Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • HÜSEYNAĞA

    cənab Hüseyn (İmam Hüseynə işarədir)

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • HÜSEYNALI

    Hüseyn və Əli adlarından düzəlmişdir

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • HÜSEYNBALA

    Hüseyn və Bala sözlərindən yaranmışdır

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • HƏSƏNAĞA

    Həsən ağa; gözəl ağa, göyçək ağa

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • KÜŞÜLDƏMƏK

    ...dəmir sütunlarına çırpıb geri qayıtdıqca, dörd yandan hücuma keçdikcə [Hüseynağa] ürəyində Sərdarovu söyürdü. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TULLANIŞ

    ...mayenin quyudan fasilələrlə vaxtaşırı çıxması, dışarı vurması. …[Hüseynağa] hələ də qaz tullanışı əlamətləri gözləyir. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ŞIDIRĞİ

    ...şıdırğa. – Ginə nə şirin canə qəss eleysən, şıdırği işdeysən, Hüseynağə mə:lim

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • AD AÇMAX

    (Salyan) ad-san çıxarmaq, hörmət qazanmaq. – Həsənağa irayonda yaxşı ad açıb

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • NİFRƏTAMİZ

    ...işlənərdi və işləndikdə nifrətamiz bir mənanı ifadə edərdi. F.Köçərli. Hüseynağa qapıdaca Kərimə nifrətamiz bir nəzər saldı. M.İbrahimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • AŞURA

    ...устар. десятое число месяца магеррам, день годовщины смерти имама Хусейна в Кербале

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ŞAXSEY-VAXSEY

    сущ. религ. мистерия в день поминовения шиитского имама Хусейна, сопровождаемая оплакиванием и нанесением себе кровоточащих ран

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • AYNABƏND

    ...S.Rəhman. Batan günün şöləsilə yanar neçə aynabənd. Ə.Cəmil. Hüseynağa aynabəndə çıxan kimi gözləri divanın yanında durmuş Zeynəbə sataşdı. M.İbrahim

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SÖZÜKEÇƏN

    ...Sözükeçən adam. – [Hacı Sultan] sözükeçər ağsaqqalların iştirakı ilə Həsənağa ilə olan ixtilafını həll etmək istədi. S.Hüseyn.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SÖZÜKEÇƏR

    ...Sözükeçən adam. – [Hacı Sultan] sözükeçər ağsaqqalların iştirakı ilə Həsənağa ilə olan ixtilafını həll etmək istədi. S.Hüseyn.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • MİSLİ-MANƏND FARS

    Bənzər, oxşar. Hüseynalı xan Qurbanini görəndə baxdı ki, vallah, bir gözəl oğlan gəlib onun yanında dayanıb ki, misli-manəndi dünyada yoxdu. (“Qurbani

    Tam oxu »
    Azərbaycan dastanlarının leksikası
  • AĞKÖYNƏKLİLƏR

    ...сами себя в день Ашура месяца магеррам – годовщины смерти имама Хусейна)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ƏRBƏİN

    ...месяца магеррам. Ərbəin günü сороковой день со дня казни имама Хусейна

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • TƏLİS

    ...– Təlisi ver üzümü silim (Lənkəran); – Qıza, qıza! Təlisi ver, Hüseynağa üzün silsin (Cəlilabad) III (Cəlilabad) əlüzyuyan. – Qıza, təlisə su tökginə

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • DİLLİ-AĞIZLI

    ...xoş danışan, nəzakətli; dilli (2-ci mənada). İnanırıq, görürük ki, [Həsənağa] çox dilliağızlı gənc olduğu kimi, … hər bir hərəkətində səmimi olduğunu

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • PAYƏ

    is. [fars.] klas.: nə payədə – nə dərəcədə, nə qədər. [Həsənağa Hacı Quluya:] Görürsən, hacı, xalq nə payədə qudurub?… Ə.Haqverdiyev. İndi bu qədər pu

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DOLANMAQ₁

    ...aylanmaq; dövrə vurmaq. Bu binanın ətrafını on dəqiqəyə dolanmaq olar. – Hüseynağa şeylərin daşınmasını gözləmədən yuxarı çıxıb buruğu dolandı. M.İbr

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SÜZMƏK

    ...qaldırıb, sərt və ağır baxışı ilə Şahmarı süzdü. M.Hüseyn. Kərim Hüseynağanı başdanayağa süzdü. M.İbrahimov. Nərgiz …acizanə bir baxışla oğlanı süzdü

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SAQQIZ

    ...qılığına girib özünə tərəf çəkmək, bir iş görməyə razı etmək. [Həsənağa] Hacı Sultanın tək bircə dənə olan qızının da saqqızını oğurlamışdı. S.Hüseyn

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ŞÜKÜR

    ...Hədsiz şükürlər olsun dünyada gördüyüm günlərə! C.Məmmədquluzadə. [Həsənağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • QOLTUQ

    ...xoruzunu, şələsini və s.) – 1) biabır etmək, ifşa etmək; 2) rüsvayçılıqla qovmaq. Həsənağa kimi zalımın biri getdi naçalnikdən xahiş elədi, bir də gö

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • VURMAQ

    ...elan (afişa) vurmaq. Divara xalça vurmaq. 17. Yıxmaq, çırpmaq. Hüseynağa çölə çıxdıqda külək onu yumurlayıb yerə vurdu. M.İbrahimov. 18. riyaz. Artır

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İŞLƏMƏK

    ...xidmət etmək. Məktəbdə işləmək. Zavodda işləmək. Harada işləyirsən? – [Həsənağa:] Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum işləsinl

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İŞ

    ...bilən bir adam idi. S.Hüseyn. İşini bitirmək məc. – öldürmək. [Həsənağa:] Hamısından yaxşısı, bunu mənə tapşırın, bu gecə gedib işini bitirim. M.S.Or

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Hüseynağa Atakişiyev
Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (8 sentyabr 1949, Bakı – 9 aprel 2006, Bakı) — Azərbaycan aktyoru və teatr rejissoru, Azərbaycan Dövlət Gənclər Teatrının təsisçisi, bədii rəhbəri və direktoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982). == Həyatı == Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda Çəmbərəkənd məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Atası Ağahüseyn Atakişiyev sürücü, anası İranida Atakişiyeva evdar xanım idi. Üç uşaqlı ailənin (bir qız, iki oğul) böyük oğlu olan Hüseynağa Atakişiyev altı yaşında olarkən anasını itirir. Anasının ölümündən sarsılan aktyor evdən qaçır, yalnız bir neçə gün sonra onu tapmaq mümkün olur. Hüseynağa Atakişiyev yoxsul ailədə böyüdüyü üçün 12–13 yaşlarından işləməyə məcbur olmuşdur. Lakin təhsilini yarımçıq qoymamış, orta təhsilini başa vurduqdan sonra M.Əliyev adına İncəsənət İnstitutuna qəbul olmuşdur. Burada 4 il boyunca teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənir. == Fəaliyyəti == Hüseynağa Atakişiyev 1975-ci ildə universiteti bitirdikdən sonra dostu, Moskva Teatr İnstitutunun məzunu Vaqif Abbasovla birlikdə Şəkiyə gedir. O, Şəki Dövlət Teatrında aktyor kimi işə başlayır.
Hüseynağa Baliev
Hüseynağa Salman oğlu Baliev (22 dekabr 1987; Salyan, Azərbaycan SSR — 8 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseynağa Baliev 1987-ci il dekabrın 22-də Salyan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Hüseynağa Baliev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseynağa Baliev oktyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseynağa Balıyev
Hüseynağa Salman oğlu Baliev (22 dekabr 1987; Salyan, Azərbaycan SSR — 8 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseynağa Baliev 1987-ci il dekabrın 22-də Salyan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Hüseynağa Baliev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseynağa Baliev oktyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseynağa Baliev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseynağa Hacıbababəyov
Hüseynağa Sultan oğlu Hacıbababəyov (7 (19) may 1898, Şamaxı – 10 noyabr 1972, Bakı) — opera müğənnisi (lirik tenor). Azərbaycanın xalq artisti (1938). == Həyatı == Hüseynağa Hacıbababəyov 1898-ci il may ayının 19-da Şamaxıda anadan olmuşdur. Ailəsi ilə birlikdə 1902-ci ildə Bakıya köçmüşdür. Hüseynağa burada əvvəlcə "Alekseyski" məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında təhsil almışdır. 1910-cu ildə "Nicat" mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunmuş, 1913-cü ildən başlayaraq "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə dramatik və musiqili teatr aktyoru kimi çalışmışdır.1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışmış, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləmişdir. Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan" və "O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Qəribin anasının ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Gülzarın ("Şah İsmayıl", Müslüm Maqomayev) partiyalarını ifa etmişdir.1925-ci ildən 1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar onun sənətkarlığını açıqca göstərmişdir: Çar Brendey, Hindli qonaq ("Qar qız" və "Sadko", Nikolay Rimski-Korsakov), Qərib ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Sərvər, Əsgər, Məcnun, Kərəm ("Məşədi İbad", "Arşın mal alan", "Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyli), Lenski ("Yevgeni Onegin", Pyotr Çaykovski), Əlyar, Şah İsmayıl ("Nərgiz" və "Şah İsmayıl", Müslüm Maqomayev), Qraf Almavivo ("Sevilya bərbəri", Coakkino Rossini).Milli opera sənətinin nümayəndəsi, müğənni Hüseynağa Hacıbababəyov 1972-ci il noyabr ayının 10-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Hüseynağa Hadiyev
Hüseynağa Məmməd oğlu Hadıyev (19 noyabr 1946 – 12 yanvar 1994) — 1970–1980-ci illərdə populyar olan Azərbaycan müğənnisi. == Həyatı == Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı. Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi. Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər. Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı.
Hüseynağa Hadıyev
Hüseynağa Məmməd oğlu Hadıyev (19 noyabr 1946 – 12 yanvar 1994) — 1970–1980-ci illərdə populyar olan Azərbaycan müğənnisi. == Həyatı == Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı. Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi. Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər. Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı.
Hüseynağa Sadıqov
Hüseynağa Ələsgər oğlu Sadıqov — Azərbaycan aktyoru. Hüseynağa Musa oğlu Sadıqov — Azərbaycan SSR və Azərbaycan Respublikası Xarici İşlər Naziri (23.I.1988 - 29.V.1992).
Hüseynağa Əlixanov
Hüseynağa Sadıqov (aktyor)
Hüseynağa Ələsgər oğlu Sadıqov (21 mart 1914, Bakı – 23 fevral 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1979). == Həyatı == Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb. GTT-də əlli ildən çox aktyorluq etmiş sənətkarın əsas rolları bunlardır: Pitli ("Əfilər", Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "El oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov ("Seryoca Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufadino ("İki ağanın bir nökəri", Karlo Haldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim ("Anacan", Yusif Əzimzadə), Spid ("İki veronalı", Uilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), aptekçi ("Romeo və Cülyetta", Uilyam Şekspir), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli). Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib. == Xatirəsi == 2019-cu ilin martında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Hüseynağa Sadıqovun 105 illik yubileyi qeyd olunmuşdur. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyul 1956 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 9 fevral 1979 Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 ("Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə) "Qırmızı Ulduz" ordeni — 8 mart 1945 "İgidliyə görə" medalı — 16 sentyabr 1944 "Qafqazın müdafiəsinə görə" medalı — 1 may 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azəri, L. Səhnədə gülüş — efirdə hikmət: [Gənc Tamaşaçılar Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir] //Mədəniyyət.- 2014.- 23 may.- S. 5. Kazımzadə, A. Piri babanın nağılları: Hüseynağa Sadıqov – 100 //Mədəni həyat.- 2014.- № 4.- S.76–79.
Hüseynağa Sadıqov (diplomat)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Hüseynağa Sadıqov (siyasətçi)
Sadıqov Hüseynağa Musa oğlu — Azərbaycanın keçmiş Xarici İşlər naziri, Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri. == Həyatı və fəaliyyəti == Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olmuşdur. 1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi bitirmişdir.1963-cü ildə M. F. Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirmişdir. İnstitutun nəzdində aspiranturada oxumuşdur. Eyni zamanda Ümumittifaq İnturist Səhmdarlar Cəmiyyətinin Azərbaycan şöbəsində tərcüməçi, direktor müavini, tikilməkdə olan Azərbaycan mehmanxana kompleksinin direktoru vəzifələrində işləmişdir. 1962‐ci ildən "İnturist"də işlər idarəsinin müavini, 1970‐ci ildən Azərbaycan KP MK xarici əlaqələr şöbəsində təlimatçı işləmişdir. 1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirmişdir. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinində və Azərbaycan kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. 1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ konsulluğunda vitse‐konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.
Leyla Məmmədbəyova (Hüseynağa qızı)
Leyla Hüseynağa qızı Məmmədbəyova (d. 12 may 1922 - ö. 23 may 2006) — Azərbaycanın məşhur patomorfoloq alimi, Azərbaycanın Əməkdar Elm Xadimi, Tibb emləri doktoru, professor. == Həyatı == Leyla Hüseynağa qızı Məmmədbəyova Qubada anadan olmuşdur. 1963-cü ildən Elmi Tədqiqat Eksperimental və Klinik Tibb İnstitutunun patomorfologiya laboratoriyasında müdir işləyib. Tədqiqatları əsasən ürək damar sisteminin patologiyasına həsr edilib. Akademik İvan Şirokoqorovun Azərbaycanda patoloji anatomiya elminin inkişafında özünəməxsus yeri olan istedadlı tələbələrindən biri də professor Leyla xanım Hüseynağa qızı Məmmədbəyova (1922-2006) olmuşdur. O, 1947-1963-cü illərdə patoloji anatomiya kafedrasında çalışmış, burada namizədlik və doktorluq dissertasiyası üzərində işləmişdir. 1967-ci ildə Tibb emləri doktoru, 1970-ci ildə professor adını almışdır. Uzun illər M.A.Topçubaşov adına Respublika Elmi Cərahlıq mərkəzinin patomorfologiya laboratoriyasının müdiri vəzifəsində işləmişdir.
Hüseynabad
Hüseynabad (Lerik)
Afaq Hüseynova
Afaq Böyük-Ağa qızı Hüseynova — Azərbaycan rəssamı, xoreoqraf, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri Azərbaycan Rəssamlar İttifaqının üzvü (1988). == Həyatı == 1955-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-təbiqi sənət fakültəsini bitirib. 1980–85-ci illərdə Azərbaycan Bədii Fondunun rəssamı, 1985–91-ci illər Azkonsertin solisti işləyib. 1991–2003-cü illərdə Azərbaycan muzey sərvətlərinin və əşyalarının bərpası mərkəzinin elmi işçisi olub. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir. 1999-cu ildən "Yaradıcı Qadınlar Assosiasiyası"nın prezidentidir. 1976-cı ildən — Azərbaycan və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Almaniya, Portuqaliya, Monqoliya, Amerika, Turkiyə, Fransa, Danimarka nümayiş etdirilib. 1998–99-cu illər — Sabirabad rayonu çadır şəhərçiyində qaçqın uşaqların folklor seksiyasının bədii rəhbəri olub (Norvergin Refuqee Council). 2013-cü ildən- Sənətşünaslıq üzrə fəlsəfə doktoru == Diplomları == United States Agency for International Development (Certificate of Achievement).
Aida Hüseynova
Aida Hüseynova (aktrisa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). Aida Hüseynova (musiqişünas) — musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru (1992), Bakı Musiqi Akademiyasının professoru (2005), İndiana Universitetinin müəllimi (2007).
Almaz Hüseynova
Almaz Həsən qızı Hüseynova (d. 24 avqust 1959, Xaçmaz rayonu, Azərbaycan) — folklorşünas, filologiya elmləri doktoru (2014), professor (2019) == Həyatı == Almaz Həsənqızı 1959-cu il avqustun 24-də Azərbaycan Respublikası Xaçmaz rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respulikası Ordubad şəhər M. Sidqi adına orta məktəbi bitirmişdir (1966–1976). Orta məktəbdə oxuduğu illərdə, eyni zamanda, Ordubad şəhər musiqi məktəbində (fortepiano üzrə) təhsil almışdır (1966–1973). Daha sonra ali təhsil almaq üçün Azərbaycan Dövlət Universitetinə daxil olan Almaz xanım, 1981-ci ildə universitetinin filologiya fakültəsini bitirmişdir.O, əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq kəndində dil-ədəbiyyat müəllimi (1981–1982) kimi başlamışdır. Sonra da Xalq Maarifi muzeyində elmi işçi (1983–1991), Qızlar Kollecində (1991–1998), Bakı Qızlar Universitetində müəllim (1998–2014), Azərbaycan MEA Folklor İnstitutunda (2014) aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Almaz Hüseynova 2002-ci ildə "Azərbaycan mühacirət folklorşünaslığında dastançılıq məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. BQU-da müəllim, baş müəllim, dosent işləmişdir (2013–2014). 2013-cü ildə "Azərbaycan mühacirət folklorşünaslığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda Bakı Qızlar Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasında professor (2019) və AMEA Folklor İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Arzu Hüseynova
Arzu Doğru qızı Hüseynova — İqtisad elmləri doktoru(2016), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının üzvü (2018-ci ildən) == Həyatı == Arzu Hüseynova 21 iyul 1966-cı ildə Bakıda anadan olmuşdur. O, Bakı şəhərində 80 saylı orta məktəbdə oxumuş (1973–1983), M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsində (1983–1988) təhsil almışdır. Ali təhsilini "Tətbiqi riyaziyyat" ixtisası üzrə almış Arzu Hüseynova 1988–2001-ci illərdə müxtəlif təşkilatlarda aparıcı vəzifələrdə, 2001–2004-cü illərdə isə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzində (DQM) baş mütəxəssis vəzifəsində işləmişdir. Arzu Hüseynova 2005-ci ildə DQM-ə direktor müavini təyin edilmişdir. AR-nın Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014-cü ilin aprel ayının 1-nə kimi EİM-də direktorun 1-ci müavini vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi|Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini və Azəbaycan Dövlət İqtisad Unversitetinin "Rəqəmsal iqtisadiyyatı və İKT" kafedrasının professoru vəzifələrində işləyir. Arzu Hüseynova "Elmi problemlərin araşdırılmasının informasiya təminatı sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 27 iyun 2007-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almış, 5 oktyabr 2010-cu il tarixində ona iqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası üzrə dosent adı verilmişdir. 2016-cı ilin yanvarında "Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizminin təkminləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 25 noyabr 2016-cı ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. Hüseynova A. Elmi tədqiqat fəaliyyəti ilə yanaşı, davamlı olaraq elmi-pedoqoji fəaliyyətlə də məşğul olur.
Azadə Hüseynova
Azadə Hüseynova (tam adı: Azadə Cəbrayıl qızı Hüseynova; 2 yanvar 1937 – 1 dekabr 2016) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Azadə Cəbrayıl qızı Hüseynova 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1959-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakultəsini bitirdikdən sonra “SK” zavodunda (Sumqayıt şəhərində) işləmiş, 1960-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiraturasına daxil olmuş, 1963-cü ildə dissertasiya işini müdafiə etmiş və kimya elmlər namizədi elmi dərəcəsini almışdır. 1963-cü ildən AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi və 1982-2016-cı illərdə “Avtomobil benzinləri” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1980-cı ildə “Xırda dispersli katalizator iştirakında katalitik krekinq prosesindən istifadə etməkə yükəkoktanlı etilləşməmiş avtomobil benzinlərinin alınma texnolgiyasının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 1990-cı ildə “Qaz və yanacağın kimyəvi texnologiyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. A.C. Hüseynova 2016-cı il dekabr ayının 1-də vəfat etmişdir. == Elmi fəaliyyəti == A.C. Hüseynovanin elmi fəaliyyəti neftkimyası və neft emalı sahəsində yeni tullantısız texnoloji proseslərin elmi əsaslarının işlənib hazırlanmasına və yüksəkoktanlı etilləşməmiş Aİ-93 benzininin alınmasının yüksəkeffektli texnologiyasının yaradılmasına, həmçinin avtomobil benzinlərinə yüksəkoktanlı əlavələrin alınmasına, ağır neft xammallarının emalı üçün yeni texnoloji sistemlərin və katalizatorların yaradılmasına yönəlmişdir. A.C. Hüseynova az və yüksək kükürdlü vakuum distillatlarının əsasında birbaşa katalitik krekinq prosesinin özündə etilləşməmiş Aİ-93 benzininin alınmasına verilmiş patentin müəlliflərindən biridir. O, əsas rejim parametrlərini və xammalın karbohidrogen tərkibini dəyişmək yolu ilə etilləşməmiş Aİ-93 benzininin alınmasını proqnozlaşdırmağa imkan verən bu prosesin elmi əsaslarını işləyib hazırlamışdır.
Balacaxanım Hüseynova
Balacaxanım Əbdül qızı Hüseynova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftlərin tədqiqi və yağların alınma texnologiyası" laboratoriyasının Baş elmi işçisi, Kimya üzrə elmlər doktoru. == Həyatı == Hüseynova Balacaxanım Əbdül qızı 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 161 saylı Bakı orta təhsil məktəbində oxumuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra təyinatla Bakı Yeni Neftayırma zavodunun “Zavod göstəricilərinin tədqiqi” laboratoriyasına mühəndis vəzifəsinə göndərilmişdir. 1967-ci ilin noyabr ayında, istehsalatdan ayrılmaq şərtilə, HüseynovaB.Ə. Azərbaycan SSR EA-ın Y.H.Məmmədəliyev adına NKPİ nəzdində “Neft kimyası və sintezi” ixtisası üzrə aspiranturaya daxil olub və 1970-ci ildə aspiranturanı bitirdikdən sonra kiçik elmi işçi vəzifəsinə təyin edilib. 1974-cü ilin fevralında B.Ə.Hüseynova “Neft kimyası və sintezi” ixtisası üzrə “Bakı neftlərinin C7-C9 turşularının quruluş və tərkibinin öyrənilməsi” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi alimlik dərəcəsini alıb. 1981-ci ildə müsabiqə yolu ilə böyük elmi işçi vəzifəsinə təyin edilib. 1995-ci ildə baş elmi işçi elmi adını alıb. == Elmi fəaliyyəti == 2002-ci ildən etibarən B.Ə.Hüseynova aparıcı elmi işçi vəzifəsində çalışıb.
Dilarə Hüseynova
Dilarə Əşrəf qızı Hüseynova — fizika-riyaziyyat elmləri doktoru (1992), professor == Həyatı == Dilarə Əşrəf qızı Hüseynova 1941-ci il avqustun 22-də Bakıda, görkəmli alim Əşrəf Hüseynovun ailəsdində anadan olmuşdur. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakultəsini bitirmişdir. Elə həmin ildə Azərbbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant olaraq işə başlamış, sonra kiçik elmi işçi (1964—1977), böyük elmi işçi (1977—1994), aparıcı elmi işçivəzifələrində çalışmıdır. Hal-hazırda həmin institutun baş elmi işçisidir. D.Ə.Hüseynova 1975-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1992-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1993-cü ildə isə professor elmi adını almışdır. Haqqında "XX əsrin görkəmli şəxsiyyətləri", "XX əsrdə kim kimdir" bioqrafik ensiklopediyalarında məlumatlar verilmişdir. Akademik Eldar Salayevin həyat yoldaşıdır. Elmi əsərlərinin sayı — 85 Xaricdə dərc olunan əsərlərinin sayı — 67 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı — 61 Kadr hazırlığı — 1 elmləri doktoru və 3 fəlsəfə doktoru Dil bilikləri — Azərbaycan, Rus, İngilis == Elmi fəaliyyəti == Yarımkeçiricilər və dielektriklər fizikası sahəsində aldığı elmi nəticələr ölkəmizdə və xaricdə nüfuzlu elmi jurnallarda çap olunmuşdur, 85-dən çox elmi işin müəllifidir, beynəlxalq və ölkə səviyyəli bir sıra elmi konfrans və seminarlarda məruzə ilə çıxış etmişdir. A 4 B 6 {\displaystyle A^{4}B^{6}} laylı yarımkeçirici birləşmələrin zona quruluşunun hesablanması, onlarda kimyəvi əlaqənin müəyyən edilməsi, A 4 B 6 {\displaystyle A^{4}B^{6}} ortorombik yarımkeçirici birləşmələrin qəfəs dinamikasının öyrənilməsi, Brüllen zonasının mərkəzində fonon tezliklərinin təzyiqdən asılılığının hesablanması (Hesablamalar göstərmişdir ki, 29 GPa təzyiq yaxınlığında sadədən baza mərkəzləşmiş qəfəsə faza keçidi baş verir) onun əsas elmi nəticələrindəndir. == Əsas elmi əsərləri == 1.
Eleonora Hüseynova
Eleonora Hüseynova - azərbaycanlı diplomat. == Həyatı == Eleonora Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2019-cu ilin yanvar ayının 22-də vəfat etmişdir. == Fəaliyyəti == Eleonora Hüseynova 1994–2004 Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, 2004–2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olmuşdur.
Elmira Hüseynova
Elmira Hüseynova (artist) — A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının yüksək dərəcəli artisti. Elmira Hüseynova (heykəltaraş) — heykəltaraş, Azərbaycanın əməkdar rəssamı (1967).
Fatma Hüseynova
Fatma Rza qızı Hüseynova (14 oktyabr 1939, Sabirabad rayonu) — azərbaycanlı pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1981), I dərəcəli "Əmək" ordeni laureatı (2017). == Həyat və əmək fəaliyyəti == Fatma Hüseynova 1939-cu ildə Sabirabadın Abdulyan kəndində anadan olmuşdur. S. Ağamalıoğlu adına AKTİ-ni bitirmişdir. 1958–1973-cü illərdə Sabirabad rayonundakı V. İ. Lenin adına kolxozda işləmiş, 1973-cü ildən briqadir olmuşdur. 1976-cı ildən Sov.İKP üzvü olmuşdur. 1980-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur.Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuşdur. Fatma Hüseynova SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, 2 dəfə Şərəf Nişanı ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşmüşdür.2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb2017-ci ildə zərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub == İstinadlar == == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Fidan Hüseynova
Fidan Hüseynova (tam adı: Fidan Yaqub qızı Hüseynova: 24 noyabr 2005, Moskva) — Azərbaycan musiqiçisi. Fidan Hüseynova Azərbaycanı 2018-ci ildə Belarusda baş tutan Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 47 xalla 16-cı yeri tutub. == Həyatı == Fidan Hüseynova 2005-ci il noyabrın 24-də Rusiyanın Moskva şəhərində anadan olub. Fidan Bakı Oksford məktəbinin şagirdidir. Orta təhsili ilə yanaşı o, Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində vokal ixtisasına yiyələnir. Fidan Hüseynovanın atası Yaqub Hüseynov biznesmendir və "Bridge Group of Companies" şirkətlər qrupunun təsisçisidir. 2010-cu ildən şahmat məktəbində təhsil alır və bir neçə şahmat turnirlərin iştirakçısı olub. Fidan Hüseynova 4 yaşından rəsm ilə məşğul olur və onun əl işləri “Azərbaycanın uşaq təsviri sənəti” jurnalında dərc olunub. “Je suis Malade” mahnısını Fidan 2014-cü ildə Bakıya öz möhtəşəm konsert proqramı ilə təşrif buyuran dünya şöhrətli müğənni Lara Fabian ilə bir səhnədə ifa etdi. YARAT!
Fidumə Hüseynova
Hüseynova Fidumə Məmmədəli qızı — Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sabiq müavini, Binəqədi rayonunun sabiq icra başçısı == Həyatı == Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Fidumə Hüseynova daha əvvəl — 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib. Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir. 18 mart 2000-ci il tarixində Əməkdar Müəllim adına layiq görülmüşdür. 16 mart 2021-ci ildə vəzifəsindən azad olunmuşdur.
Gülay Hüseynova
Gülay Hüseynova – Aktrisa, Yazıçı, Ssenarist, Aparıcı. == Bioqrafiya == Gülay Hüseynova 28 iyun 1989-cu il Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. Şair və yazıçı Məmməd Kazımın nəvəsidir. 2006-cı ildə Bakı Slavyan Universitetinin Rus Dili və Ədəbiyyatı ixtisasına qəbul olmuş, təhsil aldığı dövrdə yüksək göstəriciləri ilə fərqləndiyinə və universitetin elmi, mədəni, ictimai həyatında fəal iştirakına görə 2010-cu ildə BSU-nun Fəxri Məzunu adına layiq görülmüşdür. Respublikanın qaçqın şəhərciklərində təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsində göstərdiyi xidmətlərinə görə 2009-cu ildə İlyas Əfəndiyev Fondunun Fəxri Fərmanı ilə təltif edilmişdir. İki il pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra 2012-ci ildə rejissor Ramiz Fətəliyevin "Ən adi soyad" bədii filmində rol alaraq aktrisalıq fəaliyyətinə başlamış, 2013-cü ildə Almas İldırımın həyatından bəhs edən "Unudulmayanlar" sənədli televiziya filmində, daha sonra gürcü rejissor İrakli Apakidzenin "Həyat çiçəyi" televiziya serialında baş rollardan birini canlandırmışdır. 2015-ci ildə türk dilində yazdığı, romantik yumor janrında olan P.S. Zaten boyun da küçüktü adlı ilk kitabı yayımlandığı gündən Azərbaycanda satış rekordunu qıraraq İlin Bestselleri seçilmiş, Qızıl qələm mükafatına layiq görülmüş, 2016-cı ildə Türkiyədə də on min (10 000) tirajla nəşr edilmişdir. Bu kitab, ölkədəki rus dilli oxucu kütləsinin də böyük marağına səbəb olmaqla yanaşı, həmçinin, müasir Azərbaycan ədəbiyyatında Türkiyə türkcəsində yazmaq ənənəsinin formalaşmasına təkan vermişdir. 2017-ci ildə Türkiyədə ikinci romanı ve bir Americano yayımlanmış, Bakı, İstanbul, İzmir, Antalya, Bursa, Eskişehir, Kocaeli, Mersin, Trabzon və s. kimi böyük şəhərlərdə təqdimat və çoxsaylı imza günləri baş tutmuşdur.