Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Horun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Horus gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Horusun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Londonun gözü
Londonun gözü (ing. London Eye; bəzən ing. Millennium Wheel olaraq da tanınır) — 135 metr yüksəklikdə, Avropada ən yüksək fırlanan əyləncə çarxıdır. Birləşmiş Krallığın ən məşhur turistik məkanlarından biridir. Bura ildə üç milyona yaxın turist səfər edir. David Marks, Julia Barfield, Malcolm Cook, Mark Sparrowhawk, Steven Chilton və Nic Bailey tərəfindən hazırlanmışdır.
Pişik gözü dumanlığı
Pişik gözü dumanlığı və ya NGC 6543 — Yeni Baş Kataloqda qeydə alınmış planetar dumanlıqdır. Göy üzündə Əjdaha bürcü istiqamətində yerləşir. PN tipli dumanlıqdır. İngilis astronomu Uilyam Herşel tərəfindən 1786-cı ildə 47.5 sm (18.7 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
Dostların Gözü ilə (1979)
Sevməkdən qorxmaq lazım deyil (film, 1998)
Sevməkdən qorxmaq lazım deyil (hind: प्यार किया तो डरना क्या, Rom: Pyaar Kiya To Darna Kya) — Hindistan melodramıdır. Hind dilində çəkilmiş olan bu film 27 mart 1999-cu ildə yayımlanmışdır. == Süjet xətti == Muskan (Kajol) və qardaşı Vişal (Arbaz Xan) valideynlərinin ölümündən sonra əmiləri Thakur Ajay Singh (Dharmendra) ilə birlikdə yaşayırlar. Gözəl Muskanın pərəstişkarlarının, aşiqlərinin sayı-hesabı yoxdur, lakin Vişal bacısının yanında güclü bir kişini görmək istədiyi üçün bir-birinin ardınca gələn taliblərdən imtina edir. Muskan kollec üçün Mumbaya getməyə qərar verəndə, qardaşı istəmədən və yalnız valideynlərinə onun arzusunu yerinə yetirəcəyinə söz verdiyi üçün onu kollecə buraxır. Kollecdə qız zəngin bir iş adamının oğlu Surac Khanna (Salman Khan) ilə tanış olur. Suracın atası ilə olan münasibətləri çox gərgindir və ona nifrət edən ögey anası ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. O, Muskana aşiq olur, lakin Muskanın yanına gələn Vişalla görüşəndən sonra onu Muskanın sevgilisi zənn etdiyinə görə onu özünə rəqib kimi görür və onunla arasında mübahisə və dava-dalaş yaranır. Potensial qohumların arasındakı münasibətlər ümidsiz bir formada getdikcə pozulur və bundan sonra Suracın inadkar Vişalı bacısı üçün uyğun bəy olduğuna inandırması üçün hələ çox iş görməsi lazım gəlir.
Dostların gözü ilə (film, 1979)
Şivanın üçüncü gözü (film, 1991)
Şivanın üçüncü gözü (hindcə orijinal adı: Trinetra) 1991-ci ildə Harri Bawejanın rejissoru olduğu, baş rollarda Mithun Chakraborty, Shilpa Shirodkar, Diepa Sahi, Gulshan Grover və Amrish Puri və Dharmendranın iştirak etdiyi hindi dilində çəkilmiş döyüş filmidir. Buraxıldığı zaman bamperin açılmasına nail olmuşdur. O, təqribən 2 cr ilə hazırlanmış və 3,5 cr-dan çox ümumi kolleksiya əldə etmiş və kassada orta göstəricidən yuxarı nəticə əldə etmişdir. == Süjet xətti == Şivanın üçüncü gözü vicdanlı atasını itirmiş bir oğulun bir qrup pis ağıla malik olan mənfi insandan intiqam almasının hekayəsidir. Bu film, ərini itirmiş bir qadının oğulunun anasına olan sonsuz məhəbbətindən bəhs edir. Bu film, bir oğulun atasının qatillərindən intiqam almasının hekayəsidir. Raca oxumağa həvəsi olan müğənnidir və cənab Sinqaniya vasitəsilə Dubayda oxumaq şansı qazanır. O bu haqda hamilə arvadı Seemaya xəbər verir və onları birlikdə daha firavan bir həyatın gözlədiyini bildirir. Bu baş verməmişdən əvvəl Raca Sinqaniyanın ondan narkotik vasitəni çamadanında daşımaq üçün istifadə edəcəyini öyrənir, buna etiraz edir və arvadının gözü qarşısında vəhşicəsinə öldürülür. Onun arvadı təcavüzkarlardan qaçaraq canını onlardan xilas edir və Bhaqvan Şri Şankar məbədi yaxınlığında bir oğlan uşağı dünyaya gətirir və uşağa Şiva adını verir.
Alp Qorxmaz
Alp Qorxmaz (d. 2 Mart 1981, Ankara), Türk kinoteatr və serial aktyorudur. İlk təhsilini İstanbulda tamamlamışdır, orta təhsilini isə Çanaqqalada Tamamlamışdır. Amerikada Universitet həyatına başladı. University of South Florida Radio Televiziya bölməsindən məzun olduqdan sonra Nyu-Yorka aktyorluq təhsili almağa getdi. Nyu-Yorkun ən lazımlı Broadvay muzikal məktəblərindən Neighborhood Playhouse School of Theatre də təhsilini tamamladıqdan sonra 2006-cı ildə Türkiyəyə qayıtdı. Gəldiyi hələ 1 ay olmamış Türkər İnanoğlu tərəfindən kəşf edilən Qorxmaz, Erler Filmin istehsalı olan Arxa Küçələr adlı serialda "Ali" obrazını canlandırmaqdadır. 2010-cu il Aprel ayının 2-ci həftəsində əsgərlik səbəbi ilə serialdan bir müddətliyinə ayrılmışdır. Vətənə olan borcunu qaytarıb, qısa dönəm olaraq Aprel 2010-cu ildə başlayıb Sentyabr 2010-cu ildə Bingöldə tamamlamışfır. İndi də Erler Filmin istehsalıı olan Arxa Küçələr serialında "Ali" roluna davam etməkdedir.
Furkan Qorxmaz
Furkan Qorxmaz peşəkar türk basketbolçu. Hazırda NBA-də Filadelfiya 76ers komndasında çıxış edir. == İlk vaxtlar == QKoxkmaz Bakırköy, İstanbulda 1997-ci ildə anadan olub. O, 9 yaşında olarkən oxuduğu məktəbin basketbol komandasına daxil olub. 2012-ci ildə 15 yaşında ikən Efes Uşaq komandasından Anadolu Efesə 250 000 $ qarşılığında transfer edildi. == Peşəkar karyera == === Anadolu Efes === Buradakı birinci ilində Qorxmaz Efesin gənclər komandasında oynayır. 2013-2014 sezonunda isə o, Türkiyə Basketbol 2-ci Liqasında Efesin pilot komandası Pertevniyala keçdi və burada liqa çempionu olur.. 2014-cü ilin yayında Qorxmaz Anadolu Efesin əsas komandasına daxil olur. 14 dekabr 2014-cü ildə Əskişəhir Basket ilə oynanılan oyunda 17 xal qazanaraq sezonun ən yüksək nəticəsini topladı. === NBA draft === 13 iyun, 2016-cı ildə Qorxmaz NBA seçməsində iştirak edən 13 xarici vətəndaşdan biri idi.
Qorxmaz Abdurəşidov
== Həyatı == Abdurəşidov Qorxmaz Tələt oğlu 22 sentyabr 1997-ci ildə Qobustan rayonunun Cəmcəmli kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Rauf Babaşov adına Cəmcəmli kənd tam orta məktəbində təhsil almışdır. Təhsil aldığı müddətdə məktəb komandası ilə birgə Gənclər və idman Nazirliyi tərəfindən keçirilən "Şahin", "Cəsur" və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən keçirilən "Gənc xilasedici və yanğınsöndürən" hərbi-idman oyunlarında iştirak etmiş, zona və respublika mərhələlərinə yüksəlmişdir. 2015-ci ildə imtahanlarda iştirak etmiş və ADNSU Nəzdində Bakı Neft-Energetika Kollecinə qəbul olmuşdur. Hazırda təhsilini davam etdirir. == Hərbi Xidməti == 2015-ci ilin oktyabr ayında SHXÇDX-nin Qobustan Rayon bölməsindən müddətli həqiqi hərbi xidmətə yola salınmışdır.Gəncə şəhərində yerləşən hərbi hissədə "kəşfiyyat" kursu keçmiş və daha sonra Tərtər rayonunda "N" saylı "kəşfiyyat" bölüyündə xidmətinə davam etmişdir. Aprel döyüşləri baş verəndə Qorxmaz həqiqi hərbi xidmətdə olur və döyüşlərdə bir sıra əməliyyatlarda iştirak edir. 2020-ci ildə Vətən Müharibəsində iştirak etmək üçün könüllü olaraq döyüşlərdə iştirak etmək üçün 5 oktyabrda cəbhəyə yola düşür. "N" saylı hərbi hissənin "kəşfiyyat" bölüyündə vəzifəsi üzrə könüllü xidmətə başlayır. Talış kənd, Suqovuşan istiqamətində keçirilən döyüş əməliyyatlarında iştirak edir.
Qorxmaz Atakişiyev
Atakişiyev Qorxmaz Ələkbər oğlu — azərbaycanlı pedaqoq. == Həyatı == Qorxmaz Atakişiyev 1940-cı ildə anadan olub. Məşhur Azərbaycan filmi olan "Uşaqlığın son gecəsi" filmində Zaur rolunu oynayıb. Ömrünün son illərini ağır maddi durumda və evsiz keçirən Qorxmaz Atakişiyev metronun "Ulduz" stansiyası yaxınlığında yerləşən Elçin İsaqzadə küçəsində kirayə tutduğu otaqda yaşayırmış. Qonşuların bildirdiyinə görə, o yeriməkdə çətinlik çəkirmiş və son 10 gündə ümumiyyətlə ayaqları tutulub. Bir neçə gündür Q.Atakişiyevin qapısının açılmadığını görən sakinlər xilasetməyə müraciət ediblər və xüsusi üsullarla qapını açmaq mümkün olub. Məlum olub ki, 79 yaşlı kişi uzandığı divandan yıxılıb və yerindəcə keçinib. Qeyd edək ki, Qorxmaz Atakişiyev aktyor olmayıb və yalnız bir dəfə — "Uşaqlığın son gecəsi" filmində Zaur obrazını yaradıb. O, elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib.
Qorxmaz Eyvazov
Qorxmaz Abış oğlu Eyvazov (1 aprel 1967, Güləbird, Laçın rayonu – 10 fevral 1994, Cocuq Mərcanlı, Cəbrayıl rayonu) — Polis starşinası, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1974-cü ildə Laçın rayon Güləbird kənd orta məktəbinə birinci sinfə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Hazırda 127 saylı texniki peşə məktəb Qorxmaz Eyvazovun adını daşıyır. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Ukraynada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçmişdir. Hərbi xidmət zamanı 6 aylıq serjant kursunu bitirmişdir. O, xidmət müddətində dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə yanaşı birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə təltif edilmişdir. Qorxmaz 1987-ci ildə Hərbi xidmətini başa vurub doğma yurda dönür. == Ailəsi == Ailəli idi.
Qorxmaz Hüseynov
Qorxmaz Cavanşir oğlu Hüseynov — "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011–2021). == Həyatı == Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991–1992-ci illərdə şöbə rəisinin müavini, 1992–1995-ci illərdə şöbə rəisi, 1995–1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997–2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003–2006-cı illərdə trestin müdiri, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb. 27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir. 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.Ailəlidir, iki övladı var.
Qorxmaz Quliyev
Qorxmaz Həsi oğlu Quliyev (d. 9 iyun 1941) — Azərbaycan ədəbiyyatı tarixçisi, filologiya elmləri doktoru (1990), professor (1992), Azərbaycan Dövlət Dillər İnstitutunun rektoru (1993–2001). == Haqqında == Qorxmaz Həsi oğlu Quliyev 1941-ci ildə anadan olmuşdur. O, 1970-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakultəsini bitirmişdir. Keçən əsrin 70-80-ci illərdə Əlcəzairdə fransız-rus dili tərcüməçisi, Strasburq Universitetində mühazirəçi kimi fəaliyyət göstərən, 90-cı illərdə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləyən Qorxmaz Quliyev 1999-cu ildən Azərbaycan Universitetinin professorudur. Q.Quliyevin "Azərbaycan ədəbiyyatının poetikası" (1992) monoqrafiyasında Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", "Poçt qutusu" əsərləri təhlil olunmuşdur. "Statistikadan dinamikaya" adlı məqaləsində o, Azərbaycan ədəbiyyatında fərdi daxili xarakterin ilk dəfə C.Məmmədquluzadənin yaradıcılığında meydana gəldiyini dəlillər və elmi təhlil yolu ilə sübut edir. "Dəlidən doğru xəbər" (1999) kitabındakı "Absurd teatr. Məmmədquluzadənin "Dəli yığıncağı" faciəvi komediyası Ö.İoneskonun "Kərgədanlar" komik faciəsi işığında" məqaləsində C.Məmmədquluzadənin yaradıcılığı XX əsrin 50-ci illərində təşəkkül tapmış və bu gün Avropa dramaturgiyasında aparıcı meyllərdən biri olan absurd teatr konsepsiyası kontekstində araşdırılır. Professor Qorxmaz Quliyev eyni zamanda XX əsrin əvvəllərində Qərb ədəbiyyatşünaslığında hakim mövqe tutan ədəbi-estetik konsepsiya və cərəyanları ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığına təqdim edən alimlərdən biri, Qərb ədəbiyyatının Azərbaycandakı ən məşhur tədqiqatçılarındandır.
Qorxmaz Salamov
Qorxmaz Bayram oğlu Salamov (22 aprel 1996, Baş Göynük, Şəki rayonu – 14 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İtkin. == Həyatı == Qorxmaz Salamov 1996-cı il aprelin 22-də Şəki rayonunun Baş Göynük kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Qorxmaz Salamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qorxmaz Salamov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı itkin düşüb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Qorxmaz Salamova "şəhid" statusu verilmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Qorxmaz Salamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Qorxmaz Salamov ​ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qorxmaz Sücəddinov
Sücəddinov (Əsgərbəyli) Qorxmaz Məmməd Tağı oğlu (16 aprel 1932, Gəncə – 22 aprel 2010, Bakı) — azərbaycanlı, sovet heykəltaraşı, Azərbaycan SSR əməkdar rəssamı (1982). == Bioqrafiya == Qorxmaz Sücəddinov 16 aprel 1932-ci ildə Azərbaycan SSR Gəncə şəhərində, Kənd Təsərrüfatı İnstitutunun torpaqşünaslıq kafedrasının professoru Tağı Əsgərbəylinin ailəsində anadan olmuşdur. 1937-ci ildə Qorxmazın atası yalan donos əsasında repressiyaya uğramış və sonradan Komi MSSR-də düşərgədə həlak olmuşdur. Stalin öldükdən sonra Xruşovun "mülayim hava" dövründə ölümündən sonra ona bəraət verilmişdir. Nənəsi, "vətən xaini"nin oğlunun həmişə "təcrid" olunacağından qorxaraq, nəvəsinə öz "Sücəddinov" soyadını vermiş və onu Bakıya gətirmişdir. Burada o, dayısı Yaqub Sücəddinovun ailəsində böyümüş və tərbiyə almışdır. Müharibədən sonrakı çətin həyat şəraitinə baxmayaraq, oğlanda rəsmə həvəs yaranır və o, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumağa başlayır. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Qorxmaz Lvovdakı Tətbiqi və Dekorativ Sənət İnstitutuna qəbul olunur, oradan Tbilisi Dövlət Rəssamlıq Akademiyasına köçürülür və burada onun mentoru məşhur heykəltaraş Konstantin Mixayloviç Merabişvili olur. Qorxmaz Sücəddinovun ilk peşəkar işi bu gün Bakı şəhərinin simvollarından biri sayılan "Bəhram Gur" dekorativ fəvvarəsidir. Son işlərindən biri isə – Azərbaycanın xalq artisti, məşhur "Qaynana" Nəsibə Zeynalovanın qəbirüstü abidəsi və xatirə lövhəsidir.
Qorxmaz İmanov
İmanov Qorxmaz Cahangir oğlu (17 aprel 1941, Bakı şəhəri)— AMEA-nın müxbir üzvü (2017), iqtisad elmləri doktoru, professor, İspaniya Kral Akademiyasının akademiki. == Həyatı == Qorxmaz İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib, iqtisadçı diplomu almışdır. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləmişdir. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır.
Qorxmaz İsgəndərov
Qorxmaz İsgəndər oğlu İsgəndərov (23 oktyabr 1998; Ağcabədi rayonu, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. == Həyatı == Qorxmaz İsgəndərov 1999-cu il oktyabrın 23-də Ağcabədi rayonunun Taxta-Körpü qəsəbəsində anadan olub. Əslən Laçın rayonundan idi. == Hərbi xidməti == Qorxmaz İsgəndərov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Qorxmaz Əlili
Qorxmaz Əlilicanzadə (15 oktyabr 1958, Bakı) — Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019). == Həyatı == Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. == Yaradıcılığı == 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur. Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Qorxmaz Əlilicanzadə
Qorxmaz Əlilicanzadə (15 oktyabr 1958, Bakı) — Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019). == Həyatı == Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. == Yaradıcılığı == 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur. Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Qorxmaz Əlizadə
Qorxmaz Arif oğlu Əlizadə (27 yanvar 1995; Qax rayonu, Azərbaycan — 17 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qorxmaz Əlizadə 1995-ci il yanvarın 27-də Qax rayonunun Cəlayir kəndində anadan olub. 2002-2010-cu illərdə R. İbrahimov adına Cəlayir kənd orta məktəbində, 2010-2013-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Kəşfiyyat və Quru Qoşunları" ixtisası üzrə ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2017-ci ildən hərbi xidmətə başladı. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Qorxmaz Əlizadə 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. 2019-cu ildə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini başa vurdu və təyinat əsasında Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsinə göndərildi. 2020-ci il iyunun 26-da "baş leytenant" hərbi rütbəsi aldı. Azərbaycan Ordusunun baş leytenantı olan Qorxmaz Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Ramazan Qorxmaz
Ramazan Qorxmaz (tam adı: Ramazan Qorxmaz, türk. Ramazan Korkmaz; 1962, Çıldır, Qars ili) — Ərdəhan Universitetinin rektoru, Qırğızıstan-Türkiyə Manas Universiteti Qəyyumluq Şurasının üzvü, Qafqaz Universitetlər Birliyinin sədri. == Həyatı == 1962-ci ildə Ərdahanın Çıldır rayonunun Qayabəyi kəndində anadan olmuşdur. İbtidai təhsilini Ərdahanda, orta təhsilini Ərzurum Yavuz Səlim Müəllim liseyində (1978) alan Ramazan Qorxmaz ali təhsilini Atatürk Universitetinin dil-ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı ixtisasında başa vurmuşdur (1985). Elə həmin il Fırat Universitetində imtahandan keçərək elmi tədqiqatlara başlayır. === Elmi fəaliyyəti === Fırat Universiteti Sosial Elmlər İnstitutunda Keçəcizadə İzzət Molla və Mihnət Keşan haqqında tədqiqatı (VI+ 447 s.) ilə magistr (1988); "Səbahəddin Əli - İnsan və əsər" (XII+403 s.) adlı elmi işi ilə isə doktorantura təhsilini 1991-ci ildə tamamlayan Qorxmaz 1996-cı ildə Yeni türk ədəbiyyatı fundamental elmi sahəsində dosent və 2001-ci ildə professor oldu. 2009-cu ilədək Fırat Universitetinin əməkdaşı olan Ramazan Qorxmaz həm də Şərqi Aralıq Dənizi Universitetində "qonaq müəllim" kimi 4 il (2000-2002 və 2004-2006-cı illərdə) işləmişdir. O, 2001-ci ildə Bişkek Elmlər Akademiyasında Aytmatov ilə əlaqədar tədqiqatlar aparmış və Bilkənd Universitetinin Türk dili və ədəbiyyatı fakültəsi ilə birlikdə müəllifi və redaktoru olduğu "Türk ədəbiyyatının tarixi layihəsi"ni (4 cild) tamamlamışdır. Ramazan Qorxmazın həm ölkə daxilində, həm də ABŞ, Ukrayna, Rusiya, Azərbaycan, Qırğızıstan və ŞKTR kimi ölkələrdə öz sahəsi üzrə 60-dan çox elmi məqaləsi dərc edilmişdir. Dekan müavini, kafedra müdiri və idarə heyətinin üzvü kimi vəzifələrdə çalışmış Ramazan Qorxmaz rəsmi qəzetdə yayımlanan xəbərə görə Qırğızıstan-Türkiyə Manas Universitetinin Qəyyumluq Şurasının üzvü təyin edilmişdi.
İnessa Qorxmaz
İnessa Qorxmaz (17 yanvar 1972, Saratov) — Azərbaycan voleybolçusu. == Karyerası == İnessa Qormaz, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. İnessa Qormaz daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu. İnessa Qormaz bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Qorxmaz xan Şamlı
Qorxmaz xan Şamlı (?-?) — Şamlı elinin əmirlərindən, Həmədan bəylərbəyliyinin bəylərbəyi. == Həyatı == Qorxmaz xan Şamlı 1579-cu ildə şahbanu Məhdi Ülyanın qətlində iştirak etmişdi. Əliqulu xan Şamlının anası Xanixan xanım Həmzə mirzənin tərbiyəçisi olmuş və Məhdi Ülya öldürüldükdən sonra, əslində ona anasını əvəz etmişdi. İndi isə Əmir xan Türkman və onun həmfikirləri Əliqulu xanın qiyamına, separatçı hərəkətlərinə əsaslanaraq bildirirdilər ki, qiyamçının anası bundan sonra sarayda yaşaya bilməz. Onlar hərəmxana binasına soxuldular və “günahsız qadını” boğub öldürdülər. Sonra isə Əliqulu xanın atası Sultan Hüseyn xanın izinə düşdülər. Sultan Hüseyn xanın qətlə yetirilməsini, öldürülmüş Vəli xəlifə Şamlının oğlu İsmayılqulu bəyə tapşırdılar. Ona Sultan Hüseyn xanın tutduğu Qəzvin hakimi vəzifəsi (xan və tavaçıbaşı fəxri adları ilə) vəd edidi. Uzun illər Vəli xəlifə Şamlıya xidmət etmiş, əmir dərəcəsi almış və buna görə də mərhuma çox minnətdar olan Qorxmaz xan Şamlını da bu yolla ələ aldılar. Ona Hüseynqlu sultanın tutmuş olduğu eşikağasıbaşı vəzifəsini vəd etdilər və rəqibini aradan götürməyi tapşırdılar.
Əli İsmail Qorxmaz
Əli İsmail Qorxmaz (türk. Ali İsmail Korkmaz; 18 mart 1994, Hatay ili – 10 iyul 2013, Əskişəhər) — O, Taksim Gəzi parkı etirazlarına dəstək üçün qatıldığı yürüşə müdaxilə edən polis və müxalifət qrupları tərəfindən döyülərək öldürülən 19 yaşlı universitet tələbəsi idi. Əskişəhərdə Gəzi Parkı etirazlarına dəstək məqsədilə təşkil edilən yürüş zamanı polisin müdaxiləsi ilə ara küçələrə qaçan fəallardan biri olan Anadolu Universitetinin birinci kurs tələbəsi Əli İsmail Qorxmaz döyüldükdən sonra qruplar tərəfindən polis tərəfindən daha iki dəfə dəyənəklə döyülüb. Döyüldükdən sonra getdiyi xəstəxanada müalicə ala bilməyib və ilk tibbi müdaxiləni cəmi 20 saat sonra alıb. Bu zədələrdən onun beyin qanaması keçirdiyini, 38 gün komada olduğu, lakin 10 iyul 2013-cü ildə dünyasını dəyişdiyi məlum olub. Əskişəhərdə Əli İsmail Qorxmazın ölümü etirazlara səbəb olur və heykəli ucaldılır. == Reaksiyalar == Əli İsmail Qorxmazın ölümündən sonra Türkiyənin bir çox vilayətində və ölümündən 40 gün sonra Hatayda da etiraz nümayişləri başlayır. Antalyadan yola düşən və Gəzi Parkı etirazlarında həyatını itirən və yaralananlar üçün "Ədalət naminə, ədalətdən daha sürətli" şüarı ilə yürüşə çıxan Ədalət yürüş komandası 27 iyul 2013-cü ildə Əskişəhərə çatır və Əli İsmail Qorxmazın əskişəhərlilərlə birlikdə döyüldüyü küçədə etirazlara başlayır. Bu etirazdan sonra yürüş qrupu Əskişəhərdən onlara qoşulan 5 nəfərlə Gəzi Parkı Etirazlarında həyatını itirən Ethem Sarısülük öldüyü Ankaraya doğru irəliləyir. == Miras == Qorxmazın ölümündən sonra Əskişəhərdə Fikri Klublar Federasiyasının (FKF) töhfələri ilə Əli İsmail Qorxmazın heykəli ucaldılıb.
Gözə göz (film, 1981)
Gözə göz (ing. An Eye for an Eye) — 1981-ci ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. == Məzmun == Polis Şon Keyn dostu Devid Pirs ilə narkomafiya bandasının əsatiri altına düşürlər. Bu mübarizədə Devid Pirs ölür. Sağ qalan Şon Keyn dostunun qisasını almaq üçün şəxsi axtarışını başlayır… == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Gözə göz — Internet Movie Database saytında.
Gözlü
Gözlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kənd XIX əsrin 30-40-cı illərində Eçmiədzin qəzasının tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-1832-cı illərdə Türkiyənin Muş, Alaşkert, Qars vilayətlərindən, Iranın Qəzvin və Xoy vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar kənddən deportasiya olunmuşdur. Toponim gözlü tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Qorxmaz kaftar (film, 1979)
Qorxmaz kaftar (ing. The Fearless Hyena; çin. 笑拳怪招) — həm ssenari müəllifi, həm də rejissor olan Ceki Çanın (ilk rejissor işi) və əsas rolu oynayan filmlərindən biridir. Film beynəlxalq miqyasda bir neçə alternativ başlıq altında yayımlandı, bunlar: Əjdahanın İntiqamı (ABŞ video adı) Super döyüşçü 3 (Qərbi Almaniya video adı) Kölgə adam (Qərbi Almaniya video başlığı) == Məzmunu == Yinqi Döyüş Sənəti Məktəbindən Chan Fanfei, Qin Xanədanlığına qarşı bir üsyan planlaşdırdı, ancaq bu barədə məlumat ortaya çıxır. General Yam Zinfa və köməkçiləri, "üç qılınclı", Fanfei və Yinqi'nin digər ardıcıllarını öldürmək üçün göndərildi. Fanfei nəvəsi Hinlon ilə birlikdə kəndə sığınmış və kiçik bir tacirin həyatını yaşamağa başlamışdır. Bu vaxt, Yinqi'nin davamçısı və Fanfeinin bir dostu olan Unikorn, generalla toqquşmadan qaçaraq bir dost axtarmağa getdi. Hinlon, babasının rəhbərliyi altında uşaqlıqdan döyüş sənətlərini öyrəndi, ancaq generaldan və xalqından şübhələnməmək üçün kənar şəxslərə bacarıqlarını nümayiş etdirmək qadağan edildi. Bununla birlikdə, gənc və dürtüsel oğlan kənd zorakılığına — Böyük Ayı, Daş Yumurta və Dəmir Başla qarşılaşanda nəzarəti itirdi. Gəncin rəqibləri üzərində qələbəsi ona şöhrət gətirdi və üçlüyün müəllimi Sek Fu, Hinlonga məktəbində döyüş sənətləri müəllimi vəzifəsini təklif etdi.
Qorşaq
Qorşaq - türk və altay xalq inancında heyvan cini. Eşşək, köpək, donuz, keçi qılığına girdiyinə inanılan bir varlıq. Gecə qapıları döyüb, ev sahibinin verdiyi bir səs və kılıkla onu aldadaraq çölə çağırıb qaçırır. Gecələri çox çox çölə çıxmanın doğru olmadığını vurğular. == Etimologiya == (Qor/Kor) kökündən törəmişdir. Qorxmaq feli ilə əlaqəlidir. Boz rəngi de ifadə edər.
Qoxmuq
Qoxmuq — Azərbaycan Respublikasının Şəki rayonunun Qoxmuq kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 838 nəfər əhali yaşayırdı.Kəndin əhalisi 4853 nəfər təşkil edir ki, onun da 2470 nəfəri kişi, 2383 nəfəri isə qadındır. == Təhsil == Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanmışdır. 4 noyabr 2015-ci ildə Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılmışdır. Sahəsi 5.277 kvadratmetr olan bina üçmərtəbəlidir. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Mancuriya qozu
== Təbii yayılması: == Növün təbii arealı – Mancuriya (Şimali Çin), Uzaq Şərq və Koreya yarımadasıdır. == Botaniki təsviri: == Mancuriya qozu yarpağı tökülən, birevli ağac və ya koldur.Hündürlüyü 25-30 m-ə çatan gövdəsi düz, şaxələnmiş və ya enli-yumru, zərif çətirlidir. Qabığı tünd boz, zoğları sarımtıl-qonur tükcüklüdür. Yarpaq saplaqlarının uzunluğu 5-20 sm-dir.Yarpaqları növbəli, mürəkkəb, cüt olmayan, lələkvari, uzunluğu 40-90 sm-dir.Yarpaqcıqları 7-19 ədəd, uzunsov-ellipsvari, uzunluğu 17 sm və eni 2-7 sm-dir. Yarpaq ayası dişli, ucu biz, tükcüklüdür. Çiçəkləri xırda, bircinsli, çiçəkləmə yarpaqları açıldıqdan sonra müşahidə edilir. Erkəkcik çiçəkləri uzun, sallaq sırğalarda, dişicik çiçəkləri 3-10 ədəd olmaqla zoğların uclarında yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri çəyirdəkvari, oval, yunan qozuna bənzəyir, ancaq xırda (2,5-7,5 sm) və çox qalın, yaşıl və ya qonur qabıqlıdır. Qozun nüvəsi kiçik ölçülü, yeməlidir.
Yunan qozu
Yunan qozu (lat. Juglans regia L.) – Buna bəzən yunan qozu, adi qoz, girdəkan, cövüz və cəviz də deyirlər. Hündürlüyü 25–30 m-ə və diametri 150–200 sm-ə qədər olan, ağacdır. Bəzən 80–100 yaşlı ağaclarının boyu 35 m, gövdəsinin diametri 2 m, nadir hallarda isə 4 m-ə çatır. Cavan ağacların qabığı açıq-boz rəngli, hamar və ya azacıq çatlı, yaşlı ağaclarda qabıq tünd-boz vədərin uzunsov-çatlıdır. Açıqlıqda bitən ağacları çox qollu-budaqlı çətirə malik olur. Sərbəst duran ağacların çətiri iri və sıxdır, adətən günbəzşəkilli və yaçadıraoxşardır. Cavan budaqların özəyi boş nərdivanaoxşar arakəsmələri vardır. Çiçəkləməsi: Aprel-May, yarpaqların açılmağa başlama dövründə. Meyvə verməsi: Avqust-Sentyabr == Yarpaq == Tumurcuqları yumurtavari-dəyirmi, parlaq yaşımtıl-qonur rəngdə, uzunluğu 3–6 mm-dir.