Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Coşua Kallan
Coşua Kallan (8 aprel 1991) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Coşua Kallan Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Coşua Kallan 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.726 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu.
Coşua Kimmix
Yozua Kimmix (alm. Joshua Kimmich‎, 8 fevral 1995, Flensburq, Şlezviq-Holşteyn) — Alman futbolçusu, Bayern Münhen FK və Almaniya milli futbol komandasının oyunçusu.
Coşua Palmer
Coşua Palmer (10 avqust 1991) — Avstraliyanı təmsil edən üzgüçü. Coşua Palmer Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Palmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.13 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Coşua Reynolds
Ser Coşua Reynolds (ing. Joshua Reynolds; 16 iyul 1723[…], Plimpton[d], Devon qraflığı – 23 fevral 1792[…], London) — tarixi janr və portretçi rəssamı, XVIII əsr ingilis portret məktəbinin nümayəndəsidir. Kral İncəsənət Akademiyasının prezidenti və London Kral Cəmiyyətinin üzvü olmuşdur. Antik incəsənətin öyrənilməsi məqsədilə yaradılmış həvəskar Cəmiyyətin üzvü olmuşdur. == Həyatı və təhsili == 1723-cü il 16 iyul tarixində Plimptonda, Devonşir qraflığında anadan olub. Atası onun tibb sahəsində nəzərdə tutsa da, amma cavan oğlanın tez bir zamanda xüsusi sənətə sevgisi və portretçi Corc Riçardsonun traktatlarını oxuması rəsm haqqında onun əsl istedadını müəyyən etdi. 1741–ci ildə Londonda Reynolds portretçi T. Qudsonun şagirdləri sırasına daxil olub, onun rəhbərliyi altında üç il məşğul olmuş, növbəti üç ili Devonportda və yenidən Londonda keçirmiş, 1746–1749–cu illər arası İtaliyaya getmiş və burada, əsasən, böyük ustaları Tisianı, Korredconu, Rafaeli və Mikelancelonu öyrənmişdir. 1752–ci ildə Londona qayıdışında o, özünə yüksək və qeyri-adi mahir portretçi kimi hörmət qazandı və ingilis rəssamları arasında yüksək mövqe tutdu. Ölümünə bir il qalmış o, görmə qabiliyyətini itirmişdir. 23 fevral 1792-ci ildə Londonda vəfat etmişdir.
Coşua Steyger
Coşua Yanos Qreqor Steyger (6 aprel 2001-ci ildə anadan olub) — Avstriya Bundesliqa təmsilçilərindən olan Volfsberq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriya futbolçusudur. == Klub karyerası == === Volfsberq === Steyger Volfsberq akademiyası vasitəsilə inkişaf etmişdir. Steyger öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Admira Vakker Mödlinq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Dominik Frieseri ilə əvəz olunmuşdur. Həmin görüşdə Volfsberq liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 19 avqust 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Coşua Tibatemva
Coşua Tibatemva (10 sentyabr 1996, Kampala) — Uqandalı üzgüçü. Coşua Tibatemva Uqandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Tibatemva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 25.98 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Coşua açılış mərasimində Uqandanın bayraqdarı idi.
Coşua Vays
Coşun (Vərzəqan)
Coşun (fars. جوشين‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 499 nəfər yaşayır (122 ailə).
Coşua Bassett
Joshua Taylor Bassett (22 dekabr 2000, Oşensayd, Kaliforniya) — amerikalı aktyor və müğənnidir. == Həyatı == Bassett Kaliforniyada, valideynləri Taylor və Lauranın ailəsində anadan olub böyüdü. Beş bacısı var və evdə təhsil alıb.
Coşua Cekson
Coşua Karter Cekson (11 iyun 1978, Vankuver, Britaniya Kolumbiyası) — Kanadalı aktyor. O, 1998–2003-cü illərdə yayımlanan Dawson's Creek teleserialında Peysi Vitter rolu ilə məşhurlaşmışdır.
Bağlama
Oğulcan Çağlayan
Oğulcan Çağlayan (22 mart 1996, Altındağ ilçəsi, Ankara ili) — Türkiyə futbolçusu. "Qalatasaray PFK" klubunun hücumçusudur. 14 fevral 2014-cü ildə Super Liqada debüt etdi.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Çaxlamaz (Marağa)
Çaxlamaz — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Mərkəzi bölgəsinin Qavdul kəndistanında Marağa şəhərindən 58 km cənub-şərqdədir.
Çağlayan (Qars)
Çağlayan — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 181 nəfərdir (2022).
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Ağlama divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Söyüdlər ağlamaz (opera)
Söyüdlər ağlamır — Əfrasiyab Bədəlbəylinin 1971-ci ildə tamaşaya qoyduğu opera. İlk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Azərbaycan xalqının Böyük Vətən Müharibəsi dönəmində cəbhədə və cəbhə arxası göstərdiyi qəhrəmanlıqdan bəhs edir.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Sen Ağlama (albom)
Sen Ağlama – Sezen Aksunun 6 sentyabr 1984-cü ildə çıxan altıncı studiya albomudur. == Albom haqqında == Albomda yer alan mahnıların bəstələri Onno Tunç, sözləri isə daha Aysel Gürel və Sezen Aksunun özünə məxsus olub. Albomdakı musiqi və sözlərin hər biri türk popunda saysız-hesabsız mahnılara ilham verib. Albom LP və MC formatlarında nəşr olunub və 1984-1985 mövsümündə həftələrlə hit-paradların başında yer alıb və Sezen Aksunun ən populyar və ən çox satılan klassik albomu olub. Uzun illər sonra CD nəşri də buraxılıb.
Çaqama
Çaqama (茶釜) və ya sadəcə kama – Yaponiya çay mərasimlərində istifadə olunan çaydan. Çay hazırlamaq üçün istifadə olunur. == Tarixi == Dəmir çaydanlar qədim dövlərdən etibarən Yaponiyada istifadə olunur. Muromoçi dövründə (1333–1538) çay mərasimi mədəniyyətinin inkişafı ilə əlaqədar olaraq dəmir çaydanlar xalq incəsənəti işləri, eləcə də, funksional əşyalar olmuşdur. Yaponiyada iki region çaqama istehsalına görə tanınmışdır: Aşiya və Tenmyo. Aşiya çaydanlarının səthi hamara və zərif dekorasiyaya malikdir. Tenmyo çaydanlarının səthi qabadır və sadə görünüşü var. Çay mərasimi rituallarının yaradıcısı olan Sen no Rikyuya görə çaydan ən vacib çay ləvazimatıdır. == Xüsusiyyətlər == Çaqama tökmə dəmirdən hazırlanmış böyük çaydandır. Çaydan əridilmiş dəmirin gil və qumdan hazırlanmış qəlibə tökülməsi ilə hazırlanır.
Xoşun
Xoşun — (Çin heroqlifi ilə — 旗, pinyin transkripsiyası ilə — qí, palladiya transkripsiya sistemi ilə — tsi, monqol yazısı ilə — ᠬᠣᠰᠢᠭᠤ)- Çinin Daxili Monqolustan Muxtar Rayonunda inzibati ərazi vahidi. Öz inzibati funksiyasına əsasən qəza inzibati ərazi vahidinə uyğundur. Çində həmçinin muxtar qəza şölgüsünə uyğun gələn muxtar xoşunlar da mövcuddur. Müasir dövrdə Çin Xalq Respublikasında 49 xoşun və 3 muxtar xoşun vardır.
Yoşua
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Xoşab
Hoşaf, quru meyvələrin şəkər suyu ilə qaynadılaraq türk mətbəxində hazırlanan bir desertdir. Adı fars dilində “təmiz su” mənasını verən xoş ab (خوشآب) sözündən gəlir. Hoşaf xüsusilə Ramazan ayında və təzə meyvə ilə hazırlanan komposta, kompot kimi soyuq şəkildə içilir.
Çaqama şəlaləsi
Çaqama şəlaləsi (茶釜の滝, Chagama no taki) – Yaponiyanın Akita prefekturasının Kazuno rayonunda, Yoneşiro çayının Yoakeşima qolunun üzərində yerləşən şəlalə. 1990-cı ildə Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısındadır. Şəlalə 100 metr yüksəklikdən tökülür və bu, onu siyahının ən hündür şəlalələrindən biri edir. Şəlalə həm də siyahının ən təcrid olmuş şəlaləsidir. Şəlaləyə çatmaq üçün relyefi sıldırımlı olan ərazidə 5,5 kilometr yolu piyada getmək lazımdır.
Mosul
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.