Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diplomatik immunitet
Diplomatik immunitet — xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu. Diplomatik immunitet beynəlxalq hüququn ümumi qaydasından (hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar və əşyalar üzərində yurisdiksiyasını həyata keçirir) istisnadır. Müasir mənada diplomatik immunitet 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Diplomatik immunitet konsepsiyasının əksər prinsipləri hazırda adət hüququ kimi tətbiq olunur. Müvafiq konsepsiya dövlətlərarası əlaqələrin, xüsusilə də siyasi qarşıdurmalar və silahlı münaqişələr dövründə qorunub saxlanması məqsədilə inkişaf etdirilmişdir. Formal olaraq dövlətin suverenliyini təmsil edən diplomatlara qəbul edən dövlətin başçısı tərəfindən diplomatın öz vəzifələrini effektiv icra etməsi üçün müəyyən imtiyaz və üstünlüklər verilir. Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazlar iki qrupa bölünür: dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları; şəxsi immunitet və imtiyazlar. Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nümayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir. Şəxsi immunitet və imtiyazlara isə əsasən şəxsi toxunulmazlıq, iqamətgahın, şəxsi kağız və yazışmaların, əmlakın toxunulmazlığı, yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, gömrük imtiyazları aiddir. == Diplomatik immunitetin nəzəri əsaslandırılması == Diplomatiya hüququnun tarixi inkişafı mərhələlərinə uyğun olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüşdür.
Diplomatik protokol
Diplomatik protokol - beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələr və şərtlərin toplusu. Lakin bütün sadalananlar heç bir dövlətin özunəməxsus adətlərini və milli ənənələrini inkar etmir. Beynəlxalq təşkilatlarda üzvlük, zirvə toplantıları, beynəlxalq konfranslar və s. diplomatik prokolsuz keçinə bilməz. "Protokol" - yunan dilindəki protokollon sözündən götürülüb, "protos" - birinci, "kollo" - yapışdırmaq deməkdir. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasında təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçıların siyahısı göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibatı və arxivləşdirilməsi qaydası başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayışlari ilə əlaqəli şəkildə işləməyə başladıqda, sənədlərin tərtibatı ilə yanaşı özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladı. Diplomatik protokolun tələblərinə erinasızlıq, ən xırda ehtiyatsızlıq bəzən dövlətlər arasındakı əlaqələrin kəsilməsi, hətta müharibə şəraitinin yaranması ilə müşahidə oluna bilir. Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür.
Diplomatik psixologiya
Kitabda adi həyatdan tutmuş siyasətə və hərbiyyəyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir; Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə "oxumaq", ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansısa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir. İkinci hissədə – konkret olaraq siyasət və hərbiyyədə istifadə olunan diplomatik manevr və fəndlərin texnologiyalarından bəhs olunur: Rəqib cəbhəsinin əsgər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, beynəlxalq siyasətdə və ümumən siyasətdə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Metodika dünya psixologiyasında analoqa malik deyil. Kitab xüsusi idarələr, diplomatlar, siyasətçilər, politoloqlar, hərb strateqləri, pedaqoqlar, psixoloqlar və ümumiyyətcə, praktik psixologiya ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Kitab ABŞ-nin Konqress kitabxanasına daxil edilib.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. == Haqqında == Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Diplomatik İnqilab
Diplomatik İnqilab — 1756-cı ildə, Avropada o vaxta qədərki ittifaqların dağılaraq yenilərinin qurulması hadisəsi. == Düşmənliklər == === İngiltərə- Fransa === İngiltərə — Fransa düşmənçiliyinin kökləri orta əsrlərə qədər gedib çıxır. XVIII əsrə gəlindiyində başda Amerika olmaq üzrə bir çox qitələrdə müstəmləkəçilik uğrunda yarışa başlayan bu iki ölkə arasında dəniz müharibələri baş verirdi, bu da qitədəki diplomatiyaya təsir edirdi. === Avstriya-Prussiya === Avstriya parçalanmış halda olan alman dövlətlərini əlinin altında tutmağa çalışırdı və bunun üçün tarixi haqlarından istifadə edirdi. Yeni-yeni böyüməkdə olan Prussiya isə kiçik dövlətləri tutaraq Avstriyanın dominantlığını təhdid edirdi. Bu iki dövlətin mənafeləri Sileziyada toqquşanda isə diplomatiya çıxılmaz vəziyyətdə qaldı. == Köhnə ittifaqlar == === İngiltərə — Avstriya === İngiltərənin quru qoşunları Fransa ilə başa çıxa bilməzdi. Buna görə də İngiltərə qitədə böyük bir hərbi gücə sahib olan Avstriya ilə yaxınlaşdı. Avstriya bütün hərbi qüvvəsini Prussiya sərhədinə yığa bilmirdi, çünki qərbində Fransa təhdidi vardı. Fransa ilə Osmanlı arasındakı ittifaq da Osmanlının düşməni olan Avstriyanı sıxışdırmaqda idi.
Diplomatik nota
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti. Etiraz məktubu notanın mənfi növüdür.
Diplomatik hüquq
Diplomatik hüquq — bu daimi və müvəqqəti diplomatik nümayəndəlikləri tənzimləyən beynəlxalq hüquq sahəsidir. Diplomatik hüququn əsas anlayışı dövlət toxunulmazlığından irəli gələn diplomatik toxunulmazlıqdır. Diplomatik hüququn əsas elementləri diplomatik personalın toxunulmazlığı, diplomatik nümayəndəliyin və onun ərazisinin toxunulmazlığı, habelə diplomatik yazışmaların və diplomatik göndərişlərin təhlükəsizliyidir. O, həm də beynəlxalq adət-ənənələrin hamılıqla qəbul edilmiş prinsipidir və ölkələr arasında praktiklik kimi qəbul edilir. Diplomatik hüquq çox vaxt dövlətlər tərəfindən ciddi şəkildə tətbiq edilir, çünki o, qarşılıqlılıq əsasında fəaliyyət göstərir. Məsələn, bir ölkə başqa ölkədən diplomatlarını qovubsa, o zaman onun diplomatlarının da digər ölkədən qovulma ehtimalı var. == Diplomatik toxunulmazlıq == Diplomatik hüququn ən əsas qaydası diplomatik agentin şəxsiyyətinin toxunulmaz olmasıdır. Göndərən dövlətin yurisdiksiyasından heç bir toxunulmazlıq olmasa da, diplomatlar saxlanıla və ya həbs edilə bilməz. Diplomatın törətdiyi iddia edilən cinayətlərə görə qəbul edən dövlətin yeganə çıxış yolu onu persona non qrata elan etməkdir. Bu da adətən diplomatın dövlət ərazisini tərk etməli olması deməkdir.
Diplomatik korpus
Diplomatik korpus — müəyyən bir ölkə və ya qurumda akkreditə olunmuş xarici diplomatların kollektiv orqanı. Diplomatik korpus bir ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, diplomatik nümayəndəliklərinin rəhbərləri və digər diplomatik şəxslərdən ibarət qrupdur. Diplomatik korpus ölkələrarası əlaqələri tənzimləyən əsas qurumlardan biridir və adətən bir ölkənin paytaxtında yerləşir. Diplomatik korpusun üzvləri beynəlxalq hüquqla qorunur və onlara xüsusi imtiyazlar və toxunulmazlıq hüquqları verilir. == Diplomatik korpusun dekanı == Diplomatik korpusa, ölkədə ən uzun müddət fəaliyyət göstərən səfir başçılıq edir və ona "duayen" deyilir. Bu şəxs, diplomatik korpusun ümumi maraqlarını təmsil edir və vacib diplomatik tədbirlərdə xüsusi rol oynayır. Diplomatik korpusun üzvlərinin əsas vəzifəsi təmsil etdikləri ölkə ilə yerləşdikləri ölkə arasında rəsmi əlaqələri idarə etmək və inkişaf etdirməkdir. Diplomatik korpusun fəaliyyətini ümumilikdə diplomatik protokollar və beynəlxalq konvensiyalar, xüsusən də 1961-ci il Vyana Konvensiyası tənzimləyir.
Diplomatik yazışmalar
Diplomatik yazışmalar — dövlətlər arasında münasibətlərin həyata keçirildiyi diplomatik xarakterli müxtəlif növ yazışmaların və sənədləşmələrin məcmusu. Diplomatik sənədlərin dili dövlətin xarici aləmlə ünsiyyət bağladığı dildir. Bu sənədlər rəsmi dövlət sənədi kimi bütövlükdə dövlətin xarici siyasət xəttini əks etdirir. Diplomatik yazışmalar dövlətlərarası münasibətlərin idarə edilməsi, anlaşmaların əldə olunması, problemlərin həlli və digər beynəlxalq məsələlərin müzakirəsi məqsədi ilə həyata keçirilir. Diplomatik yazışmaların əsas məqsədi iki və ya daha çox dövlət arasında əlqələri tənzimləmək və inkişaf etdirməkdir. Onlar rəsmi protokol çərçivəsində, xüsusi üslub və qaydalara uyğun olaraq tərtib olunur. == Tarixi == XIV əsrdə xristianlıq dövründən əvvəl mövcud olan beynəlxalq münasibətləri aydın şəkildə əks etdirən, bizə gəlib çatan ən qədim diplomatik yazışmaları El-Amarna məktubları adlandırmaq olar. == Şəxsi nota == Şəxsi nota müraciət formulu ilə başlanır və hörmət formulu ilə tamamlanır. Şəxsi nota özündə vacib hadisə haqqında informasiya verir. Diplomatik yazışmanın bu növü birinci şəxs adından tərtib olunur.
Diplomatik kabel
Diplomatik kabel — diplomatik mesaj və ya diplomatik göndəriş. Diplomatik nümayəndəlik, həm səfirlik, həm də konsulluq, həm də ki, Xarici İşlər Nazirləri ilə mübadilə edilən məxfi mesajlardır. Bu yazışmalar beynəlxalq münasibətlər, xarici siyasət, iqtisadi, hərbi və ya digər mühüm məsələlərlə bağlı məlumatları əks etdirir. Diplomatik kabel çox vaxt məxfi və ya gizli statusa malik olur, çünki burada mühüm məlumatlar, danışıqların detalları və ya hökumətin xarici siyasətlə bağlı strategiyaları əks olunur. Onlar ənənəvi olaraq şifrələnmiş formalarda göndərilir, amma müasir dövrdə e-poçt və digər təhlükəsiz rabitə vasitələri də istifadə olunur. 2000-ci illərin sonunda "Wikileaks" adlı təşkilat tərəfindən bir sıra ABŞ diplomatik kabellərinin sızdırılması beynəlxalq mediada böyük müzakirələrə səbəb olmuşdu.
Diplomatik çanta
Diplomatik çanta — beynəlxalq hüquqda və diplomatiyada xüsusi bir konteyner. Bundan diplomatik missiyalar tərəfindən rəsmi sənədlərin və ya əşyaların daşınması üçün istifadə olunur. Diplomatik çanta toxunulmazlıq statusuna malikdir və gömrük və ya digər yoxlamalara məruz qalmır. Bu çantanın içindəki əşyalar diplomatik missiyaların və ya hökumətlərin rəsmi məqsədləri üçün istifadə olunur və onun məxfiliyi təmin edilir. Çanta, ya möhürlənmiş konteyner, ya da çanta şəklində olur və diplomatik daşıyıcı tərəfindən aparılır. Diplomatik çanta Vyana Konvensiyasına uyğun olaraq qorunur və toxunulmaz sayılır, çünki onun məzmunu dövlətlərarası rəsmi yazışmaların təhlükəsizliyini təmin edir. == Vəzifələri == Diplomatik çantanın vəzifələri və funksiyaları beynəlxalq hüquq və diplomatik praktikalarda mühüm əhəmiyyət daşıyır. Məxfi yazışmaların daşınması, rəsmi sənədlərin ötürülməsi, hökumətə məxsus əşyaların daşınması, təhlükəsizlik və toxunulmazlıq, diplomatik əlaqələrin fasiləsizliyini təmin etmək diplomatik çantanın vəzifələri sırasındadır. Diplomatik çanta diplomatik missiyalar arasında dövlətlərarası rəsmi və məxfi yazışmaların təhlükəsiz şəkildə göndərilməsi üçün istifadə olunur. Bu, hökumətlər və səfirliklər arasında əlaqənin qorunması məqsədini daşıyır.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
Hərbi xidmət
Hərbi xidmət == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.
Meteoroloji xidmət
Meteoroloji xidmət – iqlimin vəziyyətinin təbii, süni və ya antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).
Məxfi xidmət
Məxfi xidmət və ya Gizli xidmət kəşfiyyat agentlikləri üçün istifadə olunan tərifdir. Bunlar dövlətlər tərəfindən məlumat almaq, məlumat toplamaq və qiymətləndirmək, toplanmış məlumatların operativ istifadəsi məqsədilə yaradılan təşkilatlardır və gizli iş prinsiplərinə görə çox vaxt “gizli xidmətlər” və ya “məxfi xidmətlər” adlandırılırlar. CIA, KGB, MI6, MOSSAD, Stasi, Əl Mühabərat gizli xidmətlərə misaldır. Türkiyədəki gizli xidmət MAH adı ilə qurulmuş, ümumiyyətlə Milli Təhlükəsizlik şəklində xatırlanmışdır.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Xidmət iqtisadiyyatı
Xidmətlərdə iqtisadiyyatı son iki iqtisadi hadisədən birinə və ya hər ikisinə aid edilə bilər: Sənayeləşmiş ölkələrdə xidmət sektorunun əhəmiyyətinin artması. Mövcud Fortune 500 siyahısında əvvəlki onilliklərə nisbətən daha çox xidmət şirkəti və daha az istehsalçı var. Məhsul təklifində xidmətin nisbi əhəmiyyəti. İnkişaf etməkdə olan ölkələrdə xidmət iqtisadiyyatı əsasən maliyyə xidmətləri, qonaqpərvərlik, pərakəndə satış, səhiyyə, sosial xidmətlər, informasiya texnologiyaları və təhsildə cəmlənmişdir. Bu gün məhsullar əvvəlki onilliklərə nisbətən daha yüksək bir xidmət hissəsinə malikdir. İdarəetmə ədəbiyyatında buna məhsul servisləşdirmə və ya məhsul xidmət sistemi deyilir. Bu gün demək olar ki, hər məhsulun bir xidmət hissəsi var. Məhsul və xidmət arasındakı köhnə ikitirəlik, xidmət məhsulu davamı ilə əvəz edilmişdir. Bir çox məhsul xidmətə çevrilir. Məsələn, IBM öz işinə bir xidmət işi kimi baxır.
Xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Xidmət səviyyəsi
Xidmət səviyyəsi (ing. grade of service; rus. уровень обслуживания) — kütləvi telefon şəbəkəsi kimi kollektiv istifadəli rabitə şəbəkələrində trafikin emalının keyfiyyət göstərici. Xidmət səviyyəsi, istifadəçinin "bütün kanallar tutulub" siqnalını alma ehtimalının birə tamamlanma əmsalıdır. Məsələn, xidmətin səviyyəsinin 0.002 olması onu göstərir ki, normal şəraitdə bütün çağırışların 99.8 faizində bağlantı alınır. Grandstream avadanlığının bazası əsasında Çağrı Mərkəzi üçün standart həllər. IP telefoniya həlli daxildir. Kütləvi zənglərin qəbulu üçün şəhər telefon şəbəkəsinə inteqrasiya olunmuş çoxxətli IP telefoniya sisteminin yaradılması.Biznes mərkəzində icarəçilərə rabitə xidmətinin təşkili məqsədilə IP telefoniya və IP video nəzarət sisteminin qurulması. Eyni zamanda daxil olan kütləvi zənglərin qəbulu və emalı üçün sistemin etibarlı fəaliyyətini təmin etmək. Çağrı Mərkəzində Kommunikasiyaların montaj xərclərini azaltmaq.
Hidrogeoloji-meliorativ xidmət
Hidrogeoloji-meliorativ xidmət – meliorasiya olunmuş torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti yerinə yetirən xidmətdir. == Ümumi Məlumat == Hidrogeoloji-meliorativ xidmət suvarılan regionlarda hidromeliorativ sistemlərin istismarı orqanlarının (təşkilatının) tərkib hissəsidir. Xidmətin əsas vəzifəsi meliorasiya olunmuş torpaqlarda dayanıqlı – qənaətbəxş su, hava, duz və qida rejimlərini təmin edən tədbirlərin əsaslandırılması və yerinə yetirilməsi üçün torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirməkdir. Torpaqların meliorativ vəziyyəti üzərində nəzarətin nəticələri aşağıdakı məsələlərin həlli üçün vacibdir: su və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, proqnoz məsələlərinin həlli, suvarma və drenaj sistemlərinin tikintisi və yenidənqurulması layihələrinin ekoloji əsaslandırılması və sair. 1981-ci ildən etibarən respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin hərillik kadastrı tərtib edilir. Hidrogeoloji-melorativ xidmət idarəsi kadastrın və müvafiq xəritələrin tərtibi üçün öz müşahidələrindən əlavə, respublikanın digər layihə-axtarış və geoloji təşkilatlarının materiallarından da istifadə edir. Suvarılan torpaqların meliorativ vəziyyətinin əsas göstəriciləri kimi aşağıdakılar qəbul edilir: kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; qrunt suları səviyyəsinin yatım dərinliyi; 0-1 m, 0-2 m-lik qatda torpaqqruntların şorlaşma dərəcəsi; aerasiya zonasında (qrunt suları səviyyəsinə qədər) ümumi duzların miqdarı və profil üzrə yayılma xarakteri; torpaqların şorlaşma və şorakətləşmə dərəcəsi; qrunt və suvarma sularının ümumi minerallığı, kimyəvi tərkibi və qələviliyi və s. Suvarılan torpaqların meliorativ vəziyyətinin göstəricələri bir neçə əvvəlki illərlə müqayisədə istiqaməti nəzərə alınaraq qiymətləndirilir. Hidrogeoloji-meliorativ xidmətin vəzifəsinə eləcə də meliorasiya olunan torpaqlarda su və duz balansları müşahidələrinin təşkili və aparılması aiddir. Hidrogeoloji-meliorativ xidmətin yerinə yetirdiyi işlərin tərkibi aşağıdakılardır: suvarılan torpaqların meliorativ vəziyyətini müəyyənləşdirən təbii və meliorativ təsərrüfat amilləri barədə məlumatların toplanılması və təhlili; meliorasiya olunan torpaqların su və duz balansları müşahidələri: meliorasiya olunmuş torpaqlarda qrunt suları rejimi üzərində müşahidələr; suvarma üçün istifadə olunan səth, drenaj və yeraltı suların keyfiyyətinə nəzarət; aparılan meliorativ tədbirlərin səmərəsinin müəyyənləşdirilməsi ilə təsnifatlaşdırılmış meyar və kateqoriyalara görə suvarılan torpaqların vəziyyəti; torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və ya pisləşməsinin qarşısının alınması üzrə təklif və tədbirlərin işlənib hazırlanması; bitkilərin yerləşdirilməsinə, suvarma rejimlərinə və yumaların aparılmasına, meliorativ tədbirlərin aparılması planlarına, sudan istifadə planlarına və başqa işlərə operativ düzəlişlərin aparılması üçün su təsərrüfatı və digər təşkilatların lazımi məlumatlarla təmin edilməsi.
Kingsman: Məxfi xidmət
Kingsman: Məxfi xidmət (ing. Kingsman: The Secret Service) — 2014-cü il istehsalı döyüş-komediya filmi. == Süjet xətti == Eqqsi dəniz piyadasında xidmət keçmiş, yüksək intellektə malik gəncdir. O həyatda çox şeyə nail ola bilərdi, lakin xırda cinayətlərlə məşğul idi. Günlərin birində Eqqsi atasının uzun illər əvvəl xilas etdiyi Harri Hartla tanış olur. Bu adam Eqqsinin güzəranını yaxşılaşdırmaq və qarşısında yeni imkanlar açmaq üçün gəlib. Harri ona bütün dünyanın keşiyini çəkən müstəqil sirli təşkilatın agenti olduğunu bildirir və Eqqsiyə komandanın yeni üzvü olmaq üçün təlim keçməyi təklif edir. Eqqsi təklifi qəbul edir və bütün sınaqlardan çıxıb Harrinin ümidlərini doğruldur.
Kinqsman: Məxfi xidmət
Kingsman: Məxfi xidmət (ing. Kingsman: The Secret Service) — 2014-cü il istehsalı döyüş-komediya filmi. == Süjet xətti == Eqqsi dəniz piyadasında xidmət keçmiş, yüksək intellektə malik gəncdir. O həyatda çox şeyə nail ola bilərdi, lakin xırda cinayətlərlə məşğul idi. Günlərin birində Eqqsi atasının uzun illər əvvəl xilas etdiyi Harri Hartla tanış olur. Bu adam Eqqsinin güzəranını yaxşılaşdırmaq və qarşısında yeni imkanlar açmaq üçün gəlib. Harri ona bütün dünyanın keşiyini çəkən müstəqil sirli təşkilatın agenti olduğunu bildirir və Eqqsiyə komandanın yeni üzvü olmaq üçün təlim keçməyi təklif edir. Eqqsi təklifi qəbul edir və bütün sınaqlardan çıxıb Harrinin ümidlərini doğruldur.
Kütləvi xidmət sistemləri
Kütləvi xidmət sistemləri (Q-sxemləri) -Kəsilməz stoxastik yaxınlaşmada riyazi sxemlər kimi Q-sxemləri adlandırılan kütləvi xidmət sistemlərindən (Queuing system) istifadə edilir. Kütləvi xidmət sistemləri mahiyyətinə görə xidmət prosesi olan sistemlərin fəaliyyət proseslərini formalaşdırmaq üçün kütləvi xidmət nəzəriyyəsində və ona əlavələrdə işlənilmiş riyazi sxemlər sinifini təmsil edirlər. Xidmət prosesi kimi öz fiziki təbiətinə görə müxtəlif iqtisadi, istehsal, texniki və digər sistemlərin fəaliyyət proseslərini göstərmək olar. Bu zaman qeyd olunan obyektlər üçün xidmətə qəbul olunan sifarişlərin təsadüfi meydana gəlməsi və onların xidmətinin başa çatması təsadüfi zaman anlarında olması xarakterikdir. Başqa sözlə onların fəaliyyət prosesi stoxastik xarakter daşıyır .
Meksika Xidmət Medalı
Meksika Xidmət Medalı, 1911–1919 illəri arasında Meksikada xidmət vermərdikləri üçün Amerika ordusunun mükafatıdır. == Tarixi == Ordu tərəfindən verilən Meksika Xidmət Medalı, Birləşmiş Ştatlar Müharibə Dairəsi Baş katibi tərəfindən 1917-ci ilin 12 Dekabrında quruldu. Donanmanın Meksika Xidmət Medalı, Dənizçilik Şöbəsi tərəfindən dəyişdirilmiş edilən 11 fevral 1918-də Dənizçilik Dairəsinin 365 nömrəli əmrlə baş katib tərəfindən quruldu. ABŞ Dənizçilik Dairəsi 1919-cu ilin 27 Aprelin 464 saylı Ümumi Əmri üzrə dəyişdirildi. Meksika Xidmət Medalı, 1911-ci ilin 12 Apreli və 16 iyun 1919-cu ilin 16 İyunu arasında Meksika qüvvətlərinə əsgərlik xidməti verən üzvləri tanıdı. Meksika Xidmət Medalı'na layiq görülməsi üçün, bir xidmət üzvündən, uyğunluq müddəti ərzində və aşağıdakı hərbi öhdələin birində hərbi vəzifə etmək istəndi. Verakruz Ekspedisiyası: 1914-cü ilin 21 Aprelindən 23 Noyabrına qədər. Meksikaya Cəzalandırıcı Səfər: 1916-cı ilin 14 Martından 1917-ci ilin 7 Fevralına qədər. Buena Vista, Meksika: 1917-ci ilin 1 Dekabrı San Bernardino Kanyonu, Meksika: 1917-ci ilin 26 Dekabrı. La Qrulla, Texas: 1918-ci ilin 8 Yanvarından 9 Yanvarına qədər.
Məcburi hərbi xidmət
Məcburi hərbi xidmət — Bəzi ölkələrdə, ölkə qanunlarına görə müəyyən yaşa çatan kişinin (və bəzən qadınlarında) məsuliyyət daşıdığı, müddəti qanunlarla müəyyən edilən dövlət xidməti. Avropanın iki vacib ölkəsi Fransa və Birləşmiş Krallıqda məcburi hərbi xidmət götürülmüşdür. Bu ölkələrdə hərbi xidmət professional olaraq tətbiq edilir. Və əsgərlərə aylıq maaş verilir. Almaniyada məcburi hərbi xidmət tətbiqetməsi 2011-ci ildə götürülmüşdür. Bu ölkədə götürülməmişdən əvvəl məcburi hərbi xidmət 3 ay idi. Hərbi xidmətə gələnlər, evlərinin yerləşdiyi şəhərdəki hərbi hissədə xidmət edib, şənbə və bazar günlərini evlərində keçirirdilər. Belçika və Hollandiyada məcburi hərbi xidmət götürülmüşdür. Yunanıstanda məcburi hərbi xidmətin götürülməsi düşünülür. İsraildə məcburi hərbi xidmət var.
Diplomatika
Diplomatika (amerikan ingilis. Diplomatics; britaniya ingilis. Diplomatic) - sənədlərin, xüsusən də tarixi sənədlərin kritik təhlilinə əsaslanan köməkçi tarix elmi. Sənəd yaradıcıları tərəfindən istifadə olunan konvensiyalara, protokollara və formullara diqqət yetirir və bunlardan sənədlərin yaradılması, məlumat ötürülməsi prosesləri və sənədlərin qeyd etməyi təklif etdiyi faktlar ilə reallıq arasındakı əlaqələri artırmaq üçün istifadə edir. Bu sahə əvvəlcə kral və papa kilsələri tərəfindən verilmiş rəsmi nizamnamələrin və diplomların həqiqiliyini öyrənmək və təyin etmək üçün bir vasitə kimi inkişaf etmişdir. Daha sonra eyni əsas prinsiplərin bir çoxunun digər rəsmi sənəd və hüquqi sənədlərə, xüsusi məktublar kimi qeyri-rəsmi sənədlərə və ən son olaraq elektron qeydlərin metadatasına tətbiq oluna biləcəyi qəbul edildi. Diplomatiya tarixin köməkçi elmlərindən biridir. Paleoqrafiya disiplininə bənzəsə də, qarışdırılmamalıdır.
"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı
"Diplomatik xidmətə verilən töhfəyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Medal haqqında == "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: Diplomatik xidmət sahəsində səmərəli fəaliyyətə görə; Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə; Sülhün və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin təşviqinə görə; Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə; Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən xidmətlərə görə; Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə görə; Xaricdə yaşayan azərbaycanlılara dəstək məqsədilə həyata keçirilmiş layihələrə görə. "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == "Diplomatik xidmətə verilən töhfəyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, aşağı qövs boyunca "DİPLOMATİK XİDMƏTƏ VERİLƏN TÖHFƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir. Medalın daxili çevrəsinin mərkəzindən aşağı yer kürəsinin təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsinin təsvirinin alt hissəsindən sol və sağ tərəflərdə qövs boyunca daxili dairənin yuxarı tərəfinə doğru dəfnə yarpaqlarından ibarət çələng yerləşdirilmişdir.
Azərbaycan Diplomatik Akademiyası
"ADA" Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarix == İnformasiya Texnologiyaları Universiteti Azərbaycan Respublikasında informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edən ali təhsil müəssisəsi idi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 1 fevral 2013-cü ildə yaradılmışdır. İnformasiya Texnologiyaları Universitetinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının əsasında, 13 yanvar 2014-cü ildə "ADA" Universiteti yaradılması ilə fəaliyyəti başa çatmışdır. Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında "ADA" Universiteti yaradılmışdır. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.
Ermənistanın diplomatik nümayəndəlikləri
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı (erm. Հայաստանի դիվանագիտական ներկայացուցչությունների ցանկ[խմբագրել) Ermənistan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Rusiya, Fransa, İran, ABŞ, Livan, Argentina və Ukrayna kimi erməni diasporunun aktiv olduğu ölkələrdə Ermənistanın səfirlikləri mövcuddur. Ümumilikdə ölkənin 4 qitədə, 42 səfirliyi və 8 konsulluğu mövcuddur. Dağlıq Qarabağın işğal edilməsinə görə Ermənistan Pakistan tərəfindən müstəqil dövlət kimi tanınmır.
Azərbaycanın diplomatik nümayəndəlikləri
== Avropa ==
Hikmət Hacıyev (diplomat)
Hikmət Fərhad oğlu Hacıyev (15 oktyabr 1979, Kirovabad) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri. == Həyatı == Hikmət Fərhad oğlu Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub və buradakı 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirmişdir. NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur. Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışmışdır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-ci ildən isə Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi vəzifəsini, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıtmışdır. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir. Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.
"Diplomatik xidmətdə fərqlənməyə görə" medalı
"Diplomatik xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. == Əsanaməsi == 1. "Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının diplomatik rütbəsi olan əməkdaşlarına aşağıdakılara görə verilir: 1.1. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə; 1.2. diplomatik xidmət sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə; 1.3. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində mühüm işlərin görülməsinə görə; 1.4. diplomatik xidmət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə. 2. "Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == "Diplomatik xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.
Diplomatiya
Diplomatiya — dövlət başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə xüsusi orqanların prinsipial fəaliyyəti olub, dövlətin xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirməkdən və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməkdən ibarətdir. Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması sənəti və təcrübəsi nəzərdə tutulur. Diplomatiyanın predmeti, subyekti, obyekti də dünyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətlərdir. Diplomatiya tarixinin başlıca məqsədi dövlətlərarası münasibətlərin yaranması, inkişafı və pozulma prosesini öyrənməkdən ibarətdir. Müasir dünyada dövlətlər öz mənliyini, mövcudluğunu 2 yolla təsdiq etdirir: 1) dövlətlər arası münasibətlər, yəni ikitərəfli diplomatiya; 2) çoxtərəfli münasibətlər, yəni subregional, universal təşkilatlar vasitəsilə tanınma. Ən qədim zamanlardan diplomatiya işi imtiyazlı dairələrin, saray elitalarının əlində olmuş, böyük bir tarixi inkişaf yolu keçərək mərasimləşmiş və məcəllələşmişdir. Tədricən dövlətlərarası münasibətlərin qayda və normalarının hüquqi bərkintisindən ibarət beynəlxalq hüquq elmi meydana gəlmişdir ki, qədim Romada bu elmi "Xalqlar hüququ" adlandırmışlar. Diplomatiya tarixinin vəzifələri çox spektrli olub bilavasitə məqsədin aydınlaşdırılmasına xidmət edir. Diplomatiya müxtəlif maddi mədəniyyət nümunələrini özündə saxlamaqdadır ki, bunlara Mani və Hammurapi qanunlarını göstərmək olar.
Diplomat
Diplomat (yun. δίπλωμα "ikiqat artırmaq") — dövlətlər yaxud beynəlxalq təşkilatlar tərəfindən digər dövlət və ya beynəlxalq təşkilatlarla diplomatik proseslərin idarə edilməsi üçün təyin olunmuş şəxs. İqtisadi, siyasi, sosial və ya mədəni baxışlar da daxil olmaqla millətlərinin xaricdəki mənafelərini qorumaq üçün beynəlxalq nümayəndələrlə tez-tez kompleks dialoqlar və danışıqlar aparırlar. Diplomatın vəzifələrinə sülhməramlılıq, müharibə, ticarət, iqtisadiyyat, mədəniyyət, ətraf mühit məsələləri və ya insan hüquqları ilə əlaqəli güclü beynəlxalq əlaqələrin yaradılması və qorunması daxildir. == Funksiyalar == Ölkənizin maraqlarını təmsil etməyin və müdafiə etməyin əsas yollarından biri ev sahibi ölkədə milli maraqlara toxuna biləcək hadisələr haqqında məlumat toplamaq, bu cür hadisələrə necə reaksiya vermək barədə Xarici İşlər Nazirliyinə tövsiyələr təqdim etmək və Xarici İşlər Nazirliyindən sonra öz mövqeyini formalaşdırmaq, onu qəbul edən ölkənin hökumətinə çatdırmaq, danışıqlarda iştirak etmək və xarici siyasətin həyata keçirilməsinin digər yolları. Dövlətlərarası münasibətlərin strategiyası və konkret məqsədləri mərkəzi xarici siyasət aparatı tərəfindən formalaşdırılır, lakin siyasətin həyata keçirilməsi ölkəni xaricdə təmsil edən diplomatlardan asılıdır. Onların işi böyük ölçüdə şəxsi keyfiyyətlərindən, qəbul etdiyi ölkədə cəmiyyətin müxtəlif nümayəndələri ilə şəxsi inamlı münasibətlər saxlamaq bacarığından asılıdır. == Tarixi == Yəhudilər, yunanlar, romalılar arasında səfirlərin hüquqlu olduğu müdafiə qanuni xarakterdən daha çox dini xarakter daşıyırdı. Səfirlər tanrıların himayəsi altına qoyulmuş və müqəddəs şəxslər mənasını daşıyırdılar. Yəhudilər və farslar arasında səfirləri təhqir etməyə görə müharibə elan etmək adi hal idi.