Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikolay Poppe
Nikolay Poppe (rus. Никола́й (Ни́колас) Никола́евич По́ппе; 27 iyul 1897 və ya 27 iyul (8 avqust) 1897, Yantay[d] – 8 avqust 1991 və ya 8 iyun 1991, Sietl, ABŞ) — Monqol; Altay və Türk dilləri üzrə tədqiqatları ilə tanınmış Rus əsilli ABŞ-lı dilçi. == Həyatı == Sankt-Peterburq Universitetində Şərq dilləri fakültəsində oxumuşdu (1916–21). SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun Mongolistika şöbəsinin müdiri olmuşdu. Akademik olaraq Monqolustan, Şərqi Sibir, Özbəkistan, Azərbaycan və Şimali Qafqaz və başqa bölgələrə araşdırma səfərlərində olmuşdu (1926–40). 1933-cü ildə, daha 36 yaşındaykən ən genc üzv olaraq SSRİ EA-na qatıldı. II Dünya Savaşı sırasında olduğu Qafqazı işgal edən almanlar üçün tərcüməçilik etdi. Almanlar geri çəkilirkən ailəsini yanına alaraq onlara qatıldı. 1943–1945-ci illər arasında Berlin Universitetində Tatarca və Monqolca dərslər verdi. 1949-cu ildə ABŞ-yə köçdü.
Rüppel kərkəsi
Afrika kərkəsi və ya Rüppel kərkəsi (lat. Gyps rueppellii) — Qara kərkəs cinsinə mənsub olan yırtıcı quşlardır. Növ alman zooloqu Eduard Rüppelin şərəfinə adlandırılmışdır. Şimalda (Saxaranın cənubunda) və Afrikanın şərqindəki savannalarda geniş yayılmışdır. Bədəninin uzunluğu — 65—85 santimetr, çəkisi isə 4 — 5 kq olur. Olduğu yerlərin bir çoxu regionda dırnaqlı heyvanların sayından asılıdır. == Çoxalması == Afrika kərkəsləri qayaların çıxıntılarında qruplar şəklində yuva salırlar. Onlar koloniyalar halında 10-dan 1000-ə qədər yuva qururlar. Cütlüklər həmişəlik yaranır. Böyük çubuqlardan hazırlanmış kobud yuvaya dişi 1-2 yumurta qoyur və hər iki valideyn yumurtaların qayğısına qalır.
Senecio cappa
Senecio cappa (lat. Senecio cappa) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Yeppe Norqaard
Yeppe Okyer
Yeppe Okyer (dan. Jeppe Aakjær; 10 sentyabr 1866[…], Oker[d], Mərkəzi Yutlandiya[d] – 22 aprel 1930[…]) — Danimarka yazıçısı və şairi. == Həyatı == Yeppe Okyer 10 sentyabr 1866-cı ildə Danimarkanın Yutlandiya vilayətində, ifrat kasıb bir ailədə anadan olmuşdur. Onun uşaqlıq illəri çətin şəraitdə keçmişdir. Okyer öz əsərlərində həm vətən sevgisini, həm də ictimai məsələlərə sədaqətini özündə cəmləşdirmişdir. O, ən önəmlisi "Vredens børn, et tyendes saga" (1941) olan romanlarında kənd təsərrüfatı əməkçilərinin adından danışmışdır. Okyer bədii maraqdan daha çox polemikaya diqqət yetirdiyi bu tip əsərlərlə yanaşı, daha ahəngdar və sakit atmoserə malik şeirlər də yazmışdır. Buna "Rugens sange" (1906) əsərini nümunə çəkmək olar. == Əsərləri == Kəndlinin oğlu (Bondens Søn, 1899) Qəzəbin uşaqları, bir muzdurun saqası (Vredens børn, et tyendes saga, 1904) Əmək sevinci (1914) Vətənimin saqası (1921) Açıq sahədə (Fri felt, 1905) Çovdar mahnıları (Rugens sange, 1906) Qara torpaq və filiz (1909) Yay və çəmən (1910) Axşam ulduzu altında (1927) xatirələr kitabı (4 cilddə, 1928–1934) == İstinadlar == == Əlavə ədəbiyyat == «Окьер Йеппе». БСЭ, 3-е издание.
Amanda Poppe
Cüzeppe Anselmi
Cuzeppe Anselmi (it. Giuseppe Anselmi; 16.noyabr.1876 İtaliya, Kataniya — 27.may.1929 İtaliya, Zoali) İtalyan opera müğənnisi (tenor). == Haqqında == Anselmi bədii karyerasına skripkaçı kimi başlayır, Angelo Ferninin yanında Neapol (it. Conservatorio di San Pietro a Majella)-da təhsil alır və 13 yaşında ilk çıxışını edir. O, eyni zamanda vokal sənətinə həvəs göstərir. 1894-cü ildən etibarən (it. Luigi Mancinelli)-nin rəhbərliyi altında ifasını mükəmməlləşdirir. 1896-cı ildə Afinadakı Turiddu pariyasında ilk çıxışını etir (it. Pietro Mascagninin "Kəndli namusu"). Elə həmin il Qahirə və İskəndəriyyədəki opera teatrlarında çıxış edir.
Cüzeppe Arçimboldo
Cüzeppe Arçimboldo (it. Giuseppe Arcimboldo) - İtalyan rəssam, memar, səhnə tərtibatçısı və mühəndis. Arçimboldo əsasən insan təsvirlərini meyvə, tərəvəz, heyvan və kitab kimi xüsusiyyətlərin üzərində təsvir etməklə tanınır. İkili məna daşıyan bu əsərlər, XX əsrdə başda Salvador Dali olmaqla bir çox rəssamın fəaliyyətinə təsir etmişdir. Vertumn obrazında imperator II Rudolfun portretinə görə rəssam fəxri pfaltsqraf tituluna layiq görülmüşdü. Bu portret imperatoru ilin fəsillərinin və dünya nemətlərinin allahı Vertumnun obrazında təsvir edir. == Həyatı == Cüzeppe Arçimboldo 1527-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Həmin dövrdə Milan, eyni adlı hersoqluğun mədəni və siyasi mərkəzi idi. Arçimboldonun ilk önəmlini işini atası ilə birlikdə Milan kafedralının restavrasiyası zamanı görmüşdür. Atasının ölümündən sonra rəssam bu işi tək başına görməyə davam edir.
Cüzeppe Madzini
Cüzeppe Madzini (it. Giuseppe Mazzini; 22 iyun 1805[…], Genuya, Birinci Fransa İmperiyası – 10 mart 1872[…], Piza, İtaliya krallığı) — Gənc İtaliya (Giovine Italia) adlı gizli inqilabçı təşkilatın (1832) qurucusu və Risorgimento hərəkatının öndəri, İtalyan milliyyətçi və inqilabçı. Alovlu bir cumhuriyyətçi olaraq, İtaliyanın birliyinin və müstəqilliyinin təmin olunmasının (1861) ardından Savoyya sülaləsi rəhbərliyində qurulan konstitutsiyalı monarxiya idarəçiliyinə qatılmağı rədd etmişdir. == Təhsil və sürgün illəri == Yanseniusçuluqdan təsirlənən demokrat düşüncülərə bağlı bir ailənin övladı idi, 1814-cü ildə Piemont krallığına birləşdirilməsindən əvvəl respublika ilə idarə olunan Genuyada yaşayan bir həkimin oğlu idi. Üstün zəkalı olduğu hələ uşaq ikən bilinən Mazzini 14 yaşında Genuya Universitetinə qəbul edildi. 1827-ci ildə hüquq təhsilini tamamladıqdan sonra cəmiyyətin yoxsul hissəsindən gələn insanların işləri ilə məşğul olan vəkil olaraq işləməyə və irəliçi qəzetlərə məqalələr yazmağa başladı. Ölkəsinin azadlığına olan bağlılığının təsiri ilə çox keçmədən Karbonaria (Kömür İşçiləri) adlı gizli təşkilata qoşuldu. 1830-cu ildə tutularaq Savonada göz həbsinə alındı. Bu dövrdə siyasi düşüncələrini gözdən keçirərək geriləməkdə olan Karbonarianın yerini alacaq yeni bir milliyyətçi hərəkatın təməl ilklərəni hazırladı. 1831-ci ildə sərbəst buraxılan Mazzinidən Piemontu tərk etməsi ya da kiçik bir qəsəbəyə köçməsi istəndi.
Cüzeppe Mazzini
Cüzeppe Madzini (it. Giuseppe Mazzini; 22 iyun 1805[…], Genuya, Birinci Fransa İmperiyası – 10 mart 1872[…], Piza, İtaliya krallığı) — Gənc İtaliya (Giovine Italia) adlı gizli inqilabçı təşkilatın (1832) qurucusu və Risorgimento hərəkatının öndəri, İtalyan milliyyətçi və inqilabçı. Alovlu bir cumhuriyyətçi olaraq, İtaliyanın birliyinin və müstəqilliyinin təmin olunmasının (1861) ardından Savoyya sülaləsi rəhbərliyində qurulan konstitutsiyalı monarxiya idarəçiliyinə qatılmağı rədd etmişdir. == Təhsil və sürgün illəri == Yanseniusçuluqdan təsirlənən demokrat düşüncülərə bağlı bir ailənin övladı idi, 1814-cü ildə Piemont krallığına birləşdirilməsindən əvvəl respublika ilə idarə olunan Genuyada yaşayan bir həkimin oğlu idi. Üstün zəkalı olduğu hələ uşaq ikən bilinən Mazzini 14 yaşında Genuya Universitetinə qəbul edildi. 1827-ci ildə hüquq təhsilini tamamladıqdan sonra cəmiyyətin yoxsul hissəsindən gələn insanların işləri ilə məşğul olan vəkil olaraq işləməyə və irəliçi qəzetlərə məqalələr yazmağa başladı. Ölkəsinin azadlığına olan bağlılığının təsiri ilə çox keçmədən Karbonaria (Kömür İşçiləri) adlı gizli təşkilata qoşuldu. 1830-cu ildə tutularaq Savonada göz həbsinə alındı. Bu dövrdə siyasi düşüncələrini gözdən keçirərək geriləməkdə olan Karbonarianın yerini alacaq yeni bir milliyyətçi hərəkatın təməl ilklərəni hazırladı. 1831-ci ildə sərbəst buraxılan Mazzinidən Piemontu tərk etməsi ya da kiçik bir qəsəbəyə köçməsi istəndi.
Cüzeppe Meattsa
Cüzeppe Meattsa (it. Giuseppe Meazza, 23 avqust 1910, Milan – 21 avqust 1979, Rapallo, Liquriya) — İtaliyalı keçmiş futbolçu, ikiqat dünya çempionu. Daha çox "İnter" klubundakı çıxışları ilə tanınır. "İnter"in heyətində İtaliya A Seriyasında 365 oyunda 243 qol vurub. İtaliya millisində 33 qol vurub və Luici Rivadan sonra İtaliya millisinin ikinci ən yaxşı bombardiridir. Milan şəhərində San Siro kimi tanınan stadion Cüzeppe Meattsanın adını daşıyır. == Bioqrafiya == Cüzeppe Milanın məşhur Porta Romana məhəlləsindəki Via San Luicidə, Annibale Meattsa və Ersiliya Borcinin ailəsində anadan olub. Atası Birinci Dünya Müharibəsindən qayıtdıqdan qısa müddət sonra, müharibədə aldığı yaralardan ölür. Peşəkar futbolçu olana qədər Meattsa bir çörək sexində işləyib. == Karyerası == 14 yaşında Cüzeppe "Maestri Kampionezli" adlı bir kluba qatılır.
Cüzeppe Peano
Cüzeppe Peano (ing. Giuseppe Peano, 27 avqust 1858[…], Spinetta[d], Pyemont – 20 aprel 1932[…], Turin) — İtaliya riyaziyyatçısıdır, riyaziyyatın, riyazi analizin əsaslarına dair işlərin müəllidir; ədədlərin natural sırasının aksiomatikasını yaratmışdır..
Cüzeppe Penone
Cüzeppe Penone (it. Giuseppe Penone; 3 aprel 1947[…]) — italyan heykəltaraşı. == Həyatı == Cüzeppe Penone 1947-ci ildə Qaresio (Pyemont bölgəsi) şəhərində anadan olub. Albertinin Gözəl Sənətlər Akademiyasında (Turin) və Paris Milli Milli Gözəl Sənətlər Məktəbində oxumuşdur. Hazırda Turində yaşayır və fəaliyyət göstərir. == "Bürünc əl" == Cüzeppe Penone, təbiətə və insan əlaqələrinə yönəlmiş sənət əsərləri ilə tanınır. Ağaclar Panonenin işlərinin əksəriyyətində aparıcı rol oynayır. Bu əsərlərin ən məşhurlarından biri sənətçinin 1968-ci ildə düzəltdiyi "Bürünc əl" heykəlləridir. Giuseppe Penone bürünc əli illər əvvəl Dallasdakı Nasher Heykəl Mərkəzində yeni əkilən ağacın üzərinə yerləşdirir. Zamanla ağac böyüdükcə və gövdəsi qalınlaşdıqca, heykəldə yeni bir görünümə bürünür.
Cüzeppe Qaribaldi
Cüzeppe Qaribaldi (it. Giuseppe Garibaldi (4 iyul 1807-2 iyun 1882) — İtaliyanın milli qəhrəmanı. == Həyatı == İtaliyada Cüzeppe Madzini (Giuseppe Mazzini) adlı bir inqilabçının qurduğu "Gənc İtaliya" təşkilatı ilə birləşmişdi. Mazzini uzun illər boyu Papa dövlətinə və kilsəyə qarşı apardığı mübarizədən sonra İtaliya birliyini quran yüksək dərəcəli bir masondur. Ateist olduğu tarixdən məlumdur. Ona dəstək verən digər iki məşhur masonla - yəni Cüzeppe Haribaldi və Kont de Kavurla birlikdə 1870-ci ildə İtaliya Birliyini qurub və Papa dövlətini bugünkü Vatikanın hüdudlarına sıxışdırmışdı. Bundan sonra da İtaliyada Mussolininin 1920-ci illərdə bаş qаldırаn faşist diktaturasına zəmin hazırlayan bir proses başlamışdı. Qısası, Mazzini, Haribaldi və Kavurun Avropada dinə qarşı mübarizədə böyük iş görən üç lider olduğunu söyləmək mümkündür. Mazzini dinə qarşı mübarizədə təkcə lider kimi deyil, həm də bir ideoloq kimi mühüm rol oynamışdı. Onun irəli sürdüyü "hər millətə bir dövlət" şüarı Avstriya-Macarıstan və Osmanlı imperiyası kimi çoxmillətli dövlətlərin çökməsinə səbəb olacaq inqilablara qığılcım vermişdi.
Cüzeppe Savoldi
Cüzeppe Savoldi (it. Giuseppe Savoldi ; 21 yanvar 1947, Qorlaqo, Lombardiya) — İtaliyalı keçmiş futbolçu. "Atalanta", "Bolonya" və "Napoli", eləcə də İtaliya millisində oynayıb. == Bioqrafiya == Cüzeppe 21 yanvar 1947-ci ildə İtaliyanın Berqamo əyalətində yerləşən Qorlaqo komunnasında doğulub. == Karyerası == === Klub Karyerası === Savoldi A Seriyasında debütunu 1965-ci ildə "Atalanta"nın heyətində edib. 1968–1975-ci illərdə "Bolonya"da oynayır. "Bolonya"da keçirdiyi 201 oyunda 85 qol vurur. 1975-ci ildə iki milyard lirəyə (1,2 milyon funt) Napoliyə transfer olunur. Bu, o dövr üçun rekord qiymət idi. "Napoli"də 4 il oynadıqdan sonra yenidən "Bolonya"ya qayıdır.
Cüzeppe Sezari
Cüzeppe Sezari və ya Kavaliere Darpino (it. Giuseppe Cesari, fevral 1568, Arpino[d], Latsio[…] – 3 iyul 1640[…], Roma[…])—italyan manyerist rəssam. Kavaliere Darpino (Məsihin süvarisi) titulu ona Papa VIII Klemens tərəfindən verilmişdi. Cüzeppe həm Papa Klement, həm də V Sikstus tərəfindən himayə edilmişdir. Cüzeppenin emalatxanası Karavacconun Romada çalışdığı ilk emalatxana olmuşdur. == Haqqında == Cüzeppenin atası Mazio Sezari əslən Arpinodan olsa da, rəssam özü 1568-ci ildə Romada anadan olmuşdur. Romada Nikolo Pomarçinoun tələbəsi olan 20 yaşlı Cüzeppenin ilk əsas işi 1589-1589-cu illərdə çalışıb, tamamladığı San Lorenzo kilsəsinin fasadına çəkdiyi rəsm olmuşdur. Bundan sonra o, Çertosa di San Martino kilsəsində çalışmağa başlayır. 1591-ci ildə yenidən Romaya qayıdan rəssam San Luici de Françezi kilsəsinin Kontarelli şapelindəki sərdabə üzərində işləyir. Sezari 1585-ci ildə San Luka Akademiyasının üzvü olmuşdur.
Cüzeppe Tornatore
Cüzeppe Tornatore (it. Giuseppe Tornatore; 27 may 1956[…], Bageriya, Siciliya) — İtaliya kinorejissoru və ssenaristi. == Həyatı == Cüzeppe Tornatore 27 may 1956-cı ildə Siciliyada Palermo yaxınlığındakı Bageriya kommunasında anadan olmuşdur. Hələ 16 yaşı olarkən aktyor ifası və teatrla maraqlanmağa başlayır. Luici Pirandello və Eduardo de Fillipponun əsərlərinə verilən quruluşa rəhbərlik etməyə başlayır. O, kinoda debütünü sənədli filmlə etmişdi. Bu, "Siciliyanın etnik azlığı" ("Le minoranze etniche in Sicilia") filmi idi. İşin uğurlu alınması nəticəsində bu film Salernoda keçirilən festivalda mükafat qazandı. Cüzeppe Tornatorenin ilk tammetrajlı filmi "Kammorist" idi və bu ekran əsəri 1986-cı ildə ekranlara çıxmışdı. Buna qədər Tornatore italyan televiziyasında işləyir, sənədli filmlər və verilişlər çəkirdi.
Cüzeppe Verdi
Cüzeppe Fortunino Françesko Verdi (it. Giuseppe Fortunino Francesco Verdi; 10 oktyabr 1813[…], Le Ronkole[d], Taro departamenti[d] – 27 yanvar 1901[…], Milan) — XIX əsr italyan bəstəkarı. Əsasən opera əsərlərinin müəllifi olub. Onun bir çox əsərləri hal-hazırda dünyanın bir çox ölkələrindəki teatr səhnələrində tamaşaya qoyulur. == Həyatı == Cüzeppe Verdi kiçik otel işlədən Karlo Verdi ilə kəndli qızı Marianninin ikinci uşağı idi. 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb. 10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Heç vaxt musiqi ilə məşğul olmayan ailəsi onun musiqi təhsili alması üçün böyük səy göstərir, köhnə piano aldıqdan sonra Busetto qəsəbəsinə göndərərək oradakı bədii mühitdən yararlanmasını təmin edib.
Cüzeppe Berqomi
Cüzeppe Berqomi (it. Giuseppe Bergomi, 22 dekabr 1963) — İtaliyalı keçmiş futbolçu. Bütün karyerasını, heyətində 750-dən çox oyunda meydana çıxdığı "İnter Milan" klubunda keçirib. 1982-ci ildə İtaliya millisinin heyətində dünya çempionu olub. == Karyera == Milanda anadan olan Berqomi cəmi 16 yaşında "İnter Milan"ın əsas komandasında məşqlərə başladı və 22 fevral 1981-ci ildə A Seriyasında "İnter" — "Komo" oyununda debüt etdi. Növbəti il "İnter"lə İtaliya Kubokunu qazandı. Həmçinin "İnter"in əsas komandasında ardıcıl çıxış edərək UEFA Çempionlar Kubokunun yarımfinalına yüksəldikdən sonra o, tezliklə İtaliya milli komandasına dəvət edildi və millinin əsas oyunçusuna çevrildi. Berqomi bütün karyerasını "İnter"də keçirtmiş və komandanın kapitanı olmuşdur. "İnter"in heyətində ümumilikdə 754 rəsmi oyuna çıxmış və 29 qol vurmuşdur. Berqomi 1999-cu ildə, demək olar ki, 36 yaşında təqaüdə çıxdı və 2011-ci ilin sentyabr ayının sonlarına qədər "İnter"in heyətində ən çox oyun keçirən futbolçu hesab edilirdi.
Cüzeppe Tartini
Cuzeppe Tartini (8 aprel 1692[…], Piran[d], Venesiya Respublikası – 26 fevral 1770[…], Padova[…]) — Barokko dövründə yaşayıb yaratmış italyan bəstəkar və skripkaçı.
Cape Canaveral
Kanaveral burnu - Florida, ABŞ-də yerləşən Atlantik okeanı sahilindəki uzun və ensiz bir ərazidir. Bura kosmik çimərlik kimi də tanınır və Kennedi Kosmik Mərkəzinin bir hissəsidir. Bu hissələrin hər hansı birindən bir çox ABŞ kosmik gəmiləri buraxılır. ABŞ-nin bütün pilotlu kosmik uçuş proqramları da Canaveral burnundan həyata keçirilən buraxılışlarla reallaşır. “Canaveral” (İspan dilində: Cañaveral) adı ispaniyalı səyyahlar tərəfindən verilmişdir və canebrake, yəni bambuk və ya qamış kolu deməkdir. “Cape of Canes”, yəni qamış burnu kimi də tərcümə edilə bilər.
Le-Sappe-an-Şartryoz
Le-Sappe-an-Şartröz (fr. Le Sappey-en-Chartreuse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38471. Kommunanın 2015-ci il üçün əhalisi 1119 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 840 ilə 2079 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 10 km şimal-qərbdə yerləşir. Komuna Şameşod massivinin ən yüksək zirvəsi – Şameşod dağının (2082 m) yamacında yerləşir.
Le-Sappe-an-Şartröz
Le-Sappe-an-Şartröz (fr. Le Sappey-en-Chartreuse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38471. Kommunanın 2015-ci il üçün əhalisi 1119 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 840 ilə 2079 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 10 km şimal-qərbdə yerləşir. Komuna Şameşod massivinin ən yüksək zirvəsi – Şameşod dağının (2082 m) yamacında yerləşir.
Cupar
Cupar— İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,830 nəfər və 1,054 ailədən ibarət idi.
Cümlə
Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur. Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz. Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir. Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır. Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.
Hülpə
Hülpə (lat. Imperata) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Hülpə:The Plant List saytında takson barədə məlumat.
Çuçxe
Çuçxe (kor. 주체, 主體) — Şimali Koreyada Kim İr Sen tərəfindən əsası qoyulmuş ideologiya. == Etimologiya == "Çuçxe" sözü xanmun sözləri kateqoriyasına aiddir. "Çu" – "sahib", "yiyə", "çxe" – "cisim, varlıq, substansiya, təbiət" deməkdir. Beləliklə, "çuçxe" elə hala deyilir ki, insan eyni zamanda həm özünə, həm də ətrafdakılara sahib olur. == Ədəbiyyat == Vurğun Əsgərli, "Çuçxe İdeologiyası", məqaləsi.
Çünzə
Çünzə-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Çünzə-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Cape Canaveral, Florida
Keip Kanaveral, ABŞ-nin Florida ştatında yerləşən, Brevard qraflığının tərkibində yerləşən şəhərdir. 2010-cu il əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 9.912 nəfərdir.
Üpe
Üpe (fr. Upaix, oks. Upàis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05173. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 412 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 272 nəfər arasında (15-64 yaş arasında) 193 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 71.0%, 1999-cu ildə 71.9%). Fəal 193 nəfərdən 175 nəfər (108 kişi və 67 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın).
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar. ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Cüvə
Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Korarx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 517 nəfərdir.
Kupe
Kupe, 2 və ya 4 oturacaqlı, 2 qapılı, 2 və ya 4 yan şüşələri olan üstü bağlı olan sərnişin daşımaq üçün nəzərdə tutulmuş olan avtomobil kuzası növüdür. 4 qapılı kupe (məsələn, Mercedes CLS350) nəqliyyat vasitələrində olduğu kimi, buradakı tərif də, tam deyil və ya səhvdir. İki nəfərlik olub bir arxa oturacağı olanlar klub kupe adlandırılmışdır. Avtomobil qısaltmaları kupeni daxili həcmi 934 litrdən daha az olan avtomobillər üçün tanıdığı halda, fransızlar sərnişin salonunun bir şüşə arakəsmə vasitəsilə sürücü bölməsindən ayrılaraq, maşının sürücüsünün açıqda, sərnişinlərinin isə qapalı məkanda hərəkət etdiyi ilk nəqliyyat vasitələrinə coupe chauffeur adını vermişdilər. Ümumiyyətlə, dörd oturacaqlı iki qapılı, arxa oturacaq yerləri sabit tavanlı, qabaqdakı oturacaq yerlərinin üstü açıla bilən maşınlar da coupe de ville ya da town coupe olaraq adlandırılmışdır. Renault və Bugatti bu addan Panel Brougham nəqliyyat vasitələri üçün istifadə etmişdirlər. Brougham, motorlu nəqliyyat vasitələrinin erkən mərhələlərində iki və ya dörd nəfərlik qapalı bir avtomobili təsvir etmək üçün istifadə edilmişdir. Belə avtomobillərin kəskin xətləri və hamar səthləri olanlarına isə Panel Brougham deyilmişdir. İki qapılı, sürücünün yanındakı oturacağın yığıla bilindiyi maşınlar isə Opera kupe olaraq adlandırılır.
Yupe
Üpe (fr. Upaix, oks. Upàis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05173. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 412 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 272 nəfər arasında (15-64 yaş arasında) 193 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 71.0%, 1999-cu ildə 71.9%). Fəal 193 nəfərdən 175 nəfər (108 kişi və 67 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın).
Çübə
Çübə (fars. چوبه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 195 nəfər yaşayır (63 ailə).
Küpə
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. == Etimologiya == Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. == Tarixçə == === Türk kişilərin sırğa taxması === Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Miconia cuprea
Miconia cuprea (lat. Miconia cuprea) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Mürəkkəb cümlə
Mürəkkəb cümlə — iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahiddir. Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir. Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyanır. Quşların səsi eşidilir -cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyanır, quşların səsi eşidilir.
Nəqli cümlə
Nəqli cümlə — obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli "naqil" sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır). Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq. Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə formalaşır. Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər. Nəqli cümlələrdə adətən mübtəda "məlum olan"ı — temanı, xəbər isə "yeni"ni bildirir. Ona görə də bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir. Nəqli cümlə adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.
Phyllorchis cuprea
Bulbophyllum cupreum (lat. Bulbophyllum cupreum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cupreum növü Arunaçal-Pradeşdən Qərbi Malayziyana qədər yayılmışdır.
Phyllorkis cuprea
Bulbophyllum cupreum (lat. Bulbophyllum cupreum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cupreum növü Arunaçal-Pradeşdən Qərbi Malayziyana qədər yayılmışdır.
Quercus cuprea
Silindrik hülpə
Silindrik hülpə (lat. Imperata cylindrica) - hülpə cinsinə aid bitki növü. == Sinonimləri == Arundo epigeios Forssk. ex Steud. [Invalid] Calamagrostis lagurus Koeler [Illegitimate] Imperata allang Jungh. Imperata angolensis Fritsch Imperata arundinacea Cirillo Imperata arundinacea var. africana Andersson Imperata arundinacea var. europaea Andersson Imperata arundinacea var. glabrescens Büse Imperata arundinacea var. indica Andersson Imperata arundinacea var.
Tisiphone cuprea
Qonurbaş qalxansifət (lat. Agkistrodon contortrix) — gürzəkimilər fəsiləsinin agkistrodon cinsinə aid ilan növü. == Sinonimləri == Boa contortrix Linnaeus, 1766 Scytale contortrix Sonnini & Latreille, 1801 Scytale Cupreus Rafinesque, 1818 Scytale cupreus Say, 1819 Tisiphone cuprea Fitzinger, 1826 Cenchris marmorata Boie, 1827 Acontias atrofuscus Troost, 1836 Toxicophis atrofuscus Troost, 1836 Trigonocephalus cenchris Schlegel, 1837 Trigonocephalus Contortrix Holbrook, 1838 Trigonocephalus atro-fuscus Holbrook, 1842 Cenchris contortrix Gray, 1842 Cenchris atrofuscus Gray, 1849 Agkistrodon contortrix Baird & Girard, 1853 Trigonocephalus histrionicus Duméril & Bibron, 1853 Ancistrodon contortrix Baird, 1854 Agkistrodon contorting Abbott, 1869 Ancistrodon atrofuscus Cope, 1875 Agkistrodon atrofuscus Yarrow, 1882 Ancistrodon contortrix var.