsria (gürc. იწრია) adlandırılmışdır. Kənd rayon mərkəzi olan Bolnisi şəhərindən 15 km qərbdə, dəniz səviyəsindən 750 m yüksəklikdə yerləşir. Əhalisi: 1886-cı ildə 20 ailədə 162 nəfər, 1918-ci ildə 70 nəfər; 1926-cı ildə 11 ailədə 68 nəfər, 2002-ci ildə 61 ailədə 249 nəfər (131 kişi, 118 qadın) əhalisi olmuşdur. İlk məktəb 1932-ci ildə yaradılıb, indi ibtidai məktəb (2005-ci ildə 18 şagird) fəaliyətdədir.
Yardarlıq
Yardarlıq — torpaq icarəsi forması; torpaq mülkiyyətçisinə icarə haqqı məhsulla ödənilir. Xırda kənd təsərrüfatı istehsalçılarının, əsasən, kapitalizməqədərki və zəif inkişaf etmiş kapitalist istismarı formasını xarakterizə edir. Kapitalist istehsal münasibətlərinin yaranması şəraitində yardarlıq feodal torpaq icarəsindən kapitalist torpaq icarəsinə keçid forması idi. Yardarlıq feodalizm qalığı kimi bir sıra inkişaf etmiş kapitalist ölkəsində (ABŞ, İtaliya, İspaniya) hələ də qalmaqdadır. Şərqin bir çox ölkəsində (məsələn, Hindistanda) yardarlıq icarə münasibətləri formaları arasında mühüm yer tutur. Oktyabr inqilabından əvvəl Azərbaycanda yardarlıq yarımicma formasında mövcud olmuşdur. == Mənbə == Јардарлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Hacı Bani hamamı
Hacı Bani və ya Hacı Qayıb hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. == Haqqında == Hamam uzun əsrlər boyu torpaq altında qalmışdır. 1964-cü ildə bu ərazidə arxeoloji-təqdiqat işləri aparılarkən orta əsrlərə aid hamam aşkar olunmuşdur. Hamam XV əsrin sonlarında tikilmişdir. Hamamın sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olmuşdur. Ona görə də hamama ya Hacı Qayib, ya da Hacı Bani hamamı deyirlər. Müsəlman şəhərlərinin əsas elementlərindən biri olaraq bu hamam karvan yolu üzərində öz iri həcmli görünüşü ilə seçilir. Memarlıq formalarında mövcud olan otaqların zəngin örtüklər sistemi hətta kiçik kameraların interyerinə belə son dərəcə bədii ifadəlik verir. Hamama daxil olarkən orada ifadəli memarlıq formalarından, dolğun həcmli plastika üslubundan istifadə edildiyini hiss etmək olur. 2017-ci il Martın 18-də “ABAD”-a qoşulan ailələrin məhsullarının nümayişini həyata keçirtmək üçün tarixi hamamın ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Hacı Bani məscidi
Hacı Bani məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Haqqında == Hacı Bani məscidi Şirvanşahlar saray kompleksi yaxınlığında yеrləşir. Məscidin fasadı üzərindəki qısа epiqrafik kitabəyə əsasən mеmаr Hаcı Bаni tərəfindən ХVI əsrdə inşа еdilmişdir. Bаşqа bir еpiqrаfik yazıdan aydın olur ki, məscid Hicri-qəməri təqvimlə 1320-ci ildə bərpa еdilmişdir. Bu zаmаn yеnidənqurmа işləri аpаrılmış, vеstibül və qаdınlаr üçün nəzərdə tutulmuş хüsusi hissə (şəbistаn) əlаvə еdilmişdir. Cüt yаrımdаirəvi pəncərələr sаyəsində isə ibаdət zаlı ikiqаt işıqlаndırılmışdır.Plаndа mərkəzi günbəzlidir. Girişlə üzbəüz, iri miqyаslı hörgü ilə, stаlаktit yаruslu mеhrаb yеrləşir.Məscidin yеnidənqurmа işləri zаmаnı intеryеri və еkstеryеri ənənəvi mеmаrlıq üslublаrını və mоtivlərini qоruyub sахlamışdır. İfаdəli siluеti, kub təməl üzərindəki quruluşu, Abşеrоn tipli dаş şаrkоnusvаri günbəzin trаktоvkаsı və küçənin еniş istiqаmətində gözəl vurğulаnmış künc hissəsi yеrli mеmаrlığın хаrаktеrik хüsusiyyətlərini əks еtdirir.
Qaranlıq
Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Müsəlman Qardaşlar
Müsəlman Qardaşlar və ya Müsəlman Qardaşlığı (ərəb. الإخوان المسلمون‎, Əl-İxvan əl-Müslimun) — Əsası Misirdə Həsən Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir. == Yaranması == Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır. == İnkişafı == 1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb. Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır.
Qardaşlar Komandası
Qardaşlar Komandası — tarixçi və bioqrafçı Stephen Ambrose tərəfindən yazılan eyni adlı romanından uyğunlaşdırılan, İkinci dünya müharibəsi mövzulu, 10 hissəlik televiziya serialıdır. Ortaq prodüserliyini, Oskar mükafatlı, Sıravi Rayanı xilas etməli filmində birlikdə çalışan Stiven Spilberq və Tom Henks boynuna götürmüşdür. 2001-ci il istehsalı Qardaşlar Komandası hələ Dünyanın bir çox yerində TV kanallarında göstərilməkdədir. Serial İkinci dünya müharibəsi əsnasında Amerika ordusunun 506-cı Alayın 101-ci Hava Qüvvələrinə bağlı İyzi Bölüyü əsgərlərinin yaşadıqları təcrübələr əsas alınaraq hazırlanmışdır.Serial əvvəlcə əsgərlərin təməl təhsil aldığı Georgiadakı Toccoa düşərgəsindən başlamışdır. Davamında isə Normandiya çıxarması, Market Stansiya Hərəkatı və döyüşün sonunda doğru reallaşan Bastogne Müharibəsi ilə sona çatmışdır. Serialdakı hadisələr Ambrosenin İyzi Bölüyü nden həyatda olanlar ilə reallaşdırdığı birə bir reportajlar ilə şəkilləndirilmişdir. Ayrıca döyüş sonrası həyatda qalmağı bacaran əsgərlərin yazdıqları kitablardan da faydalanılmışdır. == Rollarda == Əsas rollarda: Damian Lewis — Mayor Richard Winters Ron Livingston — Kapitan Lewis Nixon Matthew Settle — Kapitan Ronald Speirs Donuya Wahlberg — Kiçik leytenant Carwood Lipton Scott Grimes — Texniki Çavuş Donald Malarkey Peter Youngblood Hills — Başçavuş Darrell "Shifty" Powers Shane Taylor — 5. Sinif Texnik Eugene "Doc" Roe Rick Gomez — 4. Sinif Texnik Corc Luz Michael Cudlitz — Başçavuş Denver "Bull" Randleman Nicholas Aaron — Siravi Robert "Popeye" Wynn Ceyms Madio — 4.
Süd qardaşlar
Süt qardaşlar - rejissorluğunu Ertem Əyilməzin üstləndiyi, Hüseyn Rəhmi Gürpınarın "Qulyabani" adlı romanı əsasında çəkilmiş 1976-cı il türk filmi. == Mövzusu == İllərdir heç kəsin sahib ola bilmədiyi malikanənin sahibi Mələk xanım süt oğlu Şaban zənn edərək Şabanın dostu Ramazanı evə alır. Amma əsəbi qardaşı Hüsaməddinə Ramazanı kürəkəni Bayram olaraq tanıdır. Malikanəyə həqiqi Şaban və həqiqi Bayramın gəlməsiylə işlər qarışır. Bayramın bacısı Bihtərə aşiq olan Şaban onun ardınca dolaşır. Bayramın atasının evə qulyabani gətirməsiylə işlər daha da qarışır. Məsələni həll edən Şaban, kürəkən Bayram və Ramazan medalla təltif olunur. == Aktyorlar və rollar == Kamal Sunal - Şaban Şənər Şən - Hüsaməddin Adilə Naşit - Mələk Halit Ağcatəpə - Ramazan Halə Soyqazi - Bihtər Ayşən Qruda - Əminə Ergin Orbəy - Bayram Jalə Altuğ - Afifə Yasəmən Əsmərgül - Yasəmən Əli Şən - Kərami bəy Türkər Təkin - eşikağası Dinçər Çəkməz - çavuş Firudin Çölkeçən - Sərraf əfəndi == Çəkiliş yerləri == Filmin çəkilişləri İstanbulda Yeşilköydəki Simenoğlu malikanəsində həyata keçirilmişdir. Xüsusən Arzu filmin komediya filmlərinin çəkildiyi bu malikanə 1979-cu ilə qədər sinemaya xidmət etdi. Əli Şənin canlandırdığı Kərami bəy və ailəsinin yaşadığı malikanə səhnələri üçün Sarıyerin Yeniköy səmtindəki Səid Həlim Paşa yalısından istifadə olunmuşdur.
Aşağı Qaranlıq
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir.Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.Orotoponimdir.
Qaranlıq (Abaran)
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə -lıq şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
Qaranlıq (dəqiqləşdirmə)
Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qaranlıq (kənd)
Qaranlıq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda yerləşən kənddir. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dağ, təpə» mənasında işlənən qara sözünə məkan anlayışı bildirən -lıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur. == Toponimikası == QARANLIQ - Yuxari Qarabağda yer adı. Digər adı Yuxarı Kuznutdur.
Suriyada "Müsəlman Qardaşlığı"
Suriyada "Müsəlman Qardaşlığı" (ərəb. الإخوان المسلمون في سوريا‎) — "Müsəlman Qardaşlığı" təşkilatının Suriya qolu. "Müsəlman Qardaşlığı"nın Suriya qolu təşkilatın Misirdən kənarda qurulan ilk qoludur. == Fəaliyyəti == 1950-ci illərdə hərəkatın nümayəndələri Suriya hakimiyyətinə müxalifət olaraq qalaraq parlamentdə yer də qazanmışdılar. "Müsəlman Qardaşlığı"nın Suriya qolu 1970-ci illərin ortalarından əhəmiyyətli dərəcədə radikallaşmışdır. Hərəkatın 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində hökumət qüvvələrinə və təşkilatlarına qarşı bir sıra hücumlara görə məsuliyyət daşıdığı qeyd edilmişdir. == Həmada qiyam == 1982-ci ilin fevralında "Müsəlman Qardaşlığı" Həmada böyük qiyam təşkil etmişdir. Üsyan prezident Əsədin qardaşı Rifatın komandanlığı altında 8 minlik ordu tərəfindən hava qüvvələri və tank bölmələrinin dəstəyi ilə yatırılmışdır. Bu hadisə Həma qırğını olaraq bilinir. Müxtəlif mənbələrə görə silahlı toqquşmalar zamanı 3 mindən 20 minə qədər insan həlak olmuşdur.Qiyamın hökumət qoşunları tərəfindən yatırılmasından sonra terrorçuların fəaliyyəti puça çıxmışdır.
Üzüklərin hökmdarı: Üzük qardaşlığı
Üzüklərin hökmdarı: Üzük qardaşlığı (ing. The Lord of the Rings: The Fellowship of the Ring) — Con Tolkin tərəfindən yazılmış "Üzüklərin hökmdarı" əsəri əsasında 2001-ci ildə rejissor Piter Ceksonun çəkdiyi film trilogiyasının birinci hissəsidir. Ekranlara 19 dekabr 2001-ci ildə buraxılmışdır.Film 4 Oskar və 68 digər mükafat və 81 nominasiya qazanmışdı. 2001-ci ildə istehsal olunan film fentezi janrında olan filmlər üçün dönüş nöqtəsi yaratmışdır. 2017-ci ilə qədər ən yaxşı film siyahılarında yer almışdır. 2001-ci ildə ABŞ-nin ikinci ən çox gəlir gətirən fentezi filmi hesab olunmuşdur. == Məzmun == Orta Dünyanın İkinci Dövründə elflərə, qnomlara və insanlara qüvvət üzükləri verilir. Üzüklərdən üçü, varlıqların ən arifi və ən zərifi ölməz elf xalqına, yeddisi mahir mədənçilər, sənətkarlar və dağların dərinliklərində yaşayan qnomlara, doqquzu isə varlıqların ən gücə düşkünü olan insanlara verilmişdi. Bu üzüklər bütün dünyanı mühafizə etmək gücündədir. Lakin elflər, qnomlar və insanlar aldadıldıqlarından xəbərsizdirlər.
Baci (Gürcüstan)
Baci (gürc. ბაჯი) — Gürcüstanda, Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində, Ambrolauri bələdiyyəsində yerləşən kənd. Rioni çayının üzərində, Ambrolauri şəhərindən 22 kilometr uzaqlıqda yerləşir.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Qaranlıq Qala
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. == Seriya haqqında == Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. == Haqqında == Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qaranlıq enerji
Qaranlıq enerji (ing. Dark energy) - fiziki kosmologiyada, astronomiyada, astrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü. Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır. Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır.
Qardaşəli Teyyubov
Qardaşəli Teyyubov (Tam adı: Qardaşəli Ağaqardaş oğlu Teyyubov; d.7 noyabr 1938, Şamaxı, Əngəxaran k, ö.27 noyabr 2012, Bakı — SSRİ Jurnalistlər Birliyinin üzvü == Həyatı == Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonu Əngəxaran kəndində anadan olmuşdur. Bakıda Sənaye Texnikomunu bitirdikdən sonra 1962-ci ildə Sergey Mironovik Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistikə fakültəsinə daxil olmuş, oranı 1967-ci ildə bitirmişdir. === Ailəsi === Atası Teyyubov Ağaqardaş Nurulla oğlu Böyük Vətən müharibəsində vəfat etmişdir. == Fəaliyyəti == Universitetə daxil olduğu ildən “Azərbaycan pioneri” (Savalan) qəzetinin ştatdankənar əməkdaşı olmuş, “Bakı”, "Kommunist" (Xalq) qəzetlərində, "Təşviqatçı" jurnalında çalışmış, radioda ayda bir dəfə 20 dəqiqəlik veriliş ilə çıxış etmişdir. Şamaxida "Yeni Şirvan" qəzetinə mutəxəsis dəvət olunmuş, sonradan hemin qəzetdə məsul katibin müavini olmuşdur. Həmçinin T.Qardaşəli 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla cixan "Texniki Tereqqi ugrunda" qəzetin baş redaktoru olmuşdur. 1991-ci ildən ömrunun sonuna qədər Hemkarlar Ittifaqinin orqani olan "Ùlfət" qəzetinin qurucusu ve şöbə mudiri vəzifəsində çalışmışdır. 1986-ci ilde SSRI jurnalistlər Ittifaqinin üzvü seçilmişdir. == Mükafatları == Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev tərəfindən 2005-ci ilinin 19 iyun tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının Mətbuat Orqanlarında səmərəli yaradıcılığına görə “Fəxri Fərman”la təltif edilmişdir. “Qizil Qələm” mukafatını layiq görülmüş, həmçinin SSRİ “Əmək Veteranı”dır.