Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stiven Brayer
Stiven Brayer (ingl. Stephen Breyer, d. 15 avqust 1938-ci il, San-Fransisko, Kaliforniya) - amerikalı hüquqşünas, ABŞ Ali Məhkəməsinin üzvü. ABŞ prezidenti Bill Klinton tərəfindən təyin edilmişdir. Yəhudi ailəsində doğulmuşdur. Stenford universiteti və Harvard hüquq məktəbində təhsil almış, Harvard hüquq məktəbində dərs demişdir. Brayerin müəllimlərindən biri Nürnberq prosesinin "memarlarından" biri Benjamin Kaplan idi. 1980-ci ildən 1994-cü ilə qədər ABŞ birinci dairə Apelyasiya məhkəməsində hakim olmuşdur (1990-1994-cü illərdə həmin məhkəmənin sədri vəzifəsində çalışmışdır). 3 avqust 1994-cü ildə Senatın təsdiqindən sonra Ali Məhkəmənin üzvü olmuşdur. Məhkəmənin ən liberal hakimlərindən biri sayılır.
Suzie Fraser
Suzie Fraser (27 avqust 1983, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Suzie Fraser, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. Suzie Fraser, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Like a Prayer (Madonna albom)
Like a Prayer Madonnanın dördüncü studiya albomu.21 mart 1989 ildə Sire Records tərəfindən nəşr olundu.1980 ların sonunda,Like a Prayer albomun çıxışından sonra Madonna Bilbord, MTV, Musiqiçi dərgisi kimi medialar tərəfindən "On ilin Sənətçisi"adlandırıldı..
Drayver
Drayver (ing. Driver) yaxud sürücü — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM), video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluetoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2–20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Flaşer
Flaşer (fr. Flachères) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38167. Kommunanın 1999-cu il üçün əhalisi 301 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 530 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Frayberq
Frayberq — Almaniyanın Saksoniya əyalətində yerləşən şəhər. Saksoniyanın mərkəzi hissəsində yerləşən dairə mərkəzi olub, qədim dağ-mədən tarixinə malikdir. Frayberq dünyada həm də universitet şəhəri kimi də tanınır. Şəhərin mərkəzində yerləşən qədim hissə tarixi abidə kimi qorunur. == Tarixi haqında == Tarixi mənbələrə görə şəhərin yaradılması 1186-cı ilə təsadüf edir. Əslində isə burada insanlar daha əvvəl 1170-ci ildə məskunlaşmağa başlamışlar. 1170/80-ci illərdə Maysen şəhərinin qrafı Otto der Rayhenin icazəsi ilə qəsr şəklində şəhər salınır. Jakobi kilsəsi ilə birlikdə Frayberqlə beləliklə Saksoniyanın üçüncü mədən şəhəri salınmış olur. 1180–1185-ci illərdə Marien, sonra Dom (1480) kilsələri tikilir. Frayberq dağ-mədəninin inkişafına görə çox hadisələrlə dolu bir tarixə malikdir.
Friker
Frikinq (ing. phreaking) — telefon sisteminin necə işlədiyini bilmək hesabına qanunsuz yolla pulsuz şəhərlərarası və beynəlxalq telefon danışıqları aparmaq. Frikinq ictimai telefon şəbəkələrinə qoşulmuş avadanlıq və sistemlər kimi telekommunikasiya sistemlərini öyrənən, sınaqdan keçirən və ya kəşf edən insanların mədəniyyətinin fəaliyyətini təsvir etmək üçün yaradılmış jarqon termindir. "Phreak" termini ingiliscə telefon (phone) sözündəki "ph-" ilə "freak" sözünün birləşməsi nəticəsində yaranıb və telefon sistemini manipulyasiya etmək üçün müxtəlif audio tezliklərin istifadəsinə də aid ola bilər. Frik, frikçi və ya telefon friki frikinqdə iştirak edən şəxslər üçün və onlar tərəfindən istifadə edilən adlardır. Termin ilk olaraq uzun məsafəli zəngləri yönləndirmək üçün istifadə edilən tonlar sistemini tərsinə çevirmiş qruplar üçün istifadə edilirdi. Bu tonları yenidən yaratmaqla, friklər zəngləri telefondan dəyişə bilir və bunun sayəsində istənilən yerdən pulsuz zəng edə bilirlər. Mavi qutu kimi tanınan elektron ton generatorları bu tonların yaradılmasını asanlaşdırmaq üçün frikinq cəmiyyətinin əsas hissəsinə çevrildi. Bu icmaya gələcək Apple-in həmtəsisçiləri Stiv Cobs və Stiv Voznyak daxil idi. Mavi qutu dövrü telekommunikasiya şirkətlərinə zəng yönləndirmə məqsədləri üçün diapazondaxili siqnaldan istifadəni dayandırmağa imkan verən kompüterləşdirilmiş telefon sistemlərinin getdikcə artan istifadəsi ilə sona çatdı.
Frimer
Frimer (fr. frimaire, fr. frimas — şaxta) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən III ay (21/23 noyabr - 20/22 dekabr).
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Orpyer
Orpyer (fr. Orpierre, oks. Aurpèira) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05097. 2008-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2007-ci ildə 187 yaşda olan (15-64 yaş arasında) 122 nəfər iqtisadi cəhətdən fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,2%, 1999-cu ildə 70.1%). Fəal olan 122 nəfərdən 115 nəfər (62 kişi və 53 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Orsyer
Orsyer (fr. Orcières, oks. Orsiera) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orsyer kantonuna daxildir. INSEE kodu — 05096. 2008-ci ildə əhalinin sayı 700 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 481 nəfər (15-64 yaş) arasında 394 nəfər iqtisadi cəhətdən fəal, 87 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81.9%, 1999-cu ildə 76.1%). 394 fəal 383 nəfər (207 kişi və 176 qadın) işləyir, 11 nəfər işsizdir (6 kişi və 5 qadın).
Qruyer
Qruyer (fr. Gruyères); (alm. Greyerz‎)- İsveçrənin Friburq əyalətinin Qruyer rayonunda şəhər. Orta əsr şəhəri, Saane çayının yuxarı dərəsində mühüm turist yeridir və adını tanınmış Qruyer pendirinə vermişdir. Bu şəhərdə, izsiz qatar - piyadalara aid küçələrdə icazə verilən yeganə nəqliyyat vasitəsidir.
Slayer
Slayer — Kaliforniyanın Hantinqton şəhərində yaradılmış treş metal qrupu. Qrup 1981-ci ildə bassist-vokalist Tom Araya, və gitaraçılar Kerri Kinq və Ceff Hanneman tərəfindən yaradılmışdır. Slayer-in sürətli və aqressiv musiqi stili onları Metallica, Megadeth və Anthrax da treş metalın əsas "böyük dördlüy"ündən biri etmişdir. Slayer-in hazırkı heyəti Kinq, Araya, zərbçi Pol Bostaf və gitaraçı Qeri Holtdan ibarətdir. Hanneman və zərbçilər Dave Lombardo, Con Dette qrupun keçmiş üzvləridir. Qrupun orijinal heyətində Kinq, Hanneman, Araya mahnıların sözlərini yazmış, Kinq və Hanneman isə qrupun bütün musiqiləri bəstələmişdirlər. Qrupun mahnılarının sözləri və albom üzlükləri qətl, seriyalı qatillər, nekrofiliya, işgəncə, insanlar üzərində aparılan eksperimentlər, satanizm, nifrət, terrorizm, din, anti-din, Nazism və mühəribələr mövzusunda olduğu üçün qrupun albomları qadağalara, gecikmələrə, məhkəmə işlərinə və dini qruplar və cəmiyyətin bir sıra dəstələri tərəfindən tənqidə məruz qalmışdır. Buna baxmayaraq onun musiqiləri yüksək dərəcədə təsirli olmuş və bir çox qruplar tərəfindən musiqisi, vizual imici və mahnı sözləri baxımından təsir mənbəyi olduğu vurğulanmış, qrupun üçüncü albomu olan Reign in Blood (1986) treş metal albomları arasında ən ağırlardan biri və ən təsirlisi olması hesab edilir. Slayer bugünədək 12 studiya, 2 canlı albom, bir boks-set, 6 musiqi klipi, 2 EP və bir kover-albom buraxıb. Qrupun studiya albomlarından dördü ABŞ-də qızıl sertifikata layiq görülmüşdür.
Fraykor
Fraykor (alm. Freikorps‎, alman: [ˈfʁaɪˌkoːɐ̯]; mənası – azad korpus, könüllülər korpusu) — XVIII–XX əsrlərdə Almaniya və Avstriyada mövcud olmuş bir sıra hərbiləşdirilmiş vətənpərvər birləşmələrin adı. Birinci Dünya müharibəsindən sonra Veymar Respublikasında dövlətin xüsusilə kommunistlərə qarşı təşkil etdiyi nizamsız silahlı birləşmələr fraykor adlanırdı. == Tarixi == Napoleon müharibələrinin ən məşhur könüllü korpuslarından biri Adolf fon Lütsovun rəhbərliyi altında Lütsov fraykoru idi. Alaylar yerli könüllülərdən və düşmən fərarilərindən ibarət idi. Bəzən ekzotik təchiz olunmuş qoşunlar piyada, süvari və daha nadir hallarda artilleriya kimi istifadə olunurdu. Bir bölükdən bir neçə min nəfərə qədər olan qarışıq birləşmələr və legionlar da var idi. General fon Kleystin tabeliyində olan Prussiya fraykorları piyadalar, yegerlər, draqunlar və qusarlardan ibarət idi. Birinci Dünya müharibəsindən sonra əsasən müharibə veteranlarından ibarət olan fraykor hərbiləşdirilmiş milislər kimi yetişdirilmişdir. Onlar Veymar Respublikasını devirməyə cəhd etdikləri iddia olunan Almaniya kommunistlərinə dəstək verən Rusiya Sovet Federativ Sosialist Respublikasına qarşı hökumət adından döyüşmək üçün toplanmışdılar.
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur. Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur. Faker League of Legends Dünya Çempionatını 4 dəfə qazanan yeganə oyunçudur (2013, 2015, 2016, 2023). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır.
Endimion (krater)
Endimion (ing. Endymion) — Ayın şimal-şərq hissəsində yerləşən krater. Krater Soyuq dənizin şərqində, Əbədiyyət gölünün şimalında yerləşir. Cənub-qərbində ondan bir az kiçik olan Atlas krateri yerləşməkdədir. Yerləşdiyi mövqeyə görə Endimion krateri perespektivdən ovalşəkilli görünüşə malikdir. Kraterin yaxınlığında Humbolt dənizi yerləşir. Kraterin döşəməsi az-albedolu lava ilə örtüldüyündən bu ona qara rəngli görünüş verir və yerləşdiyi yerin müəyyən edilməsini asanlaşdırır. Döşəmə demək olar ki, hamar və maraqsızdır, sadəcə bir neçə çox kiçik kraterlet vardır. Kraterin xarici istehkamı eroziyaya görə alçaq və genişdir. == Peyk kraterlər == Aşağıdakı kraterlər Endimiona yaxın yerləşdiyi üçün onun peyk kraterləri hesab edilir və hərflərlə işarə olunur.
Erebus (krater)
Erebus krateri — Marsın Margaritfer Sinu (MC-19) bölgəsi daxilində yerləşən bir kraterdir, bu xarici geoloji xüsusiyyət daha böyük krater Viktoria üçün yolda Opportüniti tərəfindən ziyarət edildi. Bu, 1841-ci ildə Ceyms Klark Ross tərəfindən istifadə edilən Polar Kəşfiyyat gəmisi HMS Erebus adına, artıq Ross şelf buzlağı olaraq bilinən Böyük Ays Barryeri tapmağa çağırıldı. Karyera təxminən 550- 750 arası (oktyabr 2005-mart 2006-cı il) kraterin yaxınlığında idi. Bunlara Payson Raid və Olimpiya Raid daxildir. Erebus daha əvvəl Opportüniti tərəfindən ziyarət edilən daha kiçik krater Vostok kraterindaən təxminən 2500 metr (8200 fut) cənubda yerləşir. Elm adamları Meridiani Planum qumunun altından süxurların gözdən keçirildiyi bir sahə olan "sürülmüş ərazi" kimi təsvir edirlər. Erebus, təxminən 350 metr (1150 ft) genişlikdə, kraterin dayanıqlığından iki dəfə böyükdür. Ancaq çox köhnə və aşındırılmışdır və yerdən görünə bilər; yalnız dünyanı əhatə edən bir sıra düz qayaüstü çöküntülər kimi görünür. == Xarici keçidlər == Grotzinger; Bell, J.; Herkenhoff, K.; Johnson, J.; Knoll, A.; McCartney, E.; McLennan, S.; Metz, J.; və b. "Sedimentary textures formed by aqueous processes, Erebus crater, Meridiani Planum, Mars".
Ficus fraseri
Ficus fraseri (lat. Ficus fraseri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Freyzer (ada)
Freyzer adası (ing. Fraser Island və ya ing. Great Sandy Island) — Avstraliyanın şərq sahillərində yerləşən qumlu ada. == Coğrafiyası == Adanın sahil boyunca uzunluğu təxminən 120 kilometr, eni isə 7–23 kilometrdir. Adanın sahəsi təxminən 1840 km²-dir. Freyzer adası dünyada ən böyük qumlu adadır. Dyunların yaşı təxminən 400 min il və daha əvvələ aiddir və bu qum təpələrinin hündürlüyü 240 metrə çatır. Adada 40-dan çox şirinsulu göl var və bunlardan ən böyüyü sahəsi 200 hektar olan Bominqen gölüdür. Adanın qərb sahilind manqrov meşələri və bataqlıqlar, şərq sahillərində isə okean boyunca təxminən 100 km uzanan ağ qumlardan ibarət çimərlik yerləşir. Adanın şimal hissəsində keçilməz rütubətli ekvatorial meşələr mövcuddur.
Har (krater)
Har – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. German-skandinav mifologiyasında baş tanrı Odinin adlarından birinin şərəfinə adlandırılmışdır. Zərbə krateri olduğu güman olunur.
Hyüyqens (krater)
Hyüygens – eyni Hollandiyalı astronom, riyaziyyatçı və fizikin şərəfinə adlandırılmış Mars krateri. Buranın Krateri təxminən 467.25 km (290.34 mil) diametri [304] W 13.88 ° S, ilə seçilirdi. Alimlərin Mars ətrafında orbitə göndərilməsinin səbəbi o idi ki, bura su axmırdı . Alimlərin orbitə getmələri ilə su bir daha planetin səthinə axdı. Bir zamanlar suyun olduğu bir yerdə sadə orqanizmlər yaşayırdı. Bir müddət planetimizə su axmadığına görə planetə xeili ziyan vurmuşdur.Ümumilikdə sunun insan həyatında rolunun necə vacib rol oynadığını bilirik.Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir.İnsan vücudunun yarsı demək olar ki, su ilə təşkil olunub. Elə bunun qarşısını almaq üçün alimlər TEMİS ilə planetə su çəkdilər. Karbonatlar (kalsium və ya dəmir karbonatlar) Huyqensin ağzında bir kraterdə aşkar edilmişdir.Bu minerallar Marsın bol nəmini sübut edir. Bir çox su var idi. Orbiter üçün Mars Kompakt Rekonessanslı Görüntüləmə Spektrometresi (CRISM) aləti ilə tapıldı.Əvvəllər alət ilə gil mineralları aşkar edilmişdir.
Kiilut (krater)
Kiilut – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. Kallistonun cənub qütbünün yaxınlığında yerləşir. Zərbə krateri olduğu güman olunur. Ölçüsü 47 kilometr təşkil edir. Yuxarı hissəsində deqredasiyaya uğramış Reqinleyf krateri görünür.
Kopernik (krater)
Kopernik krateri (lat. Copernicus)-orta ölçülü, polşalı astronom Nikolay Kopernikin(1473–1543) şərəfinə adlandırılan Ay krateridir. Krater Fırtına Okeanının şərq hissəsində yerləşir. Kraterin yaşı təxminən 800 milyona bərabərdi, yəni krater, Ayın geoloji tarixinin kopernik dovrundə yaranmışdır. Yaşı kiçik olduguna görə kraterin strukturu aydındir. Kraterin dərinliyi- 3800 metirdir. Kraterə bu adı yezuit Djovanni Ricioli tərəfindən verilmişdir və 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq olunmuşdur. Eyniadlı krater Mars planetində də var. == Kraterin təsviri == Krater şimalda Qey-Lüssak, şərqdə Stadiy krateri, cənubda Faut krateri, qərb-cənub-qərbdə Qortenziy krateri ilə sərhəddir. Kraterin cənubunda Adalar dənizi, şimalında Karpat dağları, şimal-şərqdə Apennin dağları, şərqde isə Znoy körfəzi yerləşir.
Küri (krater)
Kuri krateri — Mars planetində yerləşən 29,1° şimal və 4,8° qərb koordinatlarında yerləşən kosmik obyektdir. Onun diametri 144.1 kilometrdir və adı fransız fizik-kimyaçı Pyer Kürinin şərəfinə qoyulub.
Larix fraseri
Amerika qara şamı (lat. Larix laricina) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin qara şam cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Tundra zonasında cənubda, Alyaska, Kanada və Pensilvaniya ştatlarında bitir. Şimalda çayların və göllərin sahillərində təmiz əkinlər əmələ gətirir və qara küknar, Kanada küknarı və kağız tozağacı ilə birlikdə qarışıq meşələrdə bitir. Hündürlüyü 25 m-ə qədər, çətiri ensiz-piramida formalı və ya konusvarı, budaqları aşağıya sallanmış, yarpağını tökən ağacdır. Gövdəsinin rəngi tünd qonurdan boz rəngə qədər dəyişir. Cavan zoğları qonur-narıncı, göyümtül çalarlıdır, çılpaq və ya seyrək tükcüklüdür. Uzunluğu 3 sm olan iynəyarpaqları yazda çox zəif, açıq yaşıl olur, sonradan tündləşir. İşıqsevən və yavaş böyüyən cinsdir.
Lateral krater
Lateral krater (rus. кратер латеральный, ing. lateral crater) — əsas vulkan konusunun yamacında yerləşən ikinci dərəcəli vulkan krateri; parazit kraterlərə aid edilir.