Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bisavad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur. Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Muxtar Bisavad
Muxtar Bisavad Kərpalı oğlu — şair. Muxtar Bisavad Kərpalı oğlu 1847-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Gənc yaşlarından şeirler yazmağa başlamış, özünə "Bisavad" təxəllüsünü götürmüşdür. Bakı-Abşeron kəndlərində keçirilən şeir məclislərində iştirak etmiş, dövrünün şairlərindən, elm adamlarından öyrəndiklərilə savadını artırmış, Nizami, Füzuli, Sədi, Hafiz, Xəyyam, Seyid Əzim kimi sənətkarların yaradıcılığından bəhrələnmişdir. Yaradıcılığında əsas yeri qəzəl, növhə tutmuş, lakin təmsillər, felyetonlar həcvlər də yazmışdır. Məcməüş-şüəra ədəbi məclisinin üzvü olmuşdur. Şair 1938-ci ildə ruhi xəstəlikdən vəfat etmiş, Buzovnada dəfn olunmuşdur.
Bisəvad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur. Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Bicabad (Üşnəviyyə)
Bicabad (fars. بيژاباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 391 nəfər yaşayır (65 ailə).
Bilaval Bhutto Zərdari
Bilaval Bhutto Zərdari(urdu بلاول بھٹو زرداری; 21 sentyabr 1988, Kəraçi)—Pakistanlı siyasətçi və Pakistan Xalq Partiyasının sədri. Bənazir Bhutto və Asif Əli Zərdarinin oğlu,Zülfüqar Əli Bhutto isə nəvəsidir.
Aşıq Savad
Aşıq Savad (1885, Daşkənd, Yeni Bəyazid qəzası və ya Dəmirçilər, Qazax qəzası – 1970, Qumlu, Gədəbəy rayonu) – azərbaycanlı şair və aşiq. == Həyatı == Aşıq Savad Axund Şəfi qızı Nəsibova, 1885-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Əmisi Molla Şabandan, atası Axund Şəfidən, qardaşları Hacı Rəhimdən və Molla Mehdidən ruhani təhsili almışdır. Tanıyıb sevmədiyi, Göyçə mahalının Sarıyaqub kənd sakini Temir adlı birisinə ərə verilmişdir. Temirdən saz havalarını çalmağı öyrənmiş və aşıqlıq etmişdir. Toylarda, el şənliklərində özünün və xüsusən də ustad aşıqların dillər əzbəri olan sözlərini çalıb-oxumuşdur. Aşıq Savad 1970-ci ildə Gədəbəy rayonunun Qumlu kəndində vəfat etmiş və orada da dəfn edilmişdir. Aşıq Savad haqqında bir neçə kitablarda məlumat verilmişdir: 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Aşıq Savadın qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh. 160–161). 2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında da qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh.
Abışabad
Abışabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şiləvəngə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Burovar silsiləsinin ətəyindədir. Oykonim Abış (şəxs adı) və abad topokomponentlərindən ibarətdir. Bu I şəxs adı ilə bağlı Masallı rayonunun Şıxlar kəndi ərazisində Abış təpəsi oronimi və Ağcabədi rayonunun Qaradolaq i.ə.v.-də Abışbəyli (1933) oykonimi məlumdur. Elmi ədəbiyyatların verdiyi məlumata görə, bu yaşayış məntəqəsi keçmişdə həmin ərazidə yaşayan aslar tayfasının üçüncü qolundan olan Abış bəyə mənsub ailələr tərəfindən XIX əsrdə salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1025 nəfər əhali yaşayır.
Cişabad (Zəncan)
Cişabad — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Şırdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Şırdan qəsəbəsindən 38 km şimal-qərbdədir.
Nişava çayı
Nişava çayı (bolq. Нишава; serb. Нишава / Nišava) — Bolqarıstan və Serbiyada çay. Cənubi Moravanın sağ qolu. Çayın uzunluğu - 218 km-dir. Cənubi Moravanın ən uzun qoludur. Nişava mənbəyini Bolqarıstanın qərbində Stara Planina adlanan Balkan dağlarında, Kom dağının şərqində (2106 m), Serbiya ilə sərhədə yaxın Gintsi kəndi yaxınlığından götürür. Çayın yuxarı axını bəzən Gintsi kəndinin adı ilə Ginska adlanır. Qodeç şəhərinin yaxınlığından axır, sonra Razboişte kəndindən keçir, sonra dərə əmələ gətirir. Dərədən çıxdıqdan sonra sərhəddəki Kalotina kəndinə çatır və sonra Serbiya ərazisindən axır.
Bişara əl-Xuri
Bişara Əl-Xuri (ərəb. بشارة الخوري‎; 10 avqust 1890 – 11 yanvar 1964[…], Beyrut) — Livan dövlət xadimi. Müstəqil Liviya Respublikasının ilk prezidenti. == Həyatı == Yüksək vəzifəli dövlət məmurunun oğlu olan Xuri, Parisdə hüquqşünaslıq ixtisası üzrə təhsil alır. Müstəqillik düşüncəsində qərarlı olan və Ərəb ölkələrini birləşdirən bir federasiya ideyasına qarşı çıxan Xuri, ərəb ölkələri ilə dostluq münasibəti qurulmasında maraqlı idi. 1920-ci ildə Livan valiliyində vəzifə aldı və bir neçə ay sonra təşkil olunan hökumətdə seçildi. 1922-ci ilə qədər hökumətdəki bu vəzifədə qaldı. 1926-cı ildə Edib hökumətinin Daxili İşlər Naziri olaraq yer aldı. II Dünya Müharibəsi dövründə Böyük Britaniya ilə münasibətləri sıxlaşdı. 1943-cü ildə müstəqil respublika üçün baş tutan seçkilərdə ən fəal iştirakçılardan idi və ölkənin ilk prezidenti seçildi.