Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cenifer Breninq
Cenifer Breninq (alm. Jenifer Brening‎; d. 15 dekabr, 1996, Berlin, Almaniya) — Almaniya müğənnisi və reper. O, Cessika Muskat ilə birlikdə ifa etdiyi "Who We Are" mahnısı ilə San-Marinonu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. O, daha öncə Almaniyanın The Winner Is ... və Deutschland sucht den Superstar musiqi yarışmalarında da iştirak etmişdir.
Browning
Browning — 1927ci ildə ABŞ-nin Yuta ştatında yaradılmış odlu silahlar istehsal edən şirkətdir. Browning markası tapança və ağır pulemyot kimi odlu silahları ilə tanınır. Browning Browning M1919A6, Amerikan ağır pulemyotudur. Onun diapazonu və atəş gücü MG 42 ilə müqayisədə daha aşağıdır, Ancaq bu silah ən azı MG 42 qədər düşmənlər üzərində təsirli olmuşdur. İkinci dünya müharibəsində Amerika Ordusu tərəfindən geniş istifadə edilmiş və Amerikanın ağır pulemyotçu bölmələri tərəfindən müharibənin bir çox hissəsində istifadə edilmişdir. M4 Sherman tanklarının gövdə hissələrinə də Brownings pulemyotları yerləşdirilmişdi. Müttəfiq qüvvələrinin ən uğurlu silahlarından biridir. Bundan əlavə, Browning M1919A6 hava ilə soyudulan bir lüləyə malikdir.
Boeing
Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir. NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir. == Müdafiə, aerokosmik və təhlükəsizlik xidmətləri == 14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur.
Breaking Bad
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Breaking News
Breaking News – Maykl Ceksonun ölümündən sonra çıxarılmış və indiyə kimi işıq üzü görməyən mahnıların toplandığı Michael albomundan olan ilk sinqlı. Sinqlın rəsmi şəkildə 5 noyabr 2010 – cu ildə ictimayətə təqdim edilmiş, mahnı tam şəkildə ilk dəfə 8 noyabr 2010 -cu ildə Ceksonun rəsmi veb saytında yalnızca bir həftə müddətində yayımlanmışdır. Həmçinin 8 noyabr tarixindən etibarən mahnı radiolarda da səsləndirilməyə başlanmışdır. == Fon == Mahnı 2007-ci ildə Nyu-Cersidə, Maykl Cascio ailəsi ilə birgə yaşadığı vaxt yazılmışdır. Michael albomuna daxil olan "Monster" və "Keep Your Head Up" mahnıları da daxil olmaqla digər mahnıların da əksəriyyəti bu zaman yazılmışdır. == Çıxarılması == 5 noyabr tarixində "Breaking News" mahnısının reklam videosu Maykl Ceksonun röəsmi veb saytında yerləşdirildi. Videoda müxtəlif telekanalların məşhur müxbirlərinin Cekson haqqında olan məlumatları baş xəbər kimi çatdırmaları təsvir edilmişdi. Bu girişdən sonra Ceksonun qısa vokal ifası verilmişdi. "Breaking News" çoxdan gözlənən albomun debüt sinqlı və albomnan yayımlanan ilk mahnı olmasına baxmayaraq Sony Music mahnının kommersiya sinqlı deyil, Promo sinql kimi radiolarda yayımlanmasına razılıq verdi. 5 noyabrda sinqlın reklam videosu Ceksonun rəsmi veb saytında yayımlandı.
Breşina əyaləti
Breşia əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Browning M1919
Browning M1919, Browning şirkəti tərəfindən istehsal edilən Amerika Birləşmiş Ştatları pulemyotudur. Silah ABŞ və bir çox başqa ölkələr tərəfindən yüngül piyada, cütləşdirilmiş, quraşdırılmış, təyyarə və zenit pulemyotu kimi istifadə edilmişdir. Silahın konstruktoru John Browning olmuşdur. Bu odlu silah 1919-1945-ci illərdə istehsal edilmişdir.
M2 Browning
M2 Browning .50 Kalibrlik Pulemyot, John Browning tərəfindən Birinci Dünya müharibəsinin sonlarına doğru konstruksiya edilmiş olan ağır pulemyotdur. Bu pulemyot John Browning'in daha əvvəl yaratmış olduğu M1919 Browning pulemyotuna xarici görünüş baxımından oxşayırdı. Lakin bu silah özü üçün nəzərdə tutulmuş olan daha güclü, daha böyük kalibrli 50 BMG və ya indiki adı ilə 12.7x99mm NATO standartlı gilizlərdən istifadə etmişdir. M2 "Ma Deuce" və ya "əlli" olaraq yad edilir. Yüngül zirehli döyüş maşınları, piyadalar, zirehsiz maşınlar və qayıqlar, yüngül istehkamlar və alçaqdan uçan təyyarələrə qarşı olduqca təsirlidir. == İstifadəçilər == ABŞ Almaniya Argentina Avstraliya Avstriya Bosniya və Herseqovina Belçika Benin Boliviya Braziliya Bolqarıstan Burkina-Faso Burundi Cibuti Çad Danimarka KDR Dominikan Respublikası Ekvador Salvador İndoneziya Efiopiya Mərakeş Kot-d'İvuar Filippin Fransa Qabon Qambiya Qana Qvatemala CAR Xorvatiya Hindistan Honduras İran İrlandiya İsrail İtaliya Yamayka Yaponiya Kamerun Kanada Qətər Səudiyyə Ərəbistanı Seneqal Serbiya Sinqapur Somali Tailand Fransa Polineziyası Tunis Türkiyə Uruqvay Venesuela Yeni Zelandiya Yəmən Yunanıstan == Xarici keçidlər == Aircraft Gunnery_.50 cal. M2 .50 Caliber Machine Gun at Federation of American Scientists Browning M2HB & M2HQCB (USA) Arxivləşdirilib 2010-08-26 at the Wayback Machine M2 .50 cal. Machine Gun at Olive-Drab.com Quad-50 M2 .50 cal. Machine Gun at Olive-Drab.com Browning M2 .50 Caliber Machine Gun at Gary's Olive Drab Page Browning M2 HB .50 Caliber Heavy Machine Gun, "Ambush in Mogadishu", Frontline, PBS Can you use the .50-caliber on human targets? Arxivləşdirilib 2016-08-21 at the Wayback Machine, Stars & Stripes Video of Operation on Youtube U.S. Army FM 23-65 Browning Machine Gun Caliber .50 HB, M2 Arxivləşdirilib 2012-11-06 at the Wayback Machine Browning .50 Cal.
Growing Up
Growing Up — ABŞ rok qrupu The Linda Lindas-ın debüt studiya albomu. 8 aprel 2022-ci ildə Epitaph Records tərəfindən buraxılıb.
Boeing 767
Boeing 767 — iki mühərrikli enli füzelyajlı sərnişin təyyarəsi. Atlantik okean üzərindən müntəzəm olaraq sərnişin reysləri həyata keçirmək hüququ əldə edən ilk iki mühərrikli təyyarədir. 1981-ci ildən "Boeing" şirkəti tərəfindən istehsal olunur. == Tarixi == İki mühərrikli ekonom reaktiv təyyarələrin layihələndirilməsi hələ 1978-ci ildən başlayıb. United Airlines aviaşirkəti bu cür təyyarələrə maraq göstərirdi və 30 ədəd təyyarənin alınması üçün sifariş edib. İlk Boeing 767 14 avqust 1981-ci ildə istehsal olunub (zavod Everettdə, Vaşinqton ştatı, yerləşir) və 26 sentyabrda ilk uçuşunu etdi. Boeing 767-300 modelinin istehsalı sentyabr ayı 1983-cü ildə başlayıb. Bu modelin füzelyajı Boeing 767-200 modelindən 6,5 m uzun oldu. Bu da, öz növbəsində sərnişin yerlərinin 22% artırılmasına gətirdi (təhminən 40 sərnişin yeri). Həmçinin daşına bilən yükün həcmi 31% artdı.
Boeing 787
Boeing 787 Dreamliner - "Boeing" şirkəti tərəfindən dizayn edilmiş orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik təyyarə modeli. Bu model 1995-ci ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra "Boeing" şirkəti tərəfindən istehsalına başlanacaq ilk tamamilə yeni təyyarə modelidir. Təyyarənin ilk uçuşu əvvəlcə 2007-ci ilin avqust ayında planlaşdırılsa da, onun ilk uçuşu yalnız 15 dekabr 2009-cu ildə baş tutmuşdur. Lakin buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir. "Boeing" şirkəti bir neçə təxirəsalmadan sonra, ilk "Boeing-787"-ni 2010-cu ilin fevral ayında istismara verməyi planlaşdırır. Hal-hazırda Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasında 2 ədəd "Boeing 787-8" təyyarəsi var və bu təyyarə ilə ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olmuşdur. == Xüsusiyyətləri == == Bənzər təyyarələr == Boeing 767 Airbus A330 Airbus A350 == Xarici keçidlər == 787 Dreamliner - İnglis dilində.
Brifinq
Brifinq (ing. brief - qısa) — mətbuat nümayəndələrinin qısa yığıncağı. Belə toplantıda xüsusi səlahiyyətli şəxs tərəfindən hökumətin, hər hansı partiyanın, təşkilatın və ya ayrıca siyasi xadimin müəyyən məsələ üzrə mövqeyi açıqlanır. == İctimaiyyətlə əlaqələr == KİV ilə iş aparıldıqda brifinq bir məsələyə həsr olunmuş qısa mətbuat konfransıdır. Rəsmi şəxslərin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü, rəsmi mövqenin ifadə edildiyi məqamda hər hansı bir problemlə bağlı qısa məlumat verilir(adətən, mətbuat konfransından fərqli olaraq, dəvət olunanların suallarına cavab vermədən). Mətbuat konfransından fərqli olaraq, təqdimat hissəsinin movcud olmaması ilə fərqlənir. Bundan başqa, brifinq qapalı xarakter daşıyır, ona yalnız əvvəlcədən müəyyən edilmiş KİV nümayəndələri dəvət olunur. == Aviasiya == Mülki və hərbi aviasiyada pilotların və uçuş ekipajlarının uçuşqabağı və ya uçuşdan sonrakı hazırlığının elementi. Brifinqdə lazımi meteoinformasiya çatdırılır, hava məkanından istifadəyə dair məhdudiyyətlər, prosedur aspektləri təkrarlanır, məlumatın çapı paylanır, uçuşların yerinə yetirilməsi üçün lazım olan məlumatların çapı paylanılır, həmçinin konsultasiya aparılır. Brifinqin formatı və həcmi Aviasiya fəaliyyətinin növündən asılıdır.
Frekinq
Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu. == Sağlamlığa və ekologiyaya təsiri == Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə səbəb ola bilər. Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Frekinq metodunun tətbiqi 2013-cü ildə ABŞ-nin Ohayo ştatında çoxsaylı zəlzələlərə gətirib çıxarıb.
Krekinq
Krekinq — neftin tərkibindəki irimolekullu karbohidrogenlərin parçalanması nəticəsində kiçikmolekullu karbohidrogenlərin əmələ gəlməsi prosesinə deyilir. Krekinq prosesi karbon zəncirlərinin qırılması və daha bəsit doymuş və doymamış karbohidrogenlərin əmələ gəlməsi ilə baş verir. Əmələ gələn maddələr sonradan parçalana bilər. Krekinq prosesindən ayrılan etilendən polietilenin və etil spirtinin istehsalında geniş istifadə olunur. Karbohidrogenlərin molekullarının parçalanması radikal mexanizmi üzrə gedir. Əvvəlcə sərbəst radikallar əmələ gəlir. Məlumdur ki, sərbəst radikallar kimyəvi cəhətdən çox aktivdir və müxtəlif reaksiyalarda iştirak edə bilər. Krekinq prosesi zamanı radikallardan biri hidrogen atomunu ayırır (a), o biri isə birləşdirir (b). == Növləri == Krekinq prosesinin iki əsas növü vardır: termiki krekinq və katalitik krekinq. === Termiki krekinq === 2–7 MPa təzyiqdə və 470–550°C-də aparılır.
Pilot (Breaking Bad)
"Pilot" (DVD və Blu-Ray buraxılışlarında "Breaking Bad" adlanır) — ABŞ cinayət-dram teleserialı "Breaking Bad"in pilot epizodu. Epizodun ssenari müəllifi və rejissoru teleserialın yaradıcısı olan Vins Qilliqandır. Epizod ilk dəfə 20 yanvar 2008-ci ildə AMC telekanalında efirə buraxılmışdır. Epizodda orta məktəbdə kimya müəllimi çalışan Volter Vayt 50-ci ad gününü ertəsi sağalmaz ağciyər xərçənginə tutulduğunu öyrənir. O, əvvəlcə diaqnozunu arvad-uşağından gizli saxlayır. Volter bacanağı DEA agenti Henk Şreyderə zəng vurur, onun keçən gün qonaqlıda təklif etdiyi anti-narkotik əməliyyatında iştirak etməyə razılaşır. Maşında əyləşib basqını seyr edərkən evin pəncərəsindən çıxıb qaçan keçmiş şagirdi Cessi Pinkman gözünə dəyir. Həmin gün o, Cessini tapmağı bacarır və onu şantaj edir ki, RV-də metamfetamin bişirməkdə ortağı olsun. Teleserialın pilot epizodu "60-cı Praytaym Emmi" mükafatlarında bir çox mükafata namizədlik qazandı. Baş qəhrəmanı canlandıran Brayan Krenston "Dram Serialında Görkəmli Baş Aktyor" nominasiyasında "Praymtaym Emmi" mükafatına layiq görüldü.
Berinq
== Şəxslər ==
Redinq
Redinq — Böyük Britaniyada, İngiltərədə şəhər.
Boeing 747-400
Boeing 747–400 təyyarəsi — Boeing ailəsinin ən çox satılan layneri. 747–400 daha effektiv korpusu istehsal etmək üçün çoxlu texniki və struktur dəyişikliklərini özündə təcəssüm etdirib. Təyyarə ilk uçuşunu 29 aprel 1988-ci ildə həyata keçirib. İlk istifadəçi aviaşirkətlər "British Airways", "Lufthansa", "China Airlines", "United Airlines" olub.
Boeing X-32
Boeing X-32 — ABŞ Dövlət Departamentinin tenderi — Ortaq Hücum Döyüşçüsü proqramının finalistidir. Həmin tenderdə Lockheed Martinin sonradan F-35 Lightning II təyyarəsinə təkmilləşdiriləcək olan X-35 təyyarəsinə uduzmuşdur. == Yaradılması == 1993-cü ildə Təkmil Müdafiə Araşdırmaları Layihələri Agentliyi (DARPA) Ümumi Münasib Yüngül Döyüşçü (CALF) proqramına start verdi. Bu proqramın məqsədi Amerika Müdafiə Departamentinin sərəncamında olan bütün müxtəlif növ yüngül təyyarələri – F-16, F/A-18 Hornet, AV-8B Harrier-i bir növ təyyarə ilə yeniləmək idi. Elə eyni dövrdə də ABŞ HHQ və ABŞ Donanması birlikdə Ortaq Təkmil Hücum Texnologiyası (JAST) proqramına start verilmişdi. 1994-cü ildə ABŞ Konqresi hər iki proqramı birləşdirərək Ortaq Hücum Döyüşçüsü proqramına start verdi. OHD proqramının ilkin fazalarında, konsept mərhələlərində bir çox kompaniyalar iştirak edirdi. 1996-cı il 16 Noyabrda Müdafiə Departamenti Boeing və Lockheed Martin kompaniyasına öz təyyarələrini yaratmaq göstərişi verdi. Müqaviləyə əsasən yeni təyyarə normal şəkildə enib qalxma, gəmidən qalxma və enmə, qısa qalxma və şaquli enməyi bacarmalı idilər. Bundan əlavə onlar təyyarənin silah sistemlərinin yerüstü təqdimatını da etməli idilər.
Love In Rewind
Da Da Dam — Bosniya və Herseqovinanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dino Merlin ifa etdiyi mahnıdır.
Katalitik krekinq
Katalitik kreking- neft fraksiyalarının, yüksək oktan ədədli benzin, yüngül qazoyl və doymamış yağlı qazlar almaq üçün, katalitik termiki emalıdır. == Ümumi məlumat == Katalitik kreking- neftin dərin emalını təmin edən əsas proseslərdən biridir. Katalitik krekingin sənayeyə tətbiqi (20-ci əsrin 30-cu illərində ABŞ-da) (E. Qudri, 1936 il) uzunmüddətli istismara malik olan alümosilikat əsasında katalizatorların yaranmasına təsir göstərdi. Bu prosesin əsas müsbət cəhəti- onun böyük istismar çevikliyinə malik olmasıdır: propilen, izobutan və butilenlə zəngin olan yüksək oktan ədədli benzin və qazın alınması ilə neftin müxtəlif fraksiyalarının emalının mümkünlüyüdür: diqər proseslərlə əvəz olunmasının asanlığı, məs.: alkilləşmə, hidrokreking, hidrotəmızləmə, deasfaltlaşma və s. Neftin emalında krekingin belə universal olmağı onun neft emalında böyük əhəmiyyət kəsb etdiyini göstərir. == Xammal == Hal-hazirda katalitik kreking üçün xammal vakuum qazoyludur –qaynama temperaturu 350–500 °C olan birbaşa qovulan fraksiya. Qaynamanın sonu xammalın tərkibində metalın qalması və kokslaşması ilə (0,3%-dən artiq olmamalıdır) təyin olunur. Fraksiya, kükürdlü birləşmələri yox etmək və kokslaşmanı azaltmaq üçün əvvəldən hidrotəmizləməyə uğrayır. Bəzi (UOP, İFP) kimi kompaniyalarda ağır fraksiyaların katalitik krekinqi üçün bir sıra işlənib-hazırlanmış proseslər var –məs. Mazutun(6–8% kokslaşmaya qədər).
Boeing B-29 Superfortress
Boeing B-29 Superfortress və ya qısaca B-29 — İkinci dünya müharibəsi ərzində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan 4 motorlu ağır bombardman təyyarəsi. İkinci dünya müharibəsindən sonra Koreya müharibəsində də istifadə olunmuşdur. == Haqqında == B-29 İkinci dünya müharibəsində istifadə olunan ən böyük bombardman təyyarələrdən biridir. Təsirli bombalama gücünə, mərkəzi atəşləmə sisteminə, uzaqdan idarə olunan silahlara malik olması başlıca üstünlüklərindən biri olmuşdur. Həm gecə, həm gündüz yüksək bombalama qabiliyyətinə sahibdir. B-29 təyyarələri Naqasaki və Hiroşimaya atom bombası dayışan təyyarələrdir. 1960-cı ilin 20 iyununda istismardan qaldırana qədər 3.970 ədəd B-29 istehsal edilmişdir. B-29-lar İkinci dünya müharibəsində ancaq Sakit okean cəbhəsində istifadə olunmuşdur. "Enola Gay" adlı B-29 "Little Boy" atom bombasını 6 avqust 1945-ci ildə Hiroşimaya, "Bocksar" adlı B-29 isə "Fat Man" atom bombasını 9 avqust 1945-ci ildə Naqasakiyə atmışdır.
Boeing B-52 Stratofortress
Boinq B-52 Srtatofortress (ingil. Boeing B-52 Stratofortress — Stratosfer qalası) — 1955-ci ildən ABŞ HHQ-nin arsenalında olan, Boeing şirkətinin ikinci nəsil amerikan çoxməqsədli ağır ən-uzaq-məsafəli qitələrarası strateji bombardmançı-raketdaşıyan təyyarə. Bu təyyarə B-36 və B-47 ləri əvəz edib. Səsdən-asta sürətdə 15 km hündürlükdə müxtəlif silah növləri, o cümlədən nüvə başlıqlı bomba daşımağa qadirdir. B-52 -nin əsas hazırlanma məqsədi - yüksək gücə malik iki termonüvə bombasını SSRİ-nin istənilən nöqtəsinə çatdırmaq olub. B-52, Ту-95 ilə bir sırada, uzaq məsafəli uçuşlara görə hərbi təyyarələrin arasında mütləq rekordçudur. Həmçin o nadir hərbi təyyarələrdəndir ki, yarım əsr müddətində durmadan xidmət edir. Baxmayaraq ki, B-52 50-ci illərdə soyuq müharibənin tələbləri ilə hazırlanıb, o indi də amerikan HHQ-nin uzaq məsafəli bombardmançı aviasiyasının əsas təyyarəsi olaraq qalır və, ən azından 2030-cu ilə qədər belə olaraq qalacaq. Bu təyyarənin modernəlşdirilməsinə 11,9 mlrd dollar xərcləmək planlaşdırılır.
Boeing CH-47 Chinook
CH-47 Chinook, Boeing şirkəti tərəfindən istehsal olunan, cüt mühərrikli və digər helikopter növlərindən fərqli olaraq, ard-arda rotorlara malik ağır yük vertolyotudur. Saatda maksimum sürəti 315 km/saatdır. Əsas vəzifəsi hərbi hissələri, artilleriya birliklərini və sursatları daşımaqdır. 16 ölkə tərəfindən, daha çox isə Amerika Birləşmiş Ştatları Ordusu (ABŞ Ordusu) və Kral Hərbi Hava Qüvvələri (RAF) tərəfindən istifadə olunur. Bu yaxınlarda Türk Silahlı Qüvvələri tərəfindən də istifadə edilməyə başlanmışdır. Bu helikopter eyni zamanda 60 heyəti daşıya bilər və bir ədəd F-16 döyüş təyyarəsini qaldırıb çəkə bilər. Bir Boeing istehsalı olan Chinook, 2 tandem rotorlu çoxməqsədli helikopterdir. Əsas istehsal məqsədi ağır yükləri qaldırmaq olan Chinooklar, hərbi daşıma və axtarış-xilasetmə məqsədləri üçün də istifadə olunur. İki tandem mühərrik helikopterə böyük bir həcm verməklə yanaşı, vertolyotun yük qaldırmaq qabiliyyətini də xeyli artırır. Adi tək rotorlu helikopterlər yalnız bir ədəd yükü əsas rotorun altından uzanan kabellərlə qaldırır.
Boeing E-6 Mercury
Boeing E-6 Mercury — Amerikanın Boinq(Boeing) şirkəti tərəfindən mülki Boeing 707-320 təyyarəsi əsasında təkmilləşdirilən idarə və rabitə təyyarəsi. ABŞ Hərbi dəniz Qüvvələrinin (HDQ) ballistik raketli nüvə sualtı qayıqlarının(BRNSAQ) rezerv rabitə sistemini təmin etmək, eləcə də ABŞ HQ -nin strateji birləşmiş komandanlığının(USSTRATCOM) hava komanda məntəqəsi üçün nəzərdə tutulub. E-6 ABŞ HDQ-ndə ES-130 təyyarəsini əvəz edib.
Boeing P-8 Poseidon
Boeing P-8 Poseidon, Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələri üçün için Boeing Defense, Space & Security (Boeing Müdafiə, Kosmos və Təhlükəsizlik) şirkəti tərəfindən hazırlanmaqda olan sualtı və suüstü hədəflərə qarşı nəzərdə tutulmuş olan dəniz patrul təyyarəsidir. İlk uçuşunu 25 aprel 2009-cu ildə baş tutmuşdur. 7 mart 2012-ci ildəki məlumata görə 7 ədəd istehsal edilmişdir. Proqram dəyəri 201.4 milyon ABŞ dolları həcmindədir. Vahidinin dəyəri 33,638 milyon ABŞ dolları təşkil edir.
Erase/Rewind Official Remix
Erase/Rewind Official Remix – Sabrina Salernonun çıxardığı sonuncu albomdur.
Permdə Boeing 737 qəzası
Permdə Boeing 737 qəzası — 14 sentyabr 2008-ci ildə Moskva-Perm reysi ilə uçan "Boeing 737"-nin qəzası. 14 sentyabr 2008-ci ildə Moskva-Perm reysi ilə uçan “Boeing”in qəzaya uğraması nəticəsində 182 sərnişin və 6 ekipaj üzvü həlak olub. Həlak olanlar arasında Azərbaycan vətəndaşı İfrahim Naxumov, onun xanımı və 2 azyaşlı uşağı da olub.
Berinq (dəqiqləşdirmə)
== Şəxslər ==
Berinq adası
Berinq adası — Komandor adalarının tərkibinə daxil olan ən iri ada. Kamçatka yarımadasından Kamçatka boğazı ilə ayrılır. Boğaz Sakit okeanı ilə Berinq dənizini birləşdirilir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarının Aleut rayonu ərazisinə daxildir. Adada Vitus Berinqin qəbri yerləşir. == Xüsusiyyətləri == Berinq adası bir necə on kilometrlərlə aralıda yerləşən Mednı adasından Admiral Kuzneçov boğazı ilə ayrılır. Adanın uzunluğu 90 km, eni 24 km təşkil edir. Komandor adalarına daxil olan digər adalar kimi Berinq adasıda sualtı silsilələrlə Alyaska yarımadasına qədər uzanır. == Əhalisi == Adada yegahə yaşayım məntəqəsi Nikolskoye kəndidir. 2005-ci il məlumatına görə adada 752 nəfər yaşayır.
Berinq boğazı
Berinq boğazı (bering) — Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 'W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05' W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir. Boğaz təxminən 83 km genişliyində, 30–50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. Bəzi elm adamları, bu çağlarda suların böyük hissəsinin buza çevrilərək dəniz səviyyəsini saldığına və daha çox quru parçasını göz önünə çıxardığına inanır; bəziləri də boğazın tamamilə donduğunu, beləliklə insanlarla heyvanların üzərindən keçməsinin mümkün olduğuna inanır. == Mənbə == PBS Video of St.
Berinq burnu
Berinq burnu (çuk. Энмыльын, esk. Ынмылин) — Çukot yarımadası şərq sahillərində yerləşən, Berinq dənizinin suları yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar Rayonunun Providenski rayonu ərazisinə daxildir. Anadır körfəzinin şimal-şərqində qərarlaşır. 402 metr hündürlüyə malikdir. 2,5 km aralıda isə Enmelen kəndi yerləşir. Çukca dilində çuk. Энмыльын — «Qayalı» mənasını verir. Burun ilk dəfə Fyodor Litkenin 1828-ci ildə təkil etdiyi dövrü aləm səyahəti zamanı kəşf edilmişdir.
Berinq dənizi
Berinq dənizi — Sakit okeanın şimalında və Avrasiyanın şimal şərqində yerləşən materik kənarı dənizdir. Sakit okeanından cənubda Aleut adaları və Komandor adaları ilə ayrılır. Şimalda Şahzadə Uels burnu və Müqəddəs Lourens adası yerləşir. Berinq boğazı bu dənizi Çukot dəniziylə və Şimal Buzlu okeanıyla birləşdirir. Berinq dənizi Rusiyanın və ABŞ-nin sahillərini yuyur. == Tədqiqatın tarixi == Dəniz – dəniz səyyahı Vitus Berinqin şərəfinə adlandırılmışdır. XVIII əsrin Rusiya xəritələrində dəniz Kamçatka və ya Qunduz dənizi adlanırdı. İlk dəfə Berinq dənizi adı XIX əsrin başlanğıcında fransız coğrafiyaçısı Ş. P. Flioren tərəfindən təklif edilmişdi, ancaq beynəlxalq aləmdə yalnız 1818-ci ildə rus dəniz səyyahı V. M. Qolovnin tərəfindən daxil edilmişdi. == Fiziki-coğrafi vəziyyət == Sahəsi 2,315 milyon kv. kilometrdir.
Berinq qarabatdağı
Berinq qarabatdağı (lat. Phalacrocorax pelagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Vitus Berinq
Vitus Berinq — Danimarkalı səyyah. Vitus Berinq, Rusiya Dəniz Donamasında xidmət etmişdir. Xidmət müddətində İvan İvanoviç adı ilə tanınırdı. Berinq, Alyaska ərazisinə ekspedisiya təşkil etmiş ilk səyyahlardan hesab olunur. Gəmilərlə səfər çıxan berinq, Alyaska yaxınlığında yerləşən adada vəfat etmişdir. Sonradan vəfat etdiyi ada Berinq adası adlandırılmışdır. ABŞ və Rusiyanı bir-birindən ayıran Berinq boğazı da səyyahın adına adlandırılmışdır. Berq L. S. Otkrıtie Kamçatki i gkspediüii Berinqa. 1725–1742. M.; L., 1946; İstoriçeskie pamətniki vtoroy Kamçatskoy gkspediüii.
Xelen Berinq
Xelen Berinq (d. 27 iyul 1964) — Niderlandı təmsil edən su poloçusu. Xelen Berinq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Redinq Muzeyi
Redinq Muzeyi — İngiltərənin Berkşir qraflığının Redinq şəhərində tarixi muzey. Muzey Redinqin tarixini təsvir edən qalereyaları, qazıntılar zamanı aşkar edilmiş artefaktları və digər kolleksiyaları ehtiva edir. Muzeyin fasadı 1875-ci ildə Alfred Uaterhous tərəfindən layihələndirilsə də, bina 1786–1897-ci illər arasında bir neçə mərhələyə tikilmişdir. 1879-cu ildə kitabxana və muzeyin yerləşdiyi yeni qanadın təməli qoyuldu və muzey 1883-cü ildə açıldı. 1897-ci ildə muzey daha da genişləndi və yeni qalereyalar əlavə edildi. Muzey 1989-cu ildə təmir üçün bağlandı və 1993-cü ildən 2000-ci ilə qədər mərhələlərlə açıldı. Qalereyada VI-cı əsr, Saksonların yaşadəğı dövrə aid eksponatlar nümayiş etdirilir. Redinq Abbatlığına xüsusi diqqət yetirilir. Qalereyada yaxınlıqdakı Silçester şəhərində aparılan qazıntılardan əldə edilən çoxlu arxeoloji tapıntılar, eləcə də Roma şəhərinin həyatına dair izahlı modellər və digər məlumatlar nümayiş etdirilir. Qalereyaya bürünc Silçester Qartalı daxildir.
Bring Me the Horizon
"Bring Me the Horizon" 2004-cü ildə İngiltərənin Sheffield şəhərinin Yorkshire bölgəsində bir neçə yerli metal qrupunun dağılışından yaranan detkor və metalkor musiqi qrupudur (2015-ci ildən etibarən rok qrupudur). Qrup özünəməxsus bu adını "Pirates Of The Caribbean" filmində "Jack Sparrow"un "Bring me that horizon" deməsi ilə almışdır. Qrup «that» kəliməsini «the» edərək orjinal hala gətirmişdir. Qrupun üzvləri bu şəxslərdir: Vokalist - Oliver Sykes , elektro gitarist - Lee Malia , bass gitarist - Matt Kean , zərbçi - Matt Nicholls , klavyeçi və DJ - Jordan Fish. Qrup əsasən metal musiqinin 2 növündə - Metalcore və Death metal (yaxud Deathcore) tərzlərində çıxış edir. "Bring Me the Horizon" qrupu ilk studiya albomunu 2006-cı ildə çıxarmışdır. Albomun adı "Count Your Blessings" olmuşdur. Albomda əsasən çıxış etdikləri 2 metal janrından (Metalcore və Deathcore) Deathcore önə çıxır. Bu albomdan sonra qrup bir neçə tanınmış metal qrupu ilə turnelərə çıxır. Əsas əks-sadə doğuracaq əlamətdar hadisə isə onların möhtəşəm metal qrupu Iron Maiden ilə turneyə çıxması olur.
Erase/Rewind Official Remix (albom)
Erase/Rewind Official Remix – Sabrina Salernonun çıxardığı sonuncu albomdur.
Sikorsky–Boeing SB-1 Defiant
2018-ci ilin dekabr ayının sonunda ilin ən maraqlı aviasiya hadisələrindən biri baş verdi: "Sikorsky" və "Boeing" şirkətinin müştərək istehsalı olacaq çoxməqsədli SB1 "Defiant" (ingiliscədən "cəsarətli", "qüsursuz", "itaətsiz") helikopterinin konsepsiyası təqdim edildi. Bu yeni layihənin mərkəzində ABŞ hərbçilərinə bir neçə yüksək sürətli helikopter ailəsi vermək üçün nəzərdə tutulan perspektiv "Vertical Lift" proqramı dayanır. SB-1-i gördükdə "dejavü" hiss etsəniz təəccüblənməyin. ABŞ artıq uzun müddətdir ki, yeni helikopterin bənzəri olan, "Sikorsky" istehsalı S-97 "Raider" helikopterini müvəffəqiyyətlə sınaqdan keçirir. Yeni SB1 helikopterini sözün əsl mənasında bu maşının modifikasiyası adlandırmaq da olmaz. Helikopterlər təmamilə fərqli vəzifələri həll etmək üçün nəzərdə tutulub. Xatırladaq ki, S-97 nisbətən kiçik bir helikopterdir, iki nəfər heyətə malikdir və altı nəfər desant daşıya bilir. Bunun kəşfiyyat, yüngül zərbə və ya gələcək pilotsuz aparatın bazası olduğu dəqiq məlum deyil. Onu daha çox ömrünü başa vuran "Bell" istehsalı kiçik OH-58 "Kiowa" helikopterlərinin yüksək sürətli əvəzi kimi görürlər. Böyük ehtimal ki, S-97 helikopteri zərbə tipli "Apache" helikopterlərini əvəz etməyəcək.