Pərvin Vüqar oğlu Əlizadə (11 sentyabr 1993, Qazaxlar, Bərdə rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, taqım komandiri, İkinci Qarabağ müharibəsi şəhidi.
Pərvin Əlizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 sentyabr 1993(1993-09-11) |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 2020(2020-10-20) (27 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | ?-2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Pərvin Əlizadə 1993-cü il sentyabrın 11-də Bərdə rayonunun Qazaxlar kəndində anadan olub.[1] Əslən Laçın rayonunun Minkənd kəndindən idi.
Pərvin Əlizadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. "Laçın Kikboksinq Klubu"nun idmançısı idi. Tbilisi şəhərində keçirilən yarışda Zaqafqaziya çempionu, dəfələrlə respublika çempionatının və birinciliklərinin mükafatçısı olmuşdur. Müxtəlif Fəxri fərmanlarla təltif olunub. İdman hakimi idi.
Nişanlı idi.
Ailənin 3 oğlan övladından biri, evin böyük oğlu olub.
Atası Birinci Qarabağ Savaşı döyüşlərində iştirak edib.
Həqiqi hərbi xidmətini Fövqalədə Hallar nazirliyində keçib.
Azərbaycan Ordusunun leytenantı olan Pərvin Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Pərvin Əlizadə 2020-ci il oktyabrın 20-də Ağdərə istiqamətindəki "Tülkü dərəsi" deyilən yerdə 703 saylı hərbi hissənin 5-ci bölüyünün 12-ci postunda şəhid olub.
Bərdə rayonunun Birinci Qazaxlar kəndində dəfn olunub.
Bərdə şəhərinin küçələrindən biri şəhidin adını daşıyır.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]