Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşıq Hüseyn Cavan
Əliyev Hüseyn Mikayıl oğlu (1916, Uti kəndi, Şərqi Azərbaycan ostanı – 14 noyabr 1985) — şair, aşıq, 1948-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Demokrat Partiyasının üzvü (1946), Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967) Aşıq Hüseyn Cavan 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının (hazırkı İranın Şərqi Azərbaycan ostanındakı Kəleybər şəhristanının Abışəhməd bəxşinin Seyidan dehistanındakı) Uti kəndində yoxsul ailədə doğulmuşdur. Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirmişdir. Onlar bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşamışlar. 7 yaşından muzdurluq etmiş, qoyun-quzu otarmışdır. 1927-ci ildə Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olmuşdur (1927–1935). Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy-düyünlərdə, el şənliklərində çıxış etmişdir. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunmuşdur. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşamışdır.
Bəxtsiz cavan
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Cavan Alay
Səmədov Alay Məmməd oğlu - el şairi. Səmədov Alay Məmməd oğlu 1942-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şerlərində xalq ədəbiyyatı ənənələri üstünlük təşkil edib. Lirik duyğular, məhəbbət, Vətən və xalqa bağlılıq mənəvi ucalıq el şairinin yaradıcılığının əsas mövzusu olub. O, aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tutub. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub. "Mənim də qəlbimin bir arzusu var" “Tovuzlu Alayı tanı” adlı kitab.
Cavan Zeynallı
Cavan Zeynallı (29 sentyabr 1945, Bakı) — Azərbaycan müğənnisi, cazmen, Azərbaycan Respublikasının Xalq artisti (2019). Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlmişdir. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir Hacıbəylinin kollektivində işləmişdi. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A. Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979–2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olmuşdur. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanmışdır, Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur.
Cavan ulduzlar
Cavan ulduzlar dedikdə ulduz təkammülünün başlanğıc mərhələsində olan ulduzlar başa düşülür. Bu sinfə iki qrup obyektlər daxildir: protoulduz və ilkin baş ardıcıllıq ulduzları. Astronomlar , çox qədim bir elliptik qalaktikanın ətrafında yerləşən bir sıra cavan ulduz topası aşkar etdilər - bu kəşf qədim qalaktikaların yalnız qədim ulduzlardan ibarət olması fikrini təkzib etdi. Araşdırma qrupu, Habbl Kosmos Teleskopu və ESO Çox Böyük Teleskop'u istifadə edərək, NGC 4365 qalaktikasının seria halında görünüşlərini aldılar, aparılan bu müşahidələr nəticəsində məlum oldu ki, bu qalaktikanın əksər ulduzlarının yaşı12 milyard və daha böyükdür, bu baxmayaraq bu qalaktikada bir-neçə milyard yaşa malik ulduzlarda var. Bu qalaktikanın belə bir gənc və yaşlı ulduz komleksinə malik olmasının səbəbi hələdə naməlumdur. NASA / ESA Habbl Kosmos Teleskopu və ESO Çox Böyük Teleskop'tan (VLT) əldə edilən məlumatları birləşdirən bir qrup avropalı və amerikalı astronomlar, böyük bir kəşf etdi. Köhnə bir eliptik qalaktikada çox sayda 'gənc' ulduz təsbit etdilər. İlk dəfə, qalaktikada bu qədər köhnə olan bir neçə ulduz meydana gəlmə dövrünü müəyyənləşdirmək mümkün olmuşdur. Eliptik qalaktikaların hər zaman bir ulduz meydana gəlmə dövründən keçdiyi və daha sonra ulduz meydana gəlməsindən məhrum olduğu düşünülmüşdür. Bununla birlikdə, ən yaxşı və ən böyük teleskoplardan kosmosda və yerdə bir araya gətirilməsi, artıq gözlə görülemədən daha çox olduğunu açıqca göstərmişdir.[1] Ulduzun formalaşması kosmik maddənin protoulduz diskinin və ya örtüyünün altında cəmləşməsi nəticəsində baş verir.
Əli Cavan
Əli Cavan (fars. علی جوان‎, ing. Ali Javan; 26 dekabr 1926, Tehran – 12 sentyabr 2016, Los-Anceles, Kaliforniya) — azərbaycan əsilli amerikalı fizik və ixtiraçı. 1959-cu ildə Bell Telephone Laboratories-də qaz lazerinin konsepsiyasını təklif edən ilk şəxs idi. Kiçik U. R. Bennett və D. R. Herriott ilə iş birliyində inşa etdiyi uğurlu bir prototip 1960-cı ildə göstərildi. Elmə verdiyi digər töhfələr kvant fizikası və spektroskopiya sahələrində olmuşdur. Əli Cavan 1926-cı ildə Təbrizdə İran azərbaycanlıların ailəsində doğulmuşdur. Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-yə köçmüşdür. o, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.
Bəxtsiz cavan (pyes)
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Cavan Aktyor Mükafatı
Cavan Aktyor Mükafatı - Əsası 1979-cu ildə ABŞ-də Maurin Draqon tərəfindən qoyulan hər il aktyorlara və aktrisalara verilən mükafatdır..
Cavan oğlan portreti (Rafael)
Cavan oğlan portreti (it. Ritratto di giovane uomo) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1513-1514-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Cavan oğlan portreti əsəri hal-hazırda Polşada Krakov şəhərində Kzartoski muzeyində saxlanılır.
Cavan oğlan alma ilə (Rafael)
Cavan oğlan alma ilə (it. Ritratto di giovane con la mela) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Cavan oğlan alma ilə" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki məşhur Uffitsi qalereyasında saxlanılır.
Ağabəyim ağa Cavanşir
Ağabəyim ağa (Ağabacı; 1782, Xankəndi – 1832, Tehran) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nigaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu. Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır.
Brickellia cavanillesii
Brickellia cavanillesii (lat. Brickellia cavanillesii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid bitki növü.
Cavanşir Məmmədov (rejissor)
Cavanşir Musa oğlu Məmmədov (17 oktyabr 1915, Lənkəran, Lənkəran qəzası – 5 sentyabr 1997, Moskva) — Azərbaycan operatoru və rejissoru. Cavanşir Musa oğlu Məmmədov 17 oktyabr 1915-ci ildə Lənkəranda anadan olub. 1937-ci ildə Aşqabad Kino Texnikumunu bitirmişdir. 1997-ci ildə Moskvada vəfat edib. Kinoda operator şagirdi (1932), operator köməkçisi, operator assistenti (1934), II dərəcəli operator (1935), II operator (1938), xronikal filmlər üzrə I dərəcəli operator dərəcələrinə yüksəlib. 1937-ci ildə Aşqabad kinostudiyasında operator işləyib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1950–1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında ("Sentrnauçfilm") "Kino Səyahəti" almanaxının yaradıcılarındandır. Kinojurnallar üçün mindən çox süjet çəkib.
Cavanşir Məmmədov (siyasətçi)
Cavanşir Məmmədov (1932, Əhmədbəyli, Qaryagin rayonu) — Jdanov rayonu Partiya Komitəsinin birinci katibi. 10 sentyabr 1930-cu il tarixində Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 1953-cü ildə ADPU –nun tarix fakültəsini, 1968-ci ildə AKTA –nın aqronomluq fakültəsini, 1972-ci ildə isə Moskva ALİ Partiya Məktəbini bitirmişdir. Cavanşir Məmmədov 1953–1954-cü illərdə Beyləqan rayon Komsomol Komitəsində təşkilat müdiri vəzifəsində çalışmış, 1954–1959-cu illərdə həmin qurumun ikinci və birinci katibləri vəzifəsinə yüksəlmişdir. 1959–1961-ci illərdə C. Məmmədov Azərbaycan SSR KP Beyləqan rayon Komitəsinin katibi vəzifəsində çalışmış, 1961–1963-cü illərdə Beyləqan rayon XDS İcraiyyə Komitəsinin sədri, 1963–1965-ci illərdə İmişli rayon İstehsalat Partiya Komitəsində katib, 1965–1978-ci illərdə Beyləqan rayon Partiya Komitəsinin birinci katibi, 1978–1988-ci illərdə Tərtər rayon Partiya Komitəsinin birinci katibi, 1988–1990-cı illərdə isə Füzuli rayon Partiya Komitəsinin birinci katibi vəzifələrin müvəffəqiyyətlə çalışmışdır. VII, VIII, IX, X, XI çağırış Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 4 dəfə "Qırmızı Əmək Bayrağı" (30.04.1966; 08.04.1971; 12.12.1973; 23.02.1981) və "Oktyabr inqilabı" (27.12.1976) ordenləri ilə təltif edilmişdir.
Cavanşir Nağıyev
Cavanşir Novruzov
Cavanşir Məmməd oğlu Novruzov (29 avqust 1959, Ağdam) — hücumçu mövqeyində çıxış etmiş SSRİ və Azərbaycan futbolçusu. Məşqçi. SSRİ idman ustası (1991), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (2021). 29 avqust 1959-cu ildə Ağdamda anadan olmuşdur. Uşaqlıqdan futbola marağı olub. 6-cı sinifdə oxuyanda məktəbin həyətində futbol oyunu zamanı Adil Nadirov onu görmüş və öz idman məktəbinə dəvət etmişdir. 1979-cu ildə Almaniyaya hərbi xidmətə yollanıb. Orada da futbol fəaliyyətini davam etdirib. Hərbi xidmətdən qayıtdıqdan sonra 3 ay Ağdamda futbol oynayıb. Buradakı çıxışı zamanı onu Mingəçevirin "Avtomobilçi" klubunun nümayəndələri bəyənərək komandalarına dəvət ediblər.
Cavanşir Paşazadə
Cavanşir Hümmət oğlu Paşazadə (12 aprel 1953, Cil, Lənkəran rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış, IV çağırış, V çağırış və VI çağırışların deputatı. 1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Fəlsəfə doktorudur. Rus, tacik və özbək dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1976-cı illərdə Özbəkistanın Buxara şəhərində texnikumda təhsil almışdır. 1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
Cavanşir Qafarov
Cavanşir Qafarağa oğlu Qafarov (10 fevral 1928, Gədəbəy, Gəncə qəzası – 6 yanvar 1994, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959). Cavanşir Qafarov 10 fevral 1928-ci ildə Gədəbəydə anadan olmuşdur. Gur, cingiltili və bariton səsi olan aktyor 1948–1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Cavanşir Qafarov 6 yanvar 1994-cü ildə Bakıda vəfat edib. Gədəbəydə dəfn olunmuşdur.
Cavanşir Quliyev
Cavanşir Rəhim oğlu Quliyev (22 noyabr 1950, Nuxa) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib. Diplom işi — böyük simfonik orkestr üçün "Birinci Simfoniya" olub. Hələ tələbə ikən, C. Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət "millilik və müasirlik" baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilmiş, və böyük maraq doğurmuşdur.
Cavanşir Qurbanov
Cavanşir Qurbanov (azərb. Cavanşir Kazım oğlu Qurbanov‎; 6 dekabr 1947, Bakı) — Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Güləş Federasiyasının Prezidenti, Yasamal rayonu Ağsaqallar Şurasının sədri. Qurbanov Cavanşir Kazım oğlu 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlar nəslindən olan Cavanşir Qurbanovun atası Qurbanov Kazım Pənah oğlu Böyük Vətən müharibəsinin iştirakçısı, anası Qurbanova Zəhra Yusif qızı isə evdar qadın olmuşdur. Samirə, Samir, Cəlal adından övladları var. 1968-ci ildən idman sahəsində çalışır. 1972–1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. 1972–1973-cü illərdə Mərkəzi Ordu İdman Klubunda hərbi xidmət keçmişdir. 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür.
Cavanşir Rəhimov
Cavanşir Rəhimov (tam adı: Cavanşir İzzət oğlu Rəhimov; 5 iyun 1973, Qaşqaçay, Qax rayonu – 6 avqust 1992, Çıraqlı, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edilir. 6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur.
Cavanşir Vəkilov
Cavanşir Mehdixan oğlu Vəkilov (7 fevral 1951, Bakı – 23 avqust 2013, Bakı) — diplomat, pedaqoq, tarix elmləri namizədi (1988), görkəmli ictimai-siyasi xadim, tarixçi, yazıçı, pedaqoq, vikipediyaçı, Mehdixan Vəkilovun oğlu. O, Azərbaycanca Vikipediyada J vekilov, Rusca Vikipediyada isə Qalxan adı altında fəaliyyət göstərirdi. Cavanşir Vəkilov 1951-ci il fevralın 7-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə 190 nömrəli orta məktəbi bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1972-ci ilin avqust ayından 1975-ci ilin sentyabrına kimi Əfqanıstanda, 1978-ci ilin oktyabr ayından 1979-cu ilin noyabr ayına kimi İranda tərcüməçi işləmiş, hər iki ölkədə antimonarxist inqilabların şahidi olmuşdur. 1975-ci ilin axırlarında bir neçə ay ərzində Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondu, 1976–1992-ci illərdə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborantdan baş elmi işçiyədək yol keçmiş, 1988-ci ildə "Azərbaycan Respublikasının SSRİ-İran mədəni əlaqələrində iştirakı (1941–46-cı illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2013-cü il avqustun 23-də dənizdə boğularaq vəfat edib. Müstəqillik dövründə 1992-ci ilin mart ayında diplomatiya sahəsinə keçmiş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ikinci və birinci katib, 1 may 1995-ci ildən 5 noyabr 1998-ci ilə qədər Azərbaycan Respublikasının Tehrandakı səfirliyində 2-ci katib vəzifəsində çalışmışdır. Ankara (1993), Tehran (1994, nümayəndə heyətini rəhbəri) və Qahirədə (2002, nümayəndə heyətini rəhbəri) keçirilən Diplomatik Kurslarda iştirak etmişdir.
Cavanşir Vəliyev
Cavanşir Vəliyev (tam adı:Vəliyev Cavanşir İnqilab oğlu; 1957, Ağstafa rayonu) — 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin rəisi. 8 iyun 1957-ci ildə Vəliyev Cavanşir İnqilab oğlu Ağstafa rayonunda anadan olub. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. SSRİ DTK-nın Minsk şəhərindəki Ali Kursları Andropov adına Qırmızı bayraqlı institut Javanshir Valiyev Retired colonel (Special Forces) Date of Birth: 08.06.1957 I Residence: Azerbaijan Private consulting services (2018 – present) • Political, social and economic risk assessment of potential non-oil sector investments in Azerbaijan • Support in business start-up and ramp-up • Investor and government bodies relationship building • Political analytics Head of Department of Ministry of Diaspora responsible for USA, Canada, Israel and Europe (2005–2018) • Ensuring support of critical political agenda items in countries under supervision through close collaboration with Azerbaijanians living abroad as well as various support organizations (e.g., American Jewish Committee, etc.) Private consulting services (2004–2006) Special Forces Colonel of Ministry of National Security (1999–2004) Deputy of State Tax Service (1996–1999) Vice president of Chamber of Commerce and Industry (1994–1996) Head of Special Administration under President of Azerbaijan Republic (1993–1994) Deputy of Security Services of the President of Azerbaijan Republic (1992–1993) Officer, Ministry of National Security of Azerbaijan Republic (1990–1992) Officer, State Security Committee, USSR (1984–1990) EDUCATION: MSc international Economic Relations, Andropov’s Krasnoznamenniy University, Moscow, (1987–1990) State Security Committee course, Minsk, Belarus (1984) BSc/MSc Mechanical Engineering, Azerbaijan Technical University (1974–1980) LANGUAGES: Azerbaijani (native), Russian (fluent), Turkish (fluent), English (moderate), Farsi (basic) Uzun illər Azərbaycan SSRİ Dövlət Təhlükəsiz Komitəsində, daha sonra isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizlik xidmətinin rəisinin müavin 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin rəisi olub. 1994–1995-ci illərdə Ticarət Sənaye Palatasının vitse prezidenti 1995–1998-ci illərdə Dövlət Vergi Müfəttişliyinin xüsusi işlər üzrə müşaviri C. İ. Vəliyev və Ş. N. Rəhimov haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin fəaliyyətinin səmərəsini daha da artırmaq məqsədi ilə qərara alıram: 1. Polkovnik Cavanşir İnqilab oğlu Vəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin rəisi vəzifəsindən azad edilsin və Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin sərəncamına göndərilsin. 2. Polkovnik Şəmsi Nuru oğlu Rəhimov Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi vəzifəsinə təyin edilsin. Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri, 8 yanvar 1994-cü il № 89.
Cavanşir Yusifli
Cavanşir Əziz oğlu Yusifli (24 sentyabr 1958, Masallı) — tənqidçi, ədəbiyyatşünas və tərcüməçi. Cavanşir Əziz oğlu Yusifli 1958-ci il sentyabr ayının 24-də Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib (1986). Yardımlı rayonunda müəllim işləyib (1986-1987). 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M.F.Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1991-1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur.
Cavanşir Zeynallı
Cavan Zeynallı (29 sentyabr 1945, Bakı) — Azərbaycan müğənnisi, cazmen, Azərbaycan Respublikasının Xalq artisti (2019). Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlmişdir. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir Hacıbəylinin kollektivində işləmişdi. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A. Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979–2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olmuşdur. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanmışdır, Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur.
Cavanşir eli
Cavanşir eli — Qarabağın aparıcı ellərindən biri, XVIII əsrdə xanlıq qurmuşdu. Qədim monqol qurumlarında goran və orun adlı düzülüş sistemi vardı. Goranda və orunda xandan, xaqandan solda ən hörmətlilər dururdular. Bu sistem orduda da gözlənilirdi. Ordunun sol cinahında döyüşənlər "caban qar" — sol qol, sağ cinahında döyüşənlər isə "baran qar" — sağ qol adlanırdı. Savaşa həmişə sol qol başladığından bu qolda seçkin bahadırlar dayanırdılar. Azərbaycanda iqtidarda olmuş Elxanlılar, Çobanlılar, Cəlayırlar, Barlaslar (Teymurlular) və digər qurumların ağalıq dönəmlərində ordunun aparıcı qolu caban qar idi. Cabanqar adı get-gedə deyiliş nəticəsində ilkin biçimini dəyişərək Cavanşir şəklinə düşdü. Cavanşir adını yozanlar arasında tarixçi Rzaqulu xan Hidayət də var. Rzaqulu xan "Rövzzətüs-səfa" adlı əsərində İbrahimxəlil xan Sarıcalı-Cavanşirdən bəhs edərkən yazır: "Cavanşir elinin əsli Türkistandan olaraq Oşir xan nəslindəndir.
Cavanşir gölü
Cavanşir gölü və ya Cavanşir su anbarı — Ağsu şəhərindən cənub-qərbdə yerləşir və Ağsuçaydan qidalanır. 1961-ci ilə qədər təbii göl kimi mövcud olan Cavanşir gölünün ətrafına torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Bəndin hündürlüyü 15m, uzunluğu 2680m və su anbarının həcmi isə 4.6 milyon m³-ə çatır. Suvarılan sahə 900ha-dır.
Cavanşir körpüsü
Cavanşir körpüsü (əvvəlki adı: Qaqarin körpüsü) — Afiyəddin Cəlilov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsini birləşdirən körpü. "Cavanşir" körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb. 2019-cu ildə Cavanşir körpüsünün yaxın vaxtlarda söküləcəyi, körpünün yerində yeni yolun salınması nəzərdə tutulduğu barədə xəbər verilib. 20 may 2024-cü ildə sökülməsinə başlanılıb.
Cavanşir mahalı
Cavanşir mahalı — Qarabağ xanlığının 25 mahalından biri. Sahəsi - Əhalisi — Cavanşirlər Yaranması — 1747-ci il Mərkəzi— Sarıcalı-Quzanlı obası Sərhədləri —Qərbdən Vərəndə mahalı, şimaldan Xaçın mahalı, şərqdən İyirmidörd mahalı, cənubdan I Kəbirli mahalı. Cavanşir mahalının 1 kənd və 32 oymağında 696 (370 vergi ödəyən və 326 ödəməyən) ailə yaşayırdı. Hamısı müsəlman-azərbaycanlılardan ibarət idi. Mahal sakinlərinin başlıca məşğuliyyəti maldarlıq və taxılçılıq idi. Ən böyük oymaqlar 97 ailədən ibarət Qaravənd, 51 ailədən ibarət Köçərli idi. Mahalı minbaşı Şərifxan bəy idarə edirdi. Ənvər Çingizoğlu, Cavanşir mahalı, "Soy" elmi-kütləvi dərgi, 2011, № 5, səh.30–41.
Cavanşir qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Cavanşir qəzası
Cavanşir qəzası (rus. Джеванширский уезд) — Yelizavetpol quberniyasının bölgələrindən biridir. Cavanşir qəzasının inzibati mərkəzi Yelizavetapol — Şuşa şəhərləri arsındakı Tərtər poçt stansiyası hesab olunurdu; Yelizavetapoldan 681/6 vers. məsafədə Tərtər çayının üzərində Bərdə kəndi yerləşmişdir. Bərdə Qafqaz Albaniyasının paytaxtı olmuş, VII əsrdə ərəb istilalarına, 943 ildə Xəzərdən Kür çayı ilə keçərək gəlmiş ruslların, XIV əsrdə isə Teymurləngin dağıdıcı hücumları nəticəsində viran qoyulmuşdur. Şəhərdən yarı dağılmış qala divarları qalmışdır. Qəza 213 kəndi əhatə edirdi. Əhalinin əksəriyyəti əkinçilik və madarlıqla məşğul idi. Orta və düzən sahələrdə bağçılıq və ipəkçilik mühüm yer tuturdu. Əkin sahələrində əsasən buğda, arpa əkilirdi.
Cavanşir su anbarı
Cavanşir gölü və ya Cavanşir su anbarı — Ağsu şəhərindən cənub-qərbdə yerləşir və Ağsuçaydan qidalanır. 1961-ci ilə qədər təbii göl kimi mövcud olan Cavanşir gölünün ətrafına torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Bəndin hündürlüyü 15m, uzunluğu 2680m və su anbarının həcmi isə 4.6 milyon m³-ə çatır. Suvarılan sahə 900ha-dır.
Cavanşir türbəsi
Cavanşir türbəsi — XIV əsrə aid, Qubadlı rayonunun "Yazı düzü"ndə yerləşən türbə.
Cavanşir İbrahimov
Çavan
Çəvan (Marağa)
Cacan
Cacan (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. Empirizm Kainat Qlobus World. The World Factbook. Central Intelligence Agency.
Cavab
Cavab — verilən suala və ya hər hansı hadisəyə qarşı göstərilən reaksiya. Cavab həmçinin qarşıya qoyulan sual və ya məsələ ilə bağlı müvafiq olaraq verilən məlumat da ola bilər. Cavab qısa və ya dolğun ola bilər. Hesab edilir ki, cavab verilən suala adekvat olmalıdır. Verilən suallara cavab "hə" və ya "yox" formasında ola bilər. Bəzi hallarda susmaq da cavab forması sayılır.
Cavad
Cavad — Azərbaycanlı kişi adı. Cavad xan — Gəncə xanlığının sonuncu hökmdarı.
Avan
Avan (Ermənistan)
Bavan (Urmiya)
Bavan (fars. ‎‎‎باوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.106 nəfər yaşayır (208 ailə).
Cacan (Vərziqan)
Cacan (fars. جاجان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərziqan qəsəbəsindən 18 km şimal-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 772 nəfər yaşayır (188 ailə).
Cacan (Ərdəbil)
Cacan - İranın Ərdəbil ostanında kənd.. Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 30 km şimaldadır.
Cajanus cajan
Göyərçin noxudu (lat. Cajanus cajan) — paxlakimilər fəsiləsinin kayanus cinsinə aid bitki növü.
Canet Caqan
Canet Rozali Caqan (ing. Janet Rosenberg Jagan) (20.10.1920, Çikaqo – 28.3.2009, Belem, Braziliya) — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti. Detroyt və Ueyn Universitetlərində təhsil almışdır. 1943-cü ildə Ç.B. Caqana ərə getdikdən sonra Britaniya Qvianasına köçmüşdür. Ərinin stomatoloji klinikasında tibb bacısı işləmişdir. Qadın hüquqları uğrunda mübarizə aparmış, 1946-cı ildə Qadınların iqtisadi və siyasi təşkilatının yaradılmasında iştirak etmiş, 1953-cü ildə Mütərəqqi qadın təşkilatının rəhbəri olmuşdur. 1950-ci ildə əri ilə birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir (1970-ci ilə qədər onun baş katibi olmuşdur). 1957–61-ci illərdə əmək, səhiyyə və mənzil təsərrüfatı naziri, 1963–64 illərdə daxili işlər naziri vəzifələrində çalışmışdır. 1976–97-ci illərdə Milli assambleyanın deputatı idi. 1970–97-ci illərdə Qayana jurnalistlər ittifaqının prezidenti, 1973–97-ci illərdə MXP-nin mərkəzi orqanı olan “Mirror” qəzetinin redaktoru olmuşdur.
Cahan Ağamirov
Ağamirov Cahan Mirbaba oğlu (19 aprel 1945, Təbriz) — Azərbaycanlı nizamişünas, şərqşünas, fars dili mütəxəssisi və filologiya üzrə fəlsəfə doktoru. Gəncə Dövlət Universitetinin Praktik xarici dillər kafedrasının baş müəllimi. Cahan Ağamirov, "İran ədəbiyyatşunaslıqında Nizami irsinin öyrənməsi və tədqiqi" mövzüsünda dissertasiya işinin müəllifidir. Alim, XII əsrdə yaşamış Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mədəni irsinin öyərnilməsi sahəsindəki fəaliyyətlərinə görə tanınmışdır. Cahan Ağamirov 1945-ci ilin 29 aprel tarixində İranın Təbriz şəhərində anadan olmuşdur. Həmin dövrdə ölkə Pəhləvilər sülaləsi tərəfindən idarə edilməkdə idi. Babası Hacı Seyyid Ağabala ağa Gəncədə dövrün tanınmış din xadimi olmuşdur. Atası Mirbaba Ağamirov, XX əsrin əvvəllərindən etibarən tez-tez İrana səfərlər etmiş və Təbriz şəhərində ticarət əlaqələri yaratmışdır. Atasının Təbriz-Gəncə arasında ticarətlə məşğul olduğu və əsasən müxtəlif ədviyyat məhsullarını İrandan gətirərək, Gəncə bazarlarında satdığı məlumdur. Tez-tez İrana səfərlər etməsi və İrana məxsus passporta sahib olması səbəbindən 1937-ci ildə atası Mirbaba Ağamirov İrana sürgün edilmişdir.
Cahan Holding
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Cahan Holdinq
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Cahan Məmmədov
Cahan Məmmədov — 1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, "Şərəf nişanı" ordeni təltifçisi. 1949-cu ildə Tovuz rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırması, iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, həmin institutu 1975-ci ildə bitirərək, iqtisadçı ixtisasını almışdır. 1968–1970-ci illərdə Almaniya DR-da hərbi xidmətdə olub. 1970–1972-ci illərdə Bakı Baş tikinti idarəsinin 12 №-li Tikinti Quraşdırma İdarəsində çilingər; 1972–1976-cı illərdə Azərbaycan Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsində mühəndis-iqtisadçı, böyük iqtisadçı; 1976–1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Komitəsində texniki rezin məmulatları şöbəsində böyük mühəndis-iqtisadçı, Xüsusi geyim, təsərrüfat malları və avadanlıqların təckizatı şöbəsinin rəisi, Tikinti Materiallarının təchizatı şöbəsinin rəisi, Maşın, avadanlıq və istehsal təyinatlı malların təchizatı üzrə Baş idarəsinin rəisi; 1986–1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Maddi-Texniki Təchizat üzrə Baş idarənin rəis müavini, rəisin birinci müavini; 1991–1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi həmin Nazirliyin "Azəraqro-təchizatmexanikləşdirmə" Respublika İstehsalat Birliyində sədrin birinci müavini; 1992-ci ildə Rusiya FR-nın Sankt-Peterburq Dövlət İqtisad Universitetində "Bazar iqtisadiyyatı şəraitində Aqrar bölmənin maddi-texniki təminatı" mövzusunda iqtisad elmləri namizədi dərəcəsi almaq üçün müdafiə edib. 1994–2015-ci illərdə "Marketinq" kafedrasında saathesabı müəllim işləyib. 1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışmışdır. 2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyir. Çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri çapdan çıxmışdır.
Cahan Məmmədzadə
Cahan Saleh oğlu Məmmədzadə (24 avqust 1994, İsmayıllı rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. Nişanlı idi. Azərbaycan Ordusunun giziri olan Cahan Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cahan Məmmədzadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Cahan Pəhləvan
Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا‎; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز‎; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, اردبیل, Eldənizlər və ya Naxçıvan – fevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu. Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur. Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu.
Çadan
Çadan — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasınana daxildir.
Çayan
Çayan - əsasın 1923-cü ildə qoyulmuşdur. Əvvəllər Sovet hökumətinin sonra isə Rusiya Tatarlarının yumor və satirik jurnalıdır. rus və tatar dillərdində çap olunur. Tatar dilində 1923-cü ilin yanvar ayından, rus dilində isə 1956-cı ildən çap olunmağa başlayıb. Jurnalın ilk çap olunması 1923-cü ilə təsadüf edir. İlk buraxılış çox ciddi ağ-qara və çox hissəsi mətndən ibarət idi. Ancaq tez biz zamanda o öz ətrafında çoxlu sayda karikaturçılar yığdı. Onlardan bəziləri Qusman Arslanov, N.Xristenko, Q.Polyakov, D.Krasilnikov, Q.Yusupov, M.Amirovdur. 1941-ci ilidə yalnız bir dəfə Çayna hərbi mövzuda nəşr olundu. Bundan sonra jurnal on ildən çox nəşr olunmadı.
Çağan
Birinci Çağan
Çəvan
Çəvan (Marağa)
Aşağı Çavan (Marağa)
Aşağı Çavan (fars. چوان سفلي‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,169 nəfər yaşayır (275 ailə).
Yuxarı Çavan (Marağa)
Yuxarı Çavan (fars. چوان عليا‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 995 nəfər yaşayır (194 ailə).