Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birəcik
Birəcik (lat. Phyllotreta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan cinsi.
Birlik
Birlikfilm
Birəli
Birəli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Kəndin başqa adı Pirli olmuşdur. Rayon mərkəzindən 32 km məsafədə, Xaçdağının ətəyində yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfessəl dəftəri"ndə Pirilər formasında, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri" ndə Yuxarı Pirli, Qafqazın 5 verstlik xəritəsində Birəli kimi qeyd edilmişdir. == Toponimi == Birəli toponimi Pirilər toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim, ilkin adlarına (Pirilər, Pirli) istinad edib bu qənaətə gəlirik ki, toponim pirilər//pirli etnonimi əsasında forlmalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancar qoyulmuşdur.
Birillik bitkilər
Birillik bitkilər — Bu tip bitkilər Ontogenez xüsusiyyətinə malik olaraq toxumdan bitir və çiçəkləmə dönəmoni keçirir. Bundan sonra isə bir canlı olaraq ölür. Birillik bitkilərə misal kimi — noxud, gül kələmi, şüyüd, keşniş və bir sıra alaq və tərəvəz bitkiləri bu qəbildəndir. Bəzi növlərin çiçəklətindən dekarativ məqsədlər üçün istifadə edilir. Bu qəbildən olan ot bitkiləri isə vegetativ yolla çoxalmırlar. Botanik ədəbiyyatda birillik bitkiləri Günəş rəmzi ilə göstərilir. == İstinadlar == == Ədəbiyyat == Peter Sitte, Elmar Weiler, Joachim W. Kadereit, Andreas Bresinsky, Christian Körner: Lehrbuch der Botanik für Hochschulen. Begründet von Eduard Strasburger. 35. Auflage.
Birillik istiot
Birillik süpürgəgülü
Birillik süpürgəgülü (lat. Xeranthemum annuum) — mürəkkəbçiçəklilər fəsiləsinin süpürgəgülü cinsinə aid bitki növü.
Birillik xırdaləçək
Birillik xırdaləçək (lat. Erigeron annuus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Birillik yovşan
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Birillik zümrüdçiçəyi
Burməlik (Vərziqan)
Burməlik (fars. بورملك‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərzəqan qəsəbəsindən 11,5 km. şimaldadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (21 ailə).
Birillik zöhrəotu
Birillik zöhrəotu (lat. Mercurialis annua) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin zöhrəotu cinsinə aid bitki növü.
Dalğalı birəcik
Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir. == Həyat tərzi == Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar. Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar.
Göyrəngli birəcik
Phyllotreta nigripes (lat. Phyllotreta nigripes) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü. == Xarici quruluşu == Yaşlı fərdlərin qanadları göy və yaşıldır. Uzunluğu 2,2-2,8 mm-dir. == Həyat tərzi == Azərbaycanın şimal rayonlarının təsərrüfatlarına daha çox zərər verirlər. Onlar yabanı kələmkimilərin üzərində yaşayırlar. Böcəklər aprelin axırı və mayın əvvəllərində mədəni bitkilər üzərində görünürlər. Əsasən turpun yarpaqları ilə qidalanırlar. Dişi fərdlər yumurtalarını kələmkimi, kökümeyvəli bitkilərə, alaq otlarının və torpağın üzərinə qoyurlar. Sürfələrin kələmkimilərin kiçik rişələri ilə qidalanır, lakin ciddi zərər vermirlər.
"Birlik" Studiyası
== Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərmişdir. Sənədli filmlər və cizgi filmləri istehsal etmişdir. Rəhbəri Firəngiz Qurbanovadır. == Filmoqrafiya == Ad günü (film, 1992) (cizgi filmi) ("Birlik" studiyası) İfritə Meymunə (film, 1992) ("Birlik" studiyası) Keşikçi (film, 1990) ("Birlik" studiyası) Kürən (film, 1989) ("Birlik" studiyası) Naməlum torpaq (film, 1992) ("Birlik" studiyası) Şahzadə qız (film, 1991) ("Birlik" studiyası) Yaramaz kral (film, 1990) ("Birlik" studiyası) Zəka yatarsa...
Birlik (Avurğazı)
Birlik (başq. Берлек, rus. Берлек) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 13 km, kənd sovetliyindən (Novofyodrofka): 4 km. ən yaxın dəmiryol stansiyasından (Beloe Ozero stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (74%) üstünlük təşkil edir.
Birlik (Qarayazı)
Birlik — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.655 nəfər (793 nəfəri kişilər, 862 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.
Birlik (jurnal)
"Birlik" jurnalı — Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin mətbuat orqanı, çoxsəhifəli dövri nəşr olunmuş jurnal. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan "Birlik" dərgisinin ilk sayı 2008-ci ilin iyun ayında işıq üzü görüb. 2008-ci ilin aprelində rəsmi qeydiyyatdan keçən dərginin ilk sayının çapa hazırlanması 3 aya yaxın vaxt aparmışdır. 2008–2009-cu illərdə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu olub. 2009-cu il mayın 26-da Dünya türklərinin inteqrasiyasi, türk mədəniyyətinin və tarixinin geniş təbliği yönündəki əvəzsiz fəaliyyətinə görə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu (ölümündən sonra) mükafatlandırılmışdır. Ona təqdim olunacaq mükafat isə oğlu Baycan Salmanoğluna təqdim olunmuşdur.
Birlik Kuboku
Birlik Kuboku — Müstəqil Dövlətlər Birliyi və Baltik ölkələrin futbol üzrə çempion klubları ilə keçirilən turnir. Hər il yanvar ayında Rusiyada təşkil olunur. Keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə "Birlik kuboku" yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnir gənclərdən ibarət milli komandaların iştirakı ilə keçirilib. 23 iyul 2016-cı ildə Rusiya Futbol Federasiyası prezidenti Vitali Mutko turnirin daha keçirilməyəcəyini elan edib, lakin bununla belə turnirin Azərbaycanda yenidən bərpa edilməsini müzakirə edirlər. == Tarixi == İlk dəfə 1993-cü ildə Moskvada təşkil olunmuşdur. 2009-cu ilin sentyabr ayında Sankt-Peterburqda "Birlik Kuboku"nun keçirilməsi haqqında birlik üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qərarının layihəsinin tamamlanması üzrə İşçi Qrupun iclasında turnirin adı dəyişdirilərək "MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku" Beynəlxalq açıq futbol turniri olmuşdur. Yarışa daha çox sponsorların cəlb olunmasına, həmçinin mükafat fondunun formalaşmasına imkan yaratmaq məqsədilə 2009-cu ilin noyabr ayından turnirin himayədarı dəyişərək turnirə MDB Başçılarının Şurası olmuşdur. O vaxta qədər isə "Birlik kuboku" ilə bağlı bütün məsələlər - həm nəzarət, həm də təşkilatçılıq Rusiya Futbol İttifaqına məxsus olub. == Təmsil olunan ölkələr == Azərbaycan Belarus Ermənistan Estoniya Finlandiya Latviya Litva Moldova Özbəkistan Qazaxıstan Qırğızıstan Gürcüstan Rusiya Serbiya Tacikistan Türkmənistan Ukrayna Qeyd 1.
Birlik Məbədi
Birlik məbədi — İllinoys ştatındakı Oak Parkında yerləşən Birlik Universalist kilsəsi, eyni zamanda universalist camaatının evidir. Məbəd amerikalı memar Frank Lloyd Rayt tərəfindən hazırlanmış və 1905–1908-ci illlər arasında inşa edilmişdir. Birlik məbədi XX əsrin ilk ongünlüyünə aid ən vacib quruluşlarından biri hesab olunur. Vahid bir materialdan, dəmir-betondan istifadə edərək estetik quruluşuna görə Birlik məbədi bir çox memar tərəfindən dünyada ilk müasir bina hesab olunur. Bu fikir Miyes van der Roh, Ludviq kimi müasir memarlar və hətta Frank Qehri kimi post-modernistlər üçün əsas əhəmiyyət kəsb etdi. Birlik məbədində ibadət edən Unitar Universalist camaat 1871-ci ildə quruldu və 1889-cu ildə qurulan Birlik kilsəsi dini bir təşkilatla əlaqəsi yoxdur. == Tarixi == 1905-ci ildə ildırım vurması odunla bəzədilmiş Oak Park Birlik kilsəsini yandırdı. Memar Frank Lloyd Rayt İllinoys ştatının Oak Park Universalist cəmiyyəti üçün yeni bir quruluş dizaynını təklif etdi. Nəticə Birlik məbədi oldu. Rayt yalnız Oak Parkda yaşamamış, həm də unitar bir ailədən, universalizm ilə bir çox ortaq inanclara sahib olan bir imandan gəlirdi.
Birlik Oyunları
Birlik Oyunları (ing. Commonwealth Games) — Millətlər Birliyi arasında keçirilən idman oyunları. == Oyunun buraxılışları == Qeydlər 1Daxil olunub 3 komanda idmanı 2Daxil olunub 4 komanda idmanı === Ümumi qalib olan ölkələr === Rekord (*) Qeydlər * 1911-ci ildə Londonda keçirilən İnter-İmperiya Oyunları hazırkı Birlik Oyunlarının sələfi sayılır. **Böyük Britaniya oyunlarda ayrılmış ölkələr, Britaniya dəniz əraziləri və Taxt-tac əraziləri kimi iştirak edir.
Birlik dövləti
İttifaq dövləti (belar. Саюзная дзяржава, rus. Союзное государство), yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır — Rusiya və Belarus tərəfindən yaradılmış təşkilat. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq quruldu. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirildi və bu əsnada adı "Belarus və Rusiya birliyi" olaraq dəyişdirildi. 25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalandı. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalandı. == Nəzərdə tutulan genişlənmə == Abxaziya və Cənubi Osetiya (faktiki olaraq) — hazırda parlament iclaslarında müşahidəçi statusuna malikdirlər. Hər iki qurumun baş nazirləri qeyri-rəsmi olaraq İttifaq dövlətinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Qazaxıstan — Qazaxıstan 2010-cu ilə qədər Rusiya və Belarus ilə ayrıca gömrük ittifaqı qurmaq istədiyini bəyan etmişdi.
Birlik dənizi
Birlik dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində yerləşir. Sahəsi 258.000 km², cənub hissədə dərinliyi 500 m, şimalda dərin yeri 3000 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Sahilində Avstraliyaya məxsus Mayson və Deyvis elmi-tədqiqat stansiyası fəaliyyət göstərir. 1964-ci ildə Eymeri buzlağından nəhəng aysberq qoparaq Pryado körfəzinə düşmüşdür. Dəniz 1962-ci ildə antraktidaya təşkil edilən sovet ekspedisiyasının şərəfinə adlandırılmışdır. Belə ki, bu ekspedisiya üzvləri əsasən müxtəlif ölkələrin nümayəndələrindən təşkil edilmişdi.
Fərdi birlik
Şəxsi birlik, sərhədləri, qanunları və maraqları fərqli olaraq qalarkən eyni monarxa malik olan iki və ya daha çox dövlətin toplusudur. Həqiqi birlik, şəxsi birliyin əksinə, müəyyən dərəcədə bir-biri ilə əlaqəli olan təsisçi dövlətləri, məsələn, bəzi məhdud hökumət institutlarını bölüşdürməklə əhatə edərdi. Şəxsi birlikdən fərqli olaraq, federasiya və unitar dövlətdə bütün üzv dövlətləri əhatə edən mərkəzi (federal) hökumət mövcuddur və özünüidarəetmə dərəcəsi ikisini fərqləndirir. Şəxsi birlikdə hökmdarın irsi monarx olmasına ehtiyac yoxdur. Termini ilk dəfə alman hüquqşünası İohann Stefan Pütter 1760-cı ildə Elementa Iuris Publici Germanici (Alman Dövlət Qanununun Elementləri) kitabına daxil edərək istifadə etmişdir. Şəxsi birliklər bir neçə səbəbə görə yarana bilər, məsələn: Sülalə birliyi, miras və s. vasitəsilə. Məsələn, Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildən Layzanşah olmağına baxmayaraq, öz əmisinəvəsi Əli ibn Heysəmin ölümü ilə həm də Şirvanşah olmuşdu. Fransalı X Lüdovik Fransanı atasından, Navarranı isə anasından miras aldı Dekolonizasiya vasitəsilə. Bəzi keçmiş koloniyalar müstəqil olduqdan sonra keçmiş müstəmləkəçi gücün monarxını özlərininki kimi saxlayırlar.
Parlamentlərarası Birlik
Parlamentlər Arası Birlik (PAB) (ing. Inter-Parliamentary Union (IPU)) — müstəqil dövlətlərin parlamentlərin təmsilçilərindən yaranmış bir beynəlxalq təşkilatdır. 1889-cu ildə İsveçrədə qurulub.
Şəxsi birlik
Şəxsi birlik, sərhədləri, qanunları və maraqları fərqli olaraq qalarkən eyni monarxa malik olan iki və ya daha çox dövlətin toplusudur. Həqiqi birlik, şəxsi birliyin əksinə, müəyyən dərəcədə bir-biri ilə əlaqəli olan təsisçi dövlətləri, məsələn, bəzi məhdud hökumət institutlarını bölüşdürməklə əhatə edərdi. Şəxsi birlikdən fərqli olaraq, federasiya və unitar dövlətdə bütün üzv dövlətləri əhatə edən mərkəzi (federal) hökumət mövcuddur və özünüidarəetmə dərəcəsi ikisini fərqləndirir. Şəxsi birlikdə hökmdarın irsi monarx olmasına ehtiyac yoxdur. Termini ilk dəfə alman hüquqşünası İohann Stefan Pütter 1760-cı ildə Elementa Iuris Publici Germanici (Alman Dövlət Qanununun Elementləri) kitabına daxil edərək istifadə etmişdir. Şəxsi birliklər bir neçə səbəbə görə yarana bilər, məsələn: Sülalə birliyi, miras və s. vasitəsilə. Məsələn, Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildən Layzanşah olmağına baxmayaraq, öz əmisinəvəsi Əli ibn Heysəmin ölümü ilə həm də Şirvanşah olmuşdu. Fransalı X Lüdovik Fransanı atasından, Navarranı isə anasından miras aldı Dekolonizasiya vasitəsilə. Bəzi keçmiş koloniyalar müstəqil olduqdan sonra keçmiş müstəmləkəçi gücün monarxını özlərininki kimi saxlayırlar.