ÜBEYD

ə. kiçik qul, balaca kölə.

USTAZƏN
ÜBEYDANƏ
OBASTAN VİKİ
Übeyd mədəniyyəti
Übeyd mədəniyyəti və ya Obeyd mədəniyyəti — enolit dövrünə aid mədəniyyət. E.ə. V minillikdə Yaxın Şərqdə, xüsusilə Mesopotamiyada mədəni inkişafın yüksək səviyyədə olmuşdur. Məhz bu dövrdə ilk dəfə olaraq Mesopotamiyada qədim şəhər mədəniyyətinin meydana çıxdığını, Şumer mədəniyyətinin bünövrəsinin qoyulmuşdur. E.ə. V minillikdə Cənubi Mesopotamiyada mövcud olmuş Ubeyd arxeoloji mədəniyyəti e.ə. V minilliyin birinci yarısında daha da inkişaf edərək yayılmış və Mesopotamiyanın şimal əyalətlərini əhatə etmişdir. Мəlum olduğu kimi, Ubeyd mədəniyyəti protoşumerlərə və şumerlərə aid edilir. Şumer dili Hind-Avropa dilləri ilə qohum olmamış, onun türk dilləri ilə bağlı olmasına dair inkaredilməz dəlillər aşkar olunmuşdur. Bu mədəniyyət üçün xarakterik olan arxasıüstə uzadılmış skeletlərin Мesopotamiyada yayılması şumerlərin gəlişi ilə əlaqələndirilir.
Übeyd Zəkani
Xacə Nizaməddin Übeydullah əz-Zakani (fars. خواجه نظام الدین عبید الله الزاکانی‎; 1301 – 1371, Şiraz), daha çox Übeyd Zəkani (عبید زاکانی) kimi tanınır — Elxanilər dövlətində yaşamış fars şairi. O, fars ədəbiyyatının ən yaxşı satiriklərindən biri hesab olunurdu. Onun ən məşhur əsəri dini riyakarlığa hücum edən siyasi satira olan "Muş-o qorbeh"dir ("Siçan və pişik"). Çox məşhur bir şəxsiyyət olsa da, əsərlərinin əksəriyyətində təxribatçı və ədəbsiz mətnlərdən ibarət olduğu üçün Übeydin yaradıcılığına son vaxtlara qədər az diqqət yetirilirdi. O, Fransa maarifçi yazıçısı Volter ilə müqayisə edilmişdir. Übeyd islam dövrünün əvvəllərində İranın şimalında Qəzvinə köçmüş ərəb qəbiləsi olan Bənu Xəfacənin nəslindən olan Zəkani ailəsindən idi. Zəkani ailəsi iki qoldan ibarət idi; biri din sahəsi ilə seçilir, digəri isə Übeydin mənsub olduğu mülkədar və bürokratlardan ibarət idi. Übeydin özünün 1319-cu ildən əvvəl Qəzvində anadan olduğu güman edilir. İran o zamanlar monqol Elxani hakimiyyəti altında idi və bu dövr geniş şəkildə fars poeziyasının qızıl dövrü hesab olunurdu.
Übeydulla ibn Ziyad
Übeydulla ibn Ziyad (648, Bəsrə – 6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi. Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı cariyə idi. Ziyad, I Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır. Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. 675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi.
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki (Əbu əl-Həsən Übeydullah b. Yəhya binu Xaqan ət-Türki; Abbasilər xilafəti – 5 avqust 877, Səmərra[d], Səlahəddin mühafəzəsi) — Xəlifələr Mütəvəkkil, Müktəmid və Müstəinin dövrlərində, uzun müddət xəlifə vəziri vəzifəsini tutan Abbasi xilafətinin görkəmli dövlət xadimlərindəndir. Dar-etnik mənşəyi barədə qaynaqlarda məlumat qalmayıb, ancaq ehtimal etmək olar ki, o xəzər əsillidir. Bunu onun, soyadında keçən kiçik şəcərəsi, və onun "ət-Türki" ləqəbi sübut edir. Çünki türk etnonimi hələ Qafqaz Hun eli tayfaları arasında geniş yayılmışdı. Artıq erkən orta əsrlər qaynaqlarında, məsələn Ağvan tarixində türk etnonimi, hun və xəzərlə sinonim kimi işlənir, xəzər dövləti isə Türküstan, Türk eli, Türkiyə adlanırdı. 7-ci əsrin ikinci yarısında Cənubi Qafqazın istilasına başlamış ərəblər, Qafqazın türk etnonimikasından o qədər də baş çıxarmırdılar yaxud onu fars və ermənilərin vasitəsilə öyrənirdilər. Buna görə ərəb qaynaqlarında adətən mikroetnonimlər deyil, o vaxt Xəzər dövlətinin əsasını təşkil edən sadəcə hun-xəzər tayfa ittifaqına daxil olanların mənsubiyətini bildirən türk makroetnonimi işlənirdi. Qaynaqlara görə, Übeydullahın babası Xaqan xəlifə Mötəsimin etibarlı adamlarından biri idi. Ola bilsin ki, Xaqan, Mötəsimin xəzər əsilli anası Maridə(Maridə ərəblərin Xəzər ölkəsinə növbəti hücumu zamanı aparılan əsir idi.
Übeydullah ibn Ziyad
Übeydulla ibn Ziyad (648, Bəsrə – 6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi. Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı cariyə idi. Ziyad, I Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır. Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. 675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi.
Əbu Übeydə ibn Cərrah
Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah (ərəb. أبو عبيدة عامر بن عبدالله بن الجراح‎; 583, Məkkə – 639, Emmaus[d]) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi. Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir.
Şeyx Übeydulla üsyanı
Şeyx Übeydulla üsyanı — kürdlərin 1879-cu ildə Osmanlı imperiyasına və 1880–1881-ci illərdə Qacar dövlətinə qarşı üsyanı. Hər iki üsyana qızı Fatimə vasitəsilə Məhəmmədin nəslindən olduğunu iddia edən Səmdinan nəqşibəndi ailəsinin başçısı Şeyx Übeydulla rəhbərlik edirdi. Beləliklə, ailə əhəmiyyətli təsirə malik idi, külli miqdarda ianələrə tabe idi, regionda bir neçə kəndə sahib idi və bir çox kürd qəbilə başçıları onun dindar tərəfdarları idi. Üsyanların ilkin səbəbi 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsinin nəticələri və Berlin müqaviləsi. Bu müqavilə xristian ermənilər və nestorianlara əhəmiyyətli hüquqlar və muxtariyyətlər verirdi, lakin Şeyx Übeydulla bununla razılaşmamışdır. == Osmanlı imperiyasında == Osmanlı imperiyasına qarşı ilk üsyan ehtimalı 1879-cu ildə herki tayfasının Yüksəkova kaymakamı ilə mübahisəsi zamanı verilmişdi. Şeyx Übeydulla Osmanlı imperiyasına qarşı üsyana dəstək və qoşun toplamaq üçün bir neçə kürd başçısına elçilər göndərmişdi. O, oğlu Əbdülqədir Übeydullanın başçılıq etdiyi doqquz yüz döyüşçüdən ibarət kiçik bir kontingenti Amadiyəyə qaldırmağı bacarmışdı, lakin üsyandan əvvəl Osmanlılara rəqib kürd rəisləri məlumat vermiş və buna görə də Amadiyəyə qoşun yeridilmişdir. Üsyan uğursuz olmuş və Osmanlı qüvvələri tərəfindən tez bir zamanda yatırılmışdır. Kürd başçıları Şeyx Übeydullanın ümid etdiyi qədər etibarlı deyildilər və basqınlarla öz təsir sahələrini genişləndirməyə üstünlük verirdilər.

Digər lüğətlərdə