Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hektor
Hektor (yun. Ἕκτωρ) — (e.ə.270-ci il) yunan mifologiyasına görə qüdrətli sərkərdə, Troyanın qoruyucusu, Troya çarı Pryamın oğlu olmuşdur. Hektor adı ilk olaraq yunan mifologiyasının əsas mənbəyi sayılan Homerin "İliada" dastan poemasında xatırlanır. Poemaya əsasən Troya çarının böyük oğlu olub, Kiçik Asiyada qeyri adi qüvvəyə və ən qüdrətli orduya malik olmuş, onillik Troya müharibəsinin əsas qəhrəmanlarından biridir. O. bütün həyatını Troyanı yadelli düşmənlərdən qorumağa sərf etmişdir. Hektor Poemada tək cəsur cəngavər kimi deyil eyni zamanda qayğıkeş oğul, qardaş, ata və sevgidolu həyat yoldaşı kimi də təsvir edilmişdir. O, tanrıların qayğıları ilə əhatə olunmuş bir qəhrəmandır. Poemaya əsasən onun həyatı, qələbələri, məğlubiyyəti və ölümü tanrıların vermiş olduqları qərarlara bağlıdır. Zevsin troyalılara qələbəni hədiyyə etməsindən narahat olan Hera hadisələrin gedişinə mane olmaq qərarına gəlir. Zevsin könlünü aldıqdan sonra onu şirin yuxuya verərək, özü Poseydonun yanına gələrək ondan axeylilərə kömək etməyi tapşırır.
Hepard
Hepard — pişik cinsinə mənsub məməli heyvan. = Ümumi = Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.
Heptan
Heptan və ya normal heptan H3C(CH2)5CH3 və ya (C7H16) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Hesiod
Hesiod (bəzən Heziod kimi də yazırlar; qədim yunanca Ἡσίοδος, e.ə VIII-VII əsrlər) — qədim yunan şairi və epos söyləyəni (rapsod), didaktik və genealoji epos cərəyanının nümayəndəsi. == Həyatı == Hesiod Eolidada (Kiçik Asiya, müasir Türkiyə ərazisi) yerləşən Kimdə Diy adlı yoxsullaşmış tacirin ailəsində anadan olmuşdu. Atası sonradan Beotiyaya köçmüş və Helikon dağı yaxınlığında yerləşən Askra kəndində kənd təsərrüfatı ilə məşğul olmuşdu . Hesiod yazırdı ki, burada “yay ağır, qış pis, heç vaxt xoş olmayan” idi. Kasıb kəndli ailəsindən olan oğlanın niyə şair olması məlum deyil. Hesiod özü danışırdı ki, yeniyetmə çağlarında, mal-qara otaran zaman Helikon nimfaları onun yanına gələrək ona ilahi mahnılar bəstələmək istedadı və rapsodun (el-obanı gəzərək epos danışan şair) fərqlənmə nişanı olan dəfnədən hazırlanmış əsa verdilər. Hesiod peşəkar rapsod (rapsodu bizim aşıqlarla müqayisə etmək olar) idi. Öz əsərlərində o kiçik Asiya qəhrəmanlı eposunun dilinidən və stilistik texnikasından yeni məqsədlər üçün- dini və mənəvi ehkamların təbliği üçün istifadə edirdi. Hesiod muzaların həqiqəti demək üçün “çağırdığı” peyğəmbər qismində çıxış edir və Homerin adsız davamçılarından fərqli olaraq, ilk dəfə yunan poeziyasında özünü şəxsiyyət kimi müəyyən edir və öz adını söyləyir. Xronoloji cəhətdən mümkünlüyü şübhə doğuran əfsanəyə görə, Hesiod hətta Homerin özü ilə də yarışaraq ona qalib gələ bilmişdi.
Lepton
Lepton (yun. λεπτός — yüngül) — güclü təsiretmə qabiliyyəti olmayan elementar hissəcikdir. Bu hissəciyin adı 1948-ci ildə K. Möllerin göstərişi ilə L. Rozenfeld tərəfindən daxil edilmişdir. Çünki həmin dövrdə məlum olan bütün lepton hissəcikləri digər elementar hissəciklərdən yüngül idi.
Pentod
Pentod (q. yun. πέντε) — ekranlama toru olan vakuum elektron lampasıdır, içərisində dinatron effektini boğaraq, ekranlama toru ilə anod arasında üçüncü (qoruyucu və ya anti-dinatron) şəbəkə yerləşdirilir. Əksər pentodlarda üçüncü tor və katod şüşə içərisində birləşdirilir, buna görə də onların yalnız dörd siqnçıxışınainə malikdir. Tarixi ədəbiyyatda məhz bu dörd çıxışlı lampalar ciddi mənada pentodlar, üçüncü toru ayrıca çıxışı olan pentodlar isə "üç torlu lampalar" adlanırdı.
Metod
Metod (yunanca: "methodos") — anlayışının özü "davam etmək", "izləmək" mənasını bildirir. Metod özlüyündə insanların dərki, islahatçı fəaliyyətinin təşkili və idarə olunması üçün lazım olan üsul və priyomlar sisteminin məcmusudur. Metod – elementləri qanunlar və kateqoriyalar, həmçinin praktiki-konkret dərketmə fəaliyyətinin nizamlama prinsipləri olan mürəkkəb struktura malikdir. Obyekt-yönlü proqramlaşdırmada: hər hansı sinfə (CLASS), yaxud obyektə aid olan funksiya və ya prosedur. Prosedurlu proqramlaşdırmadakı prosedur kimi, metod hansısa əməliyyatı yerinə yetirmək üçün müəyyən sayda deyimlərdən (STATEMENT) ibarətdir, giriş arqumentləri yığınına və qaytarılan qiymətə malikdir. Metodları iki qrupa ayırırlar: sadə metodlar və statistik metodlar: • sadə metodlar obyektin verilənlərinə (verilmiş sinfin konkret nüsxəsinə) erişə bilir • statistik metodlar obyektin verilənlərinə erişə bilmir və onlardan istifadə etmək üçün verilmiş sinfin nüsxələrini yaratmağa gərək yoxdur. Metodlar hər hansı sinfin obyektinin verilənlərinə çatmaq üçün interfeys təqdim edir. Metodun təqdim etdiyi giriş səviyyəsindən asılı olaraq, onları aşağıdakı növlərə ayırırlar: • açıq (public) interfeys – verilmiş sinfin bütün istifadəçiləri üçün ümumi interfeys; • qorunmuş (protected) interfeys – verilmiş sinfin bütün varisləri üçün daxili interfeys; • qapalı (private) interfeys – yalnız verilmiş sinfin daxilindən erişməyin mümkün olduğu interfeys. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ceyms Hetton
Ceyms Hetton (ing. James Hutton; 3 iyun 1726 – 26 mart 1797) — şotland əsilli geoloq, həkim, kimyaçı və təbiyyətşünas. Müasir geologiyanın və geoxronolgiyanın banisi olan Hetton, həm də aktualizm və plutonizm nəzəriyyəsinin yaradıcısı hesab olunur. == Həyatı == Ceyms Hetton 1726-cı ildə Şotlandiyanın Edinburq şəhərində anadan olmuşdur. Atasını tez itirən Hatton Edinburq Kral məktəbini bitirmiş və 14 yaşında Edinburq universitetinin hüquq fakultəsinə daxil olmuş. 18 yaşında fizika labaratoriyasında assistent olmuş, sonra Parisə gedərək orada üç il yaşamışdır. 1749-cü ildə Leyden Universitetində tibb elimləri doktoru olmuş. 1750-ci ildə sonra Hetton kənd təsarrüfatı və geologiya ilə maraqlanmağa başladı. 1768-ci ildə şəxsi fermasını kirayəyə verərək Hatton geologiya ilə ciddi maraqlanmağa başladı. Ceyms Hetton Şotlandiyanın tanınmış alimləri olan Ceyms Vatt və Adam Smit ilə yaxın dost idi.
Hektor Bellerin
Hektor Bellerin "Arsenal" klubunun və İspaniya milli futbol komandasının Müdafiəçisi .
Hektor Berlioz
Hektor Berlioz (fr. Louis-Hector Berlioz, Lui-Ektor Berlioz) (11 dekabr, 1803 – 8 mart, 1869) — fransız romantik bəstəkarı. "Fantastik simfoniya" və "Grand messe des morts" (Rekviyem) ona məşhurluq gətirən bəstələrindəndir. Müəllifi olduğu "Treatise on Instrumentation"la Berlioz müasir orkestrin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bəzi əsərlərini bəstəkar nəhəng orkestr heyəti üçün nəzərdə tutmuş, bundan başqa dirijor olaraq 1000-dən çox musiqiçi heyəti olan konsertləri aparmışdır. 50-yə yaxın mahnının müəllifidir. == Həyatı == Fransanın cənub-şərqində yerləşən Kot-Sent-Andre (İzer) şəhərciyində həkim ailəsində anadan olmuşdur. 1821-ci ildə tibb təhsilini almaqda olan Berlioz valideynlərinin etirazına baxmayaraq tibbi dayandırıb özünü musiqiyə həsr etmişdir. 1825-ci ildə Paris şəhərində onun ilk iri tutumlu əsəri olan "Təntənəli messa" ilk dəfə publika qarşısında tamamilə müvəffəqiyyətsiz ifa edilmişdir. 1826-1830-cu illərdə Berlioz Paris konservatoriyasında Jan Fransua Lesuer və A.Reyxidən dərslər almışdır.
Hempton Kort
Hempton Kort Sarayı- Londonda yerləşən saray-park ansamblıdır. Şəhər mərkəzindən 18 km məsafədə (1965-ci ilədək - Midlseks qraflığı), Riçmond-apon-Tems rayonunda, Temza çayının sol sahilində yerləşir. Təxmini 1514-cü ildə Kralın əsabəsi Tomas Uolsi üçün tikilən sarayı 1529-cu ildə VIII Henriyə hədiyyə etmişdir. XVII əsrin ikinci yarısında Hempton Kortu ingilis Versalına çevirməyi arzulayan III Vilhelmin krallığı zamanı, memar K.Renom tərəfindən barok tərzdə inşa edilmişdir. 1760-cı ilədək krallıq iqamətgahı kimi xidmət göstərmişdir. "Tarixi Krallıq sarayları" fondunun nəzarəti altındadır. Fransa parkının sahəsi 60 ha ərazidə yerləşir. Krallıq kolleksiyasından olan əntiq əşyaların, Mantenyanın, Rafaelin, Böyük Breygelin və başqalarının rəsm əsərləri mövcuddur. == Tarixi == Sarayın tarixinin başlanğıcı kral VIII Henrinin əsabəsi - Kardinal Tomas Uolsinin 1514-cü ildə əvvəllər qospitalyerlər (İoannçılar, eləcə də Yerusəlim, Rodos, Malta- Müstəqil Hərbi Müqəddəs İoann ordeni) ordeninə aid olan torpaq sahəsini alması ilə başlamışdır. Sonrakı 7 ildə Uolsinin 200 min qızıl "qızılgüllü kron" pul xərclədiyi renessans və qotik tərzlərdə inşası davam etmişdir.
Hepard (cins)
Hepard (lat. Acinonyx) — pişiklər fəsiləsinə aid heyvan cinsi.
Yonas Hektor
Yonas Hektor (alm. Jonas Hector‎; 27 may 1990, Saarbrükken) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda və Almaniya milli futbol komandasında müdafiənin sol cinahında çıxış edən peşəkar Almaniya futbolçusudur.
Çarlton Heston
Çarlton Heston (ing. Charlton Heston; 4 oktyabr 1923[…] – 5 aprel 2008[…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktyoru. Çarlton Heston 4 oktyabr 1923-cü ildə anadan olmuşdur. Gələcək aktyor Heston, aktyor sənəti ilə hələ müharibəyə qədər maraqlanmağa başlamış və "Per Günt" həvəskar tamaşasında baş rolu oynamışdı. İkinci Dünya müharibəsi vaxtı Aluet adasında pilot olmuşdur. O, həm də Nyu-Yorkda fotomodel işləmiş və manekençi işləyən gələcək həyat yoldaşı ilə də orada tanış olur. 1948-ci ildə "Antoni və Kleopatra" Brodvey tamaşasında öz debütünü edir. Çarlton Heston 1950-ci ildə "Qaranlıq şəhər" nuar janrında çəkilmiş triller filmində qisasçı rolunu ifa etmişdi. Bert Lankaster "Dünyanın ən böyük şousu" filmindən sonra (1952) Hestonu Hollivudun irəlidə olan aktyorları sırasına çəkib gətirir. O, özünə tamam səciyyəvi bir tipaj seçmişdi.
Çita (hepard)
Bioqrafik metod
Bioqrafik metod — "yazıçı"nın yaradıcılığını onun şəxsi həyat təcrübəsinin ifadəsi kimi öyrənmək metodu. Bu metodun başlıca janrı yazıçı "portretidir". Fridrix Şleyermaxerin təfsir elminə görə, yazıçının yaradıcılığını yaxşı başa düşmək üçün onun daxili və mənəvi həyatının faktlarını öyrənmək zəruridir. Bədii metodun banisi fransız tənqidçisi Sent-Böv hesab edilir ("Ədəbi-tənqidi portretlər", c 1 - 5, 1836 - 39). Onun fikrincə, yazıçının irsinin, ədəbi və siyasi mühitinin öyrənilməsi onun yaradıcılığının dərk olunmasının vacib şərtləridir. Bədii metod mədəni-tarixi məktəblərin nəzəriyyəsində və təcrübəsində tətbiq olunmuş (Q.Lanson, İppolit Adolf Ten), Georq Brandesin "tarixi-psixoloji" metodunun təşəkkülünə təsir etmiş, XIX - XX əsrlərdə mətndə yazıçının "daxili mən"ini axtaran "impressionizm" tənqidində əks olunmuşdur. Ədəbiyyatşünaslığın bir janrı kimi, ədəbi portretin təşəkkülü bədii metodla əlaqəlidir ("Qədim portretlər", Nestor Aleksandroviç Kotlyarevsk, 1907; "Rus yazıçılarının siluetləri", Yuli İsayeviç Ayxenvald, 1-3-cü nəşrləri, 1906 - 10 və başqaları). Bəzi ədəbiyyatşünaslar bədii metodu tədqiqat vasitəsi kimi qəbul edir, bioqrafik ünsürləri bədii obrazın qaynaqlarından biri kimi öyrənirlər. == Ədəbiyyat == Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.
Boom metod
Boom metodu və ya Boom nuklein turşusunun çıxarılması metodu nuklein turşusunu bioloji nümunədən təcrid etmək üçün bərk fazalı ekstraksiya metodudur. Bu üsul nuklein turşularının silisium muncuqlara hopması ilə işləyir. == Baxış == Boom metodu (Boom nuklein turşusunun çıxarılması metodu) "nuklein turşusunu (NA) bioloji nümunələrdən təcrid etmək üçün möhkəm bir faza çıxarma metodudur". Bu metodun əsası, təsirinə görə bir xaotrop maddə varlığında NA-nı bağlaya bilən silisium muncuqların istifadəsidir. Bioloji nümunələrdən nuklein turşularının təcrid olunması üçün bu üsul ən geniş yayılmış biridir və bu bioloji nümunədən NA-nın kiçik təmizlənməsi üçün sadə, sürətli və etibarlı bir üsul kimi tanınır. Bu üsul Willem R. Boom et al tərəfindən 1990-cı illərdə icad edilmiş və inkişaf etdirilmişdir. Lakin, yuxarıda qeyd olunan xaotik təsirin özü artıq məlum idi və artıq BOOM metodunun inkişafından əvvəl Vogelstein və Gillespie tərəfindən məlumat verilmişdir. Beləliklə Boom et al.-ın töhfəsi mürəkkəb başlanğıc materialları metodunun optimallaşdırılması ola bilər bədən mayeləri və digər bioloji başlanğıc materialları kimi məhsullar təqdim edir və . Boom metoduna digər şəxslər tərəfindən də oxşar müraciətlər edildi. Qısa olaraq "silika" sözü SiO 2 kristallarını ifadə edirdi; lakin silisium hissəciklərinin digər formaları mövcuddur.
Bədii metod
Bədii metod — yaradıcılıq metodu. Ədəbiyyat və incəsənətdə gerçəkliyin ideya-estetik inikasının, tipikləşdirilməsinin əsas prinsiplərinin məcmusu. Bədii metod anlayışının estetik kateqoriya səviyyəsində təsbiti antik dövrdən məlumdur. Aristotel poeziyanı təqlid sənəti kimi səciyyələndirərək, təbiəti təqlidin müxtəlif imkanlarından danışarkən, əslində bədii təsvirin müxtəlif metodlarını nəzərdə tuturdu. Sənətkarlar bir-birinə təkcə əsərlərinin ideya istiqaməti və ruhu ilə deyil, həm də gerçəkliyi estetik təcəssümünün ümumi mahiyyətli xüsusiyyətləri və prinsipləri ilə də yaxın olurlar. Belə yaxınlıq ədəbiyyat və incəsənətdə bədii metod və ya yaradıcılıq metodu kateqoriyasını yaratmışdır. Bədii metod müəyyən sənətkarlara məxsus və bilavasitə onların yaradıcılığında əsas götürülən ideya-estetik prinsiplərin ümumiliyi və ardıcıl surətdə həyata keçirilən, tətbiq edilən inikas üsuludur. Bədii metod hər bir dövrün bədii yaradıcılığında gerçəkliyin müəyyən ideya-estetik, ictimai ideal movqelərindən obrazlı-emosional təcəsümü nəticəsində formalaşır. Sənətkarlar hər hansı bədii metoda, onu hazır şəkildə mənimsəməklə və ya modelini öyrənməklə yox, konkret həyat materialını, gerçəkliyin sosial-ictimai, mənəvi, fəlsəfi, etik, psixoloji, siyasi görüşlərini, tərbiyəsini öyrənmək, tədqiq, təhlil etmək və bunları müəyyən dünyagörüşü işığında, həyatın konkret ideya-estetik tələblərinə uyğun şəkildə yaradıcılıqlarında təcəssüm etdirməklə nail olurlar. Bədii metod sənətkarın yaradıcılığının yekunu, xülasəsi kimi başa düşülməlidir.
Elmi metod
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Epton Sinkler
Epton Bill Sinkler (ing. Upton Beall Sinclair, Jr.; 20 sentyabr 1878[…], Baltimor, Merilend – 25 noyabr 1968[…]) — Amerikan yazıçı, jurnalist və publisist. Pulitser mükafatı laureatı (1943) == Həyat və fəaliyyəti == Epton Bill Sinkler 20 sentyabr 1878-ci ildə Merilend ştatının Baltimor şəhərində anadan olmuşdur. "Cəngəllik" (1905), "Paytaxt" (1908), "Məhəbbət sınağı" (1911), "Silviya" (1913), "Silviyanın ərə getməsi" (1914) və s. romanlarında ictimai-tənqidi motivlər güclüdür. "Kral Kömür" (1917), "Cimmi Higgins" (1919) romanlarında sosializm ideyalarını, Böyük Oktyabr sosialist inqilabını müdafiə etmişdir. Antifaşist əsərlər ("Avtomobil kralı", 1937 və s.) yazmışdır. Lenni Bedd haqqında epopeyasının (kitab 1–11, 1940–1953) son kitablarında "soyuq müharibə" əhvali-ruhiyyəsi əksini tapmışdır. Ömrünün son illərində nüvə müharibəsi təhlükəsi əleyhinə çıxmış, SSRİ-yə rəğbətini bildirmişdir. Epton Sinkler 25 noyabr 1968-ci ildə Nyu-Cersi ştatının Baund Bruk şəhərində vəfat etmişdir.
Herod qapısı
Herod qapısı — Yerusəlimin Köhnə Şəhərinin Müsəlman Məhəlləsinin qapısı. Köhnə şəhərin şimal divarında, Dəməşq qapısından bir qədər şərqdə, Şərqi Qüdsdəki Bab əl-Zaara ərəb məhəlləsi ilə üzbəüz yerləşir. Şimala baxır. Abidə dəniz səviyyəsindən 755 metr yüksəklikdə yerləşirlər. == Tarixi == İçəri Şəhərin şimal divarı boyunca qüllələrdən birindən açılan bu təvazökar darvaza Yerusəlimin ən yeni qapılarından biridir. 1539-cu ildə Qanuni Osmanlı sultanı Süleyman şəhərin divarlarını tikən zaman qüllənin şərq yan divarında dar bir kiçik darvaza qalmışdır. Onun girişi şərqdən düz bucaq altında idi. Qapı nadir hallarda açıldı və 19-cu əsrin əvvəllərində müvəqqəti olaraq daşlarla bağlandı. 1875-ci ilə qədər Bab əl-Xuta məhəlləsinin sakinlərinin xahişi ilə Köhnə şəhərin şimalında inkişaf etməyə başlayan yeni məhəllələrə rahat keçid yaratmaq üçün Osmanlılar şimal, ön divarda yeni bir qapı açdılar. Qüllənin Sultan Süleyman küçəsinə baxan və orijinal yan qapıları bağlandı.
Peptid nuklein turşusu
Peptid nuklein turşusu — Nuklein turşusu peptidi (PNA) DNT və ya RNT-yə bənzər süni şəkildə sintez edilmiş polimerdir. Nuklein turşularının sintetik peptid oliqomerləri son illərdə molekulyar biologiya prosedurlarında, diaqnostik analizlərdə və antisens terapiyasında istifadə edilmişdir. Daha yüksək bağlanma gücünə görə, adətən 20–25 əsasdan ibarət oliqonukleotid zondları tələb edən bu tətbiqlərdə istifadə üçün uzun PNA oliqomerlərinin hazırlanmasına ehtiyac yoxdur. PNA oliqomerlərinin uzunluğunun əsas vəzifəsi spesifikliyi təmin etməkdir. PNA-lar nükleazlar və ya proteazlar tərəfindən çətin tanınır, bu da onları fermentlər tərəfindən parçalanmaya davamlı edir. PNA-lar geniş pH diapazonunda da sabitdir. Dəyişdirilməmiş PNA hüceyrə membranından asanlıqla keçə bilməsə də, hüceyrəyə nüfuz edən peptidin PNA ilə kovalent bağlanması sitozolun çatdırılmasını yaxşılaşdıra bilər . DNT və RNT müvafiq olaraq deoksiriboza və riboza şəkər strukturuna malikdir, PNA stununa isə peptid bağları ilə bağlanmış təkrarlanan N-(2-aminoetil)-qlisin bölmələrindən ibarətdir. Müxtəlif purin və pirimidin əsasları metilen körpüsü (-CH) ilə əsas zəncirlə əlaqələndirilir. Bir neçə laboratoriya DNT və ya RNT şablonlarından peptid nuklein turşularının ardıcıllıqla spesifik polimerləşməsini bildirdi .
Boom(Bum) metod
Əhməde Həpo
Əhməde Həpo (22 may 1933, Qəmərli rayonu) — Azərbaycan yazıçısı və publisisti, "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin qurucusu. Əhməde Həpo 22 may 1933-cü ildə Ermənistan SSR-nin Qəmərli rayonunun Şırran kəndində anadan olmuşdur. Mənşəcə kürddür. Onun ailəsi İosif Stalinin dövründə həyata keçirilən repressiyalar səbəbilə 10 il sürgündə olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə Əhməde Həpo evindən didərgin olmuş, Azərbaycanın Yevlax rayonunda məskunlaşmışdır. Ali təhsil almaq üçün Bakıya gələn Əhməde Həpo dövri mətbuatda müntəzəm çıxış etmiş, sonradan Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə çalışmışdır. O, kürd folklorunun toplanması və nəşr edilməsində böyük xidmətlər göstərmişdir. Əhməde Həpo "Yara", "Qanlı göz yaşları", "Evsiz yolçu", "Ömür çiçəkləri" kimi 10 kitab müəllifidir. Onun əsərləri kürd dilində də nəşr olunmuşdur. Azərbaycanda müstəqillik elan olunduqdan sonra Əhməde Həpo "Ronahi" Kürd Mədəniyyət Mərkəzini yaratmış və ona rəhbərlik etmişdir.