Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jefferson Parish
Jefferson County və ya Jefferson Parish (fransız: Paroisse de Jefferson, ispan: Parroquia de Jefferson) — Amerika Birləşmiş Ştatlarının Luiziana ştatında yerləşən bir mahaldır. 2010-cu il siyahıyaalınması məlumatlarına əsasən vilayətin əhalisi 440,781 nəfər təşkil etmişdir. Vilayətin idarə etmə mərkəzi Qretna şəhəridir.
Qarisi döyüşü
Qarisi döyüşü — gürcülərdən təşkil edilmiş ordu bölmələri ilə Səfəvi ordusu arasında müasir Gürcüstanın Tetritsqaro məntəqəsində 1556-cı ildə baş tutmuş döyüş. == Arxa plan == Hələ XVI əsrin birinci rübündə Səfəvilər Kartli və Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər. Lakin onlar Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah Təhmasibin dövründə başladılar. 1540–1554cü illərdə I Şah Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi. Farsdilli mənbələrə o, o cümlədən Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri 1540–1541, 1546–1547, 1551 və 1554-cü illərə təsadüf edir. Münaqişənin əsası Amasya sülh müqaviləsindən dərhal sonra qoyuldu. Beləki, bu sülh müqaviləsinə görə əsasən gürcülərdən ibarət torpaqlar bu iki imperiya arasında nüfuz dairələrinə bölünürdü. Qərb torpaqları Osmanlı imperiyasının nüfuz dairəsində olmaqla birlikdə, şərqdəki Kartli və Kaxetiya çarlıqları, habelə Samtsxe knyazlığının şərq hissəsi Səfəvi imperiyasının nüfuz dairəsinə daxil olurdu. Lakin bu müqavilə imzalanan zamana qədər artıq uzun illər idi ki, Səfəvi ordusu gürcülərin paytaxtı hesab edilən Tiflis şəhərində yerləşdirilmişdi. == Döyüş == Kartlidəki hökmdar I Luarsab tabe olmaq fikrində deyildi və Amasya sülhünün şərtləri bəlli olduqdan sonra onu tanımadığını elan etdi.
Quran qarisi
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Garıs Əyribənd
Garis Əyribənd (əvvəlki adı: Qarıs Əyribənd) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsi tərkibindəki Qarıs Əyribənd kəndi Garıs Əyribənd kəndi adlandırılmışdır. == Toponimikası == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 719 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarış (dəqiqləşdirmə)
Qarış — Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri. Yuxarı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Aşağı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd.
Larisa
Larisa — Qadın adı. Larisa Xələfova — Aktrisa. Larisa Məmmədova — 20 yanvar şəhidi. Larisa Dolina — SSRİ və Rusiya estrada müğənnisi. Yaşayış məntəqələri Larisa (şəhər) — Yunanıstanda şəhər.
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Aşağı Qarış (Baltas)
Aşağı Qarış (rus. Нижнекарышево, başq. Түбәнге Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Yuxarı Qarış): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (60 %), tatarlar (37 %) üstünlük təşkil edir.
Yuxarı Qarış (Baltas)
Yuxarı Qarış (rus. Верхнекарышево, başq. Юғары Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 22 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 92 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (71 %), tatarlar (28 %) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Filarit Abdulqazimoviç Bakirov (1950—2013) — teatr aktyoru, Başqırdıstanın Respublikası Xalq Artisti (1995). Teatr İşçiləri Birliyinin üzvü (1976). Flora Davletxanovna Axmerova (1928—2004) — yazıçı, diyarşunas, müəllim. RSFSR xalq təhsilində əla işçi (1964).
Paris
Paris (fr. Paris, tələf. Paği) — Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onu Avropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, beləki 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir. == Coğrafiyası == Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var. Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir.
Varis
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Sonuncu qarış (film, 1958)
"Sonuncu qarış" (rus. Последний дюйм) — rejissorlar Teodor Vulfoviç və Nikita Kurixinin filmi. == Məzmun == Sahilboyu Şimali Afrika. Müharibədən sonrakı illər. İşsiz təyyarəçi Ben Esliyə yüksək məbləğə təhlükəli iş olan köpək balıqlarının sualtı çəkilişini tapşırırlar. Benin oğlu Devi atasına yalvarır ki, bu səfərinə onu da aparsın. Ben və onun oğlu Devi uzaq kimsəsiz sahilə gedirlər. Sualtı çəkilişlərin birində Ben ağır zədə alır və bütün işlər Devinin öhdəsinə düşür. Devi atasının və eləcə də özünün həyatını xilas etmək naminə təyyarəni idarə etməli olur. Ben oğluna təyyarəni necə idarə etməyi bir-bir başa salır.
Gürcüstan larisi
Lari (gürc. ლარი) — Gürcüstan Respublikasının pul vahidi. ISO 4217 – ya görə valyutanın kodu – GEL. 1995-ci il oktyabrın 2-də prezident Eduard Şevardnadzenin imzaladığı fərmana əsasən dövriyyəyə buraxılıb. Yeni pul vahidi köhnə kupona 1:1.000.000 nisbətində müəyyənləşdirildi. 1 lari 100 tetri xırda pul vahidinə bərabərdir. 06.11.2018-cı ilə olan məlumata görə 1 Azərbaycan manatı üçün 1,61 lari, 1 ABŞ dolları üçün 2,73 lari məzənnə təşkil etmişdir.Lari sözü Gürcü dilində xəzinə,vardövlət mənasındada işlənir. Hal- hazırda dövriyyədə 1, 2, 5, 10, 20, 50 tetri və 1 lari, 2 lari, 10 metal pullar və 1, 2, 5, 10, 20, 50, 100Ş 200 lari banknotlar istifadə edilir. Həmçinin Gürcüstan Milli Bankı tarixi hadisələrə həst edilmiş müxtəlif nominalda yubiley və investisiya metal lariləri buraxır. === Lari işarəsi === 2014-cü il iyulun 8-də Gürcüstanın Milli Bankının (NBG) qubernatoru Giorgi Kadagidze milli valyutanın əlaməti və onun müəllifi üçün qalib gələn təklifi təqdim etdi. Gürcüstan lari öz əlamətinə malik idi.
Larisa (şəhər)
Larisa (yun. Λάρισα) — Yunanıstanda yerləşən şəhər. Dəniz səviyyəsindən 70 metr hündürlükdə , Pinyos çayının sağ sahilində, Saloniki şəhərinin 120 km cənub-qərbində və Afina şəhərinin 217 km şimal-qərbdə yerləşir. Eyniadlı icmanın (dimosa) , eyniadlı periferiya vahidinin və Fessaliya periferiyanın inzibati mərkəzidir . Əhalisi 144.651 nəfərdir. Afina, Salonik, Patras və İraklion şəhərlərindən sonra 5-ci ən böyük şəhərdir. == Tarixi == Şəhər əsasında dəqiq bir mənbə yoxdur. Bəzi məlumatlara görə, şəhər 4000 ildən çoxdur. Şəhərin pelasqalar tərəfindən qurulduğunu söyləyən qədim yunan miti də var. E.ə.
Larisa Dolina
Larisa Aleksandrovna Dо́lina (qızlıq soyadı Kudelman, ilk evliliyində Mionçinskaya; 10 sentyabr 1955, Bakı) — Sovet və Rus estrada və caz müğənnisi, aktrisa ; Rusiya Federasiyasının xalq artisti (1998) . Üç dəfə milli rus musiqi mükafatı "Ovasiya" (1994, 1996, 1997). Vahid Rusiya partiyasının üzvü. == Tərcümeyi-hal == Larisa Kudelman (Dolina) 10 sentyabr 1955-ci ildə Azərbaycan SSR-in paytaxtı - Bakı şəhərində yəhudi ailəsində anadan olumuşdur. Atası - Aleksandr Markusoviç Kudelman, anası - Qalina İzrailevna Kudelman (qızlıqda Dolina). Üç yaşında valideynləri ilə birlikdə onların doğma şəhərinə - Odessaya köçmüşdür. Altı yaşında Odessa uşaq musiqi məktəbinə daxil oldu və onu 1970-ci ildə violonçel sinfi üzrə bitirmişdir. Odessada orta məktəbi ekstern kimi bitirmişdir . Müğənninin musiqi karyerası 1971-ci ildə "Biz odessitik" estrada orkestrində başladı. Daha sonra Konstantin Orbelyan rəhbərliyi ilə "Ermənistan Dövlət Estrada Orkestri" və Polad Bülbül oğlu rəhbərliyi altında "Azərbaycan Dövlət Estrada Ansamblı" kimi musiqi qrupların solisti olmuşdur .
Larisa Heniyuş
Larisa Antonova Heniyuş (belar. Ларыса Антонаўна Геніюш; 9 avqust 1910-7 aprel 1983) — Belarus şairəsi, yazıçısı və ictimai xadimi. == Həyatı == Larisa Antonova 1910-cu il avqustun 9-da çoxuşaqlı bir ailədə anadan olmuşdur. Polşa məktəbində təhsil almışdır. 1928-ci ildə Polşa gimnaiyasını bitirir. Elə bu illərdə polşa, skandinav, ingilis-klassik kimi dünya ədəbiyyatı ilə tanış olur və şeirlər yazmağa başlayır. 1935-ci il fevralın 3-də Praqada Karlova Universitetində tibb təhsili alan tələbə İvan Qeniyuşla ailə qurur. Oğlu Yuriy dünyaya gəldikdən sonra Praqaya köçür. Şairə ilk şeirlərini 1939-cu ildə berlin qəzetində nəşr etdirir. 1942-ci ildə ilk dəfə onun əsərlərinin yığma kitabı «Ад родных ніў» adı altında işıq üzü görür.
Larisa Karlova
Larisa Karlova (d. 7 avqust 1958; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Larisa Karlova, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal, 1988 Seul Olimpiadasında isə bürünc medal qazanıb. Larisa Karlova həm də Dünya Çempionatlarında 2 qızıl və 1 gümüş medala sahib olub. == Karyerası == Larisa Karlova, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Larisa Karlova növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu. Larisa Karlova sonuncu, üçüncü dəfə Olimpiya Oyunlarına, 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, Norveç yığması ilə 19:19 hesablı bərabərə qaldı və XXIV Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Larisa Latınina
Larisa Semyonovna Latınina (27 dekabr 1934, Xerson, Odessa vilayəti) — Keçmiş sovet gimnastı. 1956–1964-cü illər ərzində 14 fərdi və 4 komanda oyunu üzrə olimpiya medalı qazanmışdır. O, 18 olimpiya medalı ilə 48 il ərzində olimpiya rekordunu öz əlində saxlamış, lakin bu rekord 2012-ci ilin 31 iyulunda amerikan üzgüçü Maykl Felps tərəfindən qırılmışdır. Felpsin ümumi medal sayına görə rekord qırmasına baxmayaraq, Larisa Latınina fərdi oyunlar üzrə 14 olimpiya medalı ilə rekordu öz əlində saxlayır. == Həyatı == Larisa Semyonovna Diriy, 1934-cü ilin 27 dekabrında Ukraynanın Xerson şəhərində anadan olmuşdur. O, əvvəl balerina kimi fəaliyyət göstərmiş, lakin öz xoreoqrafı Xersonu tərk edəndən sonra gimnastikaya maraq göstərmişdir. O, 1953-cü ildə ali məktəbi bitirdikdən sonra Lenin Politexnik İnstitutunda təhsil almaq üçün Kiyev şəhərinə köçmüş, o cümlədən Burevestnik Könüllü İdman Cəmiyyətində gimnastika üzrə məşqlərə başlamışdır. 19 yaşlı Larisa, 1954-cü ildə Roma şəhərində keçirilən dünya çempionatında debüt etmişdir. == Gimnastika karyerası == 1956 Yay Olimpiya Oyunlarında Larisa Latınina, macar Aqnes Keleti ilə birlikdə olimpiadanın ən yaxşı gimnastı olmuşdu. Latınina, Keletini şəxsi çoxnövçülükdə məğlub etmiş və həmçinin sovet yığması komanda hesabında qələbə qazanmışdı.
Larisa Lazutina
Larisa Yevgenyevna Lazutina (rus. Лариса Евгеньевна Лазутина; 1 iyun 1965) — Rusiyalı xizəkçi və ictimai-siyasi xadim. Larisa Lazutina 1992, 1994 və 1998-ci illərdə keçirilən Qış Olimpiya Oyunlarının 5 qat qızıl, 1 qat gümüş və 1 qat bürünc medalçısıdır. Larisa Lazutina 1994-cü ildə "Xalqlar Dostluğu" ordeninə, 1998-ci ildə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına, 2015-ci ildə isə "Şərəf" ordeninə layiq görülmüşdür. Larisa Lazutina 2003-2007 və 2007-2011-ci illərdə Rusiya Parlamentinin deputatı olub. == Həyatı == Larisa Lazutina 1 iyun 1965-ci ildə Rusiyanın Kondopoqa vilayətində anadan olmuşdur. Larisa Lazutina 1972-ci ildə 1 nömrəli məktəbə daxil olub. O 5-ci sinifdən idman ilə məşğul olmaqa başladı. Daha sonra Larisa Lazutina məktəbi bitirdikdən sonra Xabarovsk Bədən Tərbiyəsi İnstitutuna daxil olub. == Karyerası == Larisa Lazutina birinci uğurunu 1985-ci ildə qazandı.
Larisa Luppian
Larisa Luppian (rus. Луппиан, Лариса Регинальдовна; d.26 yanvar 1953; Özbəkistan, Daşkənd) — Sovet və Rus teatr və kino aktrisası, Rusiyanın xalq artisti (1999). Aktyor Mixail Boyarskinin həyat yoldaşı, Sergey Boyarski və Elizabet Boyarskinin anası. Lensovet Teatrının bədii rəhbəri. == Həyatı == 1953-cü ildə 26 yanvar tarixində Daşkənddə anadan olub. 1974-cü ildə Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun İ.Petroviç kursunu bitirib. Lensovet Teatrında işləyir. 1986-1988-ci illərdə Lenin komsomolu Leninqrad Teatrında (1991-ci ildən - Baltik Evi Teatrı) çalışmışdır. Televiziyada "Teatr Dürbülər" televiziya proqramına rəhbərlik etmişdir. === Ailəsi === Luppian soyadı latın mənşəlidir və "səssiz canavar" deməkdir.
Larisa Mixaylova
Larisa Mixaylova (d. 13 iyul 1981) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Larisa Mixaylova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Larisa Məmmədova
Larisa Məmmədova (tam adı: Larisa Fərman qızı Məmmədova; 11 avqust 1977, Bakı – 20 yanvar 1990, Bakı) — Qara Yanvar şəhidi və məktəb şagirdi. O, 20 yanvar faciəsinin az yaşlı şəhidlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixli fərmanı ilə Larisa Məmmədova və digər 146 şəhidə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir. == Həyatı == Larisa Məmmədova 1977-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşdur. === Ölümü === 1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi L. Şmidt adına zavoda getmişdir. L. Şmidt adına zavodun yanında İkarus avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almış, yerindəcə həlak olmuşdur. Atası Fərman Məmmədov ağır yaralanmışdır. 1990-cı ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib. === Ailəsi === Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı. Larisa Məmmədovanın atası Fərman Məmmədov Hamlet Talıbovun ardından 19 noyabr 2020-ci ilədək Azərbaycan Vətənpərvərlər Partiyasının sədri olmuşdur.
Larisa Olxina
Larisa Olxina (d. 9 noyabr 1968) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Larisa Olxina, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Larisa Seriç
Larisa Seriç ( bosn. Larisa Cerić ; cins. 26 yanvar 1991, Travnik ) — Bosniya cüdoçusu, Dünya çempionatının bürünc mükafatçısı , Avropa çempionatının medalçısı (2014, 2017, 2018). == Tərcümeyi-hal == 2009-cu ildən bəri böyük beynəlxalq yarışlarda çıxış edir. 2014-cü ildə Seriç 78 kiloqram çəki dərəcəsində Avropa vitse-çempionu oldu. 2016-cı ildə Braziliya Rio-de-Janeyroda 2016 Yay Olimpiya Oyunlarında iştirak etdi . Lakin, Seriçin çıxışı son dərəcə uğursuz alındı. O, ilk döyüşdə Tunisli cüdoçu Niel Şeyx Rüuya məğlub olaraq çıxışını dayandırdı .
Larisa Vinoqradova
Larisa Afanasyevna Vinoqradova (5 dekabr 1947 – 16 sentyabr 2009, Bakı) — aktrisa, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Larisa Vinaqradova Afanasyevna 5 dekabr 1947-ci ildə Türkmənistanın Mari şəhərində anadan olmuşdur. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi məktəbinin vokal sinfini bitirmişdir. 1 dekabr 1968-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xor artisti vəzifəsinə qəbul edilmişdir. Bir qədər sonra aktyor kimi II dərəcəli artist-vokalist keçirilir. Daha sonra aparıcı səhnə ustası kimi fəaliyyətini davam etdirmişdir. Teatrda işlədiyi müddət ərzində bir neçə rollar ifa etmişdir. "Şən dul qadın"da Qanna, "Maritsa"da Qrafinya Maritsa, "Silva"da Silva, "Düyməcik"də Feya, "Bayadera"da Odetta, "Uçan sıçan"da Rozaminda, "Foz Mari"də Vanda, "Çelovek iz Lamonci"də Aldonso, "Drakon"da Elza, "Razvod po-polski"də Krısya, "Mənim gözəl xanımım"da Eliza, "Arşın mal alan"da Gülçöhrə, "Sabahın xeyir, Ella!"da Ella, "Bir dəfə Bağdadda" Züleyxa, "Sıqan prmyer"də Yulyuşka, "Qırmızı papaq"da ana, "Perekryostok"da Zümrüd kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. Subay idi. Larisa Vinaqradova Afanasyevna 16 sentyabr 2009-cu il də Bakı şəhərində vəfat etmişdir.
Larisa Xələfova
Larisa Xələfova (20 yanvar 1950, Bakı) ― aktrisa. == Həyatı == 29 yanvar 1950-ci ildə Bakıda anadan olmuşdur. 1972-ci ildə B. V. Şukin adına teatr peşə məktəbini bitirmişdir. 1972–1974-cü illərdə Sverdlovsk dram teatrının aktrisası, 1975-ci ildən S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Kinoda 1966-cı ildən çəkilir. İlk rolu "İstintaq davam edir" filmində Dilarədir. 30-a qədər filmdə çəkilmişdir. == Filmoqrafiya == Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Eldarın rəfiqəsi Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — rol: vunderkindin anası Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — rol: Fikriyyə Bağlı qapı (film, 1981) Bir ailəlik bağ evi (film, 1978) Cansıxıcı əhvalat (film, 1988) Çalışan adam (film, 1996) De ki, məni sevirsən! (film, 1977) Əlavə iz (film, 1981) Günlərin bir günü...
Larisa Zaspa
Larisa Zaspa (d. 22 sentyabr 1971) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Larisa Zaspa Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Neoseiulus salish
Neoseiulus salish (lat. Neoseiulus salish) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Larisa Aleksandrovskaya
Larisa Pompeyevna Aleksandrovskaya (belar. Ларыса Пампееўна Александроўская; 2 (15) fevral 1904, Minsk – 23 may 1980, Minsk) — Belarus-sovet müğənnisi (soprano), rejissoru, ictimai xadimi. SSRİ xalq artisti (1940). SSRİ Dövlət mükafatı laureatı (1941). 1942-ci ildən Sov.İKP üzvü. 1920-ci ildən səhnə fəaliyyətinə başlamışdır. Belarus Opera və Balet Teatrının solisti (1933–1951), baş rejissor (195–1961) olmuşdur. Aleksandrovskaya ilk professional belarus müğənnilərindəndir. Partiyaları: Marısya ("Mixas Podqornı", Y. Tikotski), Nadeyka ("Səadət çiçəyi", A. Turenkov), Tatyana, Liza ("Yevgeni Onegin", "Qaratoxmaq qadın", P. İ. Çaykovski), Karmen ("Karmen", J. Bize) və s. Aleksandrovskayanın yaratdığı obrazlara səmimilik lirizm və s.
Larisa Kadoçnikova
Larisa Kadoçnikova (ukr. Кадочникова Лариса Валентинівна; 30 avqust 1937, Moskva) — Sovet, Ukrayna və Rusiya teatr və kino aktrisası. Ukraynanın Xalq artisti (1992), Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı. Rusiya Federasiyasının Xalq artisti (2004). == Bioqrafiyası == Rəssam və rejissor Valentin İvanoviç Kadoçnikov və aktrisa Nina Ulyanovna Alisova ailəsində anadan olub. Onun atası 1942-ci ildə Alma-Atada sətəlcəm xəstəliyindən vəfat etmişdir. Anası — Stalin mükafatı laureatı, RSFSR-in əməkdar artisti, kiçik qardaşı isə kinooperator, Rusiyanın xalq artisti Vadim Alisovdur. 1955-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsinə daxil olub. Olqa Pıjova və Boris Bibikovun emalatxanasında oxuyub. 1959-cu ildə filmdə debütü etdi və "Vasili Surikov" filmində rəssamın həyat yoldaşı rolunu oynadı.
Qapisa
Kapisa vilayəti (puşt. کاپیسا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 1.842 km²-dir. 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 399.5 min nəfər, inzibati mərkəzi Mahmud-e-İraqi şəhəridir. == Əhalisi == Əhalinin 30%-i dəricə, 27%-i puştuca, 17%-i isə paşayi dilində danışır.
Qaraisa
Qaraisa — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. == Əhalisi == Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır.
Qarasu
Qarasu (Hacıqabul) — Hacıqabul rayonunda kənd. Qarasu (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonu ərazisində yaşayış məntəqəsi - qışlaq. Qarasu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda bulaq. Qarasu — Xəzər dənizində, Baki arxipelaqinda ada. Uzunluğu təqr.
Qariqa
Qariqa — Aralıq dənizi ətrafındakı dağların quraqlıq-daşlıq yamaclarının aşağı qurşağında alçaqboylu, seyrək həmişəyaşıl kserofit kolluqdur..
Qarışqa
Qarışqalar (lat. Formicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Tropik ölkələrdə geniş yayılmışdır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur. Qarışqalar milyonlarla ildir mövcud olublar və arıya bənzər əcdadlardan təkamülləşdiyi güman edilir. Qarışqalar dinozavrlarla eyni dövrdə yaşamış, dinozavrlar müəmmalı şəkildə məhv olsalar da, onlar yaşamağa davam etmiş, hər bir şəraitə uyğunlaşmışlar. Qarışqaların ömrü növündən asılı olaraq dəyişə bilər, bəziləri cəmi bir neçə həftə yaşayır, bəziləri isə bir neçə il yaşaya bilər. Qarışqalara, qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda bu işarələr yardımçı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır.
Sarısu
Sarısu (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Sarısu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd.
Qarsia
Qarsia — soyad. Endi Qarsia — Kubalı aktyor. Ana Fernandez Qarsia — İspaniya aktrisası. Vata Matanu Qarsia — karyerasını bitirmiş anqolalı futbolçu.
Arısu
Arısu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əlinağılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrdə Arısu çayının sağ sahilində məskunlaşmış Qazax r-nundan gəlmiş ağsaçlı, Gədəbəy r-nunun Çalburun kəndindən gəlmiş didarlı, keçmiş Şovdu kəndindən gəlmiş atxanlı nəsilləri tərəfindən salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 459 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Barıs
Qalış
Galışlar və ya Galeşlər (Söz Sanskrit dilində "inəkçi" mənasını verir) — Gilan və Mazandaranın dağlarında yaşayan köçəri xalqdır ki Qalış dialektində danışırlar. Anzolu/Anzoli, Bradi, Bürsülüm/Bırsılım, Conu/Coni, Çayrud, Tülü/Tüli, Hamarat, Rvarud, Siyov/Siov, Veri kəndlərində (Lerik rayonu), Biləsər, Daştatük, Rəzvan/Razano, Rvo kəndlərində (Lənkəran rayonu), və Miyanku kəndində (Masallı rayonu) yaşayırlar.
Qamış
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Qaçış
Qaçış — İdmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Hər gün, səhər və ya axşam, dünyada yüzlərlə və minlərlə insan qaçışa çıxır. Bu, yalnız intensiv bir ritmdə gəzmək deyil, həm də öz sağlamlığınıza və formanıza qayğı göstərməkdir. == Haqqında == Qaçış hər şeydən əvvəl ürək üçün bir fiziki gərginlikdir. Praktik olaraq onun üçün əks-göstəriş yoxdur (aşağı təzyiqdən başqa), hətta yastıpəncə insanlar da düzgün seçilmiş ayaqqabı ilə qaça bilər. Qaçış bütün orqanizmə silkələnmə verir, bu hipertoniyadan, təngənəfəslikdən, zökəmdən ən yaxşı vasitədir. O, həmçinin qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir. Bundan başqa, qaçış bütün əzələ qruplarını formaya salır: siz qaçarkən yalnız baldır və bud işləmir, həm də qarın, əl, boyun fəaliyyətdə olur. Bununla bərabər fiziki gərginliyin bütün bədənə təsiri çox yumşaqdır. Ümumiyyətlə qaçış düzgün qidalanma ilə birgə arıqlamaq üçün ən yaxşı vasitədir.
Barış
Barış — ad. Barış Manço Barış Arduç Barış Əkinçiər Digər Barış (şəhər) — Rusiya Federasiyasında yerləşən şəhər. Ulyanovsk vilayətinə daxildir.
Gəncə qapısı
Gəncə qapısı və ya Çiləbörd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Qalanın digər iki qapısı isə İrəvan və Ağoğlan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir." Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Memarlar hələ qədim dövrlərdən şəhərlə tanışlığın onun qala divarlarından başladığını və şəhərin memarlığını məhz qala divarlarının müəyyən etdiyini nəzərə alırdılar. Buna görə də, memarlıq-kompozisiya həlli baxımında Şuşa qalasının əsas – şimal qapısı zəfər tağını xatırladır. Müdafiə sistemlərinin bədii əhəmiyyətinə oxşar münasibət Azərbaycan, Dağıstan, Ermənistan, Gürcüstan, Orta Asiya və Qədim Rus qala memarlığı üçün xarakterikdir.
Gərgər qapısı
Gərgər qapısı — tarixi Şuştər şəhərinin altı qədimi qapılarından idi.