Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hümmət Əlizadə
Hümmət Əlizadə (10 oktyabr 1907, Ağstafa, Qazax qəzası – 1941, Bakı) — Azərbaycan ədəbiyyatşünası. Folklorçu. == Həyatı == Hümmət Əlizadə 10 oktyabr 1907-ci ildə Qazax qəzasının Həsənsu mahalının Köçəsgər kəndində doğulub. == Fəaliyyəti == Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (1923-1929) və onun davamı olan digər elmi təşkilatların (Azərbaycan Elmi Tədqiqat İnstitutu, AzOZFAN və s.) xətti ilə xalqımıza məxsus zəngin şifahi söz sərvətinin toplanması və nəşri istiqamətində ən məhsuldar fəaliyyət göstərən folklorçular sırasında Hümmət Əlizadənin də unudulmaz xidmətləri olmuşdur. İyirminci- otuzuncu illərdə folklor ekspedisiya və ezamiyyətlərində onun qədər fəal iştirak edən ikinci bir folklorçu yoxdur. Az qala ilin çox hissəsini Azərbaycanın müxtəlif bölgələrində el ədəbiyyatı nümunələri toplamaqla keçirən Hümmət Əlizadənin fədakar toplayıcılıq və nasirlik fəaliyyəti nəticəsində çoxsaylı folklor kitabları işıq üzü görmüşdür. Bu sıradan onun elmi ictimaiyyətə təqdim etdiyi ilk folklor kitabı 1929-cu ildə ATTC-nin nəşriyyatında buraxdırdığı "Azərbaycan el ədəbiyyatı" (Birinci hissə) məcmuəsidir. Həmid Sultanov və Hənəfi Zeynallının müştərək redaktorluğu altında buraxılmış bu kitaba Hümmət Əlizadənin Qazax və Gəncə qəzalarından toplamış olduğu xalq nağılları daxil edilmişdir. Poliqrafik ölçüsü 26x13 sm. olan 157 səhifəlik kitabın tirajı min nüsxə, qiyməti isə iki manatdır.
Hüseyn Əlizadə
Hüseyn Əlizadə (fars. حسین علیزاده‎), (23 avqust 1951, Tehran) — İranlı bəstəkar, müəllim, musiqiçi. Tar və setar kimi alətlər ilə ifa etdiyi və səsləndirdiyi mahnılar ilə İran klassik musiqisinin bəstəkarlarındandır. == Bioqrafiya == 1951-ci ildə azərbaycanlı ata və iranlı ananın övladı olaraq Tehran şəhərində doğulmuşdur. 1975-ci ildə Musiqi Konservatoriyasını birimişdir. Təhsilini Berlin İncəsənət Universitetində bəstəkar və musiqiçi olmaq üzrə davam etdirmişdir. == Mükafatları == 2007-ci ildə Grammy mükafatı almışdır. 2008-ci ildə "İranın ən görkəmli musiqiçisi" adına layiq görülmüşdür.
Kimya Əlizadə
Kimya Əlizadə (fars. کیمیا علیزاده زنوزی‎; 10 iyul 1998) — əslən azərbaycanlı İran taekvondoçusu. İranın idman tarixində Olimpiya medalı əldə edən ilk qadın idmançı. == Həyatı == 1998-ci ildə İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Atası Təbriz şəhərinin yaxınlığında yerləşən Zunuz şəhərindən, anası isə Ərdəbil şəhərindəndir. == Karyerası == Kimya 2014-cü ildə Taybeydə keçirilən Gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb. Eyni ildə Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağı bacarıb. O, ilk döyüşdə seneqallı Elsa Nqassanı 23:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. Növbəti rəqibinə — belçikalı Amber Pannemansa da şans verməyib — 15:2. Yarımfinalda isə kolumbiyalı Nataliya Qomezi 12:2 hesabı ilə üstələyərək, adını finala yazdırıb.
Lətafət Əlizadə
Lətafət Əlizadə (tam adı: Lətafət Məmməd qızı Əlizadə; 1942, Kirovabad – 2018, Bakı) — həkim-ginekoloq. == Haqqında == Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. == Mükafatları == Lətafət Məmməd qızı Əlizadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. == Ölümü == Lətafət Əlizadə 2018-ci ildə ürək çatışmazlığından vəfat edib.
Mirzəağa Əlizadə
Əlizadə Mirzəağa Hacıbala oğlu (15 mart 1910 – 5 may 1981) — azərbaycanlı bioloq alim, biologiya elmləri doktoru (1959), professor (1962), AEA-nın müxbir üzvü (1968), AMEA-nın həqiqi üzvü (1980). == Həyatı == Mirzəağa Əlizadə 1910-cu il mart ayının 15-də Bakının Əmircan kəndində neftçi ailəsində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1936–1940-cı illərdə Moskva şəhərində Gübrə və Aqrotorpaqşünaslıq İnstitutunda bitki fiziologiyası sahəsində görkəmli rus alimi professor Dmitri Anatolyeviç Sabinin (1989–1951) rəhbərliyi altında elmi fəaliyyətə başlamışdır. O, paxlalı bitkilər tərəfindən molekulyar azotun fiksasiyası sahəsində elmi işlər aparmış və alınan nəticələr əsasında namizədlik dissertasiyasını müdafiə etmişdir (1940). Dmitriy Sabinin digər məşhur rus akademiki, Stalin repressiyası illərində Saratov həbsxana xəstəxanasında həlak olmuş Nikolay İvanoviç Vavilov (1887–1943) ilə birgə biologiya elmində ideoloji üsulları tədbiq etmiş akademik Trofim Lısenkonun (1898–1976) elmi əleyhdarlarından olmuş və 1951-ci ildə Gəlincik səhərində intihar dərəcəsinə çatdırılmışdır. Akademik Mirzəağa Əlizadə SSRİ-də hökmran olan belə bir gərgin şəraitdə özünün elmi fəaliyyəti ilə məşğul olmuşdur, həmin illər cəza tədbirləri hər an ona da toxuna bilərdi. Özünün elmi rəhbəri professor Dmitriy Sabinin haqqında "Müəllim və gənclərin dostu" adlı xatirələri 1981-ci ildə akademik Mirzəağa Əlizadənin ölümündən bir qədər sonra "Наука" nəşriyyatında nəşr olunmuşdur. == II Dünya müharibəsində iştirakı və sonrakı dövrdə fəaliyyəti == Mirzəağa Əlizadə 1941-ci ilin iyun ayından 1943-cü ilin dekabrına kimi ordu sıralarında olmuş, Krım uğrundakı döyüşlərdə iştirak etmişdir. 1944-cü ilin əvvəllərində kənd təsərrüfatı mütəxəssisi kimi ordudan tərxis olunmuşdur.
Mirzəhəsən Əlizadə
Mübariz Əlizadə
Məmməd Mübariz Əlizadə (23 dekabr 1911, Təbriz – 9 aprel 1994, Bakı) — görkəmli Azərbaycan şərqşünası, tərcüməçi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı == Məmməd Mübariz Əlizadə 1911-ci il dekabrın 23-də İranın Xamnə qəsəbəsində dəmirçi ailəsində anadan olmuşdur. İlk təhsilini doğma şəhərindəki “Mərifət” mədrəsəsində almışdır. 8 yaşında Şeyx Məhəmməd Xiyabaninin ən yaxşı şagird üçün təsis etdiyi mükafata layiq görülmüşdür. Anasını erkən yaşlarında itirən M.Əlizadə 11 yaşından müstəqil həyata başlamış, bir tacirin yanında işə düzəlmişdir. Hələ gənc ikən İranda gedən azadlıq hərəkatına qoşulan M.Əlizadə 1928-ci ildə Araz çayını keçərək Naxçıvana gəlmişdir. Təhsil almaqla bağlı çoxdankı arzusunu gerçəkləşdirmək üçün o, 1932-ci ildə Tiflisdə yerləşən Zaqafqaziya Kommunist Universitetinin siyasi fakültəsinə daxil olmuşdur. Oranı bitirdikdən sonra Bakıya gələn M.Əlizadə Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında oxumuş, eyni zamanda həmin institutda dərs demişdir. İkinci Dünya Müharibəsi illərində dövlət radio komitəsində xarici verilişlər şöbəsini təşkil etmiş və həmin şöbənin ilk redaktoru olmuşdur. 1944-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetində çalışmışdır.
Məhəmməd Əlizadə
Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə (mart 1919, Qaradığa, Zəngəzur qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asayişi mühafizə (1965–1968) və daxili işlər (1968–1970) naziri. == Həyatı == Məmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur qəzasının (sonralar Qafan rayonu) Qaradığa (Qaradağ) kəndində anadan olmuşdur. Bir il sonra ailəsi ilə Bakıya köçmüş, 1934-cü ildə Ramanada yeddiillik məktəbi bitirərək Lassal adına Bakı Neft Texnikumuna daxil olmuşdur. O, burada təhsillə yanaşı ictimai həyatda da fəal iştirak etmiş və 1936-cı ildə komsomol sıralarına qoşulmuşdur. 1938-ci ildə texnikumu bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olunan Məmməd Əlizadə Böyük Vətən müharibəsinin başlaması səbəbilə təhsilini tamamlaya bilməmiş, üçüncü kurs tələbəsi olarkən Sovet Ordusu sıralarına qoşulmuşdur. O, Bakı zenit-artilleriya məktəbinə daxil olmuş və buranı 1942-ci ildə bitirərək Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında taqım komandiri kimi xidmət etmişdir. Sonra isə Zaqafqaziya Hərbi Dairəsinin zenit-artilleriya alayının batareya komandiri təyin edilmişdir. Müharibə illərində, 1943-cü ildə ÜİK(b)P üzvü seçilmişdir. Məmməd Əlizadə 1947-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra "Orconokidzeneft" trestinin 7-ci mədənində texnik-geoloq vəzifəsinə işə qəbul olunmuşdur. Həmin dövrdə yarımçıq qoyduğu təhsilini davam etdirmiş, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu qiyabi olaraq bitirmişdir.
Məhərrəm Əlizadə
Məhərrəm Fərəc oğlu Əlizadə (1909, Şuşa – 17 noyabr 1942, İndyuk[d], Krasnodar diyarı) — yazıçı, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == Məhərrəm Fərəc oğlu Əlizadə 1909-cu ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində almış, 1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxumuşdur. O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) Dil və ədəbiyyat fakültəsində təhsil almış, oxuduğu təhsil ocağının aspiranturasında saxlanılmışdır. O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)ədəbiyyat metodikası fənnindən dərs demişdir. Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul olmuşdur. Onun sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı iki kitabı işıq üzü görmüşdür. "Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir. Bu hekayələrin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir.
Məmməd Əlizadə
Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə (mart 1919, Qaradığa, Zəngəzur qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asayişi mühafizə (1965–1968) və daxili işlər (1968–1970) naziri. == Həyatı == Məmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur qəzasının (sonralar Qafan rayonu) Qaradığa (Qaradağ) kəndində anadan olmuşdur. Bir il sonra ailəsi ilə Bakıya köçmüş, 1934-cü ildə Ramanada yeddiillik məktəbi bitirərək Lassal adına Bakı Neft Texnikumuna daxil olmuşdur. O, burada təhsillə yanaşı ictimai həyatda da fəal iştirak etmiş və 1936-cı ildə komsomol sıralarına qoşulmuşdur. 1938-ci ildə texnikumu bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olunan Məmməd Əlizadə Böyük Vətən müharibəsinin başlaması səbəbilə təhsilini tamamlaya bilməmiş, üçüncü kurs tələbəsi olarkən Sovet Ordusu sıralarına qoşulmuşdur. O, Bakı zenit-artilleriya məktəbinə daxil olmuş və buranı 1942-ci ildə bitirərək Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında taqım komandiri kimi xidmət etmişdir. Sonra isə Zaqafqaziya Hərbi Dairəsinin zenit-artilleriya alayının batareya komandiri təyin edilmişdir. Müharibə illərində, 1943-cü ildə ÜİK(b)P üzvü seçilmişdir. Məmməd Əlizadə 1947-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra "Orconokidzeneft" trestinin 7-ci mədənində texnik-geoloq vəzifəsinə işə qəbul olunmuşdur. Həmin dövrdə yarımçıq qoyduğu təhsilini davam etdirmiş, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu qiyabi olaraq bitirmişdir.
Məryəm Əlizadə
Məryam Əli qızı Əli-zadə (14 aprel 1950, Bakı) — teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru (1998), professor (1999), 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının professoru. == Həyatı == Məryam Əli-zadə 14 aprel 1950-ci ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır (1967–1972). Professor Əbdül Əlizadənin bacısıdır. == Fəaliyyəti == Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlamışdır (1972–1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik etmiş (1976–1978), daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr tarixi kafedrasında müəllim (1978–1985), baş müəllim (1985-?), dosent və professor vəzifələrində çalışmışdır. == Ədəbi fəaliyyəti == Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlamış, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış etmişdir. "Əhməd Ağdamski" və "Həbibbəy Mahmudbəyov" elmi-ədəbi oçerkləri "Unudulmaz səhnə ustaları" kitabında (1981, Yazıçı) dərc olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqı dramaturgiya şurasının sədri, M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram teatrında bədii şuranın üzvü (1987-ci ildən), Azərbaycan SSR Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvüdür (1988-ci ildən). "SSRİ və Yunan Teatr Əlaqələri.
Nicat Əlizadə
Nofəl Əlizadə
Nəriman Əlizadə
Pərvin Əlizadə
Qambay Əlizadə
Alızadə Qambay Məşədi Əsgər oğlu — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki. == Həyatı == Alızadə Qambay Məşədi Əsgər oğlu Gəncə şəhəri yaxınlığındakı Qızılca kəndində anadan olmuşdur. === Təhsili === Azərbaycan Politexnik İnstitutunun dağ-mədən şöbəsini bitirmişdir. 1928-ci ildən Azərbaycan Politexnik İnstitutunun (indiki ADNSU) paleontologiya - tarixi geologiya kafedrasında laborant işləmiş, 1932-1960-cı illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki ADNSU), paleontologiya və tarixi geologiya kafedralarında dosent, professor vəzifələrində işləmiş, uzun müddət kafedraya başçılıq etmişdir. 1930-1941-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutunda böyük elmi işçi işləmişdir. 1938-ci ildə dissertasiya müdafiə etmədən geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1941-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1943-1945-ci illərdə bu institutun direktoru olmuş, 1941-1990-cı illərdə kaynozoy laboratoriyasına, paleontologiya və stratiqrafiya şöbəsinə rəhbərlik etmişdir. 1945-ci ildə "Azərbaycanın akçaqıl mərtəbəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1955-ci ildə Azərbaycan EA müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Qorxmaz Əlizadə
Qurbani Əlizadə
Qəzənfər Əlizadə
Qəzənfər Mədət oğlu Əlizadə (1910 – 1994) — Azərbaycan memarı, memarlıq doktoru, professor, Azərbaycan SSR əməkdar inşaatçısı. == Həyat və yaradıcılığı == Memarlıq doktoru, professor Qəzənfər Əlizadə 1910-cu ildə anadan olub. O, 1958-ci ildə Azərbaycan Dövlət Milli Dram Teatrının binasını, 1960-cı ildə isə "Azərbaycanfilm" kinostudiyasının əsas binası inşa etmişdir. Bir sıra yaşayış evlərinin memarıdır. Qəzənfər Əlizadə 1994-cü ildə vəfat etmişdir.
Rafiq Əlizadə
Rafiq Hüseyn oğlu Əlizadə (19 fevral 1949, Bakı, Azərbaycan SSR, SSRİ – 7 yanvar 2021, Moskva, Rusiya) — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ idman ustası, Rusiya əməkdar məşqçisi. Hücumçu mövqeyində çıxış edib. == Həyatı == === Futbol === Rafiq Əlizadə "Neftçi" komandasının Olimpiya Ehtiyatları Respublika Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Karyerasını 1966-cı ildə Bakının "Lokomotiv" komandasında başlayıb. Elə həmin il Bakının digər təmsilçisi "Neftçi"yə keçib. "Neftçi"nin heyətində ilk görüşünü SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində Çelyabinskin "Lokomotiv" komandasına qarşı keçirib. Əlizadə 1968—1973 və 1976—1982-ci illərdə formasını geyindiyi "Neftçi" komandasının heyətində ümumilikdə çempionat və Kubok oyunlarında 209 oyun keçirib, 13 qol vurub. 1973-cü ildə hərbi xidmətdə olan zaman "Tiraspol şəhərinin komandası"nın heyətində çıxış edib. 1975-ci ildə baş məşqçisi azərbaycanlı Əhməd Ələsgərov olan Odessanın "Çernomorets" komandasına keçib. Bu komandanın heyətində SSRİ yüksək liqasında 17 oyun keçirib, 1 qol vurub.
Ruslan Əlizadə
Rəfail Əlizadə
Rəfail Həsənalı oğlu Əlizadə — Riyaziyyat elmlər doktoru, professor == Həyatı == 1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Ailəlidir, 3 övladı var. Ingilis, türk və rus dillərini bilir. == Təhsili == 1963–1973-cü illərdə Cəbrayıl şəhər Maksim Qorki (indiki Mehdizadә) adına mәktәbdә oxumuşdur. Azərbaycan Respublikası Riyaziyyat olimpiadalarında 1971-ci ildə qızıl, 1972-ci və 1973-cü illərdə gümüş medal almışdır. 1972–1973-cü illərdə Rusiyada nəşr olunan "Kvant Populyar Riyaziyyat və Fizika" jurnalının məsələlər guşəsinin qaliblərindən olmuşdur. 1973–1978-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində təhsil almış, sonradan bu təhsil müəssisəsində aspiranturada da oxumuşdur. == Elmi fəaliyyəti == 1978–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda, 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1994–2022-ci illəri arasında Türkiyənin İzmir şəhərindəki ingilisdilli ali təhsil müəssisələrində dərs vermişdir: 1994–2000-ci illərdə Dokuz Eylül Universitetində, 2001–2010-cu illərdə İzmir Yüksək Texnologiya İnstitutunda və 2010–2022 illərdə özəl Yaşar Universitetində professor vəzifəsində fəaliyyət göstərmişdir. 2023-cü ilin yanvar ayında Azərbaycana dönmüş, hazırda ADA universitetində elmi və pedaqoji fəaliyyətini davam etdirməkdədir.
Rəhman Əlizadə
Əlizadə Rəhman Balarza oğlu — Azərbaycan teatr dramaturq — rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sabiq baş rejissoru == Həyatı == Rəhman Əlizadə 19 dekabr 1947-ci ildə Bakıda doğulub. 237 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib (1972). 1968-ci ildən 1983-cü ilədək Mərdəkan qəsəbəsindəki Nizami adına mədəniyyət evində bədii rəhbər işləyib. 1983-cü ildən 1993-cü ilədək Mərdəkan Xalq teatrının rejissoru olub. İşlədiyi müddət ərzində "Xırs quldurbasan", "Müsyö Jordan və dərviş Məstəlişah" (M.F.Axundov), "Ölülər" (C.Məmmədquluzadə), "Jorj Danden", "Zorən Nikah" (J.B.Molyer), "Əvvəlinci şərabçı" (L.Tolstoy), "Pəri Cadu" (Ə.Haqverdiyev) və s. tamaşalar hazırlayıb. "Bacıoğlunun nağılı" (hekayə, "Ulduz", 1979) "Yazı masası haqqında" (hekayə, "Azərbaycan", 1979) "Əncir qurusu" (povest, "Azərbaycan", 1981) "Diqqət! Başlayıram" (pyes, "Qobustan", 1980) Tamaşaya hazırlanmış ilk pyesləri: "Kəndimizin narları" pyes (Şəki Dövlət Dram Teatrı, 1980) "Doğmalar" pyes (Gəncə Dövlət Dram Teatrı, 1981) "Dadaşbala əməliyyatı" pyes (Dövlət Gənclər teatrı, 1986) "Sabah çoxdan başlanıb" pyes (Gənc Tamaşaçılar teatrı, 1988) "Laləli düzən" pyes (Dövlət Gənclər teatrı, 1991-ci il) 1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə dramaturq tək özünün qələmə aldığı "Sindibadın xoşbəxtlik adasına səyahəti", "Tıq-tıq xanım", "Bilqamıs əfsanəsi", "Keçəlin toyu", "Dəli Domrul", "Damdabaca", "Maymaq", "Eramızdan milyon il əvvəl", "Ay dəli", "Ələkbər əmi gülüş planetində", "Dəcəl çəpişlər, belə-belə işlər" pyeslərinə quruluş verməklə "Kuraj ana" (Bertolt Brext), "Pırpız Sona" (Cəlil Məmmədquluzadə), "Qızıl xoruz" (Aleksandr Puşkin), "Göyçək Fatma" (K.Ağayeva) və s.
Safura Əlizadə
Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur. == Həyatı == Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksofon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır. 2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür.
Salman Əlizadə
Salman Əlizadə (1 dekabr 1993; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən boksçu. == Həyatı == Salman Əlizadə 1993-cü il dekabrın 1-də Bakı şəhərində anadan olub. == Karyerası == Salman Əlizadə 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Salman Əlizadə yarım-final mərhələsində Sinqapur nümayəndəsi Mohd Həmid ilə üz-üzə gəldi. Həmin görüşdə Salman Əlizadə rəqibinə 10:1 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi İrlandiya nümayəndəsi Ryan Burnet oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Salman Əlizadə rəqibinə 6:14 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Salman Əlizadə 2011-ci ildə Avropa Çempionatının qalibi olub. 2 il sonra isə Salman Əlizadə Belarusda baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Salman Əlizadə 2016-cı ildən İstanbul şəhərində yaşayır.
Elnarə
Elnarə — Azərbaycanlı qadın adı. Nar-alov mənasındadır, odlu qız deməkdir. Elnarə Xəlilova — Azərbaycan müğənnisi və aktrisası.
Ellada
Yunanıstan, rəsmi adı ilə Ellin Respublikası — Cənub-Şərqi Avropada yerləşən ölkə. Balkan yarımadasının cənubunda yerləşən Yunanıstan şimal-qərbdə Albaniya, şimalda Şimali Makedoniya və Bolqarıstan, şərqdə isə Türkiyə ilə qurudan həmsərhəddir. Ölkənin şərqində Egey dənizi, qərbində İon dənizi, cənubunda isə Krit dənizi və Aralıq dənizi yerləşir. Yunanıstan Aralıq dənizi hövzəsindəki ən uzun quru sərhədə və minlərlə adaya sahibdir. Ölkə 9 ənənəvi coğrafi bölgədən ibarətdir və təxmini 10,4 milyon əhaliyə malikdir. Afina ölkənin paytaxtı və ən böyük şəhəridir. Ardınca Saloniki və Patras şəhərləri gəlir. Yunanıstan demokratiyanın, Qərb fəlsəfəsinin, Qərb ədəbiyyatının, tarixşünaslığın, politologiyanın, əsas elmi və riyazi prinsiplərin, teatrın və Olimpiya oyunlarının yarandığı yer olduğuna görə Qərb mədəniyyətinin beşiyi hesab edilir. E.ə. VIII əsrdən başlayaraq yunanlar Aralıq dənizi və Qara dənizə yayılan polis adlandırılan müxtəlif müstəqil şəhər-dövlətləri qurmuşdular.
Eliad
Eliad (31 yanvar 1990, Bat-Yam, Təl-Əviv dairəsi) — musiqiçi. == Biblioqrafiya == Nahum İraq və türk əsilli ailədə anadan olub. Orat Ramat Yossef junior orta məktəbində və Ramot orta məktəbinin Bat Yama musiqi sinifində təhsil alıb. 2008-ci ildə o, SAXAL-a baş çəkib, təhsil və gənclər korpusu qrupunda müğənni kimi xidmət edib. Onun xidməti ilə paralel olaraq, TripL istehsalçı etiketinin debüt albomu üzərində işləmişdir == Karyera == === Aktyorluqda === 1997-ci ildə Eliad uğurlu "Şəmş" seriyasında bar kimi iştirak etməyə başlayıb. 1998-ci ildə "Ben-Qurion" filmində çəkilib və Popeye And son filmində dublyaj edib. 2004-cü ildə o, "HaPijamot" da qonaq rolunu oynayıb, 2009-cu ildə o, cazı "Joniur Baktana" da dublyaj edib, 2011-ci ildə isə "Alifim" də çıxış edib.
Elzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Elşad
Elşad — kişi adı. Elşad Abbaszadə — Kiçik çavuş. Şəhid. Elşad Bayramov — Şəhid. Elşad Məmmədov Elşad Məmmədov (icra başçısı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı. Elşad Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elşad Mirbəşir — Siyasi elmlər namizədi Elşad Tahirov — Azərbaycan futbolçusu Elşad Şabanov — Elşad Ələsgərov — Elşad Fərəcullayev Elşad Quliyev Elşad Quliyev — Azərbaycan SSR elm və incəsənət xadimi. Elşad Quliyev (baş məşqçi) — keçmiş Azərbaycan futbolçusu, baş məşqçi. Elşad Quliyev (polkovnik-leytenant) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı.
Mirça Eliadi
Mirça Eliadi (9 (22) mart 1907[…], Buxarest – 22 aprel 1986[…], Çikaqo) — din tarixçisi və filosof. == Həyatı == Mirça Eliadi 13 mart 1907-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə doğuldu. Uşaqlıq və gənclik illərində biologiya, xüsusilə botanika və entomologiya ilə maraqlanırdı, lakin illər keçdikcə marağı ictimai elmlərə keçdi və beləliklə filologiya və fəlsəfəyə maraq göstərdi. Buna görə də, fəlsəfə təhsili aldı. 1928-ci ildə Buxarest Universitetində fəlsəfə fakültəsini bitirdi. Tezisinin mövzusu İtaliya Renesans filosofları idi. Eyni ildə Sanskrit və Hind fəlsəfəsi öyrənmək üçün Kəlkətə getdi. Eliadi müəllimi Surendranath Dasguptadan təsirləndi. Himalayda Rişikeş Aşramda altı ay yaşadı. Dörd il sonra, 1932-ci ildə təhsilini bitirdikdən sonra Buxarestə qayıtdı döndü.