Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Emirates (stadion)
Emirates şimali Londondakı Hollovay-da Aşhburton Grove-a tikilmiş futbol stadionudur. Stadionun ev sahibi Arsenal komandasıdır. Açılışı İyul 2006-ci ildə olmuşdur. 60.355 tamaşaçı tutumu olan stadion bu xüsusiyyəti ilə Old Trafforddan sonra İngiltərə Premyer Liqasının ən böyük ikinci stadionudur və bütün növlər arasında Londondakı Uembley və Tvickenhamdan sonra 4-cü böyük stadiondur. Stadionun plan və tikinti mərhələsində adının Ashburton Grove olması planlaşdırılırdı ancaq Oktyabr 2002-ci ildə stadionun adının haqqlarını Emirates Airlines satın alanadan sonra stadion Emirates adlandırıldı. Stadionun inşası 430 milyon sterlinqə başa gəldi.
Emirates Post
Emirates Post — Birləşmiş Ərəb Əmirlikləri üçün rəsmi poçt operatorudur. Bu Emirates Post Group Holding törəmə edir. [1] Bu poçt xidmətləri nəhayət BƏƏ formalaşdırılması, 1972-ci ildə Rabitə Nazirliyinin saxlayın Xidmeti Ümumi Müdirliyi kimi müəyyən edilmişdir 1947-ci ildə Hindistanın müstəqilliyinin qədər Hindistan Post Office Services tərəfindən idarə olunur, avqust 19, 1909 açıldı . Emirates Post Qrup törəmə olmaq Emirates Post Empost, DVT və Wall Street Birjası ilə, 2007-ci ildə yaradılmışdır.
Emirates kuboku
Emirates kuboku - 2007-ci ildən bəri hər il Arsenal FK-nın təşkilatçılığı ilə keçirilən turnir. 4 klubun iştirakı ilə qrup sistemi ilə keçirilir. Turniri ESPN kanalı yayımlayır. Kubokun son qalibi İspaniyanın Valensiya klubudur. Turnirin digər qalibləri arasında Arsenal (3), Hamburq (1), Nyu York Red Buls (1) və Qalatasaray (1) klubları da var. == Qaydalar == Turnirin reqamentinə görə komandalar öz aralarında 1 dəfə olmaqla oyun keçirirlər. Qalibiyyət 3 xal, heç-heçə 1 xal, məğlubiyyət 0 xal ilə qiymətləndirilir. Həmçinin hücum futbolunu sərgiləmək üçün hər qola görə 1 xal verilir. Əgər 2 komandanın xalları və top fərqi bərabərdirdə bu zaman onların turnir boyunca qapıya endirdikləri zərbələrin sayı müəyyən olunur.
Emirates kuboku 2007
Emirates kuboku 2007 - Arsenalın təşkilatçılığı ilə 2007-ci ildə 2 gün davam edən turnir. Keçirilən ilk Emirates kubokudur. Bir zamanlar Ayaks Amsterdam klubunun təşkil etdiyi Amsterdam turnirinə olduqca bənzəyir. Bütün oyunlar Emirates stadionunda keçirilmişdir. Turnirdə son İtaliya çempionu İnter Milan, Fransanın PSJ, İspaniyanın Valensiya (İntertoto kubokunda oynayan Hamburqun əvəzinə) və təşkilatçı Arsenal iştirak etmişdirlər. 28-29 iyul tarixlərində keçirilən turnirdə Arsenal ilə Valensiya və İnter Milan ilə PSJ komandaları aralarında oyun keçirmədilər. 2 günlük turniri 200.000-dən çox tamaşaçı izləmişdir. Kubokun qalibi Arsenal olmuşdur. == Xal durumu == Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Həmçinin atılan hər qola 1 xal ilə qiymətləndirilmişdir.
Emirates kuboku 2008
Emirates kuboku 2008 - 2008-ci ildə keçirilən sayca 2-ci Emirates kuboku. 2-3 avqust tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə İspaniyanın Real Madrid, İtaliyanın Yuventus, Almaniyanın Hamburq və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. Real Madrid ilə Yuventus və Arsenal ilə Hamburq aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi Hamburq olmuşdur. Beləliklə Hamburq təşkilatçı Arsenal xaricində kuboku başı üzərinə qaldıran ilk klub olmuşdur. == Xal durumu == Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Həmçinin atılan hər qola 1 xal ilə qiymətləndirilmişdir. Hər komanda iki oyun oynamışdır.
Emirates kuboku 2009
Emirates kuboku 2009 - 2008-ci ildə keçirilən sayca 3-ci Emirates kuboku. 1-2 avqust tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə İspaniyanın Atletiko Madrid, Şotlandiyanın Reyncers, Fransanın PSJ və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. Reyncers ilə Atletiko Madrid və Arsenal ilə PSJ aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi təşkilatçı Arsenal olmuşdur. Beləliklə Arsenal turniri 2-ci dəfə qazanaraq ilkə imza atmışdır. == Xal durumu == Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Həmçinin atılan hər qola 1 xal ilə qiymətləndirilmişdir. Hər komanda iki oyun oynamışdır.
Emirates kuboku 2010
Emirates kuboku 2010 - 2010-cu ildə keçirilən sayca 4-cü Emirates kuboku. 31 iyul-1 avqust tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə İtaliyanın Milan, Şotlandiyanın Seltik, Fransanın Olimpik Lion və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. Seltik ilə Milan və Arsenal ilə Olimpik Lion aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi təşkilatçı Arsenal olmuşdur. Beləliklə Arsenal kuboku 3-cü dəfə muzeyinə aparmışdır. == Xal durumu == Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Həmçinin atılan hər qola 1 xal ilə qiymətləndirilmişdir. Hər komanda iki oyun oynamışdır.
Emirates kuboku 2011
Emirates kuboku 2011 - 2011-cu ildə keçirilən sayca 5-ci Emirates kuboku. 30 iyul-31 iyul tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə Fransanın PSJ (2-ci dəfə), ABŞ-nin Nyu-York Red Buls, Argentinanın Boka Xuniors və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. İlk dəfə turnirə Avropanın xaricindən klublar dəvət olunmuşdur. Nyu York Red Buls ilə Boka Xuniors və Arsenal ilə PSJ aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi Nyu York Red Buls olmuşdur və kuboku qazanan ilk qeyri-Avropa klubu olmuşdur. == Xal durumu == Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Əvvəlki turnirlərdə 1 qol üçün 1 xal veriləsə də bu dəfə bundan imtina edilmişdir. Hər komanda iki oyun oynamışdır.
Emirates kuboku 2013
Emirates kuboku 2013 - 2013-cü ildə keçirilən sayca 6-cı Emirates kuboku. 3 avqust-4 avqust tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə Türkiyənin Qalatasaray, Portuqaliyanın Porto, İtaliyanın Napoli və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. Napoli ilə Qalatsaray və Arsenal ilə Porto aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi Qalatasaray olmuşdur və kuboku qazanan ilk Türkiyə klubu olmuşdur. == Xal durumu == Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. Əvvəlki turnirdə 1 qol üçün 1 xal vermək qaydasından imtina edilsə də, yenidən bu qayda qüvvəyə minmişdir. Hər komanda iki oyun oynamışdır. Ən çox xal toplayan komanda qalib olur.
Emirates kuboku 2015
Emirates kuboku 2015 - 2015-cu ildə keçirilən sayca 8-ci Emirates kuboku. 25 iyul-26 iyul tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə Fransanın Olimpik Lion, Almaniyanın Volfsburq, İspaniyanın Vilyarreal və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər. Volfsburq ilə Olimpik Lion və Arsenal ilə Vilyarreal aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi Arsenal FK olmuşdur. Bu Arsenalın 4-cü qələbəsi olmuşdur. == Xal durumu == Qələbəyə 3, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilmişdir. 1 qol üçün 1 xal verilmişdir. Hər komanda iki oyun oynamışdır.
Mirat (jurnal)
"Mirat" jurnalı (az-əbcəd. مرات‎) — 1910-cu il iyun-iyul aylarında Bakıda çıxmış Azərbaycan satira jurnalı. "Molla Nəsrəddin" ədəbi məktəbinin təsiri ilə yaradılan bir neçə satirik jurnal nəşr olunurdu ki, onlardan biri də "Mirat" idi. "Mirat" gülgü məcmuəsi olub 1910-cu ilin iyun ayının 19-dan etibarən Bakıda nəşr olunmağa başlamışdır. Jurnalın redaktoru Əliabbas Tağızadə idi. M.B.Məmmədzadənin "Azərbaycan türk mətbuatı" kitabında "Mirat"ın yalnız bir sayının işıq üzü gördüyü qeyd olunsa da, əslində bu satirik jurnalın 5 nömrəsi işıq üzü görmüşdü. Aşağıdakı iki misranı öz fəaliyyət prinsipi kimi seçən "Mirat" həyatda baş verənlərə laqeyd qalmayacağını, doğrunu yazacağını, müşahidə olunan nöqsanları kəskin tənqid etməyi oxucalara vəd edirdi. Bu misralarda jurnalın həqiqətəndən yazacağından, tənqid olunacaq adamların jurnal səhifələrində öz surətlərini güzgüdə gördükləri kimi görəcəyindən xəbər verirdi. Jurnalın bütün nömrələrində epiqraf olaraq aşağıdakı iki misra şeir verilirdi: Əslində isə jurnalın müəllifləri həyat həqiqətlərinə sadiq qalmırdılar. Bəha Səid kimi mürtəce fikirli yazıçılar bu jurnaldan istifadə edib, Azərbaycan xalqına, Azərbaycan yazıçılarına böhtanlar yağdırırdılar.
Dassault Mirage F1
Dasso "Miraj" F1 (Dassault Mirage F1) — 1960-cı illərdə Dasso aviadüzəldən şirkəti tərəfindən hazırlanan yüngül çoxməqsədli qırıcı. Dassault Mirage III varisidir. 1970-ci illərdə, "Miraj 2000" çoxməqsədli qırıcı silahlanmaya qəbul olunana qədər, Fransa HHQ-nın əsas qırıcısı idi. Cəmi 700 belə təyyarə buraxılmışdı, onlardan 251 Fransa HHQ-i üçün. Dünyanın 12 ölkəsinə ixrac edilirdi, bir sıra hərbi konfliktlərdə (xüsusi ilə hər iki tərəfdən İran-İraq müharibəsində) və Çad müharibəsində tətbiq edilmişdi.
Dassault Mirage III
Dassault Mirage III, 1950-ci illərdə Fransada Dassault Aviation tərəfindən hazırlanmış və Fransa və bəzi digər ölkələrdə istehsal olunan səsdən sürətli bir qırıcı hərbi təyyarə modelidir. Rus ekvivalenti supersonik Mikoyan-Gurevich MiG-21-dir. Müvəffəqiyyətli bir qırıcıdır, bir çox ölkəyə satılmış və on ildən çox istehsal olunmuşdur. Bəzi kiçik hərbi hava qüvvələri tərəfindən hələ də dünyanın dörd bir tərəfində Mirage III uçurdulur. Bunlara Argentina, Çili, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan (ən böyük istifadəçi), Peru və Venesuela daxildir. İkinci Dünya Müharibəsindən sonra Fransız Hava Qüvvələri (FAF) ümumiyyətlə Amerika mənşəli təyyarələrdən istifadə etməyə başlamışdı. Fransızlar bunun digər ölkələrdən asılılıq yaradacağını və aviasiya sənayesinin ölkədə gerilədəcəyini düşündülər. Hind-Çin müharibəsi, Fransız aviasiya sənayesinin öz təyyarələrini inkişaf etdirməli olduğunu ortaya qoydu. Əllinci illərin ortalarında Generale Avions Marcel Dassault - GAMD, FAF şərtlərinə uyğun bir təyyarə hazırlamağa başladı. Bu təkcə FAF üçün lazımlı bir döyüş təyyarəsini təmin etməyəcək, həmçinin Fransanı yenidən əhəmiyyətli bir təyyarə ixracatçısına çevirəcəkdi.
Dassault Mirage IV
Dassault Mirage IV, Fransa istehsalı olan səsdən sürətli reaktiv mühərrikli strateji bombardmançı və kəşfiyyat təyyarəsidir. Bu hərbi təyyarə Soyuq müharibə boyunca Fransanın nüvə silahlarının qarşısının alınması proqramının əsas tərkib hissəsi olmuşdur. Mirage IV, Fransa hökumətinin zərbə qüvvəsi yaratmaq qərarı ilə hazırlanmış bir hücum bombardmançı təyyarədir. Bu təyyarənin baza modeli olaraq Mirage III təyyarəsi götürülmüşdür. Başlanğıcda Pratt & Whitney J-75-B turbojet mühərrikləri seçilsə də, daha sonra qərar Mirage III-ün mühərriki olan Fransa istehsalı SNECMA ATAR 9K-ya dəyişdirilmişdir. Mirage IV-in ilk prototipi 1958-ci ilin iyununda uçdu. Bunu daha üç prototip izlədi. Dalınca isə FAF sifarişi bunu izlədi və ilk 62 Mirage IV-nin çatdırılması 1964-cü ildə başladı. Hər bir təyyarədə Thompson CSF DRAA-8A radarı və qismən gövdənin altına yerləşdirilmiş bir AN-22 nüvə bombası var idi.
Dassault Mirage V
Dassault Mirage 5, Dassault Aviation tərəfindən buraxılmış Fransa istehsalı bir hücum təyyarəsidir. Təyyarə Dassaultun ən populyar təyyarəsi olan Mirage III təyyarəsinin baza modeli əsasında hazırlanıb. Mirage 5 nüvə silahı daşıya bilir. Mirage V Mirage III-ün yaxşı hava şəraitində işləyə bilən ixracat yönümlü qırıcı-hücum modelidir. Radonun çıxarılması və digər elektron avadanlıqların azaldılması təyyarənin qiymətini endirsə də, yanacaq sərfiyyatını artırmışdır. Əbu Dabi, Belçika, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan, Peru, Venesuela və Zairə ixrac olunmuşdur. İsrail də bu təyyarədən sifariş vermiş, lakin Fransa bu sifarişi qəbul etmədikdən sonra İsrail, Pratt & Whitney J-79 motoru ilə təchiz edilmiş və "Kfir" adını verdiyi öz modelini hazırlamışdır.
The Pirate Bay
The Pirate Bay (bəzən TPB kimi qısaldılır) — əyləncə mediası və proqram təminatının onlayn rəqəmsal məzmun indeksidir. 2003-cü ildə İsveçin Piratbyrån araşdırma mərkəzi tərəfindən qurulan Pirate Bay ziyarətçilərə BitTorrent protokolu istifadəçiləri arasında peer-to-peer fayl mübadiləsini asanlaşdıran maqnit bağlantıları və torrent faylları arasında axtarma, endirmə və töhfə vermə imkanları yaradır. Pirate Bay fayl paylaşımı, müəllif hüquqları və vətəndaş azadlıqlarının hüquqi aspektləri ilə bağlı mübahisələrə səbəb oldu və müəyyən edilmiş əqli mülkiyyət qanunlarına qarşı siyasi təşəbbüslər platformasına və müəllif hüquqları əleyhinə hərəkatın mərkəzi fiquruna çevrildi. Veb sayt fəaliyyətini davam etdirmək üçün bir sıra yeni veb ünvanlarına keçərək bir neçə dəfə bağlanma və domenlərin müsadirə olunması halları ilə üzləşdi. 2009-cu ilin aprelində saytın təsisçiləri (Piter Sunde, Fredrik Neyc və Qotfrid Svartholm) İsveçdə Pirate Bay işində müəllif hüquqlarının pozulmasına kömək etməkdə təqsirli bilinərək bir il həbs və cərimə cəzasına məhkum edildilər. Bəzi ölkələrdə internet provayderlərinə (ISP) vebsayta girişi bloklamaq tapşırılıb. Daha sonra proksi saytlar vasitəsi ilə bu saytla giriş əldə olundu. Təsisçilər Svartholm, Neyc və Sunde qısamüddətli cəza çəkdikdən sonra 2015-ci ildə azadlığa buraxıldı.
Embrace, Extend, and Extinguish
«Embrace, extend and extinguish» və ya «Embrace, extend, and exterminate» ("Dəstəkləmək, qurmaq və məhv etmək") — ABŞ Ədliyyə Departamenti tərəfindən Microsoft tərəfindən geniş qəbul edilmiş standartlardan istifadə edən proqram təminatının bu standartları genişləndirməklə və sonra bu fərqlərdən istifadə edərək sənayeyə daxil etmək strategiyasını təsvir etmək üçün istifadə edildiyi müəyyən edilmiş ifadədir. rəqiblər üzərində üstünlük. Taktika aşağıdakı addımlardan ibarətdir: açıq standartlara əsaslanan müəyyən əvvəldən mövcud olan texnologiyanın yaradılması və bazara təqdim edilməsi, bazarda ən azı əhəmiyyətli, aparıcı olmasa da, əhəmiyyətli mövqeyə nail olmaq (embrace); istifadəçilərin ehtiyac duyduğu imkanları həyata keçirən texnologiyaya mülkiyyət uzantılarının əlavə edilməsi (extinguish); mülkiyyət uzantılarının bəzi kritik kütləsi yığıldıqdan sonra, istifadəçilər üçün texnologiyanın görünüşünü qoruyarkən orijinal açıq texnologiyadan tamamilə imtina edilir, onu mülkiyyətçi ilə əvəz edir. Bu mərhələdə məhsul artıq bazar lideri olduğundan, açıq texnologiya mülkiyyət texnologiyasından (extend) geridə qalması səbəbindən ölür. Azad proqram təminatı tərəfdarları bunu təchizatçıların dəyişdirilməsinə maneələr yaratmaq üçün mənəvi cəhətdən qəbuledilməz bir yol hesab edirlər və Microsoft-un öz mülkiyyət genişləndirmələrini açıq standartlara (məsələn, Kerberos) əlavə etmək cəhdlərinə son dərəcə mənfi reaksiya verirlər.
Əmirarx
Əmirarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun Güvəkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrin sonlarında Əmirarx adlı arxın kənarında bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Arxın adı Şirvan düzündə yaşamış türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Kəndin əsası XIX əsrin sonunda qoyulub. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Ləki kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Güvəkənd kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Əmirarx kəndi Azərbaycan SSR Ağdaş rayonunun Güvəkənd kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Güvəkənd bələdiyyəsi təsis edilmişdir.
Əmiriyə
Əmiriyyə — İranın Simnan ostanının Damğan şəhristanının Əmiriyyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,541 nəfər və 455 ailədən ibarət idi.
Xeyri Əmirzadə
Xeyri Osman oğlu Əmirzadə (d. 5 oktyabr 1893, Krım vilayəti, Yalta şəhəri, Dərəgöy kəndi - ö. 17 fevral, 1958, Bakı) — aktyor. Azərbaycan kino sahəsində özünəməxsus yeri olan Xeyri Osman oğlu Əmirzadə 5 oktyabr 1893-cü ildə Krım vilayətinin Yalta şəhərinin Dərəgöy kəndində baqqal Qara Osmanın ailəsində anadan olub. Milliyyətcə türkdür. Xeyri böyüdükcə onun rəssamlığa meyli görsənirdi. Atasının kənddə kiçik bir dükanı vardı. Ailəsini bu dükandan götürdüyü gəlirlə dolandırırdı. Həm də o, dindar idi. Oğlunun şəkil çəkdiyini görəndə hər dəfə aləmi bir-birinə qatır, əlindəkiləri alıb cırır, “kafir oğlu, kafir” deyib onu döyürdü.
Əmirarx bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirağa Ağayev
Nəimi Əmiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Centaurea emilae Hüseynova et Qaraxani
Əmir Əmiran Ömər
Əmir Əmiran Ömər — Eldəniz şəhzadəsi Məhəmməd Cahan Pəhləvan və İnanc xatunun oğlu. Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idadəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu. Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.
Hacı Seyid ağa Əmirzadə
Hacı Seyid ağa Əmirzadə — Azərbaycan şairi "Əkinci" qazetinin fəallarından. == Həyatı == Hacı Seyid Rzanın əsil vətəni Xoy şəhəridir. Bir zaman orada iqamət etdikdən sonra təəhhül ixtiyar edib, İrəvanı özü üçün ikinci vətən ittixaz qılmışdır. Hacı Seyid Rza "Əkinçi"yə İrəvandan əxbarnəvis olub, nəsr ilə yazılmış bəzi məktubatı, onların cümləsindən nəzm ilə yazılmış bir məktubu dəxi "Əkinçi"də dərc olunmuşdur.