Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baden-Badenli Avqusta (Orlean hersoqinası)
Baden-Badenli Avqusta (fr. Auguste de Bade-Bade; 10 noyabr 1704, Aşaffenburq – 8 avqust 1726, Paris) — Orlean hersoqu Lüdovikin xanımı, Orlean hersoqinası. 10 noyabr 1704-cü ildə Baden-Baden markqrafı Lüdovik Vilhelmin yeganə qızı Aşaffenburqda doğuldu. Hələ 3 yaşında ikən atası vəfat etdi. 4 yaşlı qardaşı taxta çıxarıldı və anası naibə elan edildi. Anasının istəyilə Orlean hersoqu Lüdoviklə evlənməsi müzakirə edildi. Nəticədə, cütlüyün nigahı 18 iyun 1724-cü ildə Baden-Vürtemberqdə qiyabi olaraq bağlandı və 13 iyulda Marnada keçirilən rəsmi mərasimlə evləndilər. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çatdı. Üstəlik qızının doğumundan 3 gün sonra xanımı da vəfat etdi və Lüdovik qalan ömrünü təkbaşına yaşadı. Lui-Filipp, Orlean hersoqu Luiza Mariya (5 avqust 1726 - 14 may 1728) == Mənbə == Adams, Tracy (2010).
Bidens
Yatıqqanqal (lat. Bidens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Bidens acrifolia Sherff Bidens acuticaulis Sherff Bidens acuticaulis var. filirostris (P.Taylor) T.G.J.Rayner Bidens aequisquama (Fernald) Sherff Bidens ahnnei Sherff Bidens alata Melchert Bidens amplectens Sherff Bidens amplissima Greene Bidens andongensis Hiern Bidens andrei Sherff Bidens angustissima Kunth Bidens anomalus (Fernald) G.H.Loos & al. Bidens anthemoides (DC.) Sherff Bidens anthriscoides DC. Bidens aoraiensis M.L.Grant ex Sherff Bidens arbuscula Ant.Molina Bidens arenicola (S.Moore) Sherff Bidens aristosa (Michx.) Britton Bidens asperata (Hutch. & Dalziel) Sherff Bidens aspilioides (Baker) Sherff Bidens asymmetrica (H.Lév.) Sherff Bidens aurea (Aiton) Sherff Bidens australis Spreng. Bidens ballsii Sherff Bidens balsana Melchert Bidens barteri (Oliv. & Hiern) T.G.J.Rayner Bidens baumii (O.Hoffm.) Sherff Bidens beckiana (F.Br.) Sherff Bidens beckii Torr. ex Spreng. Bidens bicolor Greenm.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.
Baden
Baden — Almaniyanın cənub-qərbində region. Mərkəzi Karlsruedir. Beden paytaxtdan cənubda 25 km-də Vyana meşələrinin, çöllərinin və üzüm bağlarının yaşıl təpəlikləri arasında yerləşir. Faydalı kükürd mənbələri ilə zəngin olan bu kurort mərkəzi II əsrdə Roma düşərgələri buraya yerləşdiyi vaxtdan-Antik Roma dövründən məşhur idi. Mark Avreliy həyatının son illərini burada keçirmişdir. 1804–1834-cü illərdə bu şəhər yayda imperiya iqmətgahı olmuşdur, bütün zadəganlar və incəsənət xadimləri bura toplanardılar. Badenin mineral suları bu gün də çimmək, içmək və revmatik xəstəliklərin, artirozun bel sütunu və oynaq xəstəlilərinin qarşısının alınması və həmçinin ümümi sağlamlıq məqsədilə istifadə olunur. İmperatriça Maria Terezanın şərəfinə1792-ci ildə yaradılmış ekzotik bitki kolleksiyası olan "Terezienband"(Tereza hamamı) və Tereziengarten(Tereza bağı) kimi yerlərə də səyahət etmək lazımdır. Baden parkları ayrıca görməli yerlədir. Bu kurort parkında hər gün orkestra çalır " Bethoven məbədi"-nin çardağı , Ştraus və Lannerunun şərəfinə gül saatları və heykəlləri var və iyunun sonundan sentyabrın əvvəlinə qədər burada "yay arenasına"dair operetta festivalı keçirilir.
Bidens cernua var. bidens
Əyilən yatıqqanqal (lat. Bidens cernua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. == Sinonimləri == Bidens cernua var. bidens (L.) Farw. Bidens cernua f. cernua Bidens cernua var. coreopsis Pursh Bidens cernua var. discoidea Wimm. & Grab. Bidens cernua var.
Bardenas-Reales
Bardenas-Reales (isp. Bardenas Reales) — İspaniyanın Navarra vilayəti ərazisində yerləşən yarımsəhra. Burada ətraf mühit güçlü eroziyaya məruz qalmışdır. Bu baxımından Avropada unikaldır. Səhra 45500 ha ərazini əhatə edir. 1999-cu ildə Bardenas-Reales turistlərin çoxlu axını ilə əlaqədar park elan edilmişdir. 7 noyabr 2000 ildə YUNESCO ərazini biosfer qoruğu elan edilir. 1951 ildə ispan HHQ ərazidə baza təşkil edilir. Bununla əlaqədar etiraz aksiyaları təşkil edir.
Cucumis bardanus
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Mentha badensis
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Sorbus badensis
Sorbus badensis (lat. Sorbus badensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Accipiter badius
Tüvik (lat. Accipiter badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. == Təsviri == Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib. == Həyat tərzi == Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır.
Alenuş Teryan
Alenuş Teryan (ing. Alenush Terian, erm. Ալենուշ Տէրեան; 1920—2011) — erməni əsilli iranlı alim, astronom və fizik; onu müasir İran astronomiyasının anası adlandırırlar. == Bioqrafiya == O, 1920-ci il noyabrın 9-da Tehranda erməni ailəsində anadan olmuşdur. Onun atası Arto, Arizad kriptonimi ilə rejissor, şair və tərcüməçi idi; anası Vartui teatr aktrisası və rejissoru idi. 1947-ci ildə Tehran Universitetinin Elmlər fakültəsini bitirib, burada əmək fəaliyyətinə fizika laboratoriyasında başlayıb və tezliklə laboratoriyanın müdiri olub. Teryan Fransada təhsil almaq məqsədi ilə təqaüd üçün müraciət etmiş, lakin Tehran Universitetinin professoru Mahmud Hesabi iranlı qadının təhsilinin kifayət qədər olduğunu düşünərək buna razılıq vermir. Lakin atasının maddi dəstəyi ilə Alenuş yenə də Fransaya təhsil almağa gedir və burada 1956-cı ildə Sorbonna Universitetində (indiki Paris Universiteti) atmosfer fizikası üzrə doktorluq dərəcəsi alır. İrana qayıdaraq Tehran Universitetində termodinamika üzrə dosent olur. Daha sonra Almaniya hökuməti tərəfindən Tehran Universitetinə verilən təqaüdlə Qərbi Almaniyada günəş fizikası sahəsində dörd ay işləyir.
Amblyseius bidens
Amblyseius bidens (lat. Amblyseius bidens) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius bidens Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Euseius badius
Euseius badius (lat. Euseius badius) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Hərbi kadens
Hərbi kadens (ing. Military cadence) — silahlı qüvvələrdə ənənəvi olaraq marş və qaçış zamanı istifadə olunan iş mahnısı. Kadenslər şifahi hərbi folklordur və buna musiqi aləti tələb olunmur.
Phodilus badius
Şərq maskalı alabayquşu (lat. Phodilus badius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin maskalı alabayquş cinsinə aid heyvan növü.
Ricinus badius
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Tadeuş Bartosik
Tadeuş Bartosik (15 May 1925 – 16 Aprel 1985) — Polşalı aktyor. O, 1959-cu il ilə 1985-ci il arasında 21-dən çox film və televiziya şousunda rol oynamışdır.
Tadeuş Kostyuşko
Tadeuş Kostyuşko (pol. Andrzej Tadeusz Bonawentura Kościuszko; 12 fevral 1746 və ya 4 fevral 1746 – 15 oktyabr 1817[…] və ya 1817) — polyak hərbi və siyasi xadimi, ABŞ-nin İstiqlal müharibəsinin iştirakçısı, 1794-cü il Polşa üsyanının rəhbəri, Belarusun, Polşanın, ABŞ-nin milli qəhrəmanı, Fransanın fəxri vətəndaşı, Reç Pospolita ordusunun generalissimusu. Kostyuşko 1746-cı ilin fevralında Böyük Litva Hersoqluğunda (Reç Pospolitanın bir hissəsi idi) müasir Belarusiya ərazisində bir ailə mülkündə anadan olub, onun dəqiq doğum tarixi məlum deyil. 20 yaşında Varşavada kadet korpusunu bitirib. 1768-ci ildə Bar konfederasiyasının iştirakı ilə vətəndaş müharibəsi başlayandan bir il sonra Kostyuşko təhsilini davam etdirmək üçün Fransaya köçdü. O, 1774-cü ildə, ilk bölündükdən iki il sonra Reç Pospolitaya qayıtdı və maqnat Yozef Sosnovskinin mülkündə pedaqoq vəzifəsini tutdu. Lakin, onu işəgötürən həmin şəxsin qızı ilə uğursuz qaçmaq cəhdindən sonra o, Fransaya qayıtdı. 1776-cı ildə Kostyuşko Şimali Amerikaya köçdü və burada Kontinental orduda polkovnik rütbəsi ilə Amerika istiqal müharibəsində iştirak etdi. Hərbi mühəndis kimi o, Nyu Yorkdakı Uest Point qalası da daxil olmaqla istehkamları layihələndirib və onlara nəzarət edib. 1783-cü ildə onun xidmətlərini nəzərə alaraq, Kontinental Konqres onu briqada generalı rütbəsinə yüksəltdi.
Tadeuş Makovskiy
Tadeuş Makovskiy (pol. Tadeusz Makowski; 29 yanvar 1882, Osventsim – 1 noyabr 1932[…], ‎IV arondisman (Paris)) — polyak rəssam. 1902-1906-cı illərdə Tadeuş Makovskiy Krakovda yerləşən Yagellon universitetində klassik və Polşa filologiyasını tədqiq etmiş və eyni zamanda Yan Stanislavskiyin və Yozef Mexofferanın siniflərində yerli İncəsənət Akademiyasında (1903-1908) rəsm tədqiq etmişdir. Birinci Dünya müharibəsindən əvvəl T. Makovskiy, rəssam Vladislav Slevinskiy ilə birgə Bretan şəhərinə yola düşdülər. Burada kubizmin qanonlarından uzaqlaşaraq "təbiətdən öyrənməyə" başladılar. Rəssam sadəlövh realizm üslubunda landşaftları, həmçinin stilizə edilmiş məcazi kompozisiyaları əsərlərində göstərməyə çalışırdı. T. Makovskinin ölümündən sonra 1922-ci ildə 1931-ci ildə (1961-ci ildə Varşavada nəşr olunmuş) saxlanılan bir gündəlik qalmışdır. Parisdə vəfat etdikdən sonra Monmoransi qəbiristanlığında dəfn edilmişdir. Ledóchowski S. Tadeusz Makowski.
Tadeuş Svetoxovski
Tadeuş Svetoxovski, bəzən Tadeuş Svyatoxovski kimi qeyd olunur (pol. Tadeusz Świętochowski; 28 aprel 1934, Lill – 15 fevral 2017, Nyu-York, Nyu-York ştatı) — Polşa və ABŞ tarixşünası, Qafqazşünas və Azərbaycanşünas; Monmaut Universiteti, Xəzər Universiteti və Bakı Dövlət Universitetinin fəxri professoru və Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin fəxri üzvü. Tadeuş Svetoxovski 1932-ci ildə Fransada Polşa diplomatı Stanislav Svetochovskinin ailəsində anadan olmuşdur. 1939-cu ildə Polşanın SSRİ və Almaniya arasında bölünməsindən sonra, onun atası Moskvaya sürgün edilib Butyrskaya həbsxanasında öldürüldü. Müharibədən sonra Tadeuş Svetoxovski Amerikaya hicrət etdi və Nyu-Yorkda Kolumbiya Universitetini bitirdi. Çox zəhmət çəkdikdən sonra Monmouth Universitenin tarix fakültəsində bir iş tapdı və nəticədə bu universitetin tarix professoru oldu. 15 fevral 2017-ci ildə Nyu-Yorkda vəfat etdi, vətəni Varşavada dəfn edilib. Monmaut Universitetinin fəxri doktoru Xəzər Universitetinin fəxri doktoru Bakı Dövlət Universitetinin fəxri doktoru Poland between Germany and Russia (1926–1939): the theory of two enemies. (Edited by Alexander Korczyński & Tadeusz Świętochowski). Pilsudski Institute of America, New York, 1975.
Tadeuş Svitoxovski
Tadeuş Svetoxovski, bəzən Tadeuş Svyatoxovski kimi qeyd olunur (pol. Tadeusz Świętochowski; 28 aprel 1934, Lill – 15 fevral 2017, Nyu-York, Nyu-York ştatı) — Polşa və ABŞ tarixşünası, Qafqazşünas və Azərbaycanşünas; Monmaut Universiteti, Xəzər Universiteti və Bakı Dövlət Universitetinin fəxri professoru və Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin fəxri üzvü. Tadeuş Svetoxovski 1932-ci ildə Fransada Polşa diplomatı Stanislav Svetochovskinin ailəsində anadan olmuşdur. 1939-cu ildə Polşanın SSRİ və Almaniya arasında bölünməsindən sonra, onun atası Moskvaya sürgün edilib Butyrskaya həbsxanasında öldürüldü. Müharibədən sonra Tadeuş Svetoxovski Amerikaya hicrət etdi və Nyu-Yorkda Kolumbiya Universitetini bitirdi. Çox zəhmət çəkdikdən sonra Monmouth Universitenin tarix fakültəsində bir iş tapdı və nəticədə bu universitetin tarix professoru oldu. 15 fevral 2017-ci ildə Nyu-Yorkda vəfat etdi, vətəni Varşavada dəfn edilib. Monmaut Universitetinin fəxri doktoru Xəzər Universitetinin fəxri doktoru Bakı Dövlət Universitetinin fəxri doktoru Poland between Germany and Russia (1926–1939): the theory of two enemies. (Edited by Alexander Korczyński & Tadeusz Świętochowski). Pilsudski Institute of America, New York, 1975.
Tadeuş Zabloski
Tadeuş Lada (Faddey) Zabloski (pol. Tadeusz Łada Zabłocki; 27 avqust 1811, Polşa – 1847[…], İrəvan quberniyası) — polyak şairi, etnoqrafı, tərcüməçisi. Polyak şlyaxtiçinin (imtiyazlı zadəgan sinfi) ailəsində anadan olmuşdur. Vitebsk gimnaziyasını bitirdikdən sonra 1831-ci ildə İmperator Moskva universitetinin dil və ədəbiyyat bölməsinə qəbul edilir. Təhsil aldığı dövrdə V. Belinskinin təşkil etdiyi "11 nömrəli ədəbiyyat cəmiyyəti" adlı tələbə dərnəyinin üzvü olmuşdur. Yan Saviniçlə birlikdə universitetin polyak tələbələrindən ibarət "Ana dilini sevənlər" gizli cəmiyyətini yaratmışdır. 1833-cü ildə çarın əleyhinə yazılmış mahnını yaydığı üçün həbs edilmiş, universitetdən xaric olunmuş və Vitebskə göndərilmişdi. İstintaq 2 il davam etdi. Tadeuş Zabloskiyə çıxarılan hökmə uyğun olaraq Qafqaza sürgün edilmiş və sıravi qismində minaaxtaranlar batalyonuna qəbul edilmişdir. Dağlılarla müharibələrdə iştirak etmişdir.
Amblyseius arenus
Amblyseius curiosus (lat. Amblyseius curiosus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius curiosus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Tadeuş Tanski
Tadeuş Tanski (pol. Tadeusz Tański; 11 mart 1892, Yanuv-Podlyask[d][…] – 23 mart 1941, Auşvits həbs düşərgəsi) — Polşalı avtomobil dizayneri, ixtiraçı, mexaniki mühəndis. Polşalı rəssam və dizayner Çeslav Tanskinin oğlu. Birinci Dünya müharibəsi başlamazdan əvvəl o, Parisə köçür, burada maşınqayırma ixtisası üzrə təhsil alır və Ali Elektrik Məktəbində təyyarə mühərrikləri üzrə ixtisaslaşır. Müharibə illərində müxtəlif hərbi təyyarələr üçün bir sıra mühərriklər layihələndirib hazırlamış, həmçinin L. Bordon şirkətində zirehli texnikaları geniş şəkildə öyrənmişdir. Daha sonra Armstronq Uitvortda da mühəndis kimi çalışmışdır. 1919-cu ildə Polşaya qayıdır və Hərbi İşlər Nazirliyində Avtomobil bölməsində işləməyə başlayır. Sovet-Polşa müharibəsi zamanı, 1920-ci ildə o, məşhur Ford-T-nin şassisi əsasında Polşanın ilk Ford FT-B zirehli avtomobilini düzəldir. Bu tipli 16 maşın hazırlanır. Müharibədən sonra Tadeuş Polşa silah sənayesində, xüsusən də Kazimej Meger tərəfindən dəvət olunduğu Centralne Warsztaty Samochodowe şirkətində işləyən mühəndislər arasında qalır.
Tadeuş Romer
Tadeuş Ludvik Romer (pol. Tadeusz Ludwik Romer; 6 dekabr 1894, Antanaşe[d] – 23 mart 1978, Monreal, Kvebek) – Polşa diplomatı, Polşanın Yaponiyadakı səfiri. İkinci Dünya müharibəsi zamanı Yaponiyaya qaçmış yəhudilərə dəstək göstərmişdir. Romer 1919-cu ildə Roman Dmovskinin şəxsi katibi olmuşdur. Daha sonra Polşa Xarici İşlər Nazirliyinə daxil olmuş, Polşanın İtaliya, Portuqaliya, Yaponiya (1937–1943) və SSRİ-dəki (1942–1943) səfiri vəzifəsini yerini yetirmişdir. 1943–1944-cü illərdə mühacirətdə olan Polşa hökumətinin xarici işlər naziri təyin olunmuşdur. Müharibədən sonra Kanadaya köçmüş və MakQil Universitetində mühazirələr vermişdir. Romer İkinci Dünya müharibəsi illərində Holokostdan qaçaraq Yaponiyanın Kobe şəhərinə gələn Polşa və Litva yəhudilərinə kömək göstərmişdir. 1940-cı ilin avqustundan 1941-ci ilin noyabrına qədər onları Yaponiyanın tranzit vizası, Kanada, Avstraliya, Yeni Zelandiya və Burmaya sığınacaq vizası, Fələstinə immiqrasiya sertifikatı, ABŞ və bəzi Latın Amerika ölkələrinə immiqrant vizası ilə təmin etmişdir. Romer 1941-ci ilin iyuluna qədər Polşanın Yaponiyadakı səfirliyində işləmişdir.