FOX-HUNTER

n tülkü ovçusu

FOX-HUNT
FOX-LIKE
OBASTAN VİKİ
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
Fox
Fox (Norveç) — Norveç əyləncə telekanalı. Fox (Türkiyə) — Türkiyə telekanalı. Fox Broadcasting Company — ABŞ telekanalı. 21st Century Fox — ABŞ-də kino şirkəti. White Fox — Qaku İvasa tərəfindən qurulmuş Yaponiya anime studiyası.
Hunter × Hunter personajlarının siyahısı
Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Friks və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Killıa Zoldik, Kırapika və Leorio Paradinayt ilə tanışır və dostlaşır. Baxmayaraq ki, obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsində superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin ximera qarışqaları kimi fantastik varlıqları da ehtiva edir. == Baş rollarda == === Qon Friks === Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese), Elinor Holt (1999 series, English), Megumi Han (2011 series, Japanese), Erica Mendez (2011 series, English) Qon Friks (ゴン=フリークス, Gon Furīkusu) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır.
Hunter × Hunter: Phantom Rouge
Hunter × Hunter: Phantom Rouge (yaponca: 劇場版 HUNTER×HUNTER 緋色の幻影(ファントム・ルージュ), Hepbörn: Gekijō-ban Hantā Hantā: Fantomu Rūju) — Yoşihiro Toqaşinin Hunter × Hunter manqa seriyası əsasında çəkilmiş, 2013-cü ildə yayımlanan yapon animasiya filmi.
Demon Hunter
Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.
Hunter Kemper
Hunter Kemper (4 may 1976, Şarlott, Şimali Karolina) — Birləşmiş Ştatları təmsil edən triatlonçu. == Karyerası == Hunter Kemper Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 17-ci pillədə başa vurdu. Daha sonra Hunter Kemper Birləşmiş Ştatları 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 9-cu pillədə başa vurdu. Növbəti dəfə Hunter Kemper Birləşmiş Ştatları 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 7-ci pillədə başa vurdu. Dördüncü dəfə Hunter Kemper Birləşmiş Ştatları 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 14-cü pillədə başa vurdu.
FOX (Türkiyə)
NOW — "The Walt Disney Company" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007-ci il tarixində yayıma başlamışdır. 24 yanvar 2024-cü il tarixində Disneyin FOX üçün aldığı ad haqqının dolması səbəbi ilə Türkiyədə 12 fevral 2024-cü il tarixindən etibarən NOW adını almışdır. == Tarixçə == "TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A. Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56,5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi.
Fox (Norveç)
«Fox Norway» — «Fox Networks Group Europe» şirkətinin sahibləndiyi Norveç əyləncə telekanalı. Telekanal «Fox Crime» adı altında 21 mart 2012-ci ildən yayımlanır. 1 iyul 2013-cü ildən telekanal «Fox Norway» olaraq adını dəyişdirmişdir.
Fox Engine
Fox Engine — multiplatform bir oyun mühərrikidir. Kojima Productions tərəfindən qurulub. Hesab edilir ki, bu mühərrik videooyunların növbəti nəsili (ing. next generation) üçün nəzərdə tutulmuşdur. Mühərrikin inkişafı Metal Gear Solid 4: Guns of the Patriots tamamlanmasından sonra başlandı. Hədəf dünyada ən yaxşı mühərriki yaratmaq idi. Bu mühərrik Kojima Productions-a vaxtını əhəmiyyətli dərəcədə azaldıb, multiplatform oyunları hazırlamağa imkan verəcək. Həmçinin bu bir platforma üçün oyunların yaradılmasından imtina üçün addımdır. Mühərrik Fox adını Metal Gear oyun serialında olan uydurulmuş hərbi hissə şərəfinə alıb, həmçinin tülkü (ing. fox) Kojima Productions loqotipində təsvir edilmişdir.
Fox News
Fox News, rəsmi olaraq Fox News Channel (abr.: FNC), daha çox sadəcə Fox olaraq tanınır — mərkəzi Nyu-York şəhərində yerləşən ABŞ konservativ xəbər telekanalı. İlk yayımı 7 oktyabr 1996-cı ildə gerçəkləşən kanalın sahibidi "Fox News Media" şirkətidir ki, bu şirkətin də ana korporasiyası "Fox Corporation" şirkətidir. Kanal Avstraliya mənşəli ABŞ media maqnatı Rupert Mördok tərəfindən konservativ auditoriyaya müraciət etmək üçün yaradılmışdır. "Fox News" 1990-cı illərin və 2000-ci illərin axırlarında ABŞ-də dominant xəbər şəbəkəsinə çevrilmişdir. 2018-ci ilin sentyabr ayında təxminən Amerikadakı 87 milyon evdə (televiziya abunəçilərinin 90.8%) "Fox News" kanalı tuturdu. 2019-cu ildə "Fox News" orta hesabla 2,5 milyon izləyiciyə sahib olan ən yüksək reytinqli kabel şəbəkəsi olmuşdur. Mördok hal-hazırda kanalın icraçı sədridir. Müşahidəçilərə görə, "Fox News" ABŞ Demokrat Partiyasını mənfi təsvir edir, ABŞ Respublikaçılar Partiyası, onun siyasətçiləri və ümumiyyətlə konservativləri üçün müsbət reportaj hazırlayaraq qərəzli davranır. Tənqidçilər kanalın məzmununu ümumilikdə "xəbərlərin düzgünlüyünün pozulması" adlandırırlar. "Fox News"un rəsmi mövqeyi xəbər yayımının fikir və şərh proqramlarından asılı olmaması, eləcə də xəbərlərindəki qərəzliliyi inkar etməsindən ibarətdir.
Joanne Fox
Joanne Fox (d. 12 iyun 1979) — Avstraliyanı təmsil edən su poloçusu. Joanne Fox, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və Qızıl medal qazanıb. == Karyerası == Joanne Fox, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Joanne Fox, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
White Fox
White Fox Ltd. (株式会社 WHITE FOX, Kabushiki Gaisha Howaito Fokkusu) — 2007-ci ilin aprelində Qaku İvasa tərəfindən qurulmuş Yaponiya anime studiyası. White Fox OLM studiyasının spun off studiyasıdır. == İşlər == === Anime serialları === Tears to Tiara (2009) Katanagatari (2010) Steins;Gate (2011) Jormungand (2012) Jormungand: Perfect Order (2012) The Devil Is a Part-Timer! (2013) SoniAni: Super Sonico The Animation (2014) Is the Order a Rabbit? (2014) Akame ga Kill! (2014) Utawarerumono: Itsuwari no Kamen (2015) Is the Order a Rabbit??
Star Fox
Star Fox ( スターフォックス Suta Fokkusu ) Nintendo tərəfindən hazırlanmış shoot 'em up aksiyon-macəra videooyunu franşizasıdır. Bu seriya Shigeru Miyamoto və Takaya Imamura- nın töhfələri ilə xüsusi olaraq formalaşdırılmış və dizayn edilmişdir. Serial əsas qəhrəman Foks Makkludun rəhbərlik etdiyi Star Fox adlı antropomorfik heyvanların döyüş komandasının hekayəsini və təcrübələrini izləyir. Komandanın ən tanınmış personajları Fox, Slippy, Krystal, Peppy, Falço və ROB NUS64-dür. Oyuna futuristik və oyun tarixində ən məşhur kosmik gəmi dizaynlarından biri olan "Arwing" döyüş təyyarələri, digər nəqliyyat vasitələri və piyada üzrə Lylat planet sistemi ətrafında sərgüzəştlər daxildir. İlk Star Fox oyunu irəli 3D shoot 'em up idi, lakin sonrakı oyunlarda daha çox istiqamət azadlığı əlavə edildi. Bu serideki anatomik mavi tilki bayan Krystal xarakteristikasının dizaynı hazırlanma qabiliyyətini test etmək və bəzi chat GPT-3 deneylerinde bu xarakterin kişiliği test vasitəsi olaraq istifadə edilmişdi. Star Fox və Star Fox 64, StarVox adlı bir Alman şirkəti ilə qarışdırılmamaq üçün PAL bölgəsində Starwing və Lylat Wars kimi buraxıldı. Ancaq Star Fox Adventures oyunundan etibarən oyunlar öz orijinal adları ilə buraxılmağa başladı. Bundan əlavə, bu seriyanın Star Fox 2 istehsalı 1995-ci ildə Super Nintendo Əyləncə Sistemi konsolu üçün ləğv edildi və illər sonra 2017-ci ildə SNES Classic Edition üçün rəsmi debüt etdi.
Hunter × Hunter: The Last Mission
Hunter × Hunter: The Last Mission (yaponca: 劇場版 HUNTER×HUNTER -The LAST MISSION-, Hepbörn: Gekijō-ban Hantā Hantā: Za Rasuto Misshon) — Keiiçiro Kavaqıçinin rejissorluq etdiyi 27 dekabr 2013-cü il tarixli anime filmi. Film Yoşihiro Toqaşinin Hunter × Hunter adlı manqası əsasında çəkilmiş ikinci filmdir.
Hunter × Hunter (anime serialı, 1999)
Hunter × Hunter — 1999–2001-ci illərdə yayımlanan, Yoşihiro Toqaşinin eyniadlı manqası əsasında hazırlanmış anime serialı. Serialın hekayəsi Qon Friks adında yeniyetmə oğlanın ölmüş bildiyi atasının əslində sağ və məşhur ovçu olduğunu öyrənməsi və onu tapmaq üçün müxtəlif macəralara atılmasını, atası kimi ovçu olmaq istəməsi və bu yolda yaşadıqlarından bəhs edir.
Hunter × Hunter (anime serialı, 2011)
Hunter × Hunter — 2011–2014-cü illərdə yayımlanan, Yoşihiro Toqaşinin eyniadlı manqası əsasında hazırlanmış anime serialı. Serialın hekayəsi Qon Friks adında yeniyetmə oğlanın ölmüş bildiyi atasının əslində sağ və məşhur ovçu olduğunu öyrənməsi və onu tapmaq üçün müxtəlif macəralara atılmasını, atası kimi ovçu olmaq istəməsi və bu yolda yaşadıqlarından bəhs edir. Seriyanın yeni animesi 24 iyul 2011-ci il tarixində elan edilmişdi. Sözügedən animenin 1999-dakı serialla əlaqəsi yoxdur və hekayəni başdan təsvir edir.
20th Century Fox
20th Century Studios — ABŞ-də film studiyası və kino şirkəti. 14 may 2017-ci ildə Walt Disney Pictures 52.7 milyard ABŞ dolları qiymətinə 20th Century Fox şirkətinin televiziya və kino aktivlərini alıb. Hazırda Disney Entertainment bölməsi olan Walt Disney Studios'a daxildir. == Şirkət haqqında == "20-ci Əsr Foks Kinostudiyası" Hollivudun 6 ən böyük studiyasından biridir. Los-Ancelesdə, Beverli Hillsin qərbində yerləşən studiya "News Corporation" şirkətinə məxsusdur. "20th Century Fox" 1935-ci ildə iki şirkətin birləşməsi nəticəsində yaranmışdı. Bunlardan birincisi 1915-ci ildə əsası qoyulmuş "Fox Film Corporation", ikincisi isə 1933-cü ildə təsis edilmiş "Twentieth Century Pictures" şirkətləri idi. Studiyanın ən uğurlu filmləri sırasında "Star Wars" ("Ulduz Müharibələri"), "Ice Age" ("Buz Dövrü")," X-Men" ("İks-adamlar"), "Die Hard" ("Məğlubedilməz"), "Alien" ("Yad"), "Planet of the Apes" ("Meymunlar Planeti"), "Home Alone" ("Evdə Tək") film seriyaları, "The Simpsons" ("Simpsonlar"), "Family Guy" ("Qriffinlər") və "American Dad!" ("Amerikalı Ata!") animasiya serialları və s. var. Studiyanın ilk məşhur ulduzu Şirli Templ olmuşdu.
21st Century Fox
20th Century Studios — ABŞ-də film studiyası və kino şirkəti. 14 may 2017-ci ildə Walt Disney Pictures 52.7 milyard ABŞ dolları qiymətinə 20th Century Fox şirkətinin televiziya və kino aktivlərini alıb. Hazırda Disney Entertainment bölməsi olan Walt Disney Studios'a daxildir. == Şirkət haqqında == "20-ci Əsr Foks Kinostudiyası" Hollivudun 6 ən böyük studiyasından biridir. Los-Ancelesdə, Beverli Hillsin qərbində yerləşən studiya "News Corporation" şirkətinə məxsusdur. "20th Century Fox" 1935-ci ildə iki şirkətin birləşməsi nəticəsində yaranmışdı. Bunlardan birincisi 1915-ci ildə əsası qoyulmuş "Fox Film Corporation", ikincisi isə 1933-cü ildə təsis edilmiş "Twentieth Century Pictures" şirkətləri idi. Studiyanın ən uğurlu filmləri sırasında "Star Wars" ("Ulduz Müharibələri"), "Ice Age" ("Buz Dövrü")," X-Men" ("İks-adamlar"), "Die Hard" ("Məğlubedilməz"), "Alien" ("Yad"), "Planet of the Apes" ("Meymunlar Planeti"), "Home Alone" ("Evdə Tək") film seriyaları, "The Simpsons" ("Simpsonlar"), "Family Guy" ("Qriffinlər") və "American Dad!" ("Amerikalı Ata!") animasiya serialları və s. var. Studiyanın ilk məşhur ulduzu Şirli Templ olmuşdu.
21th Century Fox
20th Century Studios — ABŞ-də film studiyası və kino şirkəti. 14 may 2017-ci ildə Walt Disney Pictures 52.7 milyard ABŞ dolları qiymətinə 20th Century Fox şirkətinin televiziya və kino aktivlərini alıb. Hazırda Disney Entertainment bölməsi olan Walt Disney Studios'a daxildir. == Şirkət haqqında == "20-ci Əsr Foks Kinostudiyası" Hollivudun 6 ən böyük studiyasından biridir. Los-Ancelesdə, Beverli Hillsin qərbində yerləşən studiya "News Corporation" şirkətinə məxsusdur. "20th Century Fox" 1935-ci ildə iki şirkətin birləşməsi nəticəsində yaranmışdı. Bunlardan birincisi 1915-ci ildə əsası qoyulmuş "Fox Film Corporation", ikincisi isə 1933-cü ildə təsis edilmiş "Twentieth Century Pictures" şirkətləri idi. Studiyanın ən uğurlu filmləri sırasında "Star Wars" ("Ulduz Müharibələri"), "Ice Age" ("Buz Dövrü")," X-Men" ("İks-adamlar"), "Die Hard" ("Məğlubedilməz"), "Alien" ("Yad"), "Planet of the Apes" ("Meymunlar Planeti"), "Home Alone" ("Evdə Tək") film seriyaları, "The Simpsons" ("Simpsonlar"), "Family Guy" ("Qriffinlər") və "American Dad!" ("Amerikalı Ata!") animasiya serialları və s. var. Studiyanın ilk məşhur ulduzu Şirli Templ olmuşdu.
Fox Broadcasting Company
Fox Broadcasting Company ya da Fox (bəzən FOX), Fox Entertainment Group-un sahib olduğu Amerika televiziya kanalı. 26 Oktyabr 1986 tarixində quruldu, 2004 ilə 2009 arasında, Fox kanalı 18-49 yaş arası əhalidə ən yüksək reytinge sahib olan televiziya kanalı oldu. 2007-08 TV mövsümündə, Fox, ev reytinglerine görə ən məşhur televiziya kanalı oldu. Fox Broadcasting Company, Argentina, Avstraliya, Braziliya, Bolqarıstan, Çili, Almaniya, Yaponiya, Hindistan, İtaliya, Meksika, Portuqaliya, Cənub Amerika, Mərkəzi Amerika, Serbiya, Cənubi Koreya, İspaniya və Türkiyə kimi ölkələrdə bir çox əyləncə kanalını idarə edir. Kanalın adı, qardaş şirkət olan 20th Century Fox 'tan və bilvasitə olaraq prodüser William Fox' tan gəlməkdədir.
Vampire Hunter D: Bloodlust
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Personajlar == == Xarici keçidlər == Vampire Hunter D: Bloodlust — Internet Movie Database saytında.
Disney-in 21st Century Fox-u satın alması
"Disney"in "21st Century Fox"u satın alması – 20 mart 2019-cu ildə "The Walt Disney Company" şirkətinin "21st Century Fox" şirkətini 71 milyard ABŞ dolları qarşılığında satın alması. "Disney"in "Fox"u almaq istədiyi ilk dəfə 14 dekabr 2017-ci ildə anons edilmişdi. Əvvəlcə müqavilənin 52 milyard ABŞ dollarını əhatə edəcəyi bildirilsə də, bu məbləğ "Comcast" ilə yaşanan rəqabətə görə 71,3 milyard ABŞ dollarına yüksəlmişdir. "Disney" "Fox"un təxminən 13.7 milyard dollarlıq borcunu da ödəmək məcburiyyətində olmuşdur. Satınalma "Twentieth Century Fox", "Fox Searchlight Pictures", "Fox 2000 Pictures", "Fox Family" və "Fox Animation", "Twentieth Century Fox Television", "FX Productions" və "Fox21", "FX Newtorks", "National Geographic Partners", "Fox Networks Group International" və "Star India"nın, eləcə də, "Fox"un "Hulu", "Tata Sky" və "Endemol Shine Group"dakı səhmlərini də əhatə etmişdir. Bununla yanaşı, "Simpsonlar", "İks-adamlar", "Avatar", "Fantastik dördlük", "Qriffinlər" kimi mediafranşizlər də "Disney"in ixtiyarına keçmişdir.