Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hop-hop
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.
F2P
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
FTP
FTP, faylların ötürülmə protokolları (ing. File Transfer Protocol) – faylları ötürmə protokolunun köməyi ilə faylların bir kompüterdən digərinə otürülməsi reqlamentləşdirilir. Uzaq məsafədə yerləşən kompüterlə əlaqə yaradan istifadəçi istədiyi faylı öz kompüterindən ona və əksinə göndərə bilər. Başqa sözlə desək FTP şəbəkədəki istənilən kompüterlə istifadəçi arasında ikili və mətni fayllar mübadiləsi aparmağa imkan verir. Bu protokolun zası əsasında ümumdünya şəbəkəsində verilənlərin daonlad (download) və apload (upload) əməliyyatı realizə olunur. Daonlad (download) faylların uzaq şəbəkə kompüterindən (server) kliyent kompüterinə köçürülməsi/yuklenmesi prosesidir. Apload (upload) – əks proses, yəni faylın uzaq məsafədəki kompüterə yüklənməsi deməkdir. FTP-nin təhlükəsizliyi üçün SSL/TLS (FTPS) və SSH File Transfer Protocol (SFTP) istifadə olunur. SFTP daha yeni texnologiya olduğu üçün SFTP-yə üstünlük verilir.
Fox
Fox (Norveç) — Norveç əyləncə telekanalı. Fox (Türkiyə) — Türkiyə telekanalı. Fox Broadcasting Company — ABŞ telekanalı. 21st Century Fox — ABŞ-də kino şirkəti. White Fox — Qaku İvasa tərəfindən qurulmuş Yaponiya anime studiyası.
Pop
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. == Terminologiya == "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar.Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Adi hop-hop
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.
Adi hop hop
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.
Avtomatik top
Avtomatik top sürətlə atəş aça bilən bir silahdır. Avtomatik toplar ümumiyyətlə pulemyotlardan daha böyük çaplı mərmilərdən (20 mm və yuxarı) istifadə edirlər. Avtomatik toplar sahə toplarından daha kiçikdirlər və daha yüksək atış üçün avtomatik doldurma sisteminə malikdirlər. Onlar müxtəlif növ mərmilərdən istifadə edə bilərlər: yüksək partlayıcılıq qüvvəsinə malik HEDP, zirehdələn AP, kompozit APCR və ya APDS. Sahib olduqları avtomat sisteminə görə yüksək atəş gücünə çata bilirlər. Ancaq belə sürətli atəş sürəti lülənin tez qızmasına səbəb olur. İstifadə etdikləri mərmiləri öz mexanizmlərindən asılıdır. Böyük çaplı mərmilərinə görə çox da mərmi daşınmırlar. Amerika (25 mm) Bushmaster və İngilis (30 mm) rarden avtomatik topları yavaş atəş sürətinə malikdirlər, buna görə də çox sursat sərf etmirlər. Müasir avtomatik toplar dəqiqədə 90 atəş açır. Çox yüksək atəş sürətinə malik avtomatik toplar havadan havaya döyüş təyyarələrində istifadə olunurlar.
Bitcoin Fog
Bitcoin Fog — Bitcoin üçün mərkəzləşdirilmiş kriptovalyuta tambleri.2013-cü ilin dekabr ayında sayt Sheep Marketplace soyğunlarından gələn 96000 BTC-nin bir hissəsini yumaq üçün istifadə edilmişdir.2015-ci ilin fevral ayında Çin eksçeynci olan Bter.com saytından 7170 bitcoin oğurlandı. Bu hadisədən sonra Bitcoin Fog öz kriptovalyuta bazarında nüfuzunu bərpa etdi.
Brilliant top
"Brilliant top"un qalibləri
Dance-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dans-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dop sülaləsi
Dop sülaləsi, Dəfnə sülaləsi və ya Dopyanlar (erm. Դոփյաններ, Դաւփեանք) – XII – XVI əsrlərdə Xaçında hakimiyyətdə olmuş knyaz sülaləsi. Dop sülaləsinin nümayəndələri Yuxarı Xaçın və Zod ərazisinin hakimləri olmuşlar. == Tarixi == Dop sülaləsi adını Yuxarı Xaçın knyazı I Həsənin xanımı Dop xatunun (Դաւփ – Dop Dəfnə adının erməni dilinə uyğunlaşdırılmış formasıdır.) adından almışdır. Dop özü isə Sarkis Zaxari-Dolqaruki və Saakanduxt Artsruninin qızı olmuşdur. Əri I Həsənin ölümündən sonra Dop xatun Yuxarı Xaçının (Zar) hakimi olmuşdur. Bu tarixdən sonra Yuxarı Xaçının hakim sülaləsi Dop sülaləsi (Dopyanlar) adlanmışdır ki, bu dünya tarixində qadın adı ilə adlandırılmış çox az sülalələrdən biridir. Dop sülaləsi çiçəklənmə dövrünü XIII əsrdə — Qafqazda monqol hökmranlığı dövründə yaşamışdır. I Həsən və Dop xatunun oğlu I Qriqor Dop və Saak Sevadanın oğlu birlikdə monqol sərkərdəsi Baycu noyonun Mesopotamiya yürüşündə (1242–1243) iştirak etmişdi. Sülalənin ən məşhur knyazları II Həsən, II Qriqor və III Həsən hesab olunur.
Dönər top
Dönər top (ing. Swivel gun) — böyük olmayan 360° dönən, hərlənə bilən gəmi göyərtəsinə ya qala hücrəsinə quraşdırılan, XV-XIX əsrlərdə donamada istifadə olunan artilleriya qurğusu, döyüş topu.
Elektron top
Elektron top (ing. gun, ru. электронная пушка – elektron-şüa borusunda (CRT) ekranın daxili səthini elektronlarla “atəşə tutan” komponent. Nəticədə lüminator örtüyü işıqlanır. Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və, bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmuş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir.
FOX (Türkiyə)
FOX — "News Corporation" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007 tarixində yayıma başlamışdır. == Tarixçə == "TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A.Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56.5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi. Ahmet Ertegünün "Atlantic Records" şirkəti ilə xatırlanan şirkət 2007-ci ilin fevralından etibarən "FOX" adı ilə icarəyə götürülən, əvvəl "Ət və Balıq Qurumu"na aid olan binadan yayımlanır.
FTP-server
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Ferdinand Foş
Ferdinand Foş (fr. Ferdinand Foch; 2 oktyabr 1851[…] – 20 mart 1929[…], Paris) — Fransa hərbi xadimi, marşal (1918). Fransa Akademiyasının üzvü (1918). == Həyatı == Ferdinand Foş 1851-ci il, 2 oktyabr tarixində Yuxarı Piriney departamentinin Tarb şəhərində məmur ailəsində anadan olub. O Tarbda məktəbə getmiş və Sent Etyen şəhərindəki yezuit kollecində təhsil almışdır. 1870-ci ildə piyada alaya çağırılmışdır. Fransa-Prussiya müharibəsindən sonra Foş hərbi karyerasını davam etdirmək qərarına gəlir. 1871-ci ildə Ali Poltexnik məktəbinə qəbul olur. Foş təhsilini başa vurmamış orduda kiçik zabitlərin çatışmazlığına görə artıq 1873-cü ildə 24-cü artilleriya alayında leytenant rütbəsi alır. 1887-ci ildə Ali Hərbi Akademiyanı bitirmiş, 1895–1900-cü illərdə akademiyanın professoru və 1908–1911-ci illərdə isə rəisi olmuşdur.
Fox (Norveç)
«Fox Norway» — «Fox Networks Group Europe» şirkətinin sahibləndiyi Norveç əyləncə telekanalı. Telekanal «Fox Crime» adı altında 21 mart 2012-ci ildən yayımlanır. 1 iyul 2013-cü ildən telekanal «Fox Norway» olaraq adını dəyişdirmişdir.
Fox Engine
Fox Engine — multiplatform bir oyun mühərrikidir. Kojima Productions tərəfindən qurulub. Hesab edilir ki, bu mühərrik videooyunların növbəti nəsili (ing. next generation) üçün nəzərdə tutulmuşdur. Mühərrikin inkişafı Metal Gear Solid 4: Guns of the Patriots tamamlanmasından sonra başlandı. Hədəf dünyada ən yaxşı mühərriki yaratmaq idi. Bu mühərrik Kojima Productions-a vaxtını əhəmiyyətli dərəcədə azaldıb, multiplatform oyunları hazırlamağa imkan verəcək. Həmçinin bu bir platforma üçün oyunların yaradılmasından imtina üçün addımdır. Mühərrik Fox adını Metal Gear oyun serialında olan uydurulmuş hərbi hissə şərəfinə alıb, həmçinin tülkü (ing. fox) Kojima Productions loqotipində təsvir edilmişdir.
Fox News
Fox News, rəsmi olaraq Fox News Channel (abr.: FNC), daha çox sadəcə Fox olaraq tanınır — mərkəzi Nyu-York şəhərində yerləşən ABŞ konservativ xəbər telekanalı. İlk yayımı 7 oktyabr 1996-cı ildə gerçəkləşən kanalın sahibidi "Fox News Media" şirkətidir ki, bu şirkətin də ana korporasiyası "Fox Corporation" şirkətidir.Kanal Avstraliya mənşəli ABŞ media maqnatı Rupert Mördok tərəfindən konservativ auditoriyaya müraciət etmək üçün yaradılmışdır. "Fox News" 1990-cı illərin və 2000-ci illərin axırlarında ABŞ-də dominant xəbər şəbəkəsinə çevrilmişdir. 2018-ci ilin sentyabr ayında təxminən Amerikadakı 87 milyon evdə (televiziya abunəçilərinin 90.8%) "Fox News" kanalı tuturdu. 2019-cu ildə "Fox News" orta hesabla 2,5 milyon izləyiciyə sahib olan ən yüksək reytinqli kabel şəbəkəsi olmuşdur. Mördok hal-hazırda kanalın icraçı sədridir.Müşahidəçilərə görə, "Fox News" ABŞ Demokrat Partiyasını mənfi təsvir edir, ABŞ Respublikaçılar Partiyası, onun siyasətçiləri və ümumiyyətlə konservativləri üçün müsbət reportaj hazırlayaraq qərəzli davranır. Tənqidçilər kanalın məzmununu ümumilikdə "xəbərlərin düzgünlüyünün pozulması" adlandırırlar. "Fox News"un rəsmi mövqeyi xəbər yayımının fikir və şərh proqramlarından asılı olmaması, eləcə də xəbərlərindəki qərəzliliyi inkar etməsindən ibarətdir. Buna baxmayaraq, kanalın keçmiş işçiləri "Fox"un onlara "xəbərləri konservativlərin lehinə çevirmələrini" əmr etdiyini bildirmişdir. Müşahidəçilər Donald Trampın prezidentliyi dövründə "Fox News"un administrasiyanın media orqanı kimi fəaliyyət göstərdiyini irəli sürmüşdülər.
Foç hospitalı
Foş hospitalı (fr. hôpital Foch) — Sürendə yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet xəstəxana kompleksidir. Établissement de santé privé d'intérêt collectif-nin bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universiteti bir tədris xəstəxanası, Avropanın ən böyük xəstəxanalarından biridir. 1929-cu ildə yaradılmışdır.
Foş hospitalı
Foş hospitalı (fr. hôpital Foch) — Sürendə yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet xəstəxana kompleksidir. Établissement de santé privé d'intérêt collectif-nin bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universiteti bir tədris xəstəxanası, Avropanın ən böyük xəstəxanalarından biridir. 1929-cu ildə yaradılmışdır.
Fön
Fön (alm. Föhn‎, fr. fœhn) — dağlardan dərələrə əsən, temperaturu xeyli yüksək, nisbi rütubəti az olan küləkdir. Fön dağ silsiləsinin bir tərəfində havanın təzyiqi yüksək,o biri tərəfində isə alçaq olanda baş verir. Hava yüksək təzyiq olan tərəfdən alçaq təzyiq olan tərəfə hərəkət edərək dağ silsiləsini aşır. Rütubətli hava yamac üzrə qalxdıqca onun temperaturu orta hesabla hər 100 m-də 0,6 dərəcə selsi aşağı düşür. Rütubətini itirmiş hava dağ silsiləsini aşaraq o biri yamac üzrə endikcə onun temperaturu orta hesabla hər 100 m-dən bir 1 dərəcə selsi artır.Buna görə də enən hava quru və isti olur.