Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adobe Flash
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən yaradılmışdır. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Veb-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Veb səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir. Macromedia Flash poqramını digər Veb-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel qrafikası , həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti - mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır. Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur.
Flash TV
Flash TV (tam adı: Flash Televiziyası, türk. Flash Televizyonu, tələffüzü: Fleş TV) — Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Grupun nəzdində fəaliyyət göstərən Türkiyənin ikinci özəl televiziya kanalı. 1992-ci ildən bəri fəaliyyət göstərən televiziya kanalının yayım ərazisi Türkiyə, Şimali Kipr və Azərbaycandır. == Tarixi == Flash TV, 1992-ci ildə test yayımına, 1993-cü ildə isə Ömər Ziya Göktunun sahib olduğu Göktuğ Qrupun nəzdində Bursa şəhərində normal yayıma başlamışdır. Yerli yayım aparan kanalın İstanbulda studiyaları var idi. Gerçək Kəsit proqramı Bursada çəkilmişdir. Proqramda real həyatda baş verən hadisələr efirə verilirdi. Serialda Cahid Qaşıqçılar, Mehmet Vanlıoğlu, Nəvzad Çiftçi, Cavad Dinçər, Zəki Bıçaqçı, Məsud Haqyeməz, Bərat Dəmirəyər kimi Bursalı aktyorlar rol almışdır. Bundan başqa, kanalda Tap On adlı bir musiqi proqramı da yayımlanmışdır. Bu proqramsa 1990-cı illərdə məşhuş olan türk-dilli mahnıların sözlərini yenidən yazaraq gülməli mahnılar hazırlamışdır.
Macromedia Flash
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən yaradılmışdır. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Veb-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Veb səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir. Macromedia Flash poqramını digər Veb-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel qrafikası , həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti - mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır. Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur.
Flash vs. Arrow
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Flappy Bird
Flappy bird — 2013-cü ildə Vyetnam əsilli oyun yaradıcısı Nquyen Ha Donq tərəfindən Hanoi şirkətində yaradılan və dotGEARS Studio tərəfindən paylaşılan mobil telefon oyunudur. Bu oyun 24 may 2013-cü ildə App Store və Google Playdə paylaşılmış, 10 fevral 2014-cü ildə isə silinmişdir. == Geympley == Flappy bird retro üslublu yan-hərəkət görünüşlü 2D oyundur. Oyunun əsas məqsədi sağa doğru hərəkət edən quşu ekrana toxunmaqla havada saxlamaq və boruların arasından keçirməkdir. Əgər quş borulardan birinə dəysə, oyun bitmiş sayılır. Xallar isə quşun uğurla keçdiyi boruların sayına bərabərdir. 10–20 xal arası bürünc medal, 20–30 xal arası gümüş medal, 30–40 xal arası qızıl medal, 40 xalda çox olduqda isə "Xüsusi medal" verilir. == Yaradılışı == Oyun vyetnamlı Nquyen Ha Dong tərəfindən Iphone 5 üçün yaradılıb və 2013-cü ilin sentyabrında iOS 7 əməliyyat sistemində uğurla sınaqdan keçirilib. 2014-cü ilin yanvar ayında oyun ABŞ və Çİn App Storelarında 1-ci yerə çıxıb və Böyük Britaniya App Storeında "yeni Angry Birds" adı alıb. 30 Yanvar 2014-cü ildə bu oyun Android əməliyyat sistemi üçün çıxdı.
Clash Royale
Clash Royale — "Supercell" şirkəti tərəfindən yaradımış və nəşr edilmiş real zamanlı, pulsuz, çox oyunçulu videooyun. Oyun stolüstü kart oyunları, qala müdafiəsi və MOBA oyunlarından olan elementləri özündə birləşdirir. Oyun dünya miqyasında 2 mart 2016-cı ildə buraxılıb. "Clash Royale" oyun bazarında bir ildən az müddətdə 1 milyard dollar gəlir əldə edib. "Sensor Tower" şirkətinin məlumatına görə "Clash Royale" oyunun üç il ərzində qazandığı gəlir 2.5 milyard dollardır. Bu "Clash of Clans" oyunun ilk spin-off seriyasıdır. == Oynanış == Oyunda gümüş, qızıl, nəhəng, sehrli, epik, əfsanəvi kral sandığı, tac sandığı, turnir sandığı əfsanəvi sandıq var. Bu sandıqlar oyunun sonunda tapıla bilər və ya qiymətli daşlarla satın alına bilər. Bu sandıqlardan alacağınız kartlarla 8 kart destesi yaradaraq digər onlayn oyunçularla eyni vaxtda döyüşə biləcəyiniz bu oyunda maksimum 50 nəfərlik klanlar da var.Döyüş kuboklarını toplaya bilərsiniz. Oyunda 5 növ kart növü var: Ümumi, Nadir, Epik Əfsanəvi və Çempion.
Clash Of Clans
Clash of Clans (azərb. Klanların mübarizəsi‎) — Helsinki, Finlandiya mərkəzli oyun şirkəti Supercell tərəfindən yaradılmış olan çox oyunçulu, real zamanlı, premium, çoxnəfərli strategiya oyunu. Clash of Clans oyununda oyunçular hücumlara qarşı öz şəhərlərini qorumaq üçün müxtəlif müdafiə mexanizmləri inşa edirlər və hücum etmək məqsədi ilə də əsgər yaradırlar. Oyunçular ən çoxu 50 nəfərdən ibarət olan klanlara qatıla, topluluq olaraq və ya klanın öz daxilində söhbət edə, klan üzvləri bir-birlərinin klan qalasına əsgər göndərə bilərlər. İrəliləmək üçün lazımlı materiallardan ən önəmlisi olan yaşıl daş kredit kartıyla və ya oyunçunun özünü gücləndirməsiylə əldə edilə bilər. Oyunun əvvəlində oyunçuya 500 almaz verilir. Həmçinin, tələb edilən dərəcələri etməklə və şəhərin olduğu ərazidəki kol, ot və ağaclar təmizləməklə də yaşıl daş əldə edilə bilər. Ödəmə xüsusiyyəti ilə oyun iOS platformasında ən çox qazananlar siyahısına daxil olmuşdur. 2013-cü ilin birinci yarısında şirkət satışlardan təxmini olaraq gündə 2.4 milyon dollar gəlir əldə etmişdir. Clash of Clans iOS platformasında 2012-ci il dekabr ayında ən çox endirilən 5 proqram arasında yerini almışdır.
Flay çayı
Flay (ing. Fly River) - Yeni Qvineya adasında bir çay.Çayın çox hissəsi Papua-Yeni Qvineyanın Qərb əyalətindən keçir (Flay bu ölkədə Sepikdən sonra ikinci ən uzun çaydır); çayın yalnız kiçik bir hissəsi İndoneziya ilə dövlət sərhədindədir. == Təsviri == Flay əsasən Qərb vilayətindən keçir, baxmayaraq ki, kiçik bir hissəsi Papua-Yeni Qvineya ilə İndoneziya Papua əyaləti arasındakı sərhədi təşkil edir. Bu hissə 141 ° E uzunluq xəttinin qərbindən bir qədər uzanır. Papua-Yeni Qvineya ərazisindəki bu cüzi qazancı kompensasiya etmək üçün,Flay çayının cənub sərhədi 141 ° E uzunluq xəttindən bir qədər şərqdədir. Bu müqavilənin bir hissəsi olaraq, İndoneziya Flay çayından naviqasiya üçün istifadə etmək hüququna malikdir. Flayın əsas qolları Striklend və Ok-Tedidir. Ağzına yaxın, Flay çayının axını gelgit burunu ilə qarşılaşır, daxil olan yüksək gelgit burunu gelgitin dəyişməsinə qədər suyu yuxarıya doğru itələyir. Bu gelgit burunun diapazonu hələ sənədsizdir.. == Delta == Flay çayının deltası giriş hissəsindən 100 km daha genişdir, lakin Kivai adasının yuxarı hissəsində cəmi 11 km genişdir.
Şu-Flay-Kompleks
Şu-Flay-Kompleks (ing. Shoo Fly Complex) — aşağı yaşıl şist fasiyasına metamorflaşan süxurların subduksiya kompleksi. ABŞ-nin Kaliforniya ştatında, Syerra-Nevadanın şimalında yerləşir.
Flaşer
Flaşer (fr. Flachères) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38167. Kommunanın 1999-cu il üçün əhalisi 301 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 530 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Marvel vs. Capcom: Clash of Super Heroes
Marvel vs. Capcom: Clash of Super Heroes — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq videooyunu. "Marvel vs. Capcom" videooyun seriyasındakı 3-cü əsas epizoddur və 1997-ci ildə satışa çıxarılan "Marvel Super Heroes vs. Street Fighter" videooyununun davamıdır. Videooyun ilk dəfə 1998-ci ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1999-cu ildə Dreamcast, 2000-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır. Oyun "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir parçası olaraq 2012-ci ildə PlayStation 3 və Xbox 360 platformaları üçün yenidən buraxılmışdır. "Marvel vs.
La-Flaşer
La-Flaşer (fr. La Flachère) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38166. Kommunanın 2012-ci il üçün əhalisi 453 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.