Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biogeokimyəvi proseslər
Biogeokimyəvi proseslər — canlı və cansız sistemlərin arasında əlaqəli proseslər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biogeokimyəvi rejim
Biogeokimyəvi rejim — tektonik, vulkanik, hidrodinamiki, geomorfoloji, oksidləşmə-reduksiya və s. təbii proseslərdə iştirak edən kimyəvi elementlərin təsirindən biogeokimyəvi mühit tiplərinin yaranmasıdır. Tektonik proseslərdə — S, vulkanik proseslərdə Pb, hidrodinamiki proseslərdə — C, geomorfoloji proseslərdə — Si və oksidləşmə-reduksiya proseslərində — Fe kimyəvi elementlərinin yaratdıqları biogeokimyəvi mühit tipləri mövcuddur.
Biogeokimyəvi tarazlıq
Biogeokimyəvi tarazlıq – əsasən düzənlik və alçaq dağlıq ərazilərdəki təbii ərazi komplekslərində təsadüf edilir. Hər hansı bir mühit tipi üçün mövcud tarazlıq biogeokimyəvi rejimlin göstəriciləri dəyişilərkən pozulmuş olur. Biogeokimyəvi mühitdə bir sıra kompanentlərin, məsələn, C, K, S, J və s. elementlərin miqdarlarının dəyişməsi də bir mühit tipinin pozulması və digər bir mühit tipin yaranmasına gətirib çıxarır. Daha çox insanların yaşam tərzinə uyğun gələn O2 və CO2 biogeokimyəvi mühit tiplərinə uyğun gələn fiziki-kimyəvi və coğrafi göstəricilər isə ekoloji tarazlıq yaradır. Biogeokimyəvi tarazlıq şəraitində kimyəvi indikator elemenetlərin orqanizmlər tərəfindən mənimsənilmə sırası (K – Zn – Fe – Cu – Co – C) kimi olduğu ehtimal edilir. Biofil elementlərdən K, C, P, N, Fe, Co və Cu birləşmələrinin miqrasiyası yüksəkdir. J mikroelementinin tipomorfluğu, K / Na nisbətinin yüksək göstəriciləri səciyyəvidir.
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı
Balakən-Katex ekogeokimyəvi landşaft rayonu
Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu
Sincan-Qəbələ ekogeokimyəvi landşaf rayonu
Sincan Qəbələ ekogeokimyəvi landşaf rayonu-Rayonu digər ekogeokimyəvi landşaft rayonlarından fərqləndirən ən mühüm cəhət burada ekoloji gərginliyi yaradan amillər içərisində antropogen amilin üstün olmasıdır. Kimyəvi və spektral analizlərin nəticələrinə görə rayonun şərqində və cənubunda kiçik lokal ərazilərdə sulfatlı-natriumlu-kalsiumlu, qalan yerlərdə isə sulfatlı-natriumlu birləşmələr yayılmışdır. Bəzi yerlərdə mərgümüş,vanadium,mis,bor və s.mikroelementlərin konsentrasiyası klarka nisbətən azacıq yüksək olsa da ərazidə stronsiumdan başqa bütün elementlərin miqdarı fon səviyyəsindən aşağıdır. Qəbələdə ekoloji şəraitin pisləşməsi ətraf mühitin kimyəvi elementlərlə çirkləndirilməsindən deyil, təbii mühitə texnogen təsirlərdəndir. Söhbət burada bir vaxtlar müdafiə məqsədilə qurulan Radiolokasiya qurğusundan gedir. Tədqiq etdiyimiz ərazinin geokimyəvi şərait ilə yanaşı həm də burada yaranmış ekoloji vəziyyəti öyrənməyə cəhd etdiyimizdən bu qurğunun ətraf mühitə zərərli təsir haqqında danışmağı lazım bilirik. Qəbələ rayonunun Soltan-Nuxa,Əmirli, Aydın-Qışlaq kəndlərində maqnit şüalanması intensivliyi yol verilən normadan 7–9 dəfə çox olmuşdur. Maqnit şüalanması intensivliyinin yüksək olması isə ətraf ərazilərin fauna və florasının öldürücü təsir göstərir. Çöl tədqiqatları zamanı ərazidə müşahidə etdiyimiz qarağacların kütləvi quruması, yerli əhalinin dediklərinə görə, arı ailələrinin beçə verməməsi, kütləvi surətdə xəstəliyə tutulub qırılması və s.bu kimi hallar göstərilən texniki qurğunun fəaliyyəti ilə əlaqədardır. Ən dəhşətlisi isə odur ki, bu Radiolokasiya qurğusunun fəaliyyət göstərdiyi illərdə Qəbələ rayonunda əhalinin ölüm faizi xeyli yüksəlmiş, doğum isə 70% azalmışdır.
İsmayıllı-Lahıc ekogeokimyəvi landşaft rayonu
Şəki-Oğuz ekogeokimyəvi landşaft rayonu
Şəki Oğuz ekogeokimyəvi landşaft rayonu-Ekogeokimyəvi rayonun mərkəzi hissəsində sulfatlı-natriumli duzlar,şimal-qərb və cənub-şərq hissələrində isə, sulfatlı-natriumlu-kalsiumlu və sulfatlı-natriumlu-maqneziumlu duz birləşmələri üstünlük təşkil edir. Rayonda geokimyəvi cəhətdən ekoloji gərginliyə səbəb olan əsas amillər buradakı landşaftlardan(xüsusən torpaqda və səth sularında)kobalt, ftor və yod kimi sağlam həyat üçün zəruri olan kimyəvi elementlərin çatışmaması, mərgümüş,civə,qurğuşun,molibden,bor kimi konserogen xarakterli mikroelementlərin çox olmasıdır. Şəki sahəsindəki torpaqların tərkibində sulfatlı-natriumlu-hidrokarbonatlı, Oğuz ərazisindəki torpaqların tərkibində isə sulfatlı-natriumlu-kalsiumlu birləşmələr üstünlük təşkil edir.Humusun miqdarı Şəki ərazisindəki torpaqların tərkibində 1,38–4,76%, Oğuzdakı torpaqların tərkibində 2,59–4,76%-dir. Şəki ərazisindən götürülmüş torpaqların tərkibində civə, molibden,gümüş və sirkonium müşahidə edilməmiş,mis,sink, nikel və kobaltın təxminən ümumdünya klarkı səviyyəsində,vanadium, mərgümüş və xromun klarka nisbətən çox olduğu müəyyənləşdirilmişdir. Oğuz şəhəri sahəsində torpağın tərkibində mis, sink, qurğuşun, civə, bor, vanadium və mərgümüşün çox, stronsium, kobalt və sirkoniumun az olması nəzərə çarpır. Haqqında danışdığımız şəhərlərdəki təbii suların da mühiti zəif qələvidir. Həm Kişçayda, həm də Türyançayda pH 7,5-lə 7,8 arasında dəyişir. Hidrokimyəvi analizlərin nəticələrinə görə Kişçayının(Şəki) suları natriumlu-hidrokarbonatlı-kalsiumlu, Türyançayın(Oğuz) suları isə sulfatlı-natriumlu-kalsiumludur. Bu çay sularının tərkibində mikroelementlərin miqdarının son dərəcə azlığı,mis,sink,qurğuşun,stronsium, molibden, vanadium,nikel,manqan, gümüş,qalay və sirkonium kimi mikroelementlərin mövcud olması aşkar edilmişdir. Böyük Qafqazın cənub yamacındakı suların minerallaşma dərəcəsinin aşağı olduğu yerlərdə ftor çatışmazlığı da müşahidə edilir və belə ərazilərdə yayılan diş kariyesi xəstəliyi də bununla əlaqələndirilir.