İŞGİL₂

is.
1. Zənn, şübhə, güman.
2. Çətinlik, maneə, əngəl, çətin vəziyyət. İşgildən çıxmaq.
□ İşgil olmaq (törətmək) – mane olmaq, əngəl yaratmaq. İşgil törətmək onun köhnə peşəsidir.
İşgilə düşmək – çətinliyə, çətin vəziyyətə düşmək.
İşgilə salmaq – əngələ salmaq.
Ol badəni kim, əqlimi başdan aparıbdır; Sandın məni, mən sadədili işgilə saldın. Qövsi.

3. məc. Çatışmazlıq, nöqsan, əngəl.
[Mirzə Dadaş:] Camaat, görürsünüz ki, bu oğlanın başında bir balaca işgil var. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞGİL cəftə — qarmaq
  • İŞGİL çətinlik — mane — əngəl
  • İŞGİL zənn — şübhə — güman
İŞGƏNƏ
İŞGİL₁
OBASTAN VİKİ
İşgil birləşməsi
İşgil birləşməsi – qasnaq, dişli çarx, mufta və s. hissələri ox və vallara bərkitmək üçün istifadə edilir. == Ümumi məlumat == Bu birləşmələr burucu momenti valdan çarxa və əksinə ötürə bilir. Konstryksiyasının sadəliyi tez yığılıb sökülə bilməsi, çox böyük momenti ötürə bilməsi birləşmənin əsas üstünlüyüdür. Mənfi cəhətləri isə val üzərində işgil və ya şlis yuvası açılması nəticəsində valın və çarxın topunun zəifləməsi, gərginlik konsentrasiyası mənbələrinin əmələ gəlməsi, çox böyük yüklərdə konstruksiyanın dağılmadan qorunmaması və s-dir. İşgil birləşməsi gərginlikli və gərginliksiz olmaqla iki qrupa ayrılır. Yığma əməliyyatı nəticəsində işgildə gərginlik yaranmazsa, belə birləşməyə gərginliksiz işgil birləşməsi deyilir. Prizmatik və seqment şəkilli işgilləri bua misal göstərmək olar. Gərginlikli işgil birləşməsində yığma əməliyyatı zamanı hissələrdə başlanğıc gərginlik yaradılır. Bunlara pazvari işgil birləşməsi aiddir.

Digər lüğətlərdə

кру́жечка нейропа́т острожи́ть перелиста́ть плохота́ пролетку́льт профе́ссорство своеобы́чный дедо́к изъя́н ма́кси отрубни́к экстра́ктовый е devotionalist inanimation interspace lunchtime Mälaren redefine watchwork заронить отвадить планомерность скрепление