Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dabanlı
Dabanlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Dabanlı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Dabanlı (Ərdəbil)
Dabanlı — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Dabanlı (Xudabəndə)
Dabanlı (fars. دابانلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 666 nəfər yaşayır (157 ailə).
Şabanlı
Şabanlı (Cəlilabad) —
Elmar Babanlı
Fuad Babanlı
Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. == Həyatı == Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub. 1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir. 1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır. Müxtəlif vəzifələrdə çalışıb. Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib.
Mustafa Babanlı
Mustafa Baba oğlu Babanlı (21 fevral 1968, Saatlı) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru (2015–2023), texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı şəhərində anadan olub. Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllim ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasına daxil olub. 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının "Kristal" təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamışdır. M. Babanlı 1990–1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, "Bərk cisimlərin fizikası" ixtisası üzrə, "İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyir. Əvvəlcə assistent, 2001–2010-cu illərdə dosent, 2010–2015-ci illərdə professoru vəzifəsində işləmişdir. 2010–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.
Məhəmməd Babanlı
Məhəmməd Baba oğlu Babanlı (1952, Saatlı rayonu) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü (2014). BDU-nun prorektoru (1992-1994), AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmin İnstitutda Dissertasiya Şurasının sədr müavini, eyni zamanda "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiya­sının Kimya üzrə Ekspert Şurasının sabiq sədri. Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi Zadə adına Elmlər Akademiyasının həqiqi üzvüdür. Rusiya EA Rəyasət Heyətinin diplomuna və Nauka/İnterperiodika beynəl­xalq akademik nəşriyyatının mükafatına layiq görülmüşdür. Bir neçə dəfə Azər­baycan Respublikası Təhsil Nazirliyinin və BDU rektorunun Fəxri fərmanları və "Tərəqqi" medalı ilə təltif edilmişdir. Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Saatlı rayonunun Əliabad kəndində anadan olub. Məhəmməd Babanlı 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Ağstafa şəhərində medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır.
Vidadi Babanlı
Babanlı Vidadi Yusif oğlu (5 yanvar 1927, Birinci Şıxlı, Qazax qəzası) — nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü. "Şərəf" (2022) Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944–1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954–1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961–1968). C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974–1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978–1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur.
Dabaqlı dağı
Dabaqlı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 2046,4 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dibəklidağ qolunun yamacında Ərəfsəçay-Gəvikçay (Əlincəçayın sağ qolları) suayırıcısında zirvə. Orta Eosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir.
Tofiq Babanlı
Tofiq Xanlar oğlu Babanlı (14 fevral 1937, Naxçıvan – 10 yanvar 2022, Bakı) — Məşhur boksçu, SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Beynəlxalq dərəcəli hakim (1995), Prezident fərdi təqaüdçüsü (2002), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006), 1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi olaraq fəaliyyət göstərmişdir. Tofiq Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Əslən Qazax rayonunun Muğanlı kəndindəndir. Onun atası Xanlar Babanlı istedadlı artist və 1941-1944-ci illərdə fəaliyyət göstərmiş igid partizan olmuşdur, lakin müharibədə xəyanət nəticəsində həlak olduğundan Azərbaycana dönə bilməmişdir, anası Böyük Xanım Babanlı ixtisasca həkim, əslən Bakı zadəganları nəslindən olmuş, lakin Çar Rusiyası dövründən başlayan siyasətin davamı olaraq Sovet hakimiyyəti illərində digər zadəgan ailələri kimi Tofiq Babanlının anasının da ailəsi öz xüsusi statuslarını itirmişdilər. Tofiq Babanlı Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirib. 1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatı və birinciliklərinin qalibi və mükafatcısı olublar. Yetirməsi Kamal Babayev 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb.
Yusif Babanlı
Yusif Babanlı (tam adı: Babanlı Yusif Məmməd oğlu; 9 aprel 1984, Ordubad rayonu) — professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölməsinin sədri, Azərbaycan Respublikasının Boks idman növü üzrə idman ustası, Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Respublika dərəcəli hakim, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Rəyasət Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının ,Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Olimpiya" Boks İdman Klubu Ictimai Birliyinin təsisçisidir. YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvü olmuşdur. Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə aprel ayının 9-da Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1990–2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil almış, 2001–2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005–2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə almışdir. Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir. 2 övladı var. Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədridir.
Şabanlı (Cəlilabad)
Şabanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Şabanlı oyk. Cəlilabad r-nunun Şiləvəngə i.ə,v.-də kənd. Burovar silsiləsinin yamacındadır. Yaşayış məntəqasini şabanlı nəslinə məxsus ailələr salmışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1263 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şabanlı (Germi)
Şahbazlı (fars. شعبانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (22 ailə).
Şabanlı (Meşkinşəhr)
Şabanlı (fars. شعبانلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 236 nəfər yaşayır (61 ailə).
Şabanlı (Qoşaçay)
Şabanlı (fars. شعبانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,473 nəfər yaşayır (338 ailə).
Şabanlı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əhməd Babanlı
Əhməd Yusif oğlu Babanlı — Alim, texnika elmləri doktoru, Türkiyənin Aydın Universitetinin professoru, Mesor peyk sisteminin, kompüter vasitəsilə ali məktəblərdə tələbə qəbulu sisteminin hazırlanmasında fəal iştirak etmişdir. Əhməd Babanlı 1938-ci il iyunun 27-də Qazax şəhərində anadan olmusdur. Əslən Birinci Şıxlı kəndindəndir. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1961-ci ilde institutu fərqlənmə diplomu ilə bitirərək əmək fəaliyyətinə başlamışdır. 1961-1981-ci illərdə Moskva şəhərinin bir sıra elmi-tədqiqat institutlarında mühəndis, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1967-1970-ci illərdə Moskva Energetika İnstitutunun əyani aspirantı olmuşdur. 1970-ci ildə Moskva şəhərində dissertasiyasını müdafiə edərək texnika elmlari namizədi elmi adı almışdır. 1981-ci ildə Bakıya qayıdaraq Azərbaycan Neft Akademiyasının Proqramlaşdırma kafedrasında dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Elm və texnikanın aparıcı sahələrində bir sıra gərəkli işlərin müəllifidir. Mesor peyk sisteminin, kompüter vasitəsilə ali məktəblərdə tələbə qəbulu sisteminin hazırlanmasında fəal iştirak etmişdir.
Layın dabanı
Layın dabanı (rus. подошва пласта, ing. base of bed, bottom of bed) — geologiyada layı aşağıdan məhdudlaşdıran səth (layın stratiqrafik alt sərhəddi).
Yamacın dabanı
Yamacın dabanı (rus. подошва склона, ing. foot of slope, toe of slope) — dağın ətəyi, dar keçid zolağı olub, planda dağlıq qurşağı və onun sərt yamaclarını sərhədləndirən düz və maili səth.
Yüksəkliyin dabanı
Yüksəkliyin dabanı (rus. подошва возвышенностей, ing. foot of upland) — ayrıca bir dağı, yaylanı və s. ətraf düzənliklərdən ayıran və yüksəkliyin əsasını /oturacağını/ dövrəyə alan, qapalı əyri xətt.
Şabanlı-i Süfla (Xoy)
Şabanlı-i Süfla (fars. شعبان لوي سفلي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Şabanlı-i Ülya (Xoy)
Şabanlı-i Ülya (fars. شعبانلوي عليا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Babaylı
Babaylı (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Babaylı (Kəleybər) — İranda kənd.
Bağbanlı
Bağbanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Bağbanlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.
Cağanlı
Cağanlı (Çaldıran) —
Dadaşlı
Dadaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.
Daharlı
Daharlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi (Düzkənd) Axuryan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qoraqoyunlu türk tayfasının bir qolu olan duharlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Getk qoyulmuşdur. Mənbədə Dağarlı.
Daraqlı
Daraqlı (qaq. Taraklı) Moldovada şəhərdir. Daraqlı rayonun mərkəzi.
Divanlı
Divanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. Etnotoponimdir. Oykonim türkdilli duvanlı tayfasının adı ilə bağlıdır.
Gavanlı
Gavanlı (Əsədabad)
Hasanlı
Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənddir. Araz düzündə, Cəbrayıl şəhərindən 20 km cənubda yerləşir. == Tarixi == Rusiya İmperiyası dövründə Həsənli kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. Sovet işğalından sonra Həsənli Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır Kənd öz qurucusunun adını daşıyır. Yerli əhali kəndi Həsənli adlandırırdı. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Kovşutlu kənd dairəsinin Həsənli kəndində 24 ev var idi və burada 98 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı.
Maşanlı
Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Maşanlı kəndi Soltanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Maşanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Araz Maşanlı da adlanır. Yaşayış məntəqəsini həmin rayondakı Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə bələ adlandırmışlar. Oykonim Maşanlı nəslinin adını daşıyır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Arazın sahilində yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Qabaqlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Qabaxlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Qapanlı
Qapanlı (Şəmkir) — Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qapanlı (Tərtər) — Tərtər rayonunun Qaraağacı kənd inzibati ərazi vahidində kənd. Aşağı Qapanlı — Tərtər rayonunun Azad Qaraqoyunlu kənd inzibati ərazi vahidində kənd. Yuxarı Qapanlı — Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi vahidində kənd. Qapanlı (indi Alışarlı) — Tərtər rayonunun Soyulan kənd inzibati ərazi vahidində kənd. Qapanlı düzü — Tərtər rayonu ərazisində düz.
Tapanlı
Tapanlı, Tapan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə adı dəyişdirilib Geğasar qoyulmuşdur. Geğasar 1988-ci il Spitak zəlzələsinin episentrində yerləşir. Zəlzələ kəndi yerlə bir eləyib. Geğasarda 150 nəfər həlak olub. İllər ötdükcə kənd nisbətən bərpa olunub, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Geğasarda 30 ailə vaqon evlərdə yaşayır. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Bəykənd çayının sağ qolu üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1978-ci ildə kənd erməni Qexasar adlandırılmışdır. Orta əsrlərdə Anadoluda yaşamış, mənşəcə Ağqoyunlulara mənsub Boz-Ulus tayfa birləşməsinin (bu birləşmə Tabanlı, Mosullu, Purnək və Şeyxlu qollarından ibarət idi).
Zamanlı
Zamanlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Zamanlı (bulaq) — Gədəbəy rayonunun Zamanli kəndi yaxınlığında iki qrup mineral bulaqların umumi adi; Zamanlı (çay) — Tovuz və Şəmkir rayonlarında çay. Tovuzçayın sol qolu olub, Axıncaçayına tokülür.
Çobanlı
Çobanlı (Qafan) — Qafan rayonunda kənd.
Dapanci
Dapanci (çin. ənən. 大盘鸡, pinyin: Dàpánjī) və ya çon təxsə toxu korumisi (uyğ. چوڭ تەخسە توخۇ قورۇمىسى, чоң тәхсә тоху қорумиси, qong təhsə tohu ⱪorumisi) — buxarda bişirilmiş toyuq növü. Çinin Sincan-Uyğur Muxtar Rayonuna aid məşhur bir yeməkdir. == Etimologiya == Dapanci Çin dilində "böyük boşqab toyuğu" deməkdir. Yeməyin uyğur dilində olan adındakı çon (چوڭ, Чоң, qong) "böyük", təhsə (تەخسە, Тахсә, təhsə) "süfrə", toxu (توخۇ, Тоху, tohu) "toyuq", korumisi (قورۇمىسى, Korumisi, ⱪorumisi) isə "qızardılmış" deməkdir. == Tarix == Yemək 1990-cı illərin ortalarında Çinin Sincan bölgəsində populyarlıq qazanmışdır. İddia edilir ki, yemək ilk dəfə Sıçuan bölgəsindən olan, çili bibərini toyuq və kartofla qarışdıran bir miqrant tərəfindən Şimali Sincanın Şavan şəhərində hazırlanmışdır. Yeməyin mənşəyinin Şavan olduğu düşünülsə də, başqa iddialar da mövcuddur.