WHITE-HOT

adj 1. bərk közərdilmiş / qızdırılmış; bərk qızmış / közərmiş; 2. məc. bərk qəzəblənmiş / qeyzlənmiş / cinlənmiş / cin atına minmiş

WHITE HORSES
WHITE-HOUSE
OBASTAN VİKİ
Barry White
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. == Həyatı == Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir.Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
White Fox
White Fox Ltd. (株式会社 WHITE FOX, Kabushiki Gaisha Howaito Fokkusu) — 2007-ci ilin aprelində Qaku İvasa tərəfindən qurulmuş Yaponiya anime studiyası. White Fox OLM studiyasının spun off studiyasıdır. == İşlər == === Anime serialları === Tears to Tiara (2009) Katanagatari (2010) Steins;Gate (2011) Jormungand (2012) Jormungand: Perfect Order (2012) The Devil Is a Part-Timer! (2013) SoniAni: Super Sonico The Animation (2014) Is the Order a Rabbit? (2014) Akame ga Kill! (2014) Utawarerumono: Itsuwari no Kamen (2015) Is the Order a Rabbit??
Herman Hot
Herman Hot (alm. Hermann Hoth‎; 12 aprel 1885, Noyruppin[d], Brandenburq – 25 yanvar 1971, Qoslar[d], Aşağı Saksoniya) — 1938-1941-ci illərdə alman hərb xadimi, general-polkovnik. Fransa və Şərq Cəbhəsindəki qələbələri ilə tanınaraq İkinci Dünya Müharibəsi kampaniyalarında iştirak etmişdir. Vermaxtın "Mərkəz" ordu qruplarının tərkibindəki 3-cü Tank qrupunun (1941-ci il iyunundan 1942-ci ilə qədər) və 4-cü Tank ordusunun (1942-ci ilin iyunundan 1943-cü ilin dekabrınadək) komandanl olmuşdur. Almaniya məğlub olduqdan sonra Nürnberq məhkəməsi tərəfindən mühakimə olunmuş və 15 il azadlıqdan məhrum edilmişdir.
Hot-doq
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. == Tarixçə == Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Hot dog
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. == Tarixçə == Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Black Or White
Black or White — Maykl Ceksonun Dangerous albomundan olan ən uğurlu sinql. Sinql 8 noyabr 1991-ci ildə satışa çıxarılmışdır. Mahnı rok və dans-pop janrlarının qarışdırılması əsasında yaradılmışdır. İrqi ayrıseçkiliyə qarşı yazılmış mahnının söz və musiqi müəllifi, həmçinin aranjimançısı Cekson özü, rep parçanın müəllifi isə Bill Bottrelldir. Mahnın girişindəki və eləcə də mahnı boyu səslənən gitar musiqi parçasının ifaçısı məşhur gitaraçı Slashdır. Mahnı satışa çıxarıldığı gündən US Billboard Hot 100 və UK Singles Chart da daxil olmaqla iyirmi ölkənin hit paradlarında birinci yerə yüksəlmiş, həmçinin 1991-ci ilin ən çox satılan sinqlı olmuşdur. Tamaşaçılarda maraq oyatmaq üçün Epic Records mahnıya çəkilmiş klipin təqdimatının keçirilməsndən yalnız iki gün əvvəl mahnının radiolarda yayımlanmasına icazə vermişdi. Mahnının tanıtımı 1991-ci ilin noyabrında New York və Los-Anceles şəhərlərində başlanıldı və yalnız bundan bir həftə sonra sinql rəsmən satışa çıxarıldı. Mahnıya çəkilmiş klip ilk dəfə 1991-ci 14 noyabr tarixində MTV, BET, VH1, və Fox telekenallarında yayımlanmışdır. Klipdə Jacksonla birgə Macaulay Culkin, Tess Harper, və George Wendt də rol almışdır.
C.T.White
Kiril Tenison Vayt (ing. Cyril Tenison White; 17 avqust 1890, Brisben – 16 avqust 1950) — Avstraliya botaniki. == Əsərləri == An Elementary Textbook of Australian Forest Botany (1922). Principles of botany for Queensland farmers (1938).
Cyril Tenison White
Kiril Tenison Vayt (ing. Cyril Tenison White; 17 avqust 1890, Brisben – 16 avqust 1950) — Avstraliya botaniki. == Əsərləri == An Elementary Textbook of Australian Forest Botany (1922). Principles of botany for Queensland farmers (1938).
Edward Higgins White
Edward Higgins "Ed" White II (14 noyabr 1930, San Antonio, Texas – 27 yanvar 1967, Kanaveral hərbi hava qüvvələri bazası, Florida) Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı. 1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır. White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü.
The White Guard
Ağ Qvardiya (rus. Белая гвардия) 20-ci əsr rus yazıçısı Mixail Bulqakovun sonralar "The Master and Margarita" adlı tənqidçilər tərəfindən bəyənilən bir romanıdır. == Tarix == Ağ Qvardiya ilk dəfə 1925-ci ildə Sovet İttifaqı dövründə nəşr olunan "Rossiya" lakin serial tamamlanmadan jurnal bağlandı. 1966-cı ilə qədər Rusiyada yenidən çap olunmadı. === Turbin günləri === White Guard ilk iki hissələri Rossiya dərc edilmişdir sonra, Bulgakov mərhələ üçün bir versiyası yazmaq üçün dəvət olunub. O deyilən Başla <i id="mwGg">Turbins günləri</i> . Bu, Moskva İncəsənət Teatrında böyük bəyənmə ilə hazırlandı: "Turbinlər Günü … bir teatr əfsanəsinə çevrildi. . . Prodüser 1926-cı ildən 1941-ci ilə qədər davam etdi, 987 tamaşa var idi. . . Stalin … 20 dəfədən az olmayaraq gördü ".Əslində tamaşa kitabı tamamilə kölgədə qoydu, hər halda istənilən formada praktik olaraq əlçatmaz idi. Bulgakovdan ən vacib əsərlərinin nəşrinə icazə verilmədiyi üçün Stalindən ölkədən çıxmasına icazə verilməsini xahiş etdi.
The White Stripes
The White Stripes – 1997-ci ildə ABŞ-nin Detroyt ştatında qurulmuş rok duosu. Qrup Cek Vayt (bəstəkar, vokal, gitara, piano və mandolin) və Meq Vaytdan (zərb alətləri və vokal) ibarət idi. Detroyt musiqi səhnəsində bir neçə sinql və üç albom buraxdıqdan sonra, The White Stripes 2002-ci ildə qaraj rokunun canlanması səhnəsinin bir hissəsi kimi məşhurlaşdı. Onların uğurlu təqdirəlayiq albomları "White Blood Cells" və "Elephant" ABŞ və Böyük Britaniyada müxtəlif media orqanlarının diqqətini çəkdi. "Seven Nation Army" adlı sinqlları onların ən tanınan mahnılarından biri oldu. Qrup 2005-ci ildə Get Behind Me Satan və 2007-ci ildə Icky Thump adlı daha iki albom yazdı və səsyazmada uzun fasilədən sonra 2011-ci ildə dağıldı.
Billboard Hot 100
Billboard Hot 100 — ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paraddır. Həftəlik hazırlanan hit parad "Billboard" jurnalı tərəfindən tərtib edilir.
Frank Şvalba-Hot
Frank Schwalba-Hoth (12 dekabr 1952, Hamburq, Almaniya) keçmiş siyasətçi, Avropa Parlamentinin yaşıllar partiyasından olan keçmiş üzvü və Almaniya yaşıllar partiyasının qurucu üzvü olmuşdur. Orta Məktəb və Hərbi xidmətini bitirdikdən sonra, Frank Schwalba Hoth, 1974-1981- ci illərdə Marburg Universitetində təhsil almışdır. Frank Schwalba-Hoth-un bir qız övladı var. == Siyasət == Frank Schwalba-Hoth hələ tələbə olarkən siyasətlə daha yaxından marağlanmağa başlamışdır. Marburg Universiteti Tələbə Parlamentinin üzvü, 1979-1980-ci illərdə isə həmin parlamentin Prezidenti olmuşdur. Almaniya Federal Respublikasında insan haqqları barəsində 3-cü Beynəlxalq Russel Tribunalı kimi təşəbbüslərin üzərində çalışmışdır. Almaniya Yaşıllar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. 1982-1983-cü illərdə Almaniyanin Hesse regionunun yerli parlamentinin üzvü olmuşdur. Frank Schwalba-Hoth tərəfindən irəli sürülən "Müəllim Təlimi" haqqda qanun layihəsi, Almaniya Parlamentində yaşıllar tərəfindən irəli sürülən ilk qanun layihəsi olmuşdur. Almaniyanın Hesse regionunda ABŞ əsgərleri üçün təşkil olunan tədbir zamanı, Frank Schwalba-Hoth ABŞ nüvə raketlərinin Almaniya ərazisində yerləşdirilməsinə etiraz olaraq, öz qanını Amerika Ordu Generalı Paul S. Williams-ın medalları üzərinə axıtmışdır.
Hot Digital Songs
Hot Digital Songs - ABŞ - da Billboard jurnalı tərəfindən tərtib edilən və dijital satış statistikasına əsaslanan hit parad.
Hot Sprinqs (Vayominq)
Hot Sprinqs Rayonu (ing. Hot Springs County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 4 882 nəfər olmuşdur. Rayonun paytaxtı Termopolis şəhəridir.
One Hot Minute
One Hot Minute — Red Hot Chili Peppersnın altıncı studiya albomu. 12 sentyabr 1995 tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.
European Hot 100 Singles
European Hot 100 Singles - Billboard and Music & Media jurnalları tərəfindən 1984 - cü ilin martında yaradılmış hit parad. Hit parad 15 Avropa ölkəsində rəsmi sinql satışlarının nəticələrinə əsaslanır.
Hot Girl (Sabrina Salerno)
Hot Girl — 1987-ci ildə Sabrina Salerno tərəfindən ifa edilən sinqldır.
Red Hot Chili Peppers
Red Hot Chili Peppers — alternativ rok, fank-rok, rap-rok stillərində oxuyan ABŞ rok qrupu. == Tarixi == Qrup 1983-cü ildə 4 yaxın dost tərəfindən təşkil olunub. Qrupun təşkilatçıları olan 4 yaxın dostun hər biri Fairfax High School ali məktəbində tanış olmuşdular. Hillel Slovak, Entoni Kidis, Fli və Cek Ayrons birlikdə yığışaraq Rhythm Lounge-da olacaq çıxışlarına hazırlaşırdılar. Onlar burda yalnız "Out in L.A." adlı mahnılarını ifa etdilər və bu mahnı onların sonraki canlı konsertlərində açılış mahnısı kimi istifadə olunurdu. Hillel Slovak 1988-ci ildə vəfat edir. Onun ölümündən sonra Cek Ayrons qrupu tərk edir. Sonradan o, Pearl Jam qrupuna üzv olur. Entoni və Fli qrupun fəaliyyətini davam etdirmək qərarına gəlir və qrup üçün yeni üzvlər axtarırlar. Qrupa 18 yaşlı və çox istedadlı gitarist Con Fruşante və təcrübəli zərbçi Çad Smit qoşulurlar.
Hot Girl (Sabrina Salerno mahnısı)
Hot Girl — 1987-ci ildə Sabrina Salerno tərəfindən ifa edilən sinqldır.
Red Hot Chili Peppers (albom)
Red Hot Chili Peppers — Red Hot Chili Peppersnın ilk studiya albomudur. Onların musiqisi alternativ rok, funk, punk rock və psychedelic rock elementlərini özündə cəmləşdirir. 10 avqust 1984 tarixində yayımlanan albom, EMI etiketi ilə satışa buraxılmışdır.
Hot R&B/Hip-Hop Songs
Hot R&B/Hip-Hop Songs — ABŞ-də Billboard tərəfindən həftəlik təqdim edilən hit parad.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.