Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Philosophical Transactions of the Royal Society
Philosophical Transactions of the Royal Society Royal Society tərəfindən nəşr olunan elmi jurnaldır. Onun ilk nömrəsi 6 mart 1665-ci ildə nəşr olunmuşdur və o zaman cəmiyyətin katibinin şəxsi təşəbbüsü olmuşdur. Jurnal yalnız elmi məzmunlu ilk jurnal olmağı ilə bərabər, hələ də nəşr olunmaqda olan ən qədim elmi jurnaldır. 1752-ci ildə cəmiyyətin rəsmi nəşri olmuşdur.
Societa Sportivo Calcio Napoli
Società Sportiva Calcio Napoli — İtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013–2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli, 1986–1987 və 1989–1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur. 2000–2001-ci il mövsümünü İtaliya A Seriyasında 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001–2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002–2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003–2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004–2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır.
Berezit
Berezitlər — aşağı temperaturlu metasomatik proseslərin təsirilə turş və orta tərkibli intruziv süxurların intensiv dəyişilməsi nəticəsində əmələ gələn, həmişə pirit və rutil qarışıqları olan və əsasən kvars, serisit, karbonat (ankerit) kimi minerallardan ibarət tipik çatətrafı metasomatitlər. Tərkibində albit, xlorit, kalsit və b. minerallar da ola bilər. Berezitlər morfologiyası adətən damarvaridir. Berezitlər qızıl və habelə mis, gümüş, molibden, volfram, polimetal, mərgümüş yataqlarında filizətrafı dəyişilmələr hesab edilir və axtarış əlamətləri kimi istifadə edilirlər. == Berezitləşmə == Berezitləşmə tipik çatətrafı (damarətrafı) aşağı temperaturlu metasomatik dəyişilmə prosesi. İntensiv berezitləşmə zonası tektonik pozulmaların, çat və daykaların təmasında baş verir, mərkəz hissədə kvars və ya karbonat (ankerit, yaxud kalsit) damarları əmələ gəlir. Berezitləşmə bəzən özündən əvvəl əmələ gəlmiş propilitlərin hesabına baş verir və bu zaman epidotla kvarsın assosiasiya karbonatla kvarsın assosiasiya ilə əvəz olunur. Berezitləşmə aydın müşahidə edilən metasomatik zonallıq yaradır, metasomatik dəyişilmə kimi müəyyən məqamlarda filizçökməni müşayiət edir. Belə hesab edir ki, həm berezitləşmə, həm də listvenitləşmə eyni tərkibli hidrotermal məhlulların müxtəlif tərkibli ilkin süxurlara metasomatik təsirindən əmələ gəlir və hər iki metasomatit birlikdə berezit formasiyasını təşkil edir.
LGA 1366 socketi
SŞS 3166 (ing. land grid array 3166, həmçinin B Soketi (ing. Socket B) adı ilə də tanınır) — Intel tərəfindən istehsal olunmuş mərkəzi prosessor soketi. Masaüstü və yüksək keyfiyyətli performans seqmentlərində LGA 775-in xələfi hesab olunur.
Benedikt Anderson
Benedikt Riçard O'Qorman Anderson (ing. Benedict Richard O'Gorman Anderson, 26 avqust 1936[…], Kunminq[d] – 13 dekabr 2015) — ingilis tədqiqatçısı. == Həyatı == Benedict Riçard Gorman Anderson 26 avqust 1936-cı ildə Çinin Kunming bölgəsində anadan olmuşdur. İngilis-irland əsilli amerikalı siyasətçidir. Hazırda Cornell universitetində professor kimi çalışmışdır.. Millət anlayışını "xəyali icmalar"olaraq işlətmişdir. O siyasi coğrafiyada ən vacib konsepsiyanın müəlliflərindən biridir. Ailəsi 1941-ci ildə Kaliforniyaya sonra isə İrlandiyaya köçmüşdür. 1957-ci ildə məktəbi birinci dərəcə ilə başa çatdırmışdır. Cambridge Universitetinin siyasət fakültəsini bitirmişdir.
Benedikt Hövedes
Benedikt Hövedes (alm. Benedikt Höwedes‎, 28 fevral 1988) — Alman futbolçusu, Şalke 04 FK və Almaniya milli futbol komandasının oyunçusu.
Benedikt Kamberbetç
Benedikt Timoti Karlton Kamberbetç (ing. Benedict Timothy Carlton Cumberbatch; 19 iyul 1976[…]) — britaniyalı aktyor. == Karyerası == "Lourens Olivye" (2012) və "Emmi" (2014) mükafatlarının laureatı, "Qızıl Qlobus" mühafatına 2 dəfə , "Oskar" mükafatına 1 dəfə nominasiya olunub. Britaniya imperiyasının komandoru (2015). BBC-nin "Şerlok" teleserialındakı Şerlok Holms (2010–2014), "Star Trek Into Darkness" filmində Xan Nunyen Sinqh (2013), ""Beşinci hakimiyyət" bioqrafik trillerində jurnalist Culian Assanj (2013) və "İmitasiya oyunu" dramında riyaziyyatçı Alan Türinq (2014) rolları ilə dünyaya məşhurlaşıb. Aktyor daha sonra Marvel Kinematoqrafiya Kainatının "Doktor Strenc" (2016), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq savaşı (2018) və "Qisasçılar: Final (2019) filmlərində Doktor Strenc personajını canlandırıb.
Benedikt Morel
Benedikt Morel (fransızca: Bénédict, Augustin Morel; 22 noyabr 1809[…], Vyana – 30 mart 1873[…], Ruan) — 19'cu əsrdə psixiatriya nəzəriyyələrinə böyük dərəcədə təsir edən bir Fransız psixiatrı. Ruhi xəstəliyin eləcə'də zehni və psixi xəstəliklərin səbəblərini araşdırdı və irsiyyətin bu xəstəliklərə əhəmiyyəti barədə məqalələr hazırladı. == Haqqında == Benedikt Morel fransızların Avstriyaya qarşı hərbi əməliyyatları dövründə Avstriyanın paytaxdı Vyanada fransız ailəsində anadan olub. Atası bir Fransız ordusu təminatçısı idi, anasının isə kim olduğu bilinmir. 1831-ci ildə gənc ikən səyahətlərindən sonra Parisdə yerləşdi, özünü jurnalistika'da sınadı, 1839-cu ildə tibb işinə başladı. Benedikt Morelin otağ yoldaşı olduğu bir tələbə dostu Claude Bernard onu daha sonra Morelin müəllimi olan psixiatr Jean-Pierre Falret ilə tanış etdi. == Tibb elminə töhfəsi == Morel, həm elmi, həm də publisistik tərzdə məqalələr dərc edərək öz psixiatrik tədqiqatlarına başladı. 1856-cı ildə Morel St John'daki psixiatriya xəstəxanasının baş həkimi təyin edildi. Xəstələrə qarşı mütərəqqi və insani yanaşdığı qeyd olunur. 1857-ci ildə, bəzi təxminlərə görə gələcəkdə psixiatriyada irsi araşdırmaların əsasını qoyan Traité des Dégénérescences (Fransızca - Degenerasiyaların Müalicəsi) adlı əsərini nəşr etdirdi.
Benedikt Spinoza
Benedikt Spinoza (əsl adı Barux Spinoza — ivritdəברוך שפינוזה; sonralar latınca Spinoza, Benedictus Baruch; 24 noyabr 1632[…], Amsterdam, Yeddi Birləşmiş Əyalət Respublikası – 21 fevral 1677[…], Haaqa, Yeddi Birləşmiş Əyalət Respublikası) — yəhudi əsilli niderland filosofu, yeni dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri, rasionalist, panteist. == Həyatı == "Avropalı sufi" Benedikt Spinoza (1632–1677), Amsterdamda varlı yəhudi tacirinin ailəsində dünyaya göz açmışdır. Ordakı yəhudi icmasının nüfuzlu üzvlərindən olan ailənin bu fərdində kiçik yaşlarda etibarən kəskin zəkanı sezən icma nümayəndələri, onun gələcəkdə ravvin olmağına ümid edirdi. Elə o da, ilk təhsilini bu yöndə alır. Lakin atasının onun haqqındakı planları -atası onun özü kimi tacir olmağını istəyirdi — təhsilini yarımçıq qoymağına səbəb olur. Lakin Spinoza ruhdan düşmür, sərbəst şəkildə riyaziyyatı, tibbi, latın dilini öyrənir və antik klassiklərin əsərləri ilə tanış olur. Atasının vəfatından sonra onun vəziyyəti pisləşir, əvvəlki inanclarını sorğulamağa başlayır. Hətta iş o yerə çatır ki, icma onun "əhdi-ətiq" təfsirinin küfri ifadələr ehtiva etdiyinə fitva verir və onu icmadan qovurlar (1656). Elə həmin il o, Amsterdamdan Haaqaya gəlir, burda öz güzəranını mikroskop və eynəklər üçün hazırlanan linzaları cilalamaqla təmin edir. Bununla yanaşı, ilk fəlsəfi-elmi əsrlərini də məhz bu dövrdə yaratmağa başlayır.
Benedikt Telinqator
Benedikt Rafailoviç Telinqator (Beno) (1876 – 1964) — Gürcüstanın xalq rəssamı. == Həyatı == Benedikt Rafailoviç Telinqator (Beno) 1876-cı ildə Kiyevda anadan olmuşdur. 1898-ci ilda Odessa Bədii Akademiyasını bitirmiş, Tiflisdə və Bakıda yaşamışdır. Bakıda nəşr olunan "Cigit" (1907–1913), "Zənbur" (1909–1910), "Mirat" (1910), "Kəlniyyət" (1912–1913) adlı satirik jurnalların aparıcı rəssamlarından biri olmuşdur. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" satirik jurnalı ilə əməkdaşlıq etmişdir. Bu jurnalların səhifələrində yüzlərlə satirik rəsim va karikaturalari ilə çıxış etmişdir. B. Telinqator Azərbaycan karikatura sənətinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olmuşdur. Gürcüstanın xalq rəssamı B. Telinqator 1964-cü ildə Gürcüstanın Batumi şəhərində vəfat etmişdir.
Benedito Novo
Benedito Novo (port. Benedito Novo) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 9578 nəfərdir. Ərazisi 385,402 кm²-dir. Əhalinin sıxlığı 24,9 nəfər/кm²-dir. Bələdiyyə 29 dekabr 1961-cı ildə yaradılmışdır.
Rut Benedikt
Rut Benedikt (ing. Ruth Benedict; 5 iyun 1887[…] və ya 5 iyul 1887, Nyu-York, Nyu-York ştatı – 17 sentyabr 1948[…], Nyu-York, Nyu-York ştatı) – ABŞ antropoloqu, folklorşünası və şairəsi. Rut Benedikt 1909-cu ildə Vassar kollecindən məzun olduqdan sonra 1914-cü ildə evlənmiş və Nyu-York şəhərinə köçmüşdür. 1919-cu ildə Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə antropoloqlar Aleksandr Qoldenveyzer və Elsi Klüs Parsonsun tələbəsi olmuşdur. 1921-ci ildə Kolumbiya Universitetinə daxil olaraq Frans Boasdan dərslər almış, 1923-cü ildə fəlsəfə doktoru dərəcəsi almışdır. O, dilçi Eduard Sepir və Marqaret Middən təsirlənmişdir. 1920-ci illərdə Anna Sinqlton adı ilə şeirlər yazmışdır. Kolumbiya Universitetində Boasla işləmiş, 1923-cü ildə mühazirəçi, 1948-ci ildə professor olmuşdur. O, 1930 və 1940-ci illərdə Nyu-York şəhərini antropologiya tədqiqatlarının mərkəzinə çevirmişdir. Benedikt Amerika hinduları arasında bir sıra sahə tədqiqatları aparmışdır.
VIII Benedikt
VIII Benedikt (lat. Benedictus PP. VIII), it. Teofilatto dei Conti di Tuscolo); təq. 980, Roma – 15 aprel 1024, Roma) — 18 may 1012-dən 7 aprel 1024-cü ilədək Roma Papası.
XIII Benedikt
XIII Benedikt (lat. Benedictus XIII, it. Benedetto XIII, 2 fevral 1649[…] – 21 fevral 1730, Roma, Papa dövləti) — Roma papası.
XIV Benedikt
XIV Benedikt (lat. Benedictus XIV; d. 31 mart 1675 - ö. 3 may 1758) — Roma papası. Healy, Patrick (1907).
XVI Benedikt
XVI Benedikt (latınca. Benedictus PP. XVI, italyanca. Benedetto XVI, əsl adı Yozef Alois Ratzinger; 16 aprel 1927[…], Marktl[d], Bavariya, Veymar Respublikası – 31 dekabr 2022, Vatikan) — 265-ci Roma Papası, Roma-Katolik kilsəsi'nin yepiskopu. (19 aprel 2005 - 28 fevral 2013) 2005-ci il aprelin 19-da çağırılmış konklavda Roma Papası seçilmiş, mayın 7-də Müqəddəs Lateranlı İoann bazilikasının sahibi edilmişdir. 1055–1057-ci illərdə Roma Katolik Kilsəsinə başçılıq etmiş II Viktordan sonra ilk alman pontifikdir. Eyni zamanda XVI Benedikt həm Vatikan, həm də Almaniya vətəndaşıdır. Münhen və Freyzinq arxiyepiskopu və kardinalı olmuşdur. Seçkilər zamanı o, İnam Doktrinası Konqreqasiyasının prefekti olmuşdu. Papa 16. Benedikt 11 fevral 2013-cü il tarixində gözlənilmədən istefa etmişdir.
XV Benedikt
XV Benedikt (Cakomo delyi Çiyezi; 21 noyabr 1854[…], Peqli[d], Genuya, Sardiniya Krallığı[d] – 22 yanvar 1922[…], Apostol Sarayı[d], Roma, İtaliya krallığı) — Roma Papası (1914-1922). Genuya Universitetində hüquqşünaslıq doktoru dərəcəsini almış, teologiya və diplomatiyanı öyrənmək üçün Romaya getmişdir. 1878-ci ildə keşiş, 1907-ci ildə Bolonya arxiyepiskopu, 1914-cü ildə kardinal olmuşdur. 1914-cü il sentyabrın 3-də Papa seçilmişdir. Birinci dünya müharibəsini dayandırmağa çalışmış, bitərəflik siyasəti aparmışdır. 1917-ci ildə yeni Kanonik Hüquq Kodeksini bəyan etmişdir.
Benedikt Arnold
Benedikt Arnold (ing. Benedict Arnold V; 14 yanvar 1741[…], Noruiç[d], Konnektikut koloniyası[d] – 14 iyun 1801[…], London, Birləşmiş Krallıq) — ABŞ İstiqlal müharibəsinin iştirakçısı olmuş general-mayor. Amerikalı üsyançıların tərəfində gedən döyüşlərdə populyarlıq əldə etməsinə baxmayaraq, sonradan Britaniyanın tərəfinə keçmişdir. Uzun müddət onun adı xəyanətlə sinonim olmuşdur. ABŞ tarixşünaslığının görkəmli nümayəndələri arasında onun şəxsiyyətini hər hansı müsbət tərəfdən nəzərdən keçirmək ağlasığmaz idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Lassiter, Francis Rives. Arnold's invasion of Virginia, 1781. New York: Longmans, Green&Co. 1901. Martin, James Kirby.
Great Soviet Encyclopedia
Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqında nəşr edilmiş ən məşhur və tam ensiklopediyadır. Məqalələrin sayı 100 mindir. BSE üç dəfə nəşr edilmişdir. Birinci nəşr: 65 cild və əlavə nömrəsiz cild — SSRİ, 1926–1947 İkinci nəşr: 49 cild və əlavə cild № 50, № 51, № 52 — SSRİ, 1949–1960 Üçüncü nəşr: 30 cild və əlavə cild № 24 — SSRİ, 1969–1978. "Əlifba üzrə adların göstəricisi" adı ilə 1981-ci ildə nömrəsiz əlavə cild nəşr edilmişdir. Hər 3 nəşr "Sovet ensiklopediyası" (rus. "Советская энциклопедия") nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Eduard Beneşin villası
Edvard Beneşin villası və ya Prezident evi (çex. Prezidentský domek, Vila Dr. Eduarda Beneše) — Çexoslovakiyanın ikinci prezidenti Edvard Beneşə məxsus olmuş Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşən binadır. Möhtəşəm Kral bağı Praqada XVI əsrdən mövcuddur. Burada Mərkəzi Avropada nadir rast gəlinən ağac və ekzotik bitkilər yetişdirilirdi. 1731-ci ildə parkın qərb hissəsində, Kraliça Annanın intibah dövrünə aid yay sarayının yaxınlığında, tropik floranın inkişaf etdirilməsi üçün oranjereya kompleksi tikilmişdi. Yüksək barokko üslublu bina K.İ.Dintsenhoferin layihəsi əsasında yaradılmışdır. 1938-ci ildə oranjereya Edvard Beneşin iqamətgahının tərkib hissəsinə çevrilmişdi. Prezident binanın yerləşdiyi ərazini və onun pəncərəsindən gözəl bağa açılan mənzərəni çox bəyənmişdi. Mövcud qədim oranjereya binasına üçbucaq frontonlu və eyni üslubda sadə fasadları olan iki mərtəbəli fligel əlavə edilmişdi.
Bənəcik
Bənəcik — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2010-cu il tarixli, 1086-IIIQ saylı Qərarı ilə Ağsu rayonunun Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsi tərkibindəki Nəmirli kəndinin ərazisində faktiki mövcud olan yaşayış məntəqəsi bu inzibati ərazi dairəsinin tərkibində qalmaqla Binəcik kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bənəcik oykonimi iki hissədən ibarətdir. Birinci komponent "bənə" olub, elat məskəni mənasında işlədilən "binə" sözünün dəyişilmiş formasıdır, -cik isə kiçiklik bildirən leksik şəkilçidir. Bənəcik/Binəcik, kiçik binə, məskən deməkdir.
Linus Benedikt Torvalds
Linus Benedikt Torvalds (28 dekabr 1969[…], Helsinki) — finlandiyalı proqram təminatı mühəndisi. == Fəaliyyəti == Linus Torvalds 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi. Linux nüvəsinin proqramlaşdırılmasını başlatmışdır. İndi o həmin layihənin koordinatoru kimi fəaliyyət göstərir. Linuxu fərdi kompüterlərdə (PC) işləyən tam təşəkküllü Unixvari əməliyyat sistemini proqramlaşdırmaq üçün Torvalds Minix-dən (Endrü Tanenbaum tərəfindən proqramlaşdırılan əməliyyat sistemi) ilham almışdır. Hal-hazırda Linux bir sıra digər arxitekturalarda da işləyir.
Edvard Beneşin villası
Edvard Beneşin villası və ya Prezident evi (çex. Prezidentský domek, Vila Dr. Eduarda Beneše) — Çexoslovakiyanın ikinci prezidenti Edvard Beneşə məxsus olmuş Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşən binadır. Möhtəşəm Kral bağı Praqada XVI əsrdən mövcuddur. Burada Mərkəzi Avropada nadir rast gəlinən ağac və ekzotik bitkilər yetişdirilirdi. 1731-ci ildə parkın qərb hissəsində, Kraliça Annanın intibah dövrünə aid yay sarayının yaxınlığında, tropik floranın inkişaf etdirilməsi üçün oranjereya kompleksi tikilmişdi. Yüksək barokko üslublu bina K.İ.Dintsenhoferin layihəsi əsasında yaradılmışdır. 1938-ci ildə oranjereya Edvard Beneşin iqamətgahının tərkib hissəsinə çevrilmişdi. Prezident binanın yerləşdiyi ərazini və onun pəncərəsindən gözəl bağa açılan mənzərəni çox bəyənmişdi. Mövcud qədim oranjereya binasına üçbucaq frontonlu və eyni üslubda sadə fasadları olan iki mərtəbəli fligel əlavə edilmişdi.
Naftali Benet
Naftali Benet (ivr. ‏נַפְתָּלִי בֶּנֶט‏‎; 25 mart 1972, Hayfa) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir. ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb. Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu.
Hənəfi Terequlov
Məmməd Hənəfi Həsən oğlu Terequlov (əsl adı:Məhəmmədhənifə Həsən oğlu Terequlov; 27 noyabr 1877, Tiflis – 18 dekabr 1942, Bakı) — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri. == Həyatı == Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Hacıbəylinin qardaşıdır. Zaqafqaziya (Qоri) Müəllimlər Seminariyasının məzunu olmuşdur. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Vəli Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 17–20.
Hənəfi Zeynallı
Zeynallı Hənəfi Baba oğlu (1896, Bakı – 13 oktyabr 1937 və ya 1937, Bakı) — müəllim, ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri,1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Hənəfi Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində, dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. Babası nalbənd Zeynalabdin bütün Abşeron yarımadasında, həmçinin, Mərdəkan kəndində mahir sənətkar kimi tanınmışdır. Hənəfi Zeynallı altı yaşında olarkən atası vəfat etmişdir. O, kiçik yaşlarından anasının himayəsində yaşamışdır. === Təhsili === Zeynallı yeddinci rus-tatar məktəbinə daxil olmuş, on iki yaşında məktəbdə oxuya-oxuya ailəsini dolandırmaq üçün çəkmə silməklə, qəzet satmaqla məşğul olmuşdur. O, rus-tatar məktəbini bitirdikdən sonra Bakıda Alekseyev adına 3 nömrəli ali-ibtidai məktəbdə təhsilini davam etdirmişdir. Hənəfi Zeynallı 1916-cı ildə həmin məktəbi uğurla bitirir. Daha sonra imtahan verib müsabiqə yolu ilə ali-texniki məktəbə daxil olur. Eyni zamanda, Moskva-Nijniqorod dəmiryol baş idarəsində işləyir.
Hənəfi məzhəbi
Hənəfi məzhəbi — 4 sünni məzhəbindən biri. Əhli-sünnə yolunun davamçılarının böyük hissəsi bu məzhəbi yaşayır. Məzhəbin qurucusu böyük İslam alimi Əbu Hənifədir (əsl adı Numan bin Sabit) (699-767). Hənəfilik Türkmənistan, Əfqanıstan, Türkiyə, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İordaniya, Tatarıstan, Başqırdıstan, Suriya, İraqın mərkəzi şəhərləri (Ramadi, Bağdad, Tiqrit), İranın Xorasan əyalətində, Cibuti, Bosniya və Herseqovina, Banqladeş, Şri-Lanka və Çinin Sincan-Uyğur Muxtar Rayonunda yayılmışdır. Hənəfi məzhəbi dörd sünni məzhəbinin əhali baxımından ən genişidir. Davamçıları bütün İslam aləminin %56-ni təşkil edirlər. Hənəfi məzhəbi Abbasilər Xilafətinin və Osmanlı dövlətinin rəsmi məzhəbi olmuşdur [mənbə göstərin]. == Hənəfi məzhəbinin əsasları == Hənəfi məzhəbi Şeyxülislam İmam-Əzəm Əbu Hənifənin ictihadları əsasında formalaşmışdır. Onun tələbələri Əbu Yusuf, Şeyx Züfar və Məhəmməd bin əl-Hasan tərəfindən İmam-Əzəmin fikirləri saxlanılmış, sistemləşdirilmiş və gələcək İslam nəsillərinə ötürülmüşdür. Hənəfi məzhəbində hökm vermənin əsasları: Quran Sünnə (səhabələrdən gələn hədislər) İcma Qiyas 2007-ci ildə Hənəfi məzhəbi Tacikistanın rəsmi məzhəbi elan edilmişdir..
Həsən Hənəfi
Həsən Hənəfi(23 fevral 1935, Qahirə – 21 oktyabr 2021) – Qahirə Universitetinin professoru və fəlsəfə kafedrasının rəhbəri olmuşdur. O müasir islam məsələlərində qabaqcıl mütəxəssis hesab edilirdi. == Həyatı == O, Misirin Qahirə şəhərində sənətçi ailəsində dünyaya gəlmişdi. Yeniyetməlik çağında skripkada ifa etməyi öyrənən Həsən həyatının sonrakı dövründə də bu məşğuliyyətini davam etdirdi. Gənclik illərində inqilabçı siyasi fəaliyyətlərdən ruhlanan Hənəfi Müsəlman Qardaşlığı təşkilatına maraq göstərirdi. Daha sonra Hənəfi Parisdə Sarbonna universitetində təhsil almışdır. == Fəlsəfəsi == Hənəfi fenomenologiya ilə məşğul olan Osman Aminin davamçısı idi və Husserlin metodundan bəhrələnərək klassik islam fəlsəfəsini rekonstruksiya və Avropa şüurunun inkişafını tənqid etdiyi bir trilogiya qələmə almışdır.
San-Beneditu du Riu Pretu
San-Beneditu du Riu Pretu (port. São Benedito do Rio Preto) — Maranyan ştatına daxil olan Braziliya bələdiyyəsi. 2010-cu ilin göstəricilərinə görə, əhalisi 17 799 nəfər təşkil edir. Sahəsi 931,485 km², əhali sıxlığı isə 19,11 nəf./km² bərabərdir. 2010-cu ildə Milli Coğrafiya və Statistika İnstitutunun (IBGE) keçirdiyi siyahıyaalma zamanı toplanmış məlumatlara əsasən.
Jon Benet Ramseyin ölümü
Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı. == Bioqrafiyası == Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi. Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına. Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib.