Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cüneyd Arkın
Cüneyt Arkın (türk. Cüneyt Arkın, əsl adıyla: Fahrettin Cüreklibatır; 8 sentyabr 1937, Odunpazarı[d], Əskişəhər ili[d] – 28 iyun 2022, İstanbul) — Türkiyə kino aktyoru. 500-ə yaxın filmdə rol almışdır. Səhnə adı ilə Malqoçoğlu, Batdal Qazi, Qara Murad adlandırılır. == Həyatı == Əskişəhərin mərkəzində Qaraçay kəndində anadan olub. Babası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur. Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsindən məzun oldu. Əslən noqaydır. == Fəaliyyəti == Əskişəhərdə ehtiyat zabit olaraq səfərbərliyini edərkən, Göksəl Arsoy-un baş rol oynadığı Şəfəq Qorumaları filminin çəkilişləri zamanı rejissor Xalid Rafiqin diqqətini cəlb edib. Hərbi xidmətini bitirdikdən sonra Adana ətrafında həkimlik edib.
Cüneyd Bağdadi
Əbülqasim əl-Cüneyd ibn Məhəmməd əl-Xəzzaz əl-Kəvariri əl-Bağdadi (ərəb. ابو القاسم الجنيد ابن محمد الخزاز القواريري البغدادي ‎), (fars. جنید بغدادی‎) ( 816-826 (və yaxud 201-210 Hicri tarixi), Bağdad — 909, Bağdad) — fars mənşəli İslam alimi,,. == Fəlsəfəsi == İcmaçı yönümlü sufizmin ən parlaq ifadəçisi Cüneyd Bağdadi idi. Heç də təsadüfi deyildi ki, Cüneyd Bağdadi sufilərin həm də ən nüfuzlularından idi, seyyid ət-taifə (sufi tayfasının ağası) adlandırılmışdı. İcmaçı yönümlü sufizm Allahı dərk edərək həqiqətə çatan insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini, müxtəlif icmaları yaradırdı. Sonradan sufizmin başqa yönümü – zadəgan yönümü formalaşdı. Əgər sufizmin icmaçı yönümü Allahın anlaşılmasında teizm mövqeyində, transsendental mövqedə dururdusa, sufizmin zadəgan yönümü Allahın mövcudluğunu panteist mövqedən mənalandırırdı. Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm tərəfdarlarının antropomorfizminə qarşı çıxaraq Allahı təbiətin fövqündə duran bir varlıq kimi deyil, bir Dünya Ruhu olaraq qəbul edir və əslində, bununla da, zadəgan dünya anlamını bərpa etmiş olurdular. Sufizmin zadəgan yönümü həqiqətə qovuşan insanı ən kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün təcəssümünü tapır.
Cüneyd Şah
Cüneyd Şah (1992, Srinaqar[d] – 16 iyul 2020, Srinaqar[d]) — Hindistan aktyoru və modeli. Bolid aktyor Ranbir Kapoor ilə bənzərliyi səbəbindən ayrı bir fan bazasına sahib idi.
Şeyx Cüneyd
Şeyx Cüneyd (1429, Ərdəbil – 1460) — Səfəvi təriqətini rəhbəri (1447–1460), Şeyx Heydərin atası, Şah İsmayıl Xətainin babası. == Həyatı == Şeyx İbrahim vəfat etdikdən sonra 1447-ci ildə onun böyük oğlu Cüneyd ordenin başçısı oldu. O, Ərdəbiliyyə və ya Səfəviyyə kimi tanınan təriqətin beşinci lideridir. İlk dövrlərdə daha çox Azərbaycanda təsir dairəsinə malik olan bu təriqət sonralar Suriya, İraq və xüsusilə Anadoluda yaşayan dini həyata öz təsirini göstərmişdir. Mərkəzi xanəgah Ərdəbildə olsa da, ordenin yayıldığı coğrafiyalardakı müridlər öz müdriklərinə sıx bağlı idilər. Osmanlı İmperiyasındakı müridlər də Ərdəbil xanəgahına vergi ödəyirdilər. Bu səbəbdən Şeyx Cüneydin qüvvətli təsir gücündən çəkinən hökmdarlar onun öz torpaqlarında yaşamsından narahatlıq duyurdular. Ərdəbil şeyxlərinin dövrün dövlət başçıları ilə görüşləri və əlaqələri Şeyx Cüneyddən başlamamışdır. Lakin əvvəlki münasibətlər din və dünya işlərinin ayrılması əsasında davam etdiyi halda, bu vəziyyət Şeyx Cüneyd dövründə dəyişdi. Şeyx Cüneyd dövlət qurmaq ideyası ilə hərəkət edərək Səfəvi təriqət icmasından dini dövlət yaratmaq üçün addımlar atdı.
Şeyx Cüneyd Bağdadi
Əbülqasim əl-Cüneyd ibn Məhəmməd əl-Xəzzaz əl-Kəvariri əl-Bağdadi (ərəb. ابو القاسم الجنيد ابن محمد الخزاز القواريري البغدادي ‎), (fars. جنید بغدادی‎) ( 816-826 (və yaxud 201-210 Hicri tarixi), Bağdad — 909, Bağdad) — fars mənşəli İslam alimi,,. == Fəlsəfəsi == İcmaçı yönümlü sufizmin ən parlaq ifadəçisi Cüneyd Bağdadi idi. Heç də təsadüfi deyildi ki, Cüneyd Bağdadi sufilərin həm də ən nüfuzlularından idi, seyyid ət-taifə (sufi tayfasının ağası) adlandırılmışdı. İcmaçı yönümlü sufizm Allahı dərk edərək həqiqətə çatan insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini, müxtəlif icmaları yaradırdı. Sonradan sufizmin başqa yönümü – zadəgan yönümü formalaşdı. Əgər sufizmin icmaçı yönümü Allahın anlaşılmasında teizm mövqeyində, transsendental mövqedə dururdusa, sufizmin zadəgan yönümü Allahın mövcudluğunu panteist mövqedən mənalandırırdı. Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm tərəfdarlarının antropomorfizminə qarşı çıxaraq Allahı təbiətin fövqündə duran bir varlıq kimi deyil, bir Dünya Ruhu olaraq qəbul edir və əslində, bununla da, zadəgan dünya anlamını bərpa etmiş olurdular. Sufizmin zadəgan yönümü həqiqətə qovuşan insanı ən kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün təcəssümünü tapır.
Şeyx Cüneyd türbəsi
Şeyx Cüneyd türbəsi — Qusar rayonunun Həzrə kəndi ərazisində yerləşən XVI əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi. Şirvanşahlar və Ərdəbil hakimlərinin mübarizə tarixindən məlumdur ki, Qusar rayonu ərazisində 1456-cı ildə I Xəlilullahın başçılıq etdiyi Şirvanşahlar və Şeyx Cüneydin başçılıq etdiyi Qızılbaşlar arasında baş vermiş döyüşdə, ikinci ordunun rəhbəri öldürülmüşdür. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir. Şeyx Cüneyd türbəsi planda hər tərəfi 7.23 metr ölçüyə malik olan kvadrat formalı tikilinin hər dörd divarında qapı yeri vardır. Türbənin divarları daxildə 1.42 m hündürlükdə kvadrat formalı, şahmat formasında düzülmüş mavi və qara-bənövşəyi rəngli kaşı plitələrlə üzlənmişdir. Kaşılar aşağı keyfiyyətlidir və onların üst təbəqəsi çatlarla örtülmüşdür. İnteryerin təyinedici detalı, kvadrat formalı həcmdən günbəzə keçidi təmin edən stalaktitlərdir. == Tarixi == Şeyx Cüneyd Şah İsmayıl Xətainin babasıdır. Şirvanşahlar və Ərdəbil hakimlərinin mübarizə tarixindən məlumdur ki, Qusar rayonu ərazisində 1456-cı ildə I Xəlilullahın başçılıq etdiyi Şirvanşahlar və Şeyx Cüneydin başçılıq etdiyi Qızılbaşlar arasında baş vermiş döyüşdə, ikinci ordunun rəhbəri öldürülmüşdür. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir.
Cüneyt Arkın
Cüneyt Arkın (türk. Cüneyt Arkın, əsl adıyla: Fahrettin Cüreklibatır; 8 sentyabr 1937, Odunpazarı[d], Əskişəhər ili[d] – 28 iyun 2022, İstanbul) — Türkiyə kino aktyoru. 500-ə yaxın filmdə rol almışdır. Səhnə adı ilə Malqoçoğlu, Batdal Qazi, Qara Murad adlandırılır. == Həyatı == Əskişəhərin mərkəzində Qaraçay kəndində anadan olub. Babası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur. Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsindən məzun oldu. Əslən noqaydır. == Fəaliyyəti == Əskişəhərdə ehtiyat zabit olaraq səfərbərliyini edərkən, Göksəl Arsoy-un baş rol oynadığı Şəfəq Qorumaları filminin çəkilişləri zamanı rejissor Xalid Rafiqin diqqətini cəlb edib. Hərbi xidmətini bitirdikdən sonra Adana ətrafında həkimlik edib.
Cüneyt Çakır
Cüneyt Çakır (23 noyabr 1976, İstanbul) — türkiyəli beynəlxalq dərəcəli futbol hakimi və sığortacı. Cüneyt Çakır köməkçiləri ilə birlikdə 6 sentyabr 2015-də Çempionlar Liqasının finalında Barselona- Yuventus matçını idarə edərək, bu turnirin finalında hakimlik edən ilk türk hakimi olmuşdur. == Hakimlik karyerası == İstanbul bölgəsi hakimi olan Cüneyt Çakır Kocaeli Universiteti işlətmə fakültəsinin məzunudur. Hazırda hakimliklə birlikdə sığortaçılıqla da məşğul olur. 1994 ildə hakimlik karyerasına başlayan Çakır, 1997 ildə C reytinqli və 1999 ildə isə B reytinqli hakim oldu. Türkiyə Futbol Federasiyasının qeydlərində olan ilk idarə etdiyi matç 18 Oktyabr 1996-cı il tarixli Beşiktaş A.Ş.-Samsunspor matçıdır, bu oyunda o, yardımcı hakim vəzifəsini görürdü. Yüksək reytinq hakimi kateqoriyasına 2001-ci ildə yüksələrkən, Türkiyə Super Liqasındakı ilk oyununa da eyni ildə çıxmışdı. Super Liqadakı ilk matçı Malatyaspor-Çaykur Rizespor matçıdır. 2006-cı ildə FİFA dərəcli hakim olan Cüneyt Çakır, göstərdiyi uğura görə 2007-ci ildə Avropanın istedadlı hakimlərinin dəvət edildiyi isveçli keçmiş hakim Karl-Erik Nilssonun rəhbərliyi altında keçirilən Mentör Proqramına dəvət edilmiş və buradakı üstün müvəffəqiyyətinə görə UEFA tərəfindən yüksək səviyyəli müsabiqələrdə tapşırıq verilmişdir. 2007-ci ildə Avstriyada təşkil edilən 19 yaşlılar arası Avropa Çempionatının final mərhələsinə dəvət olunan Cüneyt Çakır bu turnirdə Fransa-Serbiya və İspaniya-Portuqaliya arasında oynanan qrup oyunlarını idarə etmişdir.
Cüneyt Ölçer
Cüneyt Şəfiq Ölçər (1925, Ankara, Ankara vilayəti – 1990) — Türk numizmat və yazıçı. Türkiyə Respublikası Mədəniyyət Nazirliyi Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin sədri vəzifəsində çalışıb. == Həyatı == Cüneyt Ölçər 1925-ci ildə Ankarada anadan olub. Orta təhsilini Ankarada alıb. 1942-ci ildə Ali Mühəndislik Məktəbinə daxil olub. 1948-ci ildə İstanbul Texniki Universitetini bitirib. Daha sonra 9 il Avtomobil Yolları Baş İdarəsində çalışıb. Peşəsində təcrübə keçmək və ixtisası üzrə mütəxəssisləşmək üçün Amerika Birləşmiş Ştatlarına göndərilmişdir. Türkiyəyə qayıtdıqdan sonra isə əmlakçı olaraq çalışmışdır.Əmlakçı kimi çalışdıqdan sonra Bursa Sənaye Bölgəsi Müdiri, İllər Bankı Planlaşdırma Departamenti, Türkiyə İş Bankı İnşaat Əmlak İstanbul şöbəsi müdir müavini vəzifələrində çalışıb. 1976-cı ildə təqaüdə çıxan Ölçər 1980-ci ildə Mədəniyyət Nazirliyində Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin sədri vəzifəsində çalışıb.
Cüneyt Ölçər
Cüneyt Şəfiq Ölçər (1925, Ankara, Ankara vilayəti – 1990) — Türk numizmat və yazıçı. Türkiyə Respublikası Mədəniyyət Nazirliyi Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin sədri vəzifəsində çalışıb. == Həyatı == Cüneyt Ölçər 1925-ci ildə Ankarada anadan olub. Orta təhsilini Ankarada alıb. 1942-ci ildə Ali Mühəndislik Məktəbinə daxil olub. 1948-ci ildə İstanbul Texniki Universitetini bitirib. Daha sonra 9 il Avtomobil Yolları Baş İdarəsində çalışıb. Peşəsində təcrübə keçmək və ixtisası üzrə mütəxəssisləşmək üçün Amerika Birləşmiş Ştatlarına göndərilmişdir. Türkiyəyə qayıtdıqdan sonra isə əmlakçı olaraq çalışmışdır.Əmlakçı kimi çalışdıqdan sonra Bursa Sənaye Bölgəsi Müdiri, İllər Bankı Planlaşdırma Departamenti, Türkiyə İş Bankı İnşaat Əmlak İstanbul şöbəsi müdir müavini vəzifələrində çalışıb. 1976-cı ildə təqaüdə çıxan Ölçər 1980-ci ildə Mədəniyyət Nazirliyində Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin sədri vəzifəsində çalışıb.
Cüneyt Özdəmir
Cüneyt Özdəmir (türk. Cüneyt Özdəmir; 8 fevral 1970, Ankara) — Türkiyəli jurnalist, televiziya və sənədli film istehsalçısı, yazar, TV aparıcısı. == Həyatı == Cüneyt Özdəmir, 8 fevral 1970-ci ildə Ankarada anadan olmuşdur. İki bacısı var. İbtidai və orta təhsilini Yüksəliş Kollecində tamamlayan Cüneyt Özdəmir, tam orta təhsilini(10–11-ci sinif) isə Ankara Atatürk Liseyində tamamlamışdır. Ankara Universiteti, Rabitə fakültəsinin Radio, Televiziya və Kino bölümünün məzunudur. 1993-cü ildə British Council Təqaüd Proqramı alaraq Londonda multimedia təhsili aldı. Cüneyt Özdəmir, 2016-cı ilin aprel ayında ilk evliliyini etmişdir. Həyat yoldaşı reklamcı Ayşə Bali olmuşdur. Daha sonra boşanan jurnalist, 3 fevral 2011 tarixində rejissor Türkər İnanoğlu və aktrisa Gülşən Bubikoğlunun qızı olan Zeynəb İnanoğlu ilə Paris Səfirliyində evləndi.
Cumeyd Palması
Cumeyra palması (ərəb. نخلة الجميرة‎) — Birləşmiş Ərəb Əmirliklərindəki Dubay əmirliyinin dəniz sahilinə yaxın süni ada. Nakheel developer şirkəti tərəfindən yaradılıb. Palma adalarından biridir.
Cübeyl
Cübeyl (ərəb. جبيل‎ Jubayl; finik. GBL) və ya Bibl (q.yun. Βύβλος Büblos) — Livanda, Dağlıq Livan mühafəzəsində şəhər. Aralıq dənizi sahilindədir.Şəhərin qurulma tarixi dəqiq olaraq bilinmir. Bəzi mütəxəssislər bu şəhərin tarixinin 7,000 il əvvələ qədər çatdığını təxmin edir. Həmçinin, şəhərə yunanca papirus mənasını verən "Bibl" adı verilmişdir, çünki Cübeyl vaxtilə papirus ticarətinə hakim bir liman şəhəri idi. Cübeyl e.ə. III əsr və e.ə. II əsr arasında Misir fironlarının idarəsi altında olan bütün Finikiya sahilinin həm dini, həm də ticari paytaxtı idi.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. KəndlərGüney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə)ŞəxslərYılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Ağız güneyi
Ağız guneyi — Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində yüksəklik; Ağız guneyi — Qubadlı rayonu ərazisində yüksəklik.
Hüneyn döyüşü
Hüneyn Döyüşü (ərəbcə: غزوة حُنين); Hicrətin səkkizinci ilində, miladi təqvim ilə 630-cu ildə, Məkkənin fəthindən dərhal sonra Hüneyn Vadisində meydana gəldi. Müharibə İslamın qurucusu və son peyğəmbər Məhəmməd (s.a.v) əmrindəki İslam ordusu ilə Taif bölgəsindəki Havazin və Sakif qəbilələri arasında baş verdi. Bütpərəstlərin basqınları və Məkkənin yeni müsəlmanlarının iştirakı sayəsində, Hüneyn yürüşünün başlanğıcında İslam ordusu sarsıldı və hətta İslamın qurucusu Məhəmməd peyğəmbərin həyatı təhlükə altında qaldı. Lakin nəticədə müsəlmanlar qalib gəldilər və çoxlu qənimət əldə etdilər. Bu rəvayətlərin bəziləri məsəl ənənəsinin əksidir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir.Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur. == Hüneyn Muharabəsi"nin Səbəbləri == Hüneyn müharibəsinin səbəbinin Havazin və Sakif qəbiləsinin görkəmli şəxslərinin İslamın banisi Məhəmməd peyğəmbərin Məkkəni fəth etməsindən sonra növbədə olduqlarını düşündükləri və o dövrdə Məkkədə olan müsəlmanlara hücum etmək qərarına gəldikləri barədə xəbər yayılır. Başqa bir düşüncəyə görə, bu müharibə Məhəmməd peyğəmbərin Məkkəni fəth etmək üçün Mədinədən yola düşdüyü zaman Havazin və Sakif qəbilələrinin bir araya gələrək, İslam ordusunun onlarla mübarizə aparmaq üçün hərəkətə keçdiyini düşünərək Hüneyn bölgəsində qərargah qurdular. == Hunayn döyüşünün hadisələri == === Müharibənin başlanması === Məhəmməd peyğəmbər ordunun əmrini düzəltdikdən sonra səhər qaranlığında əsgərləri ilə Huneyn vadisinə getdi.
İbn Cübeyr
Məhəmməd İbn Əhməd ibn Cübeyr ak-Kinani - ərəb şairi, Qranadda Almohadov həyətində xidmət etmişdir. 1183-cü ildə ibn Cübeyr Məkkəyə həcc ziyarətinə gedir. Səyahəti 2 il sürdü. Sonra Aralıq dənizi ilə üzərək ibn Cübeyr Aleksandiraya gəlir. O Misirə piramidaları görməyə gedir və Sfinskanı görür. Sonra yenidən Mosula qayıdır. Bu zaman o rus dilini öyrənir. 1189-1191-ci ildə ibn Cübeyr yenidən şərqə gedir, ancaq hara getdiyi bilinmir. Üçüncü səyahəti isə 1217 ildə edir ancaq rəhmətə gedir, gedı bilmir. Onun şeirləri bəzilər qalır onların əksəriyyəti Saladinaya həsr olunub.
Şineyd Malvi
Şineyd Malvi — 2009 Avroviziya Mahnı Müsabiqəsində İrlandiyanı təmsil edən müğənnidir. Müsabiqədə Black Daisy ilə birlikdə Et Cetera adlı mahnını səsləndirmişdir.
Əl-Cübeyl
Əl-Cübeyl (ərəb. الجبيل‎) — Səudiyyə Ərəbistanının Şərq vilayətində şəhər.
Ceyd
Ceyd (Mortal Kombat) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Güney (Qaraqoyunlu)
Güney — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən güney sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25. V. 1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Güney (Xudabəndə)
Güney (fars. گوناي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (45 ailə).
Güney Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni müsabiqələrin və mübarizənin sahəsi olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. 7-ci əsrdə bölgəni Xilafətin ələ keçirməsi ilə Cənubi Qafqazda İslam yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Güney dağı
Güney dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolununa aid Məzrəsuyal silsiləsinin cənub yamacında 1663,0 metr hündürlüyü olan dağ. Dağ Nursuçayın sol sahilində, Nursu kəndindən 600 m şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir.
Cuniyə
Cuniyə (ərəb. جونية‎) — Livanın qərbində şəhər, Kisrəvan—Cübeyl mühafəzəsinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 102,2 min (2012). == Coğrafiyası == Aralıq dənizi sahilində, dağlarlaəhatə olunmuş Cuniya buxtasında, Beyrutdan 20 km şimadadırdadır. Nəqliyyat qovşağıdır. Port. Paytaxt Beyrutu ölkənin şimalı ilə birləşdirən sahil avtomobil yolu Cuniyədən keçir. == Tarixi == Vətəndaş müharibəsinin başlamasından sonra (1975) sürətlə inkişaf etmişdir. == Memarlığı == Cuniyə turizm mərkəzidir; sahil boyunca çox saylı hotellər, restoranlar, əyləncə kompleksləri (o cümlədən Yaxın Şərqdə ən iri kazinolardan biri “Kazino dü Liban”) var. Şəhərin görməli yeri ətrafında 20-dək monastır və kilsənin (ən qədimi Paduyalı Müqəddəs Antoni kilsəsi, 1628) yerləşdiyi Müqəddəs Məryəm heykəlidir (tunc, 19-cu əsrin sonları).
Çubənd
Çubənd—Qaradağ vilayətinin Əhər mahalında yerləşən kənd. Hazırda Əhər şəhristanına bağlıdır. == Tarixi == Çubənd kəndi Qaradağın qədim kəndlərindəndir. Bu kənd tarixin bir çox olaylarına tanıqlıq edib. == Tanınmış simaları == Cəfər xan Çubəndi Nasir Dövran-şair. == Qalereya == == Mənbə == Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998, 192 səh.
Cunud
Cunud — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cunud Şəki rayonunun Baş Layski inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonimin XIII əsrdə monqolların tərkibində olmuş türkdilli sunnit tayfasının adından olması ehtimal edilir. == Əhalisi == Kəndin əhalisi 1010 nəfər təşkil edir ki, onun da 518 nəfəri kişi, 492 nəfəri isə qadındır. .
Cunya
Cunya — Yaponiya adı. Cunya Tanaka — Yaponiya futbolçusu. Cunya İto — Yaponiya futbolçusu.
Cuneus Prophetarum
Cuneus Prophetarum (alb. Çeta e profetëve, Azərbaycanca sözbəsöz tərcüməsi — Müqəddəslərin həyatı) — alban filosof Pyeter Boqdaninin yazdığı fəlsəfi, ilahiyyat və elmi traktatı. 1685-ci ildə Padua şəhərində alban və latın dillərində dərc olunmuşdur. Erkən alban ədəbiyyatının ən görkəmli əsəri sayılır. == Tarixi == Pyeter Boqdani Cuneus Prophetarum 1675-ci ildə bitirdi, amma xristian konqreqasiyası latın dilinə tərcümə olunmadığı üçün əsəri dərc etməyə imkan vermədi, On ildən sonra kitab Paduada kardinal Qreqorio Barbariqonun dəstəyi ilə nəşr olundu.Latın dilində tam adı — "Cuneus prophetarum de Christo salvatore mundi et eius evangelica veritate, italice et epirotice contexta, et in duas partes diuisa a Petro Bogdano Macedone, Sacr. Congr. de Prop. Fide alumno, Philosophiae & Sacrae Theologiae Doctore, olim Episcopo Scodrensi & Administratore Antibarensi, nunc vero Archiepiscopo Scuporum ac totius regni Serviae Administratore" Albizzi ailəsinin dəstəyi ilə traktat müvafiq olaraq 1691 və 1702-ci illərdə italiyan və alban dillərində yenidən nəşr edildi. İtalyanca adı — "L' infallibile verità della cattolica fede" == İstinadlar == === Ədəbiyyat === Elsie Robert. Albanian Literature - an overview of its history and development // Albanien: Geographie - Historische Anthropologie - Geschichte - Kultur - Postkommunistische Transformation / Peter Jordan.
Cuveyn şəhristanı
Cuveyn şəhristanı— İranın Rəzəvi Xorasan ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Niqab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 49,583 nəfər və 12,982 ailədən ibarət idi.
Cübənd (Əhər)
Cübənd (fars. جوبند‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (48 ailə).
Çunçyu dövrü
Çunszu dövrü ya Yaz-Payız dövrü (çin. sadə. 春秋時代, pinyin: Chūnqiū Shídài, hərfi mənası: "Çunszu Şiday") — Çin tarixində Çunszu səlnaməsinə əsasən e.ə. 722 - e.ə. 481 illəri əhatə edən bir dövr.Bu dövr Şərqi Çjou sülaləsinin başlanğıcına aid edilir.
İbn Cureyc
Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ər-Rumi, həmçinin İbn Cureyc (ərəb. ابن جريج‎; 699, Məkkə – 767, Bağdad) — islam ilahiyyatçısı, Məkkə ənənəçisi. == Həyatı == Onun tam adı Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ibn Cureyc ər-Rumi əl-Qureyşi əl-Məkkidir. O, yunan əsilli idi. Tarixçilər oun Xalid ibn Əsəd ailəsinin azad edilmiş adamı olduğunu güman edirlər. Filologiya, ədəbiyyat, tarixlə maraqlanırdı. Ata ibn Əbu Rabahi, Mücahid, İkrimə və başqalarından hədis nəql etmişdir. Vaqi, İbn Mübarək, Süfyan ibn Üyeynə və başqalarının hədisləri ondan nəql olunmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ibn D̲j̲urayd̲j̲ / Pellat, Ch. // Encyclopaedia of Islam.