Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Before The Dawn
Before The Dawn — Finlandiya metal qrupu, 1999-cu ildə Tuomas Saukkonen tərəfindən yaradılmışdır. İki il sonra, 2001-ci ildə, Before the Dawn birinci minialbom EP "Gehenna" adlı albomu buraxdı, və bu albomda "Not Divine As Them" mahnısı albomdan ilk və tək sinql oldu. Bu albomdan sonra qrupun üzvlər qrupu tərk edir. Yarım il sonra Tuomas komandasını yenidən qurur. Qrupa vokalist Pan Vilman Mike Ojala, və Kimmo Nurmi gəlir. Tuomas-ın yeni komandasıyla birlikdə iki rəsmi "My Darkness" və "4.17 am." adlı albomları çıxarıldı. Qrup həmçinin 2003-cü ildə Skandinaviya və Avropa ölkələrin də Katatonia qrupu ilə birgə konsertlər də çıxış etdi. Bu albomlardan sonra üzvləri qrupu tərk edərək digər üzvlər: köməkçi vokal & bas, GLORIA MORTI, gitaraçı Juho Räihä, klaviş Joel Mäkinen və barabançı Aatu Mukka qrupa qatıldı. Üçüncü dəfə üzvlərin dəyişilməsindən sonra, qrup 3 albom çıxartdı: 2005, 2007 və 2008-ci ildə "The Ghost", "Deadlight" və "Soundscape of Silence" adlı müvafiq albomlar. Ardından qrup "Deadsong" və "Faithless" adlı sinqllar buraxaraq 2009-cu ilə qədər Avropa ölkələrin də konsertlər də çıxış etdi.
It Won't Be Soon Before Long
It Won't Be Soon Before Long — Maroon 5 qrupunun albomu.
Bafode Diakite
Bafode Diakite (6 yanvar 2001, Tuluza) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Həyatı == 6 yanvar 2001-ci ildə anadan olub. == Klub karyerası == === Tuluza === Diakite Tuluza akademiyası vasitəsilə inkişaf etmişdir. Diakite öz peşəkar karyerasında debütünü 5 dekabr 2018-ci ildə 17 yaşı olarkən Reyms klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa 1 görüşündə Tuluza rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Diakite Fransada anadan olmuşdur. Valideynləri isə Qvineya vətəndaşlarıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Belfor (rayon)
Belfor (fr. Belfort) — Fransanın Franş-Konte regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Belfor ərazisi. Suprefektura — Belfor. Rayon əhalisi 2006-cı ildə 141201 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 232 nəf / km². Rayon ərazisi — 609 km².
Belfor ərazisi
Belfor ərazisi — Frnsanın şərqində, Burqundiya - Franş-Konte regionunda yerləşən departament. 1922-ci ildə Belfor ərazisi əsası qoyulmuşdur. Sıra sayı 91, inzibati mərkəzi isə Belfor şəhəridir. 2010-cu ilin məlumatlarına əsasən departament ərazisində olan əhalinin sayı 146.475 nəfərə çatmışdır. == Coğrafiyası == Departamentin ərazisi 609 km²dir. Əraziyə 1 rayon, 15 kanton və 102 kommun daxildir. == Tarixi == Belfor ərazisi kimi tanınan Fransa departamenti 1871-ci ildə Frankfurt müqaviləsi şərtləri ilə yaradılmışdır. 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi sonunda Almaniya ilə Fransa arasında Frankfurt sülh müqaviləsi bağlanmışdı. Müqavilə şərtlərinə görə yeni qurulmuş Almaniya Elzas və ərazinin dörd hissəsini: Lotaringiya, Yuxarı Reynin cənub-qərb və sərhədlərin böyük bir hissəsini zəbt etdi, yalnız Belfor şəhəri Fransanın tərkibində qaldı. 1922-ci ildə Elzası Fransanın sərhədlərinə qaytarılması gözlənilirdi.
Bellore Sanqala
Bellore Sanqala (2 yanvar 1995) — Konqolu üzgüçü. Bellore Sanqala Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bellore Sanqala birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.71 saniyəlik nəticəsi ilə 81-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Beloret rayonu
Beloret rayonu (başq. Белорет районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Beloretsk şəhəridir. == Coğrafi yerləşməsi == Başqırd (Cənubi) Uralının ən yüksək hissəsində, şimalda Çelyabinsk vilayəti ilə həmsərhəddir. Sahəsinə görə (11,501 km²) Başqırdıstanın ən böyük rayonudur. == Tarixi == 1920-ci illərə qədər müasir Beloret vrayonunun ərazisi Orenburq vilayətinin Yuxarı Ural qəzasına daxil idi. Oktyabr Sosialist İnqilabından sonra, 1917-ci ildə ərazi Ufa vilayətinin Katay volostunun bir hissəsi olur. Sonra Başqırsıstan Muxtar Sovet Sosialist Respublikasının Tamyan-Katay kantonuna daxil olur. Beloret rayonu Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının kantonlara bölünməsinin ləğv edildiyi və 48 rayonun yarandığı 20 avqust 1930-cu il tarixli "Başqırd Muxtar Sovet Sosialist Respublikasının inzibati bölgüsü haqqında" Ümumrusiya Rəyasət Heyətinin qərarı ilə qurulur. 1954-cü ildə qurulması planlaşdırılan Magnitoqorsk vilayətinin bir hissəsi olması plana salınır.
Beufort qasırğası
Beufort qasırğası — Dünyada böyük diametrli və şiddətli qasırğa. Ölçüsünə görə saatda 75 mildən çox sürətlə dönərək əsir. Şərqi Sakit okean və Cənubi Atlantik okeanı xaric subtropik və tropik iqlim qurşağındakı bütün isti dənizlərdə sıx-sıx meydana gəlir. Avqust-sentyabr aylarında Antil adalarında daha çox özünü göstərir.
Frensis Bofort
Ser Frensis Bofort (ing. Sir Francis Beaufort, 7 may 1774, İrlandiya — 17 dekabr 1857, Susseks) — ingilis admiralı, hərbi hidroqraf və xəritəşünas. 1805-ci ildə küləyin gücünü ölçmək üçün 12 ballıq şkalanı yaratmışdır.1829-cu ildən 1855-ci ilə qədər Britaniya Hidroqrafiya Xidmətinə rəhbərlik etmişdir. Onun şərəfinə Şimal Buzlu okeanında dəniz adlandırılmışdır.
Kervens Belfort
Kervens Fils Belfort (16 may 1992-ci ildə anadan olub) — Banqladeş Premyer Liqası təmsilçilərindən olan Abahani Limited klubunda hücumçu kimi çıxış edən Haitili peşəkar futbolçudur. == Karyerası == === Klub === Belfort Haiti, Fransa və İsveçrənin Tempete, Le Mans B, Le Mans, Sion, Qrenobl və Frejus Sent-Rafael klublarında çıxış etmişdir. 16 iyun 2017-ci ildə Belfort Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə klubu ilə 1+1 şərtilə bir illik müqavilə imzalamışdır. 2018-ci ilin avqust ayında adı Başundara Kinqs klubu ilə çəkilsə də, Belfort Banqladeş Premyer Liqası təmsilçilərindən olan Abahani Limited klubu ilə müqavilə imzalamışdır. === Milli komanda === Belfort Haiti milli komandası ilə debütünü 2010-cu ildə FİFA Dünya Çempionatının təsnifat mərhələsi oyunlarında etmişdir. == Karyera statistikası == === Milli komanda qolları === Nəticələr və qollar Haiti hesablamasının birinci siyahısındadır.
Mari Lafore
Mari Lafore (fr. Marie Laforêt, əsl adı Maytena Mari Bricitt Dumenak [Dumenaş], fr. Maïtèna Marie Brigitte Doume, (fr. Marie Laforêt, əsl adı Maytena Mari Bricnach; 5 oktyabr 1939, Sulak-sür-Mer, Jironda, Fransa — 2 noyabr 2019, Jenolye, İsveçrə) — fransız-İsveçrə müğənnisi və aktrisası. == Həyatı == Əsl adı Maytena Mari Bricitt Dumenakl olan, amma Mari Lafore adı ilə məşhurlaşan ulduz 1939-cu ildə Fransada doğulub. Onun karyerası təsadüfən başlayıb. 19 yaşında radioda xəstələnmiş bacısını əvəz edən zaman mahnı müsabiqəsində qalib gəlib. Artıq bir neçə ildən sonra böyük uğur qazanıb. 1960-cı ildə Alen Delonla bir yerdə “Qızmar günəşdə” filmində çəkilib. Bu rol ona populyarlıq və 60-cı illərdə xeyli rol gətirib.
Petit Beurre
Petit Beurre (azərb. kiçik kərəyağı‎) — Çayla yeyilən, tortlarda istifadə edilən, südlə əzilərək körpə yeməyi kimi istifadə edilen peçenye. İlk dəfə 1886-cı ildə Fransanın Nantes şəhərində Lefèvre-Useful Luis tərəfindən hazırlanmışdır. Şəklindən ötəri bu adı alan bu biskviti bu gün dünyanın bir çox ölkəsində dəyişik biskvit istehsalçıları çıxarır.
Priskila Belfort
Priskila Viyera Belfort — Braziliya ictimai univeristetinin keçmiş tələbəsi. O, MMA döyüşçüsü Vitor Belfortun qardaşı və model Coana Pradonun baldızı, Bələdiyyə İdman və Rekreasiya bir dövlət qulluqçusu kimi işləmiş. Nahar üçün işdən çıxdıqdan sonra, 9 yanvar 2004-cü ildə 29 yaşında itkin düşdü. Onun realda harada olmağı bu gündə məlum deyil. Vitor və Coana onun tapılması üçün mediyadan istifadə etdi və 30 böyüdülmüş şəklin müxtəlif insanların sıx olduğu yerlərdə yerləşdirdilər. Öz saytlarının ana səhifəsində hələdə onun şəkli və əlaqə nömrələri yerləşdirilib. Priscila itkin düşdükdən sonra Braziliya polis orqanlarına çoxlu zənglər olsa da nəticə etibarı ilə heç biri onun tapılması barədə deyildi. 2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi, lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Solanum belfort
Solanum paniculatum (lat. Solanum paniculatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Solanum belfort Vand. Solanum belfortianum Dunal Solanum botelhianum Dunal (unjustified emendation) Solanum botelho Vand. Solanum chloroleucum Dunal Solanum dictyoticum Roem. & Schult. Solanum jubeba Vell. Solanum macronema Sendtn. Solanum manoelii Moric. Solanum reticulatum Willd.
Sonali Bendre
Sonali Bendre (ing. Sonali Bendre, hind. सोनाली बेंद्रे; doğ. 1 yanvar 1975, Mumbay, Maharaşatra, Hindistan) — hind aktrisası və modeli. Aktrisa 1994-ci ilin fotomodelidir. 1 yanvar 1975-ci ildə Bombey şəhərində anadan olmuşdur. Ailəlidir, bir oğlu var.
Vitor Belfort
Vitor Belfort (1 aprel 1977, Rio-de-Janeyro) — Braziliyanı ağır çəkidə UFC-də təmsil edən məşhur idman ustalarından biri. Rio-de Janero şəhərində dünyaya gələn Vitor uşağlığdan Qreysi ailəsinin nümayəndəsi və məşhur ciu-citsu ustası Karlos Qreysinin başçılığı altında adı çəkilən idman növü ilə məşğul olmağa başlamışdır.Beləlilklə ciu-citsu idman növü ilə məşğul olan Vitor qara kəmər,Cüdoda qara kəmər,Şotokan idman növündədə qara kəmər ustası olmuşdur.Həyat yoldaşı Prado Coana,tanınşım tələbəsi Sezar Fereiradır. 9 Yanvar 2004-də Vitorun bacısı Priskila Belfort itkin düşdü və qohumlar onun haqqında heç bir informasiya almadı.2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi,lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Bofort adası
Bofort adası — Ross dənizində yerləşən ada. Ross arxipelaqının şimal nöqtəsini təşkil edir. Ross adasında yerləşən Byord burnundan 21 km şimalda qərarlaşır. İlk dəfə 1841-ci ildə Ceyms Ross tərəfindən xəritəyə salınmışdır. Ada Bofort şkalasını hazırlayan Frensis Bofortun şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ada vulkanik məşhəllidir və bazaltdan ibarətdir. Yarımdairəvi formaya malik olaraq 18,4 km² sahəyə malikdir. Ən hündür nöqtəsi dənizçi Ceyms Pantonun şərəfinə adlandırılmış pikdir. Zirvənin hündürlüyü 771 metr təşkil edir. Yayda buzların əriməsi ilə su axarları meydana gəlir.
Bofort dənizi
Bofort dənizi (ing. Beaufort Sea, fr. mer de Beaufort) —Şimal Buzlu okeanın dənizi. == Coğrafiya == Dəniz şimal-qərbdə Yukon və Alyaska ərazilərin şimal sahiliylə həmsərhəddir. Bofort dənizini Kanada Arktik arxipelaqının qərb sahilini yuyur. Bofort dənizinin şimal-qərb sərhədi Barrau (Alyaska) burnundan Lends End burununa qədər hesab edilir. Şərqdə Banks adasıyla həmsərhəddir.. Dənizin sahəsi təxminən 476 000 km²-dir. Dəniz 1826-cı ildə qütb tədqiqatçısı Con Franklin və britaniya hidroqrafı və admiralı Ser Frensis Bofortun şərəfinə adlandırılmışdır.. Dənizə tökülən ən böyük çay Makkenzi çayıdır bundan başqa bu dəniziə çoxsaylı xırda çaylar tökülür.
Bofort qalxması
Bofort qalxması — sualtı silsilə Şimal Buzlu okeanın Amundsen körfəzində yerlləşir. Bofort qalxması materik şelfi ilə nəhəng pilləsi əmələ gətirir. Qərbində Kanada çökəkliyi yerləşir. Su səthindən dərinliyi 1000-2500 m arasında dəyişir. Bofort qalxması öz adını ingilis admiralı Frensis Bofortun şərəfinə adlandırılmışdır.
Bofort şkalası
Bofort şkalası – küləyin dənizin dalğalanmasına olan təsirinə görə gücünü (sürətini) təqribi müəyyən edən (bal ilə) şkala. 12 balla ifadə olunur. "0" (sıfır) – şələkət göstərir, 4 – mülayim kulək, 6 — güclü külək, 10 — tufan, 12 – fırtına. 1806-cı ildə ingilis admiral Frensis Bofort tərəfindən hazırlanmışdır və 1874-cü ildən beynəlxalq istifadəyə verilmişdir.
Efor
Efor (q.yun. Έφορος; təq. e.ə. 400, Kyme, İzmir ili – təq. e.ə. 330) — məşhur qədim yunan tarixçisi. Eolidanın Kima şəhərində anadan olmuşdur. Təqribən e.ə. 405-330-cu illərdə yaşamışdır. İsokratın şagirdi olan Eforu tarixi tədiqatlarla yönəltmişdi.
Bekor Aşot
Bekor Aşot (erm. Բեկոր Աշոտ; 6 oktyabr 1959, Bakı – 24 avqust 1992, Ballıqaya, Ağdərə rayonu və ya Drombon, Ağdərə rayonu) — Qarabağ müharibəsində və Şuşanın işğalında iştirak etmiş erməni əsilli terrorçu. Müharibədə çoxlu yaralar aldığı üçün Bekor (Şüşə qırığı) ləqəbi ilə tanınmışdır. Bekor Aşot öz batalyonu ilə birlikdə Şuşanın işğalında yaxından iştirak etmişdir. Azərbaycan ordusu tərəfindən Ağdərə rayonun Ballıqaya kəndində öldürülmüşdür. == Həyatı == Bekor Aşot və ya əsil adı ilə Aşot Qulyan 1959-cu ilin 5 oktyabr tarixində Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə Qulyanlar ailəsi əvvəlcə Ağdam rayonunun Xındırıstan kəndində, daha sonra isə Xankəndi şəhərinə köçmüşdür. Qarabağda yaşadığı dövrdə sürücü, dərzi və bənna kimi müxtəlif işlərdə çalışan Bekor bu yolla ailəsini dolandırmışdır. Hərbi biliklərinin olmasına görə müharibənin başlamasından az əvvəl kustar üsulla hazırlanmış əl qumbaralarınını düzəldilməsində yaxından iştirak etmişdir. Qarabağ müharibəsinin başladığı 1991-ci ildən etibarən Bekor Aşot əmək fəaliyyətinə son verərək döyüşlərə qatılmışdır.
Bofor (İzer)
Bofor (fr. Beaufort) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38032. Kommunanın 1999-cı il üçün əhalisi 415 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 266 ilə 374 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 55 km cənubda, Qrenobldan 50 km qərbdə yerləşir.
Becarə
Becarə — Azərbaycan Respublikasının İmişli rayonunun Bəcirəvan kənd inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd inzibati ərazi vahidinin tərkibindəki Becarə qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Bədərə
Bədərə (dağ) — Əsgəran rayonunda dağ. Bədərə (çay) — Kəlbəcər və Əsgəran rayonlarından axan çay. Bala Bədərə (çay) — Əsgəran rayonunda çay.
Bəqərə
Bəqərə surəsi (ərəb. سورة البقرة‎ (oxunuşu: surətul-bəqarəh) - inək surəsi) - Quranın 2-ci surəsi. Mədinədə nazil olmuşdur, 286 ayədir. Bəqərə surəsi Quranın ayə baxımından ən böyük surəsidir. Surənin ayələrinin çoxu Mədinədə nazil olub. == Adın mənbəyi == Surənin 67-71 ayələri == Surənin içindəkilər == Tövhid, Allahın yaratdığı dünyanın sirlərinə baxmaqla tanımaq. Ölum və məad, İbrahimin quşları öldurməyi və Allahın onları diriltməyi. Quranın önəmi, və onu tanımaq. Adəm və Həvvanın hekayəsi və onların tövbələri. Ayətül-kürsi (255-257-ci ayələr) bu surədədir.
Detroit: Become Human
Detroit: Become Human 2018-ci ildə Quantic Dream tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra videooyunudur. Süjet xətti üç androidi izləyir. Xidmətçi androit olan Kara (Valori Karri) öz sahibindən qaçaraq, özünün yeni kəşf etdiyi hissiyyatını araşdırır və sahibinin gənc qızını qoruyur. Konor (Brayan Dekart) deviant androidləri ovlamaqla tapşırıqlandırılmışdır. Markus (Cesse Uilyams) isə özünü digər androidləri köləlikdən xilas etməyə həsr etmişdir. Detroit: Become Human "Quantic Dream"in 2012-ci ildəki Kerinin rol aldığı Kara texnologiya nümayişi əsasında hazırlanıb. Mühiti araşdırmaq üçün tərtibatçılar Detroytə səyahət ediblər. Oyunun yazıçısı və rejissoru Devid Keyc ssenarini 2 ildən çox bir müddətə tamamlamışdır. Oyun üçün yeni bir oyun mühərriki yazılmış, çəkiliş və animasiyaların hazırlanmasından öncə yüzlərlə aktyorla kastinq edilmişdir. Filip Şepard, Nima Fəxrara və Con Paesano müvafiq olaraq Kara, Konor və Markus xarakterləri üçün müsiqi bəstələmişlər.
Bedford (dairə, Pensilvaniya)
Bedford — ABŞ-ın Pensilvaniya ştatında dairə. Rəsmi olaraq 9 mart 1771-ci ildə quruldu. 2010-cu ildə əhalinin sayı 49,762 nəfər idi. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, dairənin ümumi sahəsi 2,634,033 km2-dir ki, bunun da 2,628,853 km2 quru, 3000 km2 və ya 0,280% sudur.
Bədrə
Bədrə — İranın İlam ostanının Dərəşəhr şəhristanının Bədrə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,775 nəfər və 868 ailədən ibarət idi.
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. == Tarixi == Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Emin Bektörə
Emin Bektörə (rum. Emin Bektóre, 1906, Dobriç[d] – 15 aprel 1995, Əskişəhər) — Krım tatarı əsilli folklor mütəxəsisi, etnoqraf, təhsil xadimi və aktivist. == Həyatı == Emin Bektörə 1888-ci ildə Krım tatarı ailənin övladı olaraq Bolqarıstan knyazlığının Dobruca bölgəsində olan və hal-hazırda adı Dobric olan Hacıoğlu Bazarcıq şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Bazarcıqda tamamlamışdır. 15 aprel 1995-ci ildə tarixində həyatını itirmişdir. == Fəaliyyəti == Bektörə Rumıniyadakı Krım tatar folklorunun öncüllərindən biri olaraq qəbul edilir. Müxtəlif Krım tatar xalq oyunları topluluqlarında yer almış, Şahin Gəray, Atilla, Krım və Kök-Köz Bayar kimi didaktik oyunlarının həm mətinlərini yazmış, həm də səhnələşdirmişdir. 1940-cı ildə ailəsiylə birlikdə Türkiyəyə köç edərək, Əskişəhərdə yerləşmişdir. Burada da folklor fəaliyyətinə davam etmişdir. 1941-ci ildən etibarən Əskişəhərdəki xalq evində folklor fəaliyyətlərinə başlamış və xalqevi qapanana qədər xidmət etməyə davam etmişdir.
Səfurə İbrahimova
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984). Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.
Səfurə Əlizadə
Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur. Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksafon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır. 2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür.
Şövqi Bektörə
Şövqi Bektörə (d. 1888, Rumıniya – v. 18 dekabr 1961, İstanbul Türkiyə) — Krım tatarı əsilli şair, maarifçi, akademik və siyasi aktivist. Şövqi Bektörə 1888-ci ildə Rumıniyada anadan olmuşdur. 5 yaşında olarkən ailəsi Türkiyənin Əskişəhər şəhərinə köç etmişdir. Əskişehərdə ibtidai məktəbi bitirdikdən sonra gəldiyi İstanbulda bir çox Krım tatarı ilə tanış oldu. Təhsilini İstanbul universiteti İlahiyyat fakültəsində davam etdirdi. Burada tanıdığı Krım tatarları vasitəsilə qatıldığı Krım Tatar Tələbə cəmiyyətinin fəal üzvü oldu. 1918-ci ilin əvvəlində Şövqi İstanbulda Krım mənşəli Türklərdən ibarət Aktiv Gənclər Cəmiyyətinin baş katibi olaraq vəzifə yerinə yetirirdi. Mart ayında, müharibə başa çatdıqda, məhbus mübadiləsində ittiham olunan Qızıl Aypara heyəti ilə Sevastopol və Feodosiyaya yola düşdü.
Səfurə Əbdürrəhmanova
== Haqqında == Əbdürrəhmanova Səfurə Dadaş qızı 1929-cu ildə Şəki rayonunun Orta Zəyzid kəndində anadan olmuşdur. 1942–1956-cı illərdə Lenin adına kolxozda manqabaşçısı kimi çalışmışdır. O, 1949-cu ildə 3 hektar sahənin hər hektarından 28,6 sentner "Trabzon" növlü tütün götürərək yüksək əmək göstəricisinə nail ola bilmişdir. 1950-ci ildə "Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, Lenin ordeni və "Çəkic və Oraq" qızıl medalı ilə təltif edilmişdir.