GÜNEŞ
GÜR
OBASTAN VİKİ
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. KəndlərGüney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə)ŞəxslərYılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Güney (Qaraqoyunlu)
Güney — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən güney sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25. V. 1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Güney (Xudabəndə)
Güney (fars. گوناي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (45 ailə).
Güney Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni müsabiqələrin və mübarizənin sahəsi olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. 7-ci əsrdə bölgəni Xilafətin ələ keçirməsi ilə Cənubi Qafqazda İslam yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Güney dağı
Güney dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolununa aid Məzrəsuyal silsiləsinin cənub yamacında 1663,0 metr hündürlüyü olan dağ. Dağ Nursuçayın sol sahilində, Nursu kəndindən 600 m şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir.
Sadullah Güney
Sadullah Güney (türk. Sadullah Güney; 1883 – 18 iyun 1945, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1902-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini, 1905-ci ildə isə Osmanlı Hərbi Kollecini bitirdi. 6 iyul 1921-ci ildə İneboluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qatıldı. Müharibə zamanı 16-cı briqadanın komandiri və Qərb Cəbhəsinin Ankara Mənzil müfəttişi vəzifəsində çalışmışdır. 21 iyul 1928-ci ildə ordudan təqaüdə çıxdı. == Siyasi fəaliyyəti == Türkiyə Böyük Millət Məclisinin V (Aralıq seçkisi), VI və VII dövrlərində Muğlanın millət vəkili olmuşdur. 18 iyun 1945-ci ildə İstanbulda vəfat etmişdir. == Medal və təltifləri == Osmaniyyə ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == İstinadlar == == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 167.
Güney Azərbaycan bayrağı
Güney Azərbaycanın bayrağı və ya Cənubi Azərbaycan bayrağı — irredentist siyasi qüvvələr üçün Güney Azərbaycanı təmsil edən bayraq. Azərbaycan milli hərəkətçıları tərəfindən Güney Azərbaycanı təmsil edən bayraq və simvolun olması bir zərurət kimi qəbul edilsə də, hələlik vahid bayraq formasını qəbul etmək mümkün olmamışdır.Bəzi qüvvələr Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatında Cənubi Azərbaycanı təmsil edən Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağını "Güney Azərbaycanın bayrağı" kimi qəbul edirlər. 2007-ci il fevralın 1-də Güney Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı-UNPO-nun üzvlüyünə qəbul olunub. Elə həmin mərasimdən sonra Güney Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı BMT-də dalğalanmağa başlayıb.Güney Azərbaycanın milli bayrağı 2003-cü ildə Babək qalasına yürüş zamanı on minlərlə azərbaycanlı tərəfindən milli hərəkatın simvolu kimi qəbul edilib. BMT-də Güney Azərbaycanın UNPO-ya üzv qəbul olunması ilə bağlı keçirilən təntənəli qəbul mərasimində Güney Azərbaycan və onu təmsil edən GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlı iştirak etmişdi. Güney Azərbaycan milli hərəkatının Şimali Azərbaycanın üçrəngli bayrağını qəbul etməsi barədə təkliflər səslənsə də, sonda nisbətən fərqli bayrağın qəbulu zəruri sayıldı. Ancaq bayraq yalnız rənglərinin ölçülərinə görə fərqlənir. Burda da müsavatçılıq, çağdaşlıq, müsəlmançılığn rəmzləri mövcuddur. Digər bayraq forması ilk dəfə Cənubi Azərbaycanın ilk milli-siyasi təşkilatı olan CAMAH tərəfindən 1991-ci ildə hazırlanaraq təqdim olunmuş, Uzun müzakirələrdən sonra, nəhayət ki, həmin layihə 1994-cü il tarixində CAMAH-ın növbəti qurultayında təşkilat rəhbəri Piruz Dilənçinin müxalifətinə rəğmən səsçoxluğu ilə təsdiqlənmiş və qəbul olunmuşdur. P.Dilənçinin bayraq ideyası ilə müxalifəti isə Əbülfəz Elçibəyin "Bir millətin bir bayrağı olmalıdır" ideyasından doğurdu.
Güney Qışlaq Qəbiristanlığı
Güney Qışlaq qəbiristanlığı — Şahbuz rayonunun Güney Qışlaq kəndinin girəcəyində yolun kənarında arxeologi abidə. Qəbiristanlıqda XX əsrin 50–60-cı illərinədək dəfn mərasimləri aparılmışdır. Qəbirlərin bir qisminin baş daşları düşmüşdür. Qəbirlərin ətrafı kiçik həcmli daşlarla əhatə edilmiş, bəzən isə onların üzərində daşlar təpə şəklində toplanmışdır. Qəbirlərdən bir neçəsinin ətrafı dairəvi formada iri həcmli daşlarla əhatələnmişdir. Baş daşlarının üzərində ərəb əlifbası ilə kitabə, o cümlədən tarixlər yazılmışdır. Baş daşlarının üzərində hicri 1121, 1372 və s. tarixlər qeyd edilmişdir. Onların çoxusunun üzəri qalın torpaqla örtüldüyündən kitabələri və tarixləri müəyyənləşdirmək çətinlik törədir. Baş daşlarının üzərindəki kitabələrə əsaslanaraq Nekrapolu XVII–XX əsrlərə aid etmək olar.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi və ya GAMAC — 2010-cu ildə bir qrup Cənubi Azərbaycanlı aktivist tərəfindən yaradılmış ictimai-siyasi qurum. == Yaradılması == 12 dekabr 2009-cu ildə keçirilən Amsterdamda Güney Azərbaycan məsələsində ortaq prinsiplər əsasında hərəkət etmək üçün milli təşkilatların və şəxslərin iştirak etdiyi iclas keçirilmişdi. İclasın sonunda bütün iştirak edənlərin səsi ilə 12 maddəlik bəyannamə qəbul edilmişdi. Bu bəyannamə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəaliyyət istiqamətini müəyyənləşdirmək üçün qəbul edilmişdi.12 – 13 iyun 2010-cu il tarixdə Brüsseldə keçirilən toplantıda Güney Azərbaycanın milli mənafeyi uğrunda aparılan mübarizədə bütün milli qüvvələrin davamlı işbirliyini təşkilat formasında reallaşdırmaq məqsədilə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) yaradılması təklifi irəli sürüldü və səsçoxluğu ilə qəbul olundu. == Bəyannaməsi == Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yarandığı ilk gündən 12 maddəlik bəyannamə ilə siyasi gündəmə çıxıbdır. Bu bəyannamənin əsas şərtləri və tələbləri isə bundan ibarətdir:1. Güney Azərbaycan Türk millətinin milli azadlığı yolunda mübarizədə bu günkü fars rasizmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür. Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır. 2. Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda milli – demokratik dövlət qurmaqdır.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı
GAMOH və ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı — İran azərbaycanlıları tərəfindən formalaşdırılmış millətçi təşkilat. hərəkatın əsas məqsədi İran azərbaycanlıları üçün öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi və "Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların birləşməsidir". Çöhrəqanlı 2020-ci ildə verdiyi müsahibədə hərəkatın 1995-ci ildə yaradıldığını bildirmişdir. == Yaradılması == Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir. Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.Çöhrəqanlı sonradan 600 min səs almasına rəğmən, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.2002-ci ildə CAMAH-da təşkilat daxili parçalanma baş vermiş və buna əsasın səsçoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır.
Heydərabad (Güney-i Qərbi dehistanı)
Heydərabad (fars. حيدراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 537 nəfər yaşayır (157 ailə).
Yusuf Güney
Yusuf Güney (5 iyun 1984 )—türk pop ifaçısı və bəstəkarı.
Yılmaz Güney
Yılmaz Güney (Yılmaz Pütün; 1 aprel 1937[…], Adana – 9 sentyabr 1984[…], 14-cü Paris dairəsi[d]) — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı. Xüsusən də Kann mükafatı qazanmış "Yol", "Sürü", "Ümidsizlər" filmlərilə məşhurdur. == Həyatı == === Filmdən əvvəl === Yılmaz Güneyin əsl adı Yılmaz Pütündür. Özünün dediyinə görə, Pütün qırılması çətin, sərt meyvə toxumu deməkdir. 1937-ci ildə torpağı olmayan bir kəndli ailəsinin iki övladından biri kimi dünyaya gəlib. Əslən sivereklidir. Adanada böyümüş və gələcək həyatında da Adananı unutmamışdır. Adana bəzi filmləri üçün mövzu olmuşdur. Bir müddət Kamal və And film şirkətlərinin Adanadakı bölgə təmsilçisi kimi işləmişdir. Universitet təhsili almaq üçün İstanbula getmiş və orada Atıf Yılmazla (rejissor) tanış olmuşdur.
Fazil Güney
Fazil Famil oğlu Abbasov (Fazil Güney; 20 avqust 1945, Balyand, Cəbrayıl rayonu) — Azərbaycan yazıçı-publisisti, əməkdar jurnalist, Ərəb filologiyası üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 20 avqust 1945-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində doğulmuşdur. 1963–1968-ci illərdə BDU Şərqşünaslıq fakültəsində ali təhsil almışdır. 1967–1968-ci illərdə Əlcazair Universitetində təcrübəçi, 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunun müdavimi, 1985-ci ildə MEA Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin dissertantı olmuşdur. Ailəlidir, üç oğlu var. == Əmək fəaliyyəti == 1961–1963-cü illərdə Cəbrayıl rayonlararası regional "Kolxozçu" (indiki Xudəfərin) qəzetinin və 1964–1966-cı illərdə isə Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetinin əməkdaşı olmuşdur. 1968–1970-ci illərdə Sovet Ordusunda və 1970–1973-cü illərdə Suriya Ərəb Respublikasında hərbi tərcüməçi işləmişdir. 1975–1977-ci illərdə "İnşaatçı" qəzeti və "Kirpi" satirik jurnalının əməkdaşı kimi fəaliyyət göstərmişdir. 1977–1978-ci illərdə İraq Respublikasında SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi; 1979–1985-ci və 1987–1990-cı illərdə "Kirpi" satirik jurnalının əməkdaşı olmuşdur. 1986–1987-ci illərdə Liviya Cəməhiriyyəsində SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi işləmişdir.
Ağız güneyi
Ağız guneyi — Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində yüksəklik; Ağız guneyi — Qubadlı rayonu ərazisində yüksəklik.
Baş Güneypəyə
Baş Güneypəyə — Azərbaycan Respublikasının Ağdam rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Baş Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Oykonim baş (yuxarı), guney (cənub, gün düşən yer) və pəyə (burada yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Güneypəyə kəndi" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd Qavartu çayının sahilində, dağ ətəyində yerləşir. == Əhalisi == 2019-cu il aprelin 6-da hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan, keçmiş Ağdərə rayonunun sakinləri, məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycan Respublikasının 10 milyonuncu sakini dünyaya gəlmişdir.
Güneykənd
Güneykənd — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd güneydə, cənubda yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Güneykənd kənd kitabxana filialı, Güneykənd kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Güneykənd kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Güneyli
Güneyli (Cəlilabad) — Azərbaycanda kənd. Güneyli (Ərdəmli) — Türkiyədə kənd.
Güneyli (Cəlilabad)
Güneyli, Badamağac (?-2015)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Badamağac kəndi Güneyli kəndi adlandırılmışdır.
Güneyməhlə
Güneyməhlə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Güneyməhlə oyk, mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilindədir. Yaşayış məntəqəsi Rustov kəndinin məhəlləsi kimi yaranmış, sonra müstəqil kəndə çevrilmişdir. Oykonim "güneydə yerləşən məhəllə, kənd" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 351 nəfər əhali yaşayır.
Güneypəyə
Güneypəyə (Kəlbəcər)
Güneypəyə (Kəlbəcər)
Güneypəyə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Sarıdaş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Nadirxanlı kənd Sovetindən Güneypəyə kəndi Sarıdaş kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Kəndin ərazisi əvvəllər Qılıclı kəndinin qoyun binəsi olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Qılıclı kəndindən gəlmiş ailələrin güneydə yerləşən bu binədə məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şərqi Göyçə silsiləsinin ətəyində yerləşir. === Yaylaqları === Qonur yurd, Söyüdlü yaylağı, Palıdlıdərə yurdu, Ələmağacı yurdu, Kalvalılar yurdu, Ongözlər yurdu, Çırçır yurd, Sarıbulaq yurdu, Göydağ yurdu, Rüstəm ölən yurd, Atdaşı yurdu, Yalkənd yurdu. === Bulaqları === Sərçə bulağı, Almalı bulağı, Əlif bulağı, Novlu bulaq, Mədinə bulağı, Yalkənd bulağı, Mal su içən bulaq, Bərəyə bulağı, Dəvədabanı bulağı, Yastının bulağı, Uçuğun bulağı, Neftli bulaq, Göydağ bulağı, Həsənqulular bulağı, Camışbatan bulaq, Hürü bulağı, Süleyman bulağı, Sarı bulaq, Şırşır bulaq, Cajıxlı bulaq, Ayğır bulağı, Ongöz bulaq, Söyüd biçənəyinin bulağı, Qarama bulağı, Məhəmməd bulağı, Palıdlıdərə bulağlı, Sarışırran bulağı, Şeytanlı dərəsinin bulağı, Qoşabulaqlar, Qiblə bulağı, Sızqa bulaq. === Məşhur yerləri === Ələmağacının düzü, Qoşabulaqların təpəsi, Ağduzdağ, Çırçır biçənəkləri, Giləuçan təpə, Sarıyal dağı, Həsənqulular biçənəyi, Yelliyal biçənəyi, Göydağ, Rüstəmölən, Söyüd biçənəkləri, Süleymanəmi qanadları, Cəngəotlayan, Uçuqbiçənəyi, Atdaşının əkin yerləri, Süleymanəminin dam yerləri, Böyükyer, Palaxalı, Sarıburun, Kazımyeri, Bərəyə yerləri, Qasımın armudluğu, Goruz yeri, Qəhrəmanlı yeri, Qaraşın biçənəkləri, Dardərə, Almalının çüxuru, Məmişin yeri, Ələkbərin bostan yeri, Yastılar, Mal su içən dərəsi, Aralıq dərəsi, Kolavat, İsgəndərli yeri, Damın meşəsi, Aralıq biçənəyi, Cıqqagüney, Əyriağac, Tofiqtəpəsi, Sarışırran, Ortadolayı, Ünün tili, Xamınbaşı, Dikkalafalıq, Daşyolunun dərəsi, Şeytanlı dərəsi, Yalkəndin tili, Alapalıdıq, Batığın dərəsi, Lənətdaşı, Yanıqkalafa, Nəcəfdamı, Böyüksu, Xamın suyu, Sarışırran çayı.
Güneypəyə listvenit yatağı
Güneypəyə listvenit yatağı — Güneypəyə kəndinin şimal və şimal-şərq ətrafında yerləşən yataq. Listvenit kütlələri enlik istiqamətində 1,5 km. məsafədə uzanır. Kütlənin qalınlığı 5 m.-dən 40 m.-ə qədər dəyişir. Yataqda süxur çox sıxdır, kiçik dənəlidir, massivlidir, bərkliyi 5-ə qədərdir, sınması qeyri-düzgündür, parıltısı tutqundur. Süxurun rənglənməsi müxtəlif-ağ, sarı, boz və qırmızı rənglərin qarışığından ibarətdir, bəzi yerlərdə yaşıl tonludur. Ləkələrin ölçüləri 3–5 mm.-dən bir neçə sm.-ə çatır. Damarcıqların eni 1 mm.-dən 8 mm.-ə qədərdir, boz-yaşıl rənglidir. Yaxşı cilalanma xüsusiyyətinə malikdir. Dekorativ listvenitin təqribi ehtiyatı 5 min.
Güneyqışlaq
Güneyqışlaq — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Güneyqışlaq kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Baxışlı kənd Sovetinin tərkibinə verilmişdir.
Güneyxırman
Güneyxırman (əvvəlki adı: Günəyqaler) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Günəyqaler kəndi Güneyxırman kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyxırman kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kəndi Güneyçartar kəndindən çıxmış ailələr keçmış əkin yerində salmışlar. Gəlmə ermənilər kəndin adını Guneyqaler (qaler erm. "xırman" deməkdir) kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin keçmiş adı özünə qaytarılmışdır. Oykonim güney (gün tutan yer) və xırman (taxıl zəmisi, taxıl döyülən yer) komponentlərindən düzəlib, "güneydəki, cənubdakı xırman" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Güneyçartar
Güneyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kəndin adı Güneycarpaz variantında da qeydə alınmışdır. Oykonim güney (güntutan, cənub) və cartar/cartaz (dağda uçurum, yarğan) komponentlərindən düzəlib, "cənubda yerləşən yarğanlı dağ" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlı adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Güneyçartar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Orta Güneypəyə
Orta Güneypəyə — Azərbaycan Respublikasının Ağdam rayonunun Orta Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Orta Güneypəyə kənd Soveti yaradılmış və Orta Güneypəyə kəndi Baş Güneypəyə kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Orta Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. == Tarix == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib və ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb.

Digər lüğətlərdə

кала́бас ка́шлевый конкуре́нт недоса́ливать подро́бный бря́кнуться вря́д ли вы́кать заграба́стать замо́чка озагла́вить спло́точный тщеду́шно чу́рка шнурова́ние кнека high sea hôtel oligarchy набалдашник подуть скопляться умозрительный фонемный футболист