Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Döyüş
Döyüş — bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür. Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur. Qədim Dünyada, Orta Əsrlərdə və yeni Tarixdə döyüş konkret bir məkanda, açıq bir yerdə, dənizdə, donmuş göl üzərində baş verir və bir neçə gündən artıq davam etmirdi. Müasir dövrdə döyüş geniş bir coğrafiyada baş verir və aylarla davam edə bilir.
Aaxen döyüşü
Aaxen döyüşü — İkinci Dünya müharibəsi zamanı, 2–21 oktyabr 1944-cü il tarixlərində Aaxen vilayətində və şəhərin özü uğrunda ABŞ və Almaniya qoşunları arasında döyüş. == Döyüş == 7 oktyabrda Ziqfrid xəttinə qarşı döyüşlərdə Kortni Hocesin komandanlığı altındakı 1-ci ABŞ Ordusu Aaxen istehkamlarına hücum etmişdir. Bir sıra döyüşlərdən sonra şəhər 10 oktyabrda mühasirəyə alınmışdır ​​və üç gün sonra amerikalılar şəhərə daxil olmuşdur. Buna baxmayaraq, alman qarnizonu yalnız 21 oktyabrda təslim olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Vikianbarda Aaxen döyüşü ilə əlaqəli mediafayllar var.
Adrianopol döyüşü
Adrianopol döyüşü — Qədim dünya tarixinin ən əhəmiyyət kəsb edən vuruşmalarından biridir. Döyüş 378-ci il avqustun 9-da Roma imperatoru Valentin ilə Fritxigernin komandanlıq etdiyi vestqotlar arasında baş vermişdir.. Döyüş Adrianopoldan (Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanın sərhəddində yerləşən indiki Ədirnə şəhəri) 13 km şimalda olmuşdur. Romalılar döyüşdə məğlub olmuş, imperator Valentin öldürülmüşdü. Adrianopol döyüşü Roma imperiyasının süqutunu sürətləndirmişdir.
Afrin döyüşü
Əfrin və ya Ərz əl-Hatim döyüşü — 29 iyun 1149-cu ildə Raymond de Poitiers və Əli ibn Vəfanın komandanlığındakı birləşmiş Antioxiya knyazlığı və Xaşxaşilərin ordusu ilə Suriya atabəy bölmələrinin müttəfiq xaçlı ordusunu yox etdiyi, Antioxiyanı yağmaladığı və xristian knyazlığının şərq torpaqlarını işğaldan qurtardığı döyüşlərdən biridir. == Arxa plan == Atabəy Nurəddin Zənginin atası İmaməddin Zənginin 1146-cı ildə ölümündən sonra Raimund de Poitiers Hələb əyalətini işğal etdi. Bununla birlikdə, 1147-ci ildə Nurəddin Zəngi Hələbin nəzarətini geri aldı və Şamı xaçlılara qarşı uğurla müdafiə etdi. Bundan sonra, 1148-ci ilin sonunda Antioxiya knyazlığını işğal etdi və Apameanı mühasirəyə aldı. Raimund onu məğlub etdi və cəbhəxanasını ələ keçirdi. Atabəy bir neçə ay sonra Jaqra hücum etmək üçün geri döndüyündə Raimund onu yenidən Hələbə geri çəkilməyə məcbur etdi. 1149-cu ilin iyununda Nurəddin Zəngi Antioxiya knyazlığını yenidən işğaldan azad etdi və Şam hökmdarı Unur və türkmənlərin dəstəyi ilə İnab qalasını mühasirəyə aldı. Atabəyin çoxu at üstündə olmaqla, təxminən 6 min döyüşçüsü var idi. Raimund və qonşusu Edessa qrafı II Josselin 1146-cı ildən Raimundun Jesselinə yardım üçün qoşun göndərməməsindən sonra düşmən olmuşdular. II Josselin Raimonda qarşı Nurəddin Zəngi ilə ittifaqa belə girdi.
Aksi döyüşü
Aksi döyüşü — e.ə. 31-ci il sentyabrın 2-də Qədim Romada vətəndaş müharibəsi dövründə Aksi burunu yaxınlığında dəniz döyüşü. Oktavianın Aqrippanın komandanlığı altında döyüşən 260 gəmidən ibarət donanması həlledici vuruşda Antoni və Kleopatranın 230 gəmidən ibarət donanmasını əzmişdir. Döyüşün qızğın çağında savaşın uduzulduğunu zənn edən Kleopatra Misir donanmasına döyüşdən çıxmaq haqqında əmr verdi. Vuruşan gəmilər arasından sivişib qaçan 60 gəmi araya çaxnaşma saldı. Antoni Kleopatranın xəyanətinə inana bilmirdi. Antoni onun uğrunda vuruşub-ölən döyüşçüləri tərk edərək sürətli gəmiyə minib Kleopatranın ardınca getdi. Antoninin sərkərdəsiz qalmış donanması məğlubıyyətə uğradı və təslim oldu. Antoni ilə Kleopatra Misir İsgəndəriyyəsinə gəldilər.
Alacadağ döyüşü
Alacadağ döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Qarsın Diqor bölgəsində baş tutan döyüş rusların qələbəsi ilə başa çatmışdır.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. == Döyüş == 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi.Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi.Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. === Diakosun vəfatı === Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu. Diakos imtina edərək və cavabında "mən yunan doğuldum və yunan kimi öləcəm" cavabını verdi. Vrioni Diakosu payaya keçirməyə əmr etdi.
Alaşkert döyüşü
Ələşgird döyüşü — 29 iyul-1 avqust 1421-ci ildə Qaraqoyunlularla Teymurilər arasında baş vermiş döyüş. == Arxaplan == Qaraqoyunlu dövlətinin (1410-1468) əsas düşmənlərindən biri də Xorasanda bərqərar olmuş Teymuri hökmdarı Şahrux idi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana doğru hücüma başladı. Təbrizdən düşməni qarşılamaq üçün 50 minlik qoşunla yola çıxan Qara Yusifin qəflətən xəstələnməsi və vəfat etməsi, şahzadələrdən heç birinin ordu qərargahında olmaması ciddi hərc-mərcliyə səbəb oldu. Həmin dövrdə şahzadələrdən Şahməhəmməd Bağdadda, İskəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahanşah Sultaniyyədə Əbu Səid isə Ərzincanda idi. Teymuri qoşunlarının yaxınlaşmasından vahiməyə düşən Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Beləliklə heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi. Qara Yusifin ölümü ilə Şahrux Mirzə Qaraqoyunlu şahzadələri ilə qarşı-qarşıya qaldı. Qaraqoyunlu əmirlərinin ittifaqı ilə Qara Yusifin yerinə taxta çıxan İsgəndər Mirzə bir tərəfdən Şahruxa öz itaətini bildirmiş, digər tərəfdən isə Mardinə hücum edən Qara Yuluq Osman bəy üzərinə səfər etmək üçün hazırlıqlara başlamışdı . 1421-ci ilin mart ayında Qara Yuluq Osman İsgəndər Mirzə tərəfindən məğlub edildi.
Alaşəhər döyüşü
Alaşəhər döyüşü və ya Antioxiya ad Maeandrum döyüşü — Nikeya imperiyası ilə Anadolu Səlcuqlu dövləti arasında 1211-ci ildə baş vermişdir. Türklərin məğlubiyyəti, Kiçik Asiyanın Ege bölgəsinin sahilində İznik hakimiyyətini davam etdirdi. Səlcuqlu sultanı I Qiyasəddin Keyxosrov döyüş meydanında öldürüldü. Döyüş Aydının Quyucak bölgəsində olan modern Yamalak qəsəbəsi yaxınlarında baş vermişdir. == Arxa plan == İstanbulun IV Səlib yürüşü (1204) qüvvələri tərəfindən ələ keçirilməsinin və Bizans imperiyasının bölünməsinin ardından 1208-ci ildə imperator olan Teodoros Laskaris (1205-1222) qərbi Anadolunun köhnə Bizans torpaqlarında güc formalaşdırdı. Yeni hakimiyyət Nikeya imperiyası olaraq bilinəcəkdi. İznik Bizans imperiyasının mirasına haqq iddia edən başlıca rum varis dövlətlərindən biri idi, digər varis dövlətlər Epirus və daha sonra Yunanıstanın qərbindəki Selanik imperiyası idi. İznik xaçlılar tərəfindən qurulan yeni Latın imperiyası tərəfindən şimaldan və şərqdən Anadolu Səlcuqlu dövləti tərəfindən təhdid edilirdi. Səlcuqlular ilə edilən sülh 1211-ci ilin əvvəllərində köhnə Bizans imperatoru III Aleksiosun (1195-1203) Antalya limanına çatmasıyla pozuldu. Başda Səlcuqlu tərəfindəki Əli ibnül Əsir və Nikiforos Qriqoras adlı əsərləri olmaqla, yaxın çağdaş qanaqlar ilə digər əsərlərdə istinadlarla Nikitas Honiatis tərəfindən Teodoros Laskaris şərəfinə yazılan yazıda döyüş haqqında bəzi detallar mövcuddur.
Almaqulağı döyüşü
Almabulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi. == Döyüş ərəfəsi == 1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı. == Döyüşün gedişatı == Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular.
Amara döyüşü
Amara döyüşü — 19 oktyabr ilə 20 oktyabr 2006-ci il aralığında keçirilmiş, Bədr Təşkilatının çoxsaylı üzvləri ilə Mehdi Ordusu və polislər arasında baş vermiş döyüşdür. == Arxa planda == Amara şəhəri nisbətən müharibə zamanı dinc şəhərlərdən idi. Həmin zamanlarda bu şəhərdə bir-birilə rəqabət aparan polis orduları, Bədr Təşkilatı və Mehdi Ordusu mövcud deyildi. Müharibənin əvvəllərində xeyli rəqib fraksiyalar arasında və məqsədli istiqamətində döyüşlər olub. Britaniya qüvvələri OMS polis ordusu ilə gündəlik təmasda olub. İraq minaatan atəşgahı ilə birlikdə ordu onların qərargahı idi. Britaniya qüvvələri 2006-cı ilin avqustunda Amaranı tərk etdi və İraq hökuməti şəhərə nəzarəti bərpa etdi. Oktyabrın ortalarında Amarada yol kənarında Bədr Təşkilatına məxsus bombanın partlaması nəticəsində Amaranın Polis Rəisi həlak oldu. Buna cavab olaraq, polis Mehdi Ordusunun üzvü olan və şübhəli bilinən terrorçunun qardaşını əsir götürdü. == Döyüş == Döyüşlər oktyabrın 19-da başladı.
Ambon döyüşü
Ambon döyüşü — Hiderland Ost-Hindi əməliyyatı çərçivəsində quruda baş vermiş döyüş. Döyüş Ambon adasında 1942-ci ilin 30 yanvarından 3 fevralına qədər davam etmişdir. Burada Hollandiya və Avstraliya qüvvələri müştərək şəkildə yaponlara qarşı müqavimət göstərmişlər. == Tərəflərin qüvvələri == === Müttəfiqlər === Müharibədən öncə bölgədə sayı 2800 çatan Molukk briqadasına sahib hollanlar və 2 batalyondan ibarət olan Avstraliya qüvvələri cəmləşmişdi. Avstraliya qüvvələri adaya 17 dekabrda gətirilmiş və sayları cəmi 1100 nəfərdən ibarət olmuşdur. Hollandların qüvvələri Kral holland ost-hind ordusu adlanırdı. Hollandların vəziyyəti bu ərəfədə hecdə ürək acan deyildi. Səbəb isə ölkənin avropa hissəsi nasist Almaniyası tərəfindən işğal olunması idi. === Yaponiya === İlk hücum yapon dəniz donanması tərəfindən həyata keçirilir. Hücum zamanı təyyarə daşıyan "Xiryo" və "Soryo", ağır kreyser "Nati" və "Mioko", üztəlik yükgül kreyser "Dzinsu" və 15 esmins iştirak etmişdir.
Amid döyüşü
Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. == Tarixi == II Şapurun Romanın Şərq sərhədlərinə doğru yürüşə hazırlaşdığı vaxt Şərqi Roma İmperatoru II Konstantin general Sabinianı Şərqdəki Roma ordularının komandanı təyin edir. II Şapur Romaya qarşı hərbi səfərə 359-cu ildə başladı. Onun bu yürüşdə müttəfiqləri isə xionidlər, gelanilər, seqestanilər və albanlar idi. Alban döyüşçülərinin başında qədim Azərbaycan dövləti olan Albaniya hökmdarı Urnayr idi. Sasani ordusu Amid şəhərinə kimi heç bir müqavimətə rast gəlmədi. Səbəbi isə o idi ki, amid şəhərinə qədərki bütün Roma şəhərləri sasanilərə təslim olmuşdu. Şəhərlərdəki Roma legionları isə Amid şəhərinə doğru qaçırdılar. Çünki, II Şapurun yürüşündən əvvəl İmperator II Konstansi tərəfindən divarları möhkəmləndirlən Amid şəhəri Sasanilərə təslim olmamışdı. Şəhəri mühasirəyə alan II Şapur əvvəlcə şəhərdəki Roma qarnizonuna könüllü şəkildə təslim olmalarını təklif etdi.
Ankara döyüşü
Ankara döyüşü — Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq Düzənliyində baş verən döyüş. Orta əsrlər tarixinin ən qanlı döyüşlərindən biri olan və Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara döyüşü Osmanlı İmperiyasının parçalanmasına və Fetrət Dövrü (1402–1413) olaraq bilinən bir iqtidar boşluğu dövrünün yaşanmasına gətirib çıxardı. == Ümumi məlumat == Ankara Döyüşü, Teymurla İldırım Bəyazid arasında 20 iyul 1402-ci ildə Ankara ya 20 km. yaxınlıqdakı Çubuq Düzənliyində olmuşdur. Döyüş olmadan əvvəl Teymur, İldırım Bayezidə dörd məktub göndərmiş, İldırım Bəyazid dörd məktubla ona cavab vermişdir. Ancaq bu yazışmalar döyüşü önləyə bilməmişdir. Döyüşün qalibi Teymur olmuş, İldırım Bəyazid əsir düşmüşdür. Bu dörd məktub və cavablarının Türkcə surətləri, Konya Bələdiyyəsi Koyunoğlu Kitabxanası nr. 13435də qeydli olan əl yazması Münşeat və Mükatabatı Sultanıya məcmuəsində mövcuddur. == Döyüşün gedişi == Osmanlı sultanı I Bəyazid İldırımın 70 min ordusuna qarşı Teymurləng 150 minlik ordu və 32 fillə çıxdı.
Araxova döyüşü
Araxova döyüşü — 18–24 noyabr 1826 tarixləri arasında Araxovada Yunan üsyançılar ilə Osmanlı ordusu arasında olmuş bir müharibə. == Müharibə == Müharibədə Türklər iki hissəyə bölündü, Zemenodan və Qüds Monastrından Araxovaya köçdülər. Türklər şəhərə girməyə cəsarət etmədilər, Araxova ərazisindəki Parnassos Dağının təpələrində gizlənib özlərini gücləndirdilər. Soyuq və qar, müharibədə böyük rol oynadı. Yunanlıların Araxovadakı evlərində sığınacaqları var idi. Türklər kənd ərazisində böyük itkilərə məruz qaldılar və ətrafları bağlandı. Mustafa Bəyin ordusunun tələyə düştüyünü öyrənəndə Türk ordusundan kömək istədi. Ancaq Karaiskakis, Türklərə köməyə gələn bütün yolları bağlamışdı. Soyuqdan və ərzaq qıtlığından pis halda olan Türklər, Karaiskakisdən ayrılmaq üçün müqavilə təklif etdi. Qarşılığında Livadia və Amfissanın özlərinə təslim edilməsini istədi.
Arazbar döyüşü
Aspindza döyüşü
Aspindza döyüşü — Kartli-Kaxeti çarlığı və Osmanlılar arasında baş vermiş döyüş. Döyüş 20 aprel 1770-ci ildə baş vermiş və gürcülərin qələbəsi ilə nəticələnmişdir. == Döyüşdən əvvəl == 1768–1774 illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsi dövründə Kartli-Kaxet hökmdarı II İrakli Osmanlı imperiyası ilə sərhəddəki bir sıra torpaqları ələ keçirmək istəyirdi. II İrakli bu siyasətini gerçəkləşdirmək üçün Rusiyaya müttəfiqlik təklif etdi. Rusiya Qafqazda Osmanlıya qarşı ikinci bir cəbhə açmaq məqsədilə bu ittifaqı qəbul etdi. Çariça II Yekaterina Gürcüstana Qottlieb Heinrix Totleben adlı generalın başçılığı altında 1200 nəfərlik hərbi qüvvə göndərdi. 1770-ci ilin martında rus və gürcü qüvvələri Borjomi vadisinə doğru irəlilədilər. 14 aprel tarixində Sadqueri qalası mühasirəyə alındı və ələ keçirildi. Həmçinin ölkənin cənubundakı Atsxuri şəhəri də mühasirəyə alındı. Ancaq bu dövrdə Qottlieb Totleben və II İrakli arasında mübahisə yarandı.
Austerlits döyüşü
Austerlits vuruşması - 1805, müttəfiq rus - avstriyalı və fransız qoşunları arasında 20 noyabrda Austerlits(indi Slavkov, Çexiya) yanında 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsinin həlledici vuruşması. == Tərəflərin qüvvələri və mövqeləri == Rus - Avstriya ordusu(86 min nəfər, 350 top) general Kutuzovun komandanlığı altında Braunaudan Olmüza qədər parlaq marş - manevrdan sonra(1805-ci ilin noyabrın ortası) müdafiə üçün rahat Olşan mövqeyində dayandı. Napoleonun ordusu(73 min nəfər,250 top) Brünnadan(indi Brno) şərqə mövqe tutdu. Kutuzov yardım gələnə qədər fəal hərəkət etmək niyyətində deyildi. Napoleon, müttəfiqləri yardım yetişənədək və Prusiyanın ittifaq tərəfində çıxışına qədər vuruşmaya cəlb edərək, fransız ordusunun zəifliyi barədə şaiyələr yayır, barışıq barədə danışıqlar apararaq, Avstriyanı müharibədən çıxmağa sövq etmək istəyirdi. Orduda olan çar I Aleksandr Kutuzovun niyyətlərinə əks olaraq müttəfiq qüvvələrin hucuma keçməsinə israr edirdi, və faktiki olaraq komandanlığı öz üzərinə götürmüşdü. Avstriyalı qeneral F. Veyroterin hazırladığı hucum planı, Napoleonun pasiv hərəkətlərinə hesablanmışdı. Onun mahiyəti - əsas qüvvələrin cənubdan qəliz yandan alma hərəkəti ilə franszı ordusu ilə Vyananın arasını kəsmək və onun Brünnaa yanında darmadağın etmək. Plana uyğun olaraq rus - avstriyalı ordusu beş sütunla Austerlitsa marş etdi. Müttəfiqlərin ləng tərpənməsi Napoleona vaxt qazandırdı.
Avarayr döyüşü
Avarayr döyüşü və ya Avaray döyüşü — Sasani əsarətinə qarşı üsyan edən ermənilərlə İran qoşunu arasında döyüş. Maku ilə Xoy arasındakı Avarayr düzündə, 26 may 451-ci ildə olmuşdur. Üsyana Vardan Mamikonyan başçılıq edirdi. Döyüşdə ermənilərlə birlikdə qonşu iberlər və albanlar da iştirak etmişdi. İran qoşunu sayca az olan üsyançıları məğlub etmişdir. Bu vuruşmada Mamikonyan öldürülmüşdür, lakin Sasanilərin qələbəsi həlledici olmamışdır. 457, 481–484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yeni üsyanlar baş vermişdir.
Ayakuço döyüşü
Ayakuço döyüşü (ispanca.: Batalla de Ayacucho, IPA: [baˈtaʎa ðe aʝaˈkutʃo]) — Perunun İspaniya ağalığından xilas olmaq uğrunda apardığı azadlıq mücadiləsindəki döyüşlərdən biri. Döyüş peruluların qələbəsi, İspaniyanın məğlubiyyəti ilə nəticələnmişdir. === Döyüşdən əvvəl === 1824-cü ilin sonunda royalistlər, yəni İspaniya kralının tərəfdarları hələ də Perunun böyük bir hissəsini və Kalyao limanındakı kral qalasını əlində saxlamaqla, üsyançıları ciddi təhlükə altında saxlayırdı. Royalistlərə vitse-kral Xose de la Serna, azadlıq savaşçılarına isə Simon Bolivar və Antonio Xose Fransisko de Sukre başçılıq edirdi. Perululara bu mübarizədə argentinalı, kolumbiyalı, venesuelalı və çilili üsyançı qonşular da dəstək vermişdi. === Döyüş === 9 dekabr 1824-cü ildə cənubi amerikalılarla İspaniya əsgərləri Ayakuço adlı yerdə qarşı-qarşıya gəldi. 8500 üsyançı 9310 nəfərlik qoşuna qarşı vuruşmalı olmuşdu. Ancaq royalistlərin nisbi üstünlüyünə baxmayaraq, onlardan 1800-ü öldürülmüş, 700-ü yaralanmışdı. Üsyançılar isə 370 nəfər itki vermişdi. Güclü düşmən qarşısında qorxmadan vuruşan cəsur azadlıqsevərlər Ayakuço döyüşündə zəfər çalmışdı.
Ağaiani döyüşü
Ağaiani döyüşü — Kaxetiya çarlığının zadəganları ilə Səfəvi imperiyası orduları arasında 1625-ci ildə baş vermiş döyüş. == Arxa plan == 1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Qarabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Səfəvi orduları 1614-cü ilin mart ayında iki bölgəni işğal etdi və iki müttəfiq kral Osmanlı vassalı olan İmeretiyə sığındı. Səfəvi saray tarixçisi İsgəndər bəy Münşinin bildirdiyinə görə, I Abbas ən güvəndiyi iki təbbəəsi və qulamının ona olan xəyanətindən dolayı qəzəblənmişdi. 30.000 Kaxetiya kəndlisini Səfəvi imperiyasına sürgün etdi və kral II Aleksandrın nəvəsi İsa xanı Kartli taxtına təyin etdi. İsa xan İsfahandakı sarayda müsəlman olaraq böyüdülmüşdü və Şaha sadiq olacağı düşünülürdü.I Abbas qaçaq kralları ona verməzsə, İmeretini yandırmaqla təhdid etdi, İmereti, Meqrelya və Quriya hökmdarları bu tələbi birlikdə rədd etdilər. Ancaq Luarsab könüllü olaraq şaha təslim oldu, Abbas başlanğıcda ona yaxşı davrandı, ancaq Luarsab və Teymurazın osmanlılarla ittifaq qurduğunu öyrəndikdə Luarsabın İslamı qəbul etməsini istədi, rədd edən Luarsab həbs edildi.Teymuraz 1615-ci ildə Osmanlı-Səfəvi düşmənliyinin yenidən canlanmasından yararlanaraq şərqi Gürcüstana geri döndü və oradakı Səfəvi ordusunu məğlub etdi.
Ağsu döyüşü
Ağsu döyüşü — Qafqaz İslam Ordusu qüvvələri ilə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin ordu hissələri arasında 1918-ci il iyulun 5–6-da Ağsu ətrafında baş vermiş döyüş. == Haqqında == Döyüşdə Qafqaz İslam Ordusunun 10-cu və 13-cü piyada alayları, 10-cu alayın tabeliyinə verilmiş Azərbaycan süvari bölmələri iştirak edirdilər. İyulun 6-da düşmən qüvvələrinin müqavimətini qıran 13-cü alay Ağsuya daxil oldu və hücumunu Şamaxı yoxuşuna qədər davam etdirdi. 10-cu alay isə Ağsunun şimalından irəliləyərək, qaçan düşmənə ciddi zərbə endirdi. Gürçüvanı azad edərək, orada mövqe tutdu. Döyüşün gedişində 1 səhra topu, 1 cəbhəxana arabası, 5 pulemyot, 30-a qədər müxtəlif silah və daşnakların talan etdiyi yerli əhalinin əmlakı ilə dolu 15-ə qədər araba ələ keçirildi. Ağsu döyüşü Qaraməryəm döyüşündə qazanılmış qələbəni möhkəmləndirdi.
Balaklava döyüşü
Balaklava döyüşü — 1854-cü ildə Krım müharibəsi zamanı Rusiya ilə müttəfiq qoşunlar arasında baş vermiş döyüş.. === Döyüşdən öncə === Krım müharibəsi zamanı 1854-cü ilin payızında rus qoşunları ilə ingilis-fransız-türk qoşunları arasında Balaklava adlı yerdə döyüş qaçılmaz idi. İttifaq qoşunlarının əsas məqsədi Sevastopolu tutmaq idi. Ruslar isə Liprandinin komandanlığı ilə buna mane olmalı idi. === Döyüşün gedişi === Döyüş 25 oktyabr 1854-cü ildə olmuşdur. Döyüşün əvvəlində Rusiya imperiyasının süvariləri osmanlıları məğlub edib, limana gedən yolu açmışdı. Orada rus süvarilərinin qarşısını almaq üçün az sayda türk qoşunu və Britaniya Kral Donanmasına aid 93-cü piyada alayı saxlanmışdı. Onlar iki sütunlu xətt yaradıb, şiddətli süvari hücumunun qarşısını ala bilmişdilər. 93-cü alayın əsgərləri qırmızı rəngli hərbi forma geyindiklərindən bu çarpışma "İncə qırmızı xətt" adıyla anıldı. Geri çəkilməyə məcbur olan 3500 rus atlısı "Ağır süvari briqadası"na tərəf yönəldi.
Balakən döyüşü
Balakən döyüşü (rusca:Битва при Белоканах) — 1803-cü ilin 9 (21) mart tarixində rusların Car-Balakən yürüşü çərçivəsində baş vermiş döyüş. Döyüş rus ordusu ilə Car-Balakən camaatlığı arasında baş tutmuşdur. Rusları gürcülər, Car-Balakəni isə İlisu sultanlığı və müttəfiq dağlılar dəstəkləmişdir. == Arxa plan == General Sisianov general Qulyakova Qanıxçay sahilləri boyunca irəliləməyi, burada dağlıların vəziyyəti ilə bağlı kəşfiyyat materialları toplamağı, habelə gələcəkdə bölgədə rus işğlalını asanlaşdırmaq üçün gücləndirilmiş istehkamların tikilməsi üçün yerlər seçməsini əmr etmişdi. Düşmənlə qarşılaşma və onların məğlub edilməsi halında, ruslar şahzadə Aleksandrın onlara verilməsini, həmçinin rus ordusunun Cara və Balakənə daxil olmasını istəməli idi. 6 (18) mart tarixində Anaqa kəndi yaxınlığında Qanıxçayı keçən Qulyakov ordusu ilə birlikdə Balakənə doğru yola çıxdı. == Döyüşün gedişatı == Rusların yürüşü başlayan kimi yerli əhali sahilboyu kəndləri tərk etdi və Qulyakov yerli sakinləri danışıqlara məcbur edə bilmək üçün Balakənə doğru irəliləməyə məcbur oldu. Bələdçinin olmadığı, güclü yağışla müşayət olunan yürüş zamanı rus ordusu bataqlıqlardan keçməyə məcbur oldu. Nəhayət, 9 (21) mart tarixində Balakənə yaxınlaşdılar. Kəşfiyyata göndərilən polkovnik Drenyakinin dəstəsi Balakən qalasına yaxınlaşdığı zaman qalanın çox güclü divarlara malik olduğunu, ətrafının bataqlıqlar və qamışlarla əhatələndiyi üçün keçilməsinin qeyri-mümkün olduğunu gördü.
Basiyan döyüşü
Basiyan döyüşü — 13-cü əsrdə Gürcüstan krallığı ilə Rum sultanlığı arasında baş vermiş döyüş. Döyüş Ərzurum şəhərindən 60 km şimal-şərqdə, Basiani vadisində baş vermişdir. Döyüş 1202-1205 tarixləri arasında baş vermişdir. Son dövrün mənbələrində döyüşün tarixi əsasən 1203-1204-cü illər arası göstərilir. Müsəlman tarixçi İbn Bibi müharibənin hicri 598-ci ildə (miladi 1 oktyabr 1201 - 19 sentyabr 1202) baş verdiyini iddia edir. Döyüş Rum sultanlığının məğlubiyyəti ilə nəticələnib. Döyüş zamanı yaralanan II Süleyman şah Ərzuruma doğru geri çəkilmişdir. == Mənbələr == (gürc.) D. Ivane Javakhishvili, (1983), ქართველი ერის ისტორია (History of Georgian Nation), [1] Arxivləşdirilib 2019-09-27 at the Wayback Machine Tbilisi: Georgia, USSR. (gürc.) Melikishvili, Giorgi et al. (1970), საქართველოს ისტორიის ნარკვევები (Studies in the History of Georgia), Vol. 2.