Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Frunze
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Greene
Edvard Li Qrin (ing. Edward Lee Greene, 20 avqust 1843 – 10 noyabr 1915, Vaşinqton) — ABŞ botaniki, sistematiki. == İşləri == "Illustrations of West American oaks" illüstrasiyaçı А. Келлог San Francisco, 1889 "Flora Franciscana. An attempt to classify and describe the vascular plants of middle California" San Francisco, Cubery&Co., 1891 [1] "Manual of the Botany of the Region of San Francisco Bay" San Francisco, Cubery&Co., 1894 "Plantae Bakerianae", 1901 "Pittonia: a series of papers relating to botany and botanists" (5 hissədə) Berkeley, Doxey&Co. 1887–1905 v.1 (1887–1889) v.2 (1889–1892) v.3 (1896–1898) v.4 (1899–1901) [2] v.5 (1802–1905) [3] "Leaflets of botanical observation and criticism" (2 hissədə) Washington, D.C., 1903–1912 vol.1 (1903–1906) vol.2 (1910–1912) "Landmarks of botanical history: a study of certain epochs in the development of the science of botany" (в двух частях) Part I. — Prior to 1562 A. D. Washington, D.C., Smithsonian institution, 1909 [4] "Carolvs Linnaevs" Philadelphia, Christopher Sower company, 1912 == Ədəbiyyat == Willis Linn Jepson Edward Lee Greene the Individual The University of Notre Dame/American Midland Naturalist, Vol. 30, No. 1 (Jul., 1943), pp.
Brendan Freyzer
Brendan Freyzer (ing. Brendan Fraser; 3 dekabr 1968, İndianapolis, İndiana) — Kanada əsilli ABŞ aktyoru. == Həyatı == Brendan Freyzer 1963-cü ildə ABŞ-nin İndiana ştatında Kanada əsilli ailədə dünyaya gəlmişdir. Brendan ailədə 4 qardaşdan ən kiçiyidir. Ailəsi ilə birlikdə Niderlandda, İsveçrədə, eləcə də Romada, Londonda və ABŞ-nin başqa şəhərlərində yaşamışdır. Atası daha çox Kanadada işləmişdir. Brendan 12 yaşından London teatrlarında kiçik səhnələrdə çıxış edir. Brendan Freyzer peşəkar film karyerasına 1991-ci ildən başlayır. 2001-ci ildə London teatrı səhnəsində yenidən iştirak edir. 1998-ci ildə Freyzer Afton Smit adlı qızla evlənir.
Ceyms Freyzer
Cеyms Frеyzеr (1 yanvar 1854[…], Qlazqo – 7 may 1941[…], Kembric) — ingilis еtnоlоq və fоlklоrçu. == Həyatı == Böyük ingilis еtnоlоqu və fоlklоrçusu Cеyms Frеyzеrin (1854–1941) əsərlərinin əksəriyyəti din tаriхinə həsr оlunmuşdur. Frеyzеri məşhurlаşdırаn 12 cildlik "Qızıl budаq" kitаbındа insаn ruhunа inаm, оnun müхtəlif fоrmаlаrа kеçməsi, оnlаrın bitkilərdə təcəssümü, аqrаr аyinlər, аğаclаrа sitаyiş, tаbu аdətləri, mаgiyа, sаflаşmа аyinləri, insаnın qurbаn vеriləməsi, müqəddəs nikаh və s. hаqdа dаnışılır. Müəllif tərəfindən irəli sürülən tаriхi və еtnоlоji fikirlər bir fаktın — qədim İtаliyаdа Nеmоy Diоnisi məbədində kаhin vəzifəsi ilə bаğlı özünəməхsus vərəsəlik аdətinin izаhınа yönəlmişdi. Bеlə ki, bu vəzifəni tutmаq istəyən qаbаqcаdаn qоrunаn аğаcın budаğını qırmаlı və öz sələfini öldürməli idi. Məhz bu qəribə аdəti izаh еtmək istəyi Frеyzеri 12 qаlın cilddən ibаrət "Qızıl budаq" kitаbını yаzmаğа vаdаr еtmişdir. Frеyzеrin əsаs idеyаsı bəşəriyyətin əqli inkişаfının аrdıcıl mərhələləri hаqdа ümumi nəzəriyyə idi. О üç ümumi tаriхi mərhələni müəyyən еtmişdi. Оnlаrdаn birincisi cаdugərlik (mаgiyа) mərhələsidir.
Co Freyzer
Co Freyzer (ing. Joseph William Frazier) - 70-ci illərin tanınmış boksçusu. Məhəmməd Əli ilə aralarında olan rəqabət dünya boks tarixinin ən güclü çəkişməsi hesab olunur.Freyzerlə Əlinin arasında baş tutan Filippinin paytaxtı Manilada keçirilən 3-cü döyüş isə illər keçməsinə baxmayaraq hələdə bütün dünyada hər kəs tərəfindən ən böyük boks qarşılaşması olaraq qəbul edilməktədir,qarşılaşma "Manilada Triller" adı ilə boks tarixinin qızıl səhifəsinə çevrildi. Məhəmməd Əli ilə 1971-ci ildə baş tutan görüşdə ilk matçı qazanmış və həmin məğlubiyyət Məhəmməd Əlinin peşəkar karyerasındakı ilk məğlubiyyəti olmuşdur. Peşəkar boks karyerası 1965-1976-cı illər aralığında baş tutmuş Freyzer 1981-ci ildə bir döyüş üçün yenidən rinqlərə qayıtmışdır. Smokin Co ləqəbi ilə tanınan Freyzer 1964-cü ildə Tokioda keçirilən Olimpiya Oyunları zamanı çıxış etdiyi ağır çəkidə bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olmuşdur. 1971-ci ilin 8 martında Manhettendə Məhəmməd Əli ilə baş tutan görüş Əsrin döyüşü adını almış və dünya tarixində ən çox izləyici marağına səbəb olmuş boks qarşılaşması olmuşdur. Freyzerin karyerası ərzində keçirdiyi 37 görüşün 32 görüşü qələbə ilə 4 görüş isə məğlubiyyətlə başa çatmışdır. Əldə edilən qələbələrin 27 si nokautla nəticələnmişdir. Co Freyzer 2011-ci ilin 7 noyabr tarixində yaşadığı Pensilvaniya ştatının Filadelfiya şəhərində vəfat edib.
Freyzer (ada)
Freyzer adası (ing. Fraser Island və ya ing. Great Sandy Island) — Avstraliyanın şərq sahillərində yerləşən qumlu ada. == Coğrafiyası == Adanın sahil boyunca uzunluğu təxminən 120 kilometr, eni isə 7–23 kilometrdir. Adanın sahəsi təxminən 1840 km²-dir. Freyzer adası dünyada ən böyük qumlu adadır. Dyunların yaşı təxminən 400 min il və daha əvvələ aiddir və bu qum təpələrinin hündürlüyü 240 metrə çatır. Adada 40-dan çox şirinsulu göl var və bunlardan ən böyüyü sahəsi 200 hektar olan Bominqen gölüdür. Adanın qərb sahilind manqrov meşələri və bataqlıqlar, şərq sahillərində isə okean boyunca təxminən 100 km uzanan ağ qumlardan ibarət çimərlik yerləşir. Adanın şimal hissəsində keçilməz rütubətli ekvatorial meşələr mövcuddur.
Kristin Freyzer
İqor Lukanin - Kristin Freyzer - Azərbaycanın fiqurlu konkisürmə üzrə rəqs cütlüyü Lukanin Rusiyadan, Freyzer isə ABŞ-dandır. 33 yaşlı İqor və 29 yaşlı Kristin təxminən 10 il Azərbaycan şərəfini qoruyublar. Onlar 2002-ci il Solt-Leyk-Siti və 2006-cı il Turin Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil ediblər və müvafiq olaraq, 17-ci və 19-cu yeri tutublar. Bu cütlüyün dünya çempionatlarında ən yaxşı nəticəsi 2008-ci ilə təsadüf edir - 11-ci pillə. Lukanin – Freyzer Avropa çempionatlarında bir neçə dəfə qüvvəsini sınayıb. Bunlardan birində 7-ci, üçündə isə 9-cu sırada qərarlaşıb.[mənbə göstərin]Bu cütlük 2009-cu ildə karyerasını başa vurub.
Mixail Frunze
Mixail Vasilyeviç Frunze (21 yanvar (2 fevral) 1885, Bişkek, Rusiya Türkistanı general-qubernatorluğu – 31 oktyabr 1925[…], Moskva) — inqilabçı, sovet partiya və hərbi xadimi. == Həyatı == Feldşer ailəsində anadan olan Frunze Bişkek şəhər məktəbini bitirdikdən sonra gimnaziyaya daxil olur. 1904-cü ildə gimnaziyanı əla qiymətlərlə bitirdikdən sonra Peterburq politexnik institutunun iqtisadiyyat bölməsini qazanır. Məhz institut illərində o, RSDRP sıralarına qoşulur və fəal inqilabçıya çevrilir. Lakin Frunzenin inqilabçı fəaliyyəti ona çox baha oturur. Dəfələrlə həbs edilən Frunzeyə sonuncu dəfə ölüm hökmü verilir, lakin, ictimaiyyətin rəyinə əsasən ölüm hökmü 6 il həbs cəzası ilə əvəz edilir və o, Sibirə sürgün edilir. Frunze Oktyabr inqilabının ən hərəkətverici qüvvələrini inqilaba ruhlandırırdı. İnqilabdan və vətəndaş müharibəsindən sonra müxtəlif rəhbər vəzifələr tutan Frunzenin ölümü də müəmmalı şəkildə olmuşdur. Cərrahiyyə əməliyyatından sonra vəziyyəti daha da pisləşən Frunze 1925-ci il oktyabrın 31-də vəfat etmişdir. Lakin güman var ki, Mixail Frunze də İosif Stalinin əli ilə "aradan götürülmüşdür".
Palaçço Farneze
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Paulo Freyre
Paulo Reqlus Neves Freyre, Ph.D (19 sentyabr 1921[…], Resifi – 2 may 1997[…], San Paulo), brazilyalı pedaqoq filosof və tənqidi pedaqojikanın tanınmış üzvlərindən biri.. Tənqidi pedaqojika hərkatının təməl mətnlərindən bir olaraq qəbul edilən Əzilənlərin Pedaqojisi adlı işiylə tanınır. == Hayatı == Orta təbəqəyə mənsub ailənin oğlu olaraq dünyaya gözlərini açmışdır.1928-ci il Dünya İqtisadi Krizini yoxsulluq və aclıqla keçirməsi onu yoxsullara olan diqətini və narahatlılığını formalaşdırmış və özünə aid dünya görüşünü yaratmasına səbəb olmuşdur. 1986-da həyat yoldaşı Elza vəfat etdi ve Freyre, radikal tədris araşdırmalarının davam etirən Maria Araújo Freyre ilə evləndi. 1991-ci ildə Paulo Freyre İnstitutu San Paoulada populyar tədris qaydalarının inkişaf etdirmək və ətraflı bir şəkildə araşdırmaq üçün qurulmuşdur.İnstitut,Freyer arxivlərini özündə saxlamaqdadır.2 may 1997-ci ildə ürək tutmasından sonra vəfat edib.
Timur Frunze
Timur Frunze (tam adı Timur Mixayloviç Frunze; rus. Тиму́р Миха́йлович Фру́нзе; 5 aprel 1923, Xarkov – 19 yanvar 1942, Xarkov) — Sovet İttifaqı Qəhrəmanı (16 mart 1942, ölümündən sonra), qırıcı təyyarəçi, leytenant, Böyük Vətən müharibəsi itirakçısı. Hərbi işlər üzrə xalq komissarı Mixail Frunzenin oğlu. 1938-ci ildən ÜİLKGİ üzvü. == Həyatı == Timur Frunze Kaçinsk hərbi aviasiya məktəbini bitirmiş (1941), Moskva ətrafında döyüşlərdə və şimal-qərb cəbhəsində gedən vuruşmalarda iştirak etmişdir. Staraya Russa yaxınlığında 8 düşmən qırıcı təyyarəçisi ilə qeyri-bərabər döyüşə girən Timur Frunze iki təyyarə vurub salmış, özü də həlak olmuşdur. Leytenant Frunze hərbi mərasimlə Krestsı qəsəbəsinin Yamski qəbiristanlığında dəfn edilmişdir.SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 mart 1942-ci il tarixli "Qızıl Ordunun rəhbər heyətinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında" qərarı ilə "komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirdiyinə və bu zaman şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə" görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.Müharibədən sonra, 1950-ci illərdə bacısı Tatyananın istəyi ilə məzarı Moskvadakı Novodeviçye qəbiristanlığına köçürülmüşdür. == Mükafatları == Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı (ölümündən sonra) — 16 mart 1942 "Lenin" ordeni == Xatirəsi == Xarkov şəhərində Frunze rayonu (1973-cü ildən), 2016-cı ildən — Nemışlyanski rayonu Veliki Novqorod şəhərində Timur Frunze-Olovyanka küçəsi. Küçədə məlumat lövhəsi də quraşdırılıb. Krestsı qəsəbəsində Timur Frunze küçəsi.
İzabella Farneze
Elizabet Farnesi (isp. Isabel de Farnesio; it. Elisabetta Farnese) (25 oktyabr 1692[…] – 11 iyul 1766[…]) — İspaniya kralının xanımı.
Freyzer Kemp
Fraser Kemp (1 sentyabr 1958-ci ildə anadan olub) 1997-2010- cu illərdə Houghton və Vaşinqton Şərqi üçün Parlament üzvü (MP) olmuş və əvvəllər İşçi Partiyasının tam ştatlı əməkdaşı olan Britaniya İşçi Partiyasının siyasətçisidir. == Təhsil və karyera dövrləri == Vaşinqton, Tyne and Wear- da Biddick İbtidai Məktəbində və Vaşinqton Məktəbində oxuyub. Kemp 1975-ci ildə dövlət qulluğunda işə başlayıb və Mülki və İctimai Xidmətlər Assosiasiyasında və İşçi Partiyasının Dördüncü Maddə fraksiyasında fəal olub. 1981-ci ildə Leyboristlər Partiyasında tam ştatlı işləməyə başladı. Leicesterdə partiya təşkilatçısı təyin edildi,1984-cü ilə qədər o, 1986-cı ildə West Midlands-da Regional Təşkilatçı təyin edilməzdən əvvəl Şərqi Midlenddə Regional Təşkilatçı köməkçisi idi. O, 1990-cı ildə Mid Staffordshire təkrar seçkilərində Leyboristlər Partiyasına tarixin ən böyük iki dəyişməsinə cavabdeh olan seçki agenti kimi məşhurlaşdı,əsasən Anket Vergisi məsələsində mübarizə apardı və daha da böyük yelləncək oldu.Tony Blair Leyboristlər Partiyasının lideri olduqdan çox keçmədən,1994-cü ildə Dadli Uest aralıq seçkiləri . Kemp daha sonra Londonda,Millbank Tower-də partiya qərargahına göndərildi və 1994-cü ildə Baş Seçki Koordinatoru oldu. O,1996-cı ildə böyüdüyü seçki dairəsi Houghton və Vaşinqton İst üçün Leyborist namizədi seçilənə qədər bu vəzifəni tutdu. 2001-ci ildə Kemp,i The Chair viktorina şousunun aparıcısı olmaq üçün uğursuz sınaqdan keçdi. == Parlament karyerası == 2001-ci ildə Kemp Hökumət *Qamçısının Ofisinə kiçik "qamçı kimi təyin edildi,lakin 2004-cü ildə onun himayəsi altında olan Tom Watson ilə birlikdə Leyboristlərin Liberal Demokratlar üzərində Birmingem Hodge Hill və Hartlepool üzərindəki qələbələrini planlaşdıraraq əlavə seçki xidmətinə geri çağırıldı.Kemp, 2010-cu il ümumi seçkilərində,dairəsi sərhəd dəyişikliklərində yoxa çıxanda təqaüdə çıxdı.
Frez
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Gottlob Frege
Fridrix Ludviq Qotlob Freç (8 noyabr 1848 - 26 iyul 1925) — Müasir Riyazi məntiq və Analitik fəlsəfənin qurucusu Alman riyaziyyatçı, məntiqçi və filosofu. == Əsas əsərləri == Begriffsschrift (Kavram Yazısı), eine der arithmetischen nachgebildete Formelsprache des reinen Denkens, Halle a. S., 1879 Die Grundlagen der Arithmetik (Aritmetik'in Temelleri): eine logisch-mathematische Untersuchung über den Begriff der Zahl, Breslau, 1884 "Funktion und Begriff" (Fonksiyon ve Kavram): Talk given in a Meeting on January 9, 1891 of the Jenaischen Gesellschaft für Medizin und Naturwissenschaft, Jena, 1891 "Über Sinn und Bedeutung" (Anlam ve Gönderim Üzerine), in Zeitschrift für Philosophie und philosophische Kritik, C (1892): 25-50 On Sense and Reference, İngilizce çevirisi "Über Begriff und Gegenstand" (Kavram ve Nesne Üzerine), in Vierteljahresschrift für wissenschaftliche Philosophie, XVI (1892): 192-205 Grundgesetze der Arithmetik (Aritmetik'in Temel Kanunları), Jena: Verlag Hermann Pohle, Band I (1893), Band II (1903) Was ist eine Funktion? (Fonksiyon Nedir?), in Festschrift Ludwig Boltzmann gewidmet zum sechzigsten Geburtstage, February 20 1904, S. Meyer (ed.), Leipzig, 1904, pp.
İrma Qreze
İrma İda İlza Qreze (alm. Irmgard Ilse Ida Grese‎, 7 oktyabr 1923 † 13 dekabr 1945) — SS qoruma eskadrasına xidmət göstərən qadın idi, o, həmçinin Ravensbrük və Osvensim (Auşvitz) nasist konsentrasiya düşərgələrinin nəzarətçisi və Bergen-Belzendə qadın bölməsinin rəisi idi. Qreze Bergen-Belzen və Osvensimdə insanlığa qarşı törətdiyi cinayətlərə görə, məhkəmənin yekdil qərarı ilə asılmaqla ölümə məhkum olunmuşdur. 22 yaşında edam olunan İrma, həm də XX əsr Britaniya məhkəmə qanunlarına uyğun olaraq öldürülən ən gənc qadın idi. Konsentrasiya düşərgələrinin məhbusları onu öz aralarında Osvensim kaftarı (alm. die Hyäne von Auschwitz‎) adlandırırdılar. == Həyatı == İrma Qreze sadə süd fermasının işçiləri olan Berta və Alfred Qrezenin ailəsində anadan olmuşdur. İrma 5 uşaqdan üçüncüsü idi. 1936-cı ildə onun anası Berta həyat yoldaşının yerli pivəxana sahibinin qızı ilə uzun illər sevgi əlaqələrində olduğunu öyrəndikdən sonra, xlorid turşusunu içərək özünəqəsd etmişdir. Bu ailə faciəsindən sonra, onun atası Alfred Qreze NSDAP partiyasına daxil olmaq barədə xeyli fikirləşir, lakin sonda o, 1939-cu ildə yenidən evlənməyi qərara alır.
Qottlob Frege
Fridrix Ludviq Qotlob Freç (8 noyabr 1848 - 26 iyul 1925) — Müasir Riyazi məntiq və Analitik fəlsəfənin qurucusu Alman riyaziyyatçı, məntiqçi və filosofu. == Əsas əsərləri == Begriffsschrift (Kavram Yazısı), eine der arithmetischen nachgebildete Formelsprache des reinen Denkens, Halle a. S., 1879 Die Grundlagen der Arithmetik (Aritmetik'in Temelleri): eine logisch-mathematische Untersuchung über den Begriff der Zahl, Breslau, 1884 "Funktion und Begriff" (Fonksiyon ve Kavram): Talk given in a Meeting on January 9, 1891 of the Jenaischen Gesellschaft für Medizin und Naturwissenschaft, Jena, 1891 "Über Sinn und Bedeutung" (Anlam ve Gönderim Üzerine), in Zeitschrift für Philosophie und philosophische Kritik, C (1892): 25-50 On Sense and Reference, İngilizce çevirisi "Über Begriff und Gegenstand" (Kavram ve Nesne Üzerine), in Vierteljahresschrift für wissenschaftliche Philosophie, XVI (1892): 192-205 Grundgesetze der Arithmetik (Aritmetik'in Temel Kanunları), Jena: Verlag Hermann Pohle, Band I (1893), Band II (1903) Was ist eine Funktion? (Fonksiyon Nedir?), in Festschrift Ludwig Boltzmann gewidmet zum sechzigsten Geburtstage, February 20 1904, S. Meyer (ed.), Leipzig, 1904, pp.
Edward Lee Greene
Edvard Li Qrin (ing. Edward Lee Greene, 20 avqust 1843 – 10 noyabr 1915, Vaşinqton) — ABŞ botaniki, sistematiki. == İşləri == "Illustrations of West American oaks" illüstrasiyaçı А. Келлог San Francisco, 1889 "Flora Franciscana. An attempt to classify and describe the vascular plants of middle California" San Francisco, Cubery&Co., 1891 [1] "Manual of the Botany of the Region of San Francisco Bay" San Francisco, Cubery&Co., 1894 "Plantae Bakerianae", 1901 "Pittonia: a series of papers relating to botany and botanists" (5 hissədə) Berkeley, Doxey&Co. 1887–1905 v.1 (1887–1889) v.2 (1889–1892) v.3 (1896–1898) v.4 (1899–1901) [2] v.5 (1802–1905) [3] "Leaflets of botanical observation and criticism" (2 hissədə) Washington, D.C., 1903–1912 vol.1 (1903–1906) vol.2 (1910–1912) "Landmarks of botanical history: a study of certain epochs in the development of the science of botany" (в двух частях) Part I. — Prior to 1562 A. D. Washington, D.C., Smithsonian institution, 1909 [4] "Carolvs Linnaevs" Philadelphia, Christopher Sower company, 1912 == Ədəbiyyat == Willis Linn Jepson Edward Lee Greene the Individual The University of Notre Dame/American Midland Naturalist, Vol. 30, No. 1 (Jul., 1943), pp.
Mərəzə
Qobustan (əvvəlki adı: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun Qobustan şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılmış, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilmiş, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == === "Mərəzə" adının mənşəyi haqqında === Şəhərin əvvəlki adı Mərəzə olmuşdur. Mərəzə şəhəri Qobustan rayonunun əsas magistral yolunun yaxınlığında, Şamaxı şəhərinin 27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzə haqqında yazırdı: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir.
Çərəzə
Çərəzə (az.-əbcəd چرزه‎, fars. چرزه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Farneze saat kitabı
Farneze saat kitabı (it. Libro d'ore Farnese, ing. The Farnese Hours) — Romada intibah rəssamı Culio Klovio tərəfindən kardinal Alessandro Farneze üçün hazırlanmış miniatürlü əlyazmadır. Vazarinin sözlərinə görə, kitabın hazırlanmasına rəssam doqquz il sərf etmişdir. Neopolitan muzeyində saxlanan kitab, 1903-cü ildə C.P. Moqran tərəfindən alınmışdır.Əlyazma, kitab miniatürü incəsənətinin ən son nümunələrindən biri olmaqla, intibah dövrünün ən məşhur müvafiq sənət əsəridir. Kitabın unikallığı ondadır ki, o, orta əsrlər yox, manyerizm dövrünə aiddir və kitab nəşri dövründə hazırlandığına görə, faktiki olaraq anaxronizmdir. == Tarixi == Əlyazmanın müəllifi olan Culio Klovio, 1530-cu illərin sonlarından kardinalın xidmətində olmuş və növbəti qırx il ərzində yalnız onun üçün çalışmışdır. XVI əsrin ortalarında, əsərin sifarişçisi Alessandro Farneze ən böyük sənət kolleksiyaçısı və messenat olmuşdur. Əlyazma kardinal Farnezenin vəsiyyətnaməsində ayrıca qeyd edilmiş iki sənət əsərindən biridir: o, əlyazmanın həmişə ailədə saxlanmasını və heç vaxt Farneze sarayından çıxarılmamasını istəmişdir. 1731-ci ildə sülalənin başa çatmasına kimi, əlyazma Farneze ailəsinə aid olmuş, daha sonra isə Neapolun yeni hakimləri və Farnezelərin qadın xətti ilə varisləri olan ispan (Siciliya) Burbonlarının əlinə keçmişdir.
Frunze küçəsi (Taqanroq)
Frunze küçəsi (rus. Улица Фрунзе) — Taqanroq şəhərində yerləşən küçə. Şəhərin qədim hissəsində yerləşir. == Coğrafiyası == Frunze küçəsində Ukrayna xiyabanından başlayır və 1-ci Bulvarnı xiyabanına qədər uzanır. Küçə 3590 metr məsafədə uzanır. Nömrələnmə Ukrayna xiyabanından başlayır. Tramvay xətti Vostaniya meydanından Turqenevski xiyabanına qədər uzanır. == Tarix == 1866-cı ildə küçə Katoliçeskaya adlanırdı. Bu isə 1810-cu ildə inşa edilən katolik kilsə ilə əlaqədar olmuşdur. 1866 - 1923-cü illər ərzində küçə Nikolsyevsk adlandırılırdı.
Preveze Dəniz döyüşü
Preveze dəniz döyüşü — 28 sentyabr 1538-ci ildə Yunanıstanın şimal-qərbindəki Prevezedə Osmanlı donanması və Papa III Pavelin səyləri ilə toplanan səlib donanması arasında baş vermiş dəniz döyüşü. Döyüşdə Xeyrəddin Barbarossanın əmrindəki Osmanlı donanması, admiral Andrea Dorianın əmrindəki səlib donanmasını məhv etdi. Bu dəniz müharibəsi nəticəsində Aralıq dənizində Osmanlı donanmasına müqavimət göstərə biləcək donanma qalmadı və Aralıq dənizində türk hakimiyyəti başlamış oldu. == Əvvəli == 1537-ci ildə böyük bir Osmanlı donanmasına başçılıq edən Xeyrəddin Barbarossa Venesiyadan Egey və İon dənizlərində olan Siros, Egina, İos, Paros, Tinos, Kerpe, Kasos və Naksan adalarını alaraq Naksan çarlığını Osmanlı torpaqlarına qatdı. Daha sonra yenə venesiyalıların əlində olan Korfu adasını mühasirəyə aldı və o dövrdə İspaniya torpağı olan Kalabriya sahillərini viran etdi. Bu təhdidə görə Papa III Pavel 1538-ci ilin fevralında, Xeyrəddin Barbarossanı dayandırmaq üçün İspaniya, Venesiya respublikası, Genuya respublikası, Vatikan və Malta cəngavərlərinin qüvvələrindən Müqəddəs Birlik adını verdiyi bir səlibçi donanması formalaşdırdı. == Qüvvələr == Xeyrəddin Barbarossanın əmri altında 122 qalera və karavella ilə 12000 əsgər vardı. Müqəddəs Birlik donanması isə 112 qalera, 50 karavella və 140 qayıq olmaqla, 300 yarım (bəzi mənbələrə görə 600 yarım) parça idi və 60000 əsgəri daşıyırdı. Səlib donanmasının komandiri, o dövrdə Müqəddəs Roma imperatoru V Karlın xidmətində olan genuyalı admiral Andrea Doria idi. == Mövqelər == Müqəddəs Birlik donanması Korfu adası yaxınlarında toplandı.
Treze-de-Mayo
Treze-de-Mayo (port. Treze de Maio) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7097 nəfərdir. Ərazisi 161,081 кm²-dir. Əhalinin sıxlığı 44,1 nəfər/кm²-dir. Bələdiyyə 31 dekabr 1911-ci ildə yaradılmışdır.
Frez aləti
Frez aləti — metal və başqa materialların kəsmə ilə emalı üçün fırlanma səthinə malik olan çoxdişli kəsici alətdir. Frezlərin aşağıdakı növləri vardır: silindrik, yan səthli, disk paz və kəsici, barmaq, işgil, T-formalı, bucaq, fasonlu, sonsuzvint.Dişlərinin en kəsiyinin formasına görə iti tilli və arxa hissəsi girdələnmiş olurlar. Dişlərin formasına görə düzdişli, vint formalı, müxtəlif girişli frezlər, vint qanovlarının istiqamətinə görə sağ və sol, konstruksiyasına görə bütöv və yığılmış frezlər mövcuddur. Kəsici tillərin optimal həndəsi parametrləri üçün təscrübələr əsasında aşağıdakı qiymətlər müəyyən edilmişdir: qabaq bucaq γ=(-10)÷30°; baş dal bucaq α=10÷30°; köməkçi dal bucaqα1 = 4÷10°; baş plan bucağı φ=30÷90°; köməkçi plan bucağı φ1= 1÷10°; keçid kəsici tilin uzunluğu l = 1÷2 mm; əsas kəsən tillin meyilliyi λ=(—5)÷15°; vint qanovlarının meyillik bucağı ω=10÷45°. Frez alətinin kəsici tilinin materialı onun tətbiq sahəsindən asılı olaraq müəyyən edilir. Kəsici tillər ya bütöv, ya da lövhə şəklində hazırlanıb əsas gövdəyə bərkidilir. Kəsici material kimi tezkəsən alət poladı, bərk xəlitə, kəsici keramika, polikristallik bornitrid və almazdan istifadə edilir. Onların tətbiqi bu materialların bu və ya digər frezləmə növünə (kobud, təmiz, incə, ultraincə və s.)uyğun gəlməsindən asılı olaraq seçilir. == Istinad == Rezo Əliyev. Maşınqayırma leksikonu.
Freyzer Kanyonu qızıl hərisliyi
Freyzer Kanyonu qızıl hərisliyi (həmçinin Freyzer qızıl hərisliyi və ya Freyzer çayı qızıl hərisliyi) - 1857-ci ildə baş vermiş qızıl hərisliyi.
Fərizə Allahverdiyeva
İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev (12.6.1962–20.1.1990) və Fərizə Çoban qızı Allahverdiyeva (11.8.1970–21.1.1990)) — Qara Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur. == Həyatı == === Erkən illəri === İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı. İlham 1980–82-ci illərdə Latviyada hərbi xidmət keçir.
Mərəzə gəvəni
Mərəzə gəvəni (lat. Astragalus maraziensis) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == 15-40 sm hündürlükdə, aşağı hissəsi bərk, yarpağını tökən, ağacvari yarımkoldur. Üzəri çökük, boz tüklüdür. Yarpaqcıqları 3-4 (5) cüt, 8-15 mm uzunluqda, 1 mm enində, ucları küt, hər iki tərəfdən ağ tüklüdür. Çiçək oxu çoxdur, boz tüklü, 4 dəfə yarpaqdan uzundur. Çoxçiçəkli, 25-ə qədər çiçəkləri salxım çiçək qrupu əmələ gətirir. Paxlası qısa, 4,5 sm uzunluqda, sıx, ağ tüklü, qısa burunludur. Mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.
Mərəzə rayonu
Qobustan rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi Qobustan şəhəridir. == Etimologiyası == Qədim yaşayış mərkəzlərindən olan Qobustan Şirvan tarixi vilayətinin tərkibində olmuşdur. Qədim türk sözü olan "qobu" (qobi) — quru, susuz yer. ölkə, oba mənasnı daşıyır. Landşaftşünaslıda "qobu" quru və ya müvəqqəti su axan olan dərə, yarğan landşaflarına deyilir. Başqa mülahizələrə görə "qobu" sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, müqqəddəs yer mənasında ərəbcə "qabustan’' sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub "Qabu" — Allaha yaxın.
Mərəzə xalçaları
Mərəzə xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == "Mərəzə" adlı xalçalar təkcə Mərəzədə (indiki Qobustan) deyil, "Çuxanlı", "Nabur", Göylər" və başqa xalçaçılıq məntəqələrində istehsal olunur. Ticarət bazarlarında "Mərəzə" xalçalarına "Qobustan" ("Kavıstan", "Kovıstan"), "Kabristan" və ya "Qebrıstan" deyir, bəzən isə səhvən "Mərəzəli" adlandırırdılar. == Bədii xüsusiyyətləri == "Mərəzə" adını daşıyan xalçalar Şirvan tipli xalçaların ən qədimlərindən hesab olunur. Onların çox müxtəlif kompozisiyaları var. Burada onların əsas variantları təqdim edilmişdir. === Birinci variant === Birinci variantlı "Mərəzə" xalçasının ara sahəsinin kompozisiyası Azərbaycanın digər xalçalarının kompozisiyasından əhəmiyyətli şəkildə fərqlənir. Bu xalçaların bütün sahəsi şaquli istiqamətdə enli zolaqlara bölünmüşdür. Zolaqların bəzəkləri əsas etibarilə "İlanqaç" adlanan budaqda yerləşmişdir. Bu zolaqlar əsrlər boyu Hindistanda istehsal olunan tirmə parçadan götürülümüş, sonra assimlyasiya edərək xalçaçılıq sənətinin xüsusiyyətlərini əldə etmiş və şəklini dəyişmişdir.
Le-Frene-d'Uazan
Le-Frene-d'Uazan (fr. Le Freney-d'Oisans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Frene-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38173. Kommunanın 1999-cu il üçün əhalisi 221 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 871 ilə 3445 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Fərze rayonu
Fərze rayonu - Əfqanıstanın Kabil vilayətində rayon. == Haqqında == 18.000 nəfər əhalisi var. Kabil vilayətinin ən yaşıl rayonlarından biridir. Mərkəzi Dehnouye Fərze olan bu rayon 1991-ci ildə Mir Baça Kot vilayətindən müstəqil rayon kimi ayrılmışdır. Fərze rayonu 18 kənddən ibarətdir. Əhalinin əsas gəliri əsasən kənd təsərrüfatındandır. İstalif rayonundan cənubda, Güldərə rayonundan şimalda, Kələkan rayonundan qərbdə, Mir Baça kot rayonundan isə qərb və şimal qərbdə yerləşir.