BACI-CİCİ

i. bosom friends (of girls or women)

BACI
BACI-QARDAŞ
OBASTAN VİKİ
Bacı
Bacı sözünün bir neçə mənası ola bilər : Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların birbirinə və ya qardaşlarına olan qohumluq münasibəti; Tanış olmayan qadına, qıza ehtiramla müraciət. Tibb bacısı mənasında müraciət.
Cici Hadid
Yelena Nura "Gigi" Hadid (ing. Jelena Noura "Gigi" Hadid; ) fələstin-holland əsilli amerikalı model və aktrisa. Hadid müsəlmandır. Dünyanın ən yüksək ödənişli modellərindən biridir. O, 2015 Pirelli təqvimi ilə məşhurlaşan Victoria's Secret modeli Tom Fordun bir neçə sətirinin simasıdır. 2016-cı ildə İngilis Moda Şurası tərəfindən İlin Beynəlxalq Modeli seçildi. Dörd il ərzində Hadid beynəlxalq "Vogue" jurnalının qapaqlarında çıxış etmişdir. == Həyatı == Hadid, 1995-ci il aprelin 23-də Los-Anceles şəhərində anadan olmuşdur. Fələstinli Mohamed Hadid və holland əsilli amerikalı köhnə model Yolanda Hadidin qızıdır. Giginin daha kiçik bir bacısı Bella və kiçik bir qardaşı Ənvər var.
Cici (müğənni)
Ejigayehu Şibabau "Cici" səhnə adı ilə tanınan efiopiyalı müğənni. Ejigayehu Şibabau, daha çox səhnə adı olan Cici ilə tanınan, 1974-cü ildə doğulmuşdur və Efiopiya musiqisinin önəmli nümayəndələrindən biridir. Onun musiqisi Efiopiya milli ənənələri ilə dünya musiqisinin müxtəlif janrlarını birləşdirərək, unikal səs palitrası yaratmışdır. Xüsusilə, onun mentor ifaçısı və prodüseri olan sabiq həyat yoldaşı Bill Lasvell ilə əməkdaşlığı bu müstəsna harmoniyanın formalaşmasında mühüm rol oynamışdır. == Erkən həyat və karyera == Cici Efiopiyanın şimal-qərbində yerləşən Çaqni şəhərində anadan olmuş və burada böyümüşdür. Ənənəvi Efiopiya mahnılarını öyrənməkdə ona ailə üzvlərindən biri olan Efiopiya Ortodoks keşişi böyük dəstək olmuşdur. Xalq arasında bu mahnılar Efiopiya mədəniyyətinin dini və tarixi miraslarını qorumaqda böyük əhəmiyyət daşıyırdı, və Cicinin tərbiyəsində bu musiqi dəyərlərinin qorunması əsas prinsip olmuşdur. Cici bir neçə il Keniya Respublikasında yaşamış, lakin 1998-ci ildə San Fransiskoya köçmüşdür. Orada mühacir Efiopiya icması üçün iki albom yazdırmışdır. Lakin onu geniş ictimaiyyətə tanıdan əsas iş 2001-ci ildə çıxan və sadəcə "Cici" adı ilə buraxılan albomu olmuşdur.
Zeynəb bacı
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Üç bacı
3 bacı (film, 2012-2014) — teleserial. Üç bacı adından göründüyü kimi üç bacıdan bəhs edir. Üç bacı (pyes) — rus yazıçı Anton Çexovun pyesi. Üç bacı – Azərbaycanın milli mətbəxinə aid olan Badımcan dolmasının ikinci adı.
Toppuş bacı
Tünzalə Məcid qızı Əliyeva (15 fevral 1973, Kirovabad – 22 yanvar 2023) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Toppuş bacı kimi tanınırdı. Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olmuşdur. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışmışdır. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Oradan çıxıb Bakıya gəlmiş və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləmişdir. İrəvan Teatrının səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Almaz (M. Haqverdiyev, "Məhəbbət əzabları"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə"), Səkinə (Hidayət, "Bu dünyanın adamları"), Səməni (İ. Məlikzadə, "Subaylarınızdan görəsiniz"), Mələk (Ağarəhim Rəhimovun, "Əsgər anası"), Alverçi qadın (T. Vəliyeva, "Analar neyləsin"), Mədinə (Anar, "Təhminə və Zaur"), Xatuba (Ramiz Abdullayev, "Biznesmen"), Xəzangül (Ə. Hacızadə, "Məhəbbət ölmür"), Əsir qadın (S. Şaxtaxtı, "Ölüm həsrəti"), Səkinə (Elçin, "Akvariuma xüsusi sifariş") rollarını uğurla ifa etmişdir. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olmuşdur. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır.
Şərifə Bacı
Şərifə Bacı (təq. 1898, Seydilər[d], Kastamonu ili – dekabr 1921, Kastamonu, Kastamonu ili) ― Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmiş qadın, türk xalq qəhrəmanı. O 1921-ci ildə bir neçə aylıq qızı ilə birlikdə öküz arabası ilə cəbhəyə sursat daşıyarkən donub ölmüş və müharibədə öldüyü üçün şəhid elan edilmişdir. Şəhid Şərifə Bacı İstiqlaliyyət müharibəsində türk qadınlarının fədakarlıq və qəhrəmanlıqlarının simvoludur. 1900-cü illərin əvvəlində Kastamonu vilayətinin Seydiler ilçəsindəki kəndlərdən birində anadan olub. Doğum tarixi dəqiq məlum olmasa da, evlənəndə onun on altı yaşı olduğu bilinir. Onun toyundan iki ay sonra Birinci Dünya müharibəsi başlamış və əri orduya çağırılmışdır. Altı ay sonra o, ərinin Çanaqqala döyüşündə (1915-1916) öldüyünü öyrənib. Kənd camaatı bu dəfə onu cəbhədə bomba partlaması nəticəsində sol ayağını və bir gözünü itirmiş yaralı müharibə veteranı Topal Yusuf ilə evləndiriblər. Yeni evliliyinin üçüncü ilində Şərifənin bir qızı dünyaya gəlmişdir.
Kerri bacı
Kerri bacı — Amerika yazıçısı Teodor Drayzerin 1900-cü ildə nəşr olunan ilk romanı. == Süjet xətti == On səkkiz yaşlı Kerri Miber doğma şəhəri olan Kolumbiya Sitidən Çikaqoya böyük bacısı və ərini ziyarət etmək üçün səyahət edir. Kerri bacısıgilə köçür və orada yaşayıb özünə iş axtarmağa başlayır. Çikaqoya gələrkən qatarda Drue adlı gənclə tanış olur. Ticarətlə məşğul olan Drue Çikaqoya çatanda Kerridən bacısıgilin ünvanını götürür. Kerrinin bacısıgil kasıb ailə olduğuna görə Kerri, qaldığı ev və yediyi yeməyə görə bacısının ərinə hər həftə pul verməli idi. Kerri ilk gündən iş axtarmağa başlayır. O, tikinti fabrikalarının birində iş tapır. Qazancının yarısından çoxunu bacısının ərinə verirdi. Xarakter baxımından xəyalpərəstqız idi.
Yeddi bacı şəlaləsi
Yeddi bacı şəlaləsi (norv. De Syv Søstrene və ya Dei Sju Systrene, Knivsflåfossen adı ilə də tanınır) Norveçin hündürlüyünə görə 39-cu şəlaləsi. Şəlalə yeddi müstəqil axımdan ibarətdir. Məhs buna görə də «yeddi bacı» adlandırılmışdır. Norveçin Sunnimyor bölgəsində yerləşən, UNESCO-nun Ümumdünya irsi olan Geiranger fiordunun bir hissəsi hesab olunur. Geiranger fiordu Norveçin Mere-oq-Romsdal qraflığına aiddir. Şəlalə yaxınlığında tarixi Knivsflå ferması yerləşir. Daha köhnə ferma olan Skageflå isə nisbətən uzaqda yerləşir. Yeddi bacı şəlaləsi Qeyranqer kəndindən 6,5 km qərbdə yerləşir. Coğrafi kordinatları 62.10864 və 7.092106 olan şəlalə dəniz səviyyəsindən 400-500 metr yüksəklikdə yerləşir.
Üç bacı (pyes)
Üç bacı (rus. Три сeстры) — rus yazıçı Anton Çexovun pyesi. Anton Çexovun 1899–1901-ci illərdə yazdığı 4 pərdəli "Üç bacı" dramında müəllif müxtəlif sinif və təbəqələrdən olan ziyalıların ailə münasibətləri, əxlaqı, dünyagörüşü haqqında müşahidələrinə, düşüncə və mühakimələrinə yenidən qayıtmışdır. Aydın görünür ki, ədib bu pyesində əvvəlki əsərlərində onu düşündürən müasir həyat məsələlərinə, məişətə və şüurlara daha ətraflı və dərindən nüfuz etməyə çalışmış, "insan üçün əsl səadət nədir?" sualına özünün realist və materialist anlayışına görə cavab verməyə səy etmişdir. Üç bacıda iştirak edənlərin əksəriyyəti universiet, institut və ya gimnaziya qurtarmış dvoryan nəslindən olan ziyalılardır. Əsərdəki əhvalat əyalət şəhərlərindən birində baş verir. Mərhum general Prozorovun Moskvada doğulmuş və orada oxuyub təhsil almış oğlu Andrey, qızları Mariya (Maşa), Olqa və İrina Moskvadan köçüb əyalət şəhərində ata mülkündə yaşayırlar. Şəhərdə müvəqqəti yerləşən hərbi hissə zabitləri — vaxtilə Moskvada, mərhum generalın sağlığında bu ailə ilə tanış olan hərbi həkim Çebutkin, podpolkovnik Verşinin, ştabs-kapitan Salyonı, poruçik Fedotik və podporuçik Rode bu ailə ilə yenidən dostluq münasibətlərini bərpa edirlər. Dramın süjeti əvvəldən axıra qədər yaşları, həyat təcrübələri, taleləri, dərdləri və arzuları müxtəlif olan bu adamların münasibətləri, həyat haqqında mülahizə və mühakimələri əsasında qurulmuşdur. Dostların hamısı ağıllı, fərasətli və istedadlı adamlardır, lakin onların heç biri öz həyatından, taleyindən razı deyil.
3 bacı (teleserial, 2012)
3 bacı bədii serialı rejissor Səyavuş Hüseynli tərəfindən 2012–2014-cü illərdə çəkilmişdir. Film "Soy prodakşn"da istehsal edilmişdir. Üç bacı situasiyalı komediya serialı adından göründüyü kimi üç bacıdan bəhs edir. Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. Serialda əsas rolları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva, Cəfər Namiq Kamal, Almaz Mustafayeva, Zemfira Əbdülsəmədova, Əsəd İsmayılov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə və Rövşən Kərimduxt ifa edirlər. Filmin adı 71-ci seriyadan dəyişdirilərək "3 bacı+1" oldu. == Məzmun == Situasiyalı komediya serialında müxtəlif maraq, arzu və istəkləri olan, bir-birindən tamamilə fərqli üç bacı-Sevinc (Ülviyyə Əliyeva), Xoşbəxt (Tünzalə Əliyeva) və Səadət (Dilarə Əliyeva) kənddən şəhərə köçüblər. Onların hər birinin həyatdan öz gözləntiləri var. Sevinc təcrübə həvəskarıdır, Xoşbəxt şirniyyat dükanı işlədir, Səadət isə aktrisa olmaq niyyətindədir. Üç bacının ətrafında baş verən komik hadisələr serialın əsasını təşkil edir.
Yeddi bacı (neft şirkətləri)
Yeddi bacı 1940-cı illərin ortalarından 1970-ci illərin ortalarına qədər dünya neft sənayesində hakim olan Anqlo-Fars Neft Şirkətinin (Anglo-Persian Oil Company) oliqapoliya və ya kartelinə verilən ümumi addır.Adın biznes mühitində istifadəsi 1950-ci illərdə İtalyan dövlət neft şirkəti Eninin rəhbəri olan iş adamı Enriko Mattei tərəfindən populyarlaşdı. Sənaye qrupu aşağıdakılardan ibarət idi: Anqlo-Fars Neft Şirkəti (hazirki BP) Royal Dutch Shell Standard Oil Company of California (hazirki Şevron) Gulf Oil Texaco Standard Oil Company of New Jersey (sonralar Exxon indi ExxonMobilin tərkibindədir) Standard Oil Company of New York (sonralar Mobil indi ExxonMobilin tərkibindədir) 1973-cü il Neft Böhranından əvvəl Yeddi bacı dünyanın neft ehtiyatlarının 85 faizinə nəzarət edirdi. O vaxtdan bəri, sənayenin üstünlüyü inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında OPEC kartelinə və dövlətlərə məxsus neft və qaz şirkətlərinə keçdi.Bunlara Saudi Aramco, Qazprom (Rusiya), China National Petroleum Corporation, National Iranian Oil Company, PDVSA (Venesuela), Petrobras (Braziliya) və Petronas (Malaziya) daxil idi. Financial Times onları yeni Yeddi bacı adlandırmışdı.
Üç bacı (Türkiyə teleserialı)
Üç Bacı— Rejissoru Eda Teksöz, ssenari müəllifi Nilüfer Özçelik və Sevgi Yılmaz olan, ilk bölümü 22 fevral 2022-ci ildə yayımlanan dram və romantik Türk serialıdır. Serial İclal Aydının eyniadlı romanından götürülüb. 3 bacının adı Türkan, Dönüş və Deryadır. 3 bacı, onları gözləyən gözəl illərin xəyalını qururlar. Serialın çəkilişləri Ayvalıkda baş tutur.
Üç bacı (teleserial, Türkiyə)

3 bacı (film, 2012-2014)
3 bacı bədii serialı rejissor Səyavuş Hüseynli tərəfindən 2012–2014-cü illərdə çəkilmişdir. Film "Soy prodakşn"da istehsal edilmişdir. Üç bacı situasiyalı komediya serialı adından göründüyü kimi üç bacıdan bəhs edir. Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. Serialda əsas rolları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva, Cəfər Namiq Kamal, Almaz Mustafayeva, Zemfira Əbdülsəmədova, Əsəd İsmayılov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə və Rövşən Kərimduxt ifa edirlər. Filmin adı 71-ci seriyadan dəyişdirilərək "3 bacı+1" oldu. == Məzmun == Situasiyalı komediya serialında müxtəlif maraq, arzu və istəkləri olan, bir-birindən tamamilə fərqli üç bacı-Sevinc (Ülviyyə Əliyeva), Xoşbəxt (Tünzalə Əliyeva) və Səadət (Dilarə Əliyeva) kənddən şəhərə köçüblər. Onların hər birinin həyatdan öz gözləntiləri var. Sevinc təcrübə həvəskarıdır, Xoşbəxt şirniyyat dükanı işlədir, Səadət isə aktrisa olmaq niyyətindədir. Üç bacının ətrafında baş verən komik hadisələr serialın əsasını təşkil edir.
Bacı - bizim günlərdə (film, 2016)
"Qız — bizim günlərimizdə" filmi — Əzhar Əlinin 2016-cı ildə çəkdiyi Pakistan televiziya filmi. == Məzmun == Uşaqları üçün fərqli hədəfləri olan üç ana... Onlardan biri oğullarından birini evləndirmək istəyir, biri onsuz da, evləndirib, üçüncüsü isə ögey anadır və ögey oğlu ilə ögeylik üzündən mübahisələri var. Üçüncü ana olan İrəc Fahada aşiq olur. Fahadın anası oğlunu yanından ayırmaq istəmir. Ona yaxşı gəlin axtarmaq istəyir. Nişan və toy hazırlığı zamanı çoxlu fikir ayrılığı baş verir. Ailənin təzyiqlərinə görə Fahadla İrəc yollarını ayırırlar.
3 bacı. Film haqqında film
3 bacı. Film haqqında film tammetrajlı sənədli filmi rejissor Səyavuş Hüseynli tərəfindən 2014-cü ildə çəkilmişdir. Film "Soy prodakşn"nda istehsal edilmişdir. Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. == Məzmun == Film iki il efirlərdə olan, 140 seriyası çəkilən "3 bacı" serialının bitməsi münasibətilə çəkilmişdir. Filmdə serialın baş rol ifaçıları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva və Əkbər Əlizadə tamaşaçıları çəkiliş yerləri ilə tanış edirlər, çəkiliş məkanlarında baş verən maraqlı məqamlar ilə bağlı öz xatirələrini bölüşürlər. Həmçinin, serialın digər aktyor heyəti, serialın üzərində iki ildir ki, çalışan heyət üzvləri öz fikir və xatirələrini dilə gətirirlər. Dilarə Əliyeva çəkiliş üçün qurulmuş qızların evini, Maarifin evini, Ülviyyə Əliyeva restoran və kafeni, blokdakı lifti, Tünzalə Əliyeva şirniyyat dükanını, Əkbər Əlizadə isə binanın həyətini tamaşaçılara göstərirlər.
3 bacı. Film haqqında film (film, 2014)

Digər lüğətlərdə