Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Estetçilik
Estetçilik — fəlsəfədə qədimlərdə gözəllik haqqında elm sayılmış estetika (yunanca hiss, duyğu) sözündəndir. == Ümumi məlumat == Estetçilik ədəbiyyatı gözəlliyik kateqoriyası ilə bağlayan bir termin kimi işlənir. Sosiologizm kimi estetçilik də qanlı Qərbi Avropa inqilablarının təsiri ilə yaranıb. Birinci termin bu inqilabçılara tərəfdar olanları, estetçilik isə bu inqilabların əleyhinə olan, onlardan qorxan varlı ədəbiyyat adamlarını nəzərdə tuturdu. Sənətdə ancaq gözəllik axtaranlar varlı siniflərin nümayəndələri, Burjua ziyalıları idilər. İnqilabları doğuran səbəblər onlar üçün, onların maddi durumu üçün maraqlı deyildi. Estetlər sənəti ali təbəqə üçün bar əyləncə hesab edir və onun sosial, idraki, tərbiyəvi və s. funksiyalarına laqeyd yanaşırlar. Çünki estetlərin çoxu yaxşı maddi təminatı olan, maraqlı və gözəl yaşamaq istəyən insanlardılar. Ona görə onlar sənəti öz ehtiyacları üçün uyğunlaşdırır və subyektivləşdirirdilər.
Estetik cərrahiyə
Estetik cərrahiyə — tibbdə xarici görünüşün dəyişdirilməsi məqsədilə həyata keçirilən cərrahiyyə. İstər insanda, istər heyvanlarda istərsə də füsunkar təbiətdə fərqli formada əks olunmasına baxmayaraq, hamımız gözəlliyi sevir, daima onu axtarır, gördüyümüzdə isə ondan həzz alırıq. Dövrümüzün insanlarına nəzər salsaq, görərik ki, onlar daxili gözəlliklə müqayisədə daha çox zahiri gözəlliyin qayğısına qalırlar. Gözəllik dünyasında elmin son "sıçrayış"larına aid rəsmi statistikaya nəzər salsaq, görərik ki, təbii gözəllik üzərində inqilab etmiş süni gözəlliyə- kosmetik əməliyyatlara dair statistik rəqəmlər heyrətedicidir. Məsələn, təkcə Parisdə kosmetik cərrahiyyə əməliyyatı ilə məşğul olan 200 mərkəz mövcuddur, və hər il bu mərkəzlərdə 60 min plastik əməliyyat aparılır. ABŞ-də isə kosmetik əməliyyatlar Amerika cəmiyyətinin ənənəsinə çevrilib. Dünyada kosmetik əməliyyatların sayı baxımından ABŞ 21% nisbəti ilə birinci yeri, Braziliya 14% nisbəti ilə ikinci yeri, Meksika isə 8% nisbəti ilə üçüncü yeri tutub. Estetik (eyni zamanda cavanlaşdırıcı əməliyyat) əməliyyat — dünyada həm kişilər, həm də qadınlar arasında ən populyar əməliyyat növüdür. == Estetik cərrahiyənin növləri == Plastik əməliyyatların bir neçə növü mövcuddur. Dünyada ən çox edilən əməliyyat "Ritidektomiya" adlanan sifət və boyun dərisinin dartılmasıdır.
Estetik mədəniyyət
Estetik mədəniyyət — konkret mәdәni-tarixi şәraitdә cәmiyyәtin, yaxud ayrıca fәrdin potensial estetik tәcrübәsinin reallaşdırılması vә mәrkәzlәşdirilmәsi ilә bağlı fenomenlәr, institutlar, davranışlar, mәtnlәr vә s. mәcmusu. Estetik mədəniyyətin spesifikası vә funksiyası subyektin dünyaya münasibәtinin azad özünüifadәsi ilә bağlıdır. Estetik mədəniyyət insanın hәr bir predmet üçün onun öz növünün ölçüsünü tapmaq vә tәtbiq etmәk, belәliklә dә, әşyanın ümumәn bütün dünyaya nәzәrәn spesifik dәyәrini aşkara çıxarmaq qabiliyyәtindә tәzahür edir . == Haqqında == Cəmiyyətin estetik mədəniyyətinə həm estetik şüurun (estetik biliklərin, estetik hisslərin, estetik zövqlərin, estetik idealların) məzmunu və inkişaf səviyyəsi, həm də insanların estetik yaradıcılığının xarakteri, istiqaməti və yayılma dərəcəsi daxildir. Eyni zamanda, estetik mədəniyyətdə estetik sərvətlərin insan tərəfindən mənimsənilmə formalarının rəngarəngliyi, bu sərvətlərdən insanın inkişafı, onun mənəviyyatının zənginləşməsinə görə humanist məqsədlərlə istifadə edilməsi də öz əksini tapır . Estetik alim Osman Əfəndi estetik mədəniyyətdə estetik idrakın əsas yer tutduğunu göstərərək yazır ki, elmi idrak kimi, estetik idrak da sonsuz aləmin zənginliklərini daha geniş mənimsəmək və ona daha dərindən münasibət bəsləmək meyarlarının örnək yoludur. Şüurlu həyatda sistemli biliklər zənginliyini yaradan və onu yeni səviyyələrə yüksəldən elmi idrakın nəzəri cəhətlərinə çox ciddi diqqət yetirilməsi təbii-zəruri amil sayıldığı kimi, ali inkişaf səviyyəsinə qovuşmuş estetik idrakın nəzəri cəhətdən öyrənilməsi işi də bu mənada qiymətləndirilməyə layiqdir. Çünki bu təbii-zəruri amilləri doğuran idrak formalarının hər biri əbədi olaraq insanlığa, onun təsdiqinə xidmət edir . Estetik mədəniyyət estetik düşüncələrin məhsuludur.
Etnik estetik cərrahiyə
Etnik estetik cərrahiyə və ya etnik modifikasiya — şəxsin xarici görünüşünün hansısa bir müəyyən irqə və ya etnik qrupa bənzəməsi üçün nəzərdə tutulmuş estetik cərrahiyə. Rinoplastika (burun əməliyyatı) və blefaroplastika (göz qapağı əməliyyatı) da məşhur prosedurlardan biridir. Maykl Ceksonun estetik əməliyyatı etnik estetik cərrahiyənin konetksində müzakirə edilmişdir. Elizabət Kayken "Venus Envy: A History of Cosmetic Surgery" (azərb. Venus Envi: Kozmetik əməliyyatın bir tarixi‎) adlı kitabının bir hissəsini "Maykl Cekson amili"nə həsr etmişdir. == Etnik müzakirələr == Müxtəlif estetik cərrahlar estetik cərrahiyə istəyən Afrika mənşəli sifarişçilərdə estetikanın motivasiyaları və irqi transformasiya arasında fərq qoyur. Onların fikirlərinə görə, "irqi transformasiya arzusunda olan sifarişçilər bu əməliyyatın riskləri ilə bağlı məlumatlandırılmalıdırlar və ümumi olaraq, bunu tələb edənləri ruhdan salmaq lazımdır". Feminist alimlərin bu mövzu haqda ayrı-ayrı fikirləri var. Kinqston Kuins Universitetində fəlsəfə professoru olan Kristin Overal şəxsi irqi transformasiyanın və ya onun sözləriylə "transirqçilik" şəxsi cərrahiyə intervensiyaların daha böyük bir sinfinə aiddir. Bu böyük sinfə transseksual şəxsiyyət dəyişikliyi, bədən incəsənəti, kosmetik əməliyyat, Myunxhauzen sindromu və könüllü qadın sünnəti aiddir.
Sənətçi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Yaqub Rzayev (sənətçi)
Yaqub Kazım oğlu Rzayev (1898, Bakı – 1975, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Yusif Dadaşov 1898-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyovun "Koroğlu" operasındakı Koroğlu obrazında bu partiyanın ifaçısı Bülbüllə ilk roldaş (dublyor) olub. Lirik-dramatik tenor səsə malik Yaqub Rzayev Moskvadakı Böyük Teatra sənət təcrübəsi keçməyə göndərilmiş ilk peşəkar azərbaycanlı solist-ifaçıdır. O, 1975-ci ildə Bakıda vəfat edib.
Yekaterina Volkova (sənətçi)
Çeştəçi Əli Paşa
Çeştəçi Əli Paşa (ö. 1626) — I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra zağarcı və yeniçəri kəndxudası oldu. Ardından 1623-cü ilin avqustunda yeniçəri ağası, 9 oktyabrda isə vəzir rütbəsilə Misir bəylərbəyi təyin edildi. Ancaq sələfi Qara Mustafa Paşanın tərtiblədiyi hərbi ayaqlanmayla bölgəyə buraxılmadı və geri dönməyə məcbur oldu. Sultan Muradın 11 yaşlı uşaq olması, dövlət idarəsinin isə dövlət təcrübəsi olmayan Validə Kösəm Sultanın əlində olması səbəbilə bu məsələnin üzərinə gedilmədi. 16 fevral 1624-cü il tarixli fərmanla Əli Paşa Anadoluda çıxan üsyanları yatırmaqla vəzifələndirildi. Misir əyaləti isə yenidən Mustafa Paşaya həvalə edildi. Əli Paşa isə haqqında gəzən şayələr və əsgərlər üzərindəki sərt tədbirləri səbəbilə 1626-cı ildə edam edildi.
Nadir Hüseynov (sənətçi)
Nadir Hüseynov — Azərbaycanın tanınmış aktyoru və bədii qiraətçi, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən, Azərbaycanın əməkdar müəllimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Nadir Qəribağa oğlu Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsinə daxil olub. İnstitutu bitirdikdən sonra bir müddət Lənkəran Dövlət Teatrında işləyib. 1977-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki Tədris teatrında aktyor işləyib, sonra isə “Səhnə danışığı” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Nadir Hüseynovun ilk uğuru 1975-ci ildə Lelinqradda keçirilən Ümumittifaq bədii qiraətçilər müsabiqəsindən başlayıb. O, bu müsabiqənin diplomantı olub. Sonrakı illərdə N.Hüseynov televiziya verilişləri, yubileylər, tədbirlər də aparıcı olub. Xüsusilə də Azərbaycan Dövlət Televiziyasında “Ozan” folklor toplusu verilişinin aparıcı olub, O bir mütəxəssis müəllim kimi uzun müddətdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Səhnə danışığı" fənnini tədris edir. Ölkənin tanınmış sənət xadimlərinin müəllimi olub.
Akif Musayev (sənətçi)
Akif Hacıbaba oğlu Musayev (26 iyun 1942) — film direktoru, icraçı prodüser, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. == Həyatı == Akif Musayev 26 iyun 1942-ci ildə anadan olub. Əməkdar incəsənət xadimidir.
Həsən Həsənov (sənətçi)
Həsən Həsənov (7 iyul 1950, Faxralı, Bolnisi rayonu – 6 aprel 2021, Bakı) – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). == Həyatı == Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib. 1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin "Öz fəaliyyət teatr kollektivinin rəhbəri" fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunmuşdur. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikomu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub.