Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alaş işi
Alaş işi — 1928-ci ildən Alaş Partiyasının üzvlərinə qarşı kütləvi repressiyalar. Həbs edildikdən sonra onlara sovet hakimiyyətini devirmək üçün ona qarşı silahlı mübarizədə iştirak etməkdə, milliyətçi təbliğat aparmaqda, SSRİ-yə qarşı mübarizə aparan xarici dövlətlərlə əlaqədə olmaq ittihamı irəli sürülmüşdür. 1930-cu ilin aprelində təqribən 40 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, ölüm cəzasına məhkum edilmişdir. Bunlardan Əhməd Baytursunov, Miryaqub Dulatov, Mirəzağalı Espolov, Xalil Qabbasov, Qasımbek Birimjanov və başqaları var. Xalel və Jaxanşa Dosmuxamedov, Maqjan Jumabayev, Yeldos Omarov, İbrahim Satbayev, Abuali Adilov, Abdolla Uzakbayev sürgünə göndərilmişdir. Sonradan azadlığa buraxılan Muxtar Auezov, Ualixan Ömərov, Bilal Suleyev, Alimjan Yermekov, Daniyal İskakov istintaqa cəlb edilmişdir.
Bank işi
Bank işi (Banking) — İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də, müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan irili-xırdalı bütün əməliyyatlar. Bank işi aşağıdakı kimi əməliyyatları ehtiva edir: Aktiv bank əməliyyatları – kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s., yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları. Məsləhətləşmə (konsaltinq) əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri. Vasitəçilik (komisyon) əməliyyatları – iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları. == Bankların pul və kapital bazarlarında fəaliyyəti == Müasir kapitalist iqtisadiyyatı funksional təyinatlı bazarlar sistemi kimi çıxış edir. Bu sistemin tərkibində aşağıdakıları göstərmək olar: – istehlak malları bazarı; – istehsal vasitələri bazarı; – xidmətlər bazarı; – əmək bazarı; – elmi-texniki məhsul bazarı; – borc kapitalı bazarı; – qiymətli kağızlar bazarı; – valyuta bazarı; – qiymətli metallar bazarı və s. Burada bizim diqqətimizi ilk növbədə borc kapitalı bazarı cəlb edir.Məlumdur ki, borc kapitalı bazarı (BKB) iqtisadi münasibələrin elə bir sahəsidir ki, burada baş verən əqdlərin obyekti kimi borc verilən pul kapitalı çıxış edir. Funksional baxımdan, BKB iqtisadiyyatın kreditləşdirilməsinin təmin olunması məqsədilə pul kapitallarının səfərbər edilməsi və yenidən bölgüsünün baş verdiyi bazar münasibətləri sistemidir.İnstitüsional, yəni təsisat baxımından BKB borc kapitalın hərəkətini təmin edən kredit-maliyyə, o cümlədən qiymətli kağızlar bazarı (QKB)təsisatlarının məcmusudur.Son illərin ədəbiyyatında BKB anlayışı maliyyə bazarı anlayışı ilə əvəzlənir. Başqa sözlərlə, bu iki anlayış mənaca eyniləşdirilir.
Dreyfus işi
Dreyfus işi — 1894–1906-cı illərdə Fransa Ordusu Baş Qərargahının zabiti, əslən yəhudi olan kapitan Alfred Dreyfusa qarşı alman xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməsi ittihamı üzərində qurulan məhkəmə prosesi və bu proses ətrafında baş verən hadisələrə verilən ad. Bu proses XIX əsrin sonu XX əsrin əvvəllərində Fransa tarixində çox böyük iz buraxmış, o dövrkü Fransa cəmiyyətini "dreyfusçular"a və "antidreyfusçular"a bölmüşdür. Məşhur fransız yazıçısı Emil Zolyanın 1898-ci il yanvar ayının 13-də Parisdə nəşr olunan "L'Aurore" qəzetinin baş səhifəsində Fransa prezidenti Feliks Fora ünvanlanmış "Mən ittiham edirəm" (J'Accuse) başlıqlı məşhur məktubu dərc edildikdən sonra "Dreyfus işi" yeni mərhələyə qədəm qoymuşdur. Bu məsələ ətrafında hakim partiyalar və ordu rəhbərliyi arasında fikir ayrılıqları yaranmışdır. Dreyfusa qarşı irəli sürülən ittihamların əsassız olduğuna inananlar bu işin antisemitizm nümunəsi olduğunu iddia etmişlər. Kapitan Dreyfus 1894-cü ilin dekabrında məhkəmə qərarı ilə hərbi xidmətdən uzaqlaşdırılaraq ömürlük həbs cəzasına məhkum edilmiş və 1895-ci ilin yanvarında cəzasını çəkmək üçün Fransa Qvianasına, paytaxt Kayennadan 11 km aralıda yerləşən Şeytan adalarına göndərilmişdir. 1899-cu ilin sentyabrında kassasiya şikayəti əsasında məhkəmə işinə yenidən baxılmış və Alfred Dreyfusun həbs cəzası 10 ilə endirilmişdir, lakin tezliklə o, Fransa prezidenti tərəfindən əfv olunmuşdur. Buna baxmayaraq, Dreyfusun tərəfdarları onun bəraət alması üçün çalışmış və 1903-cü ilin noyabrında yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. 1906-cı ildə məhkəmənin qərarı ilə Dreyfus bəraət almış, üzərindəki bütün ittihamlar götürülmüş, ordudakı vəzifəsinə geri qaytarılmış və Fəxri Legion ordeni ilə təltif edilmişdir. == Xarici keçidlər == Greatest Newspaper Article of all Time Arxivləşdirilib 2005-11-26 at the Wayback Machine (Journalistic retrospective of Zola's "J'accuse!") Temporal and Eternal by Charles Péguy, translated by Alexander Dru Arxivləşdirilib 2008-02-29 at the Wayback Machine Anya Rous The Rising Celebrity and Modern Politics—The Dreyfus Affair Arxivləşdirilib 2007-05-13 at the Wayback Machine Leslie Derfler, The Dreyfus Affair.
Gömrük işi
Gömrük işi—Gömrükxananın işi. Gömrük işi ilə bağlı başqa bir məsələ gömrük orqanları tarifindən ölkəyə qaçaq yolla gətirilən narkotik vasitələrin müsadirə edilməsidir. İlk baxışdan iqtisadi səmərə verməyən bir hal kimi gözə dəyən bu məsələ, əslində mühüm strateji əhəmiyyətə malikdir. Belə ki, narkoticarətin qarşısını alan gömrük orqanları, ölkəni narkotik bazarına çevrilməsinə imkan verməməklə çoxlu dövlət vəsaitlərinə qənaət etmiş olurlar. Çünki dövlət təkcə narkotik alverinə qarşı mübarizəyə deyil, eyni zamanda narkomanların müalicəsinə də heç bir vəsait xərcləmir və həm də ölkənin inkişafında mühüm potensial sayılan intellektual bazanı da qorumuş olur. Başqa bir misal: gömrük orqanları ölkənin gömrük ərazisinə keyfiyyətsiz məhzulları (ərzaq malları, dərman preparatları, uşaq yeməkləri və s.) buraxmamaqla əhalinin sağlamlığını qorumaqla bərabər dövlət vəsaitlərinin digər sosial qayğılara yönəldilməsinə şərait yaratmış olurlar. Eyni zamanda gömrük orqanları təhlükəli tullantıların ölkə ərazisinə gətirilməsinin qarşısını almaqla, ölkənin ekoloji zibilxanaya çevrilməsinə şərait yaratmırlar ki, bu da ölkə əhalisinin həyatının təhlükə altında qalmasına imkan vermir. Beləliklə, gömrük işinin bu nəticələri dövlətin təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bir daha özünü büruzə vermiş olur. Dövlət gəlirlərinin formalaşmasında gömrük işinin təşkili mühüm rol oynayır. Müxtəlif ölkələrdə bu gəlirlərin payı müxtəlif olsa da, gömrük işi hər yerdə mühüm əhəmiyyət kəsb edir.
Nəşriyyat işi
Nəşriyyat işi – Klassik nəşriyyat fəaliyyətlərinə aşağıdakılar daxildir: əlyazma və müəlliflərin axtarışı, müəllif hüquqları əldə etmək, əlyazma çap üçün hazırlanması (redaktə, oxu, formatlaşdırma), çap (və onun elektron ekvivalentləri) və marketinq paylanması. Praktikada nəşriyyat fəaliyyəti yalnız müəllif və mətbəə arasındakı vasitəçilikdən ibarət ola bilər. Qısacası nəşr edən, düzəldən == Tarixi == Bugünkü nəşriyyatların prototipləri kitabxanalarda və monastırlarda mövcud olmuş qədim və orta əsrlərə aid skriptiyalar idi. Artıq qədim Romada (e.ə. I əsrdə) əlyazma kitabələrin kiçik tirajlarını satışa hazırlayan skripttoriyaların mövcud olduğuna dair sübutlar var. Bunlar (eyni vaxtda 30 nüsxəyə qədər) oxucunun diksiyası altında qul katiblər tərəfindən hazırlanmışdır. Orta əsr Avropasında, digər sənətkarlıqların nümayəndələri kimi peşəkar gildiyalarda yaradılan əlyazma kitablarının naşirləri. İohan Quttenberq tərəfindən XV əsrin ortalarında çap ixtirası nəşriyyatın sürətli böyüməsinə səbəb oldu. XV əsrin sonlarında Avropanın bir çox şəhərində nəşriyyatlar-mətbəələr meydana çıxdı, nəinki kitablar (baş səhifədə və ya kolofonda özləri haqqında məlumatlar var), həm də reklam broşuraları, məhsullarının kataloqu nəşr olundu. XV – XVI əsrlərdə kitab ticarətinin inkişafı ilə öz kataloqlarını istehsal edən kitab yarmarkaları meydana çıxdı.
Pambıq işi
Pambıq işi (rus. хлопковое дело, özb. paxta ishi) və ya özbək işi (rus. узбекское дело, özb. o'zbek ishi) — Şərəf Rəşidovun rəhbərliyi altında olan Özbəkistan SSR-də və həmçinin SSRİ-n başqa yerlərində 70-ci illərin axırında və 80-ci illərində araşdırılan korrupsiya və iqtisadi sui-istifadələr ilə bağlı bir sıra cinayət işləri. == Arxa plan == Leonid Brejnevin SSRİ-n Baş Katibi olduğu dövründə korrupsiya adi hal idi. Amma, hətta o dövrün standartlarına görə, Özbək SSR-dəki korrupsiyanın səviyyəsi çox yüksək dərəcəyə çatmışdı.XX əsrin ortasında Mərkəzi Asiya Respublikaları və özəlliklə Özbəkistan, əsas hissəsi RSFSR-in Avropa hissəsində yerləşən SSRİ-n yüngül sənayəsi üçün xammal olan pambıq isehsalın mərkəzinə çevirmiş. 70-ci illərin əvvəlində artıq Özbəkistanın bütün əkilə bilən torpaqları pambıqçılıq üçün işlənilirdi. Mərkəzi Asiyada artıq yığılan pambığın miqyasını artmaq mümkünsüz idi, amma eyni zamanda, SSRİ-n dövlət planı (pambığın idxalının qarşısını almaq üçün) hər beşillik Özbəkistan və başqa Mərkəzi Asiya Respublikalarının pambıqçılığı üçün artıq onsuz da qeyri-realistik hədəfləri şişirdirdi. Monokultura ilə toksik gübrələrin və pestisidlərin presedentsiz işlətməsi və məhsulun rotasiyasından imtina ekologiyada fəlakətə gətirirdi.
Tuxaçevski işi
Tuxaçevski işi və ya "antisovet trotskiçi hərbi təşkilatı" işi — marşal Mixail Tuxaçevskinin başçılıq etdiyi bir qrup yüksək səviyyəli SSRİ hərbi liderlərinin hakimiyyəti ələ keçirmək üçün hərbi çevriliş təşkil etməkdə ittiham edilməsi ilə bağlı iş. Bu hadisə Qızıl Orduda kütləvi repressiyaların başlanğıcı idi. Bir sıra SSRİ, Rusiya və xarici tədqiqatçılar ittihamı uydurma hesab edirlər.11 iyun 1937-ci ildə iş üzrə SSRİ Ali Məhkəməsinin Xüsusi Məhkəmə iclasının qapalı iclası keçirilmişdir. Bütün müttəhimlər təqsirli bilinmiş, hökmdən dərhal sonra güllələnmişdir. 1957-ci ildə bütün təqsirləndirilənlər cinayət tərkibinin olmaması səbəbindən ölümündən sonra reabilitasiya edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Викторов Б. А. Без грифа «Секретно»: Записки военного прокурора. Возвращение к правде (200000 nüs.). М.: Юридическая литература. 1990. ISBN 5-7260-0215-6.
Tərtər işi
Tərtər işi — Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətin bir hissəsinin (mülki, əsgər, çavuş, gizir və zabit heyəti) və mülki vətəndaşların Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə mümkün əlaqəsi və bu mümkün əlaqələr nəticəsində Azərbaycanın əleyhinə olaraq Ermənistanın maraqlarını təmin etmək məqsədilə casusluq fəaliyyəti və bu mümkün fəaliyyətin Azərbaycanın dövlət orqanları tərəfindən ifşa olunmasından sonra mümkün təqsirkarların 2017-ci ilin aprel-iyun aylarında Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuları tərəfindən qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qoyularaq ifadələrinin alınması, bu proses zamanı onların öldürülməsi, əlil edilməsi, mümkün təqsirkarları müxtəlif üsullarla məcbur edərək onların etirafedici ifadələrə imza atdırılması və s. kimi qeyri-qanuni əməlləri özündə ehtiva edən və yekunda keçirilən məhkəmə proseslərinin cəmləşdirilmiş adı. Məhkəmənin hökmünə əsasən, Ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 22 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarıldı. Hökm, 1-ci mərhələdə 11 nəfər, 2-ci mərhələdə 7 nəfər, 3-cü mərhələdə 4 nəfər olmaqla 3-lü mərhələ şəklində çıxarıldı. İstintaq prosesinin qeyri-rəsmi olaraq “Tərtər işi” kimi adlandırılmasının səbəbi, kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tebeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsi (həmçinin, işgəncələrin çox kiçik bir hissəsi Mingəçevir şəhərində yerləşən 3-cü Ordu Korpusuna tabe olan hərbi hissədə baş verib), istintaqın Tərtər Rayon Hərbi Prokurorluğunda aparılması, hökmün Gəncə və Tərtər Hərbi Məhkəmələrində çıxarılması və mümkün casusluq faktlarının Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərində baş verməsidir. Əslində isə rəsmi olaraq istintaq prosesinin heç bir xüsusi adı mövcud deyil. == Tarixi == 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilmədilər.Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür. Xüsusilə ehtiyatda olan polkovnik-leytenant Saleh Qafarovun əllərini və ayaqlarını bağlayıb suda batırmış, bədəninə cərəyan vermiş, dırnaqlarını çıxarmış, çənəsini sındırmış və əlləri bağlı şəkildə 2-ci mərtəbədən atmışdılar. Bunu məhkəməyə onun həyat yoldaşı eşitdiklərindən bildirmişdir.
XYZ işi
XYZ işi (eng.XYZ Affair) - 1797-1798-ci illər, Con Adamsın prezidentliyinin ilk dövrlərində ABŞ və Fransa Respublikası arasında elan edilməmiş Kvazi Müharibəyə səbəb olan siyasi və diplomatik hadisədir. Bu iş öz adını ABŞ-nin dövlət sənədlərində fransız diplomatları Hottinguer, Bellamy və Hauteval-ın müvafiq olaraq X, Y, Z adlandırılmasından götürüb. 1797-ci ilin iyulunda Amerika diplomatik heyəti müharibə təhlükəsini danışıqlar yolu ilə həll etmək məqsədilə Fransaya göndərilir. ABŞ diplomatları Çarlz Koutsuort Pinkni, Con Marşal və Elbric Cerriyə qeyri-rəsmi yolla Fransanın Xarici İşlər Naziri Taleyranın agentləri tərəfindən danışıqlara başlamazdan əvvəl rüşvət ödəməli olduqları barədə xəbərdarlıq edilir. Baxmayaraq ki, belə tələblər həmin dövr Avropa diplomatiyası üçün yad deyildi, amerikalılar razı olmayaraq Fransanı tərk edirlər. Elbric Cerri müharibədən yayınmaq üçün bütün vasitələri sınamaq istədiyinə görə komissiyanın iki üzvündən sonra bir neçə ay da Fransada qalır. Lakin onun Taleyranla danışıqları heç bir səmərə vermir. Danışıqların belə uğursuzluqla nəticələnməsi ABŞ-də diplomatik burulğan yaradır. Bu hadisə elan edilməmiş Kvazi Müharibəyə (1798-1800) gətirib çıxarır. == Tarixi şərait == 1789-cu il böyük Fransa İnqilabından sonra Corc Vaşinqtonun rəhbərlik etdiyi ABŞ hökuməti ilə yeni yaranmış Fransa Respublikası arasında münasibətlər mürəkkəbləşir.
Şohaçi İşi
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. == Həyatı == Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.
Əl işi
Bəzən daha dəqiq bir şəkildə sənətkarlıq olaraq ifadə edilən əl işi, faydalı və dekorativ əşyaların tamamilə əl ilə və ya yalnız qayçı, oyma alətləri kimi sadə, avtomatlaşdırılmamış əlaqəli alətlərdən istifadə edilməklə hazırlanan işlərdir. Sənətkarlığın ənənəvi əsas sektorudur və toxuculuq, qəliblənə bilən və sərt materiallar, kağız, bitki lifləri, gil və s. ilə işləmək də daxil olmaqla, öz əlləri və bacarığı ilə əşyaların düzəldilməsi ilə əlaqəli geniş yaradıcılıq və dizayn fəaliyyətlərinə aiddir. Ən qədim əl sənətlərindən biri Dokradır. Bu, Hindistanda 4000 ildən çoxdur hələ də istifadə olunan bir növ metal tökümdür. İranın Sistan və Bəlucistan ostanında qadınlar hələ də kəndin yaxınlığındakı bir arxeoloji sahə olan Kalpurganın 5000 illik saxsı ənənəsinə bənzər nöqtəli bəzəkli qırmızı əşyalar əl istehsalı saxsı məmulatlar hazırlayırlar. Əl sənayesi, maşınları istifadə etmədən yerləşdikləri məkanda insanların ehtiyaclarını ödəmək üçün əl ilə əşyalar istehsal edən sahədir. Bir çox sənətkar təbii, hətta tamamilə yerli materiallardan istifadə edir, digərləri isə müasir, qeyri-ənənəvi materiallara və hətta yüksək səviyyəli sənaye materiallarına üstünlük verə bilər. Əl işi olan bir əşyanın fərdi sənətkarlığı birinci dərəcəli meyardır yəni kütləvi istehsal və ya maşınlar tərəfindən hazırlananlar əl işləri deyil. Tələbələrin ümumiyyətlə və bəzən müəyyən bir sənətkarlıq və ya ticarət sahəsindəki bacarıqlarını və yaradıcı maraqlarını inkişaf etdirmək olaraq görülən əl işləri, həm qeyri-rəsmi, həm də formal olaraq təhsil sistemlərinə inteqrasiya olunur.
Petrov işi
Petrov işi — 1954-cü ildə DTK zabiti Vladimir Petrovun Sovet İttifaqının Kanberradakı səfirliyindən qaçması ilə bağlı Soyuq Müharibə illərində Avstraliyada baş vermiş casus hadisəsi. Bu ayrılma Kral Komissiyasına səbəb oldu və nəticədə yaranan mübahisə İşçi Partiyasının parçalanmasına gətirib çıxartdı. == Arxa plan == Petrov, nisbətən kiçik diplomatik statusuna baxmayaraq, (1954-cü ildə) KQB-nin, Sovet məxfi polisinin polkovniki, həyat yoldaşı isə Daxili İşlər Nazirliyinin (MVD) zabiti idi. Petrovlar 1951-ci ildə Sovet Təhlükəsizlik İdarəsinin rəisi Lavrenti Beriya tərəfindən Kanberra səfirliyinə göndərilmişdi. 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra Beriya Stalinin xələfləri tərəfindən həbs edilmiş və güllələnmişdi və Vladimir Petrov yəqin ki, Sovet İttifaqına qayıtsa, "Beriya adamı" kimi "təmizlənəcəyi"ndən qorxurdu. == Sığınma == Petrov Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) ilə əlaqə saxladı və siyasi sığınacaq müqabilində Sovet casusluğunu sübut etməyi təklif etdi. Bu ayrılma, təxminən iki ilə yaxındır Petrovu yetişdirən, onunla dostluq edən və onu Sidneyin King's Cross bölgəsində fahişələrə baş çəkməyə aparan polşalı həkim və musiqiçi və yarımştat ASIO agenti Maykl Bialoquski tərəfindən təşkil edildi. Bialoquski Petrovu ASIO-nun yüksək rütbəli zabiti Ron Riçardsla tanış etdi, o, Petrova sığınacaq və səfirlikdən özü ilə gətirə biləcəyi bütün sənədlərin müqabilində 5000 funt sterlinq təklif etdi. Potensial qaçqınların "Kabin Namizədləri" kimi qeyd edilməsinin standart təcrübəsinə əsasən, Petrovun qaçmasının planlaşdırılmas 11 saylı Əməliyyat Kabini olaraq təyin olunduqdan sonra qısa müddət ərzində Əməliyyat Kabin 12 olaraq kodllandırıldı. Petrov 3 aprel 1954-cü ildə ölkəni tərk etdi.
Yapon işi
Yapon işi (türk. Japon İşi) – 1987-ci ildə Kartal Tibetin rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Komediya janrında olan filmin baş rollarında Kamal Sunal, Fatma Girik, Sümer Tilmaç, Reha Yurdakul və Necdet Yakın çıxış edirlər. Film bir gecə klubunda ofisiant kimi işləyən Veysəldən və yapon dostu tərəfindən göndərilmiş qadın robotdan bəhs edir. == Məzmun == Veysəl bir gecə klubunda işləyən ofisiantdır. Klubun solisti olan Başak Billursesə aşiqdir. Lakin nə qədər çalışsa da, Başak ona maraq göstərmir. Bir gün Veysəlin kömək etdiyi bir yapon müştəri ona Başaka çox bənzəyən bir robot göndərir. Veysəl "Yapon Başak" adlandırdığı robot ilə birlikdə yaşamağa başlayır. Başak həbsdə olan və cəzasının bitməsinə çox az qalan mafiya lideri Dəli Dilavərin evlənmə təklifini qəbul etməmək üçün İsveçrəyə qaçır.
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Baş hərf
Baş hərf — digər hərflərlə müqayisədə daha iri ölçüdə yazılan hərf. O digər qrafika ilə işlənir. Bir çox dillərdə baş hərflər cümlənin başlanğıcında, xüsusi isimlərdə və şeirlərdə hər sətirin əvvəlində yazılır. Bəzi hallarda xüsusi ayırmaq üçün hansısa söz və ya cümlə ancaq baş hərflə yazıla bilər.
Baş Ştatlar
Baş Ştatlar - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Baş kəsmə
Boğazdan və ya boyundan hər hansısa bir soyuq alətlə, gilyotinlə, baltayla başın bədəndən qoparılaraq ayrılmasıdır. Bu cür hallarda 100% ölüm gerçəkləşər. Dünyada edam növü olaraq bu keçmişdə bəzi ölkələr tərəfindən istifadə edilmişdir. Amma sonradan yeni hüquq sisteminin yaranması və guya avropalıların insafa gəlməsi bunu edam növü olaraq tarix səhnəsindən çıxardı. Günümüzdə Səudiyyə Ərəbistanı bunu hələ də istifadə etməkdədir. Bəzi terrorçu qruplaşmalarda, bundan istifadə etməklə insanlar arasında çaşqınlığa və qorxuya yol açmaq istəyir.
Baş leytenant
Baş leytenant (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — Bir çox dövlətlərin silahlı qüvvələrinin kiçik zabit heyətində hərbi rütbə.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Baş miqyas
== Baş miqyas == Baş miqyas-coğrafiya xəritələrində sıfır təhrifli xətt və nöqtələrin miqyasına deyilir. Xəritənin qalan hissələrində miqyaslar xüsusi miqyas adlanır. Dünya və yarımkürələr xəritəsində baş miqyas ekvator xəttinin miqyasıdır.
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Diplom İşi (1979)
== Məzmun == Rəssamlıq məktəbinin tələbəsi heykəltaraş Mahmud (Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin yanına gəlir və burada öz diplom işi üçün həmkəndlisi Zümradı (Firəngiz Mütəllimova) canlı model seçir. İş başa çatanda Zümradın qohumları, onların ardınca bütün kənd camaatı Mahmuddan tələb edir ki, qızla evlənsin. Gənc rəssam qaçmaqla canını qurtarır. Axı, o, işləyəcəyi bütün canlı modellərlə evlənə bilməz ki... == Festivallar və mükafatlar == 1) 1979-cu ildə Karlovı-Varı Beynəlxalq Kinofestivalı Film diploma layiq görülmüşdür. == Film haqqında == Film rejissor Cahangir Mehdiyevin kinoda ilk işidir. Kinokomediya yazıçı A.İbanoidzenin "İmeretiyasayağı evlənmə" romanının motivləri əsasında çəkilmişdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Təmam şud işi
Təmam şud işi, həmçinin Somerton kişisinin sirri olaraq da bilinən Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da ölü şəkildə tapılmış kişinin üstü açılmamış cinayət işi. Kişinin şalvarının gizli cibindən bir ay sonra aşkarlanmış kağız parçası çap olunmuş və fars dilində "bitdi" və ya "tamamlandı" mənasını verən təmam şud sözünün şərəfinə adlandırılmışdır. Bu parça XII əsr şairi Ömər Xəyyama aid olan şeirlər toplusu - Rübailər kitabının bir nəşrinin son səhifəsindən çırılmışdı. İşin ilkin protokollarında Təmam sözü orfoqrafik səhv nəticəsində Təman olaraq qeyd edilmiş və bu səhv tez-tez təkrarlanır.Tamam şud işi (ing. Tamam Shud case) - 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da Avstraliyanın Adelaida şəhərində baş vermiş hadisə. Hadisə şəhərdə yerləşən Somerton çimərliyi ərazisində naməlum kişi cəsədinin tapılması ilə meydana gəlmişdir. Cəsədin üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. 40-45 yaşlarında olan, qalın geyimli kişi cəsədinin ayaqqabılarının təmiz olması onun bura sonradan gətirildiyi ehtimalını gücləndirir. Cəsəddən götürülmüş diş və dırnaq nümunələri əsasında şəxsin ərazinin yerlisi olmadığı güman edilmişdir. Hadisədən bir gün əvvəl havanın çox isti olmasına baxmayaraq şəxsin qalın geyimlərdən istifadə etməsi də bir başqa qəribə detaldır.
ABŞ-ın baş hakimi
Məhəbbət baş verməli idi (film, 1998)
Məhəbbət baş verməli idi (hind: प्यार तो होना ही था; Rom: Pyaar To Hona Hi Tha) və ya Məhəbbətdən qorxmaq lazım deyil — Kajol və Ajay Devqnın baş rollarda oynadığı 1998-ci ildə hind dilində çəkilmiş Hind romantik komediya filmidir. Film 1995-ci ildə Meq Rayan və Kevin Klaynın baş rollarda oynadığı amerikan Fransız öpüşü filminin səhnə-səhnə nüsxəsidir. == Süjet xətti == Film gənc gözəl Sancananın kədərli sevgi hekayəsindən bəhs edir. Sancana Parisdə yaşayır və Rahulla nişanlanır. Hindistana işgüzar səfər zamanı Rahul yeni tanış olduğu birinə gözlənilmədən aşiq olur. Bu sevgi öpüşü Rahulun həyatını yeni bir xoşbəxtliklə doldurur və o, Sancana ilə olan münasibətlərini pozmağa qərar verir. Lakin qız təslim olmur və sevgisini xilas etmək üçün Hindistana getməyə qərar verir. Bu çətin yolda o, bir çox çətinliklərlə üzləşməli olacaqdır. Və Sancana üçün ilk böyük sınaq təyyarədə uçmaq və bu səfər əsnasında onun tanış olduğu oğru Şekhar ilə yaradacağı münasibətləri olacaqdır.
İşıq ili
İşıq ili - işığın 1 il ərzində getdiyi yoldur. Daha dəqiq desək, Beynəlxalq Astronomiya İttifaqının (IUA) qəbul etdiyinə görə işıq ili, işığın vakuumda (boşluqda) heç bir qravitasiya təsiri olmadan 1 Yulian (365,25 gün) ili ərzində keçdiyi yoldur. İşığın adi sürəti isə təxminən saniyədə 300 min kilometrə bərabər olduğu nəzərə alınsa, onun 1 ildə getdiyi yol 10 trilyon kilometrə bərabərdir (1 işıq ili=10 trilyon kilometr).
İsi
İsi (keçmiş adları İsibəy və Bəykəndi) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, Lənkəran ovalığındadır. Keçmiş adı İsibəy olmuşdur. Yaşayış məntəqəsi İsibəyə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhali tərəfindən Bəykəndi də adlanırdı. Sovet hakimiyyəti illərində oykonimin tərkibindəki "bəy" sözü atılmışdır. == Əhalisi == === Tanınmışları === Mir Kazım Aslanlı (d. 1912, İsi, Masallı rayonu – ö. 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Febril tutmalar
Febril tutmalar (FT) - uşaqlarda (əsasən 3 ay – 5 yaş arasında) qızdırma ilə əlaqəli olan və beyin zədəsi/infesksiyası olmadan baş verən tutmalar. Adətən FT hərarət >38,5 °C olanda baş verir. Tipik hallarda FT qısa generalizə olunmuş tonik-klonik tutma şəklində keçir. Lakin, fokal (parsial) FT xəstələrin 10%-də və uzun müddətli (>20 dəq) FT xəstələrin 5%-də müşahidə olunur. Ümumiyyətlə, əhalinin 4–5%-i ən azı 1 dəfə FT keçirir. İlkin febril tutmanı keçirilmiş şəxslərdə epilepsiyanın başlanması ehtimalı 2–4% və təkrar FT-nin ehtimalı 30–40%. FT beyinin zədələnməsinə səbəb olmur. FT iki qrupa bölünür: 1. Sadə FT (qısa, generalizə olunmuş, bir qızdırma epizodunda 1 FT, tutmadan sonra nevroloji defisitsiz) 2. Mürəkkəb FT (uzun müddətli, yəni >20 dəq.; və ya fokal; və ya bir qızdırma epizodunda >1 FT; FT-dən sonra nevroloji defisit) Sadə FT-dən sonra epilepsiyanın başlanması ehtimalı 2%, mürəkkəb FT-dən sonra isə ehtimal 4–12%-ə çatır.
Məşədi İsi
Məşədi İsi (təq. 1840-cı illər – 1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olmuşdur.Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olmuş, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrətmişdir. O, "Rast", "Şur", "Hümayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafiz və Sədi Şirazinin əsərlərini də oxumuşdur. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur.Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində — Gəncə, Ağdaş, Şamaxı və Bakıda dəfələrlə müxtəlif məclislərdə çıxış etmişdir. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxumuşdur. İran hakimi Nəsrəddin şah tərəfindən bir neçə dəfə Tehran şəhərinə çağırılmış, şah sarayında İran müğənniləri ilə olan bir müsabiqədə qələbə qazanaraq İran şahı tərəfindən "Şiri-Xurşid" ordeni ilə təltif edilmişdi.1890-cı illərində Məşədi İsi tarzən Sadıqcan ilə birlikdə Orta Asiyanın Aşqabad, Səmərqənd, Daşkənd və başqa şəhərlərdə xalq şənliklərində iştirak etmişdir. O, muğam ifaçısı və bilicisi olmaqla yanaşı, təsnifxan kimi də tanınmışdır.
İsi Məlikzadə
Məlikzadə İsi Abbas oğlu (1 may 1934, Ağcabədi rayonu – 12 may 1995, Bakı) — Azərbaycan yazıçısı, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Burada Xalfərəddin orta məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsində təhsil almışdır (1952–1957). == Fəaliyyəti == "Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957–1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961–1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966–1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974–1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976–1980), "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980–1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981–1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983–1985). Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988–1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrın 5-də vəfat etmişdir. Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə, İsi Məlikzadə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur. == Əsərləri == Həsrətin sonu.
Ali Baş Komandan
Ali Baş Komandan — bir ölkənin hərbi qüvvələrinin ən yüksək əməliyyat komandanlığı və nəzarətini həyata keçirən şəxsə deyilir. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan respublikasının Ali Baş Komandanıdır.
Ağ Baş
Ağ Baş — Gərnibasar mahalında kənd. == Tarixi == Tarixi Qərbi Azərbaycan torpaqları olan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd. Kəndin digər adı Xaraba Ağ Baş idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır. == Ağ Baş və qədim türk tayfaları == Məlum olduğu kimi qədim türk tayfaları üçün fərqləndirici əlamətlərdən biri onların geyimi olmuşdur. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə üçün: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı və s.
Baş Göynük
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir. == Tarixi == Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir.
Baş Gözəldərə
Baş Gözəldərə, Yuxarı Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Göyçə gölünün yaxınlığında, Gözəldərə çayının yanında, Gözəldərə başı dağının ətəyində yerləşir. Kəndə həm də Yuxarı Gözəldərə deyilir. Toponim fərqləndirici əlamət bildirən baş (yuxarı) sözü ilə gözəl və dərə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür. 1897-ci ildə burada ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən deportasiya edilmişdir.
Baş müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir.Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar. == Müəllimlik işinin xüsusiyyətləri == Müəllimlik işinin xüsusiyyətlərinə aşağıdakılar daxildir: a) müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir; b) müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz; c) müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir; ç) müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz.
Baş pontifik
Baş pontifik (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Gratsianın çağrıldığını göstərir. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır. "Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı (Roma Yepiskopu daxil) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da, papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır. == Etimologiya == Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Baş qərargah
Baş qərargah; silahlı qüvvələrə nəzarət etmək və onları operativ şəkildə idarə etmək üçün yaradılmış ən ali hərbi təşkilati quruluşdur. Bəzi dövlətlərdə Baş Qərargah Nazirliyi mövcuddur.
Baş redaktor
Baş redaktor ― inzibati nöqteyi-nəzərdən nəşrlərin tərtibi və redaktəsi ilə məşğul olan vəzifəli şəxsədir. Redaktor təkcə müəllif hüquqları ilə qorunan materialları müəyyən bir media və ya kitab nəşriyyatının formatına uyğun formada gətirmək prosesi ilə məşğul deyil. Bu mütəxəssisin vəzifələri sırasında müəllif tapşırıqlarının bölüşdürülməsi, onların müəyyən müddət ərzində vaxtında və keyfiyyətli icrasına nəzarət etməkdir. Bundan əlavə, redaktorun vəzifəsi işlədiyi şirkəti populyarlaşdırmaqdır. Buna görə də bütün məlumatlar aktual, dəqiq, düzgün təqdim edilməli və tam şəkildə təqdim edilməlidir.
Baş serjant
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş Şabalıd
Baş Şabalıd — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Şabalıd Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Şin çayı sahilində, dağ yamacındadır. Keçmış adı Şabalıd olmuşdur. XIX əsrin əvvəllərində bu kənddən çıxmış ailələr tərəfindən Aşağı Şabalıd yaşayış məntəqəsi yarandıqdan sonra keçmiş kənd indiki adla tanınmışdır. Oykonim baş (yuxarı) ve Şabalıd (kənd adı) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Şabalıd kəndi" deməkdir. Kənddə yerli camaatın qazıntıları zamanı insan sümüklərinin tapılması buranın tarixinin qədim olduğunu göstərir. İnsan sümükləri 4-5 metr dərinlikdən tapılır. Kənddə alban kilsəsinin olması burada insanların yaşayışının islamdan öncəsinə gedib çıxdığını görmək olar. == Mədəniyyəti == Baş Şabalıd kəndində mədəniyyətin formalaşmasında Baş Şabalıd kənd tam orta məktəbin böyük rolu olmuşdur.