BƏYZADƏ

is. köhn. [ fars. ] Bəy oğlu, bəy nəslindən olan adam.
Şəhərlərdə, kəndlərdə və obalarda yaşayan xanzadələrimiz, bəyzadələrimiz, … oxumaq və yazmaq bilmirlər. M.F.Axundzadə.
Bunların arasında bəyzadə-zad yoxdur, hamısı fağır adamlardır. N.Nərimanov.
Bu iki uşağın arasında böyük fərq vardı, birinin atası bəyzadə, o birininki yoxsul idi. S.S.Axundov.

BƏYLİK
BƏYZADƏLİK
OBASTAN VİKİ
Bəyzadə
Bəyzadə — bəy oğlu, bəy nəslindən olan adam. Sovet hakimiyyəti qurulana qədərki Azərbaycanda hakim sinfə mənsub adamların oğlan uşaqlarına da bəyzadə deyilirdi.Bu titul Osmanlı imperiyasında zadəgan nəslindən olan və imperiyada mühüm vəzifə tutan müvəqqəti valilərə və hərbi generallara verilirdi. Bu termin tez-tez Osmanlı imperiyası haqqında olan Qərb mənbələrində cəmiyyətdə üstün yer tutan, adətən böyük gücə malik olan kişilərə aid edilirdi. Şərqi Avropada, Balkanlarda, Qafqazda, Anadolu və İraq Kürdüstanının bəzi bölgələrində Osmanlının bu regionlardakı fəthlərində iştirak edən çərkəz şahzadələrinə bəyzadə titulu verilirdi.

Digər lüğətlərdə