Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı.DigərGünay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Günay Ağakişiyeva
Günay Ağakişiyeva — 12 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıda Avropa Çempionatının bürünc mükafatçısıdır. == Karyerası == Günay Ağakişiyeva ilk uğurunu 2005-ci ildə qazanmışdır. O Bakıda Gənclərin Avropa Çempionatında yalnızca finalda məğlub olaraq gümüş medal qazanmışdır. Günay Ağakişiyeva daha sonra isə böyüklərin yarışında uğurlar qazanmışdır. O 2013-cü ildə İndoneziyanın Palembang şəhərində İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olmuşdur. Bu uğurdan 1 il sonra isə yenə də Bakıda Avropa Çempionatında medal qazanmışdır. Bu dəfə o böyüklərin Avropa Çempionatında bürünc medal qazanmışdır. 2015-ci ilin iyun ayında Günay Ağakişiyeva özünün ən ciddi yarışında iştirak etdi. O Bakıda 2015 Avropa Oyunlarında qüvvəsini sınadı.
Günay Kazımzadə
Günay Kazımzadə — "Google" şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi, Almaniyada süni zəka üzrə "ilin gənc tədqiqatçısı" seçilmişdir, prezident mükafatçısı, "Femmes Digitales – Azərbaycan qadınları İKT-də" klubunun üzvü. == Həyatı == Günay Kazımzadə 1991-ci ildə Bakıda anadan olmuşdur. Uşaqlıqdan fizika, riyaziyyat, dəqiq elmlərə böyük marağı olmuşdur, oxuma və yazmağa 4 yaşından başlamışdır. 5 yaşından şahmatla məşğul olmağa başlamışdır. Daha sonra Respublika Təsnifat Turnirində ikinci yerin qalibi olmuşdur. === Təhsili === 2008–2012-ci illərdə Moskva Dövlət Universitetinin Bakı filialında tətbiqi riyaziyyat və kompüter elmləri fakültəsində təhsil alır. 2012-ci ildə kompüter elmləri sahəsində Almaniyanın magistratura üzrə DAAD və Dövlət təqaüdünü qazanmışdır. Günay Kazımzadə dövlət dəstəyi ilə Almaniyanın Bonn Universitetində Kompüter Elmləri üzrə təhsil almışdır. 2018-ci iildən Berlin Texniki Universitetində Komputer Elmləri üzrə doktorantura təhsili alır, paralel olaraq Berlin Texniki Universitetində tədqiqatçı kimi çalışmışdır. 2021-ci ildə Oksford Universitetinin idarəçilər üçün Süni Zəka üzrə xüsusi proqramını müvəffəqiyyətlə başa vurmuşdur.
Günay Mehdizadə
Günay Zebic (Mehdizadə) (tam adı: Gunay İsrail qızı Mehdizadə; d. 18 iyun 1981, Bakı şəh.) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının “Qardaş Məktəb” layihəsinin ideya müəllifi, təşkilatçısı. Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan “Atatürk Portreti” əsərinin müəllifi. == Haqqında == Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır.Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadənin tələbəsi olub. 2011-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2012-ci ildə Günay Mehdizadənin “Milli Qablar” əsəri Dünya Uşaq Ensiklopediyasına qeydə alındı. Rəssamın 2012-ci ildə qələmə aldığı “Novruz” əsəri “Azərbaycan Təsviri Sənətində Tarix və Şəxsiyyət” kitabına salınmışdır. 2013-cü ildə Beynəlxalq yarışmanın qalibi olan Günay Mehdizadə 2014-cü ildə Türkiyədə dördüncü Beynəlxalq Canlı Rəsm Simpoziumunda Azərbaycanı təmsil etdi. Əsərləri 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində böyük tamaşaçı rəğbəti qazanmışdır.
Günay Məmmədzadə
Günay Vüqar qızı Məmmədzadə (19 iyun 2000, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2014), kişilər arasında beynəlxalq usta (2018), qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya (10 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 14 yaşadək) çempionu. 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü. Yığmanın heyətində Olimpiada (2016, 2018, 2022), dünya (2017, 2021) və Avropa (2017, 2019, 2021) çempionatlarının iştirakçısı. 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrosmeyster adına yiyələnmiş və bununla da Azərbaycan qadın şahmatı tarixində belə gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olmuşdur. 2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülmüşdür.Günay Məmmədzadə FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb. O, FİDE-nin reytinq siyahısında əmsalına (2483, oktyabr 2022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır. 2007, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub. 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi olub. 2012-ci ildə "İlin ən yaxşı qız şahmatçısı" nominasiyası üzrə respublika müsabiqəsinin qalibi olub. == Uşaqlığı və şahmata başlaması == Günay Məmmədzadə 19 iyun 2000-ci ildə Bakı şəhərində anadan olub.
Günay Qaraağac
Günay Qaraağac- Prof. Dr. Günay Qaraağac (İzmir-1949), Türk dil alimidir. == Həyatı == Günay Qaraağac 1967-ci ildə girdiyi İstanbul Universiteti Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümündən 1971-də məzun oldu. 1972-1975-ci illərində İzmir-Bərgama Liseyində, 1975-1978-ci illərdə İstanbul Ticarət Liseyində ədəbiyyat müəllimi işləmişdir. == Elmi fəaliyyəti == 1978-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Umumî Türk Dili Kürsüsünə disserant təyin edildi. 1983-cü ildə Lutfî Divanı adlı doktorluq işini tamamlayaraq "elmlər doktoru" adını aldı. 1984-1987 illərdə Macaristan-Budapəştədəki Eötvös Lorand Universitetində Türk dili tədris etdi. 1987-ci ildə, Əgə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümündə yardımcı dosent olaraq işlədi. 1989-da dosent, 1995 ilində də professor oldu.
Günay İbrahimli
Günay Xəlil qızı İbrahimli (10 fevral 1991, Füzuli) — azərbaycanlı müğənni. Günay İbrahimli Füzuli şəhərində dünyaya gəlib. İki yaşında Qarabağ müharibəsi nəticəsində işğal altına düşmüş Füzulini tərk edib, ailəsi ilə birgə Bakıya məskunlaşıb və paytaxtda böyüyüb. Bakı şəhəri, 70 saylı orta pilot lisey məktəbinin məzunudur. İkinci sinifdə oxuyarkən yeddiillik musiqi məktəbində forte-piano üzrə təhsilini başa vurur. 2006-cı ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olur və 2010-cu ildə fotre-piano üzrə təhsilini başa vurur. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada müğənnisi fakültəsinə daxil olub, 2014-cü ildə təhsilini başa vurub. Azərbaycanlıdır. İfa üslubu pop janrıdır. Müğənni kimi 2007-ci ildən bəri fəaliyyət göstərir.
Günay Əhməd
Günay Əhməd — Azərbaycanın teatr və kino aktrisası. == Həyatı == Gunay Əhməd 1985-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1987-ci ildə ailəsi ilə birgə Rusiyann Kursk vilayətinə daha sonra 1992-ci ildə Bakı şəhərinə köçürlər. 1992-ci ildə "Karate Do" daha sonra Azərbaycan milli rəqslərinin sirrlərini öyrənir. 2002–2005-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Kütləvi tədbirlər rejissor" fakültəsində təhsil alır.2005–2006-cı illərdə Cabir Novruz Fondunun nəznində "CNF production"da prodüsser kimi çalışıb. Həmin illərdə bir neçə klip ve reklamlarda çəkilir.2012-ci ildən aktrisa kimi fəaliyyətinə davam edir. İlk çəkildiyi serial "Sirr"serialı olur. 2014-cü ildə xalq artisti Pərviz Məmmədrzayevin köməyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəznində yaranan studiyada fəaliyyət göstərib. 2015-ci ildə xalq artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr"in üzvü olur. Hazırda "M-Teatr" ilə yanaşı seriallarda ve filmlərdə çəkilir.
Günyə (bürc)
Günyə (lat. Norma) — göyün cənub yarımkürəsində bürc.
Ərtoğrul Günay
Ərtoğrul Günay (türk. Ertuğrul Günay; — 1 mart 1948, Ordu) — Türkiyəli hüquqşünas, siyasətçi, iki dəfə Türkiyə Böyük Millət Məclisinin üzvü, eyni zamanda 2007–2013-cü illərdə Türkiyənin Mədəniyyət və Turizm naziri. 1992–1994-cü illər arasında Cümhuriyyət Xalq Partiyasında baş katib vəzifəsini icra etmişdir. 2004-cü ildə CHP-dən qovulmuş və 2007-ci ildə Ədalət və İnkişaf Partiyasına keçmişdir. Elə həmin il keçirilən ümumi seçkilərdə bu partiyadan millət vəkili seçilib. Türkiyə Cümhuriyyətinin 60 və 61-ci Hökumətlərində Mədəniyyət və Turizm Naziri vəzifəsində çalışmışdır. 2013-cü ilin sonunda 17 dekabr istintaqında alınan bəzi qərarları əsas gətirərək Ədalət və İnkişaf Partiyasından istefa vermişdir. == Həyatı == Ərtoğrul Günay 1 Mart 1948-ci ildə Ordu şəhərində anadan olub. 1969-cu ildə İstanbul Universiteti Hüquq Fakültəsini bakalavr dərəcəsi ilə bitirmişdir. 1977-ci ildə ən gənc deputat olaraq Cümhuriyyət Xalq Partiyasından Böyük Millət Məclisinin üzvü seçilmişdir.
Günay Rzayeva
Günay Rzayeva (tam adı: Günay Tapdıq qızı Rzayeva; d. 29 yanvar 1990; Naxçıvan şəhəri, Azərbaycan) — Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman). == Həyatı == Günay Rzayeva 29 yanvar 1990-cı ildə Naxçıvan şəhərində anadan olub. == Təhsili == 2008-ci ildə Naxçıvan Qızlar Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 2008-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakultəsində Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır. == Fəaliyyəti == 2011-2014-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində böyük mütəxəssis-dəftərxana müdiri, 2014-2015-ci illərdə hakim köməkçisi vəzifəsində çalışmışdır. 2020-2021-ci illərdə Babək Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 2021-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.
Aşıq Günay Ulduz
Aşıq Günay Ulduz (Günay Murad oğlu Ulduz; 1954, Türkiyə) — Türk aşıq. == Həyatı == Aşıq Günay Ulduz 1954-cü ildə Türkiyənin Arpaçay qəzasının Qaraxan kəndində doğulmuşdur.İlk təhsilini doğma kəndində, orta təhsilini və liseyi isə Qars Alpaslan Liseyində bitirmişdir. Aşıqlıq sənətinə və şeirə bağlılığı kiçik yaşlarından başlamış və liseydə oxuyarkən şeir yazmağa, aşıqlığı öyrənməyə başlamışdır. Bir neçə il atası Qaraxanlı Aşıq Murad Ulduza şəyirdlik edərək bu sənəti ondan yetərincə öyrənmişdir. Xüsusilə liseydə oxuduğu illərdə iştirakçısı olduğu aşıq məclislərində özünü daha da tanıtdırmışdır. Liseyi bitirdikdən sonar Hocattəpə Universitetinin sosial biliklər fakültəsinin arxeoloji ixtisasına qəbul olmuşdur. 2 il burada təhsil aldıqdan sonra aşıqlıq sənətinə bağlılığına görə və ailə başçısı olduğuna görə universiteti tərk etmişdir. Bir il doğma kəndində müəllim işlədikdən sonra aşıq araşdırıcısı və tədqiqqatçısı kimi fəaliyyətə başlamışdır. Şeirləri müxtəlif araşdırmalarda yer alan Günay Ulduz 1971-ci ildən bu günə qədər bir çox yarışmalara və şənliklərə qatılmış, müxtəlif ordenlər almışdır. 1996-cı ildə Qars Xalq Aşıqları Aşıq Şenlik Mədəniyyət və Yaşatma birliyini yaradaraq yox olmaqda olan aşıq mədəniyyətini, sənətini və aşıqları xalqa tanıtmağa, təbliğ etməyə başlamışdır.
Günay Kazımova (aparıcı)
Kinayə
Kinayə — komizm üsullarından biri, fikrin ifadəsi üçün sözün, ifadənin, cümlənin əks mənada işlədilməsi. Ərəb sözü olub, “dolayı yolla məna ifadə edən söz; tənə ilə söylənən söz” mənasında işlənir. Fikrin ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması kinayə adlanır. Kinayənin əsas xüsusiyyəti odur ki, söz, ifadə iki mənada başa düşülə bilir, lakin müstəqim məna deyil, əks, neqativ məna əsas götürülür. Əsas məna ilə əks məna arasında ziddiyyət nə qədər kəskin olarsa, kinayə də o qədər güclü olur. Kinayə gülüş yaratma üsullarından biri kimi, həm yumora, həm də satiraya xidmət edir, lakin daha çox satirik xarakter daşıyır. Kinayədən komizm üsulu kimi istifadə tarixi çox qədimdir. Hələ vaxtilə “Mən onu bilirəm ki, heç nə bilmirəm” deyən qədim yunan filosofu Sokrat kinayəli nitqdən geniş istifadə etmişdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının yaradıcılığında fikrin kinayəli ifadəsi mühüm yer tutur. Kinayədə, adətən, mənfi bir cəhət müsbət görünüşlə təqdim olunur.
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. KəndlərGüney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə)ŞəxslərYılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Ağız güneyi
Ağız guneyi — Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində yüksəklik; Ağız guneyi — Qubadlı rayonu ərazisində yüksəklik.
Gülarə Azaflı
Gülarə Azaflı (tam adı:Zeynalova Gülarə Mikayıl qızı; 21 mart, 1959, Azaflı, Tovuz rayonu, Azərbaycan SSR) — Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, Aşıq Pəri Məclisinin sədri (2000). == Həyatı == Gülarə Azaflı 21 mart 1959-cu ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1976-cı ildə Tovuz rayonu Azaflı kənd tam orta məktəbini, 1983-cü ildə Tovuz Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1983-1994-cü illərdə Gəncə Pedaqoji İnstitutunda "Çeşmə" folklor ansamblının bədii rəhbəri olub. 1985-ci ildə Gənc ozanların Gəncə şəhərində keçirilən 3-cü ümumittifaq festivalının laureatı adını qazanıb. 1984-cü ildən Aşıq Pəri Məclisinin üzvü, 2000-ci ildən isə sədridir. Azərbaycanın bir sıra incəsənət xadimləri ilə birlikdə 1989-cu ildə İraqda, 1991-ci ildə isə Almaniyada dostluq görüşlərində iştirak etmişdir. Sonrakı 1995-1996-cı illərdə İran, İraq, Türkiyədə keçirilən müxtəlif tədbirlərdə və festivallarda iştirak edib. 2005-ci ildə Amerikanın San-Fransisko şəhərində keçirilən Dünya folklor festifalında müvəffəqiyyətlə çıxış etmişdir. 2006-cı ildə Çıldırda keçirilən "Aşıq Şenlik" festifalında, Karsda keçirilən "Akyaka Tarım" festifalında iştirak edib, ən yüksək mükafat və fəxri diplomlar alıb.
Gülarə Cabbarlı
Gülarə Cəfər qızı Cabbarlı (11 fevral 1930, Bakı – 12 fevral 2018, Bakı) — filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olub. Dramaturq Cəfər Cabbarlının qızıdır. "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri. == Həyatı və fəaliyyəti == Gülarə Cabbarlı 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş "Cəfər Cabbarlı Mükafatı"nı, yazıçının əsərlərinin toplandığı "Mənim tanrım—gözəllik", "XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu" adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət "Azad bir quşdum" adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri olmuşdur.Gülarə Cabbarlı 2018-ci ildə 88 yaşında dünyasını dəyişmişdir. == Mükafatları == 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.
Gülnarə Kərimova
Gülnərə İslam qızı Kərimova (özb. Гульнора Исломовна Каримова, Gulnora Islomovna Karimova; 8 iyul 1972, Fərqanə) — Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun qızı; Özbəkistanın İspaniyadakı səfiri (yanvar 2010 - iyul 2012) == Həyatı == Gülnarə Kərimova 1972-ci il iyulun 8-də Fərqanədə anadan olub. 1991-ci ildə tanış olduğu Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. 2001-ci ildə onların nikahı dağıldı. Boşanma prosesi iki il davam etdi. 1993-cü ildə bu nikahdan oğlu İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib. == Fəaliyyəti == 2008-ci ilin fevralında mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini təyin edilib. O, həmçinin Nyu-Yorkun "Fashion Institute of Technology" dizayner kursunun məzunu, "Guli" brendinin sahibdir. 2010-cu ildən Özbəkistanın İspaniyadakı səfiri vəzifəsində çalışır. 2008-ci ildən Özbəkistanın BMT və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi işləyir.
Gülnarə Nəbibəyova
Gülnarə Nəbibəyova — texnika üzrə fəlsəfə doktoru, AR Elm və Təhsil Nazirliyi-nın İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri. == Həyatı == Gülnarə Çingiz qızı Nəbibəyova 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir. Gülnarə Nəbibəyova Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda proqramçı, AEA AİS şöbəsində böyük mühəndis, daha sonra isə aparıcı mühəndis vəzifələrində işləmişdir. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Gülnarə Nəbibəyova avtomatlaşdırılmış idarə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuş, ”ETM pasportları”, TPAİS və digər sistemlərin proqram təminatının yaradılmasında iştirak etmişdir. İnformasiya texnologiyaları istiqamətində analitik informasiya və veb-texnologiyaların problemləri ilə bağlı elmi-nəzəri və praktiki işlər görmüş: xarici siyasət sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi üzrə tədqiqatlar və bununla bağlı Verilənlər anbarı, OLAP və Data Mining texnologiyaları üzrə araşdırmalar aparmışdır. 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi" mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Gülnarə Nəbibəyova elektron demografiya sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi üzrə tədqiqatlar və bununla bağlı Verilənlər anbarı, OLAP və Data Mining texnologiyaları üzrə araşdırmalar aparır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsində Dövlət İmtahan Komissiyasının üzvüdür.
Gülnarə Qurbanova
Gülnarə Şıxəli qızı Qurbanova (10 mart 1953) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Gülnarə Qurbanova 1953-cü il martın 10-da Şıxəli və Xavər Qurbanovların ailəsində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano şöbəsində təhsil alıb. Fəlsəfə elmləri doktorudur. İngilis və rus dillərini bilir. Bitərəfdir. 1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində 8 nömrəli Yasamal III dairəsindən bitərəf namizəd olan Gülnarə Qurbanova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Gülnarə Qurbanova Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Gülnarə Xəlilova
Gülnarə Vidadi qızı Xəlilova (3 iyun 1972, Bakı) — modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru. "Gülnarə Xəlilova Moda Evi"-nin və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri. == Həyatı == Gülnarə Vidadi qızı Xəlilova 1972-ci ildə 3 iyun tarixində Bakı şəhərində anadan olub. Ümumi orta təhsilini Xətai rayonundakı 260 nömrəli məktəbdə medalla başa vurmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Pedoqoji fəaliyyətlə paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərən Gülnarə Xəlilova 2002-ci ildən başlayaraq Respublika və Beynəlxalq miqyaslı sərgilərdə, elmi konfranslarda yaradcılıq işləri və onların mahiyyətini açıqlayan məruzələrlə çıxış etmişdir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Elə həmin ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi müasir folklor qruplarında milli geyim ənənələri üzrə tədqiqat aparmışdır.
Gülnarə Əhmədova
Gülnarə Əhmədova (tam adı: Gülnarə Allahverdi qızı Əhmədova; 20 oktyabr 1959, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. == Ümumi məlumatlar == Gülnarə Allahverdi qızı Əhmədova 1959-cu il oktyabrın 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakıdakı 134 №-li orta məktəbi bitirmiş və Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1982-ci ildə həmin fakültəni "Neft və qazın kimyəvi emalı" ixtisası üzrə bitirmiş (ona mühəndis kimyaçı-texnoloq kvalifikasiyası verilmişdir), təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) işə göndərilmişdir. Elmi fəaliyyətə akademik V.S.Əliyevin rəhbərlik etdiyi laboratoriyada mühəndis vəzifəsində başlamışdır. 1986–1989-cu illərdə həmin laboratoriyada qiyabi aspirantura təhsili keçmiş, akademik V.S.Əliyevin və k.e.n. Z.H.Əsədovun rəhbərliyi ilə dissertasiya işini yerinə yetirmişdir. G.A.Əhmədovanın namizədlik işi neft sənayesində müxtəlif məqsədlərlə istifadə oluna bilən akrilat tipli oliqomer və polimer təbiətli yeni səthi-aktiv maddələrin (SAM) alınmasına, tədqiqinə və tətbiqinə yönəldilmişdir. Alınmış SAM-lar yeraltı laylardan neftin sıxışdırılıb çıxarılma əmsalının artırılmasında, neft quyularının qazılması zamanı qazma məhlullarının fiziki-mexaniki göstəricilərinin stabilləşdirilməsində, qazma zonasının izolə edilməsində, ətraf mühiti hidrogen sulfidlə çirkləndirən sulfatreduksiyaedici bakteriyaların həyat fəaliyyətinin qarşısının alınmasında yüksək effektivlik göstərmişlər.
Gülnarə Əsgərova
Nara Nağıyeva (Gülnara Əsgərova; Naxçıvan) — teatr və kino aktrisası, dramaturq. == Həyatı == Dramatik amplualı peşəkar teatr və kino aktrisası, psixoloji səpkili rollar ifaçısı. Azərbaycan, rus, türk, ingilis dillərini bilir.
Cuniyə
Cuniyə (ərəb. جونية‎) — Livanın qərbində şəhər, Kisrəvan—Cübeyl mühafəzəsinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 102,2 min (2012). == Coğrafiyası == Aralıq dənizi sahilində, dağlarlaəhatə olunmuş Cuniya buxtasında, Beyrutdan 20 km şimadadırdadır. Nəqliyyat qovşağıdır. Port. Paytaxt Beyrutu ölkənin şimalı ilə birləşdirən sahil avtomobil yolu Cuniyədən keçir. == Tarixi == Vətəndaş müharibəsinin başlamasından sonra (1975) sürətlə inkişaf etmişdir. == Memarlığı == Cuniyə turizm mərkəzidir; sahil boyunca çox saylı hotellər, restoranlar, əyləncə kompleksləri (o cümlədən Yaxın Şərqdə ən iri kazinolardan biri “Kazino dü Liban”) var. Şəhərin görməli yeri ətrafında 20-dək monastır və kilsənin (ən qədimi Paduyalı Müqəddəs Antoni kilsəsi, 1628) yerləşdiyi Müqəddəs Məryəm heykəlidir (tunc, 19-cu əsrin sonları).
Genaïe
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. == Neft sənayesi == Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Duaye
Duaye (fr. Doyet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03104. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1234 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 738 yaşlı (15-64 yaş arasında) 513 nəfər iqtisadi cəhətdən fəal, 225 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.5%, 1999-cu ildə 67.5%). Fəal 513 nəfərdən 454 nəfər (247 kişi və 207 qadın) işləyir, 59 nəfər işsizdir (34 kişi və 25 qadın). 225 hərəkətsiz 50 nəfər arasında şagird və ya tələbə, 78 nəfər təqaüdçü, 97 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Quzay
Quzey — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Bəndər Genave
Bəndər Günavə — İranın Buşehr ostanının şəhərlərindən və Günavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 59,291 nəfər və 12,548 ailədən ibarət idi.