Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Herman Hot
Herman Hot (alm. Hermann Hoth‎; 12 aprel 1885, Noyruppin[d], Brandenburq – 25 yanvar 1971, Qoslar[d], Aşağı Saksoniya) — 1938-1941-ci illərdə alman hərb xadimi, general-polkovnik. Fransa və Şərq Cəbhəsindəki qələbələri ilə tanınaraq İkinci Dünya Müharibəsi kampaniyalarında iştirak etmişdir. Vermaxtın "Mərkəz" ordu qruplarının tərkibindəki 3-cü Tank qrupunun (1941-ci il iyunundan 1942-ci ilə qədər) və 4-cü Tank ordusunun (1942-ci ilin iyunundan 1943-cü ilin dekabrınadək) komandanl olmuşdur. Almaniya məğlub olduqdan sonra Nürnberq məhkəməsi tərəfindən mühakimə olunmuş və 15 il azadlıqdan məhrum edilmişdir.
Hot-doq
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Hot dog
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Billboard Hot 100
Billboard Hot 100 — ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paraddır. Həftəlik hazırlanan hit parad "Billboard" jurnalı tərəfindən tərtib edilir. Qrafik reytinqləri ABŞ-dakı satışlara (fiziki və rəqəmsal), onlayn və radio dinlənmə sayına əsaslanır. Cədvəl çərşənbə axşamı Billboard veb-saytı tərəfindən onlayn olaraq ictimaiyyətə təqdim edilir, amma tarix olaraq jurnalın yayımlandığı növbəti şənbə günü qeyd edilir. Satışlar üçün həftəlik izləmə aralığı 2015-ci ilin iyulunda dəyişdirildikdən sonra hal-hazırda cümə-cümə axşamıdır. Billboard Hot 100-ün ilk bir nömrəli mahnısı 4 avqust 1958-ci ildə Ricky Nelsonun "Poor Little Fool" mahnısı olmuşdur. 16 mart 2024-cü ildə bitən həftənin buraxılışına görə qrafikdə hal-hazırda bir nömrəli mahnı Kanye Westin Ty Dolla Sign və Rich the Kid ilə əməkdaşlıq etdiyi "Carnival"dır.
Frank Şvalba-Hot
Frank Schwalba-Hoth (12 dekabr 1952, Hamburq, Almaniya) keçmiş siyasətçi, Avropa Parlamentinin yaşıllar partiyasından olan keçmiş üzvü və Almaniya yaşıllar partiyasının qurucu üzvü olmuşdur. Orta Məktəb və Hərbi xidmətini bitirdikdən sonra, Frank Schwalba Hoth, 1974-1981- ci illərdə Marburg Universitetində təhsil almışdır. Frank Schwalba-Hoth-un bir qız övladı var. Frank Schwalba-Hoth hələ tələbə olarkən siyasətlə daha yaxından marağlanmağa başlamışdır. Marburg Universiteti Tələbə Parlamentinin üzvü, 1979-1980-ci illərdə isə həmin parlamentin Prezidenti olmuşdur. Almaniya Federal Respublikasında insan haqqları barəsində 3-cü Beynəlxalq Russel Tribunalı kimi təşəbbüslərin üzərində çalışmışdır. Almaniya Yaşıllar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. 1982-1983-cü illərdə Almaniyanin Hesse regionunun yerli parlamentinin üzvü olmuşdur. Frank Schwalba-Hoth tərəfindən irəli sürülən "Müəllim Təlimi" haqqda qanun layihəsi, Almaniya Parlamentində yaşıllar tərəfindən irəli sürülən ilk qanun layihəsi olmuşdur. Almaniyanın Hesse regionunda ABŞ əsgərleri üçün təşkil olunan tədbir zamanı, Frank Schwalba-Hoth ABŞ nüvə raketlərinin Almaniya ərazisində yerləşdirilməsinə etiraz olaraq, öz qanını Amerika Ordu Generalı Paul S. Williams-ın medalları üzərinə axıtmışdır.
Hot Digital Songs
Hot Digital Songs — ABŞ-də Billboard jurnalı tərəfindən tərtib edilən və dijital satış statistikasına əsaslanan hit parad.
Hot Sprinqs (Vayominq)
Hot Sprinqs Rayonu (ing. Hot Springs County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 4 882 nəfər olmuşdur. Rayonun paytaxtı Termopolis şəhəridir.
One Hot Minute
One Hot Minute — Red Hot Chili Peppersnın altıncı studiya albomu. 12 sentyabr 1995 tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.
Hot R&B/Hip-Hop Songs
Hot R&B/Hip-Hop Songs — ABŞ-də Billboard tərəfindən həftəlik təqdim edilən hit parad.
European Hot 100 Singles
European Hot 100 Singles — Billboard and Music & Media jurnalları tərəfindən 1984-cü ilin martında yaradılmış hit parad. Hit parad 15 Avropa ölkəsində rəsmi sinql satışlarının nəticələrinə əsaslanır.
Hot Girl (Sabrina Salerno)
Hot Girl — 1987-ci ildə Sabrina Salerno tərəfindən ifa edilən sinqldır.
Red Hot Chili Peppers
Red Hot Chili Peppers — alternativ rok, fank-rok, rap-rok stillərində oxuyan ABŞ rok qrupu. Qrup 1983-cü ildə 4 yaxın dost tərəfindən təşkil olunub. Qrupun təşkilatçıları olan 4 yaxın dostun hər biri Fairfax High School ali məktəbində tanış olmuşdular. Hillel Slovak, Entoni Kidis, Fli və Cek Ayrons birlikdə yığışaraq Rhythm Lounge-da olacaq çıxışlarına hazırlaşırdılar. Onlar burda yalnız "Out in L.A." adlı mahnılarını ifa etdilər və bu mahnı onların sonraki canlı konsertlərində açılış mahnısı kimi istifadə olunurdu. Hillel Slovak 1988-ci ildə vəfat edir. Onun ölümündən sonra Cek Ayrons qrupu tərk edir. Sonradan o, Pearl Jam qrupuna üzv olur. Entoni və Fli qrupun fəaliyyətini davam etdirmək qərarına gəlir və qrup üçün yeni üzvlər axtarırlar. Qrupa 18 yaşlı və çox istedadlı gitarist Con Fruşante və təcrübəli zərbçi Çad Smit qoşulurlar.
Hot Rock & Alternative Songs
Hot Rock & Alternative Songs (əvvəlki adları: Rock Songs və Hot Rock Songs) — ABŞ-də ən populyar rok və alternativ mahnıları sıralayan musiqi hit-paradı. Hər həftə Billboard tərəfindən tərtib olunur və radio yayımı, rəqəmsal yükləmələr və striminq məlumatlarından əldə olunan mənbələr əsasında hazırlanır. Bu cədvəl ABŞ-də ən populyar və ən çox dinlənilən rok və alternativ mahnıların siyahısını təqdim edir.
Hot Girl (Sabrina Salerno mahnısı)
Hot Girl — 1987-ci ildə Sabrina Salerno tərəfindən ifa edilən sinqldır.
Red Hot Chili Peppers (albom)
Red Hot Chili Peppers — Red Hot Chili Peppersnın ilk studiya albomudur. Onların musiqisi alternativ rok, funk, punk rock və psychedelic rock elementlərini özündə cəmləşdirir. 10 avqust 1984 tarixində yayımlanan albom, EMI etiketi ilə satışa buraxılmışdır.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Pell-Mell
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Pell Mell (London)
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Bell
Bell — soyad. Dreyk Bell — Amerika aktyoru, müğənnisi, söz yazıçısı, bəstəkarı. Aleksandr Bell — şotland, ilk real telefonun ixtiraçısı. Meri Bell — Con Bell — Şimali İrlandıyalı fizikaçı.
Dell
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.
Wall.
Nataniel Vallix (ing. Nathaniel Wallich; 28 yanvar 1786, Kopenhagen – 28 aprel 1854, London) — XIX əsrin birinci yarısında Danimarka və İngiltərə cərrahı və botaniki.
Wella
Wella - Almaniyanın Darmştadt şəhərində yaradılmış dünya səviyyəli kosmetik məhsulların və qadın baxım ləvazimatlarını istehsalı ilə məşğul olan şirkət. 1880-cı ildə yaradılmış şirkət fəaliyyətinin 123-cü ilində Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. Bu gün Wella məhsulları dünyanın 150 ölkəsinə idxal olunur. 1880-cı ildə Darmştadt şəhərində qadın bərbəri kimi işləyən Franz Ströher bu sahədə olan biliklərini biznes mühütində sınamaq qərarına gəlir. Bu baxımdan atılan ilk addım Ströher tərəfindən həmin şəhərdə kiçik dükkanın açılması və hazırlanan məhsualları oradan satılması ilə başlayır. İlk dövrlərdə satılan məhsulların tərkibinə qadın parik saçlarının hazılanmasında istifadə edilən məhsullardan vurulurdu. XIX əsrin sonlarına yaxın Almaniyada parik saçların istifadəsi qadınlar arasında dəb halına almışdı. Bu səbəbdən Wella tərəfindən istehsal edilən ilkin məhsullar Darmştadt şəhərində yaşayan xanımların diqqətini çəkə bilir. Qısa zamanda Franz Ströherin oğullarıda ataları tərəfindən yaradılan biznesə qoşulurlar və onların əsas işi hazır qadın tül saçlarının satışı ilə məşğul olmaq olur. XX əsrin əvvələrində ailə şirkəti olaraq fəaliyyət göstərən Wella sürətlə böyüməyə başlasada, Avropada da təsirləri hiss edilən maliyyə böhranları şirkətdən yan keçmir və nəticədə əldə edilən qazancın böyük hissəsi ziyanların ödənilməsinə sərf edilir.
Hon Yon-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Hon Yonq-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Hop-hop
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.
Bell (ada)
Bell — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 343 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. Adanın mərkəzi hissəsində Nilsen buxtası yerləşir. Ada kənardan aydın görünür və kilsə zınqırovunu xatırladır. Bu səbəbdən Benjamin Li Smit adanı Bell (ing. Bell — zınqırov) Qum və gildən ibarətdir. Yeganə dağı adanın cənub-şərqində yerləşir. Şimalında isə 21 metr hündürlüyü olan zirvə vadır. Şimalında Eyri Evi adlı düşərgə vardır.
Bell 407
Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunan ABŞ istehsalı olan çoxməqsədli helikopterdir. İlk uçuşunu 29 iyun 1995-ci ildə həyata keçirmiş olan helikopter 1996-cı ildən xidmətə qəbul edilmişdir və Bell 206 helikopterlərinin yerini almışdır. 1995-ci ildən hal-hazırkı dövrə qədər xidmətdədir. 2011-ci ilin statistikasına görə 1082 ədəd istehsal edilmişdir. Maliyyə dəyəri 2.54 milyon ABŞ dollarıdır (2009-cu ilə görə). Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur.
Bell 412
Bell-412 — çoxməqsədli helikopter. İstehsalçı: ABŞ İstehsalçı firma: Bell Textron Helicopter Tip: Çoxməqsədli helikopter İlk uçuş: avqust 1979-cu il İstismara verilib: 1981-ci il İstehsal sayı: 869 ədəd Qiyməti: 4.895 milyon dollar Texniki göstəriciləri: Heyət üzvü: 2 nəfər Sərnişin tutumu: 14 nəfər və ya 6 ədəd xərək Uzunluğu: 17.12 m Gövdə uzunluğu: 12.7 m Hündürlüyü: 4.57 m Eni: 2.89 m Əsas vintin diametri: 14.02 m Sükan vintinin diametri: 2.62 m Vintin sahəsi: 154.4 m² Boş kütlə: 3.079 kq Qalxma zamanı maksimal kütlə: 5.397 kq Yük götürmə kütləsi: 1.814 kq Xarici asqıda yük götürmə kütləsi: 2.041 kq Yanacaq çənlərinin tutumu: Daxili: 1249 litr Xarici: 2 x 76 litr və ya 1 x 310.5 litr Mühərrik : 1 ədəd Pratt Whitney Canada PT6T-3D Turbo Twin Pac qazturbin mühərrik Güc: 1 x 1.342 kW (1.800 a.g) Maksimal sürəti: 259 km/s Normal (kreyser) sürəti: 226 km/s Yüksəkliyə qalxma sürəti: 6.86 m/s Uçuş məsafəsi: 744 km Maksimal uçuş yüksəkliyi: 6.096 m Döyaş aparma yüksəkliyi: 1.585 m Havada qalma müddəti: 3 saat 42 dəqiqə Ümumiyyətlə, bu helikopterlər birbaşa hərbi təyinatlı vasitələr deyil. “Bell 412” helikopterləri fövqalədə, xilasetmə, tibbi, nəqliyyat və yükdaşıma təyinatları üzrə istifadə edilə bilər. Bir çox dövlətlərin polis və yangınsöndürmə qurumları da bu modellərə üstünlük verir. “Bell 412” modelinin səciyyəvi fərqlərindən biri də kompozit materialdan hazırlanan dörd pərvanəli rotora sahib olmasıdır. İlk model 1979-ci ildə sınaqdan keçirilib, iki il sonra sertifatlaşdırılaraq silahlanmaya qəbul edilib və sifarişçilərə göndərilməyə başlanıb. Sonralar isə daha uzaq mənzilli və ağır yük götürmə qabiliyyətli “Bell 412 SP” modeli, yüksək uçuş xüsusiyyətlərinə malik “Bell 412 HP” modeli, uçuşu ikiqat rəqəmsal rejimdə avtomatik idarə olunan “Bell 412 EP”, FADEC elektron bloku vasitəsilə mühərrik idarəetməsinə sahib “Bell 412 EPİ” və şüşəkabinli “Bell 429” modelləri yaradıldı. “Bell Griffin HAR2” modeli axtarış-xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulur. Helikopterlərdə sensor tipli “Garmin” GPS sistemi tətbiq edilir. Dünyanın 40-dan çox ölkəsinin müxtəlif qurumlarında bu helikopterlərin müxtəlif modifikasiyasından istifadə edilir.
Con Bell
Con Bell (28 iyun 1928, Belfast – 1 oktyabr 1990[…], Cenevrə) — Şimali İrlandıyalı fizikaçı. Bell teoremi olaraq bilinən, kvant fizikasında ön əmli bir teoremin yaradıcısıdır.. O'Connor, John J.; Robertson, Edmund F., "John Stewart Bell" Con Bell , Şimali İrlandiyanın Belfast şəhərində anadan olub . 11 yaşı olanda, elm adamı olmağa qərar verir və 16 yaşında Belfast Texniki Liseyi bitirir. Bell daha sonra təhsilini Belfast Queen Universitetində davam edir və 1948-ci ildə eksperimental fizika sahəsi üzrə bakalavr dərəcəsi alır. 1956-cı ildə Birmingham Universitetində fizika sahəsində doktorluq üzrə təhsilini davam etdirir. Nüvə fizikası və kvant nəzəriyyəsi sahəsində ixtisaslaşır.p. 139. ISBN 978-1-56858-232-0. 1964-cü ildə CERN-dən Stanford Universitetində, Wisconsin-Madison Universitetində və Brandeis Universitetində keçirdiyi illərdən sonra "Eynşteyn-Podolski-Rosen Paradoksu haqqında" məqalə yazdı.
Daniel Bell
Daniel Bell(Daniel Bell) – 10 may 1919-cu ildə amerikalı sosioloq və publisist, informasiya cəmiyyəti nəzəriyyəsinin banilərindən biri Daniel Bell (Daniel Bell) anadan olmuşdur. Bell, Harvard Universitetinin professoru olmuşdur. O, özünü "iqtisadiyyatda sosialist, siyasətdə liberal, mədəniyyətdə isə konservator" adlandırırdı. 1999-cu ildə Bell humanizmə görə Aleksis de Tokvil mükafatına (Alexis de Tocqueville Award) layiq görülmüşdür. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Dell (dəqiqləşdirmə)
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell (yer forması)— Fiziki coğrafiyada yarğan kiçik, tənha bir dərədir.
Deutsche Welle
Deutsche Welle — 1953-ci ildə yaranan Almaniya beynəlxalq xəbərlər telekanalı.
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
HOST
H. O. S. T (Hava Od Su Torpaq) — Azərbaycan rep qrupu. Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005–2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rep yazan Qaraqan və Jamal Aliyə Felon De Jure, Feck, ErranT da qoşulub. "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır.
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Het
Het dövləti — Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (hazırda Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan dövlətləri diqqəti cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları Sarqon və Naram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və assur tacirləri məskən salmış və metal ticarətinin əsasını qoymuşdular. Assurlular buraya mixi yazı və akkad dilini gətirmişdilər. Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş və Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlar Hit kompüter oyunlarında zərbənin loru dildə adı. Adlar Hit — ingilis ad və soyadı Edvard Hit (1916–2005) — Böyük Britaniyanın Baş Naziri (1970–1974) Lecer Hit (1979–2008) — Avstraliyalı aktyor Kompüter və internet Hit (internet) — brauzerin veb-serverə müraciəti. Hit — axtarış proqramı və ya axtarış sisteminin axtarılan tapşırığa cavabı. Мoda Hit (mövsüm) — mövsüm modasının aparıcı tendensiyası. İdman Hit (beysbol) — zərbə adı.
Hor
Hor (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur. Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur. Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.
Hoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir. 2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bugünkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır.