Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güləddin Şahbabayev
Güləddin Zəfər oğlu Şahbabayev (21 may 2001; Şabran rayonu, Azərbaycan — 17 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Güləddin Şahbabayev 2001-ci il mayın 21-də Şabran rayonunun Düz Bilici kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Güləddin Şahbabayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Güləddin Şahbabayev oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləddin Şahbabayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləddin Şahbabayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Gülbəddin Hikmətyar
Gülbəddin Hikmətyar (puşt. ګلبدین حکمتیار; fars. گلبدین حکمتیار‎; 1 avqust 1949) — Əfqanıstanlı siyasətçi və komandan. Əfqanıstanın ən böyük silahlı müxalifəti olan "Hizbul-İslami"nin yaradıcısı. Əfqanıstanın keçmiş baş naziri. == Həyatı == Hikmətyar 1937-ci ildə puştu qəbiləsinin haruti klanından (Gilzəi) olan iri torpaq mülkiyyətçisinin ailəsində Vartaboz qışlağında anadan olub. 1956-cı ildə gənc Hikmətyar ibtidai məktəbə, 1961-ci ildə isə Kabulda hərbi peşə məktəbinə daxil olub, lakin 1964-cü ildə hərbi məktəbdən xaric edilib. Bundan sonra o, Kunduza gedir və burada təhsilini aristokrat liseydə davam etdirir. 1970-ci ildə Kabul universitetində mühəndislik fakültəsinə daxil olmuş, amma təhsilini başa çatdıra bilməmişdi. Kabul universitetində təhsil aldığı müddətdə o "Müsəlman qardaşlığı" tərəfdarları qrupu ilə tanış oldu və 1967-ci ildən 1972-ci ilə qədər islamçıların bir neçə nümayişində iştirak etdi.
Hizb-e-İslami Gülbəddin
Hizb-e-İslami Gülbəddin, Azərbaycan dilindəki adı ilə İslam Partiyası (Gülbəddin qrupu), 1975-ci ildə yaradılmış və hərbi qolu olan siyasi partiyadır. Sovet-Əfqan müharibəsi zamanı o, mücahid qrupları ilə birlikdə Sovet İttifaqı və Əfqanıstan Demokratik Respublikasına qarşı vuruşmuşdur. ABŞ-nin işğalı zamanı o, vaxtaşırı Talibanın tərəfində ABŞ-yə qarşı vuruşmuşdur. Hizb-i İslami iki yerə bölündükdən sonra Gülbəddin Hikmətyarın rəhbərliyi ilə yenidən yaradılmışdır. Sovet-Əfqan müharibəsində onlar ABŞ tərəfindən dəstəklənsələr də, sonradan ABŞ-la müharibəyə girişmişdirlər. O, islamist və ifrat sağçı siyasi xəttinin üzərində yaradılmışdır. Onun hərbi fəaliyyəti 2016-cı ildə başa çatmış və yalnız siyasi partiyaya çevrilmişdir.
Ələddin
Ələddin (ərəb. علاء الدين‎‎, ʻAlāʼ ad-Dīn‎) - Min bir gecə əsərinin qəhrəmanlarından biridir. Bəzi alimlər "Ələddin" personajının kitaba daxil olmadığını və qərb mədəniyyətindən gəldiyini iddia edirlər. Fransız tərcüməçisi Antuan Qallan "Min bir gecə" əsərini tərcümə edən zaman "Ələddinin sehrli çırağı" əhvalatı haqqında məlumat vermişdir. Ələddin və sehrli çırağı haqqında bir çox film və cizgi filmlər mövcuddur.
Saləddin Allahverdiyev
Saləddin Xosrov oğlu Allahverdiyev (Gəncə) — Azərbaycan Respublikasının Arbitraj Məhkəməsinin Hakimi == Həyatı == Allahverdiyev Saləddin Xosrov oğlu 1951-ci il fevralın 11-də Gəncə şəhərində (keçmiş Kirovabad) anadan olub. 1969-cu ildə orta məktəbi bitirb. Ali təhsillidir, 1973-cü ildə "Lenin ad. Azərbaycan Pedaqoji İnstitutu"nun tarix fakültəsini bitirb. 1976–1993-cü illərdə Pioner Evinin müdürü və "Lənkəran Ziyalılar Evi"nin direktoru vəzifələrində işləyib. 1993-cü ildən hüquq müdafiəçisi, 2000-ci ildən "Azərbaycan Xalqlarının Assambleyası"- ın prezidentidir. 1994-2014-cü illərdə ASDP-nin üzvü kimi fəaliyyət göstərib. Bu illər ərzində ASDP sədrinin müavini, ASDP MK üzvü seçilib, müxtəlif beynəlxalq konfranslarda iştirak edib. Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP sədrinin hüquq məsələləri üzrə müavini, ASDP Mərkəzi Komitəsinin üzvü seçilib. ASDP MK Bürosunun üzvüdür.
Sücəddin Abdullayev
Abdullayev Sücəddin Mustafa oğlu (20 dekabr 1949, Nərimankənd, Gədəbəy rayonu – 21 oktyabr 2018, Bakı) — Azərbaycan Respublikasının keçmiş Mənzil-Kommunal Təssərrüfat naziri, ictimai-siyasi xadim. == Həyatı == Sücəddin Abdullayev 1949-cu ilin 20 dekabr tarixində Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub.1967-ci ildə kənd məktəbini qurtardıqdan sonra M. F. Axundov adına Azərbaycan Dillər İnstitutun rus dili və ədəbiyyat fakültəsinə daxil olub.1967-ci ildən 1972-ci ilə qədər başqa -başqa yerlərdə fəhlə, tərbiyəçi vəzifələrində çalışıb.1972-ci ildə peşə məktəbində komsomol komitəsinin katibi olub.1973-cü ildə sovet ordusu sıralarında xidmət edib.1974-cü ildə texnikumda komsomol komitəsinin katibi vəzifəsində çalışıb.1975-ci ildə Lenin rayonu(indiki Sabunçu)komsomol komitəsində şöbə müdiri olub.1976-cı ildə partiya işinə keçdiyinə görə tutduğu vəzifədən azad olunub.1976–1990-cı illərdə Lenin rayonu partiya komitəsində instruktor, şöbə müdiri vəzifələrində çalışıb.1984-cü ildə Bakı Ali partiya məktəbini qırmızı diplomla başa vurub.1990–1991-ci illərdə Xətai rayonu İcra hakimiyyətində sədr müavini vəzifəsində çalışıb.1991–1992-ci illərdə icra başçısının mənzil məsələləri üzrə müavini olub.1992–1993-cü ilədək Azərbaycan Respublikası Mənzil-Kommunal Təssərrüfat naziri vəzifəsinə təyin edilib.1993–1999-cu ilədək Mənzil-Kommunal Təssərrüfatı Komitəsinin sədri vəzifəsində çalışıb. 2018-ci ilin oktaybr ayının 21-ində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Sülhəddin Əkbər
Sülhəddin Bayram oğlu Əkbərov və ya Sülhəddin Əkbər (1960, Noraşen) — Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri. == Həyatı == Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir. == Siyasi fəaliyyəti == 1990-cı il Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə 346 nömrəli Qıvraq seçki dairəsindən deputat seçilmişdir. 26 noyabr 1991-ci il tarixində təşkil olunan Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına daxil edilmişdir. 1991-ci ildə Azərbaycan Demokrat Partiyasının həmsədrlərindən və həmtəsisçilərdən biri olmuşdur. 16 may 1992-ci ildə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdur. 1993-cü ilədək bu vəzifədə çalışmışdır. 16 iyul 1993-cü ildə Milli Məclisin üzvlüyündən azad edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdur. 1 sentyabr 1993-cü ildə həbs qərarı tətbiq olunmuşdur.
Sülhəddin Əkbərov
Sülhəddin Bayram oğlu Əkbərov və ya Sülhəddin Əkbər (1960, Noraşen) — Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri. == Həyatı == Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir. == Siyasi fəaliyyəti == 1990-cı il Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə 346 nömrəli Qıvraq seçki dairəsindən deputat seçilmişdir. 26 noyabr 1991-ci il tarixində təşkil olunan Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına daxil edilmişdir. 1991-ci ildə Azərbaycan Demokrat Partiyasının həmsədrlərindən və həmtəsisçilərdən biri olmuşdur. 16 may 1992-ci ildə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdur. 1993-cü ilədək bu vəzifədə çalışmışdır. 16 iyul 1993-cü ildə Milli Məclisin üzvlüyündən azad edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdur. 1 sentyabr 1993-cü ildə həbs qərarı tətbiq olunmuşdur.
Xaləddin Alıyev
Xaləddin Mehman oğlu Alıyev (1966 – 1994, Qarabağ) — Azərbaycanlı şəhid. == Həyatı == Alıyev Xaləddin Mehman oğlu 1966-cı ildə Gədəbəy rayonunun Ağamalı kəndində kolxozçu ailəsində anadan ol-muşdur. 1974-cü ildə Ağamalı kənd orta məktəbinə daxil olub, 1984-cü ildə onuncu sinfi bitirmişdir. 1984-cü ildə Gədəbəy hərbi komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Novosibirsk vilayətində Daxili Qoşunlarda keçmişdir. 1986-cı ildə hərbi xidmət-dən qayıtdıqdan sonra geoloji kəşfiyyatda işləmişdir. Yağı düşmən torpaqlarımıza soxulanda o da könüllü olaraq Vətənin müdafiəsinə qoşulur. 1994-cü ildə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Xaləddin Cəlilov
Xaləddin Asəf oğlu Cəlilov (13 aprel 2002, Sankt-Peterburq – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaləddin Cəlilov 2002-ci il aprelin 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur. Əslən Ağstafa rayonundandır. 2008–2016-cı illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində, 2016–2019-cu illərdə isə Ağstafa şəhərində A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2019-cu ildə Ağstafa rayonunun icra hakimiyyəti tərəfindən "ilin idmançısı" adına layiq görülmüşdür. 2019–2020-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alsa da, 2020-ci ildə təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Subay idi. == Hərbi xidməti == Xaləddin Cəlilov 2020-ci ildən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Xaləddin Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Xaləddin Musayev
Xaləddin Novruz oğlu Musayev (13 yanvar 1961, Füzuli, Samux rayonu) – Tibb elmləri doktoru, professor. == Həyatı == Xaləddin Musayev 13 yanvar 1961-ci ildə Azərbaycan Respublikası Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Azərbaycan Tibb Universiteti 2-ci Cərrahi Xəstəliklər Kafedrasının, ATU Tədris Cərrahiyyə Kafedrasının və Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Koloproktologiya şöbəsinin müdiridir. Tibb elmləri doktoru, professordur. Çoxsaylı elmi məqalələrin, Koloproktologiya barədə Azərbaycan dilində kibabların müəllifidir. ATU-nun müəllimidir. Mədə-bağırsaq xəstəliklərinin patologiyaları, koloproktoloji xəstəliklər, o cümlədən yoğun və düz bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Konkret olaraq professor Xaləddin Musayev Azərbaycanda babasil, kolit, parapraktit, xroniki qəbizlik, bağırsağın divertikulu xəstəliyi, bağırsaq yapışqanlığı, kron xəstəliyi, yoğun bağırsaq polipləri, ülserativ kolit, bağırsaq düyünlənməsi, rektovaginal fistula, bağırsaq uzanması, meqakolon, düz bağırsağın çatı, düz və yoğun bağırsaq şişləri və sair kolorektal bolgədə rast gəlinən xəstəliklər konservativ və cərrahi müalicəsində aparıcı mütəxəssislərdən, aktiv tibbi xidmət göstərən həkimlərimizdən biri hesab olunur. Professor Xaləddin Musayev ATU-da yeni koloproktoloq mütəxəssislərin yetişməsində xüsusi əməyi vardır. Məlum olduğu kimi bağırsaq cərrahiyyəsi ilə məşğul olan ümumi cərrahlar koloproktoloq və ya kolorektal cərrah adlanır.
Xaləddin İbrahimli
Xaləddin Cəlal oğlu İbrahimli (5 sentyabr 1958, Dmanisi) — tarix elmləri doktoru, siyasətçi. == Həyatı == 1958-ci il sent­yabrın 5-də qədim Borçalı mahalının Başkeçid (in­diki Gür­­cüstanın Dma­nisi) rayo­nundakı Gəyliyən kən­­dində anadan olub. 1974-1978-ci il­lərdə Azərbaycan Dövlət Pedaqoji İns­titu­tunun tarix fakültəsində təhsil alıb. X.İbrahimli 1978-ci ildən indiyə qədər fasiləsiz olaraq elmi-pedaqoji fəaliy­yətdədir. 1992-ci ildən isə həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. 1992-1993-cü illərdə "Yeni Müsavat" qəze­tinin redaktoru olmuşdur. 1997-ci ildə "Sabah" qəzetinin ye­ni­dən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş re­daktoru, 1997-1998-ci illərdə işıq üzü görən "Kavkaz" jur­na­lının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur. Bu jurnal Qaf­qazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jur­nalın 8 Qaf­qaz cümhuriyyətində redaksi­yaları qurul­muş­dur. Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti – 1997, Doktorluq dissertasiyası: Azərbaycan Siyasi Mühacirəti (1920–1991) Pedaqoji elmlər namizədi, 1991, ADPU Namizədlik dissertasiyası: Ünsiyyət mədəniyyəti və onun formalaşdırılması yolları == Siyasi fəaliyyəti == Xaləddin İbrahimli "Çənlibel" ədəbi-bədii birliyinin yaranma­sın­da yaxından iştirak etmiş, bu birliyin fəallarından ol­muşdur. "Bor­çalı" cəmiyyətinin yaradıcılarından biri olmuş­dur.
Xaləddin İsgəndərov
Xaləddin Şahmar oğlu İsgəndərov (5 noyabr 1962, Qasım İsmayılov rayonu) — Binəqədi Rayonunun sabiq İcra Hakimiyyətinin başçısı. == Həyatı == Xaləddin İsgəndərov 5 noyabr 1962-ci ildə Qasım İsmayılov rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşünaslıq" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlamış,1984–1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində sədr müavini vəzifəsində,1987–1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991–1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992–2001-ci illərdə "Azər" təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışmışdır. 2001–2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003–2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2012–2018-ci illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. == Təltifləri == Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə "Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilmişdir.
Cüveyni Ələddin
Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Ələddin Cüveyni (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226 – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi. == Həyatı == Cüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur. Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir. Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi. Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur. Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır. Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi.
Güləhin (Bostanabad)
Güləhin (fars. گلهين‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 197 nəfər yaşayır (49 ailə).
Şahzadə Ələddin
Şahzadə Ələddin Əli (1425, Ədirnə – 1443) — 6. Osmanlı padşahı II Muradın Tacünisa Xədicə Həlimə Xatundan doğulan oğludur. Lələsi Yörgüc Paşanın da təşviqi ilə 1437-ci ildə Şadi Bəyzadə Mahmudşahın qızı Səlmin Xatunla evlənmişdir. Bu evlilikdən Səlvi Xatun adlı bir qızı dünyaya gəldi. 1438-ci ildə qardaşı Şahzadə Mehmedlə birlikdə Ədirnədə sünnət edildi. 1439-cu ildə Qara Xızır Paşa Amasiya gəldi və II Muradın əmriylə Şahzadə Böyük Əhmədi gecə saraya gizlicə girərək boğdurdu. Şahzadə Əhmədlə birlikdə onun 6 aylıq və 1 yaşlı iki oğlu da boğularaq edam edildi. Cəsədləri Amasiyada Turumtay türbəsinə dəfn edildi. Bütün bu hadisələrdən sonra 1439-cu ildə Şahzadə Ələddin Əli Amasiyaya hakim təyin edildi. 1443-cü ildə at çaparkən ağır yaralanmış və vəfat etmişdir.
Ələddin Allahverdiyev
Ələddin Məmmədhüseyn oğlu Allahverdiyev (29 may 1947, Kəsəmən, Basarkeçər rayonu) — Dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan piezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimi. Professor (2001). == Həyatı == Ələddin Allahverdiyev 1947-ci il may ayının 29-da Qərbi Azərbaycanda Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1964-cü ildə Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla bitirib (məktəbi medalla bitirən ilk Kəsəmənlidir), S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsinə daxil olmuşdur. Üçüncü kursu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. Həmin Universiteti bitirdikdən sonra onun aspiranturasında saxlanılmış, Moskva Dövlət Universitetinin qapalı Elmi Şurasında "Pyezoelektrik konstruksiyaların əlaqəli rəqslərdə elektrofiziki parametrlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi rəhbəri Sosialist Əməyi Qəhrəmanı akademik Xəlil Raxmatulin olmuşdur. Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” institutuna işə qəbul edilmiş, 1974-1994-cü illərdə kiçik elmi işçi, baş elmi işçi və “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2001-ci ildə Ələddin Allahverdiyev Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmişdir, o onlarla dissertasiyanın müdafiəsində rəsmi opponent olmuşdur.
Ələddin Eyvazov
Ələddin Qismət oğlu Eyvazov (26 mart 1967, İsmətli, Puşkin rayonu) — Azərbaycan alimi, aqrar elmlər üzrə fəlsəfə doktoru, 16.11.2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun, 28.07.2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktoru. == Həyatı == Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir.2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində distant təhsil alaraq baytar həkim ixtisasını almışdır. Ə. Eyvazov 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi, 1994–2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında aparıcı aqronom, baş aqronom, aparıcı mütəxəssis, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2005-ci ilin sentyabr ayından 2015-ci ilin iyul ayına qədər KTN yanında DFNX-nin rəis müavini vəzifəsində çalışmış, Respublikanın baş dövlət fitosanitar müfəttişinin müavini olmuşdur. 3 iyul 2015-ci il tarixdən 11 may 2018-ci il tarixə qədər KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, həmin tarixdən 21 iyun 2018-ci il tarixə qədər KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifəsində çalışmışdır. 05 mart 2020-ci ildən 16.11.2020-ci ilə kimi AMEA-nın İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 16.11.2020-ci ildən 28.07.2022-ci ilədək AMEA Zoologiya İnstitutunun direktoru, 28 iyul 2022-ci ildən hal-hazıradək ETN Zoologiya İnstitutunun baş direktoru vəzifəsində çalışır.
Ələddin Mahmudov
Ələddin Mahmudov — azərbaycanlı fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Avqust ayında doğum günü qeyd edilən görkəmli şəxsiyyətlərdən biri də professor Ələddin Mahmudovdur. O, Azərbaycan riyaziyyat elminin tanınmış nümayəndələrndən biridir. Fizika-riyaziyyat elmləri doktoru Ə. Mahmudov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru olmuşdur. O, qeyri-xətti analizin bəzi məsələləri və operatorların spektral nəzəriyyəsi üzrə respublikamızın ən tanınmış mütəxəssislərindən biri sayılır. Ələddin Mahmudov 11 avqust 1934-cü il Gürcüstan Respublikasının Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Orta məktəbi 1954-cü ildə medalla bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1959-cu ildə oranı bitirdikdən sonra ADU-nun aspiranturasında təhsilini davam etdirmişdir. Ə.Mahmudov 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Qoşqar Əhmədovun rəhbərliyi altında "Hammerşteyn tipli qeyri-xətti inteqral tənliklər sisteminin həlli barədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində "Qeyri-xətti tənliklərin məxsusi elementlərinin tamlığı haqqında" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1987-ci ildə isə ona çalışdığı Riyazi analiz kafedrasının professoru elmi adı verilmişdir.
Ələddin Məlikov
Ələddin Mehman oğlu Məlikov (16 sentyabr 1982, Sumqayıt) — müəllim, fəlsəfə və din fəlsəfəsi tədqiqatçısı, epistemoloq, şərqşünas, tərcüməçi və araşdırmaçı yazar, fəlsəfə üzrə elmlər doktoru, dosent. == Həyatı == Ələddin Məlikov 16 sentyabr 1982-ci ildə Azərbaycan SSR-nin Sumqayıt şəhərində anadan olmuşdur. 1989-cu ilin sentyabr ayının biri tam orta məktəbə getmiş və 2000-ci ildə Z.Nəcəfov adına orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Ailəlidir. == Təhsili == 1989–2000-ci illər şəhid Z.Nəcəfov adına iki saylı tam orta məktəbdə təhsil almışdır. 2000–2004-ci illərdə Ümumdünya İslam Elmləri Akademiyası, Dinşünaslıq fakültəsi, "İslam fəlsəfəsi və mistikası" ixtisası üzrə bakalavr pilləsi. 2004–2007-ci illərdə Qərb fəlsəfəsi üzrə "fəlsəfə və elmin metodologiyası" ixtisası, magistr pilləsi. 2007–2010-cu illərdə, Fəlsəfə tarixi üzrə "fəlsəfə doktoru" (Ph.D) elmi dərəcəsi. 2010–2013-cü illərdə "Transandental fəlsəfə" üzrə "fəlsəfə elmlər doktoru" elmi dərəcəsi. 2011–2013-cü illərdə fəlsəfənin tədrisi, elmi konfranslarda iştirakı, aktual elmi müddəaların həlli, əsaslandırması və göstərmiş təhsil, tədris, tədqiqat fəaliyyətlərinin qiymətləndirilməsi sonuçu, "dosent" elmi adı verilmişdir.
Ələddin Məmmədov
Ələddin Paşa
Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1333, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. == Həyatı == İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir. Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir. 1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur. == Ailə == Əlaəddin Paşa Bələdin qızı ilə evləndi və bu evlilikdən təxminən səkkiz övladı oldu: Hörmətli Kılıç: Onların uşaqları var idi.
Ələddin Quliyev
Ələddin Musa oğlu Quliyev(30 iyul 1927, Gəncə – 1983, Bakı) — kimya elmləri doktoru (1967), professor (1968), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1980). == Həyatı == Ələddin Quliyev 1927-ci il iyulun 30-da Gəncə şəhərində anadan olub. Ali təhsilini 1949-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mühəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirib. == Elmi fəaliyyəti == Ələddin Quliyev 1955-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1968-ci ildə professor elmi adını alıb. 1972-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. Alim 300-ə yaxın elmi əsərin, o cümlədən 5 monoqrafiya, 70 mü­əlliflik şəhadətnaməsinin və patentin müəllifidir. O, dəfələrlə Beynəlxalq və Ümumittifaq konqres və simpo­zium­larda iştirak edib. Ələddin Quliyevin rəhbərliyi ilə 15 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib. Ələddin Quliyevin elmi fəaliyyəti əsasən neft və qazın kimyəvi emalı nəzə­riyyəsi və texnologiyası məsələlərinə həsr edilib. Onun rəhbərliyi ilə hərəkət edən sorbent təbəqəsində maye karbo­hid­rogen­lərdən normal parafinlər alınması texnologiyası hazırlanıb, çoxkom­ponentli qaz sistemlərini fasiləsiz adsorbsiya-xromotoqrafiya üsulu ilə ayır­manın nəzəri əsasları müəyyənləşdirilib.
Ələddin Sultanov
Ələddin Camal oğlu Sultanov (31 iyul 1928, Gəncə – 31 mart 2020, Bakıxanov) — Naxçıvan MSSR prokuroru. == Həyatı == 31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olub. 1947-ci ildə Gəncə şəhərinin M. Ə. Sabir adına orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1952-ci ildə fərqlənmə ilə bitirib. 1952-ci il Bərdə Rayon Prokurorluğunun müstəntiqi, 1956-cı il Bakı şəhəri Voroşilov Rayonu Prokurorluğun müstəntiqi, 1959-cu il Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, 1963-cü il Bakı şəhəri Oktyabr Rayon Prokurorluğunda prokuror müavini, 1966-cı il Bakı şəhəri 26 Bakı Komissarları rayonun prokurorunun müavini, 1967-ci il Mingəçevir şəhər prokuroru, 1970-ci il Lənkaran rayonun prokuroru, 1977-ci il Bakı şəhər Lenin rayonun prokuroru, 1979-cu il Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi, 1980-ci il Naxçıvan MSSR prokuroru, 1981-ci il Azərbaycan SSR prokurorunun 1-ci müavini, 1987-ci il Azərbaycan SSR Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru, 1990-cı il Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə köməkçisi, 1992-ci il Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri olaraq çalışmışdır. Ələddin Sultanov 14 iyul 1998-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi təyin olunmuşdur. Ailəli olmuşdur, 4 övladı var. Ələddin Sultanov Azərbaycan SSR sənaye tikintisi naziri Qurban Sultanovun qardaşıdır. == Mükafatları == 26 may 1972-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı 7 sentyabr 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi. 26 may 1982-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Xalqlar dostluğu" ordeni. 12 iyul 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı 31 iyul 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni.
Ələddin Süleymanov
Ələddin Süleymanov(1958, Laçın rayonu – 1994, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Süleymanov Ələddin Süleyman oğlu 1958 il il iyun ayının 15-də Laçın rayonunun Vağazin kəndində anadan olub. doğma kəndlərində təhsil alandan sonra Bakıda 8№-li dəmir-beton zavodunda işləyi, ordan da hərbi xidmətə yollanır. Düşənbənin hərbi raket hissəsində qulluq edir. Sonra Bakıya, iş yerinə qayıdır. Moskvaya gedir "Şərəf nişanı" ordenli Kənd Təsərrüfatı İnstitutuna daxil olur. Ələddin Süleymanov 1993-cü ildə yenidən Bakıya qayıdır, "Xəzər-dənizneftqaz" inşaat trestinin 2 №-li tikinti-quraşdırma idarəsində işə düzəlir. Üç aydan sonra, yəni 23 noyabr 1993-cü ildə milli ordu sıralarına qoşulub azğın düşmənlə vuruşa gedir. Tərtər bölgəsində onlarla ermənini məhv edir. 1994-cü ildekabrın 30-da həlledici döyüşdə Ələddin Süleymanov şəhid olur.
Ələddin Səidov
Ələddin Azər oğlu Səidov (17 iyun 1992; Bakı şəhəri – 3 noyabr 2020; Şuşa) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ələddin Səidov 17 iyun 1992-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda anadan olub. 1998-2009-ci illərdə 193 nömrəli tam orta məktəbində təhsil almışdır. 2009-2013-ci illərdə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Robototexnika fakültəsində təhsil almışdır. Nişanlı idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ələddin Səidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Ələddin Səidov noyabrın 3-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəhid Bakı şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələddin Səidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələddin Səidov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurəddin
Nurəddin, Nürəddin, Nuriddin — kişilərə verilən şəxsi ad. Nurəddin Babayev — Nurəddin Həbibov — Nurəddin Sadıqov — Digər Nurəddin (Laçın) — Laçın rayonunda kənd. Nurəddin — Laçın rayonu ərazisində mineral bulaqlar.
Nurəddin (Laçın)
Nurəddin — Azərbaycan Respublikasının Laçın rayonu Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Nurəddin kəndi Fərraş kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsini Piçənis kəndindən köçüb gəlmiş ailələr keçmiş binə yerində salmışlar. Bəzi tədqiqatçılar kəndin adını Nurəddin şəxs adı ilə bağlayırlar. Güman ki, binə həmin şəxsə məxsus olmuşdur. Oykonim (1933) Nuraddin variantında da qeydə alınmışdır. Norədin variantında oykonim "uçqun, yarğan yaxınlığında məskən" mənasını ifadə edir. == Tarixi == == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur.
Nurəddin Alışov
Nurəddin Aras
Nüreddin Aras (6 mart 1954, İğdır) — "Tərəqqi" medalı laureatı (2006). == Həyatı == Nüreddin Aras 1954-cü il martın 6-da İğdır şəhərində anadan olmuşdur. Nurəddin Aras əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. 1914-cü ildə erməni zülmündən İğdıra köçən Aras ailəsi hazırda şəhərin ən böyük ailələrindən biridir. İlk, orta və lisey təhsilini İğdırda almışdır. Liseydən sora Almaniyaya getmiş və Hote İnstitutunda dil təhsili almışdır. Sonra Erlanqen Universitetinin İdman Akademiyasında təhsilini davam etmişdir. İstanbul Universiteti Ədəbiyyat fakultəsinin coğrafiya bolumundə təhsil almışdır.1980-ci ildə İğdırda coğrafiya müəllimi təyin olunmuşdur. 1999 və 2004-cü illərdə keçirilən seçkilərdə qalib gələrək 10 il İğdır Bələdiyyə sədri olmuşdur. 2011-ci ildə keçirilən Türkiyə Ümumi Seçkilərində Ədalət və İnkişaf Partiyasından II nömrəli millət vəkili namizədi olaraq göstərilmişdir.
Nurəddin Sönməz
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. == Həyatı == Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Nurəddin Süleymanov
Nurəddin Əmirхan оğlu Sülеymanоv (17 may 1974, Daşkənd, Vardenis rayonu – 4 aprel 1993, Murovdağ) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurəddin Sülеymanоv 17 may 1974-cü ildə indiki Еrmənistan Rеspublikasının Vardеnis rayonunun Daşkənd kəndində anadan оlmuşdur. 1981-1988-ci illərdə Daşkənd orta məktəbində oxumuş 1988-ci ildə Göyçə mahalından məcburi köçkün olaraq Azərbaycana Bakı şəhərinə pənah gətirmişdir. 1988-ci ildən 1992-ci illərdə Bakı şəhəri Nəriman Nərimanov rayonu 177 nömrəli tam orta məktəbi bitirmişdir. 25 avqust 1992-ci ildə Bakı şəhəri Nərimanov RHK-dan hərbi xidmətə çağırılmışdır. 08.1992-02.1993-cü illərdə Türkiyədə hərbi təlimdə olmuşdur. 701-ci hərbi hissənin avtomatçısı olmuşdur. Sülеymanоv Nurəddin Əmirхan оğlu 4 aprel 1993-cü ildə Kəlbəcər rayonunun Murov dağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Nurəddin Uluxanlı
Nurəddin Yolçuyev
Nurəddin Novruz oğlu Yolçuyev (29 iyul 1963, Quzanlı, Ağdam rayonu – 20 oktyabr 1992, Əliağalı, Ağdam rayonu) — Azərbaycan şəhidi. == Həyatı == Nurəddin Yolçuyev 1963-cü il iyulun 29-da Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib, bir il kolxozda çalışıb. Nurəddin iki illik hərbi xidmətini Almaniyada başa vurub. Əsgərlikdə olduğu müddətdətdə vaxtaşırı Əfqanıstana da ezam edilirdi. Əsgərlik müddəti sona çatdığı zaman hissənin komandanlığı ona hərbi məktəbə getməyi təklif edir, ancaq ailəsi razı olmadığina görə Nurəddin doğulduğu kəndə qayıdaraq kolxozda işini davam etdirir. 1985-ci ildə həm işləmək, həmdə təhsil almaq üçün komsomol putyovkası ilə Rusiyanın Arxangelski vilayətinə gedir. Orada zavodda işə düzəlir, bir neçə ildən sonra, yəni 1990-ci ildə instituta (qiyabi) daxil olur. Xocalı hadisəsindən bir neçə gün sonra, yəni 1992-ci ilin mart ayında Nurəddininin də iştirakı və təşəbbüsü ilə Arxangelskidə yaşayan bir qrup azərbaycanlı və çeçen işləri, təhsillərini atıb Azərbaycana, birbaşa Ağdama hərbi komissarlığına gəlib milli orduya götürülməyi tələb edirlər. Ancaq o zaman hərbi komisarlıqda könüllülər qəbul edilmədiyinə görə onlar Milli Qəhrəman Fred Asifin başçılıq etdiyi dəstəyə qoşulurlar.
Nurəddin İbrahimov
Nurəddin İslam oğlu İbrahimov (16 mart 1951, Buzovna – 10 fevral 1995, Binə) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == İbrahimov Nurəddin İslam oğlu 1951-ci il mart ayının 16-da Bakı şəhərində doğulmuşdur. 1969-cu ildə burada 125 saylı orta məktəbi bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə Rusiyanın İrkutsk şəhərinin milis idarəsində işə qəbul olunmuşdur. 1988-ci ildə burada İrkutsk şəhər cinayət axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycanda baş verən hadisələrə biganə qalmayan Nurəddin 1990-cı ildə Bakıya gəlmiş, sonra isə Laçın rayon milis idarəsində sahə müvəkkili işləməyə başlamışdır. == Döyüşlərdə iştirakı == O, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, bu döyüşlərin birində ağır yaralanmışdır. Müalicə olunandan sonra Bakının Əzizbəyov rayonunun polis idarəsində işini davam etdirmişdir. Buna baxmayaraq o, yenə də tez-tez cəbhəyə yollanmış, qızğın döyüşlərə girmişdir.
Nurəddin Şıxalıyev
Nurəddin Əfrəddin oğlu Şıxəliyev (29 dekabr 1998, Qızılağac, Salyan rayonu – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == İlk illəri == Nurəddin Əfrəddin oğlu Şıxəliyev 29 dekabr 1998-ci il tarixində Azərbaycanın Salyan rayonunda yerləşən Qızılağac kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Pirasora kəndindəndir. == Hərbi xidməti == Nurəddin Şıxalıyev 2020-ci ilin sentyabr ayının 21-də Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nurəddin Şıxalıyev müharibə boyunca ön cəbhədə vuruşmuş, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüşlərdə yaralanmış, buna rəğmən digər yaralı əsgərlərə yardım etmişdir. Nurəddin Şıxalıyev noyabrın 6-da, 23 yaşında Şuşa yaxınlıqlarında həlak olmuşdur. O, noyabrın 7-də dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nurəddin Şıxəliyev
Nurəddin Əfrəddin oğlu Şıxəliyev (29 dekabr 1998, Qızılağac, Salyan rayonu – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == İlk illəri == Nurəddin Əfrəddin oğlu Şıxəliyev 29 dekabr 1998-ci il tarixində Azərbaycanın Salyan rayonunda yerləşən Qızılağac kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Pirasora kəndindəndir. == Hərbi xidməti == Nurəddin Şıxalıyev 2020-ci ilin sentyabr ayının 21-də Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nurəddin Şıxalıyev müharibə boyunca ön cəbhədə vuruşmuş, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüşlərdə yaralanmış, buna rəğmən digər yaralı əsgərlərə yardım etmişdir. Nurəddin Şıxalıyev noyabrın 6-da, 23 yaşında Şuşa yaxınlıqlarında həlak olmuşdur. O, noyabrın 7-də dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nurəddin Ədiloğlu
Nurəddin Ədiloğlu (Nurəddin Ədil oğlu Muğanlı; 1 fevral 1958, Xırmandalı, Masallı rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001) == Həyatı == Nurəddin Ədiloğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" adlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb. 1999–2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin cənub bölgəsi üzrə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995–2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb.
Nurəddin Əliyev
Nurəddin (Nuriddin) Məcid oğlu Əliyev (2 aprel 1920, Petrovsk-Port, Dağıstan vilayəti – 28 noyabr 1991, Bakı) — SSRİ-nin əməkdar təyyarəçisi (1966), Lenin, Oktyabr inqilabı, Qırmızı ulduz ordenləri laureatı, polkovnik. == Həyatı == Nurəddin Məcid oğlu Əliyev 2 aprel 1920-ci ildə Mahaçqala şəhərində anadan olmuşdur. 1937–1938-ci illərdə Bakı aeroklubunda U-2 üzrə pilotluq kursu keşmişdi. 1938-ci ildə Batay Yay pilotluq məktəbinə göndərilmişdi. 1940-cı ildə bu məktəbi uğurla bitirmişdi. O, pilot kimi İ-15, İ-16 təyyarələrində uçuşlara başlamışdı. II Dünya müharibəsində iştirak etmişdi. İl-2 təyyarəsinin sükanı arxasında Stalinqrad döyüşündə faşist təyyarələrinə qarşı vuruşmuşdu. 243-cü (78-ci) aviaalayın tərkibində uçuşlara qatılmışdı. Stalinqrad (Volqaqrad) ətrafında düşmənin 10 tankını, 2 zirehli maşınını, 5 zenit qurğusunu, 26 avtomaşınını, 190 yaxın zabit və əsgər heyətini məhv etmişdi.
Qütbəddin Məhəmməd
Qütbəddin Məhəmməd (Farsça: قطب الدين محمد; ö. 1127, Harezm), 1097–1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşah hökümdarı. Anuş Təkinin böyük oğluydu. 1097-ci ildə Böyük Səlcuq sultanı Börkiyaruq tərəfindən "xarəzmşah" titulu ilə atası kimi Xorasan hakimliyinə təyin edildi. 1127-ci ildə ölümündən sonra yerinə böyük oğlu Əlaəddin Atsız keçdi. Anuş Təkinin vəfatından sonra Səlcuq Sultanı Səncər tərəfindən Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd də atası kimi Səlcuq sarayında yetişmiş, saray tərbiyəsi və dövlət idarəçiliyi elmləri almış, göstərdiyi uğurlar ilə atası kimi göz dolduraraq yüksəlmişdi. Anuş Təkinin vəfatından sonra Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd, xalqına ədalətli və mərhəmətli davranaraq Xarəzm xalqının hörmətini və etibarını qazandı. Buna görə də, Xarəzm zadəganları, Qütbəddin Məhəmmədi şəriksiz bir lider olaraq görməyə başlamışdılar. Səlcuq Dövləti ilə inkişaf edən ticarət də Xarəzm xalqını iqtisadi olaraq yüksəltmiş, firavan bir həyat sürən Xarəzm xalqı da Qubernatorları Qütbəddin Məhəmmədə bağlı qalmışdılar. Qütbəddin Məhəmməd dövründə çətin günlər yaşamaqda olan Böyük Səlcuq Dövləti, bölgədəki siyasi proseslər səbəbinə görə Xarəzm bölgəsini uzaqdan idarə etməkdə, sədaqətini sübut etmiş və sadiq bir qubernator olan Qütbəddin Məhəmməd də mərkəzi idarədən birbaşa təlimat almadan Xarəzm bölgəsinin idarəsini həyata keçirirdi.
Qütbəddin Şirazi
Qütbəddin Şirazi (1236–1311; farsca:قطب‌الدین محمود بن مسعود شیرازی) — iranlı, Nəsirəddin Tusinin şagirdi və alim idi == Həyatı == Qütbəddin Mahmud ibn Ziyaəddin Məsud ibn Müslih Şirazi 1236-cı ilin oktyabr ayında Kazerunda anadan olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni Şirazda təbib işləmişdir. Alim ilk təhsilini atasından almış, 1250-ci ildə onun vəfatından sonra təhsilini Şirazda əmisi Kəmaləddin Əbdülxeyr Kazəruninin, Şəmsəddin Kütübinin, Şərəfəddin Zəki ər-Rukşəvinin və dövrünün başqa tanınmış alimlərinin yanında davam etdirmişdir. Qütbəddin Şirazi 1260-cı (hicri 658-ci) ildə, yaxud 1263-cü (hicri 661-ci) ildə biliyini təkmilləşdirmək üçün Marağaya, Nəsirəddin Tusinin yanına getmişdir. O, Marağa rəsədxanasında çalışmaqla yanaşı, Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Marağada alim kimi böyük nüfuz qazanmışdır. Qütbəddin Şirazi alim kimi məşhur olmaqla bərabər, siyasi xadim kimi də tanınmışdır. O, XIII əsrin 60-ci illərindən etibarən ictimai-siyasi fəaliyyətə başlamışdır. Filosof Marağada biliyini mükəmməlləşdirdikdən sonra elxanın sərəncamı ilə Xorasana və paytaxtı İsfahan şəhəri olan fars İraqına səfər etmişdir. Burada alimlərin himayəçisi, İsfahan hakimi Bahəddin Məhəmməd Cüveyni ilə tanış olmuşdur.
Qütbəddin Əbhəri
Şeyx Qütbəddin Əbhəri – məşhur sufi alimi, əbhərilik təriqətinin qurucusudur. Tam adı Əbu Bəkr ibn Əhməd ibn Məhəmməd Əbhəridir. Məhəmməd Əbhəri Səmərqənd yaxınlığında Əbhər kəndində doğulmuş, Marağada yaşamışdır. Elm öyrənmək üçün Azərbaycana gəlmiş ,oradan Bağdada köçmüşdür. Başqa bir görüşə görə müxtəlif elmlərdə söz sahibi olduğu ,yəni bəhrəsi olduğundan ona bərəli anlamında Əbhəri deyilmişdir. Şeyxin zahiri elmlərdə müasirləri arasında üstün bir yerdə olduğunu dövrün üləması da təsdiq etmişdir. Təriqət əhli içərisində əbhərilik təriqətinin qurucusu və piri olaraq mühüm bir yerə sahibdir. 1225-ci ildə Şamda vəfat edib. Məzarı Şam şəhərində öz təkyəsinin içərisindədir.
Sucəddin Mirzəyev
Mirzəyev Sucəddin Qiyas oğlu — azərbaycanlı aktyor. == Həyatı == Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olmuşdur. İlk təhsilini II Yeddioymaq kəndində , hazırda T. Bayraməlibəyov adını daşıyan orta məktəbdə almışdır . 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır. === Şəxsi həyatı === Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var. === Qalareya === Teatr tamaşaları şəkilləri == Mükafatları == 25 iyun 2013-cü ildə prezident İlham Əliyevin fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Tamaşalar == Əziz Nesin "Üç yeriyən bədbəxlik" -- Fağır Ə. Nesin "İntihar" — Müştaq bəy Eldar İskəndərzadə "Qalxın, məhkəmə gəlir" --Mətin Xədicə Murad " Artan dovlətinin hekayəti" -- Elgüc Şıxəli Qurbanov "Özümüz bilərik" - Mİriş Süleyman Rüstəm "Durna" - Murad Əbdürrəhimbəy Haqverdiyev "Xortdanın cəhənnəm məktubları" - Hacı Kamyab Fikrət Qoca "Məhkumlar" - Babək Kamran Nəzirli "Şeytan işığı" - Con Şonvis Moris Meterlinq "Korlar" II kor Ramiz Xəlilzadə "Zulus həmayili" --Tennis Rensburq Aleksandr Çxaidze "Çinari manifesti" Qoqi Georgi Xuqayev "Andro ve Sandro" - Dudar Salam Qədirzadə "Şirinbala bal yığır" --Ağaəmi Mar Bayciyev "Toy şənbə günüdür" - Boruş Monkoloyev Qoqol "Müfəttiş" -- Osip Əhmədxan Abubakar "Dulusçu haqqında dastan" -- dilənçi Şiller _ Qaçaqlar -- Şveytser S. Mixalkov "Bahalı oğlan" — Jora Timoxin H. Abbaszadə "General" — Həzi Aslanov H. İbsen "Kuklalar" — Doktor Rank L. Korsunski "Fırıldaqçı" — Ata N. Vəzirov "Hacı Qənbər" -Əşrəf bəy Anar "Şəhərin yay günləri" — Namiq C. Cabbarlı "Sevil" — Balaş N. Nərimanov "Nadir şah" — Şah Təhmas Ə. Haqverdiyev "Bəxtsiz cavan" — Fərhad S. Vurğun "Vaqif" — Əli bəy E. L. Voyniç "Ovod" — Ovod H. Mirələmov "Vicdanın hökmü" — Rəhim H. Mirələmov "Pənah xan Cavanşir" — Allahqulu H. Mirələmov "Ləyaqət" — Kolya X. Murad "Ucalıq" — Mayor İlyas Əfəndiyev "Büllur sarayda" — Bayandur A. Zeynalov "Zəncirlənmiş toy busat" — Şah H. Allahyarov "Bir ovuc torpaq" — Azad Y. Əzimzadə "Nəsrəddin" — Nəsrəddin Sofokl "Şah Edip" — Edip Elçin "Mənim sevimli dəlim" — Ədəbi işçi V. Səmədoğlu "Mamoy kişinin yuxuları" — Fərhad müəllim M. Xubai "Şeytanın oyunları" — Britannik və sair. Qriqori Qorin "Herostratı unudun" — Herostrat Əli Vəlioglu "Əsrlərin harayı" — Harpaq C. Cabbarlı "Vəfalı Səriyyə" — Səfər M.F. Axundzadə "Hacı Qara" — Hacı Qara M.F. Axundzadə "Hekayəti-xırs-quldurbasan" -- Oruc M. F. Axundzadə "Hekayəti-vəziri-xani-Lənkəran" -Teymur aga Əli Fəhmi "Qanlı namə" — Mürşüdqulu xan Visnevski "Nikbin faciə" — Odessalı Beyzai "İlan sultan" — salnaməçi K. Abdulla "Casus" — Qazan xan M. Əliyev "Prokuror" — Səlimxan Q. Nəcəfzadə "İki 23 arasında" ( 2023) Sücəddin Mirzəyevin oynadığı Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən" və C. Məmmədquluzadənin "Ölülər" tamaşaları Azərbaycan Dövlət Televiziyasında "Qızıl fond"da saxlanılır.
Suliddin Həsənov
Suliddin Abbas oğlu Həsənov (1 yanvar 1972, Qoşabulaq, Gədəbəy rayonu – 17 oktyabr 1993, Yusifcanlı, Ağdam rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsənov Suliddin Abbas oğlu 1972-ci il yanvar ayının 1-də Gədəbəy rayonun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olub. 1980-ci ildə Gədəbəy rayonunun 2 saylı Qoşabulaq kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1990-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib. 1990–1991-ci illərdə Rusiyaya hərbi xidmətə gedib. Qayıtdıqdan sonra 1992-ci ildə könüllü olaraq Qarabağ hərbi hissəsinə döyüş bölgəsinə gəlib. 1993-cü il 17 oktyabrda Ağdamın Yusifcanlı kəndində şəhid olub. Qoşabulaq kənd 2 nömrəli orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya yollanan Suliddin məqsədinə nail ola bilmir. === Təhsili === 1980-ci ildə Gədəbəy rayonunun 2 saylı Qoşabulaq kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1990-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib.