ƏLİHƏSƏN
ƏLİXAN
OBASTAN VİKİ
Ağahüseyin Əlihüseyinov
Ağahüseyin Mehdi oğlu Əlihüseyinov (1908, Bakı – bilinmir) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR Baş prokuroru. == Həyatı == Ağahüseyn Mehdi oğlu Əlihüseynov 1908-ci ildə Bakı şəhərində sonralar Lenin adını daşıyacaq toxucu fabrik işçisinin ailəsində anadan olmuşdur. Uşaq vaxtı , adi işçi - yağlayıcı olan atasının əməyinin nə qədər fərəhsiz və ağır olduğunu görürdü. Milyoner Tağıyev 16-18 saatlıq iş günü üçün ağlagəlməz dərəcədə az əmək haqqı verirdi. Bu ailənin ən kiçik üzvü olan Ağahüseyn də vaxtlı-vaxtında məktəbə gedə bilmirdi. Ağahüseyn çox gənc ikən muzdla işləməyə məcbur olur. 1923-cü ildə Əlihüseynov bir dərəcəli məktəbi qurtarıb, həmin ildə 1-ci dövlət mətbəəsində şagirdliyə girir. Burada komsomola daxil olur və dərhal özünü qabaqcıl komsomolçu-aktivist kimi göstərir. Mətbəənin komsomolçuları onu divar qəzetinin redaksiya kollegiyasına katib, sonra özəyə kultura-propaqanda işçisi , bir neçə müddətdən sonra katib seçirlər. Əlihüseynovun bilik öyrənmək həvəsi olduqca böyük idi.