Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tofiq Huseyn
Tofiq Hüseyn, Tofiq Yadulla oğlu Hüseynov - Azərbaycan şairi, publisist, Azərbaycanın Əməkdar Jurnalisti, “Tərəqqi” medalına layiq görülüb (2005). Hüseyn Tofiq Yadulla oğlu 1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kənddində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universtitetini bitirəndən sonra təyinatla Əli Bayramlı şəhərinə göndərilib, burada çıxan “İşıq” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. Şöbə müdiri, məsul katib vəzifələrində işləyib. 1990-cı ildə alternativ Əli Bayramlı Şəhər Sovetinə deputat seçilib. 1991-cı ildə yeni yaradılan Hacıqabul rayonunda “Hacıqabul” qəzetinin ilk baş redaktoru təyin olunub. 1993-cı ildə “Həyat”qəzetinin cənub bölgəsində, 1997-cı ildən hal-hazıra kimi “Respublika” qəzetinin Muğan-Şirvan bölgəsində xüsusi müxbir kimi çalışır. Mətbuatda səmərəli fəaliyyətinə görə 2005-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2013-cü ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Ədəbi fəaliyyətə 1964-cı ildə ADU-nun “Lenin tərbiyəsi uğrunda“ qəzetində dərc olunan “Yarpaq “şeiri ilə başlayıb. 1965-cı ildə Xəlil Rza Ulutürkün “Uğurlu yol” u ilə Masallı rayon qəzeti “Çağırış” da dərc olunan sil-silə şeirləri ədəbi iştimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Uilyam Hirleyn Lindley
Ser Vilyam Hirleyn Lindley (ing. Sir William Heerlein Lindley; 30 yanvar 1853, Hamburq — 30 dekabr 1917, London) — ingilis mülki mühəndisi və inşaatçısı. Avropanın 30-dan çox şəhərində (Frankfurt, Varşava, Praqa və s.), o cümlədən Bakıda su kəmərlərinin və kanalizasiya qurğularının tikintisini həyata keçirmişdir. Həyatını şəhərlərin su təchizatına həsr etmiş mühəndis Vilyam Lindleyin oğludur. Atası və kiçik qardaşları Robert və Cozeflə birlikdə işləmişdir. 1881–1889-cu illərdə atasının layihəsi əsasında Varşava şəhər su kəmərinin çəkilməsinə, 1895–1906-cı illərdə Praqa şəhərinin kanalizasiyasının tikintisinə rəhbərlik etmişdir. Bubenets rayonunda tikdiyi təmizləmə stansiyası 1991-ci ildə mədəniyyət abidəsi, 1992-ci ildə isə ekotexniki muzeyə çevrilmişdir. 1917-ci ilin sentyabrında Bakını tərk edən Vilyam Lindleyin vəfat etməsi barədə xəbər Bakıya 1918-ci ilin martında çatmışdı. Bakı şəhər Duması bu kədərli xəbəri bir dəqiqəlik sükutla yad etdi. 1899-cu ilin yanvarında Bakı şəhər su təchizatı komissiyası Bakı Dumasına təqdim etdiyi məlumatda qeyd etmişdi ki, şəhərin su təchizatının təşkili üçün layihə hazırlanması zərurəti yaranmışdır.
Vilyam Hirleyn Lindley
Ser Vilyam Hirleyn Lindley (ing. Sir William Heerlein Lindley; 30 yanvar 1853, Hamburq — 30 dekabr 1917, London) — ingilis mülki mühəndisi və inşaatçısı. Avropanın 30-dan çox şəhərində (Frankfurt, Varşava, Praqa və s.), o cümlədən Bakıda su kəmərlərinin və kanalizasiya qurğularının tikintisini həyata keçirmişdir. Həyatını şəhərlərin su təchizatına həsr etmiş mühəndis Vilyam Lindleyin oğludur. Atası və kiçik qardaşları Robert və Cozeflə birlikdə işləmişdir. 1881–1889-cu illərdə atasının layihəsi əsasında Varşava şəhər su kəmərinin çəkilməsinə, 1895–1906-cı illərdə Praqa şəhərinin kanalizasiyasının tikintisinə rəhbərlik etmişdir. Bubenets rayonunda tikdiyi təmizləmə stansiyası 1991-ci ildə mədəniyyət abidəsi, 1992-ci ildə isə ekotexniki muzeyə çevrilmişdir. 1917-ci ilin sentyabrında Bakını tərk edən Vilyam Lindleyin vəfat etməsi barədə xəbər Bakıya 1918-ci ilin martında çatmışdı. Bakı şəhər Duması bu kədərli xəbəri bir dəqiqəlik sükutla yad etdi. 1899-cu ilin yanvarında Bakı şəhər su təchizatı komissiyası Bakı Dumasına təqdim etdiyi məlumatda qeyd etmişdi ki, şəhərin su təchizatının təşkili üçün layihə hazırlanması zərurəti yaranmışdır.
Hüseyn
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Huneyn ibn İshaq əl-İbadi
Əbu Zeyd Huneyn ibn İshaq əl-İbadi (808[…], Hiyrə, Abbasilər xilafəti – 873[…], Bağdad, Abbasilər xilafəti) — Qədim yunan tibbi və fəlsəfəsinin İslam dünyasına intiqlalında önəmli rol oynayan mütərcim və həkim. == Həyatı == 808-ci ildə Kufənin cənubunda əski bir Arami şəhəri olan Hiyrədə doğuldu. Ailəsi İbad adıyla bilinən xristian Ərəb qəbiləsinə mənsub olduğundan İbadi nisbəsiylə anılmışdır. Atası İshaq əczaçılıqla məşğul idi. Ata məsləyi Huneyni uşaq yaşda təsir göstərərək tibb elminə yönləndirdi. Doğulduğu yerdə xristian din təhsili alan Huneyn on iki yaşlarında ikən Bağdada getdi. Burada Cündişapur mənşəli həkim İbn Masəveyhin tələbəsi oldu. Ancaq Huneynin sual sormağı və dartışmağı sevən təbiəti müəllimini rahatsız edirdi. Əsasən Bağdadda fəaliyət göstərən Cündişapur mənşəli həkimlər, əsasən əhalisi tüccar olan Hirəlilərin tiblə məşğul olmasını xoş qarşılamırdılar. Huneyn dərs əsnasındakı israrlı suallarına davam edincə İbn Masəveyh onu dərs halqasından çıxardı.
Huseyn Sastraneqara Beynəlxalq Hava Limanı
Huseyn Sastraneqara Beynəlxalq Hava Limanı (ind. Bandar Udara Internasional Husein Sastranegara) — Bandunq, Qərbi Yava, İndoneziyada hava limanı. Şəhərin mərkəzində Bandunq Mərkəzi qatar stansiyasından 2,4 km məsafədə yerləşir. Hava limanı 145 hektar ərazini əhatə edir və Yavanın cənub-qərbində mülki aviasiya sahəsinə xidmət göstərib. Aerodrom İndoneziya Hərbi Hava Qüvvələrinin Huseyn Sastraneqara hava qüvvələri bazası ilə birləşmişdir. Ticarət uçuşlarının əksəriyyəti buradan yeni tikilmiş Kertacati Beynəlxalq Hava Limanına köçürüldü. Hava limanı Bandunq şəhərində yerləşir və dağlar ilə əhatə olunur, beləliklə unikal xüsusiyyətlərə malikdir. Bu hava limanı indi və keçmişdə Airbus A320 seriyalları, Boeing 737, müəyyən tipli Boeing 757 və Boeing 767 (200) seriyasını idarə edə bilir. Yerli və beynəlxalq terminallarının ümumi iki sahəsi 3,5 milyon sərnişin və 16,000 m² sahənin ümumi gücü təmin edir. İki beynəlxalq hava limanlarından biri olan Böyük Bandunq metropol sahəsinə xidmət edən Qaruda İndoneziyanı, həmçinin Lion Air, Citilink və İndoneziya AirAsia aviaşirkətləri üçün nəzərdə tutulmuş Kertacati Beynəlxalq Hava Limanıdır.
Kürreyn dairəsi
Kürreyn dairəsi (alm. Kurrheinischer Reichskreis‎) 1512-ci ildə yaradılmış Müqəddəs Roma İmperiyasının imperiya dairələrindən biri. Dairə öz adını Orta Reyn boyunca ərazisinin böyük əksəriyyətini təşkil edən yeddi kürfürstdən dördünün adından götürmüşdür.
Məhəmməd Hüsseyn
Fərid Hüseyn
Fərid Bəybala oğlu Hüseynov və ya Fərid Hüseyn; (10 oktyabr 1989, Kürdəmir) — şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2010). == Həyatı == Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür.
Hüseyn (ad)
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Hüseyn (Əbyəlil)
Hüseyn kəndi (başq. Хөсәйен) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəlil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Hüseyn kəndinin milli tərkibi: başqırdlar 95%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 38 km., kənd sovetliyindən (Xəlil): 9 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 117 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Hüseyn Abbasov
Hüseyn Abbasov (11 oktyabr 2007) — azərbaycanlı batut gimnastı. == Karyerası == Hüseyn Abbasov 2007-ci ildə anadan olub. Hazırda Batut gimnastikası və tamblinq üzrə Azərbaycan milli komandasının üzvüdür. === Uğurları === ==== 2015–2017 ==== Hüseyn Abbasov 2015, 2016, 2017-ci illərdə keçirilmiş Azərbaycan birinciliyi və Bakı çempionatı yarışlarında batut növü üzrə kiçik yaş qruplu kişi idmançılar arasında birinci yeri tutmuşdur. ==== 2018 ==== 2018-ci ildə Yaroslavl şəhərində batut gimnastikası üzrə Rusiya kuboku və “Rusiyanın ümidi – 1” ümumrusiya yarışlarında 11–12 yaşlılar arasında finalda 5-ci yeri tutmuşdur. Həmin il Batumidə keçirilən beynəlxalq turnirdə fərdi hərəkətlər üzrə birinci yeri qazanmışdır. ==== 2019 ==== 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Dünya Yaş Qrupları Yarışında sinxron hərəkətlər üzrə ikinci yeri tutaraq Azərbaycanın batut gimnastikası tarixində dünya çempionatlarının ilk gümüş medalını qazanmışdır. Türkiyənin Antalya şəhərində baş tutmuş beynəlxalq turnirin 11–12 yaşlılar arasında fərdi proqramda bürünc, Belarusun Vitebsk şəhərində təşkil olunmuş Belarus Açıq Çempionatının fərdi proqramda qızıl medalçısı olmuşdur. Həmçinin Rusiyanın Krasnodar şəhərində keçirilmiş yarışda 8-ci yerdə qərarlaşmışdır. ==== 2020 ==== 2020-ci ilin 19–23 noyabr tarixlərində Niderlandda təşkil edilmiş batut gimnastikası üzrə onlayn "Dutch Trampoline Open" yarışında 13–14 yaşlılar arasında fərdi proqramda gümüş medal qazanıb.
Hüseyn Abbaszadə
Hüseyn Abbas oğlu Abbaszadə (22 noyabr 1922, Bakı, Azərbaycan SSR, SSRİ – 12 dekabr 2007, Bakı) — Azərbaycan yazıçısı, ssenaristi, 1948-ci ildən AYİ-nin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nin mükafatı laureatı (1988), Azərbaycanın xalq yazıçısı (1991). == Həyatı == Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir. Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945–1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə "Pioner" jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958–1964-cü illərdə "Göyərçin" jurnalı redaksiyasında məsul katib, 1964–1966-cı illərdə baş redaktor, 1966–1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972–1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olmuşdur. O, 1975–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır. Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.
Hüseyn Abbasəliyev
Hüseyn Abdullayev
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.
Hüseyn Abdulov
Hüseyn Andruxayev
Hüseyn Borojeviç Andruxayev (rus. Хусен Борежевич Андрухаев; 2 mart 1920, Xakurinoxabl, Şimali Qafqaz diyarı[d] – 8 noyabr 1941, Antrasit rayonu[d], Luqansk vilayəti) — adıgey-sovet jurnalisti, şairi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı. Cənub Cəbhəsi 18-ci Ordunun 136-cı Piyada Diviziyasının 733-cü Piyada Alayının rotasının siyasi komandiri, kiçik siyasi təlimatçı. == Həyatı == Hüseyn Borojeviç Andruxayev 2 mart 1920-ci ildə Xakurinohabl (indiki Adıgeya) kəndində kəndli ailəsində anadan olmuşdur. O, etnik olaraq adıgey (çərkəz) idi. Andruxayev 1935-ci ildə Adıgey Pedaqoji Texnikumuna daxil olmuşdur. Həmin il o, Rostov-na-Donuda gənc yazıçıların toplantısında iştirak etmiş, 1939-cu ildən yerli qəzetin redaksiyasında, həmin ilin iyun ayından "Sosialistiçeske Adıgey" vilayət qəzetinin müxbiri işləmişdir. 1940-cı ilin yanvarından Qızıl Ordu sıralarında xidmət etmiş Andruxayev 1941-ci ildən Stalinqrad hərbi-siyasi məktəbini bitirdikdən sonra kiçik siyasi təlimatçı olmuşdur. Bundan sonra o, 18-ci Ordunun 136-cı Piyada Diviziyasının 733-cü Piyada Alayının rotasına siyasi təlimatçı təyin edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Сиджах Х. И. [Андрухаев Хусен Борежевич Андрухаев Хусен Борежевич] // Твои Герои, Адыгея: очерки о Героях Советского Союза и кавалерах ордена Славы трёх степеней (500 nüs.).
Hüseyn Arac
Hüseyn Arac (15 oktyabr 1956, Kiçik Asiya) — Danimarka Sosial Demokratlar partiyasının tərcüməçisi və siyasətçisi. == Həyatı == Hüseyn Arac 1956-cı ildə oktyabrın 15-də Türkiyə Anadolu şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Hüseyn Arac 1993-cü ildə Bələdiyyə Məclisinə üzv seçilərək siyasi sferada ilk addımını atmışdır. 1998–2002-ci illərdə Arac İctimai işlər üzrə dairə başçısı olmuşdur. O,2005–2007-ci illərdə Arhus Dairə Bələdiyyəsinin üzvü seçildi.26 oktyabr 2010-cu ildən 28 avqust 2011-ci ilə qədər Kirsten Brosbolun müavini kimi "East Jutland's Storkreds"-in müvəqqəti məclis üzvü olmuşdur. Hüseyn Arac hər zaman öz çıxışlarında Danimarkanı təmsil etməsinə baxmayaraq Türk olduğunu vurğulayıb və həmçinin Azərbaycana da böyük diqqət ayırmışdır və Qarabağ problemini Danimarka parlamentində gündəmə gətirmişdir.
Hüseyn Arif
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). == Həyatı == Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952). Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. === Ədəbi fəaliyyəti === Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür.
Hüseyn Axundov
Hüseyn Axundov (rəssam) (1921—2015) — Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin görkəmli nümayəndəsidir. Hüseyn Axundov (siyasətçi) (1922—1986) — siyasi və ictimai xadim.
Hüseyn Azəri
Hüseyn Azəri (Hüseyn Eyvaz oğlu Əzizov; 1979, Bakı) — jurnalist. == Həyatı == Hüseyn Azəri 1979-cu ildə Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. Zabrat-1 qəsəbəsindəki 192 saylı orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib. İxtisasca hüquqşünasdır. 1997-ci ildən jurnalistika sahəsində çalışır. "İnternews Azerbaijan"da "Güzgü", ANS TV də "İç xəbər", "Poçt qutusu", "Kişi işi" verilişlərində müxbir, aparıcı və redaktor vəzifələrində çalışıb. İctimai Televiziyada "Carçı" xəbərlər proqramının, ARB-24 TV-də əsas xəbər aparıcılarından olub, baş redaktor vəzifəsinədək yüksəlib. Dövlət Bayrağı Meydanında mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib. Hazırda Dövlət Reklam Agentliyinin mətbuat katibidir. Ailəlidir, 2 övladı var.
Hüseyn Ağabəyov
Hüseyn Rəhim oğlu Ağabəyov (1898, Şamaxı – 28 fevral 1956, Bakı) — Azərbaycanın tibb alimi, tibb elmləri doktoru (1935), professor (1938), Azərbaycan SSR əməkdar həkimi (1942). == Həyatı == Hüseyn Ağabəyov 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunda mama və ginekologiya kafedrasının professoru (1938-1941, 1943-1956), Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu (1949-1950) işləmişdir. Tədqiqatları qadın xəstəliklərinin öyrənilməsinə həsr olunmuşdur.
Hüseyn Ağayev
Hüseyn Bayram oğlu Ağayev — kolxozçu, kolxoz sədri. == Həyatı == 1926-cı ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1952-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsini bitirmişdir. 1943–1953-cü illərdə Bərdə rayonunda kolxozçu, kolxoz hesabdarı və sədri, kənd Sovetinin sədri işləmiş, Kirovabad Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur. 1953–1955-ci illədrdə Azərbaycan KP Bərdə RK-nın təlimatçısı olmuşdur. 1955-ci ildən "Azərbaycan" kolxozunun sədridir. Azərbaycan SSR Ali Sovetinin ticarət və əhaliyə məişət xidməti komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Alpout seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr.
Hüseyn Baqqal
Hüseyn Baqqal — krım tatar rəqqas, baletmeyster, teatr rejissoru. Müasir krım tatar xoreoqrafiyasının banisi. 6 il sürgün həyatı yaşayıb. 1955-ci ildə bəraət qazanıb. == Həyatı == 22 aprel 1897-ci ildə Simferopolda ərzaq dükanı sahibinin ailəsində anadan olub. Ailə Tokal Cami məhəlləsində 32 nömrəli evdə yaşayırdı. 1923-cü ildən etibarən Simpferopolda yerləşən Krım tatar teatrında fəaliyyət göstərməyə başlayıb. Aktyorluq və rəqqaslıqla yanaşı həm də solo konsertlər də verirdi. 1927-ci ildə Frankfurt-Mayn şəhərində keçirilən Beynəlxalq İncəsənət Ustaları festivalının laureatı olub. Sonradan Krım tatar Teatrının baş xoreoqrafı seçilib.
Hüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. == Həyatı == Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Hüseyn Baykara
Hüseyn Baykara (türk. Hüseyin Baykara; əsl adı: Qаrа Nəsir bəy oğlu Hüseynbəyli-Şirinbəyov; 1904, Şuşa – 1 iyul 1984, Kayseri) — Azərbaycanlı hüquqşünas, tarixçi, araşdırmaçı-yazıçı, publisist, şair. == Həyatı == Qаrа Hüseynbəyli-Şirinbəyov (Hüseyn Baykara) 1904-cü ildə Şuşada məşhur Şirinbəyovlar ailəsində anadan olub. Anası Mina xanım Həsən bəy Şirinbəyovun qızı, atası Hüseyn bəy Hüseynbəyovun oğlu olub. Ulu babası isə Şirin bəy Ənnağıoğlu olub. 1830-cu ildə rus mənbələrə əsasən, Şuşada 56 bəy ailəsi olub, bunlardan biri də Şirinbəyovlar və ya Kavalerli Şirinbəyovlar idi. Nəsir bəy Hüseynbəyovun 3 oğlu, 5 qızı olub. Böyük oğlu Bahadur 1918-ci ildə rus-türk müharibəsində türklər tərəfdə vuruşaraq həlak olub. İkinci oğlu Surxay filoloq olub, Qazax seminariyasında işləyib. Qızlarının adları Firəngiz, Uruh, Texu, Rəna, Sərəncam olub.
Hüseyn Bayqara
Sultan Hüseyn Bayqara (iyul 1438, Herat – 4 may 1506) — Teymuri sultanı, şair. == Həyatı == Əmir Teymurun nəvəsi Bayqara mirzənin oğlu olan Sultan Hüseyn Bayqara, Uluğbəydən sonra davam edən çaxnaşmalar sırasında, yenə Əmir Teymurun nəvələrindən olan və Heratda hakimlik edən Əbülqasım Baburun xidmətinə girdi. Burada dövlət idarəsində təcrübə qazandı. Onsuzda çox qabiliyətli, təhsilli, zəki bir insan idi. Herat əmiri Babur 1457-ci ildə ölüncə, burada da çəkişmələr başladı və Sultan Hüseyn Bayqara Heratdan ayrılaraq Mərvə keçdi. Burada bölgənin hakimi Muizzüddin Səncərin qızı ilə evləndi və ondan böyük oğlu Bədiüzzaman mirzə dünyaya gəldi. Sultan Hüseyn mirzə özünə bağlı az saylı adamlarla və özbəklərdən Şadibəyin yardımı ilə Ceyhunun Özboy yörəsində kiçik bir bölgənin idarəsini ələ aldı. Az sonra Şadibəyi kənarlaşdıraraq sınırlarını genişlətdi və başqa Özbək grupların yardımı ilə Mazandaranı da ələ keçirdi. Bundan sonra Herata hakim olan Əbu Səidlə mübarizəyə başladı. Əbu Səid Ağqoyunlu hökmdarı Uzun Həsənə məğlub olunca Heratı da ələ keçirdi (1469).
Hüseyn Bayramov
Hüseyn Abbas oğlu Bayramov — dilçi, filologiya elmləri doktoru (1970), professor (1970) == Həyatı == Bayramov Hüseyn Abbas oğlu 1916-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1935-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun indiki (APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir. === Vəfatı === 4 noyabr 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutununda baş elmi işçi, 1960-82-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki Dillər Universiteti) Azərbaycan dilçiliyi kafedrasında dosent, professor və kafedra müdiri işləmişdir. Müasir Azərbaycan dilinin sintaksisinə və frazeologiyasına dair tədqiqatların müəllifidir. == Əsərləri == Müasir Azərbaycan dilində tabesiz mürəkkəb cümlələr, Bakı, 1960 Azərbaycan dili frazeologiyasının əsasları, Bakı, 1978 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 64.
Hüseyn Bağırov
Bağırov Hüseynqulu Seyid oğlu — Azərbaycan Respublikasının sabiq Ekologiya və Təbii Sərvətlər naziri (2001-2018), Azərbaycan Respublikasının sabiq Ticarət naziri (2000-2001). == Həyatı == Hüseynqulu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb. == Fəaliyyəti == 1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib.
Hüseyn Bəşirzadə