Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boransız-Cülgə
Boransız-Cülgə - Azərbaycan Respublikasında Qobustan rayonu ərazisində palçıq vulkanı. Boyanata dağından şərqdə yerləşir. Sopka və qrifonlarının paylaşmasına görə beş məntəqədə qruplaşır. Sopka breksiyası əsasən gil və az miqdarda mergel, qumdaşı, əhəngdaşı və dolomitlərdən ibarətdir. Sopkalar Qovundağ və Maykop dəstələrinin suxurları üzərində yerləşir, Boransız-Cülgə antiklinal qırışığına uyğun gəlir. Vulkan qırışıqdakı pozulmalarla əlaqədardır. Sopka və qrifonlardan qaz,, bulanıq su, palçıq və neft çıxır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild, Bakı,2013. səh.299.
Cüllüt
Adi meşəcüllütü, Meşə çilingdimdiyi (lat. Scolopax rusticola) — çilingdimdik cinsinə aid quş növü. Şimal yarımkürəsində yayılmışdırlar. Sahillər, bataqlıq ve meşələr yaşadıqları yerlərdir. Soğulcanlar, tırtıllar və bəzən de bitkilərlə qidalanırlar . Dimdikləri fərqli quruluşlarda olur. Çox uzun məsafələrə uçmazlar.
Cülus
Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir. == Cülus sistemi == === Ərəblərdə cülus anlayışı === Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir. Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz.
Cülyan
Cülyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Cülyan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cülyan kəndi dağətəyi ərazidə yerləşir.Kəndin adı Hun tayfa ittifaqına daxil olan Çullu türklərinin adından qaynaqlanır.Çullu etnonimi sonralar təhrif olunaraq Cülyan kimi formalaşmışdır. Kəndin adı latıncadakı Julian adından gəlir. Mənası "həmişə cavan" deməkdir. == Turizm == Cülyan kəndi həm də əsas turizm mərkəzlərindən biridir. Təkcə kənddə 10-dan yuxarı istirahət mərkəzləri və kafelər var. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıya alınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Cülyan kəndində 49 evdə , 410 nəfər (202 nəfəri kişilər, 208 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 1426 nəfərdir ki onunda 734 nəfəri kişi, 692 nəfəri qadındır. == Təhsil == Cülyan kəndində ilk məktəb (4 illik) 1929-cu ildə açılmışdır. Sonra 9 illik məktəb kimi faəliyyətinə davam edən Cülyan kənd məktəbi 1988-ci ildən etibarən 11 illik kənd tam orta məktəbinə çevrilmişdir.
Cülyan-Müdri bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cülyan bələdiyyəsi

Cülyen Beyker
Cülyen Rouz Beyker (29 sentyabr 1995 və ya 1995, Memfis, Tennessi) — amerikalı müğənni-bəstəkar və multi-instrumentalist. Fibi Bricers və Lüsi Dakus ilə birlikdə yaratdığı Boygenius qrupunun üzvüdür. == Həyatı == Tennessi ştatının Memfis şəhərində anadan olub böyüyən Beyker, Tennessi Dövlət Universitetində tələbə olarkən debüt albomu Srained Ankle (2015) buraxdı. Albom müsbət rəylər aldı və 2015-ci ilin sonunda bir neçə siyahıda yer tutdu. Sonradan Beyker, Matador Records ilə müqavilə imzaladı və daha çox kritik uğur əldə etmək üçün 2017-ci ildə Turn Out the Lights adlı ikinci studiya albomunu dərc etdi. Onun üçüncü albomu, Little Oblivions (2021) daha dolğun səsi əhatə etdi və onun Billboard 200 hit-paradında ilk 40-da yer alan ən yaxşı albomu oldu.
Cülyen Lamerti
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Cülyen Lametri

Cülyen Ofre de Lametri

Otluq cüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Qum cüllütü
Romeo və Cülyetta
"Romeo və Cülyetta" (ing. The Most Excellent and Lemantable Tragedy of Romeo and Juliet) — İngilis dramaturqu Uilyam Şekspirin yazdığı bir əsərdir.İngilis ədəbiyyatının klassiklərindən biri olan əsər, müəllifin ən məşhur pyeslərindən biridir. Əsərin 1591–1596-cı illərdə yazıldığı güman edilir. Dünya ədəbiyyatında klassik bir mövzu olan bir -birini sevən iki düşmən ailənin gənclərinin sevgi macərasından bəhs edir.Hekayənin mənbəyi İngilis şairi Artur Broukun 1562-ci ildə nəşr olunan "Romeo və Cülyettanın faciəli hekayəsi" uzun şeirinə əsaslanır. Şekspir bir çox köməkçi personajla hekayəni inkişaf etdirdi, onu orijinal bir əsər halına gətirdi. Əsər ilk dəfə 1594-cü ildə səhnələşdirilmişdir. Opera, balet və kino üçün dəfələrlə uyğunlaşdırılmışdır. == Obrazlar == Veronadakı monarx ailəsi Şahzadə Eskal: Şahzadə (Verona şəhər-dövlətinin hökmdarı) Count Count: Şahzadə Eskalın yaxın qohumu (Cülyetta ilə evlənmək istəyir) Merkusio: Romeonun dostu Şahzadə Eskalın yaxın qohumuKapuletti sülaləsi Lord Kapulet: Capulet sülaləsinin başçısı Lord Kapuletin Arvadı: Capulet sülaləsinin başçısı Cülyetta: Kapuletin 13 yaşlı qızı (Əsərin 2 vacib rolundan biri) Tibalt: Cülyettanın əmisi oğlu və Lord Capuletin həyat yoldaşının qardaşı oğlu Vali: Cülyettanın gəlini və sirdaşı Rosalin: Lord Capulet'in qardaşı qızı və əvvəlcə Romeonun böyük sevgisi Piter, Samson və Qreqori: Lord Capuletin evindəki xidmətçilərMontekki sülaləsi Lord Montekki: Montague sülaləsinin başçısı Lord Montekkinin həyat yoldaşı: Montague sülaləsinin başçısı Romeo: Lord Montaqanın 17 yaşlı oğlu. (Əsərin ən vacib 2 rolundan biri) Benvolio: Romeonun əmisi oğlu və ən yaxın dostu Abram və Baltazar: Lord Montegue'nin evindəki xidmətçilərDigərləri Keşiş Lorenso: Franciscan məzhəbi keşişi. Romeonun sirdaşı Keşiş Covanni: Keşiş Laurence -in Romeoya məktubunu çatdıran Əczaçı: Romeoya zəhər satan Xor: 1-ci və 2-ci hissə girişlərində "giriş" mətnlərini oxuyanlar == Mövzu və süjet == İtaliyanın Verona şəhər dövlətinin zəngin və zadəgan ailələrindən olan Montekki və Kapuletti ailələri arasında keçmiş illərə aid bir düşmənçilik var.
Romeo və Cülyetta (1968)
"Romeo və Cülyetta" (ing. Romeo and Juliet) — rejissor Franko Zeffirellinin filmi. == Məzmun == Bu məşhur əhvalat orta əsrlər Veronasında baş verir. Düşmən ailələrdən olan iki gənc bir-birilərinə aşiq olurlar. Tale onları birləşdirmir və onların birgə olmasına bir neçə amil öz təsirini göstərir. Təkcə ölüm onları bu acı taleyin əlindən qurtarır. Və beləcə bu məhəbbət əsrlər boyu yaşayır.
Romeo və Cülyetta (Prokofyev)
Romeo və Cülyetta (ing. Romeo and Juliet , rus. Ромео и Джульетта) – rus bəstəkarı Sergey Prokofiyev tərəfindən ingilis şairi Uilyam Şekspirin "Romeo və Cülyetta" pyesinin motivləri əsasında bəstələnmiş balet. Bu balet dünyada ən çox səhnələşdirilən və əksər böyük balet şirkət və teatrlarının repertuarına daxil olan əsərlərdəndir. Prokofiyev baletin musiqisini orkestr üçün üç süitası və bəzi pianino işləri əsasında formalaşdırmışdır. == Tarixi == Balet Sergey Radlov və Adrian Piotrovski tərəfindən (o əvvəlcə Romeo və Cülyetta mövzusunun Prokofiyevin özü tərəfindən işlənməsini məsləhət görmüşdür) yaradılmış libretto əsasında, Prokofiyev tərəfindən 1935-ci ilin sentyabrında, Kirov Baletinin (indiki Mariinski teatrı) sifarişi ilə tamamlanmışdır. Orijinal halında balet "xoşbəxt" sonluqlu olsa da, iki tanınmış tənqidçi – "Pravda" qəzetinin tənqidçilərindən biri olan Şostakoviç və "azmış modernistlər"dən olan Piotrovskinin də aralarına daxil olduğu bir çox tənqidçilərin mənfi rəylərindən sonra əsərə bir az diqqət çəkiçi və həyəcanlandırıcı səhnələr əlavə edilmişdir. Baletin musiqisinin yaradılmasında istifadə edilmiş süitalar əvvəlcədən Moskvada və ABŞ – da dinlənilmiş olsa da, tam halda balet 30 dekabr, 1938-ci ildə Çexoslovakiyanın Brno şəhərində ictimayətə təqdim edilmişdir. Əsərin bu gün daha çox istifadə olunan önəmli versiyası isə Leonid Lavrovskinin xareoqrafik quruluşunda, baş rollarda Qalina Ulyanova və Konstantin Sergeyev olmaqla 11 yanvar, 1940-cı ildə Sankt-Peterburq (o zamankı Leninqrad) şəhərindəki Mariinski teatrında (o zamankı Kirov teatrı) təqdim edilmişdir. 1962-ci ildə Ştutqart Baletində "Romeo və Cülyetta" baletinin Con Krankonun təqdimatında təqdim edilməsi ilə şirkət dünya şöhrəti qazanmışdır.
Romeo və Cülyetta (dəqiqləşdirmə)
Romeo və Cülyetta — Uilyam Şekspirin pyesi. Romeo və Cülyetta (film, 1968) — film. Romeo və Cülyetta (Prokofyev) — musiqi əsəri.
Romeo və Cülyetta (film, 1968)
"Romeo və Cülyetta" (ing. Romeo and Juliet) — rejissor Franko Zeffirellinin filmi. == Məzmun == Bu məşhur əhvalat orta əsrlər Veronasında baş verir. Düşmən ailələrdən olan iki gənc bir-birilərinə aşiq olurlar. Tale onları birləşdirmir və onların birgə olmasına bir neçə amil öz təsirini göstərir. Təkcə ölüm onları bu acı taleyin əlindən qurtarır. Və beləcə bu məhəbbət əsrlər boyu yaşayır.
Yuxarı Cülyan
Yuxarı Cülyan, Cülyan (?-2015) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Müdri kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Müdri kənd inzibati ərazi dairəsi tərkibindəki Cülyan kəndi Yuxarı Cülyan kəndi adlandırılmışdır.
Zəngiçay (Cülyan) kanyonu
Zəngiçay (Cülyan) kanyonu Girdimançay kanyonunun çıxışında ona qovuşur və özlüyündə Girdimançayın eyniadlı qolunun ensiz (bəzi yerlərdə bir neçə metr) və dərin (400-450m) girintili-çıxıntılı dərəsi ilə təmsil olunur; o, şimaldan cənuba Namazgah sinklinalının qeyd olunan qanadını kəsir və şimalda bənzərsiz gözəlliyi ilə göz oxşayan və ölçüsünün böyüklüyünə görə (sahəsi təxminən 100 kv.km, dərinliyi 1300-) güclü təsir bağışlayan həlqəvi formalı Müdrəsə çuxurunun bütün su axınını özündən keçirir.
Çığırğan cüllüt
Çığırğan cüllüt (lat. Vanellus gregarius)) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir. == Qısa təsviri == Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir .
Cul
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Bül-Bül
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
Gül-gül
Gül-gül - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül

Cil
Cil (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Cil (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonunda kənd.
Cüz
Cüz — Cüz' (جزء, cəm halda اجزاء aczâ') kəlməsi "hissə" mənasını verir. "Quran" ilə bağlı bir termin olan bu söz, Quranın bərabər uzunluqda bölmələrə ayrılmış hissələrindən birini ifadə edir. Müəyyən bir müddət ərzində Quranı oxuyub bitirmək istəyən oxuyucuya, gündə nə qədər oxuyarsa, hədəflədiyi tarixdə bitirə biləcəyini göstərmek üçün mushafların kənarlarına cüz, hizip və rubu' kimi işarələr təsvir olunur. Bu işarələrin müəyyənləşdirilməsində bəzən söz sayları, bəzən də hərf sayları əsas götürülür. Cüz saylarının müəyyən olnmasında "30 günlük Ramazan aylarında təravih namazlarında Quranın tamamını xətm etmək istəyən adam bir gecədə nə qədər oxumalıdır" yanaşmasına əsasən 30 sayı geniş yayıldığından istifadə olunmuşdur. Cüzlər müəyyən bir səhifə sayını göstərməsə də xəttatların Quranı əzbərləmək üçün inkişaf etdirdikləri bərkənar mushaf səviyyəsində, bir cüz 20 səhifə tutacaq şəkildə hesablanmışdır. Ümumilikdə 600 səhifədir. Cüzlərin başlanğıclarını göstərmək üçün müshafların kənarlarına, günəşi təsvir edən edən bir bəzək təsvir edilir və bu bəzəyin içərisinə cüzün nömrəsi yazılır. Cüzlər bəzi müshaflarda 2, bəzilərində də 4 hizip tutan daha kiçik hissələrə ayrılırlar.. Cüzlər adlandırılarkən bəzən cüzün sıra nömrəsi, bəzən də bu cüzdəki ilk ayənin bir neçə kəlməsi istifadə olunmaqdadır.
Gül
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Kül
Kül, kül elementləri üzvi maddələri (bitki, meşə döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla da qida maddələrinin çatışmamasını təyin etmək olar. Ca, K, Na, Cl və S elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd təsərrüfatında küldən kalium gübrəsi kimi geniş istifadə olunur. Küldə bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər də var.
Tül
Tül (şəhər)
Jül
Jül (fr. Jules) — ad.
Bül-bülə
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). == Tarixi == Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Abdulla Gül
Abdulla Gül (türk. Abdullah Gül; 29 oktyabr 1950[…], Kayseri) — Türk siyasətçisi, iqtisadçısı və Türkiyə Respublikasının 11-ci prezidenti. Abdullah Gül 2007-2014-cü illərdə prezident vəzifəsində, 2002-2003-cü illər arasında 4 ay Türkiyənin Baş naziri vəzifəsində çalışıb. 2003-2007-ci illərdə isə Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışıb.Gül 1991, 1995, 1999, 2002 və 2007-ci illərdə Türkiyədə keçirilən ümumi seçkilərdə Kayseri millət vəkili olaraq parlamentə daxil olub. Öncədən Rifah Partiyasının üzvü olsa da, lakin 1998-ci ildə bu partiya dünyəvi respublika prinsipinə zidd hərəkətlərinə görə ləğv edildikdən sonra Fəzilət Partiyasına qoşulub. O, Fəzilət Partiyasının 1-ci növbədənkənar qurultayında sədrlik üçün Rəcai Kutanla yarışıb. O, 521 səslə 2-ci yeri tutub və sədr seçilə bilməyib. Gül 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyasının qurucu üzvü kimi Partiyanın yaranmasında mühüm rol oynayıb.Abdullah Gül 2002-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə AK Partiya qalib gəldikdən sonra baş nazir oldu və 58-ci Türkiyə hökumətini qurdu. Gül hökuməti tərəfindən Rəcəb Tayyib Ərdoğana qoyulan siyasi qadağa aradan qaldırıldıqda, Ərdoğan 2003-cü ildə Türkiyə parlament seçkiləri ilə parlamentə daxil oldu və baş nazir olaraq 59-cu Türkiyə hökumətini qurdu. Ərdoğan hökuməti kabinetində Baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrində çalışan Gül 2007-ci ildə Türkiyədə keçirilən prezident seçkilərində prezident seçilərək, 2014-cü ilə qədər bu vəzifəni davam etdirib.
Abdullah Gül

Cal (Unix)
Cal — Unix və ya *nix əməliyyatlar sistemlərində verilən ayı və ya ili ASCİİ formatında ekrana verən standardard proqramdır. cal ilə hər hansı əlavə verilməzsə, onda hal-hazırkı ayı ekrana verəcək.
Cil (Göyçə)
Jil — Sevan mahalında Çəmbərək rayonunda (Çəmbərək rayonundan Sevan mahalına aid olan cəmi 5 kənddən biri) == Tarixi == Krasnoselo rayonunu Vardenis rayonundan ayıran birinci kənd. Tarixi mənbələrə görə XII əsrdə bina edilmişdir. Jil – İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 28 km cənub-şərqdə, Sevan gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. F.Kırzıoğlu Cilkəndi formasında qeyd qeyd edir. İndiki Çəmbərək rayonu yaradılana qədər (31.XII.1937) Vardenis rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir. "Cil" toponimi Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən cil sözü əsasında əmələ gəlmişdir. Bu söz Qazax dialektində "otun bir növü", Naxçıvan dialektində "ağacın kökü" mənasında işlənir.
Cil (Lənkəran)
Cil — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şağlaser inzibati ərazi vahidində kənd. Cil çayının sahilində, Lənkəran ovalığında yerləşir. == Coğrafiyası == Rayonu mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran ovalığında, dəniz səviyyəsindən aşağıda yerləşir. Şərqdən Limanı şəhəri və Marso (Ürgə) kəndi, qərbdən Xarxatan kəndi ilə həmsərhəddir. 602 ailə təsərrüfatı olmaqla 597 hektar ərazisi var.[mənbə göstərin] == Əhalisi == Əhalisi 2454 nəfərdir. == Toponimiyası == Oykonim "bataqlıq yer", "sucaq yer" mənasındadır. Kənd öz adını hazırda qurudulmuş eyni adlı göldən almışdır. Tarixi mənbələrə görə, kəndin adı Gilan vilayətindən köçən Cil tayfasının adından götürülmüşdür. == İqtisadiyyatı == Kənddəki təsərrüfat Lenin adına sovxozun tərkibində fəaliyyət göstərmişdir. Əhali tərəvəzçilik, çayçılıq və heyvandarlıqla məşğul olmuşdur.
Cil (bitki)
Cil və ya cəyən (lat. Carex) - cilkimilər fəsiləsinə aid bitki cinsi.
Cil Abramson
Cil Ellen Abramson (19 mart 1954-cü ildə anadan olub) — Amerikalı müəllif və jurnalistdir. The New York Times qəzetinin keçmiş icraçı redaktoru kimi tanınır; Abramson bu vəzifəni 2011-ci ilin sentyabrından 2014-cü ilin may ayına qədər tutmuşdur. O, 160 illik tarixində ilk qadın icraçı redaktordu. Abramson 1997-ci ildə New York Times qəzetinə qatılıb, redaktor adlandırılmadan əvvəl Vaşinqton bürosunun müdiri və idarəedici redaktoru olaraq çalışmışdı. Əvvəllər The Wall Street Journal-da istintaq müxbiri və büro müdirinin müavini kimi də çalışıb.2016-cı ilin mart ayında ABŞ-nin "Guardian" qəzetinə siyasi köşə yazarı olaraq işə qəbul edilib. Abramsonun kitabı Donald Trump tərəfindən düzgünlüyünə görə təriflənsə də, 2019-cu ildə "Tacirləri Həqiqət" kitabında plagiat keçidlər və çoxsaylı faktiki səhvlər olduğu aşkarlandıqdan sonra jurnalistlər tərəfindən geniş tənqid aldı.2012-ci ildə ən güclü qadınlar siyahısında Beşinci sırada yer alıb. Xarici Siyasətçilər tərəfindən o, dünyanın ən güclü 500 insanından biri seçilib. == Həyatı və təhsili == Abramson Nyu York şəhərində anadan olub və yəhudi evində böyüyüb. Orta məktəb diplomunu Etik Mədəniyyət Fieldston Məktəbindən, Harvard Universitetindən və Radcliffe Kollecindən almışdır. == Karyera == Harvard lisenziyası alarkən, Harvard Müstəqilliyinin İncəsənət Redaktoru idi və 1973-cü ildən 1976-cı ilə qədər Time jurnalında işləyib.
Cil bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Col (Maku)
Col (fars. جل‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (7 ailə).
Cüt ulduz
Bir cüt ulduz (Nijusei) yuxarıdan Ulduz da eyni istiqamətdə yaxın bir cisimə aiddir. Çılpaq gözlə bir ulduza bənzəyir, lakin teleskopla müşahidə edildikdə onu iki yerə bölür. Bir-birinin ulduzlarının bir-birlərini cəlb etdikləri və orbit çəkdikləri bir cisimə "ikili ulduz" deyilir. İkili ulduzlara real görünüş ikili, spektral ikili və tutulma ikili daxildir. Yalnız yerdən görünən istiqamətə uyğun bir cisimə "görünən cüt ulduz" deyilir. == İkili == === Görmə ikili === Bir teleskop tərəfindən müşahidə edilən və iki ulduza ayrılan və hər iki ulduzun da fırlanan ikili ulduz. Centaurus Alpha Star, Bizim Ursa Major Zeta Ulduz (Mizar) Bir Ulduz, B Ulduz və s. === Spektral ikili === Ayrı-ayrı bir teleskop tərəfindən müşahidə olunmayan, lakin fırlanan hərəkətlə əlaqəli görmə xətti sürətində dövri dalğalanmalar səbəbindən spektral xətlərdə dövri dalğalanmalarla müşahidə olunan ikili ulduz. === tutulma ikili === Ayrıca ərzaq dəyişkən ulduz adlanır. Qaranlıq bir ulduzun ulduzun parlaqlığını dəyişdirərək parlaq bir ulduz ətrafında fırlandığı ikili bir ulduz.
Cüt ədəd
Cüt və tək ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. == Cüt ədədlər == Cüt ədədlər - sonu 0,2,4,6 və 8 rəqəmlərindən biri ilə qurtaran natural ədədlərə cüt ədədlər deyilir. Cüt ədədlər 2 - yə qalıqsız bölünür Cüt ədədlərin ən kiçiyi 2 - dir Cüt ədədlər sonsuz saydadır Cüt ədədin ümumi şəkli: C=2n;( n ∈ N {\displaystyle n\in \mathbb {N} } ) == Tək ədədlər == Tək ədədlər - sonu 1,3,5,7 və 9 rəqəmlərindən biri ilə qurtaran natural ədədlərə tək ədədlər deyilir.
Cüt ədədlər

Gül (Sulduz)
Gül (fars. گل‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 827 nəfər yaşayır (146 ailə).
Gül (Çaldıran)
Gül (fars. گل‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (15 ailə).
Qul dul qadın (film, 1967)
Qul dul qadını (yap. 奴隷未亡人 Dorei mibōjin, ing. Slave Widow) – 1967-ci ildə istehsal olunmuş Yaponiya Erotik filmidir. Baş rolda Noriko Tatsumi iştirak edir. == Məzmun == Mitsukonun əri böyük borc ilə onu tərk edərək öləndə, o varlı kreditorunun Kitonun seksual qulu olur. Kitonun oğlu Kazuhiko başqa bir varlı qızla evlənməsi gözlənilirdi. Lakin Kazuhiko Mitsukonu sevir, Mitsuko da onu... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Qul dul qadın — Internet Movie Database saytında.
Qul dul qadını (film, 1967)

Lyu Kvanq-çul
Lyu Kvanq Çul (kor. 류광철 / 柳光哲) - Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Lyu Kvanq Çul 1954-cü il iyunun 10-da anadan olmuşdur. 1978-ci ilin fevralında Seul Milli Universitetini Alman dili və ədəbiyyatı ixtisası üzrə (Koreya, Seul), 1987-ci ilin mayında İndiana Universitetini (ABŞ, İndiana, Bluminqton) bitirmişdir. 1981-ci ilin mayında Ali Diplomatiya Xidməti üzrə imtahandan keçmişdir. 1981-ci ilin dekabr ayından Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 1987-ci ilin dekabrından Koreyanın Keniya Respublikasındakı Səfirliyində ikinci katib, 1990-cı ilin iyun ayından Koreyanın Avstriya Respublikasındakı Səfirliyində və Koreyanın Vyanadakı Beynəlxalq Təşkilatlar üzrə Daimi Nümayəndəliyində birinci katib, 1995-ci ilin dekabrından Koreyanın Almaniya Federativ Respublikasındakı Səfirliyində məsləhətçi, 1999-cu ilin iyulundan Koreyanın İraq Respublikasındakı Səfirliyində məsləhətçi, 2001-ci ilin yanvarından Xarici İşlər və Ticarət Nazirliyinin Siyasi Planlaşdırma və Beynəlxalq Təşkilatlar İdarəsində Tərk-silah və atom enerjisi şöbəsində direktor, 2002-ci ilin dekabrından Koreyanın BMT-dəki Daimi Nümayəndəliyində (Nyu-York, ABŞ) nazir-məsləhətçi, 2006-cı ilin martından Koreyanın Azərbaycan Respublikasındakı Səfirliyində müvəqqəti işlər vəkili vəzifələrində çalışmışdır. 2007-ci ilin yanvarından Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.
Lyu Kvanq Çul

Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Cut
Cut (lat. Corchorus) - əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Cut:The Plant List saytında takson barədə məlumat.
Dul
Dul — Ərinin ölümündən sonra ərə getməmiş qadın və ya arvadının ölümündən sonra evlənməmiş kişi.
Pul
Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir: Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr; Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir.Pullar iki formada ola bilər: nağd nağdsız == Tarixi == Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır. İbtidai icma quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi baş vermişdir.
UCL
London Universitet Kolleci (ing. University College London) — Londonun mərkəzində, Qover küçəsində (ing. Gower street) yerləşən London Universitetinin ilk və ən iri məktəbi. Əsası 1826-cı ildə qoyulan və London Universiteti adlanan məktəb İngiltərədə yaradılmış üçüncü ali təhsil ocağı hesab olunur. Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitetinin digər məktəbləri ilə birlikdə, London Universitet Kolleci (LUK) Oksford və Kembric Universitetləri ilə yanaşı "Qızıl üçbucaq" adlı üçlük yaradır. London Universitet Kollecinin ştatına 53 London Kral Cəmiyyəti, 51 Britaniya Akademiyası, 15 Kral Mühəndislik Akademiyası və 117 Tibb Elmləri Akademiyasının üzvləri daxildir. Ali məktəbin keçmiş və indiki tələbələri, fakültə üzvlərindən 29u Nobel mükafatına layiq görülmüşdür (fəxri məzunlar və elmi işçilər nəzərə alınarsa, 40 Nobel mükafatı laureatı). İki məzun və hal-hazırkı fakültə üzvlərindən biri Riyaziyyat üzrə Filds medalına layiq görülmüşlər. Böyük Britaniya universitetləri arasında dövlət büdcəsindən maliyyələşən (araşdırmalara ayrılan büdcə hissəsindən) universitetlərin ilk üçlüyünə daxil olan LUK (UCL) son illərdə ABŞ-nin Yel Universiteti ilə birgə multidisiplinar əməkdaşlığa başlamışdır.
XUL
XUL - ing. XUL <zu:l> (Extensible User-interface Language) – dinamik istifadəçi interfeyslərini yaratmaq üçün XML-əsaslı nişanlama dili. XUL dili brauzerlər, poçt müştəriləri və s. kimi proqramlarda interfeyslərin yaradılması üçün işlənib hazırlanıb. Lakin veb-resurslarla aktiv qarşılıqlı əlaqədə olan istənilən tətbiqi proqramın yaradılmasında XUL effektli istifadə oluna bilər. == Nümunə == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çum
Çum (rus. Чум) — Sibirdə inşa edilən milli-ənənəvi ev.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Çil-çil ördək
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
Çil-çil ördəklər

CAD/CAM
CAD (Computer-Aided Design; Avtomatlaşdırılmış layihələndirmə (konstruksiyaetmə) sistemi) və CAM (Computer-Aided Manufacturing; Avtomatlaşdırılmış hazırlama sistemi) sistemlərinin inteqrasiya olunması ilə yaradılmış, CNC dəzgahlar üçün hissənin verilmiş cizgisi və ya 3D modeli əsasında idarə proqramlarının hazırlanmaı üçün proqram paketidir. CAD və CAM isitemlərinin bir iş yerində birləşməsi həm verilmiş hissənin konstruksiya edilməsini və sonra, həm də onun bazasında emal texnologiyasının ardıcıllığını, alət seçimini və kəsmə parametrlərini təyin etməyə imkan verir. Bu sistemdə işlənmiş texnoloji proses nəticəsində alınan NC proqramlar postprosessorun köməyi ilə dəzgahın CNC sisitemi üçün lazım olan şəkildə verilir. Bunun bazasında verilmiş hissəni dəzgahda emal etmək olur. CAD/CAM sistemi CAx prosesinin tərkib hissəsi olub müasir maşınqayırmada geniş tətbiq olunur.