Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fringe (teleserial)
Fringe — Cefri Ceykob Abrams, Aleks Kurtzman və Roberto Orci tərəfindən ssenariləşdirilən Amerika elm-fantastik teleserialıdır. Serialda Dövlət Təhlükəsizlik Təşkilatı (Department of Homeland Security) nəzarəti altındakı FBI-ın bir qolu olan və Boston, Massaçusets mərkəzli Fringe Bölümü izah edilməkdədir. Fringe komandası qorxunc və bütün dünyaya təsir göstərə biləcək açıqlana bilinməyən hadisələri üzə çıxarmaq üçün görülməmiş elmi üsullardan və FBI istintaq üsullarından yararlanmaqdadır. Teleserialın yaranmasında, "Lost", "The x-files", "Altered States" və "The Twilight Zone" teleseriallarından ilham alınmışdır. Teleserialın premyerası Şimali Amerikada Fox Yayım Şirkəti tərəfindən 19 avqust 2008-ci ildə keçirilmişdir. Fringe serialı Foxun Remote-Free TV təşəbbüsünün bir hissəsi olmuşdur. Serial televiziyalardakı digər dramlara görə daha uzun çəkmişdir. Reklamlar üçün verilən ara serialın müddətini 6 dəqiqə daha uzatmışdır. Serial reklam arası verəndə ekranda reklamların nə qədər davam edəcəyini göstərən bir yazı çıxır. 1 oktyabr 2008-ci ildə serialın birinci mövsümü 22 bölümə yüksəldildi.
Fingə
Fingə — Azərbaycan Respublikasının Laçın rayonu Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Təzəkənd kənd Sovetindən Fingə kəndi Qozlu kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. XIX əsrdə Fingə dağ və qışlaq adları kimi qeydə alınmışdır. Kənd eyniadlı dağın ətəyində olduğu üçün belə adlandırılmışdır. Kənd dağətəyi ərazidə yerləşir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 570 nəfər olmuşdur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Frunze
Bişkek və ya Bişkək (qırğ. Бишкек) — Qırğızıstanın paytaxtı və böyük şəhəri.
Grunge
Qranj (bəzən Seattle sound olaraq da adlandırılar) — 1980-ci illərin ortalarında alternativ rokun bir alt növü olaraq ABŞın Vaşinqton ştatının Sietl şəhərində yaranan musiqi janrı, mədəniyyət və həyat tərzi. Hardkir pank, həvi metal və indi-rokdan təsirlənmişdir. Qranj ümumiyyətlə distorizə edilmiş heavy metalvarı gitara riff'ləriylə qaynaşdırılar. Tərzi ümumiyyətlə aqressiv, depresif, içə dönük, nihilist və vecsizdir. Lüğət mənası "çirkli, dağınıq, qatqısız pox" olan grungenin ad atası isə Mudhoney solisti Mark Armdir. 1980-ci illərin sonu 1990-cı illərin başında məşhur olan bu musiqi axını, 1991 və 1994-cü illər arasında ən yüksək məşhurluğa çatmışdır. Grunge geyim tərzi cırıq yamaqlı cinslər, odunçu köynəkləri və sallanan qollu jiletlər olaraq göstərilir. Düz və uyğun geyimin əksinə pis və dağınıq geyim seçim edilir. Odunçu köynəyi grunge geyiminin təməl daşıdır belə deyiləbilər. Musiqi tərzi olaraq grunge punk'dan daha ağır heavy metaldan daha melodiktir.
Orange
Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur. 1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir. Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər.
Tringa
İlbizcüllüt (lat. Tringa) — tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.. Azərbaycanda İlbizcüllüt cinsinə 6 növ daxildir: Qara ilbizcüllüt (Tringa ochropus Linn., 1758) Fiyu ilbizcüllüt (Tringa glareola Linn., 1758) Böyük ilbizcüllüt (Tringa nebularia Ginn., 1767) Otluq ilbizcüllütü (Tringa totanus Linn., 1758) Bülbülü ilbizcüllüt (Tringa erythropus Pall., 1764) Çay ilbizcüllütü (Tringa stagnatilis Bechs., 1803) Sahil daşçevirəni Adi caydaqcüllüt Sağsağanı alacüllüt Qara ilbizcüllüt Fiyu ilbizcüllüt Green Sandpiper (Tringa ochropus) 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
France
Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Firəngistan — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır. Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar. Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.
France 24
France 24 — 2006-ci ildə yaranan Fransa beynəlxalq xəbərlər telekanalı.
France Football
"France Football" (fr. France Football) — Fransada həftənin 2 və 5-ci günləri işıq üçü görən futbol jurnalı. Jurnal "Qızıl top" mükafatının təsisçisidir. Mükafat "France Football" jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis olunmuşdur. Məhz Q.Ano ilk dəfə 1956-cı ildə öz həmkarlarını Avropada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermədə iştirak etməyə dəvət etmişdir. İlk qalib "Blekpul" komandasında çıxış edən Stenli Metyuz olmuşdur..
Janna Friske
Janna Friske (rus. Жанна Владимировна Фриске) — Rusiyalı estrada müğənnisi, kinoaktrisa və fotomodel.
Mixail Frunze
Mixail Vasilyeviç Frunze (21 yanvar (2 fevral) 1885 və ya 2 fevral 1885, Bişkek, Rusiya Türkistanı general-qubernatorluğu – 31 oktyabr 1925[…], Moskva) — inqilabçı, sovet partiya və hərbi xadimi. Feldşer ailəsində anadan olan Frunze Bişkek şəhər məktəbini bitirdikdən sonra gimnaziyaya daxil olur. 1904-cü ildə gimnaziyanı əla qiymətlərlə bitirdikdən sonra Peterburq politexnik institutunun iqtisadiyyat bölməsini qazanır. Məhz institut illərində o, RSDRP sıralarına qoşulur və fəal inqilabçıya çevrilir. Lakin Frunzenin inqilabçı fəaliyyəti ona çox baha oturur. Dəfələrlə həbs edilən Frunzeyə sonuncu dəfə ölüm hökmü verilir, lakin, ictimaiyyətin rəyinə əsasən ölüm hökmü 6 il həbs cəzası ilə əvəz edilir və o, Sibirə sürgün edilir. Frunze Oktyabr inqilabının ən hərəkətverici qüvvələrini inqilaba ruhlandırırdı. İnqilabdan və vətəndaş müharibəsindən sonra müxtəlif rəhbər vəzifələr tutan Frunzenin ölümü də müəmmalı şəkildə olmuşdur. Cərrahiyyə əməliyyatından sonra vəziyyəti daha da pisləşən Frunze 1925-ci il oktyabrın 31-də vəfat etmişdir. Lakin güman var ki, Mixail Frunze də İosif Stalinin əli ilə "aradan götürülmüşdür".
Timur Frunze
Timur Frunze (tam adı Timur Mixayloviç Frunze; rus. Тиму́р Миха́йлович Фру́нзе; 5 aprel 1923, Xarkov – 19 yanvar 1942, Xarkov) — Sovet İttifaqı Qəhrəmanı (16 mart 1942, ölümündən sonra), qırıcı təyyarəçi, leytenant, Böyük Vətən müharibəsi itirakçısı. Hərbi işlər üzrə xalq komissarı Mixail Frunzenin oğlu. 1938-ci ildən ÜİLKGİ üzvü. Timur Frunze Kaçinsk hərbi aviasiya məktəbini bitirmiş (1941), Moskva ətrafında döyüşlərdə və şimal-qərb cəbhəsində gedən vuruşmalarda iştirak etmişdir. Staraya Russa yaxınlığında 8 düşmən qırıcı təyyarəçisi ilə qeyri-bərabər döyüşə girən Timur Frunze iki təyyarə vurub salmış, özü də həlak olmuşdur. Leytenant Frunze hərbi mərasimlə Krestsı qəsəbəsinin Yamski qəbiristanlığında dəfn edilmişdir. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 mart 1942-ci il tarixli "Qızıl Ordunun rəhbər heyətinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında" qərarı ilə "komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirdiyinə və bu zaman şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə" görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Müharibədən sonra, 1950-ci illərdə bacısı Tatyananın istəyi ilə məzarı Moskvadakı Novodeviçye qəbiristanlığına köçürülmüşdür. Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı (ölümündən sonra) — 16 mart 1942 "Lenin" ordeni Xarkov şəhərində Frunze rayonu (1973-cü ildən), 2016-cı ildən — Nemışlyanski rayonu Veliki Novqorod şəhərində Timur Frunze-Olovyanka küçəsi.
Tringa cinerea
Boz səsyamsılayan (lat. Xenus cinereus) — səsyamsılayan cinsinə aid quş növü.
Tringa erythropus
Bülbülü ilbizcüllüt (lat. Tringa erythropus) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Tringa glareola
Fiyu ilbizcüllüt (lat. Tringa glareola) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Tringa nebularia
Böyük ilbizcüllüt (lat. Tringa nebularia) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Tringa ochropus
Qara ilbizcüllüt (lat. Tringa ochropus) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Tringa stagnatilis
Çay ilbizcüllütü (lat. Tringa stagnatilis) — i̇lbizcüllüt cinsinə aid quş növü.
Tringa terek
Boz səsyamsılayan (lat. Xenus cinereus) — səsyamsılayan cinsinə aid quş növü.
Tringa totanus
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Franşe dovşanalması
Franşe dovşanalması (lat. Cotoneaster franchetii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Vətəni Qərbi Çindir. Hündürlüyü 2 m olan və ildə təxminən 15 sm boy atan koldur. Yarpaqları qalın, 2-3 sm uzunluğunda, parlaqdır, aşağı hissədə sıx sarımtıl tükcüklərlə örtülmüşdür. İyulda çiçəkləyir. Meyvələri oktyabr ayında tam yetişir, çoxtoxumlu, yumurtavari formalı, narıncı-qırmızı rənglidir, uzunluğu 5-7 mm-dir. Mülayim keçən qışda giləmeyvələri kolların üzərində yaza qədər qalır. İsti, günəşli yerlərdə yaxşı bitir. Kəskin keçən qışdə kök boğazına qədər donur.
Channel Orange
Channel Orange — ABŞ müğənnisi Frenk Ouşenin(en) debüt studiya albomu. 10 iyul 2012-ci ildə Def Jam Recordings tərəfindən buraxılıb.
Noa Ringer
Noa Ringer (ing. Noah Ringer) — ABŞ idmançısı və keçmiş aktyor. Ən çox Sonuncu hava maqı filmində Aanq roluna görə tanınır. Texas ştatının Dallas şəhərində doğulan Noa on yaşında olarkən, anası tərəfindən Karrollton şəhərində taekvondo bölməsinə aparılmışdı. 2008-ci ilin dekabr ayında, o birinci dan qara kəməri əldə etmişdi.
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəzdində xidmət göstərən Fransanın milli aviaşirkəti.
Orange Juice
Orange Juice — ABŞ müğənnisi Melani Martinesin 2019-cu ildə çıxan ikinci studiya albomu "K-12"-də səsləndirilən mahnı. Musiqi klipi albomla yanaşı təqdim edilən eyniadlı filmdə də yer almışdır. Həmçinin, bu klip 3 fevral 2020-ci ildə ayrı olaraq buraxılmışdır. 2 sentyabr 2019-cu ildə albomun buraxılışından dörd gün qabaq, mahnıdan olan qısa bir parça (snippet) xüsusi olaraq Niderland, Rusiya və Türkiyədə yerləşən bir sıra məkanlarda səsləndirilib. == Mövzusu == Mahnı Cry Baby-nin (Melaninin uydurma alter eqosu) rəfiqəsi Fleur-un (Sion Moreno) bulimiya xəstəliyi ilə mübarizə aparması haqqındadır. Fleur, filmdəki zorba qız Kellinin dost qrupunda olmuş və onun çəki ilə bağlı gözləntilərini qarşılamağa çalışmışdır. Bu təzyiq Fleur-da obessiv düşüncələr meydana gətirmiş, bu da öz növbəsində bulimiyaya səbəb olmuşdur. Fleur öz bədənindən qətiyyən məmnun deyil, fəqət Cry Baby isə onun gözəl olduğunu düşünür və ümid edir ki, o da özünü belə görməlidir. Mahnının lirikində ifadə edilir: "You turn oranges to orange juice" (azərb. Sən portağalları, portağal şirəsinə döndərirsən‎), hansı ki, bulimiyaya istinad edir – bu azarı olanlar çəki artımının qabağını almaqdan ötrü yediklərini geri qaytarırlar.
Mingə
Mingə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 240 nəfərdir ki onunda 115 nəfəri kişi, 125 nəfəri qadındır.
Qrinqa adası
Qrinq adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada norveçli bəstəkar Edvard Qrinqin şərəfinə adlandırılmışdır. Şikotan adasının yaxınlığında yerləşir. Şikotan adasından 400 metrlik boğazla ayrılır.