Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İdiot (roman)
İdiot (rus. Идиот) — XIX əsr rus yazıçılarından Dostoyevskinin 1868-ci ildə yazdığı bir romandır. Fyodor Dostoyevski bu əsərində, sara xəstəsi bir gənc adamın mərkəzinə yerləşdirdiyi bir dünyada dürüst və açıq bir insan olaraq yaşamağın çətinliklərinə toxunmaqda və cəmiyyətin nə qədər də iki üzlü bir sistem üzərinə söykənərək ayaqda dayandığını göz önünə çıxarır. Belə bir dünyada dürüst olmaq "idiot" olmaqdır. Roman bir Dostoyevski klassikası olaraq son dərəcə axıcı və dərindir. Psixoloji maddələrin ağırlıqlı olduğu bir əsərdir. Dostoyevski burda ideal kişi tipini yaratmaq istəmişdir. XIX əsr ortalarında keçən romanın qəhrəmanı Knyaz Lev Mışkin, sara xəstəsidir. Müalicə gördüyü İsveçrədən qayıdanda əlindəki geyimdən başqa heç bir şeyi yoxdur. Peterburqda özüylə uzaqdan qohum olan Lizaveta Prokovyevnanı və General olan yoldaşını görmək üzrə Yepançinlgilə gedər.
İdiot (film, 1992)
Axmaq — Fyodor Dostoyevskinin "İdiot" romanı əsasında çəkilmiş hind filmi. Rejissoru Mani Kaul olan filmin baş rollarında Şahrux Xan və Ayub Xan-Din yer almışdır. Film 8 oktyabr 1992-ci ildə Nyu-York film festivalında nümayiş etdirilmişdir. Hekayənin bu versiyasında Şahzadə Miskin (Xan-Din) muasir Mumbayda yaşayan, epilepsiya xəstəliyinə tutulmuş şəxs olaraq göstərilir.
Mən necə idiot oldum (roman)
"Mən necə idiot oldum" — Martin Paj tərəfindən yazılmış fəlsəfi roman. Yazıçının ilk romanıdır. 2001-ci ildə "Le Dilettante" nəşriyyatı tərəfindən çap edilmişdir. Kitab Avroregional məktəblər arası ədəbiyyat mükafatını qazanıb. Bu mükafatın qalibini Belçika, Hollandiya və Almaniyadan tələbələr seçir. Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Roman, demək olar ki, sözbəsöz sitatlara bölündü. İnternet saytlarında Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olar.
İndium
İndium (In) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 49-cu element. 1863-cü ildə F. Reyx və T. İ. Rixter tərəfindən sfalerit (ZnS) mineralında spektral üsul ilə kəşf olunmuşdur. Onlar spektrdə Hindistandan gətirilmiş qədim boyaq indiqonun iki parlaq rəng xəttini aşkar etmişlər. Yeni element indium adlandırılmışdır. Gördüyümüz kimi onun adı dolayısı ilə Hindistan ilə əlaqədardır. Həmin kimyaçılar az miqdarda bəsit maddə — indium metalını da ayırmışdılar. İndiumun ekvivalentini müəyyən etdikdən sonra D. İ. Mendeleev inandırıcı olaraq sübut etdi ki, bu elementin yeri beşinci dövrdə və III qrupda və yaxın keçmişdə boş qalmış xanadadır. İndiumun başlıca nuklidi təbiətdə nisbi miqdarına görə 115In-dur (95.71%). Bu radionuklid nəhəng yarımparçalanma dövrünə malikdir: T1/2=4.4∙1014(440 trilion) il. Yer mövcud olduğu dövrdən onun cəmi 7∙10–4 % nüvəsi parçalanmışdır.
Biom
Biom (ing. biome, yun. βίος – həyat və … oma) — Eyni iqlim zonasının ekosisteminin küllüsü. Orqanizmlərin müxtəlif qruplarının və onların müəyyən landşaft-coğrafi zonada məskunlaşdığı mühitin məcmusu. == Ümumi məlumat == “Biom” adı (məs., tundra, tayqa, mülayim zonanın iynəyarpaqlı meşələri, tropik savanna, çöllər, səhralar və s.) adətən, üstünlük təşkil edən bitki tipinin adı, yaxud landşaftın əsas stabil xüsusiyyətləri ilə müəyyən edilir. Düzənlik yerdə Biomlar ərazi cəhətdən bir-birindən az və ya çox aralı düşür, xeyli böyük sahələri tutur. Dağlarda kiçik bir sahədə beşə qədər qurşaq Biomu yanaşı ola bilər. “Biom” termini ən çox quru ərazilərin ekologiyasında istifadə edilir. Rus ədəbiyyatında onun əvəzinə çox vaxt ya “təbii (yaxud coğrafi) zona”, ya da “bitkilik zonası” terminləri həmin adlarla (tundra, tayqa, çöl və s.) birlikdə istifadə olunur. Xarici Avropa elmi ədəbiyyatında təbii zona və “Biom” kateqoriyalarını birləşdirən anlayışlar təklif edilmişdir (məs., Q. Valter zonobiomları (Zo- nobiomes)).
Diod
Yarımkeçirici diod (yun. δις - iki, od ὁδός - yol) — bir p-n keçidə malik olan və iki elektrik çıxışı olan cihaz. Yarımkeçirici diodun bu gün ən ümumi tipi iki elektrik terminalı üçün əlaqələnmiş p-n keçidli yarımkeçiricinin kristallik hissəsidir. Vakuum boru diodu iki elektroda malikdir: anod və qızdırılmış katod. Yarımkeçirici diodlar birinci yarımkeçirici elektron qurğusudur. Birinci yarımkeçirici diodlar kristal detektor adlandırıldı. Bu gün diodların çoxu silisiumdan hazırlanır, ancaq bəzən selen və germanium kimi başqa yarımkeçiricilərdən də istifadə edilir. == Əsas funksiyaları == Diodun ən ümumi funksiyası əks istiqamətdə cərəyan maneəyə rast gələrkən, bir istiqamətdə elektrik cərəyanın keçməsini təmin etməkdir. Başqa funksiyasıda dəyişən cərəyanı sabit cərəyana çevirməkdir. Həmçinin radioda radio siqnalların amplitud modulyasiya hasilatını o cümlədən qəbul edilən siqnalların düzləndirməsidir.
Diop
Diop — Qambiya və Seneqalda daha çox işlədilən soyad. Sofiyan Diop — Monako klubunda çıxış edən Fransa futbolçusu. Ayda Diop — Seneqal sprinteri. Xudiya Diop — Seneqal dəb modeli. DeSaqana Diop — Seneqal basketbolçusu. Pape Seydu Diop — Seneqal futbolçusu. Papakuli Diop — Seneqal futbolçusu. Vasis Diop — Seneqal musiqiçisi. Şeyx Anta Diop — Seneqal tarixçisi və siyasətçisi. Binta Zahra Diop — Seneqal üzgüçüsü.
Drom
Drom (departament)
İdil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.
İdiş
İdiş dili — Hind-Avropa dillərinin german dilləri qrupuna məxsus dil. İbri əlifbası ilə yazılır və aşkenazi yəhudiləri arasında yaranmış və yayılmışdır. Bu dildə danışanların ümumi sayı 3 milyon nəfərə yaxındır.
İsim
İsim — əşyanın adını bildirən əsas nitq hissəsi. Canlı və cansız varlığın adını bildirir. Kim? nə? hara? suallarından birinə cavab verir. İsmin 6 halı var: adlıq hal, yiyəlik hal, yönlük hal, təsirlik hal, yerlik hal və çıxışlıq hal. İsim hallanır, cəmlənir, mənsubiyyətə görə isimlər dəyişə bilir, tək və cəm olur, konkret və mücərrəd olur, şəxs şəkilçisi qəbul edə bilir. Lüğət tərkibindəki sözlərin çoxunu isimlər təşkil edir. Gözlə görülməsi və əl ilə toxunulması mümkün olan, obyektiv aləmdə, fəzada müəyyən yer tutan əşyaların adını bildirən sözlər konkret isimlər adlanır.
İndium (III) oksid
Indium (III) oksid (İn2O3) – ikili qeyri-üzvibirləşmədir. İndium(III)oksid amorf maddədir və ya açıq sarı kristallardır (qızdırdıqda qırmızı-qəhvəyi),kubik sinqoniyanın kristallarını əmələ gətirir, fəza qrupu a3, hüceyrə parametrləri a = 1,01194 nm, Z = 16. 6,5 GPa təzyiqdə və 300 -400 °C temperaturda altıbucaqlı qəfəsli fazaya keçir, normal şəraitdə sabitdir. Kristallar R 3c fəza qrupuna aiddir, hüceyrə parametrləri a = 0,5487 nm, c = 1,4510 nm, Z = 6, sıxlıq 7,3 q / sm³. Oksigenin yüksək təzyiqindən 1910 °C-də əriyir və normal şəraitdə 850 °C-də asanlıqla buxar halına keçir və parçalanmağa başlayır. 1. Qızdırıldıqda indium bənövşəyi alovla yanır: 4 I n + 3 O 2 → > 800 o C 2 I n 2 O 3 {\displaystyle {\mathsf {4In+3O_{2}\ {\xrightarrow {>800^{o}C}}\ 2In_{2}O_{3}}}} 2. İndium hidroksidinin termiki parçalanması nəticəsində: 2 I n ( O H ) 3 → 350 o C I n 2 O 3 + 3 H 2 O {\displaystyle {\mathsf {2In(OH)_{3}\ {\xrightarrow {350^{o}C}}\ In_{2}O_{3}+3H_{2}O}}} 3. İndium nitratın, indium sulfatın parçalanması nəticəsində: 4 I n ( N O 3 ) 3 → 230 o C 2 I n 2 O 3 + 12 N O 2 + 3 O 2 {\displaystyle {\mathsf {4In(NO_{3})_{3}\ {\xrightarrow {230^{o}C}}\ 2In_{2}O_{3}+12NO_{2}+3O_{2}}}} 4. İndium sulfidin oksidləşmə nəticəsində almaq olar: 2 I n 2 S 3 + 9 O 2 → 650 o C 2 I n 2 O 3 + 6 S O 2 {\displaystyle {\mathsf {2In_{2}S_{3}+9O_{2}\ {\xrightarrow {650^{o}C}}\ 2In_{2}O_{3}+6SO_{2}}}} 1. Qızdırıldıqda parçalanaraq buxarlanır: I n 2 O 3 ← → 1000 o C I n 2 O + O 2 {\displaystyle {\mathsf {In_{2}O_{3}\ {\stackrel {\xrightarrow {1000^{o}C}}{\xleftarrow[{\ \ \ \ \ \ }]{}}}\ In_{2}O+O_{2}}}} 2. Qatı turşularla reaksiyaya daxil olur: I n 2 O 3 + 6 H C l → 2 I n C l 3 + 3 H 2 O {\displaystyle {\mathsf {In_{2}O_{3}+6HCl\ {\xrightarrow {}}\ 2InCl_{3}+3H_{2}O}}} 3. Hidrogenlə metala gədər reduksiya olunur: I n 2 O 3 + 3 H 2 → 700 o C 2 I n + 3 H 2 O {\displaystyle {\mathsf {In_{2}O_{3}+3H_{2}\ {\xrightarrow {700^{o}C}}\ 2In+3H_{2}O}}} 4. Hidrogen sulfidlə reaksiyaya daxil olur: I n 2 O 3 + 3 H 2 S → 500 o C I n 2 S 3 + 3 H 2 O {\displaystyle {\mathsf {In_{2}O_{3}+3H_{2}S\ {\xrightarrow {500^{o}C}}\ In_{2}S_{3}+3H_{2}O}}} İndium(III)oksid yarımkeçirici material kimi istifadə olunur. Həmçinin xüsusi şüşələrin komponenti, neytron adsorbentləri kimi tətbiq olunur. Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов.
Jerom Deom
Jerom Deom (19 aprel 1999-cu ildə Belçikada anadan olub) — Belçika Pro Liqa təmsilçilərindən olan Standard Lyej FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçikalı futbolçudur. == Klub karyerası == === Standard Lyej === Deom Standard Lyej FK akademiyası vasitəsilə inkişaf etmişdir. Deom əsas komanda ilə debütünü 7 may 2016-cı ildə etmişdir. O, 68-ci dəqiqədə Vaasland-Beveren klubu ilə qarşılaşmada Martin Remakleni əvəz etmişdir. Həmin görüşdə Standard Lyej liqa görüşündə Beverenə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 31 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Karpe Diem
Karpe diem (azərb. Carpe diem‎) — Latın ədəbiyyatının məşhur şairi Horatiusun "Odessa" əsərindəki bir şeirdə işlədilən “anı yaşa” mənasına gələn ifadədir. Bu ifadə bəzən epikürçülük fəlsəfəsini müdafiə edən bir söz kimi başa düşülür. == Tərcüməsi == Karpe latın dilində “tutmaq, götürmək” mənasına gələn carpō felinin ikinci şəxsin təkində işlədilən əmr formasıdır. Diem “gün” isminin təsirlik halıdır. Karpe diemin daha bədii tərcüməsi “anı yaşa”, yəni indiki zamandan həzz al ola bilər. Hazırda bu ifadə qərb ədəbiyyatında “gün ərzində qarşına çıxan fürsətlərdən istifadə et” mənasında işlənir. == Mənası == "Odessa" əsərində bu ifadə “sabaha mümkün olduqca az inan, anı yaşa “ mənasına gələn "carpe diem, quam minimum credula postero" cümləsinin bir hissəsidir. Şeirdə deyilir ki, gələcəyi görmək mümkünsüzdür, insan gələcəkdə baş verəcək hadisələrə ümid bəsləməkdənsə öz gələcəyini yaxşılaşdırmaq üçün edə biləcəyi hər şeyi bu gün etməlidir. Çox zaman bu ifadənin Horatiusun epikürçü fəlsəfəsi ilə əlaqəli olduğu düşünülür.
Kristian Dior
Kristian Dior (21 yanvar 1905[…] – 24 oktyabr 1957) — fransız modelyer. == Həyatı == O, 1940-cı illərin sonları və 1950-ci illərin əvvəllərinin ən qüdrətli və nüfuzlu modelyeri, həmçinin müharibədən sonrakı illərdə modanın yeni erasını açmaqla yanaşı, həm də adını tarixə modanın tacsız şahı kimi yazdırdı. Dior bu modanı biznes sahəsi kimi inkişaf etdirmək üçün onun yeni modelini yaratdı. O, bir neçə məhsulu bir brend altında birləşdirərək tarixdə ilk moda imperiyasının əsasını qoydu. Kristian Dior öz xatirələrində belə yazırdı: "Karyeram barədə danışmağa başlamazdan əvvəl böyük hərflərlə «UĞUR» sözünü yazmasam naşükür olaram". 1905-ci ildə kiçik bir əyalətdə dünyaya göz açan Kristian xoşbəxt uşaqlıq dövrü keçirib. O, tədris ilində Parisdə təhsil alır, yay tətillərini isə Normandiyada keçirirdi. Onun gələcək karyerasından xəbər verən yeganə işarət Kristianın hələ kiçik yaşlarından vətəni Qranvildə keçirilən karnavallar üçün kostyumları özünün hazırlaması idi. Parisdə olarkən o bütün asudə vaxtlarını muzey və qalereyalarda keçirirdi. Ailəsinin istəyi ilə politologiya üzrə təhsil aldıqdan sonra Kristian Dior yenidən bütün vaxtını öz sevimli məşğuliyyətinə həsr edir.
Riom (rayon)
Riom (fr. Riom) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Püi-de-Dom. Suprefektura — Riom. Rayon əhalisi 2006-cı ildə 114 657 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf / km². Rayon sahəsi — 2300 km².
Selin Dion
Selin Dion (fr. Céline Marie Claudette Dion; 30 mart 1968[…], Monreal, Kvebek) — Kanada pop müğənnisi. 1988-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi. O, musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur.
Sofiyan Diop
Sofiyan Diop (9 iyun 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. 5 iyul 2018-ci ildə Diop Renn klubunun əvəzedici komandası ilə debüt mövsümündən sonra Monako klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Diop peşəkar karyerasında debütünü 4 avqust 2018-ci ildə Pari Sen-Jermen klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Peleni əvəz etmişdir. 2018 Fransa Superkuboku görüşündə Monako rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. Diop Fransada anadan olmuşdur. Valideynləri isə Seneqal vətəndaşlarıdır. O, hal-hazırda Fransa U-18 millisində çıxış edir.
Çevrilmiş diod
Çevrilmiş diod — cırlaşmış tunel diodudur. Əks gərginlik tətbiq edildikdə tunel effekti hesabına belə diodların keçiriciliyi düz istiqamətdəkinə nisbətən çox böyük olur. Çevrilmiş diodlar düzləndirici xassələrə malikdir. Lakin onlarda keçirici istiqamət əks gərginliyə, bağlayıcı istiqamət isə düz gərginliyə uyğundur. Çevrilmiş diodlar çox kiçik İYT gərginlikləri düzləndirmək üçün istifadə olunur.
İdil Bolqarları
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
İdil bulqarları
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
İdir Xurta
İdir Xurta (26 iyul 1986) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. İdir Xurta Əlcəzairi 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
İşim çayı
İşim çayı (qaz. Есіл) — Qazaxıstan və Rusiya ərazisindən axan, İrtış çayının sol və ən uzun qolu. Çayın hövzəsinin sahəsi 177 000 km², uzunluğu 2450 km-dir. İllik su sərfiyyatı 76,0 kub. m³/san-dir. İşim çayı İrtış çayının sol qolu olaraq, onun 1016 km-liyində çaya tökülür. Xalq arasında belə rəvayət vardır ki, tatar xanının oğlu Kuçum İşim adsız bir çayda boğulmuşdur. Sonradan çayın adı onun şərəfinə verilir. Üstəlik "İşimak" sözü Tatar dilindən tərçümədə "uçurulmuş" mənasını verir. Çay öz başlanğıcını Qazax alçaq dağlığından götürür.
Dion Kassi
Lusi Klavdi Kassi Dion Koksean (və ya Kokkeyan), həmçinin sadəcə Dion Kassi və ya Kassi Dion (q.yun. Δίων ὁ Κάσσιος, lat. Lucius Claudius Cassius Dio Cocceianus; ən tezi 155 və ən geci 164, Nikeya[d], Qədim Roma[…] – ən tezi 229 və ən geci 235, Nikeya[d][…]) — yunan əsilli Roma konsulu və tarixçisi. O, Eneyin İtaliyaya gəlişindən tutmuş Roma imperatoru Aleksandr Severin hakimiyyətinə qədərki dövrü əhatə edən 80 kitabda "Roma tarixi"nin müəllifidir. Qədim yunan dilində yazılmış əsərin yarıdan çoxu bütünlüklə və ya əhəmiyyətli çıxarışlarla günümüzə qədər gəlib çatmışdır. == Həyatı == Lusi Klavdi Kassi Dion Koksean II əsrin ortalarında Nikeyada, yunan əsilli ailədə anadan olmuşdur. O, 180-ci ildə Romaya köçmüşdür. Dion Kassi burada senator olmuş və Aleksandr Sever hakimiyyəti altında Afrikanın prokonsulu, Dalmatiya və Yuxarı Pannoniyada imperator legatı kimi xidmət etmişdir. O, 229-cu ildə ikinci dəfə konsul olmuşdur. Dion Kassinin özünün dediyinə görə, yuxuda gördüyü "demon" onu tarixi əsər yazmağa sövq etmişdir.
Kassi Dion
Lusi Klavdi Kassi Dion Koksean (və ya Kokkeyan), həmçinin sadəcə Dion Kassi və ya Kassi Dion (q.yun. Δίων ὁ Κάσσιος, lat. Lucius Claudius Cassius Dio Cocceianus; ən tezi 155 və ən geci 164, Nikeya[d], Qədim Roma[…] – ən tezi 229 və ən geci 235, Nikeya[d][…]) — yunan əsilli Roma konsulu və tarixçisi. O, Eneyin İtaliyaya gəlişindən tutmuş Roma imperatoru Aleksandr Severin hakimiyyətinə qədərki dövrü əhatə edən 80 kitabda "Roma tarixi"nin müəllifidir. Qədim yunan dilində yazılmış əsərin yarıdan çoxu bütünlüklə və ya əhəmiyyətli çıxarışlarla günümüzə qədər gəlib çatmışdır. == Həyatı == Lusi Klavdi Kassi Dion Koksean II əsrin ortalarında Nikeyada, yunan əsilli ailədə anadan olmuşdur. O, 180-ci ildə Romaya köçmüşdür. Dion Kassi burada senator olmuş və Aleksandr Sever hakimiyyəti altında Afrikanın prokonsulu, Dalmatiya və Yuxarı Pannoniyada imperator legatı kimi xidmət etmişdir. O, 229-cu ildə ikinci dəfə konsul olmuşdur. Dion Kassinin özünün dediyinə görə, yuxuda gördüyü "demon" onu tarixi əsər yazmağa sövq etmişdir.