Sənə min şükür! – deyib, əlini ustanın toqqasına atdı.
[Əli əmniyyəbaşı:] Bir gecəlik qonağıq, ev sahibi nə versə, ona da şükür.
□ Şükür (şükür-səna) etmək (eləmək, qılmaq) – razılıq etmək, minnətdarlığını bildirmək, təşəkkürünü ifadə etmək, razılığını bildirmək. Birini gör, fikir elə; birini gör, şükür elə. ( Ata. sözü ).
Mehman kişi qızının gözlərinə diqqətlə baxdığı vaxt Qəmərin ürəyi dağ boyda olur, qəlbən fərəhlənir, sürdükləri asudə həyat üçün şükür-səna edirdi.
◊ Şükür Allaha (Tanrıya, Yaradana və s.) – 1) yaxşı ki oldu, xoşbəxtlikdən, bəxtimizdən (bəxtinizdən).
[Xəstə sövdagər:] Şükür olsun Allaha, şəfa tapdım, daha canımda bir dərd qalmadı. ;
2) razılıq, minnətdarlıq, təşəkkür ifadəsi.
[Sənəm:] Nə üçün, şükür Allaha, yaxşıyam.
[Qurban:] Nə deyim, haqqın kərəminə şükür.
[Ana:] Oğlumu evləndirəndə, onun arvadına [hamayili] bağışlayaram. Nə eləyim? Şükür dərgahına, qismət deyilmiş.
Şükür (şükürlər) olsun! – bax Allaha şükür! Hədsiz şükürlər olsun dünyada gördüyüm günlərə! C .
[Həsənağa:] Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma, gəlsinlər bir söhbət edək.
Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir.