Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəaliyyət
Fəaliyyət – 1) hər hansı bir sahədə iş, çalışma; fəallıq göstərmə; aktivlik. Məsələn, pedaqoji fəaliyyət, ictimai fəaliyyət; 2) iş, işləmə. Məsələn, ürəyin fəaliyyəti. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Birgə fəaliyyət
Birgə fəaliyyət – iştirakçıların iqtisadi vəziyyətinin yaxşılaşdırılması və ya ictimai maraqların irəli getməsi üçün xüsusi şəxslərin öz təşəbbüsləri üzrə əməkdaşlığıdır. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Fəaliyyət sahəsi
Fəaliyyət sahəsi fərdi və hüquqi şəxslərin əsas iş sahəsini əhatə edən mövzular dairəsini təsvir eir. Sənayedə və elmdə bu anlayışın tətbiqi müəyyəm kriteriyalarda asılı olaraq aparılır: Ya ümumilikdə böyük maraq doğuran iş sahəsi, ya da hər hansı bir şəxsin fəaliyyəti əsas götürülür. Bu anlayış coğrafi mənada da işlədilə bilər. Son zamanlar baş verən qloballaşdırmanın nəticəsi kimi bir çox müəssisələr və ya şəxslər öz fəaliyyət dairələrini genişləndirərək başqa ərazilərdə də (ölkə) çalışırlar.
Könüllü fəaliyyət
Könüllü fəaliyyət — qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. == Könüllü == Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. == İstiqamətləri == əlilliyi olan şəxslərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; qanunvericiliyin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri. == İştirakçıları == Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər qanunvericiliyə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.
Bazar (ticarət obyekti)
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. == Tarix == Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Nətənz nüvə obyekti
Nətənz nüvə təsisatı,Nətənz nüvə obyekti və ya Nətənz nüvə kompleksi(rəsmi adı:Nətənzin Şəhid Əhmədi Rövşən Nüvə Mərkəzi)-İranın nüvə proqramı ilə bağlı "yeraltı obyekti"n bir hissəsi ki uran zənginləşdirmək üçün "dəmir-betondan 30metr dərinlikdə" İsfahan ostanıda Nətənz yaxınlığında inşa edilib. == Fəaliyyəti == Natanz nüvə obyekti Beynəlxalq Atom Enerjisi Agentliyinin qeyri-nüvə ölkələrinin öz nüvə proqramlarını dinc məqsədlər üçün istifadəsinə nəzarət edən mühafizə sisteminə daxildir və İranın nüvə proqramına beynəlxalq nəzarət mexanizmi çərçivəsində müfəttişlər tərəfindən mütəmadi təftiş olunur. Obyektdəki bütün əsas istehsal obyektləri yeraltı keçiddə cəmləşib və avadanlıqları o cümlədən mümkün hava zərbələrindən qoruyan yeddi metr beton təbəqə ilə örtülüb. Netenzedə 2020-ci il üçün uran 4.5 faizə qədər zənginləşdirilib, bu da 2015-ci ildə bir nüvə sazişində nəzərdə tutulan 3,67 faiz səviyyəsindən yüksəkdir. 2020-ci ilin iyul ayında İran Atom Enerjisi Təşkilatı təfərrüatlara girmədən, obyektdə müəyyən bir hadisənin olduğunu bildirib. Şəhər rəsmiləri yalnız yanğının olduğunu təsdiqləyiblər. Səlahiyyətlilər fövqəladə vəziyyətə baxmayaraq, müəssisədəki işlərin dayanmadığını təmin edirlər. Amerikalı analitiklər isə nüvə obyektində partlayış və yanğın baş verdiyini iddia ediblər. Gecədən başlayan yanğın o qədər parlaq olub ki, kosmosdan göründüyü və Amerika hökumətinin bir peyki tərəfindən qeydə alındığı da qeyd olunur. Yanğın baş verən ərazidə nüvə materialı olmayıb və hadisə zamanı heç kim xəsarət almayıb.
Elmi-texniki fəaliyyət
Elmi-texniki fəaliyyət – texnoloji, iqtisadi, sosial, humanitar problemlərin və digər mühəndis problemlərinin həll edilməsi, vahid sistem kimi elmin, texnikanın və istehsalatın fəaliyyətinin təmin olunması üçün yeni biliklərin əldə edilməsinə və tətbiqinə yönələn fəaliyyət. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fəaliyyət yoluyla təbliğat
Fəaliyyət Yoluyla Təbliğat və ya Fəaliyyətin Təbliği (ingiliscə "propaganda by the deed", fransızca " propagande par le fait") başqalarına nümunə olmaq və inqilab üçün katalizator olmaq məqsədi daşıyan konkret siyasi birbaşa fəaliyyətdir. Anarxizmin bağrından çıxmış və daha sonra başqa radikallar tərəfindən mənimsənmişdir. Bu, ilk növbədə, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində üsyankar anarxizm tərəfdarları tərəfindən törədilən zorakılıq aktları, o cümlədən hakim sinfə yönəlmiş bombalamalar və sui-qəsdlərlə əlaqələndirilir, həm də zorakı olmayan tətbiqlərə malikdir. Bu əməllər dövlətin hər şeyə qadir olmadığını nümayiş etdirməklə və məzlumlara ümid verməklə xalqda "üsyan ruhunu" alovlandırmaq, həmçinin dövlətin reaksiyasında daha da repressivləşdikcə anarxist hərəkatlara dəstəyi genişləndirmək məqsədi daşıyırdı. 1881-ci ildə London Beynəlxalq Anarxist Konqresi bu taktikanı təsdiqlədi. == Görkəmli fəaliyyətlər == 4 aprel 1866-cı il – Dmitri Karakozov Sankt-Peterburqdakı Yay bağının qapısında Rusiya çarı II Aleksanda uğursuz sui-qəsdə cəhd edir. Çar Yay bağını tərk edərkən, Dmitri silahından atəşaçmaq üçün irəli atılır. Lakin bu cəhdin qarşısı kəndli əsilli papaqçı şagirdi Osip Komissarov tərəfindən alınır və o, atəş açmağa az qalmış Karakozovun dirsəyini sıxır. 11 may 1878-ci il — Maks Hodel Almaniyada Kayzer I Vilhelmə sui-qəsd cəhdi edir . Onun monarxı güllələmək üçün etdiyi iki cəhd də uğursuzluğa düçar olur və o, avqustun 15-də tutulur və başı kəsilərək edam edilir.
Qartopu (seksual fəaliyyət)
Qartopu, yaxud qar yağışı — bir şəxsin ağzına aldığı spermanı əksər hallarda öpüşərək başqa birisinin ağzına ötürdüyü seksual fəaliyyətdir. == Tarix və yayılımı == Termin olaraq əvvəllər sadəcə gey və biseksual kişilər üçün istifadə olunurdu. 2004-cu ildə Nyu-York lgbt qrup tədbirlərində 1200-dən çox gey və biseksual kişini araşdıran araşdırmaçılar təqribi 20% seqmentin ən az bir dəfə qartopu etdiklərini müəyyən ediblər.
Obyektiv
Obyektiv — təsviri səthə(fotomaterial, matrisa və s.) proyeksiya edən fotoaparatla birlikdə çalışan linza və ya linzalar dəstindən ibarət olan optik qurğudur. Obyektivlər foto, kino çəkilişində, optik çapda, mikroskopda, teleskopda və müxtəlif müşahidə və optik cihazlarda istifadə olunur. Müşahidə cihazlarında obyektiv cihazın birinci komponenti sayılır. Bu halda təsvirə cihazın okulyarında baxılır. Qurğunun təyinatından asılı olaraq obyektivə diafraqma, sürgü, başlıq, fokuslama sistemi kimi köməkçi elementlər əlavə edilə bilər. == Obyektivlərin xarakteristikaları == Obyektiv – 1)fizikada: obyektiv (optik cihazın qabaq şüşəsi və ya şüşələri); 2)fəlsəfədə: şüurumuzdan asılı olmayan; 3)qərəzsiz, tərəfkeşlik etmədən. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Obyekt
Оbyekt (latınca: objectum) — fəlsəfi kateqoriya, predmet. Təfəkkürdən asılı olmayaraq real şəkildə mövcud olan predmet, hal və ya proses. Ona daima müşahidəçinin praktiki marağı yönəlir. Şəxs, sosial qrup və cəmiyyət həm obyekt, həm də subyekt şəklində iştirak edə bilər. Obyekt – [lat. objectum – alət, əşya] 1)sintaksisin forma və məzmun kateqoriyası, obyekt, məzmunca, feldə ifadə olunan hərəkətin yönəldiyi əşya və ya şəxsin adı olub subyektə qarşı qoyulur. Obyektin – formal və funksional səciyyələri bir-birinə uyğun gəlməyə bilər; 2)fəlsəfədə: xarici aləm, maddi varlıq; 3)mövzu, öyrənilən, nəzərdən keçirilən fakt, əşya, hadisə; 4)müəssisə, zavod, təşkilat. Obyekt dərk edilən reallıqdır və dəqiq formalaşmış davranışı var. Obyekt kimi aşağıdakılar ola bilər: dərk edilən ya görülən predmet; təfəkkürlə qəbul edilən nəsə; fikir və hərəkət yönələn nəsə.A.Smitə görə obyekt — konkret dərk edilən predmet, vahidlik və ya mövcudluqdur. Konkret funksiyası və fəliyyət dairəsi vardır.
Depozitar fəaliyyəti
Depozitar fəaliyyət - (ing. depositary activity) Qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyət.
İstehsalat fəaliyyəti
İstehsalat fəaliyyəti — mikroiqtisadiyyatda istifadə olunan, xalis məhsulun texnoloji cəhətdən qəbul edilə bilən bütün vektorlarının məcmuəsini rəsmiləşdirən bir konsepsiya. == Tərifi == Əgər iqtisadiyyatda N {\displaystyle N} məhsul olsa. İstehsal prosesində n {\displaystyle n} mal istehlak olunur. Bu malların vektorunu (xərcləri) x {\displaystyle x} (vektorun ölçüsü n {\displaystyle n} ) ilə qeyd edək. Digər m = N − n {\displaystyle m=N-n} məhsulların zamanla istehsal olunur (vektor m {\displaystyle m} ). Bu malların vektorunu y {\displaystyle y} ilə qeyd edək. Sonra z = ( − x , y ) {\displaystyle z=(-x,y)} (ölçüsü - N {\displaystyle N} ) vektoruna xalis çıxışların vektoru deyilir. Net çıxışların texnoloji cəhətdən qəbul edilə bilən bütün vektorlarının cəmi texnoloji dəsti təşkil edir. Əslində, R N {\displaystyle R^{N}} boşluğunun bəzi alt hissəsidir. == Xüsusiyyətləri == Boşluq: texnoloji dəst boş deyil.
Obyektiv TV
Obyektiv TV 2010-cu ilin mayında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən, Turan informasiya agentliyi ilə əməkdaşlıq etməklə, ənənəvi mətbuat mənbələri üzərində artan hökumət nəzarətinə qarşı, Azərbaycandan alternativ insan hüquqları yayımını təmin etmək məqsədilə qeyri-kommersiya, müstəqil onlayn xəbər mənbəyi kimi yaradılmışdır. Obyektiv TV əsas media tərəfindən məhəl qoyulmayan, az işıqlandırılan və ya qərəzli işıqlandırılan məsələlər, o cümlədən ifadə azadlığı, qanunun aliliyi, şəffaflıq və mülki hüquqlar üzərində mərkəzləşir. Obyektiv TV-nin Azərbaycanda hər hansı siyasi partiya ilə bağlılığı yoxdur. Obyektiv TV demokratik cəmiyyət üçün lazım olan azadlıqları, şəffalıq və siyasi plüralizmi təbliğ edən müstəqil media nəzarət alətidir. Obyektiv Tv-nin əsas məqsədi azərbaycanlıların və beynəlxalq ictimaiyyətin insan hüquqları xəbərlərinə çıxışını artırmaq və yerli auditoriyanın Azərbaycan vətəndaşları olaraq öz hüquqları haqqında məlumatlılığını artırmaqdır. Hüquqların pozulması və ya təhlükədə olması haqqında məkumat verməklə, Obyektiv TV şəffaflıq və plüralizm mədəniyyətini dəstəkləyir. Obyektiv Tv müxalif siyasilər, vətəndaş cəmiyyəti liderləri, jurnalistlə və sıravi vətəndaşlar, Azərbaycanın dövlət nəzarətində olan əsas medianın kənarda qoyduğu qruplar üçün peşəkar platforma təmin edir. Məqsəd isə əhalinin ehtiyacı və dövlətin təminatı arasındakı boşluq haqqında məlumatlılığı artırmaqdır. Obyektiv TV-nin hədəfinə həmçinin beynəlxalq ictimaiyyət, o cümlədən Bakıdakı diplomatic korpuslar və xarici dövlətlərin nümayəndələri daxildir. Belə ki, ingilis dilli tərcüməçi və redaktorlar heyəti başqa yolla işıqlandırılmayan məlumatları beynəlxalq insane hüquqları ictimaiyyətinə çatdırmaq üçün xəbər bülletenlərinin ingilis dili versiyasını hazırlayırlar.
Astronomik obyekt
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır.Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər. Həmçinin, qalaktikaların cırtdan qalaktikalar və kürəvi topalar şəklində peykləri də ola bilər.
Obyekt (fəlsəfə)
Оbyekt (latınca: objectum) — fəlsəfi kateqoriya, predmet. Təfəkkürdən asılı olmayaraq real şəkildə mövcud olan predmet, hal və ya proses. Ona daima müşahidəçinin praktiki marağı yönəlir. Şəxs, sosial qrup və cəmiyyət həm obyekt, həm də subyekt şəklində iştirak edə bilər. Obyekt – [lat. objectum – alət, əşya] 1)sintaksisin forma və məzmun kateqoriyası, obyekt, məzmunca, feldə ifadə olunan hərəkətin yönəldiyi əşya və ya şəxsin adı olub subyektə qarşı qoyulur. Obyektin – formal və funksional səciyyələri bir-birinə uyğun gəlməyə bilər; 2)fəlsəfədə: xarici aləm, maddi varlıq; 3)mövzu, öyrənilən, nəzərdən keçirilən fakt, əşya, hadisə; 4)müəssisə, zavod, təşkilat. Obyekt dərk edilən reallıqdır və dəqiq formalaşmış davranışı var. Obyekt kimi aşağıdakılar ola bilər: dərk edilən ya görülən predmet; təfəkkürlə qəbul edilən nəsə; fikir və hərəkət yönələn nəsə.A.Smitə görə obyekt — konkret dərk edilən predmet, vahidlik və ya mövcudluqdur. Konkret funksiyası və fəliyyət dairəsi vardır.
Obyekt (proqramlaşdırma)
Obyekt — avtomatlaşdırılmış layihələndirmədə və obyekt-yönlü proqramlaşdırmada: vahid tam kimi və çox vaxt müəyyən kateqoriyanın və ya tipin üzvü kimi baxıla bilən elementi bildirmək üçün tətbiq olunan termin. Avtomatlaşdırılmış layihələndirmə sistemlərində obyekt bir tam kimi saxlanılabilən və emal ediləbilən, yaradılma üsullarına görə təsnif ediləbilən qrafik element (məsələn, xətt və ya qövs), yaxud formadır. Məsələn, kubu ayrı-ayrı xətlərdən, dərinlik ölçüsü artırılmış düzbucaqlı şəklində və ya kubun özü şəklində qurmaq olar. Obyekt-yönlü proqramlaşdırmada "entity" obyektlər (qrupu) sinfinin təsvirinin bir hissəsidir. Bu halda element ya sinfin atributu ola bilər (lələklər quşların atributu olduğu kimi), ya da həmin siniflə bağlı olan proqramda dəyişən və ya arqument ola bilər. Tut: OBJECT-ORIENTED PROGRAMMING. Verilənlər bazasının strukturunda obyekt maraq predmetidir, yəni haqqında informasiya toplanıla bilən nəsnədir. Məsələn, pərakəndə (xırda) ticarətin verilənlər bazasında obyektlər müştərilər, məhsullar və mal göndərənlər ola bilər. Obyekt özündə bir sıra atributu (məsələn, rəng, ölçü və qiyməti), yaxud ad, ünvan və kredit məbləğini biləşdirə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti.
Tapılan obyekt
Tapılmış obyekt (Fransızca objet trouvé -dən hərfi tərcüməsi ) və ya tapılmış sənət , ört-basdır edilməmiş, lakin əsasən dəyişdirilmiş əşyalardan və ya məmulatlardan yaradılmış sənətdir ki, onlar adətən sənət olduğu qəbul edilməyən materiallardır. Onların qeyri-bədii funksiyası var, çünki adətə belə edilir. Pablo Pikasso bu ideyadan ilk dəfə stul çəngəllərinin çap olunmuş şəklini “Stulun çəmənliyi ilə natürmort” (1912) adlı rəsminə yapışdırarkən istifadə etdi. Marsel Duchamp bir neçə il sonra özü tərəfindən seçilmiş və sənət kimi təyin edilmiş tamamilə dəyişdirilməmiş gündəlik əşyalardan ibarət bir sıra hazır məhsullar ortaya qoyaraq konsepsiyanı təkmilləşdirdiyi güman edilir. Ən məşhur nümunə Fəvvarələrdir (1917), bir tikinti malları mağazasından alınmış və yan tərəfində dayanan bir postamentdə nümayiş etdirilən standart pisuardır. Ən ciddi mənada "hazır" termini yalnız geyim sənayesindən bu termini götürmüş Marsel Dyuşampın istehsalı olan əsərlərə tətbiq edilir ( fr. prêt-à-porter ) Nyu Yorkda yaşayarkən və xüsusilə 1913-cü ildən 1921-ci ilə qədər olan əsərlərə. Tapılan əşyalar sənət əsəri kimi kimliklərini rəssamın onlara qoyduğu təyinatdan və obyektlə birlikdə gələn sosial tarixdən alır. Bu ya onun anonim köhnəlməsi ( Kurt Şvittersin kollajlarında olduğu kimi) və ya istehlakçıların qəbul etdiyi mənası ilə tanınması ( Haim Steinbachın heykəllərində olduğu kimi) ilə göstərilə bilər. Onun yerləşdirildiyi kontekst də çox aktual amildir.
Ali sinir fəaliyyəti
== Ali sinir fəaliyyəti tipi və davranışı == İ.P. Pavlov beyində baş verən oyanma və ləngimə hadisələrinin müxtəlif təzahürləri, onların arasındakı qarşılıqlı əlaqə və təsirləri təhlil edərək sinir sistemini müxtəlif tiplərə bölməyə səy göstərmişdir. Buraya mərkəzi sinir sisteminin gücü, oyanma ilə ləngiməninmüvazinəti (oyanma və ləngimənin gücü arasındakı münasibət)və əsas sinir hadisələrinin mütəhərrikliyi daxil edilmişdir.Павлов, Иван Петрович Sinir sisteminin gücü qabıq hüceyrələrinin işgörmə qabiliyyətinə görə müəyyən edilir. Müəyyən qüvvəyə çatdıqdan sonra şərti qıcıq gücünün artması effektin artmasına deyil, onun azalmasına səbəb olur, yəni hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyır, məsələn, bu bir itdə çox tez, başqasında nisbətən gec baş verə bilər. Bu onu göstərir ki,heyvanın birində oyanma çox tez ləngiməyə çevrilir, digərində isə bunun üçün xeyli vaxt tələb olunur. İ.P. Pavlov bu xüsusiyyətlərə əsasən sinir sistemini zəif və güclü tiplərə bölünür.Beyin fəaliyyətinin ikinci səciyyəvi oyanma və ləngimə qabiliyyəti eyni gücdə olan heyvanlara müvazinətli tip deyilir. Əgər heyvanda oyanma yaxud ləngimə hadisələrindən biri güclü inkişaf etmişsə, buna müvazinətsiz sinir tipi deyilir.Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oyanma və ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur. Şəraitin dəyişməsi ilə əlaqədar olaraq,çox vaxt tezliklə oyanmanın və ləngiməyə və əksinə, ləngimənin oyanmaya keçməsi baş verir.Bunun çox böyük uyğunlaşma əhəmiyyəti vardır. Tədqiqatlar göstərir ki, sinir sisteminin bu tipi iki cür ola bilər: 1)mütəhərrik (cəld) tiplər-bunlarda bir hadisədigərinə çox tez keçir, 2) durğun tiplər-bunlarda oyanma və ləngimə bir-birinə çox gec və çətinliklə keçir. 4 yerə ayırmışdır: 1) güclü və müvazinətsiz tip; bunlarda oyanma və ləngimədən üstündür; 2) güclü və müvazinətli tip;bu tipdə sinir hadisələri çox mütəhərrik olur(diribaş tip) ; 3) güclü müvazinətli,lakin qeyri-mütəhərrik-durğun tip (sakit tip); 4)zəif tip, bunlarda oyanma və ləngimə çox zəif cərəyan edir.
İnsanın seksual fəaliyyəti
İnsanın seksual fəaliyyəti — insanların seksuallığı yaşaması və ifadə etməsi. İnsanlar müxtəlif səbəblərdən müxtəlif seksual hərəkətlərdə iştirak edirlər. Bu hərəkətlər müxtəlif bir tezliklərdə tək başına edilən fəaliyyətlərdən (məsələn, masturbasiya) başqa bir şəxslə edilən fəaliyyətlərə (məsələn, cinsi əlaqə, oral seks və s.) qədər fərqlənir. Seksual fəaliyyət adətən iştirakçı şəxsdə seksual oyanıqlıq və fizioloji dəyişikliklərlə nəticələnir, bəziləri qabarıq görünür, digərləri isə daha incədir. Seksual fəaliyyətə başqasının seksual marağını oyandırmaq və ya başqasının seksual həyatının səviyyəsini artırmaq məqsədi daşıyan davranış və fəaliyyətlər də aid ola bilər. Seksual fəaliyyət seksual oyanıqlıqdan sonra baş verə bilər. Bəzi mədəniyyətlərdə seksual fəaliyyət yalnız evlilikdə məqbul sayılır. Bu çərçivədə evlilikdən əvvəl seks tabudur. Bəzi seksual fəaliyyət nümunələri ya bütün dünyada, ya da bəzi ölkələrdə illeqaldır. Həmçinin, bunların bəziləri müəyyən cəmiyyətlərin və ya mədəniyyətlərin normalarına zidd hesab olunur.
Fəaliyyətə əsaslanan büdcələşdirmə
İctimai maliyyədə fəaliyyətə (performansa) əsaslanan büdcələşdirmə (FƏB; ing. Performance-based budgeting) — dövlətin məqsəd, vəzifə və funksiyalarına uyğun və dövlət siyasətinin dəyişən prioritetləri nəzərə alınmaqla büdcə vəsaitlərinin bölüşdürülməsi üsullarından istifadə edən dövlət və yerli büdcələrin planlaşdırılması və icrasına metodoloji yanaşma. Bundan əlavə, yanaşma kəmiyyət və keyfiyyət göstəricilərinə nail olmağın qiymətləndirilməsi yolu ilə büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyinə nəzarəti nəzərdə tutur. Bununla belə, “FƏB” və “proqram-məqsədli yanaşma” anlayışlarını ayırd etmək lazımdır – onlar məzmunca üst-üstə düşmür. == Haqqında == Karter tərəfindən izah edildiyi kimi “Performans büdcələri pulun niyə xərcləndiyini izah etmək üçün missiya, məqsəd və obyektiv ifadələrdən istifadə edir. Bu, proqram məqsədləri və ölçülə bilən nəticələr əsasında konkret məqsədlərə nail olmaq üçün resursların bölüşdürülməsi üsuludur”. Performansa əsaslanan büdcəni başa düşməyin açarı “performans” sözünün altındadır. Bu üsulda bütün planlaşdırma və büdcə strukturu nəticəyönümlüdür. Bu aspektlərə nail olmaq üçün məqsədlər və fəaliyyətlər mövcuddur və onlar ümumi qiymətləndirmənin əsasını təşkil edir. Siqal və Sammers tərəfindən daha əhatəli tərifə görə, performansa əsaslanan büdcənin üç elementi var: nəticə (yekun nəticə) strategiya (son nəticəyə nail olmaq üçün müxtəlif yollar) fəaliyyətlər/nəticələr (son nəticəyə nail olmaq üçün əslində nə edilir)Siqal və Sammers qeyd edir ki, bu çərçivədə konkret hərəkətlərin əsaslandırılması ilə son nəticələr arasında əlaqə mövcuddur və nəticə istisna edilmir, fərdi hərəkətlər və ya nəticələr isə istisna olunur.
Rəqəmli obyektin identifikatoru
Rəqəmsal obyektin identifikatoru (həmçinin "obyektin rəqəmsal identifikatoru" (ORİ) kimi də işlədilir digital object identifier, DOI) — şəbəkədə obyekt haqqında informasiyanın standart işarələməsi (adətən, elektron sənədlər və ya rəqəmsal obyektlər üçün zəruri deyil). Elektron sənədin DOI-də saxlanılan məlumatı onun yerləşdiyi yeri və digər məlumatları əks etdirir (məsələn, URL), onun adı, obyektin digər identifikatorları (məsələn, kitabın elektron variantı üçün ISBN ) == Istinadlar == International DOI Foundation. CrossRef, the official DOI® link registration agency for scholarly and professional publications. Norman Paskin. "Digital Object Identifier (DOI®) system" (PDF). Encyclopedia of Library and Information Sciences. Taylor & Francis Group. 2010. doi:10.1081/E-ELIS3-120044418.
Komponentlərin obyekt modeli
Komponentlərin obyekt modeli (ing. Component Object Model) – kom – Windows mühitində obyektlərin qurulması və qarşılıqlı əlaqəsi üçün texnoloji standart. == Haqqında == 1993-cü ildə Microsoft korporasiyası tərəfindən hazırlanmışdır. COM texnologiyası proqram təminatının qurulmasında hazır proqram komponentləri (hər biri eyni vaxtda bir çox proqramlarda istifadə edilə bilər) arasında qarşılıqlı əlaqələrin ümumiləşdirilmiş bir üsulla həyata keçirilməsi üçün yaradılmışdır; onun köməyi ilə proqram təminatının bir komponenti öz xidmətlərini digər hissəyə (komponentə) təqdim edir. Proqram təminatının istənilən komponenti COM obyektləri şəklində reallaşır. Hər bir obyekt bir və ya bir neçə interfeys təqdim edir, interfeys isə metodlardan (müəyyən əməliyyatı yerinə yetirən prosedur, yaxud funksiyalardan) ibarətdir.
Naməlum uçan obyekt
Uçan naməlum obyektlər (abbr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Obyekt-yönlü qrafika
Obyekt-yönlü qrafika (object-oriented graphics) – kompüterdə işlənmiş və qrafik primitivlərə (məsələn: xətlərə, əyrilərə, dairələrə, kvadratlara) əsaslanan görüntü. Tətbiqi proqramlarda, məsələn, avtomatlaşdırılmış layihələndirmə, rəsmxət və rəsm proqramlarında (CAD) istifadə olunan obyekt-yönlü qrafika görüntünü riyazi olaraq görüntüdəki obyektləri yaratmaq üçün göstərişlər (INSTRUCTION) toplusu kimi təsvir edir. Bu yanaşma görüntülərin yaradılmasının başqa bir geniş yayılmış üsuluna – rastr qrafikasına qarşı qoyulur. (Rastr qrafikasında qrafik simvol müəyyən qaydada yerləşmiş qara və ağ, yaxud rəngli nöqtələrdən ibarət qruplar şəklində təqdim olunur.) Obyekt-yönlü qrafika obyektləri ayrıca vahidlər kimi idarə etməyə imkan verir: məsələn, xəttin uzunluğunu dəyişmək və ya dairəni böyütmək; rastr qrafikasında isə bunun üçün xəttə və ya dairəyə təkrar fərdi nöqtələr yerləşdirmək lazımdır. Obyektlər riyazi təsvir olunduğundan obyekt-yönlü qrafikada görüntünün varisliyi, fırlanması və miqyaslanması (böyüdülüb-kiçildilməsi) nisbətən asan təmin edilə bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Obyektizm
Obyektivizm — 1940-cı illərdən etibarən ABŞ səhiyyə çevrələrində inkişafa başlamış bir yol. İlk olaraq psixiatr Alan Blumenthal tərəfindən, romançı Ayn Randın kitablarından alınan ilhamla alınıb. Bu yol təməldən, adamın özündən üstün bacarıqlar və zəka qazanmasına və beləliklə mövcud əskikliklərindən doğan olumsuzluqların ortaya qoyduğu ruhi gərginlikdən xilas olmasına dayanır. Kişi bu üsul istiqamətində, həyatındakı mənfilikləri, davamlı fərdi təlqinlərlə başqa insanların zəka və qabiliyyət qüsurlarına yüklər və bu yolla özünə inamını davamlı olaraq təzə tutar. Bu yol indiki vaxtda əvvəlki qədər rəğbət görməsə də işlədilməyə davam edir. Obyektivlik — qərəzsizlik, bir şeyin qiymətləndirilməsində elmi dəqiqlik və vicdanlılıq. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.